Allah Hər Şeyi Bilir və Görür

İnsanlar Allahı, Onun istəyinin xaricində görə bilməzlər. Görə bilmədikləri üçün də, insanların bir qismi çox vaxt qəflətə düşər və Allahın özlərini görmədiyi zənninə qapılarlar. Halbuki, Allah kainatdakı hər hadisəni ən incə təfərrüatına qədər görər və bilər. Bu həqiqət bir ayədə belə xəbər verilir:

Gözlər Onu dərk edə bilməz; O isə bütün gözləri idrak edər. O, lətifdir, xəbərdar olandır. (Ənam surəsi, 103)

İnsan hər harada olursa olsun, Allah mütləq onunla birlikdədir. Hal-hazırda da, Allah sizin bu sətirləri oxuduğunuzu görür və nələr düşündüyünüzü bilir. Hər hara gedirsinizsə gedin, hər nə edirsinizsə edin bu həqiqət dəyişməyəcək. Allah, insanları hər yerdə gördüyünü Quranda belə xəbər verir:

Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Yunis surəsi, 61)

Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür (Hədid surəsi, 4)

Bu həqiqətin şüurunda olan mömin, hər zaman özünü Allaha təslim etməli, Onun himayəsinə sığınmalı, Ondan qorxmalı və başqa heç bir şeydən qorxmamalıdır. Allahın, hz. Musa (ə.s) və hz. Harun (ə.s)-a verdiyi əmr, bütün möminlər üçün yol göstəricidir. Ayədə belə buyurulur:

Dedi ki: "Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm. (Taha surəsi, 46)

Allaha Könüldən Təslim Olan Fövqəladə Arxayinliqdadir

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. "Onun dəlillərinin bəzisini sizə göstərməkdən ötrü dənizdə gəmilərin Allahın neməti sayəsində üzdüyünü görmürsünüzmü?." "Mən aparıram" deyir Allah gəmiləri. " Şübhəsiz ki, bunlar səbirli olanlar və şükür edənlər üçün bir ibrətdir." (Loğman surəsi, 31) Baxın, həmişə səbir etmək. Səbirlə biz gözəl əxlaqa qovuşuruq. Cənnət əxlaqı, cənnət şəxsiyyəti səbirlə formalaşar. "Çox şükür etmək" və daima Allaha, verdiyi nemətlərə həmd etmək. Keçən gün də bu səhifəni açmışdıq, eyni səhifə çıxmış maşaAllah. "Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar" (Loğman surəsi, 21) Uhretul vuska. Habdullahul mətn. Allahın qopmayan, qoparılmayan ipi. Qurana möhkəm-möhkəm sarılanda, İslama möhkəm-möhkəm sarılanda insan fövqaladə arxayınlıqda olar. Fövqaladə bir rahatlıq hiss edər; ruhən də, fiziki olaraq da. Amma bunu ən mükəmməl şəkildə etmək lazımdır... Baxın, deyir ki, Allah, "möhkəm dəstəkdən yapışmış". Toxunmuşdur demir Allah, "yapışmaq" möhkəm-möhkəm sarılmaq. Qurana çox möhkəm sarılmaq lazımdır ... Deyir ki, məsələn, vəsvəsələrim var, sıxıntılarım var, bu var. Demək ki, yalnız toxunursan, sarılsan bunlar olmaz. Yəni möhkəm-möhkəm sarılsan, bunlar olmaz. "Biz onları az bir şey və zaman olaraq faydalandırarıq. Sonra onları ağır bir əzaba dözməyə məcbur edərik. "Yəni insanlar bu cür gəzib əylənməklə, yeyib-içməklə Allahın onları buraxdığını zənn edirlər. Halbuki, Allah onları buraxmır, Allah onları imtahan edir. Özündən uzaqsa, Qurandan uzaqsa, o müvəqqəti bir nemət kimi görünür, amma onun əleyhinə olmuş olar. Onu daha cəhənnəmə yaxınlaşdıran, daha çox əzab çəkməsinə səbəb olan bir vəsilə olmuş olar. (Adnan Oktarın Kocaeli TV reportajından, 30 oktyabr 2009)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Ön Söz
  • Allahdan Başqa İlah Yoxdur
  • Allah Hər Yeri Əhatə Etmişdir
  • Allah İnsana Çox Yaxindir
  • Allah Hər Şeyi Bir Qədər ilə Yaratmişdir
  • Allah Hər Şeyə Qadirdir
  • Hər Varliq Allaha Boyun Əymişdir
  • Allah Hər Şeyi Bilir və Görür
  • Allah Haqqindaki Batil İnanclar
  • Allaha Şirk Qoşmadan İman Etmək
  • Allahin Böyüklüyünü Təqdir Edə Bilmək
  • Allahin Sonsuz Büyüklüyü və Qüdrəti
  • Allah Sevgisi və Allah Qorxusu
  • Quran Yol Göstəricidir
  • Allahin Endirdiyi Kitablara və Peyğəmbərlərinə İman
  • Mələklərə İman
  • Dünya Həyatinin Keçiciliyi
  • İnsan İmtahan Olunur
  • Ölüm Son Deyil
  • Axirətə İman
  • Qiyamətə İman
  • Diriliş
  • Hesab Günü
  • Cənnət və Cəhənnəm
  • Məqsəd Allahin Məmnuniyyətini Qazanmaqdir
  • Günah və Tövbə
  • İbadətlərdə Dəqiqlik Göstərmək
  • Din Əxlaqi İnsanin Yaradilişina Uyğundur
  • Möminlər Birlik və Bərabərlik İçində Olmalidir
  • Son Söz
  • Təkamül Yalanı