Karma İnancı Nədir?

Karma, kamuoyunda oluşturulan mistik ve gizemli hava nedeniyle insanların ilgisini çeken batıl bir felsefedir. Birçok yönüyle insan aklına, vicdanına ve fıtratına aykırıdır.

Karma inancı hinduizm, buddizm və caynizm kimi batil Şərq dinlərində çox əhəmiyyətli yer tutur. Sanskrit dilinə aid olan karma sözü “hərəkət” mənasını verir. Hind dinlərində karma anlayışı, “səbəb-nəticə qanunu” kimi tanınır. Karma inancını müdafiə edənlərə görə bir insan əvvəlki həyatında nə edibsə, gələcək həyatında onun qarşılığını alacaq. Yaxşı əməllərinin qarşılığı yaxşı, pis əməllərinin qarşılığı isə pis olacaq. Bu düşüncəyə görə, insanın bugünkü vəziyyəti də əvvəlki həyatının bir nəticəsidir.

Karma felsefesi

Karma felsefesi, her ne kadar insanları güzel ahlaklı olmaya teşvik ediyor gibi görünse de, bu felsefe temelde ahiret inancı ve Kuran'da tarif edilen birçok imani konu ile çelişir.

Karma inancında “əvvəlki həyat” o insanın indiki həyatından əvvəlki həyatı, “gələcək həyat” isə ölümündən sonra başlayacağı iddia edilən həyatıdır. Çünki karmanın əsasında insanın ölümdən sonra dünyaya yenidən başqa bir bədənlə gəlməsi və bu ölüb-dirilmənin müntəzəm olaraq davam etməsi mənasını verən reinkarnasiya inancı var. Buna görə də, karmaya inanan insan öldükdən sonra başlayan yeni həyatındakı müvəffəqiyyətlərinin, ictimai mövqeyinin və ya həyat tərzinin əvvəlki həyatındakı davranışlarına və əxlaqına bağlı olduğuna inanır. Məsələn, bu gün zəngin və ya müvəffəqiyyətli olan bir adamın, əvvəlki həyatında yaxşı bir insan olduğu üçün, bu həyatında zənginliklə mükafatlandırıldığı düşünülür. Eyni şəkildə kasıb, şikəst ya da müvəffəqiyyətsiz olan bir adamın əvvəlki həyatında pisliklər etdiyi və bunun qarşılığını indiki həyatında bu şəkildə aldığı iddia edilir. Hətta bu batil iddiaya görə insan etdiyi pisliyə görə bir sonrakı həyatında bitki və ya heyvan görünüşündə də ola bilər. Reinkarnasiyanın batil bir inanc olduğu, kitabın sonrakı hissələrində ətraflı olaraq araşdırılacaq.

İlk baxışda karma inancının insanlara bəzi gözəl əxlaq xüsusiyyətləri qazandıra biləcəyi düşünülə bilər. Çünki, bu inanca görə bir insan yenidən dünyaya gəldikdə ən yaxşı şərtlərdə yaşamaq istəyəcək, bu səbəbdən indiki həyatını, bir sonrakı dünya həyatını qazanmaq üçün ən doğru şəkildə yaşamağa cəhd edəcək. Ancaq, həm karma, həm karmanın təməlini meydana gətirən reinkarnasiya inancı, həm də karma inancına sahib olan hinduizm, buddizm kimi dinlərin özündə birləşdirdiyi bir çox batil inanc insan ağlına, məntiqinə, vicdanına və fitrətinə ziddir. Bu səbəblə də, bəhsi keçən dinlərin özündə birləşdirdiyi qanun və tətbiqlərin insanlara gözəl əxlaq, cəmiyyətlərə da həqiqi mənada hüzur, sülh və xoşbəxtlik gətirməsi mümkün deyil. Bu inancların geniş yayıldığı, hətta dövlət dini olaraq qəbul edildiyi ölkələrdəki həyat şəraiti və ədalətsizliklər bunun ən bariz nümunələrindəndir.

Karma felsefesi

Karma inancına göre, ünlü ve zengin olan biri, geçmiş hayatındaki iyiliklerinin karşılığını bu şekilde almıştır. Ancak Karma'ya inanan birçok insana göre, bu adaleti sağlayan bir Yaratıcı yoktur. Bu felsefenin savunucuları, Karma'nın kendi kendine işleyen bir sistem olduğuna inanırlar.

Hinduizm və Buddizm kimi dinlərə aid inancların insanların diqqətini çəkməsinin ən əhəmiyyətli səbəblərindən biri, dünya səviyyəsində məşhur olan bəzi kino ulduzlarının və sənətçilərin bu inanclara olan marağıdır. Tibetdə buddist geyimlərində şəkillər çəkdirən, yaxud meditasiya ilə rahatlıq tapdıqlarını açıqlayan bəzi məşhurlar insanların diqqətlərini bu azğın inanclara çəkməyə çalışırlar. Bununla yanaşı, cəmiyyətdə yaradılan mistik və sirli ab-hava xüsusilə gənclərin bu dinlərə marağına səbəb olur.

Ancaq bu ab-havadan təsirlənərək karmanı həyat fəlsəfəsi halına gətirən insanların böyük əksəriyyəti də əslində bu fəlsəfələri ətraflı araşdırmaz, diqqətlə düşünməzlər. Bu kəslər ümumiyyətlə, mənəviyyata meyilli olduqları üçün, bu fəlsəfələrin gözəl əxlaqla əlaqədar hissələri daha çox diqqətlərini çəkər. Bu səbəblə də, bu dinlərdəki bir çox inancın ziddiyyətli, məntiqsiz, insan fitrətinə və vicdanına zidd xüsusiyyətlərini görməz, bəzi vaxtlar da görməzlikdən gələrlər. Halbuki, içində yaşadığı çətin və sıxıntılı həyatdan xilas olmağı və bütün insanların xoşbəxtlik, əmin-amanlıq və sülhlə dolu bir həyat içində yaşamağını səmimi olaraq istəyən bir adam doğru yolu tapmaq üçün səy göstərməlidir. Bunun üçün təsirində qaldığı fəlsəfələri diqqətlə araşdırmalı, tapdığı yolun ən doğru, ən ağıllı və vicdana ən uyğun yol olduğuna səmimi qərar verməlidir.

Bu kitabın hazırlanma məqsədi də, bu cür axtarış içində olan insanlara ən doğru yolun karma kimi -hər nə qədər müsbət mesajları özündə birləşdirsə də- qaynağı batil xurafatlarla və ağıldankənar üsullarla dolu hind dinləri olan bir fəlsəfəyə uymaq olmadığını göstərməkdir. İnsanların həm dünyada, həm də ölümdən sonrakı sonsuz həyatlarında xoşbəxtlik və hüzur içində yaşaya bilmələrinin tək yolu Allah'a iman etmələri və Quran'da bildirilənlərə əməl etmələridir. Quran Rəbbimiz'in düşünən insanlar üçün endirdiyi haqq kitab və insanları qaranlıqlardan işıqlığa çıxaran yeganə hidayət rəhbəridir. İnsanları pisliklərdən, fitnə-fəsad törətməkdən, mərhəmətsizlikdən, zalımlıqdan, ümidsizlikdən, bədbinlikdən, bədbəxtlikdən və hər cür çirkin davranışdan uzaq tutan şey göylərin və yerin yaradıcısı olan Allah'dan qorxaraq Quran əxlaqını yaşamaqdır.

Bu Quran insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.
( İbrahim surəsi, 52)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Karma İnancı Nədir?
  • Karma İnancına Görə Reinkarnasiya
  • Karma İnancına Görə Axirət
  • Karma İnancında Dünya Hayatı
  • Karma İnancına və Quran’a Görə Tale Anlayışı
  • Həqiqi Hüzur və Xoşbəxtliyin Qaynağı Allah’a və Taleyə Təslim Olmaqdır
  • Karma Ədaləti Təmin Edə Bilməz, Əsil Ədalət Sahibi Olan Allah’dır
  • Allah’ın Ən Son və Heç Dəyişməyən Vəhyi: Quran
  • Nəticə
  • Ek Bölüm 1: Kuran Mucizeleri