"Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir,
iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir.
O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız."
(Nəhl surəsi, 90)
2001-ci il, sentyabrın 11-də ABŞ-ın iki böyük şəhərinə qarşı təşkil edilən, minlərlə günahsız insanın ölümü və yaralanması ilə nəticələnən terror hücumlarını bir müsəlman kimi qəti şəkildə lənətləyir və Amerika xalqına başsağlığı veririk.
Əsrlərdir dünyanın müxtəlif bölgələrində müxtəlif qruplar tərəfindən fərqli məqsədlərlə terror aktları həyata keçirilir. Yunanıstanda “17 noyabr”, Almaniyada RAF, İspaniyada ETA, yenə Almaniyada neonasist qruplar, İtaliyada “Qızıl briqadalar” və daha neçə-neçə təşkilatlar terror və şiddət tətbiq edərək heç bir günahı olmayan, müdafiəsiz insanları vəhşicəsinə qətlə yetirirlər. Türkiyənin cənub-şərqində də marksist və stalinist terror təşkilatı olan PKK 40 ilə yaxın müddətdir ki, həyata keçirdiyi terror aktları ilə on minlərlə insanı şəhid etmişdir. |
Bu hücumlar terrorun əsl mənbəyi ilə əlaqədar olan çox əhəmiyyətli mövzunu dünyanın diqqət mərkəzinə gətirdi və bu vasitə ilə İslamın sülh və xeyirxahlıq dini olduğunu, insanlara mərhəmət və ədaləti əmr etdiyini bütün dünyaya geniş şəkildə göstərdi. Ayrı-ayrı ölkələrin liderləri, dünyanın ən nüfuzlu mətbuat vasitələri, televiziya və radiolar həqiqi İslamın terrorizm və gərginliyə heç bir zaman izn vermədiyini, onun insanlar və cəmiyyətlər arasında daim sülh yaradılmasını əmr etdiyini öz cəmiyyətlərinə dəfələrlə bildirdilər. İslam dinini yaxından araşdıran və Allahın Quranda əmr etdiyi həqiqi İslam dinini yaxşı tanıyan əksər qərbli çevrələr “İslam” və “terror” kəlmələrinin birlikdə işlədilməsinin qətiyyən mümkün olmadığını, ilahi dinlərin heç bir şəkildə gərginliyə və amansızlığa yol vermədiyini bütün açıqlığı ilə ortaya qoydular.
Bu kitabın mövzusu da lənətlədiyimiz bu vəhşiliyin qaynağının qətiyyən ilahi din olmadığı, xüsusilə İslamda terrora yer olmadığı həqiqəti ilə birbaşa bağlıdır. İslam dininin yeganə mənbəyi olan Quranda, başda Peyğəmbərimiz hz. Muhəmməd (səv) olmaqla, tarix boyu yaşamış bütün müsəlman rəhbərlərin fəaliyyətində və nəsihətlərində bu həqiqət tam açıqlığı ilə ortaya çıxır. Lakin təbii ki, İslam dinini sonradan çıxarılan və şiddətə zəmin yaradan uydurma hədislərə və xürafələrə əsaslanaraq açıqlayan çevrələr tarix boyu yaşamış və dinimizin qəti qadağan etdiyi terror aktlarını həyata keçirmişlər. Bu səbəblə də İslamın terroru qadağan etdiyini və terrorizmi, vəhşiliyi, bütün insani olmayan əməlləri, amansızlığı və qəddarlığı haram buyurduğunu bu kitabda Quran ayələrinin işığında tarixi nümunələrlə və bütün dəlilləri ilə ortaya qoyacağıq.
Bəlli olduğu kimi, əsrlərdir dünyanın müxtəlif bölgələrində müxtəlif terror əməliyyatları həyata keçirilir. Hər biri fərqli qruplar tərəfindən və müxtəlif məqsədlərlə həyata keçirilən bu əməliyyatlara görə məsuliyyəti bəzən bir kommunist təşkilatı, bəzən faşist qrupu, bəzən də radikal və ya separatçı dairələr öz üzərinə götürür. Amerika kimi ölkələr tez-tez irqçi və marginal terror qrupları tərəfindən gerçəkləşdirilən hücumlara məruz qaldığı halda, Avropa ölkələrində çeşidli terror təşkilatları tərəfindən irimiqyaslı və amansız terror aktları həyata keçirilməkdədir. Yunanıstanda “17 noyabr”, Almaniyada RAF, İspaniyada ETA, yenə Almaniyada neonasist qruplar, İtaliyada “Qızıl toqaylar” və daha neçə-neçə təşkilatlar səslərini terror və amansızlıq üsulları ilə eşitdirməyə çalışır, heç bir günahı olmayan, müdafiəsiz insanları vəhşicəsinə qətlə yetirirlər. Türkiyənin cənub-şərqində də marksist-stalinist terror təşkilatı olan PKK 30 ildir ki, terror aktları həyata keçirir və bu müddət ərzində on minlərlə insanı şəhid edib. Terrorun əhatə dairəsi və təsir gücü xüsusilə də internet kimi kütləvi əlaqə vasitələrinin imkanları hesabına daha da genişlənir. Qərb mənşəli təşkilatlarla yanaşı, Orta Şərq mənşəli terror təşkilatları da var. Belə ki, dünyanın hər tərəfindəki terror hadisələrinin məsuliyyətini məhz bu qruplar öz üzərinə götürür və öz əməllərini həyata keçirməkdə davam edirlər. Ancaq burada çox önəmli olan faktı da vurğulamaq lazımdır. Belə terror əməlləri həyata keçirən insanların xristian, müsəlman və ya yəhudi olması bəzi dairələri yanlış qənaətə gəlməyə sövq edir və onların ilahi dinlərin mahiyyəti ilə əsla uyğun gəlməyən iddialarla çıxış etməyinə səbəb olur.
Terrorçular müsəlman adı daşısalar da və bu, onların pasportunda yazılsa belə, belələrinin törətdiyi cinayətlərə İslam terroru deyilə bilməz. Bu sözlər eyni qaydada xristian və yəhudilərə də aiddir. Çünki kitabın növbəti bölmələrində də bildirdiyimiz kimi, günahsız insanların ilahi din adı altında öldürülməsi mümkün deyil.
Bu insanlar Allahın bəşəriyyəti sülh və qardaşlığa çağırmaq üçün endirdiyi müqəddəs kitabları yanlış açıqlayıb sonradan ortaya çıxardığı xürafə inanclarla özlərindən fərqli düşünənlərə qarşı şiddəti qanuniləşdirir və beləliklə, dinin əmrlərinə qarşı çıxırlar. Yaddan çıxarmaq olmaz ki, sentyabrın 11-də Nyu-York və Vaşinqtonda qətlə yetirilmiş insanlar arasında hz. İsanı sevənlər (xristianlar), hz. Musanı sevənlər (yəhudilər) və müsəlmanlar da vardı. Bu günahsız insanları öldürməyi Allah bağışlamaz və bu, cəhənnəm əzabı ilə nəticələnən böyük günahdır. Dinə inanan, qəlbində Allah qorxusu olan insan heç bir zaman belə şey etməz.
Belə vəhşiliyi törədənlər hansı dinə mənsub olduqlarını iddia edirlərsə-etsinlər, bunu ya cahillikdən dolayı və ya da ancaq dinə təcavüz etmək məqsədi ilə etmiş ola bilərlər. Çünki bu şiddət hadisələrindən sonra insanlar dindən soyuyur, dindarlara qarşı nifrət və reaksiya yaranır. Dolayısilə, günahsız insanlara qarşı din adı altında hər bir təcavüz, əslində, dinin özünə qarşı edilmiş təcavüzdür.
Din sevgi, mərhəmət və sülhü əmr edir. Terror isə dinin əksinədir, yəni mərhəmətsizdir; qan tökmək, öldürmək, acı çəkdirmək istəyir. Buna görə də müəyyən terror aktının səbəbini tapmaq istəyərkən onun qaynağını dində və dindarlıqda deyil, dinsizlikdə axtarmaq lazımdır. Belə amansız və vəhşi hadisələrin mənbəyini faşist, kommunist, irqçi, materialist düşüncəli insanlarda axtarmaq lazımdır. Terrorçuların hansı adı daşıması, şəxsiyyət vəsiqələrində nə yazılması önəmli deyil. Bir adam günahsız insanları gözünü də qırpmadan öldürürsə, deməli, o, əlbəttə ki, dindar deyil və mütləq dinsizdir. Bu səbəblə də “İslam terroru” ifadəsi son dərəcə xətalı və kökündən yanlış anlayışdır. Əksinə, İslama görə, terror adlandırdığımız əməllər böyük günah və cinayətdir. Bundan başqa, müsəlmanlar bunların qarşısını almaqla və yer üzünə sülh və ədalət gətirməklə vəzifəlidirlər.
Heç bir din şiddəti əmr etmir. Heç bir din amansızlığı, eqoizmi, sevgisizliyi təşviq etmir. Şiddət və şiddətə zəmin hazırlayanlar dinlə əlaqəsi olmayan münaqişəyə meyilli olan ideologiyalardır. |
Terörün Dini Yoxdur. |