Allah, hər şeyin Yaradıcısı olaraq, bütün varlıqların üzərində tək əmanət sahibidir. Buludları Allah hərəkət etdirər, küləkləri Allah əsdirər, Günəşə Allah istilik və işıq verər, quşları havada Allah saxlayar, toxumu Allah yarar, insanın ürəyini Allah döyündürər, bitkilərə Allah fotosintez etdirər, planetləri orbitində Allah gəzdirər. İnsanlar bu kimi hadisələrin "fizika qanunları", "cazibə qüvvəsi ilə", " aerodinamika ilə" və buna bənzər maddi amillərlər meydana gəldiyini zənn edərlər, halbuki bəzi insanların unutduğu əhəmiyyətli bir həqiqət vardır: Bütün fizika qanunlarının Yaradıcısı Allahdır. Kainatda tək qüdrət sahibi olan Allahdır.
Biz yatarkən, oturarkən, yeriyərkən, ağlımızın ucundan belə keçirmədiyimiz Allah kainatda var olan bütün sistemlərin hamısını anbaan yaradır. Varlığımızın davamı üçün meydana gələn proseslərin hər biri Allahın nəzarətindədir. Kiçik bir addım ata bilməyimiz belə, yerin cazibə qüvvəsindən skelet sistemimizə, sinir və əzələ sistemimizdən beynimizə və ürəyimizə, hətta dünyanın fırlanma sürətinə qədər hər şey Allahın incə-incə yaratmasına bağlıdır.
Dünyanın və bütün kainatın varlığını davam etdirə bilməsini təsadüflərə bağlamaq isə çox böyük bir səhv olar. Əslində dünyadakı və kainatdakı nizam, təsadüfə qətiyyən yer olmadığının və Uca Allahın sonsuz gücünün açıq bir dəlilidir. Məsələn dünya, Günəş ətrafında fırlanarkən elə bir orbit cızar ki, hər 29 kilometrdən bir doğru xətdən yalnız 2.8 millimetrlik meyillilik göstərir. Əgər bu meyillilik 0.3 millimetr az və ya 0,3 millimetr daha çox olsa, yer üzündəki canlılar donaraq və ya qovrularaq ölərdilər. Kiçik bir maddənin belə millimetr kənara çıxmadan eyni orbitdə fırlana bilməsi haradasa mümkünsüzkən, nəhəng kütləsilə dünya bu cür dönüşü həyata keçirir. Quranda, "... Allah hər şey üçün bir ölçü qoymuşdur" (Talaq surəsi, 3) ayəsində bildirildiyi kimi, ətrafımızda gördüyümüz möhtəşəm nizam, Allahın milyardlarla ifadə edilən böyüklükdəki sistemləri millimetrlərə bağlı tarazlıqlarla qoruması sayəsində ortaya çıxar.
İnsanların bir qismi, Allahın "hər şeyi yaradıb buraxdığı", sonra bu nizamın öz-özünə davam etdiyi şəklində səhv bir inanca sahibdirlər. Halbuki, kainatın hər nöqtəsində hər an meydana gələn bütün hadisələr Allahın izni ilə, Onun biliyi və nəzarəti altında həyata keçir. Quranda bildirildiyi kimi:
Məgər bilmirsən ki, Allah göydə və yerdə olanları bilir? Həqiqətən, bu, Yazıda (Lövhi-məhfuzda) mövcuddur. Şübhəsiz ki, bu, Allah üçün asandır. (Həcc surəsi, 70)
Canlıların bədənlərində reallaşan və hər biri son dərəcə kompleks olan hadisələr də, Allahın qüdrətini qavramaq üçün yaxşı bir nümunədir. Məsələn, sahib olduğunuz böyrəklər hər saniyə qanınızı təmizləyir, qanın içində bədəninizə zərərli olan molekulları digərlərindən seçib ayırır, zərərliləri bədəndən atır. Bunu edənlər, böyrək hüceyrələridir. Bir böyrək hüceyrəsinin etdiyi bu təmizləmə və təhlil əməliyyatını edə bilmək üçün, nəhəng dializ maşınları istifadə edilir. Bunlar isə, tibb və biologiya mövzusunda mütəxəssis olan insanlar tərəfindən planlaşdırılmışdır. Amma böyrək hüceyrəsinin nə gözü, nə bir başqa duyğusu, nə qərar vermə mərkəzi, nə də düşünmə qabiliyyəti vardır. Qısacası, bir böyrək hüceyrəsi heç bir şüura sahib deyilkən, böyük şüur tələb edən işlər edir.
Canlıları araşdırdığımızda bunun kimi milyonlarla nümunəyə rast gəlmək mümkündür. Şüursuz maddələrdən ibarət olan molekullar, son dərəcə şüurlu işlər görərlər. Məhz burada açıq şəkildə görünən şüur, Allahın sonsuz ağıl və məlumatının təcəllisidir. Böyrək hüceyrələrini də, onlara fayda verən molekulları da nəzarəti altında tutan, edəcəkləri işləri onlara etdirən Allahdır. Allah, yaratmış olduğu varlıqlara daimi olaraq "əmrlər" endirdiyini bir ayəsində belə xəbər verir:
Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)
Kainatdakı hər şeyi yaradan Allahın, əlbəttə ki, ölüləri də diriltməyə gücü çatacağı açıq-aşkardır. Bu həqiqət bir ayədə bu şəkildə xəbər verilir:
Məgər onlar göyləri və yeri yaradan, onları yaratmaqla yorulmayan Allahın ölüləri də diriltməyə qadir olduğunu görmürlərmi? Sözsüz ki, O, hər şeyə qadirdir. (Əhqaf surəsi, 33)