İslam vǝ Karma Fǝlsǝfǝsi

61 səhifə.

Karma kimi inanclarda və ya bir çox şərq dinində haqq dinlərdən qalan bəzi xüsusiyyətlər var. Ancaq bu dinlər zaman içində adət və ənənələrin, atalarından qalma batil inancların qarışdırılması ilə xurafatlarla dolu inanclara çeviriliblər. Bir tərəfdən insanları gözəl əxlaqa və sülhə çağırarkən, bir tərəfdən də inəklərə sitayiş edilməsi, inəyə salam verilməsi, siçanları, meymunları müqəddəs sayılması kimi bir çox məntiqsiz inancı da özündə birləşdirir.

Bu səbəblə, sülh, sevgi, dostluq, hüzur kimi gözəl əxlaq xüsusiyyətlərini yaşamaq, bunların insanlar arasında yayılmasını təmin etmək istəyən və bu istəyində səmimi olan hər kəs Allaha və Allahın endirdiyi və insanlar üçün yol göstərici olaraq seçdiyi Qurana yönəlməlidir. İnsanların sıxıntı çəkdikləri, düzəltmək istədikləri hər şeyin tək həlli Quranda var. Allah hər insanı Öz seçdiyi dinə uyduğu təqdirdə xoşbəxt və hüzurlu olacaq şəkildə yaratmışdır:

Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir. (Rum surəsi, 30)


İslam vǝ Karma Fǝlsǝfǝsi

Kitabın məzmunu

Kitabdan Başlıqlar və Fəsillər