Karma felsefesinde kadere iman yoktur. Oysa, her insan Allah'ın kendisi için yarattığı kadere tabidir ve kaderini değiştirmesi mümkün değildir.
Karma inancında tale haqqında son dərəcə azğın bir anlayış var. Karmaya görə bir insanın taleyi öz əlindədir. “Dinlər tarixi” adlı kitabda bu tale inancı belə izah edilir:
... Karma, insanın iradəsi ilə etdiyi şeyi bunun nəticəsini əhatə edir. Edilənlər insan üçün labüd son hazırlayar. Hər kəs belə bir karmanı miras götürür. Bunun ardınca digər karma gələr. Bu determinizm deyil. Çünki öz karması daxilində hər kəs yaxşı və ya pis iş görməkdə azaddır. İnsanın öz karması onu məcbur etmir. Buddist fikirə görə yeni karma üçün əhəmiyyətli olan davranış deyil, iradədir. Karmanın səmərələrini insan ya bu həyatda, ya yeni doğumda, ya da daha sonrakı doğumda görəcək. 5
Her insan, doğar, büyür, yaşar ve ölür. Ve ilk insandan günümüze kadar her insanın doğduğu andan itibaren yaşadığı ve yaşayacağı her olay kaderindedir. Kader, Allah'ın ilmidir. Hepimizin kaderini belirleyen herşeyin yaratıcısı, sonsuz ilim ve kudret sahibi olan Rabbimiz'dir. Bu yüzden samimi olarak iman eden insanların gelecekten veya geçmişte yaşananlardan endişe duyması son derece gereksizdir. Allah salih kulları için herşeyi hayırla yaratmaktadır. |
Yuxarıdakı izahda da göründüyü kimi, karma fəlsəfəsində taleyə iman yoxdur. Hər insanın öz taleyini özünün təyin etdiyi kimi həqiqətdənkənar bir fikir hakimdir. Karmaya görə, məsələn, hindli bir insanın içində olduğu kasta və həyat forması tamamilə özünün bundan əvvəlki həyatındakı hərəkətlərindən asılıdır. Yəni bu insan hazırda yaşadığı həyatdakı müqəddəratını bundan əvvəlki həyatında öz əliylə təyin etmişdir.
Halbuki, əslində bir insanın taleyini təyin edən, hər qarşılaşdığı hadisəni yaradan, bu hadisələri və həyatını hələ o insan doğulmadan əvvəl təyin edən Allah'dır. Hədid surəsində insanın başına gələn hər şeyin Allah'ın təqdiri olduğu və biz hələ o hadisəni görmədən əvvəl yaradıldığı belə bildirilir:
Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. (Hədid Surəsi, 22)
Tale Allah'ın keçmiş və gələcək bütün hadisələri “tək bir an” içində yaratmasıdır. Bu da Allah qatında kainatın yaradılış anından qiyamətə qədər olan hər hadisənin yaşanmış və bitmiş olması deməkdir. Bizim üçün hələ yaşanmamış, “gələcək” olaraq adlandırdığımız hadisələr, əslində Allah qatında keçmişimizlə birlikdə tək bir an içində yaşanmışdır. Çünki Allah zamandan münəzzəhdir, yəni zamana bağlı deyil. Zamana bağlı olan insandır. Buna görə, Allah qatında tək bir anda yaşanıb bitmiş hadisələrə bizim şahid ola bilməyimiz üçün müəyyən zaman keçməlidir. Məsələn, bizim bu kitabı oxumağımız üçün zamana ehtiyacımız var. Bir-bir səhifələrini çevirməyimiz üçün də zaman lazımdır. Ancaq Allah əzəldən bəri, daha bu kitab yazılmadan, hətta bu kitabı oxuyanlar, ya da oxuyanların ataları belə doğulmadan əvvəl bu kitabın hər səhifəsini bilir. Bu mövzu üçün belə bir nümunə verə bilərik: Bir küçədə gedən bir insanın küçənin digər başına çatması və küçənin başını görə bilməsi üçün zamana ehtiyacı vardır. Ancaq bu küçənin və küçədə hərəkətə başlayan insanın quş baxışı çəkilmiş şəklinə baxan bir başqa insan küçənin başındakı insanı da, küçənin sonunu da eyni anda və tək bir müstəvidə görə bilər. Bunun üçün zamana ehtiyac duymaz.
Bu həqiqətin dərk edilməsi son dərəcə əhəmiyyətlidir. Çünki bir insan hər nə qədər həyatı boyunca etdiyi hər şeyi öz istək və iradəsi ilə həyata keçirdiyini hiss etsə də, əslində Allah'ın özü üçün əvvəlcədən təyin etdiyi taleyini izləyər. İnsanın həyatı bir video kasetə yazılmış film kimidir. Ancaq insanın bu filmi qabağa verərək gələcəkdəkiləri görmək imkanı yoxdur. Allah isə, bu filmin hamısını eyni anda görür və bilir. Onsuz da bu filmi bütün təfərrüatlarıyla təsbit etmiş və yaratmış olan Odur. Biz necə ki, bir xətkeşin əvvəlini, ortasını və sonunu bir dəfədə görə biliriksə, Allah bizim bağlı olduğumuz zamanı əvvəlindən sonuna qədər tək bir an olaraq əhatə etmişdir. İnsanlar isə yalnız zamanı gəldikdə bu hadisələri yaşayıb, Allah'ın onlar üçün yaratdığı taleyə şahid olarlar.
Bir caddede yürüyen bu iki kişi, köşeyi döndüklerinde ne ile karşılaşacaklarını bilemezler. Ancak köşeyi döndükleri zaman bunu öğrenebilirler. Caddeye kuş bakışı bakan bir göz ise, bu insanlar daha köşeyi dönmeden onların görecekleri arabaları, insanları, mağazaları görebilir. |
Dünya üzərində keçmişdə yaşamış və gələcəkdə yaşayacaq olan insanların hər anları, hər halları, ana bətnindəki rüşeym hallarından ölümlərinə, orta məktəbə ilk getdikləri gündən saçlarında ilk ağaran saç telinin meydana gəldiyi saata qədər, hər anları Allah qatında təyin olunmuş, yaşanmış və görülmüşdür. Bu, dünya üzərindəki bütün insanların taleləri üçün bu cürdür.
Keçmişdə və gələcəkdə baş verən hər şeyin, əslində Allah qatında yaşanmış olaraq gizli və hazır hadisələr olmaları isə bizə çox əhəmiyyətli bir həqiqəti göstərir: Hər insan qeyd-şərtsiz, istəsə də, istəməsə də Allah’ın özü üçün təyin etdiyi taleyinə təslim olmuşdur. İnsan keçmişini dəyişdirə bilmədiyi kimi, gələcəyini də dəyişdirə bilməz. Çünki keçmişi kimi gələcəyi də yaşanmışdır. Gələcəyindəki bütün hadisələr, nə zaman, harada, nə yemək yeyəcəyi, kiminlə nə danışacağı, nə qədər pul qazanacağı, hansı xəstəliklərə tutulacağı, nəhayət, nə zaman, necə, harada öləcəyi hamısı məlumdur və bunları dəyişdirə bilməz. Çünki bunlar onsuz da Allah qatında, Allah'ın hafizəsində yaşanmış olaraq var. Yalnız bunların məlumatı hələ öz yaddaşında deyil.
Bu vəziyyətdə bir insanın başına gələn hadisələrə kədərlənməsi, bunlara sıxılması, narahatlıq duyması, qorxması son dərəcə yersizdir və ağıllı hərəkət deyil. Bu bir insanın baxdığı filmdəki hadisələrə kədərlənməsi, sanki olanları dəyişdirə biləcəkmiş kimi filmdəki obrazlar üçün nigaran olmasına bənzəyir.
Məsələn, həyatının dönüş nöqtəsi olaraq gördüyü bir görüşə gedərkən yolda qəza keçirən və bu görüşü qaçıran bir insan bir anda böyük ümidsizliyə düşər və başına gələnləri şanssızlıq olaraq xarakterizə edər. Hətta “kaş ki, evdən bir dəqiqə gec çıxsaydım və başıma bunlar gəlməsəydi” deyər. Halbuki, bu insan o anda boş yerə şikayətlənər. Çünki o adamın o gün evdən hansı saniyədə çıxacağı, hansı yollardan, hansı minik vasitələrindən istifadə edərək görüş yerinə doğru gedəcəyi, hansı avtomobil ilə və hansı insan ilə toqquşacağı hələ o insan doğulmadan əvvəl Allah qatında bəllidir və Allah hər hadisəni olduğu kimi bu hadisəni də o insan üçün ən xeyirlisi ilə yaratmışdır. İnsan Allah’ın hadisələrdə yaratdığı xeyir və hikmətləri hər zaman görüb anlaya bilməyə bilər və ya bir müddət sonra anlayar. Ancaq Allah'ı tanıyaraq Onun sonsuz qüdrətini təqdir edə bilən və Ona təslim olan bir insan, bunların hər birinin böyük bir xeyirlə yaradıldığına əmin olar.
Çok önemli gördüğü işine geç kalan bir insanın, bundan dolayı üzüntü ve sıkıntı duyması son derece yersizdir. Çünkü yaşadığı her olay kaderindedir ve bunların hiçbirini değiştirmeye güç yetiremez. |
Bu məqamda bu mövzunu da qeyd etmək lazımdır ki, yaşanan hadisələr Allah qatında təkcə bir məlumatdan ibarət olmaz. Bu hadisələrin hamısı yaşandığı andakı canlılığı ilə, hətta bizim bilmədiyimiz qədər canlı və dəqiq olaraq Allah qatında yaradılmışlar və indi də yaşanmağa davam edirlər. Məsələn, Peyğəmbərimiz’ə ilk vəhyin gəldiyi an, Allah’ın hz. Musa'ya ağacdan səsləndiyi an, hz. İsa’nın əliylə toxunaraq bir xəstəni yaxşılaşdırdığı an, hz. İbrahimin qövmünün ibadət etdiyi bütləri qırdığı an, Hz. Yunis'in balığın qarnında Allah’a dua etdiyi an, Hz. Yusif’in böhtana uğradığı an, Hz. Əyyuba şeytandan bir çətinlik üz verdikdə Allah'a dua etdiyi an, Hz. Lut’un mələkləri qonaq etdiyi an və keçmişdə yaşanmış bütün hadisələr Allah'ın qatında hazırda ən canlı və ən dəqiq hallarıyla yaşanır. Allah’ın qatında bu anların hamısı sonsuza qədər yaşanmağa davam edəcək.
Nəticədə qarşılaşdığı bir hadisəni çatışmazlıq, tərslik, şanssızlıq kimi görən, bundan ötrü əsəbiləşən, narahat olan, kədərlənən insanlar öz-özlərinə zülm edirlər. Çünki onlar heç bir zaman dəyişdirməyə güc çatdıra bilməyəcəkləri hadisələr üçün özlərini yorur, bunun üçün gərginlik yaşayırlar. Halbuki, taleyini izlədiyini bilən bir insan bu elmin gətirdiyi rahatlığı və hüzuru yaşayar. Çünki taleni yaradan Allah'dır və Allah hər şeyi ən xeyirli, ən gözəl şəkildə yaradar. Allah'ı tanıyan, Onu sevən və Onun ədalətinə və mərhəmətinə güvənən bir insan sonsuz ağıl sahibi Allah’ın yaratdıqları və dilədiklərindən başqa özünə heç bir şeyin baş verməyəcəyini bilməyin sərhədsiz kefini yaşayar. Möminlərin Allah qatından özlərinə yalnız xeyir gələcəyinə iman etdikləri bir ayədə belə bildirilmişdir:
Müttəqilərə: “Allah nə nazil etmişdir?” – deyildikdə, onlar: “Xeyir nazil etmişdir!” – deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir! (Nəhl surəsi, 30)
Allah’dan özlərinə gələn hər şeyin xeyir olduğuna inanan insanların dünya həyatlarının sonunda aldıqları mükafat isə bu ayənin davamında belə bildirilmişdir:
Onlar ağacları altından çaylar axan Ədn bağlarına girəcəklər. Orada onların ürəklərinin istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır. O kəslər ki, tər-təmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: “Sizə salam olsun! Əməllərinizə görə Cənnətə girin!” (Nəhl surəsi, 31-32)
İnsanların böyük bir hissəsi tale həqiqətini anlamazlıqdan gələrək, “madam hər şey taleyimizdədir, onda bizim nəsə etməyimizə gərək yoxdur” deyərək özlərinə taleyə iman etməyi qeyri-mümkün göstərməyə çalışırlar. Halbuki, bu çox dayaz bir düşüncə formasıdır. Əslində bu kəslər bu sözləri də yenə talelərində olduğu üçün söyləyərlər, amma bunun da fərqinə varmazlar. Allah hər insanın taleyini əvvəlcədən təyin etmişdir və Allah qatında hər insanın həyatı yaşanıb bitmişdir.
Ancaq Allah dünya həyatında yaratdığı imtahanın bir gərəyi olaraq insana hər şeyi öz iradəsi ilə edir hissini verir. Məsələn, kitab yazan bir insan, əslində Allah qatında yazılmış, bitmiş, oxuyacaq kəslər tərəfindən oxunmuş bir kitabı yazar. Hələ o insan nələr yazacağını fikirləşərkən, o kitabın bütün sətirləri, paraqrafları, başlıqları, üz qabığındakı rənglər və şəkillər, neçə səhifə olacağı, durğu işarələrinin haralara qoyulacağı kimi hər şey ən incə təfərrüatına qədər Allah qatında hazır olaraq durmuşdur. Ancaq insan bir kitabı yazarkən, Allah o insana özü yazırmış, sözləri, cümlələri özü düşünüb tapırmış hissini verər. Amma bir insanın, “bu kitab artıq qədərdə varsa yazılmışdır, mənim bir şey etməyimə ehtiyac yoxdur” deyərək imtina etməsi son dərəcə cahilcə və səmimiyyətsiz bir davranış olar. Bu, qapının zənginin çalındığını eşidən bir insanın “çöldəki insanın taleyində içəri girmək varsa, necə olsa içəri girəcək” deyərək qalxıb qapını açmamağı kimi bir cahillik nümunəsidir.
Doğru olan isə budur: Allah hər insanı hadisələri özü edirmiş hissi ilə yaradar və insan bu hissə uyaraq hər mövzuda əlindən gələn səyi göstərər. Məsələn, bir kitabın yazılmasına qərar verdikdə, o mövzuda tədqiqat aparar, diqqətlə düşünər, yazdıqlarında ciddiyyət göstərər, təkrar-təkrar nəzərdən keçirər. Amma bu əsnada taledə hazır olan kitabı mərhələ-mərhələ hazırlayar və hər mərhələ də taledə artıq məlumdur. Qapının zənginin çalındığını eşitdikdə də əlindəki işi qoyar və qalxıb qapını açar. Amma bunların hamısı taleyində müəyyən edilmiş hadisələrdir. Allah ayələrində insanların etdikləri hərəkətləri yaradanın və o hərəkətlərin əsil sahibinin Özü olduğunu belə bildirir:
Onları siz öldürmədiniz, Allah onları öldürdü. (Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı ki, möminləri Öz tərəfindən yaxşı bir sınaqdan keçirtsin. Həqiqətən, Allah Eşidəndir, Biləndir. (Ənfal surəsi, 17)
Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır. (Saffat surəsi, 96)
Əgər bir insan Quran'da izah edilən bu həqiqətləri anlamazlıqdan gəlib -və ya qəsdən öz ağlına görə taleni sınamaq üçün- döyülən qapını açmaz, ya da yazmalı olduğu kitabı yazmazsa, əslində yenə taleyində olan şeyi yaşayar. Ya da bu insan, “taleyimdə varsa sağalacam” deyərək xəstəliyi üçün lazım olan dərmanları almayıb, sağlamlığına diqqət etməzsə, elə bu ağılsız hərəkəti etmək də o insanın taleyindədir. Eyni şəkildə tale həqiqətini inkar edən bir insan da taleyində olduğu üçün inkar edər.
Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq. |
O halda ağıl və vicdan sahibi hər insan Allah'ın imtahanın bir gərəyi olaraq özünə verdiyi bu hissə uyğun şəkildə davranmalı, hər mövzuda əlindən gələn səyi göstərməli, ancaq bütün səyinin və əldə etdiyi nəticələrin də Allah qatında əvvəldən yaşanmış, görülmüş və nəticələnmiş hadisələr olduğunu bilməlidir. Allah Quran'da Hz. Yaqub'un oğullarına tövsiyəsini insanlara bu mövzuda nümunə olaraq vermişdir:
O dedi: “Ey oğullarım! Şəhərə bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Allah'ın iradəsinə qarşı isə heç bir şeylə sizə fayda verə bilmərəm. Hökm yalnız Allah'ındır. Mən ancaq O'na təvəkkül edirəm. Qoy təvəkkül edənlər də ancaq O'na təvəkkül etsinlər”. (Yusif surəsi, 67)
Yuxarıdakı ayədə göründüyü kimi, Hz. Yaqub oğullarına təhlükəsizlikləri üçün bir tədbir almalarını nəsihət edir, ancaq bunun ardınca bu tədbirin Allah'ın dilədiyi hadisənin reallaşmasının qarşısını ala bilməyəcəyini də xatırladır. Əslində hz. Yaqubun bu nəsihəti, oğullarının bu nəsihətə əməl etmələri və bunun nəticəsində qarşılaşacaqları hadisələrin hamısı da Allah qatında əvvəldən yaşanmış hadisələrdir. Növbəti ayədə isə alınan tədbirin Allah'ın təqdirini dəyişdirmədiyi belə bildirilir:
Atalarının onlara əmr etdiyi yerlərdən daxil olmalarının Allah'ın yanında onlar üçün heç bir faydası olmadı, lakin bu, Yaqubun nəfsindəki bir istək idi ki, onu da yerinə yetirdi. Həqiqətən də, o, elm sahibi idi, çünki onu Biz öyrətmişdik. Lakin insanların çoxu bunu bilmir. (Yusif surəsi, 68)
Ayədə də bildirildiyi kimi, insan Allah'dan gələcək hər hansı bir şeyin qarşısını almaq gücünə sahib deyil. Ancaq ibadət olaraq, Allah'ın razılığını axtararaq aldığı tədbirləri Allah vəsilə edər və o insanı ən xeyirli nəticəyə çatdırar.
Nəticədə, Allah'a və Allah'ın yaratdığı taleyə təslim olmuş bir insan ilə bu həqiqəti qavraya bilməyən bir insan arasındakı fərq budur: təslimiyyətli insan özü etdiyi hissini yaşamasına baxmayaraq bunların hamısını Allah'ın diləməsi ilə etdiyinin şüurundadır. Digəri isə, hər etdiyini öz ağlı və gücü ilə etdiyini zənn edərək yanılır. Əslində isə Allah'ın bir ayəsində bildirdiyi kimi, “Allah'ın əmri əzəldən müəyyən edilmiş bir hökmdür”. (Əhzab surəsi, 38)