Allahın haqq din kitabı olaraq endirdiyi Tövrat və İncil, zaman keçdikcə insan əliylə dəyişdirildikləri üçün indi haqq olma xüsusiyyətlərini itirmişlərdir. Necə ki, Quranın göndərilmə səbəblərindən biri də budur. Allah, Qurandan əvvəlki İlahi kitabların insan əliylə dəyişdirildiyini belə izah edir:
Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allah tərəfindəndir!” – deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına! (Bəqərə surəsi, 79)
Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki bu, Kitabdan deyildir. Onlar: “Bu, Allah tərəfindəndir!” – deyirlər. Halbuki o, Allah tərəfindən deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar. (Ali İmran surəsi, 78)
Tövrat və İncildəki təhriflər, bu kitablardakı təriflərə görə Allahı tanıyanların səhv inanclara sahib olmalarına gətirib çıxarmışdır. Dəyişdirilmiş Tövrat və İncildə, haqq din kitabını dəyişdirməyə cürət edə biləcək dərəcədə Allaha və dininə laqeydliyi və bəlkə də qəsdi olan insanların, Allahı (Allahı tənzih edirik) sanki bir insana bənzədərək əskiklikləri olan bir varlıq şəklində tanıtdırdıqlarını görərik. Halbuki əlbəttə ki, Allah hər cür əskik sifətdən münəzzəhdir. Allah bu mövzunu Quranda belə açıqlamışdır:
And olsun ki, Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq; Bizə heç bir yorğunluq da üz vermədi. (Qaf surəsi, 38)
Məgər onlar göyləri və yeri yaradan, onları yaratmaqla yorulmayan Allahın ölüləri də diriltməyə qadir olduğunu görmürlərmi? Sözsüz ki, O, hər şeyə qadirdir. (Əhqaf surəsi, 33)
Yuxarıdakı ayələr Qurandan əvvəlki İlahi kitabların dəyişdirilmiş olduğunu açıq şəkildə göstərir. Bu səbəbdən, bu kitablara görə inanclara sahib olanların bir qisminin bu mövzularda səhv yollara sürükləndiyini və Allahı həqiqi xüsusiyyətləriylə tanımadıqlarını ortaya qoyur.
Quran isə, Allahın qoruduğu və heç bir şəkildə dəyişdirilməyəcəyi bildirilmiş, orijinal mətni indiki vaxtda mövcud olan müqəddəs Kitabdır. Quran, Allah qatında tək etibarlı din olan İslam dininin kitabıdır. Ayələrdə belə buyurulur:
Heç şübhəsiz, zikri (Quranı) Biz nazil etdik Biz; onun qoruyucuları da həqiqətən Bizik. (Hicr surəsi, 9)
Kim İslamdan başqa bir din ardınca gedərsə, əsla ondan qəbul edilməz. O, axirətdə zərər çəkənlərdəndir. (Ali İmran surəsi, 85)
Quranda, xristian və yəhudilərin Allah haqqındakı batil inancları da bildirilir və bu inancların əsli izah edilir. Məsələ,n bəzi xristianların inancının təməli olan "Allahın hz. İsa (ə.s)-ı oğul götürməsi" azğınlığı (Allahı tənzih edirik), Tam bir batil inanc və Allaha qarşı böhtandan ibarətdir. Bu həqiqəti xəbər verən ayələrdə belə buyrulur:
Onlar dedilər: “Allah Özünə övlad götürmüşdür!” Halbuki O, pakdır, müqəddəsdir! Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir. Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar.(Bəqərə surəsi, 116-117)
Eyni mövzuda həqiqətləri bildirən digər bəzi ayələr isə belədir:
Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində yalnız həqiqəti deyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi “Ol!” kəlməsi və Onun tərəfindən göndərilən bir ruhdur. Allaha və Onun elçilərinə iman gətirin və: “Tanrı üçdür!” deməyin. Batil əqidənizə son qoyun! Bu sizin üçün xeyirli olar. Həqiqətən, Allah Tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Qoruyan olaraq Allah yetər. (Nisa surəsi, 171)
O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir. (Ənam surəsi, 101)
Yenə bəzi xristianların inancında Allah, ilk anda yaratdıqdan sonra hər şeyi öz halına buraxmış kimi təsvir edilir. Bu doğru deyil və azğın bir inancdır. Daha əvvəl də ifadə etdiyimiz kimi, Allah hər an yaradır və kainat davamlı olaraq Onun qüdrəti altındadır. Onun diləməsi və idarəsi xaricində yer üzündə heç bir hadisənin reallaşmasının mümkün olmadığı ayələrdə belə xəbər verilir:
Məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var?” De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin” (Nəml surəsi, 64)
Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır. (Fatir surəsi, 41)
Allah, bütün bu və hələ burada haqqında bəhs etmədiyimiz böhtanlara qarşı, Quranda üstün xüsusiyyətlərini təsvir etmişdir. Bu da, bəhs edilən, səhv inanclara sahib olanlara həm bir cavab olmuş, həm də onları Allahı doğru tanımağa yönləndirmişdir.
Hər kəs bilməlidir ki, Allah təkdir, Ondan başqa heç bir tanrı yoxdur, Onun bənzəri yoxdur, bütün əskiklərdən uzaqdır, müqəddəsdir, hər yeri əhatə etmişdir, hər şeyin tək sahibidir, hər an durmadan yaradar, insanlara çox yaxındır, hər şeyə qadirdir, sonsuz mərhəmət sahibidir, sonsuz ədalət sahibidir, din gününün (məhşər, hesab günü) sahibidir, hər şeyi görər, eşidər, bütün gözəl adların və vəsflərin sahibidir.