Karma İnancında Dünya Hayatı

Karma inancına göre, dünya hayatı hiç bitmez. Ölen bir insan, başka bir bedenle tekrar bu dünyaya geri döner. Ancak bu doğru değildir. Ölümle birlikte, her insanın dünya hayatı sona erer ve ahiret hayatı başlar.

Daha əvvəl də ifadə edildiyi kimi, karma inancına görə bu dünya həyatında yaxşılıq edən bundan sonrakı həyatında yaxşılıqla, pislik edən isə pisliklə qarşılığını alacaq. Bu səbəbdən, karma inancında dünya həyatı bundan əvvəlki həyatının bir nəticəsi və bundan sonrakı dünya həyatının səbəbidir. İlk baxışda ölümdən sonrakı yeni həyata dair bu fikirlərin karma inancına sahib insanların gözəl davranışlar etmələrinə səbəb olacağı düşünülə bilər. Yəni karma fəlsəfəsinə inanan insanların bundan sonrakı həyatlarında yaxşılıqla və gözəlliklə qarşılıq almaq üçün gözəl davranışlar göstərməyə, pisliklərdən uzaq durmağa çalışacaqlarına inananlar ola bilər.

Ancaq, səmimi olaraq gözəl əxlaqlı olmağa qərar verməyən bir insan üçün karma inancının ciddi mənada təşviq etmə təsiri yoxdur. Karmada insanlar bu həyat dairəsinin saysız olduğuna və hər ölümdən sonra mütləq təkrar diriləcəklərinə inandıqları üçün önlərində saysız şans olduğunu zənn edirlər. Buna görə bir insan hər hansı bir pislik etməyə qərar verdikdə, “bundan sonrakı həyatımda daha pis bir həyatla yaşasam belə, bunu sonrakı həyatımda düzəldə bilərəm” deyə düşünər. Bu səbəblə, belə çürük təməllər üzərində qurulmuş bir anlayış insanları pisliklərdən çəkindirməyə kifayət etmir. Çünki dünya həyatına bağlılıq insanların böyük bir hissəsinin əhəmiyyətli bir zəifliyidir. Reinkarnasiya kimi batil bir fikrə inanmalarının ən əhəmiyyətli səbəbi də bu bağlılıqları və dünya həyatından heç bir şəkildə imtina edə bilməmələridir. İnsanların davranışlarını köklü bir şəkildə düzəldərək gözəl əxlaqı yaşamaları isə, ancaq bu dünya həyatının həqiqi mənasını qavramalarıyla mümkün olar.

Dünya həyatının əsil istiqamətini bilən bir insan özünü və bütün kainatı yaradan onu qoruyan Rəbbimizə qulluq üçün yaradıldığını, hər etdiyindən, hər sözündən və düşüncəsindən Allah'a qarşı məsul olduğunu və ölümündən sonra Ona hesab verəcəyini bilər. İnsanların Allah'a qulluq üçün yaradıldıqları Quran ayələrində belə bildirilir:

Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allah'dan qorxasınız. (Bəqərə surəsi, 21)

Budur sizin Rəbbiniz olan Allah. O'ndan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allah'dır! Elə isə O'na ibadət edin! O, hər şeyi Qoruyandır. (Ənam surəsi, 102)

İslam ve Karma

"Ey qövmüm! Allah'a ibadət edin. Sizin O'ndan başqa məbudunuz yoxdur. Mən sizə üz verəcək Böyük günün əzabından qorxuram"
( Əraf surəsi, 59)

" Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər də Ona qayıdacaqdır. Elə isə yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et... "
(Hud surəsi, 123)

Allah'ın gücünü təqdir edə bilən, Allah'ın verəcəyi əzabdan qorxu duyan möminlər, yalnız Allah'a ibadət edər, Onun əmrlərinə qeyd-şərtsiz tabe olar, pisliklərdən çəkinərək Rəbbimiz'i razı edəcək davranışlar göstərərlər. Möminlərin Allah'dan qorxub çəkindikləri və bundan ötrü gördükləri gözəl qarşılıq Quran ayələrində belə bildirilir:

Ey insanlar! Rəbbiniz’dən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin. Həqiqətən, Allah’ın vədi bir həqiqətdir. Qoy bu fani dünya sizi çaşdırmasın, hiyləgər şeytan da sizi Allah’ın əzabından arxayınlaşdırıb tovlamasın. (Loğman surəsi, 33)

De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allah’dan qorxanlar üçün Rəbbi yanında ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları, pak zövcələr və Allah'ın rizası vardır”. Allah qullarını görür. (Ali İmran surəsi, 15 )

Allah’dan qorxub çəkinən möminlər həyatları boyunca Allah’a olan qulluq vəzifələrini yerinə yetirmək, sonsuz və ağrılı-acılı bir əzabdan qorunmaq üçün ibadətlərində və gözəl əxlaq göstərməkdə qərarlı olarlar. Necə ki, Allah Quran’ın bir çox ayəsində ibadətlərin, qulluğun, gözəl əməllərin və əxlaqın davamlı olmasını təşviq etmişdir:

Göylərdə və yerdə nə varsa, Onundur. Din də daim Ona məxsusdur. Siz Allah’ı qoyub başqasındanmı qorxursunuz? (Nəhl surəsi, 52)

Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxımından daha əfzəldir. (Kəhf surəsi, 46)

Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab baxımından daha xeyirli, aqibətcə daha yaxşıdır. (Məryəm surəsi, 76)

O kəslər ki, namazlarını həmişə qılırlar. (Məaric surəsi, 23)

Nəticə olaraq, bir insanın həqiqi mənada üstün bir əxlaqa sahib olmasının, mənfəətləri ilə zidd olsa belə gözəl əxlaqdan güzəştə getməməsinin tək yolu Allah'a qarşı güclü bir sevgi və bağlılığı olması, Ondan qorxub çəkinməsi və Ona qulluqda qərarlı olmasıdır. Əks təqdirdə, hər insanın özünə aid bəzi gözəl xüsusiyyətləri ola bilər, ancaq bunlar ya sayılıdır, ya qısa müddətlidir və ya bəzi şərtlərə bağlıdır. Karma fəlsəfəsində də insanlara bəzi gözəl davranışlar tövsiyə edilir. Ancaq bunların davamlı olması mümkün deyil, çünki insanın hər şərtdə yaxşılıq etməsi üçün Allah'a iman etməli, etdiyi hər şeyi Onun rizası üçün etməli, Onu tanıyıb təqdir etməli və Ondan qorxub çəkinməlidir.

İslam ve Karma

İman eden insan, dünyadaki her güzelliğin geçici olduğunu bilir. Bundan üç-beş yüzyıl önce ihtişam içinde yaşamış olan insanların her birinin dünyadan ayrıldığını ve o ihtişamdan geriye sadece ıpıssız harabeler kaldığını aklından çıkarmaz. Bunun sonucunda da dünyadaki vaktini Allah'ı hoşnut edecek davranışlarda bulunarak geçirir.

Quran’da Dünya Həyatının Sınaq Yeri Olduğu Bildirilir

Quran’da dünya həyatının bir dəfə yaşanacağı və bu həyatın məqsədinin insanların sonsuz həyatları üçün sınaqdan keçmələri olduğu bildirilir. Yəni insanların ölümü gördükdən sonra bir daha dünyaya qayıdıb etdikləri səhvləri düzəltmək imkanları yoxdur. Allah dünya həyatının məqsədinin nə olduğunu bir ayəsində belə bildirir:

Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır. (Mülk surəsi, 2)

Dünya həyatı hər insan üçün Allah'ın qarşısına çıxardığı hadisələrlə sınandığı, gözəl əxlaq göstərib göstərməyəcəyinin sınandığı bir imtahan yeridir. Allah Quran'da insanların “iman etdik deməklə onlardan əl çəkilməyəcəyini və mütləq imtahan ediləcəklərini” bildirir. (Ənkəbut surəsi, 2)

İslam and Karma

Dünya hayatı her insan için "göz açıp kapayıncaya kadar geçen" kısa bir imtihan yeridir. Allah tüm insanları, dünya hayatında karşılaştıkları olaylara verdikleri tepkiler ile denemektedir.

Bir insanın həyatı boyunca qarşısına çıxan heç bir hadisə təsadüfi deyil. Hamısı Allah tərəfindən bir sınaq olaraq yaradılmışdır və taleyində ən kiçik təfərrüatına qədər yazılmışdır. Məsələn, bir insanın zəngin və ya məşhur olması o insanın -karma inancında olduğu kimi- fərz edilən keçmiş həyatında etdiyi yaxşılıqların bir qarşılığı deyil. Allah o insanı zənginlik və şöhrət ilə sınayır. Əhəmiyyətli olan o adamın sahib olduqlarına görə azğınlaşıb azğınlaşmayacağı, naşükür yoxsa şükür edənlərdən olacağıdır. Eyni şəkildə, kasıblıq və çətinlik içində yaşayan bir insanın da keçmiş həyatındakı pisliklərinin qarşılığını gördüyü istiqamətindəki inanc batildir. Allah bu insanı da çətinlik və sıxıntı ilə sınayır. Bu həyatın yaradılmasının səbəbi isə, bu adamın qarşılaşdığı çətinliklər qarşısında Allah'a təvəkkül edərək gözəl bir əxlaq göstərib göstərməyəcəyinin müəyyən edilməsidir.

Özünə dünya həyatında verilən bütün nemətlərin Allah'dan böyük bir lütf olduğunu bilən, bunlar üçün şükür edən və sahib olduğu hər şeydən Quran'da bildirilən sərhədləri qoruyaraq və Allah'ın razı olacağı şəkildə istifadə edən insan axirətdə gözəl bir qarşılıq görməyi ümid edə bilər. Ancaq bu nemətlərə sahiblənib, onların Allah'ın bir lütfü olduğunu unudan, bunlarla qürurlanaraq azğınlaşan və doğru yoldan azaraq harama yönələn insanlar üçün axirətdə pis bir qarşılıq vardır. Çünki hər insan etdiyi pisliyin və ya yaxşılığın qarşılığını axirətdə ən ədalətli şəkildə alacaq. Allah insanın sahib olduqlarının onun üçün yalnız sınaq olduğunu bir ayəsində belə xəbər verir:

Bilin ki, var-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır. (Ənfal surəsi, 28)

İslam and karma

"...Dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür."
(Rad surəsi, 26)

"Onlar axirəti verib dünya həyatını satın aldılar. Ona görə də onların nə əzabı yüngülləşdiriləcək, nə də onlara kömək göstəriləcəkdir."
(Bəqərə surəsi, 86)

Ayədə də bildirildiyi kimi, insan çətinlik və sıxıntılarla sınanacaq. Bu çətinliklərin şiddəti və forması isə tamamilə Allah'ın təqdirindən asılıdır. Bu şəkildə sınanan hər bir insan hər şəraitdə Allah'a təvəkkül etməli, hər çətinliyin və sıxıntının özü üçün bir xeyir olduğunu düşünməli və səbir edərək Allah'dan razı olmalıdır. Bu mövzu Quran ayələrində belə bildirilir:

Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allah'a məxsusuq və Ona da qayıdacağıq!” – deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır. (Bəqərə surəsi, 155-157)

Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allah'dan qorxsanız, bilin ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir. (Ali İmran surəsi, 186)

Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız? (Ənam surəsi, 32)

Dünya həyatının həqiqi tərəfini düşünərək görə bilən və bu həqiqətə görə yaşayan insanlar isə, ölümlərindən sonra sonsuza qədər davam edəcək olan əsil həyatlarını böyük bir xoşbəxtlik və hüzur içində keçirəcəklər. Bu, Allah'ın iman edənlərə bir vədidir və sonsuz rəhmət, şəfqət və mərhəmət sahibi olan Rəbbimiz, heç bir zaman vədindən dönməz.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Karma İnancı Nədir?
  • Karma İnancına Görə Reinkarnasiya
  • Karma İnancına Görə Axirət
  • Karma İnancında Dünya Hayatı
  • Karma İnancına və Quran’a Görə Tale Anlayışı
  • Həqiqi Hüzur və Xoşbəxtliyin Qaynağı Allah’a və Taleyə Təslim Olmaqdır
  • Karma Ədaləti Təmin Edə Bilməz, Əsil Ədalət Sahibi Olan Allah’dır
  • Allah’ın Ən Son və Heç Dəyişməyən Vəhyi: Quran
  • Nəticə
  • Ek Bölüm 1: Kuran Mucizeleri