20-ci əsr şiddətin və terrorun əsri oldu. Böyük döyüşlər, regional qarşıdurmalar və müxtəlif terror hadisələri bu əsrə damğasını vurdu. Əgər lazım olan tədbirlər alınmaz və köklü həllər tətbiq edilməzsə, 21-ci əsrdə də eyni 20-ci əsrdə olduğu kimi şiddət və terror davam edəcək. Bunun üçün terrorla fikri mübarizənin çox böyük bir sürətlə və çox geniş kütlələri əhatə edəcək şəkildə başladılması lazımdır. Bu fikri mübarizə, cahillikdən və şiddətdən qüvvət tapan terroristlərlə, Allaha iman edən, şəfqətli, sevgi dolu, bağışlayıcı, mərhəmətli və vicdanlı insanlar arasında reallaşacaq. Hansı dindən olursa olsun, iman sahibi hər insana çox böyük bir məsuliyyət düşməkdədir. Yəhudilər Köhnə Əhddə iştirak edən və insanlığı barışa və xoşgörüşə çağıran şərhləri göz ardı etməməli, bütün Yəhudiləri terrorun qarşısında dayanmağa dəvət etməlidirlər. Xristianlar da Allahın məmnun olacağı gözəl əxlaqı özlərinə rəhbər edərək, bütün Xristianları terrorizmlə mübarizəyə dəvət etməlidirlər. Müsəlmanlar da Allahın Quranda öyrətdiyi gözəl əxlaq qanunlarına daha güclü sarılmalı və İslam adına terrorizmə zəmin hazırlamaq istəyən əyri anlayışlara qarşı diqqətli olmalıdırlar. Şübhəsiz bu mübarizə, terrora zəmin meydana gətirən ideologiyalarla fikri sahədə ediləcək olan bir mübarizədir. Bir tərəfdən bu ideologiyaların ziddiyyətlərini, bir tərəfdən də heç bir fikirin şiddətlə, təzyiqlə, zülmlə hakim ola bilməyəcəyini, zorbalığın əsla bir gözəllik meydana gətirə bilməyəcəyini izah etməlidirlər.