Nəticə: Haqq Gəldi, Batil Yox Oldu

manzara

Keçmiş xalqlar özlərinin daşdan, taxtadan düzəltdiyi heykəllərə sitayiş edər, onlardan kömək istəyər və arzularını yerinə yetməsini istəyərdilər. Bu heykəllərin onlara nəzarət etdiyinə, pis bir iş edəndə hirsləndiyinə inanır və onlardan qorxardılar. Buddistlərin bütü də Buddadır. Ancaq Buddanı Allaha şərik qoşan buddistlər hamının nəzərini və diqqətini özlərinə cəlb etmək üçün buddizmi seçənlər necə aldandıqlarının fərqində deyillər. Axirət, cənnət, cəhənnəm inancına sahib olmadıqları və bu mövzuda heç cürə fikirləşmədikləri üçün etdiklərinin Allah dərgahında əvəzinin ola biləcəyini ağıllarına da gətirmirlər. Özlərini düzgün yolda olduqlarını zənn etdikləri üçün bu yöndə edilən dəvətlərə də böyük bir çaşqınlıqla münasibət bəsləyirlər. İnsanları içində olduqları müşrik din barədə xəbərdar edən, onları tövhidə çağıran bütün elçilər bənzər etirazlarla qarşılaşmışdılar.

Allah "Sad" surəsində belə buyurur:

"Onlar öz içərilərindən özlərinə qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: "Bu, yalançı bir sehrbazdır! Əcəba, o, tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da çox təəccüblü bir şeydir. Onların əyanları çıxıb gedərək belə dedilər: "Gedin öz tanrılarınıza möhkəm olun. İstənilən şey budur. Biz bunu sonuncu dində də eşitməmişik. Bu ancaq bir uydurmadır" ("Sad" surəsi, 4-7).

Biz də bu kitabla yer üzündəki buddistləri və müxtəlif səbəblərlə bu batil dinə rəğbət bəsləyən bütün insanları "La ilahə illahu" həqiqətini dərk etməyə, Allaha bir və tək olaraq iman gətirməyə dəvət edirik. Onları Hz.İbrahimin, Hz.Musanın, Hz.İsanın və Peyğəmbərimiz Hz.Muhəmmədin (s.ə.v.) təbliğ etdiyi din olan İslama çağırırıq. Bütün atalarını müşrik bir din üzərində görən, özü də müşrik bir dində olan hər bir insan əvvəlcə bu qərarı verməyə çətinlik çəkə bilər. Allahdan başqa tanrı olaraq qəbul etdiyi gücləri buraxıb ancaq Allaha qulluq edərək necə yaşayacağını başa düşməyə bilər. Halbuki onu hazırda yaşadan və ruzisini verən, onu qoruyan və nəzarət edən ancaq Allahdır. Ona həyat verən, xəstələnəndə şəfa verən aləmlərin Rəbbi olan Allahdır. Allah dünyanı bir qədərə (taleyə) uyğun olaraq yaratmışdır. İnsanlar da "Təkvir" surəsinin 29-cu ayəsində bildirildiyi kimi, Allah istəmədən bir şey istəməyəcək qədər Allahın iradəsinə boyun əymişdilər. Allahın Quranda xəbər verdiyi kimi, "Elə bir canlı yoxdur ki, onun ixtiyarı Onun əlində olmasın" ("Hud" surəsi, 56). Şeytan bütün insanlara olduğu kimi buddistlərə də şirkdən qurtulmağı imkansız göstərə bilər. Halbuki bu, ancaq şeytanın verdiyi bir vəsvəsədən (şübhədən) ibarətdir. Şeytan Allahın Quranda xəbər verdiyi kimi, qiyamət günündə “İş bitdikdə şeytan belə deyəcək; "Allah sizə doğru vəd vermişdi. Mən də sizə vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm yox idi. Lakin mən sizi çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə sizin məni şərik qoşmağınızı da inkar etmişdim. Həqiqətən zalimləri şiddətli bir əzab gözləyir!" ("İbrahim" surəsi, 14/22) deyəcək və bütün şirk qoşanları tək qoyacaqdır.

"De: “Haqq gəldi. Batil ona qarşı nə ortaya bir şey çıxarar,
nə də onu qaytara bilər”."
(Səba Suresi, 49)

manzara

Bilmək lazımdır ki, şirkdən qurtulmaq üçün səmimi bir niyyət dəyişikliyi kifayətdir. Bu niyyət dəyişikliyi insanın hər şeyə, hər kəsə və bütün hadisələrə baxışını şirkdən tövhidə çevirəcək. Bu da necə vəziyyətdə olmasından asılı olmayaraq Allaha güvənməsinə və səmimi olaraq Qurana tabe olmağa qərar verməkdir. Bu səmimiyyət və iradə şübhəsiz ki, özü ilə birlikdə Allahın yardımını, bənzərsiz nemətlərini, mərhəmətini və bərəkətini gətirəcək. Şübhəsiz ki, Allah insanı ən düzgün yola qovuşduracaq, şeytanın azğınlıqlarından qoruyacaq. Allaha təslim olan insan görəcək ki, həqiqi səadət və xoşbəxtlik ancaq imanda, tövhiddədir. Buddizm isə dünya həyatının bir aldatmasıdır, böyük bir səhvdir. Allah möminlərə bu müjdəni verir:

"...Kim Allahdan qorxsa, Allah ona bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəcəkdir..." ("Talaq" surəsi, 2-3).

Buna görə də şirk içində yaşadığını müşahidə edən və bundan peşman olan insan bir an da tərəddüd etmədən bütlərini tərk etməlidir. Buddanı bir tanrı kimi qəbul edib (Allah bütün qüsurlardan uzaqdır) onu hər şeyi görən, eşidən, insana güc-qüvvət verən, hirslənən, xoş münasibət bəsləyən bir büt olaraq qəbul edən insanlar yaxşı fikirləşib bu səhv anlayışdan uzaqlaşmalıdır. Ya da karma kimi heç bir əsası olmayan inanclara qapılaraq axirətin varlığını rədd edənlər ağıllarını işlədərək bu səhvdən uzaqlaşmalıdır. Çünki "bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə puçdur!" ("Əraf" surəsi, 7/139).

manzara

"Onlar dedilər: “Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!”"
(Bəqərə Suresi, 32)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Bütpərəst Bir Din: Buddizm
  • Buddizmin Batil İnanclari
  • Materialist Qərb Mədəniyyəti və Buddizm
  • Buddizm Təhrif Edilmiş Haqq Bir Din Ola Bilərmi?
  • Nəticə: Haqq Gəldi, Batil Yox Oldu