Budistler veya bir özenti ya da ilgi çekme uğruna Budizmi seçenler nasıl büyük bir aldanış içinde olduklarının farkında değildirler. Oysa Budizm onları, güzel ve estetik olan her türlü değerden uzaklaştırmakta, pis, karanlık ve kasvetli bir dünyanın içine çekmektedir. |
Bura qədər buddizmin batil inanclarını və yanlışlıqlarını incələdik. Ancaq bunlarla yanaşı bu dində bəzi müsbət əxlaq prinsiplərinin də olduğunu qeyd etmək lazımdır. Buddist mənbələrdə insanlar oğurluq etməkdən çəkindirilir, xeyirxahlığa təşviq edilir, onların eqoizmdən və mənfi istəklərdən təmizlənmələri istənilir. Bütün bunlar buddizmin ilk dəfə ortaya çıxanda Allahın vəhyinə əsaslanan haqq bir din olması və zaman ötdükcə təhrif edilə biləcəyi ehtimalını ağıla gətirir.
Allah ayələrində hər ümmətə mütləq xəbərdar edənlər göndərdiyini xəbər vermişdir:
"Doğrudan da Biz səni haqla müjdə verən və qorxudan bir peyğəmbər kimi göndərdik. Elə bir ümmət yoxdur ki, onun içindən qorxudan bir peyğəmbər gəlib getməsin!" ("Fatir" surəsi, 24).
"Biz hər ümmətə: "Allaha ibadət edin, Tağutdan çəkinin!" deyə peyğəmbər göndərmişdik. Onların bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə haqq yoldan azmalı olmuşdur" ("Nəhl" surəsi, 36).
Allah başqa ayələrində isə "Hər ümmətin bir peyğəmbəri vardır..." ("Yunus" surəsi, 10/47) və "Hər ümmət öz dəftərinə tərəf çağırılacaqdır..." ("Casiyə" surəsi, 28) deyə buyurur.
Bu ayələr bizə Allahın hind xalqına da bir xəbərdarlıq edən göndərmiş olacağını göstərir. Bəlkə də bu xəbərdarlıq edən "buddizmin banisi" kimi tanıdığımız Siddharta Qautama ola bilər. Ancaq ondan sonra bu din təhrif edilmiş, yayıldığı ölkələrin mədəniyyət və dinləri ilə qarışıb əslini itirmiş, müxtəlif xurafatlarla birləşib batil bir din halına gəlmiş ola bilər (ən doğrusunu Allah bilir).
Əlbəttə, belə olan təqdirdə Siddharta Qautamanın həqiqi həyat hekayəsi hazırda bilinən mifologiyadan daha çox fərqli olacaqdır. Onsuz da Qautamanın həyat hekayəsi haqqında bir-birinə uyğun gəlməyən müxtəlif variantlar var. Bu isə həmin adamın həqiqi şəxsiyyətinin hazırda məlum olandan çox fərqli ola biləcəyini göstərən mühüm bir işarədir.
"Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun” |
Yuxarıda da qeyd etdiyimiz kimi, buddizmin bəzi müsbət əxlaqi prinsipləri müdafiə etməsi bu dinin Haqq bir mənbədən gəlmək ehtimalını göstərən ilk səbəbdir. Bununla yanaşı, buddizmin başqa bir inancı Haqq dinin həqiqətlərinə uyğundur: bəşər tarixi boyu insanlara eyni həqiqətləri öyrədən dini rəhbərlərin (peyğəmbərlərin) gəlməsi və onlardan sonra insanların təhrif etmələri. Qərbli tədqiqatçı C.M.Robertson buddizmin "peyğəmbərlər zənciri" inancını belə izah edir:
"Buddizm... yeni bir təlim olduğu iddiasında deyil. Ənənəyə görə, daha əvvəllər dəfələrlə yayılmışdır. Qautama tarix boyu müəyyən aralarla ortaya çıxan və hamısı da eyni təlimi öyrədən bir seri Buddanın ancaq biridir. Mənbələrdə Qautamadan əvvəl ortaya çıxmış iyirmi dörd müxtəlif Buddanın adı qeyd edilmişdir... İnanca görə, hər Buddanın ölümündən sonra gətirdiyi din bir müddət inkişaf edir, ancaq sonradan təhrif edilir. Yaddan çıxandan sonra isə yeni bir Budda gəlir və itmiş Dhammanı, yəni həqiqəti yenidən öyrədir".14
Bu din ağla buddizmin "peyğəmbərlərdən sonrakı təhriflərlə ortaya çıxan dəyişdirilmiş inanclardan biri" ola biləcəyi ehtimalını gətirir. Digər tərəfdən, buddizmin tutucu və qəlibçi quruluşu da haqq dinin təhrifi əsnasında ortaya çıxan klassik bir dəyişikliyi xatırladır. Allah Quranda xristianların və yəhudilərin də eyni tələyə düşməsindən, dinlərini lazımsız yerə təfərrüat və qadağalarla boğmasından bəhs edir. Məsələn, buddizmdə də müşahidə edilən "dünyadan əlini-ətəyini çəkmək" və "öz-özünə əziyyət vermək" düşüncələri xristianlıqda da dinin təhrifi əsnasında ortaya çıxmış bir yanlışlıqdır. Allah Quranda bu yanlışlıqdan belə bəhs edir:
"Sonra onların ardınca peyğəmbərlərimizi yolladıq. Məryəm oğlu İsanı göndərib ona Incil verdik. Onun ardınca gedənlərin qəlblərində bir-birinə şəfqət, mərhəmət oyatdıq. Onlar özlərindən rahiblik (tərkidünyalıq) icad etdilər. Biz onu (rahibliyi) onlara vacib buyurmamışdıq, onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə əməl etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir" ("Hədid" surəsi, 57/27).
"Bu, o ölkələrdir ki, onların əhvalatlarından bəzisini sənə söyləyirik. Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər.... |
Buddizm də "özlərindən rahiblik (tərkidünyalıq) icad etməklə" dəyişdirilmiş Haqq bir din ola bilər. Şübhəsiz ki, buddizmdəki təhrif xristianlıqdan və yəhudilikdən daha böyük səviyyədədir. Hər nə qədər təhriflərə məruz qalsalar da xristianlıq və yəhudilik hələ Allahın vəhyinə bağlı, Ona iman gətirməyə əsaslanan ilahi dinlərdir. Buddizm isə əgər həqiqətən Haqq bir mənbədən gəlirsə də bu mənbədən tamamilə uzaqlaşmış, bir yığın batil inanc və ayinlə boğulmuş, özündən sonra ancaq bir neçə doğru əxlaqi prinsipi qalmışdır.
Buddizmin xristianlıq, yəhudilik və müsəlmançılığa oxşayan başqa mühüm bir yönü də hər üç ilahi dində mövcud olan axırzaman və Mehdi-Məsih inancının bu dində də mövcud olmasıdır.
Axırzaman qiyamətdən əvvəl yaşanacaq sonuncu dövrdür. Həm Quran ayələrində, həm də Peyğəmbərimizin (s.ə.v.) hədislərində axırzamanda İslam əxlaqının bütün dünyaya yayılacağı ilə bağlı çoxlu işarə var. Quran ayələrində Hz.İsanın ölmədiyi, öldürülmədiyi, həyatda ikən Allahın dərgahına yüksəldildiyi, sonra yenidən dünyaya qayıdacağı xəbər verilir. Hz.İsanın yenidən dünyaya qaytarılacağı Peyğəmbərimiz (s.ə.v.) tərəfindən də müjdələnmiş və onun göndəriləcəyi dövr olan axırzamanda bütün yer üzünün sülh, ədalət, əmin-amanlıq və rifahla dolacağı xəbər verilmişdir. Hədislərdə bu müqəddəs vəzifəsində Hz.İsaya Mehdinin kömək edəcəyi bildirilir (Ətraflı məlumat üçün Harun Yəhyanın "Hz.İsa gələcək" adlı əsərinə müraciət edə bilərsiniz).
Axırzaman hədislərdə iki müxtəlif dövrə ayrılır. Əvvəlcə Allahın açıq-aşkar inkar edildiyi, din əxlaqını yaşayanların sayının azaldığı, bahalığın və maddi sıxıntının çoxaldığı, qıtlıqların olduğu, insanların çox təbii fəlakətlə qarşı-qarşıya qaldığı, haqsızlığın və ədalətsizliyin yayıldığı, müharibələrin və döyüşlərin artdığı, insanlar arasında sevgi, mərhəmət və şəfqət hisslərinin yerinə mərhəmətsizlik və zalımlığın hakim olacağı bir dövr yaşanacaq. Sonra insanlıq bütün bu mənfiliklərin həqiqi mənbəyi olan dindənkənar və anti-din fəlsəfələrdən qurtularaq din əxlaqına yönələcək, bunun nəticəsində isə qarşıdurmalar, haqsızlıqlar və zülmlər qurtaracaq. Sıxıntı və məhdudiyyət içində olan bütün insanlar böyük bir səadətə, əmin-amanlığa, barış və rifaha qovuşacaqlar. Dünya çox böyük bolluq və bərəkətlə dolacaq.
Allah əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola yönəldir. "Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allahı görmək) vardır. |
İslam dinində olduğu kimi xristianlıq və yəhudilikdə də bəhs edilən Mehdi-Məsih və axırzaman inancı mövcuddur. "Müqəddəs Kitab"ı təşkil edən Əhdi-Ətiqdə (Tövrat və yəhudilərin digər müqəddəs kitabları) və Əhdi-Cədiddə (dörd Incil və digər fəsilləri) axırzamanla bağlı çoxlu açıqlamalar var. Xüsusilə də Hz.İsanın gəlişi məsələsi Incil mətnlərində mühüm yer tutur. Bu izahlar Quran ayələri ilə Peyğəmbərimizin (s.ə.v.) hədisləri çox uyğun gəlir.
Tövratda Hz.İsanın adı qeyd edilmir. Ancaq Hz.Davudun nəslindən xilaskar bir Məsihin gələcəyi bildirilir. Bundan başqa, Tövratın bəzi fəsillərində son dövrlərdə baş verəcək hadisələrdən bəhs edilir. Tövratda gələcəyi vəd edilən, gəlişi və icraatları haqqında çoxlu açıqlamalar verilən Məsih Quranda da bildirildiyi kimi, Hz.İsadır. Məsihdən başqa gözlənilən insan üçün mələk, rəbb (əfəndi, öyrədən, tərbiyəçi), "davamlı xeyir" kimi müxtəlif sifətlər də işlədilmişdir.15
Tövratda Məsihin gəlişindən bəhs edilərkən onun dünyada quracağı hakimiyyətdən də çox danışılır. Millətləri öz idarəçiliyində toplaması, Hz.Davudun nəslindən olması və ona oxşaması (Hz.Davud da öz dövründə çata bildiyi bütün bölgələrdə hakimiyyət qurmuşdu) Məsihin əsas xüsusiyyətlərindəndir. Tövratda qeyd edilən bu pasajlardan bəziləri bu cürdür:
"Rəbb ilə mübarizə aparanlar bölünəcəklər; onların üstünə göylər də guruldayacaqdır; Rəbb dünyanın uclarına hökm edəcəkdir; və kralına güc verəcək. Məsihinin gücünü yüksəldəcəkdir" (1-ci "Samuel", 2/10).
"Və kralların günlərində göylərin Allahı əbədi olaraq xarab olmayacaq bir hakimiyyət quracaq və onun hakimiyyəti başqa bir xalqa buraxılmayacaq və bu hakimiyyətlərin hamısını o parçalayacaq və bitirəcək və özü əbədi olaraq qalacaq" ("Daniel", 2/44).
"Ona kömək olduğum bəndəm. Canımın ondan razı olduğu seçilmiş bəndəm. Ruhumu onun üstünə qoydum. Millətlər üçün haqqı meydana çıxaracaq. Qışqırmayacaq və səsini yüksəltməyəcək və onu küçədə eşitdirməyəcək. Əzilmiş qamışı qırmayacaq, yanan fitili söndürməyəcək, haqqı həqiqətə çatdıracaq. Dünyada haqqı gücləndirənə kimi zəifləməyəcək və cəsarəti qırılmayacaq. Adamlar onun şəriətini gözləyəcəklər... Mən, Rəbb səni doğruluqla çağırdım və əlini tutacağam və səni qoruyacağam. Kor gözləri açasan, məhbusları zindandan və qaranlıqda oturanları həbsxanadan çıxarmağın üçün səni qövmə ahd, millətlərə işıq olaraq verəcəyəm" (“İşaya", 42/1-7).
"...Kasıblara ədalətlə hökm verəcək, məmləkətin həqirləri üçün düzgün qərar verəcək və dünyaya ağzının dəyənəyi ilə vuracaq və pisi dodaqlarının soluğu ilə öldürəcək. Və belinin kəməri ədalət... olacaq" (“İşaya", 11/1-10).
Incildə də Hz.İsanın ikinci dəfə dünyaya gəlməsi ilə bağlı çox açıqlama var:
"Çünki sizə yer hazırlamağa gedirəm. Əgər gedib yer hazırlasam, təkrar gəlib sizi Öz yanıma gətirəcəyəm ki, Mən haradayamsa, siz də orada olasınız" ("Yəhya", 14/2-3).
"Sizdən göyə aparılan bu İsanın göyə qalxdığını necə gördünüzsə, eyni cür geri qayıdacaqdır" ("Həvarilərin işləri", 1/11).
"Beləliklə, əgər sizə: "Budur, O, səhradadır" desələr də çıxmayın; "Budur, O, daxili otaqlardadır" desələr də inanmayın. Çünki şimşək şərqdə çıxıb qərbdə belə göründüyü kimi Insan Oğlunun gəlişi də belə olacaqdır" ("Matta", 24/26-27).
"Mübarək və tək Hökmdar, şahların Şahı və rəbblərin Rəbbi, ölməzliyə yeganə malik olan, əlçatmaz nurda yaşayan, insanlardan kimsənin görmədiyi və görməyə qadir olmadığı Allah Məsihin zühurunu vaxtında gerçəkləşdirəcəkdir. Allaha hörmət və əbədi qüdrət olsun. Amin" ("Timoteyə birinci məktub", 6/15-16).
Hz.İsanın ikinci gəlişi ilə meydana gələcək bu hakimiyyət həm də ədalətin, zənginliyin, gözəl əxlaqın hakim olduğu bir dövr olacaqdır. Bu mövzuda Incil pasajlarında verilən məlumatlardan bəziləri bunlardır:
"Həlimlər nə bəxtiyardırlar! Çünki yeri miras alacaqlar" ("Matta", 5/5).
"Buna görə siz belə dua edin: ...Səltənətin gəlsin" ("Matta", 6/9-10).
"İbrahimi, İshaqı, Yəqubu və bütün peyğəmbərləri Allahın Səltənətində, özünüzü isə oradan qovulmuş gördüyünüz zaman aranızda ağlaşma və diş qıcırtma olacaq. Şərq və qərbdən, şimal və cənubdan gəlib Allahın Səltənətində süfrəyə oturacaqlar. Və budur, elə sonuncular var ki, birinci olacaqlar; və elə birincilər var ki, sonuncu olacaqlar" ("Luka", 13/28-30).
Yuxarıda da qeyd etdiyimiz kimi, buddizmdə də bir xilaskar Məsih inancı var. Budda özündən 1000 il sonra gələcək və bütün aləmlərə rəhmət olacaq Metteyya (Maitreya) ilə dinini tamamlayacağını ifadə etmişdir. Bu mövzu ilə bağlı müxtəlif ölkələrə aid bəzi buddist mənbələr belədir:
Burma mənbələrindən:
"Budda Sariputtaya belə dedi: "Bizim dövrümüz xoşbəxt bir dövrdür. Rəhbər dövrümüzdə yaşadı: Kakusanda, Kanoqama və Kasapa. Ulu Budda mənəm, ancaq məndən sonra Metteyya gəlir. Bu xoşbəxt əsr davam edərkən onun illərinin sayı qurtarmamışdan əvvəl bu Budda "Ulu deyilən Metteyya, bütün insanların Rəhbəri gələcəkdir""17.
Seylon mənbələrindən:
"Mən yer üzünə gələn ilk Budda deyiləm, axırıncı da deyiləm. Zaman içində dünyaya başqa bir Budda gələr ki, bu şəxs müqəddəs işıqla tam olaraq aydınlanmış, davranışları hikmətlə dolu, xeyirli, bənzəri olmayan biridir... Sizə mənim açıqladığımı açıqlayar. Dinini və məqsədini bildirər. Mənim elan etdiyim kimi təmiz və həqiqi dini təbliğ edər. Onun tələbələrinin sayı minlərlə olacaq, ancaq mənimkilər yüzlərlədir. O, Metteyya kimi tanınacaqdır".18
"Allahın köməyi və qələbə gəldiyi zaman, |
14- "Buddha as Fiction" excerpt from Pagan Christs, by JM Robertson, Dorset Press
15- Mezmurlar, 149:1-9; 145:1-17; 110:1-7, İşaya 66:13-4, Daniel 9:23-4
16- Prof. Dr. Günay TÜMER, Prof. Dr. Abdurrahman KÜÇÜK, Ocak Yayınları, Baskı : İstanbul / 1993 / s, 472. http://www.students.itu.edu.tr/~kusak/gecmiskutsal.htmhttp://ilim2000.tripod.com/Kitaplar/Biyografi/dinler_tarihi.htm
17- Warren, Buddhism in translation, s.481-82. http://www.students.itu.edu.tr/~kusak/gecmiskutsal.htm)
18- John Hogue, The Messiahs, The visions and prophecies for the second coming, Element Books limited, s. 35