Dünya tarixi boyunca bir çox xalqlara peyğəmbər və elçilər göndərilib. Rəbbimizin ayrı-ayrı dövrlərdə müxtəlif xalqlara göndərdiyi elçilərin hər biri əsasən eyni dini insanlara çatdırıblar. Onlar göndərildikləri xalqları bir olan Allaha iman gətirməyə, bütlərə sitayiş etməməyə, ancaq Allahı razı etmək üçün yaşamağa, Allaha etibar edib ancaq Allahdan kömək istəməyə, yaxşı işlər görməyə və gözəl əxlaqlı olmağa dəvət etmişdilər. Peyğəmbərlərin insanlara çatdırdığı haqq dinin inanc əsasları həmişə eyni olub, ancaq onların tətbiqində dövrün və şəraitin şərtlərinə görə bəzi dəyişikliklər müşahidə edilib. Məsələn, Həzrəti İsa (ə.s.) fərqli bir din gətirməmişdi. Özündən əvvəlki peyğəmbərlərə göndərilən də, Hz.Musaya, Hz.İsaya vəhy edilən də, sonuncu peyğəmbər olan Hz.Muhəmmədə (s.ə.v.) göndərilən də eyni dindir (Bu bənzərliklə Tövratın və İncilin Hz.Musaya və Hz.İsaya ilk göndərildikləri halı nəzərdə tutulur. Çünki Rəbbimizin insanlara hidayət rəhbəri olaraq göndərdiyi bu iki ilahi kitab nazil olunandan sonra təhrif edilmiş, ilkin oriYinal hallarından uzaqlaşmışdır). Allah möminlərin bu dinlər arasında heç bir ayrı-seçkilik salmamasının vacibliyini bir ayədə belə bildirir:
"Biz Musaya Kitab verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik və onu müqəddəs ruhla (Cəbrail ilə) qüvvətləndirdik. Məgər hər dəfə sizə göndərilən elçi ürəyinizə yatmayan bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? Onların bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi?" |
"Söylə: "Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun oğullarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və sair peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Ona təslim oluruq!"" ("Ali-İmran" surəsi, 3/84).
Başqa bir ayədə isə belə buyrulur:
"Allah: "Dini doğru tutun, onda ayrılığa düşməyin!" - deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni Özünə seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!" ("Şura" surəsi, 42/13).
Uca Allah da dinini bir çox xalqlara göndərmiş və onları peyğəmbərlik məqamı ilə şərəfləndirdiyi elçiləri vasitəsilə xəbərdar etmişdir. Haqq dinin təbliğ edildiyi insanların üzərinə bu dinə tabe olmaq vəzifəsi qoyulmuşdur.
Allahın seçib nümunəvi insanlar etdiyi elçilərinin həyatları, başlarına gələn hadisələr, qarşılaşdıqları çətinliklər, apardıqları böyük mübarizələr özündə bütün insanlar üçün mühüm olan mesaY və ibrətləri ehtiva edir. Qur’anda həyatı, mübarizəsi, əxlaqı ilə insanlara nümunə göstərilən peyğəmbərlərdən biri də Hz.İsadır.
Hz.İsanın anadan olması, həyatı və Allahın dərgahına yüksəldilməsi möcüzəli şəkildə gerçəkləşib. Onun həyatı Qur’anda müfəssəl şəkildə qeyd edilib. Allah Qur’anda bir neçə peybəmbərin hekayətlərini bizə bildirir. Ancaq Hz.İsa müxtəlif yönləri ilə digər peyğəmbərlərdən fərqlənir. Allahın üstün elmlərlə kömək etdiyi bu dəyərli bəndəsi hələ beşikdə ikən danışmış, dünyada qaldığı müddət ərzində də ətrafındakı insanlara böyük möcüzələr göstərmişdir. Onun bu xüsusi vəziyyətinin başqa bir dəlili də Allahın dərgahına yüksəldilməsi və yenidən dünyaya göndəriləcəyi ilə bağlı Qur’anda mühüm işarələrin olmasıdır.
Bu kitabın məqsədi Həzrəti İsanın həyatını və mübarizəsini, malik olduğu yüksək əxlaq və xarakteri daha yaxından tanımaq, mövzu ilə bağlı Qur’an ayələrinin və Peyğəmbərimizin (s.ə.v.) hədislərinin aydınlığında bu müqəddəs insanın təkrar dünyaya qayıdışının müYdəsini verməkdir. Rəbbimiz Qur’anda Hz.İsa haqqında gələcək dövrlə (Qur’anın göndərilməsindən qiyamətə qədərki dövr) bağlı mühüm işarələr vermiş, Peyğəmbərimiz Həzrəti Muhəmməd (s.ə.v.) isə hədislərində Hz.İsa haqqında çox əhəmiyyətli xəbərləri müYdələmişdir. Böyük İslam alimlərindən birinin Hz.İsanın ikinci dəfə dünyaya gələndən sonra aparacağı mübarizə haqqında verdiyi məlumatlar isə oxuculara sevinc bəxş etməklə yanaşı, onların şövqünü və həyəcanını artıracaqdır. Bütün bunlar bizə Həzrəti İsanın çox fövqəladə yaradılışını, həyatının da möcüzəli şəkildə davam etdiyini göstərir.
Bu kitabı oxuyarkən, bir tərəfdən Hz.İsanın Qur’an ayələrində və hədislərdə qeyd edilən, möcüzələrlə dolu həyatı haqqında məlumat alarkən, digər tərəfdən də hazırda yaşadığımız dövrün çox xüsusi bir zaman kəsimi olduğunu dərk edəcəyik. Bu çalışmamızın məqsədlərindən biri isə Qur’an ayələrində bəhs edilən mühüm bir möcüzəyə diqqəti cəlb etməklə yanaşı, Qur’anda iüxtəlif səbəblərlə mədh edilən Allahın mübarək elçisinin, Məryəm oğlu İsanın yer üzünə ikinci dəfə göndərilişinə nail olmağın feli duasını yerinə yetirməkdir. Yaddan çıxarmamaq lazımdır ki, Həzrəti İsanın gəlişi bütün dünyaya təsir edəcək fövqəladəliklərə malik olan, möcüzəli və metafizikaya aid bir hadisədir. Buna görə də bütün imanlı insanlar hərəkətə keçməli, birlik və bərabərlik içində Hz.İsanı ən gözəl şəkildə qarşılamaq üçün əllərindəki bütün imkanları səfərbər etməlidir. Həyəcanla, sevgiylə, şövqlə yerinə yetirilən bu hazırlıq feli bir dua olacaq, hazırlaşmayanlar isə Hz.İsa yer üzünə qayıdandan sonra şübhəsiz ki, çox peşman olacaqlar. Bütün əlamətlər bizə göstərir ki, Hz.İsanın gəlişi çox yaxındır və hazırlaşmaq üçün vaxt itirməmək lazımdır.