Heç şübhəsiz, Biz hər şeyi qədər ilə yaratdıq.
(Qəmər surəsi, 49)
Qədər; Allahın, keçmiş və gələcək bütün hadisələri, zamansızlıqda, yəni tək bir an olaraq təqdir edib yaratmış olması və bilməsidir.
Allah, maddəni yaratmış, maddənin hərəkəti olaraq da zamanı yaratmışdır. Zaman ancaq insan üçün keçərli bir ölçüdür. Zaman, insan üçün keçər, insan ancaq zaman keçdikcə nə yaşadığını görər. Ancaq Allah əlbəttə ki, Öz yaratdığı anlayış olan zamana tabe deyil. Bir başqa sözlə, Allahın zamanın axışını gözləməsi, insanların zaman içində nə edəcəklərini gözləyərək görməsi qətiyyən mümkün deyil. Allah bütün bu əksikliklərdən pakdır, müqəddəsdir. Allah zamana tabe olmadığı, Əzəli və Əbədi olaraq mütləq və sonsuz olduğu üçün, bizim üçün gələcəkdə yaşanacaq olan bir hadisəni, daha yaşanmadan bilir. Bizim üçün minlərlə il sonra olacaq bir hadisəni, Allah zamansızlıq ölçüsündə bilir. Onsuz da, o hadisənin olmasını diləyən, təqdir edən və yaradan da Özüdür. Bu böyük sirr, Quran ayəsində belə bildirilir:
Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. (Hədid surəsi, 22)
ADNAN OKTAR: İnsanlar həmişə gecə-gündüz, səhər qalxdığında, ən çox insanların üstündə dayandığı mövzu Allahın varlığı, ölüm, axirətdə nə olacaq, qədər ilə əlaqəli mövzulardır. Yəni hər nə qədər insanlara hiss etdirməsələr də, bu gecə-gündüz beyinlərində olan əsas mövzudur. Çünki televizorda hər gün bir insanın ölümü ilə əlaqədar film göstərilər, ən azından bir böcək ölüsü belə görmüş olsa bir insan, ölümü xatırlayar, özünü də düşündüyündə ölümü xatırlayar. Qədər mövzusunda çox sıxıntıları olar, qədər mövzusunu bu qədər izah etməyimə baxmayaraq yenə etirazlar var, yenə izah edirlər. Deyirlər, "təbii ki, Allah bir qədər yaratmışdır, bir külli iradə vardır, amma bir də cüzi iradə vardır". Yəni, "Allahın haşa nəzarət edə bilmədiyi bizə məxsus kiçik bir güc vardır" deyirlər, "bizə aid". Yəni, "bizim nə edəcəyimizi Allah bilmir və yaxud bilir, amma zəif bilir kimi və biz bir işi edərkən Allah bizə iki yolu göstərir, amma bizim hansı yoldan gedəcəyimizi, haradan gedəcəyimizi də bilməz. Biz cüzi iradəmizlə haşa o yolu seçərik. Allaha da haşa bir sürpriz məlumat olar bu, ilk dəfə qarşılaşar və beləcə Allah bizi imtahan etmiş olar". Belə bir mövzu yoxdur, cüzi iradə də, külli iradə də hər ikisini də Allah yaratmışdır. Baxın, tək bir an vardır, tək bir an nə deməkdir, sonsuz qısa zamandır. Yəni an deyilən şey sonsuz qısa zamandır. Sonsuz qısa zaman an içərisində Allah sonsuz əvvəl və sonsuz sonranı yaradıb bitirmişdir. Yəni ediləcək bir şey yoxdur, yəni edəcəyi bir şey yoxdur. Yaxşı bu vəziyyətdə sənin cüzi iradən necə qədər içində olmur, bu səbəbdən belə eqoist və özünü haşa Allah kimi görən insanlar, bir qisim insanlar bu mövzunu heç cür həzm edə bilmirlər. Yəni Allahın cüzi iradəni də külli iradəni də yaratmış olması onlara təsir edir nə hikmətdirsə ...
ADNAN OKTAR: ... İkinci narahat olduqları mövzu da Allahın hər yerdə olmasıdır, Allahın göydə olmasını istəyirlər, göydə bir yerdə müəyyən bir nöqtədə olmasını istəyirlər. Yəni göyün hər yerində də deyil, amma bax, göydə müəyyən bir nöqtədə, yəni sonsuzluğa görə demək olar ki, heç sayılacaq bir yerdə, çünki sonsuzluqla müqayisə etdiyimizdə hər hansı bir yerdə olan nə qədər böyük olursa olsun, bir həcm alan bir şey ki, haşa bizim belə bir inancımız yoxdur, sonsuz kiçikdir. Elə deyilmi sonsuz kiçikdir, vardır, amma kiçikdir. Məsələn, deyir ki, birisi yaxınlarda yazmış, "Əgər Allah otağının içindədirsə və bizim hər yerimizdədirsə, o zaman biz özümüz də Allah olmuş oluruq", deyir haşa. Biz Allahın Zatına ibadət edirik, təcəllisi olmaq ayrıdır, deyil mi? Allahın Zatı ayrıdır, biz Allahın Zatına tapınırıq. Təbii ki, biz Allahın təcəllisiyik və hər yerdə Allah var. Bizim bədənimizin içində də var. Adam istəmir bədəninin içində Allahın olmasını, buna görə də, otağının içində də olmasını istəmir. Harada olmasını istəyir? Allahın göydə və çox-çox uzaqlarda katrilyonlarca kilometr kənarda bir yerdə orada durmasını istəyir, haşa. "Bu, niyə belə olmalıdır?" deyir, "niyə lazımdır bu" deyir, "anlamıram bunu". Yəni demək ki, soruşsan "Allah burada var mı" deyiləndə, "yox" deyəcək insan. Harada? "Göydə, amma burada Allah yoxdur" deyəcək, bu səbəbdən "dünyada da yox deyəcək Allah", elə deyilmi? "Allah göydədir, amma burada yoxdur". "Yalnız məlumatı çata bilər" deyir "Allahın özü olmaz" deyir. "Biz mütləq varlığıq" deyir, "Allah kölgə varlıq", hətta mən uşaqlığımda eşidərdim. "Allahı isbat et" deyərdilər, "sən televizor görünüşünü göstərə bilərsənmi? Radionun səsini göstərə bilərsənmi? "Və yaxud ağlını göstərə bilərsənmi, onun içindəkini, ağlını göstərə bilmədiyinə görə Allahı da göstərə bilməzsən", kimi açıqlayırdılar. Doğrudur, Allah görünməz, yəni məkanı olan, zamanı olan bir varlıq deyil Allah. Zamanın və məkanın xaricində, lakin bu şəxslərin buradakı əsil məqsədi daha fərqli, məsələn deyirlər ki,bir gənc qız varmış Peyğəmbər (s.ə.v)-ə gəlmiş. Rəsulullah (s.ə.v) "Allah haradadır?" Demiş, "Allah göydə" demiş. "Doğru söylədin" demiş Peyğəmbər (s.ə.v). Bunu dəlil olaraq göstərib, Allahın göydə olduğuna inanırlar.
Yaxşı, Allah göydədir, indi əlini qaldırdığında göyə doğru qaldırar uşaq, olduğu Ərəbistanda bunu deyir. Şimal qütbündə də bir insan göyə qaldırır əlini Allaha dua edir, Cənubi qütbündə də elə deyilmi, ekvatorda da biri qaldırır. Yəni dünyanın, kürənin bütün ətrafındakı insanlar hamısı əlini yuxarıya qaldırır. Marsda, Uranda digər bütün sistemlərdə, bütün varlıqlar əllərini göyə qaldırırlar. Belə bir vəziyyətdə kosmos boşluğunun hamısını əhatə edən bir vəziyyət olmurmu? Deyilmi? Hər yerdə əlini qaldırdığına görə, hər yer göy olduğuna görə deyilmi, məsələn, Marsdakı bir insan üçün göy aləmi dünya olmuş olur eyni zamanda elə deyilmi? Əlini qaldırdığında Dünyaya doğru qaldırmış olur, dünyadakı bir insan əlini qaldırdığında bir başqa planetə doğru əlini qaldırmış olur, bu səbəbdən 360 dərəcə hamısını əhatə edən bir vəziyyət olmuş olur. Məsələn, bunu düşünməmişlər, bunu söylədikdən sonra zınq deyə bu şey dayandı, bu anormal inanclarında bir daha gəlmədi. Lakin yenə də küncdən-bucaqdan belə batil inanclı insanlar çıxır, belə izahlar edən, üstəlik, hələ cüzi iradə iddiasında olanlar var. Bacı-qardaşlarım, yaxşı, cüzi iradə var və qədərin içərisində var. Yəni Allahın yaratdığı qədərin içərisində var, qədərdə yaratmış bitmiş, sən orada seçirsən, sən özün seçirsən, amma bu sənin qədərində olmuş olur, bu səbəbdən sənin, yəni Allaha haşa sürpriz etmək imkanın yoxdur, yəni elə Allahın bilmədiyi bir şeyi edə bilməzsən, var olan, yaşanmış olan bir şeyi edərsən, etmiş olarsan bu qədər ...
ADNAN OKTAR: ... İndi bunu söylədikdə, insanlar yanlış anlayır. Azad iradə yoxdur deyincə, "O zaman biz necə məsul oluruq?" deyir. Bacı-qardaşlarım indi burada ilk olaraq insan öz ağlı ilə öz imkanı ilə düşündüyünü zənn edir. Bütün düşüncəni yaradan Allahdır. Məsələn, indi mən danışıram, bunun hamısını Allah yaradır. Amma bu mövzunu anlamaları üçün insanlardan soruşuruq, deyirik ki, məsələn, bir marksist; "Sən Marksist olarkən, olduğunda və ya indi hər hansı bir təzyiqlə qarşılaşırsanmı, bir təzyiq varmı yəni beyninə, şüuruna təzyiq edilirmi?" "Yox" deyir "mən azad iradəmlə edirəm" deyir, məhz bu ədalətin özüdür. Məsələn, bir müsəlmana da soruşduğumuzda "səni məcbur edən kimsə varmı" deyirik "hər hansı bir güc yoxdur" deyir. "Mən öz azad iradəmlə edirəm" deyir. Hər ikisi də qədərində olanı etmiş olurlar .... Onun üçün israrla "cüzi iradəm var mənim, cüzi iradəm var" deyir, bəs sənin cüzi iradəni kim yaradır? Allah yaradır, o zaman yenə o, Allahın iradəsi içərisində qədərdə olmuş bitmiş hadisədir. Bu səbəbdən, bunu ağıllarına yaxşı şəkildə yerləşdirəcəklər, cüzi iradə də, külli iradə də Allahın Qatında olub bitmişdir, tək bir an var olduğuna görə, baxın, maraqlı olan da budur, mən deyirəm ki, tək bir an var, sonsuz qısa bir zaman. "Doğru mu?" deyirəm, "doğrudur" deyir. Hər şey bu tək bir an içərisində olub bitdi. "Bu doğrumu?" deyirəm, "bu da doğrudur" deyir, "Allah zamanın xaricindədir" deyirik, "bu da doğru" deyir, "yaxşı o zaman izah et mənə taleyi" deyirəm, "bizim cüzi iradəmiz var", deyir. "Bir də külli iradə var, amma cüzi iradəni biz edərik" deyir. Bəs bacım, qardaşım bayaq nə söylədim mən, "tək bir an içində etdim bitdi" demədinmi sən, elə deyilmi? Tək bir an içində hər şey olub bitdiyinə görə hamısını Allah bilir və olmuş. Yaxşı sənin o cüzi iradən nəyi etmiş olur, yəni sən Allahdan müstəqil bir şeymi edirsən? Yox, qədərdə onu etmiş olursan, yəni yenə Allahın gücünün bir təcəllisi ilə qarşılaşırsan sən. Amma insanların anlaması üçün buna cüzi iradə deyilir, külli iradə deyilir. Külli iradə də cüzi iradə də Allah Qatında olub bitmişdir. Amma insan deyirsə ki, "yox külli iradə Allaha aiddir, cüzi iradə də mənə aiddir. Mənim etdiklərimi mən bilirəm, Allah bilməz, Allaha mən haşa sürpriz olaraq bunları edirəm "deyirsə, bu küfr olar. Bu aydındır, ona görə heç kim boş yerə çırpınmasın, saxta ziyalı havalarına da girməyə ehtiyac yoxdur. Marksist təqlidi etməyə də ehtiyac yoxdur.
"Allah göydədir" məntiqindən də imtina etmələri lazımdır. Bu da bir şirkdir. Allaha məkan izafə edirlər. Və çox kiçik bir məkan içərisinə Allahı haşa sıxışdırmağa çalışırlar. Belə bir şey olmaz. Allah hər yerdədir. "Şah damarınızdan daha yaxınam" (Qaf surəsi, 16) deyirsə Allah bu bitdi. Yəni bu möhkəm ayədir, açıqdır. Şah damarımızdan. Demək ki, Allah hər yerdədir. Niyə hər yerdə olmaması lazımdır ki? "Biz hər yerdəyik, mən hər yerdəyəm, amma Allah heç bir yerdə" deyir, haşa. Bu, Allahı inkar etmək kimi bir şeydir. Allah məsələn, bizim dilimizdə, barmaqlarımızda, hər yerdədir Allah. Hər yerə hakimdir. Hamısını hərəkət etdirən Odur onsuz da. Hər yerdə olduğu üçün, yəni güc tamamilə Onun idarəsində olduğu üçün hər şeyi O edər. Bu səbəbdən, biz aciz, Allahın kölgə varlıqları olaraq yaratdıqları, özünü mövcud zənn edən varlıqlarıq. Kölgə varlıqlarıq inşaAllah. Bir təcəlliyik biz. Yəni Allahın ruhundan üfürdüyü xəlifəsi olan varlıqlarıq inşaAllah.
Ayədə açıq şəkildə söyləyir bax, "atdığın vaxt sən atmadın, Mən atdım" (Ənfal surəsi, 17) deyir. Bu nədir? Adam daşı yerdən atır, "mən atdım" deyir, Allah "sən atmadın" deyir. Möhkəm ayədir, açıqdır, "Mən atdım" deyir. "Sənə atırmışsan kimi göstərildi", deyir, yəni "sən atırmışsan kimi göstərdim" deyir Allah. "Amma atan Mənəm". Yəni "o qolu yaradan Mənəm, daşı yerdən alan Mənəm, atma hərəkətini edən mənəm", elə deyilmi? "O hisslərin hamısını meydana gətirən mənəm. bu səbəbdən sənin həmin zaman etdiyin bir şey yoxdur. Sən özün etdiyini zənn edirsən. "bu ayənin mənası budur inşaAllah. (Adnan Oktarın Ekin TV reportajı, 4 yanvar 2010)