Kuran, tüm insanlık için tek rehber, tek yol göstericidir.
Ve vahyedildiği günden bu yana hiçbir değişikliğe uğramamıştır.
Daha əvvəl də ifadə edildiyi kimi insanların böyük bir hissəsi əslində dinin xüsusiyyətləri olan sevgi, sülh, əmin-amanlıq, dostluq, mərhəmət, şəfqət kimi xüsusiyyətləri haqq dindən kənar yollarda, məsələn, karma kimi fəlsəfələrdə axtararlar. Halbuki, bunlar batil və azğın inanclardan qaynaqlanan fəlsəfələrdir. İnsanın fitrətini, necə xoşbəxt və hüzurlu olacağını bilən isə onu yaradan Allah'dır. Bu səbəbdən, insan üçün ən doğru və ən gözəl yol Allah'ın özünə göstərdiyi yoldur. Allah qulları üçün seçdiyi haqq yolu və dini isə son vəhyi olan Quran'da bildirmişdir. Allah Quran üçün “Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır”. (Bəqərə surəsi, 2) deyə bildirir.
Allah Özünü tanıtmaq, insanları, dünya həyatını və ölümü yaratma məqsədini bildirmək, axirətin, qiyamət gününün və hesab gününün varlığını xəbər vermək və insanlara məmnun olacağı gözəl əxlaqı izah etmək kimi daha bir çox hikmət ilə Quran'ı Peyğəmbərimiz Hz. Məhəmmədə vəhy etmişdir. Allah Quran'dan əvvəl də bir sçox peyğəmbərə vəhyini bildirmişdir. Ancaq bu ilahi kitablar zaman içində qismən təhrif edilmişlər. Quran isə son ilahi kitabdır və Allah'ın vədinə uyğun olaraq heç bir dəyişikliyə uğramamışdır. Quran'ın təhrif olunmaqdan qoruyacağını Allah bir ayəsində belə bildirir:
Şübhəsiz ki, Zikri (Quran’ı) Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq. (Hicr surəsi, 9)
İman edənlər Quran’ın Allah qatından olduğuna və insanlar üçün tək yol göstərici olduğuna qəti olaraq iman edərlər. Bunun bir çox dəlili vardır. Məsələn, Quran’dakı bənzərsiz üslub və sahib olduğu üstün hikmət onun Allah qatından olduğunun çox açıq bir dəlilidir. Bununla yanaşı, Quran bir çox möcüzə ehtiva edir. Məsələn, Quran’ın endirildiyi dövrdə, yəni dövrümüzdən 1400 il əvvəl bilinməsi mümkün olmayan, hələ ötən əsrdə tapılmış bəzi elmi həqiqətlər Quran’da bildirilir. (Ətraflı məlumat üçün baxın. Əlavə Bölüm 1: Quran Möcüzələri)
Quran’da bəzi elmi həqiqətlərlə yanaşı gələcəklə bağlı xəbərlər də verilmişdir. Bu xəbərlərin tarixi dövr ərzində baş verməsi ilə Qurana aid bir çox möcüzə daha reallaşmışdır. (Ətraflı məlumat üçün baxın. Əlavə Bölüm 1: Quran Möcüzələri)
Quran’ın ən əhəmiyyətli xüsusiyyətlərindən bir başqası isə içində heç bir ziddiyyət olmamasıdır. Tarix boyunca dinə düşmən olan kəslər Quran’a qərəzli düşüncə ilə yaxınlaşmış, öz dayaz məntiqi fikirləri ilə ziddiyyət tapa bilmək üçün böyük səy göstərmişlər. Halbuki, Allah’ın sözü olan Quran'da tək bir ziddiyyət də yoxdur. Allah Quran'ın bu xüsusiyyətini bir ayəsində belə bildirir:
Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allah'dan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar. (Nisa surəsi, 82)
De ki: "Şahidlik bakımından hangi şey daha büyüktür?" |
Yer üzündə bir çox fikir, fəlsəfə və inanc vardır. Bunların bir çoxu həm bir çox batil və təhlükəli inanc, düşüncə və tətbiq, həm də qismən gözəl xüsusiyyətlərə malikdir. Məsələn, karma inancı əslində bir çox azğın və batil inancı özündə birləşdirir. Bir tərəfdən də insanların gözəl əxlaq içində yaşamalarını təşviq edən bəzi xüsusiyyətlərə sahibdir. Ancaq, nəyin həqiqətən yaxşı və nəyin həqiqətən pis olduğunu ayırmağın tək yolu Allah'ın bütün insanlığa tək rəhbər olaraq göndərdiyi Quran'a baxmaqdır. Məsələn, bu kitab boyunca karma inancının bəzi xüsusiyyətləri izah edilmiş və bu xüsusiyyətlərin niyə doğru və ya səhv olduğu açıqlanmışdır. Bu izahlar verilərkən isə, tək ölçü və müraciət edilən qaynaq Quran ayələri olmuşdur. Məsələn, karmadakı reinkarnasiya inancı tənqid edilərkən Quran ayələri rəhbər olaraq götürülmüşdür. Çünki Allah'ın kitabından kənar qaynaqlar insan düşüncəsinin məhsullarıdır və mütləq doğru olmaları mümkün deyil. Tək mütləq doğru Allah'ın kitabıdır. Ondan kənar mənbələrə əsaslanaraq həyat quranlar yanlışa düşməkdən özlərini uzaq tuta bilməzlər.
Allah Quran'ın doğrunu səhvdən ayıran (Furqan) xüsusiyyəti üçün bir ayədə belə buyurur:
Daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allah’ın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir. (Ali İmran surəsi, 4)
Quran insanları qurtuluşa aparan, onları ölümdən sonrakı sonsuz həyatları üçün xəbərdar edən, doğru yolu göstərən, Allah’ın razılığını, rəhmətini və cənnətini qazanmaq istəyənlər üçün rəhbər olan yeganə kitabdır. Quran’da təbliğ edilən İslam dini isə Allah’ın insanlar üçün seçdiyi tək dindir. Allah bir ayəsində bu həqiqəti belə bildirir:
İslam’dan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar. (Ali İmran surəsi, 85)
De ki: "Bize yararı ve zararı olmayan Allah'tan başka şeylere mi tapalım? Allah bizi hidayete erdirdikten sonra, şeytanların ayartarak yerde şaşkınca bıraktıkları, arkadaşlarının da: "Doğru yola, bize gel" diye kendisini çağırdığı kimse gibi topuklarımız üzerinde gerisin geri mi döndürülelim?" De ki: "Hiç şüphesiz Allah'ın yolu, asıl yoldur. Ve biz alemlerin Rabbine (kendimizi) teslim etmekle emrolunduk." |