Həqiqi Hüzur və Xoşbəxtliyin Qaynağı Allah’a və Taleyə Təslim Olmaqdır

İnsanlar, karma inancında mutluluk ve huzur bulamazlar.
Çünkü gerçek mutluluğun ve kesintisiz huzurun kaynağı yalnızca Allah'a ve Allah'ın yarattığı kadere teslim olmaktır.

Daha önce de vurguladığımız gibi, insanların Karma gibi felsefelere ilgi duymalarının nedenlerinden biri, yaşantılarındaki sıkıntılardan, huzursuzluklardan, mutsuzluklardan kurtulma isteğidir. Birçok insan bunun için kendince bazı yollar ve yöntemler dener. Oysa gerçek mutluluğun ve huzurun tek kaynağı; insanın kendisini yoktan var eden, kendisine hiçlikken bir can veren, sayısız nimetle rızıklandıran, sonsuz merhamet ve şefkat sahibi, iyiliğin karşılığını iyilik olarak veren, koruyucu ve esirgeyici, herşeyi hayır ve adaletle yaratan Allah'a teslim olması, O'nun sınırlarını koruması ve hayatının her anında O'nun rızasını aramasıdır.

İslam ve Karma

Artık iman edip salih amellerde bulunanlara gelince; Rableri onları kendi rahmetine sokar. İşte apaçık olan 'büyük mutluluk ve kurtuluş' budur.
(Casiye Suresi, 30)

Daha əvvəl də vurğuladığımız kimi insanların karma kimi fəlsəfələrə maraq duymalarının səbəblərindən biri həyatlarındakı çətinliklərdən, narahatlıqlardan, bədbəxtliklərdən xilas olmaq istəyidir. Bir çox insan bunun üçün özünə görə bəzi yollar və üsullar sınayar. Halbuki, əsil xoşbəxtliyin və dincliyin tək qaynağı insanın özünü yoxdan yaradan, özünə heç nə ikən can verən, saysız nemətlə ruzi verən, sonsuz mərhəmət və şəfqət sahibi, yaxşılığın qarşılığını yaxşılıq olaraq verən, qoruyucu və mərhəmətli, hər şeyi xeyir və ədalətlə yaradan Allah'a təslim olması, Onun sərhədlərini qoruması və həyatının hər anında Onun razılığını axtarmasıdır.

Allah bütün kainatdakı canlı və cansız hər varlığın tək Hakimi, tək Yaradıcısı və bütün kainatdakı tək Gücdür. Bütün qüvvələr, bütün ordular, insanlar, qruplar Allah'a aiddir və qəbul etsələr də, etməsələr də hamısı Allah'a boyun əymişdir. Allah bir ayəsində bu həqiqəti belə bildirir:

Yoxsa onlar Allah'ın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqdır. (Ali İmran surəsi, 83)

Bütün kainatın tək hakimi olan Allah'a təslim olan, O'nu özünə tək vəkil və tək dost tutan, O'na könüldən sevgi, itaət və hörmət dolu bir qorxu ilə boyun əyən hər insan bütün kainatdakı yeganə qurtuluş yolunu tapmışdır. Çünki Allah hər şeyin üstündə güc sahibi olandır. Rəbbimiz'in ucalığı və üstünlüyü bir ayədə belə bildirilmişdir:

Allah, O'ndan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)

Quran'da Allah'ın böyüklüyünün və ucalığının izah edildiyi bu ayədən sonra insanın Allah'a yönəldiyi halda “qopmayan bir dəstəkdən” yapışmış olacağı belə bildirilir:

Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allah'a iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 256-257)

İnsanların böyük bir hissəsi bu həqiqətin fərqində olmadıqları üçün özlərinə əslində heç bir şeyə gücü çatmayan aciz varlıqları vəli və dost tutarlar, bu varlıqlara arxalanıb güvənərlər. Bu isə ömür boyu qorxu və narahatlıq içində yaşamalarına, özlərini təhlükədə hiss etmələrinə səbəb olar.

İslam ve karma

Məsələn, bir insan düşünək. Bu insan hüquqi bir problem yaşadığında onu müdafiə etməsi üçün vəkil tutacaq. Vəkili bütün hüquqi mövzuları ondan çox yaxşı bildiyi üçün ona güvənəcək və vəkalətini bu adama verəcək. Vəkilinin bacarıqlarına güvəndiyi və ondan əmin olduğu müddətcə iddiası ilə əlaqədar mövzularda ürəyi rahat olacaq. Halbuki, hüquqi mövzularda məlumat sahibi olmadığı halda, bir vəkilə güvənməyib, belə bir məsuliyyəti öz boynuna götürərsə lazımsız yerə böyük çətinlik və sıxıntı ilə qarşılaşacaq. Xəstə bir insan da özünü həkiminə böyük bir ürək rahatlığı ilə əmanət edər. Həkimi nə desə edər, sözünə qulaq asar. Həkiminin işində bacarıqlı olduğuna güvəndiyi müddətcə, özü üçün başqa bir dərman və ya müalicə axtarmaz. Bunlar bir insanın xüsusiyyətlərindən ötrü başqa bir insana qarşı duyduğu təslimiyyət və güvən duyğusunun bir nümunəsidir. İnsanın güvəndiyi bir varlığa olan təslimiyyəti böyük bir hüzur, rahatlıq və güvən qaynağıdır. Allah'a olan güvən və təslimiyyət isə, buradakı nümunələrlə müqayisə edilməyəcək qədər böyük və əhəmiyyətlidir.

Allah'a təslim olan bir insan həyatı boyunca Onun qarşısına çıxardığı hər hadisədən, hər görüntüdən, hər danışıqdan razı olar. Heç bir hadisə qarşısında “bu haradan çıxdı?” deməz, başına gələn bir çətinliyin ardından ağzından “kaş ki” sözü çıxmaz. Çünki başına gələn hər hadisəni güvənərək təslim olduğu, ədalətindən, mərhəmətindən və şəfqətindən əmin olduğu Rəbbimiz'in yaratdığını bilər. Allah'a təslimiyyət insanların hidayətlərinə vəsilə olan çox əhəmiyyətli bir mövzudur. Bəzi Quran ayələrində təslimiyyətin əhəmiyyəti belə izah edilir:

Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allah'a təslim etmişəm!” Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, bil ki, sənin öhdənə düşən ancaq haqqı təbliğ etməkdir. Allah qullarını görür. (Ali İmran surəsi, 20)

İslam ve karma

Göklerde ve yerde olanlar Allah'ındır; öyle ki, kötülükte bulunanları, yaptıkları dolayısıyla cezalandırır, güzel davranışta bulunanları da daha güzeliyle ödüllendirir.
(Necm Suresi, 31)

Yaxşı əməl sahibi olub özünü Allah'a təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allah'a qayıdır. (Loğman surəsi, 22)

Allah'a təslim olmayıb öz ağıllarına güvənən və özlərini Allah'dan müstəqil, azad varlıqlar olaraq görənlər isə həyatları boyunca çətinlik və əzab içində yaşayarlar. Hər hansı bir istəkləri reallaşmadığı vaxt dərhal ümidsizliyə qapılar və məyus olarlar. Halbuki, Allah'ın hər şeyi taledə ən xeyirlisi ilə yaratdığını bilsələr, özlərinin bilmədiyini Allah'ın bildiyini düşünsələr, heç bir hadisə onlarda kədər və sıxıntı meydana gətirməz. Məsələn, gedəcəyi yerə yubanan və ya heç çata bilməyən bir insan bunun sıxıntısını günlərlə yaşayar. Allah'a təslim olan bir insan isə, “Demək ki, getməməkdə bir xeyir varmış. Allah' mənim üçün ən xeyirlisini diləmişdir” deyərək ən kiçik sıxıntı hiss etməz. Belə insanlar üçün dünyada da, axirətdə də kədər və qorxu olmayacağını Allah ayələrində belə bildirir:

Həqiqətən də: “Rəbbimiz Allah'dır!” – deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar Cənnət əhlidirlər və etdikləri əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar. (Əhqaf surəsi, 13-14)

Şübhəsiz ki, Allah'ın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar iman gətirmiş və Allah'dan qorxmuşlar. Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allah'ın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur. (Yunis surəsi, 62-64)

Allah Yaxşılıq Edənlərə Gözəl Həyat Bəxş Edər

İslam ve karma

Hayır, kim (güzel davranış ve) iyilikte bulunarak kendisini Allah'a teslim ederse, artık onun Rabbi katında ecri vardır. Onlar için korku yoktur ve onlar mahzun olmayacaklardır.
(Bakara Suresi, 112)

Onlardan öylesi de vardır ki: "Rabbimiz, bize dünyada da iyilik ver, ahirette de iyilik (ver) ve bizi ateşin azabından koru" der. İşte bunların kazandıklarına karşılık nasibleri vardır...
(Bakara Suresi, 201-202)

Allah'a və O'nun təqdir etdiyi taleyə təslim olmağın insanlara qazandıracağı hüzur və xoşbəxtliklə yanaşı, Allah Özünə iman edənləri və gözəl işlər görənləri dünyada da gözəl bir həyatla yaşadacağını vəd etmişdir:

Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)

... Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir! (Nəhl surəsi, 30)

Bu həyatın içində bir çox gözəlliklər var. Məsələn, gözəl bir həyat üçün insanın güvənəcəyi, birlikdə əsil sevgi və yaxınlığı yaşayacağı dostları olmalıdır. Allah səmimi olaraq iman edən qullarını yenə özləri kimi etibarlı, təmiz, Allah'ın dostu olan möminlərlə dəstəkləyər. Bu səbəblə, müsəlman heç zaman yalnız qalmaz. Daima yanında çox sevdiyi, hörmət etdiyi, öz nəfsindən üstün tutduğu, güvəndiyi mömin qardaşları olar ki, bu, Allah'ın bir müsəlmana verdiyi ən gözəl nemətlərdən biridir.

İslam ve karma

Allah onlar için, süresiz kalacakları, altından ırmaklar akan cennetler hazırladı. İşte büyük 'kurtuluş ve mutluluk' budur.
(Tevbe Suresi, 89)

Cahil insanların, yəni Quran əxlaqından kənar əxlaq yaşayanların ən böyük çətinliklərindən biri isə, ağlına və səmimiyyətinə güvənə biləcəkləri, hər şəraitdə özlərinə dəstək olacaq, mənfəət üçün deyil, səmimi duyğularla dost olacaq yaxın kimsə tapa bilməmələridir.

Quran əxlaqından uzaq insanların arasındakı dostluq münasibətlərində mütləq mənfəətə əsaslanan tərəf olar. Belə dostluqlarda insan maddi və ya mənəvi bir çətinliklə qarşılaşsa yanında heç kimi tapmaya bilər. Ancaq müsəlmanların dostluğunda bu əsla olmaz. Müsəlmanlar özləri ehtiyac içində olsalar belə, digər müsəlmanların ehtiyaclarını birinci yerinə yetirəcək qədər üstün əxlaq sahibidirlər. Allah möminlərin bu gözəl əxlaqını bir ayəsində belə bildirir:

Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. (Həşr surəsi, 9)

Bir mömin Allah'ın anılmadığı, insanların taleyə üsyan etdikləri, boş danışıqların olduğu mühitlərdən xoşlanmaz. Bu səbəblə, Allah möminləri bir-birləri ilə dəstəkləyər. Onlar daim Allah'ı anar, Allah'ın yaratdığı gözəlliklərdən zövqlə bəhs edər, nemətlərinə şükür edərlər. Hər söhbətlərində hikmət, sevinc, ağıl və gözəllik olar. Bu söhbətlərdə heç vaxt pessimizm, ümidsizlik, həlledilməzlik olmaz. Əksinə həmişə xoş xəbər verən, dinləyənin içini aydınladan, üfüqünü genişlədən, sərhədsiz düşünməsinə səbəb olan, rahatlıq verən söhbətlər olar. Kimsə kimsəni incitməz, iynələyici danışmaz, qısqanclıq etməz, lağ etməz. Əsil dostluq, sevinc və sevgi yaşanar.

Gözəl bir həyatın digər bir xüsusiyyəti isə, təmiz, sağlam, rahat mühitlərdə yaşamaqdır. Müsəlmanlar daim ən təmiz, ən sağlam olanı seçərlər. Cahil insanların olduqları mühitlər isə ümumiyyətlə çirkli, dağınıq, ürək sıxıcıdır. Hətta əylənmək üçün belə xarabalıq, qaranlıq, dumanlı yerləri seçərlər. Halbuki, insanın ruhu cənnətdəki təmizlikdən və gözəllikdən zövq alacaq şəkildə yaradılmışdır.

Allah möminlərə dünyada xoş güzəran və bolluq da verər. Quran'da bildirildiyi kimi, Hz. Məhəmməd, Hz. Süleyman, Hz. Yusif, Hz. İbrahim özlərinə bolluq və mülk verilən peyğəmbərlərdəndir. Məsələn, Allah Hz. Məhəmmədə “Kasıb olduğun zaman səni varlandırmadımı?” (Duha surəsi, 8) deyərək, onu zəngin etdiyini bildirir. Allah Hz. Yusifi Misirin xəzinədarı etmişdir. Hz. Süleyman isə, heç kimin çata bilmədiyi bir zənginliyə sahib olmaq üçün Allah'a dua etmiş və Allah da duasını qəbul etmişdir.

Allah saleh möminləri də Öz lütfü ilə zəngin edəcəyini bir ayəsində belə bildirir:

... Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah lütfü ilə Genişdir, Biləndir! (Nur surəsi, 32)

Allah möminlərə lütf edərək zəngin edər, ancaq möminlər, heç bir zaman dünya nemətlərinin arxasınca qaçmazlar. Onların tək istəkləri Allah'ın razılığına, rəhmətinə və sonsuz nemətlərlə bəzənmiş cənnətinə qovuşmaqdır. Bu səbəblə də, Allah'ın onlara verdiyi nemətləri və zənginliyi, yenə Allah rizası üçün ən xeyirli şəkildə xərcləyərlər. Həm israf etməz, həm ehtiyacı olanları qoruyar və bu nemətlərdən yararlandırar, həm də sahib olduqları hər şeyi Quran əxlaqının yayılması üçün ən gözəl şəkildə istifadə edərlər.

İnkar edənlər isə, iman edənlərin tam əksinə, böyük bir sıxıntı və əzab içində yaşayarlar. Bu insanlar zəngin olsalar və ya dünyəvi mənada istədikləri hər şeyə sahib olsalar da, Allah onların ürəklərinə sıxıntı verər:

Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə cəzalandırar. (Ənam surəsi, 125)

Allah başqa bir ayəsində isə, Özünə uyanların xoşbəxt olacaqlarını və digərlərinin isə sıxıntılı bir həyat yaşayacaqlarını belə bildirir:

Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”. (Taha surəsi, 124)

Bir insanın həm dünyada, həm də axirətdə gözəl bir həyat yaşamasının tək yolu Allahı sevməsi, O'ndan qorxub çəkinməsi, O'nu özünə dost tutması və O'nun Quran'da bildirdiyi sərhədləri qorumasıdır. Karma kimi Quran'dan kənar batil inanclar insanların xoşbəxtlikləri və gözəl bir həyat yaşamaları üçün həqiqi həll yolu ola bilməz. Allah insanları sıxıntıdan qurtaranın Özü olduğunu bildirir:

De: “Ondan və bütün başqa sıxıntılardan sizi Allah xilas edir. Sonra siz yenə də şərik qoşursunuz . (Ənam surəsi, 64)

Müjde, dünya hayatında ve ahirette onlarındır.
Allah'ın sözleri için değişiklik yoktur.
İşte büyük 'kurtuluş ve mutluluk' budur.
(Yunus Suresi, 64)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Karma İnancı Nədir?
  • Karma İnancına Görə Reinkarnasiya
  • Karma İnancına Görə Axirət
  • Karma İnancında Dünya Hayatı
  • Karma İnancına və Quran’a Görə Tale Anlayışı
  • Həqiqi Hüzur və Xoşbəxtliyin Qaynağı Allah’a və Taleyə Təslim Olmaqdır
  • Karma Ədaləti Təmin Edə Bilməz, Əsil Ədalət Sahibi Olan Allah’dır
  • Allah’ın Ən Son və Heç Dəyişməyən Vəhyi: Quran
  • Nəticə
  • Ek Bölüm 1: Kuran Mucizeleri