Bu kitab 2003-cü ilin yay aylarında yazılıb. Əgər bundan 20, 30 və ya 50 il əvvəl olsa idi, o zaman İslam Birliyindən danışmaq daha çətin olardı. Çünki o vaxtlar həm dünyanın, həm də İslam aləminin durumu belə birlik üçün əsaslı şərtləri daşımırdı. Əksinə, bu birliyin qurulmasına mane olan çoxlu səbəblər var idi. Lakin dünya 1980-ci illərdən etibarən bir sıra dəyişikliyə məruz qaldı. Bunlar da öz növbəsində İslam Birliyindən söz açmağı və bunun qurulması üçün çalışmağı mümkün etdi.
İslam Birliyinin yolunu açan həmin böyük dəyişiklikləri sıra ilə nəzərdən keçirək:
Yer üzündə son İslam Birliyi böyük Osmanlı İmperiyası idi. Onun dağılmasından sonra İslam dünyası irili-xırdalı müxtəlif dövlətlərə bölündü, bu dövlətlərin çoxu uzun müddət qərb ölkələrinin müstəmləkəsi oldular. 1920-ci illərdən etibarən bütün Yaxın Şərq, Şimali Afrika, Hindistan yarımadası və Sakit okeanı hövzəsindəki müsəlmanlar başda İngiltərə və Fransa olmaqla, Avropanın müstəmləkəçi dövlətlərinin hakimiyyəti altına düşdülər. Orta Asiya və Qafqaz ölkələri isə daha ağır rejimin– Sovet İttifaqının əsarətində idilər. Balkan müsəlmanları da serb və xorvatlar kimi qeyri-müsəlman xalqların idarəçiliyinə girdilər. İkinci Dünya Müharibəsindən sonra bu rejimlər üstəlik kommunist düşüncə mənimsəyib İslama zidd quruluşa büründülər.
Qısası, 20-ci əsrin önəmli hissəsində dünya müsəlmanlarının böyük hissəsi müstəmləkə idi. 1950 və 1960-cı illərdə müstəmləkəçiliyin bitməsi ilə müsəlmanlar da azad olmağa başladılar. İngiltərə Hindistan yarımadasını, daha sonra Yaxın Şərqi tərk etdi. Hindistan yarımadasında Pakistan və sonradan Banqladeş adını alan Şərqi Pakistan quruldu. Yaxın Şərqdəki Misir, İordaniya və İraq kimi müsəlman ölkələri müstəqillik qazandılar. Şimali Afrika uzun və amansız prosesdən sonra Fransa imperializmindən xilas oldu. Afrikadakı digər müsəlman ölkələri də 60-cı illərdə bir-birinin ardınca azad oldular. Şərqdə Malayziya və İndoneziya eyni ildə– 1965-ci ildə müstəqilliklərini elan etdilər.
1980-ci illərin sonunda kommunist blokun və 1991-ci ildə SSRİ-nin dağılması ilə bu rejimlərə tabe olan müsəlmanlar hürriyyət qazandılar. Orta Asiyadakı türk dövlətləri 1 əsr yarımı keçən rus hakimiyyətindən xilas olub azad respublika oldular. Kommunizmin çökməsi Balkan müsəlmanlarına da azadlıq gətirdi. Bosniya-herseqovina serblərin hakim olduğu Yuqoslaviyadan xilas oldu və Avropanın ortasında müsəlman ölkəsi kimi səhnəyə çıxdı. Albaniya əliqanlı və qatı ateist diktator Ənvər Hocanın zalım kommunist rejimindən qurtuldu.
Bu gün müxtəlif ölkələrdəki azlıqlar, həmçinin Fələstin, Kəşmir kimi işğal altındakı bir neçə müsəlman ölkədən başqa, dünya müsəlmanları öz siyasi hakimiyyətlərinə qovuşublar. Bu böyük siyasi dəyişiklik 20-ci əsr boyunca mümkün olmayan İslam Birliyindən söz açmağı 21-ci əsrdə mümkün edir.
İslam ölkələri yuxarıda da bildirdiyimiz kimi, 50-ci illərdən etibarən azadlıq qazanmağa başladılar, lakin müstəqillik hər zaman dərk etmək mənasını daşımırdı. Əksinə, hürriyyət qazanan İslam ölkələrinin bəzilərində İslam əxlaqına zidd cərəyanlar güc qazandılar.
1950 və 1960-cı illərdə ərəb dünyasına dərin təsir izini buraxan ərəb sosializmi bunun bir nümunəsi idi. İslam əxlaqının qəti şəkildə rədd etdiyi radikal marksist metodlara dayanan ərəb millətçiliyi bir anda güc əldə etdi, lakin sürətlə gerilədi. Ərəb dünyasına isə yalnız zaman itkisi və gərginlik gətirdi.
Bundan başqa, müsəlman ölkələri fərqli qütblərə ayrılmışdılar. O dövrdə dünya ABŞ və SSRİ-nin başçılıq etdiyi iki qütbə ayrılmışdı. Müsəlman ölkələri birgə hərəkət etmək bir yana, haradasa bu iki qütbə bərabər şəkildə bölünmüşdülər. Ərəb ölkələrinin çoxu Sovet İttifaqının yanında idi. Müsəlman ölkəsi olan Misir Pakistanla müharibə aparan Hindistanla birlikdə qoşulmayanlar hərəkatına öndərlik etməyi qəbahət saymırdı.
20-ci əsrin ikinci yarısından etibarən dünya siyasətində gedən proseslər nəticəsində Albaniyadan Malayziyaya qədər uzanan coğrafiyadakı müsəlman ölkələrində əhəmiyyətli dəyişikliklər baş verdi. 1950-ci və 60-cı illərdə bir çox müsəlman ölkəsi müstəqillik qazandı. 1990-cı illərdə isə kommunizmin dağılması ilə müsəlman cəmiyyətlər daha sərbəst və rahat həyata qovuşdular. |
İslam aləmi siyasi, strateji və mədəni mənada, həqiqətən, İslam dünyası kimi ancaq soyuq müharibədən sonra ortaya çıxa bildi. Soyuq müharibə illərində İslam dünyasından bəhs etmək mümkün deyildi. Soyuq müharibənin ardından isə İslam dünyası əhəmiyyətli rol qazandı.
Soyuq müharibə dövrünün qalıqları hələ də İslam dünyasından təmizlənməyə davam edir. Bununla yanaşı, inkişaf edən hadisələr Yaxın Şərqdə daha anlayışlı və demokratik iqlimin yaranacağını göstərir və bu da İslam əxlaqının başa düşülməsi və yaşanması üçün daha əlverişli mühit hazırlayır. Digər tərəfdən müsəlmanlar arasındakı ənənəvi ayrıqlılar da Yaxın Şərqdə son siyasi proseslərlə azalmağa davam edir. Eyni zamanda ABŞ-ın İraqı işğalı ərəfəsində İraqdakı sünni və şiələr tarixdə ilk dəfə eyni məscidlərdə namaz qılmağa başladılar.
Soyuq müharibənin sona çatması müsəlmanları iki ayrı siyasi cəbhəyə ayıran məcburi bölünməni ortadan qaldırdı. Bununla yanaşı, siyasi ideologiyaların yerinə mədəniyyətlərin ön plana çıxmasını təmin etdi. Samuel Hantinqtonun müəyyən etdiyi kimi, artıq insanlar “kimin tərəfindəsiniz” sualı ilə deyil, “kimsiniz” sualı ilə təsvir olunmağa başladılar. Balkanlardan Orta Asiyaya, Uzaq Şərqdən Şimali Afrikaya qədər özlərini daha əvvəl sosialist, yuqoslav, sovet, antik-kommunist və ya millətçi kimi göstərən insanların bu xüsusiyyətləri deyil, hansı mədəniyyəti təmsil etdikləri əhəmiyyət kəsb etməyə başladı.
Samuel Hantinqtonun bu həqiqəti ifadə edən “mədəniyyətlər qarşıdurması” tezisi bu yönü ilə önəmli tezisdir. Hantinqton 21-ci əsrdə dünyanın siyasi bloklardan çox mədəniyyətlərin təsiri ilə formalaşacağını irəli sürmüşdür və bu sözündə haqlıdır. Həmin mədəniyyətin dinə əsaslanacağı təyini də doğrudur. Onun səhvi odur ki, mədəniyyətlər arasındakı münasibətləri münaqişə əsaslı görür. Halbuki kitabda bəhs etdiyimiz kimi, mədəniyyətlər arasındakı münasibətlərin münaqişəyə deyil, dostluq və əməkdaşlığa əsaslanması mümkündür. Bunun üçün Hantinqtonu və onun kimi düşünənləri yanlış yönləndirən sosial darvinist zehniyyətdən üz döndərmək lazımdır.
Dünyanın mədəniyyətlər təməlində təsvir olunmasının tək səbəbinin soyuq müharibə olmadığını da vurğulamalıyıq. Başqa bir əhəmiyyətli səbəb isə dünyaya mədəni yöndən hegemonluq edən materialist fəlsəfənin yeni elmi və sosial tərəqqi ilə çökməyə başlaması idi. Xüsusilə elmin inkişafı materializmin əsaslarını yıxır, beləliklə, Allahın varlığının dəlillərini daha açıq şəkildə görməyə kömək edir. Allaha inancın getdikcə gücləndiyi, insanların yenidən din əxlaqına yönəldiyi dövrdə, şübhəsiz ki, İslama olan iman da artmağa davam edir.
Bütün dünyada din əxlaqının yüksəlməsi qədər diqqət çəkən başqa şey də var: bütün dinlərin içində ən çox yüksələn din İslamdır. Bu gün İslam dünyanın ən sürətlə böyüyən dinidir və bu həqiqət hamı tərəfindən qəbul edilir. Bundan başqa, İslam dünya gündəliyinin ən əhəmiyyətli mövzusudur.
Bundan 30-40 il əvvəl isə vəziyyət daha fərqli idi. Dünya soyuq müharibənin dar ideoloji qəlibi çərçivəsində düşünürdü. Üstəlik, materialist fəlsəfələrin təsiri ilə din əxlaqının insan və cəmiyyətlərin həyatında müəyyənedici rol oynamadığı zənn edilirdi. Halbuki 80-ci illərdən başlayaraq İslam bir anda dünya gündəliyinin zirvəsinə qalxdı və qərblilər İslam əxlaqının insan və cəmiyyətləri hərəkətə keçirən böyük güc olduğunu gördülər.
90-cı illərdə Qərb dünyasının İslama marağı daha da artdı. Mediada İslam haqqında verilən xəbərlərin çoxalması bunun göstəricilərindən biri idi. İslama olan ən böyük maraq isə, əslində, İslam əxlaqına tamamilə zidd olan 11 sentyabr hücumlarından sonra başladı. Qərblilər, ən başda amerikalılar İslam əxlaqını yaxından tanımaq, müsəlmanları anlamaq üçün böyük cəhd göstərdilər. Bu gün Qərbdə medianın və akademik işlərin böyük hissəsi İslamla əlaqəlidir. Bunların bir qismi ön mühakiməli izahlar ehtiva etsə də, nəticədə, dünyanın diqqətini İslama çəkir və daha çox insanın İslam əxlaqına yönəlməsinə vasitəçi olur. (Mövzu ilə əlaqədar ətraflı oxuyun: “İslamın yüksəlişi”, H.Yəhya)
İslam dünyanın ən sürətli yüksələn dinidir. Qərbdəki insanların çoxu İslam əxlaqını yaxından tanımaq üçün araşdırma aparır, İslama qarşı heyranlıqlarını açıq şəkildə ifadə edirlər. |
1980-ci illərdən etibarən getdikcə yüksələn və 90-cı illərdə – başda internet olmaqla – rabitə texnologiyasının inkişafı ilə geniş vüsət alan qloballaşma prosesi İslam Birliyinin yolunu açmağa başladı. Bəzi müsəlmanlar Qərb mədəniyyətinin təbliğatçısı kimi gördükləri qloballaşmanı xoş qarşılamırlar. Halbuki bütün dünya mədəniyyətlərini ortaq dildə birləşdirən qloballaşma müsəlmanların bir-biriləri ilə əməkdaşlığını əvvəl heç görünməmiş şəkildə böyütmüşdür. Beləliklə, müsəlman xalqların bilgisinin artmasına vasitəçi olmuşdur.
Təkcə internetin özü belə müsəlmanlar arasındakı əlaqənin nə qədər artdığını göstərir. İnternet texnologiyası həm bütün insanlar üçün, həm də müsəlmanlar üçün böyük nemətə çevrilib. İnternet sayəsində aparılan çalışmaların sayı artmış, bununla yanaşı, məlumat əldə etmək imkanları çox genişlənmişdir. Beləliklə də, İslam dünyası da daxil olmaqla, dünyanın hər tərəfində oxuyan, düşünən, fikirlər irəli sürən və həll yolları inkişaf etdirən nəsillər yetişir. Tədqiqat işlərini Almaniyanın Azad Berlin Universitetində davam etdirən sosial elmlər üzrə tədqiqatçı olan malayziyalı Fariş A. Nur qloballaşmanın İslam dünyasındakı təsirlərindən bəhs edən bir tədqiqində belə açıqlayır:
“İnkişaf edən rabitə texnologiyası və məlumatın sərbəst yayılması sayəsində müsəlmanlar artıq İslam elmlərinin əsasını asanlıqla əldə edə bilirlər; İslam düşüncəsinin əsas kitabları artıq uzaq kitabxanalardakı az sayda kitabla məhdud deyil...
Bunun nəticələrindən biri... İslami yöndən şüurlu və təhsilli kütlələrin inkişafıdır. İslami yazıları və məlumatları əldə etmək, eyni zamanda müsəlman qadınların və (akademik səviyyəsi olmayan) normal müsəlmanların İslam haqqında daha çox öyrənmələrini, fikir irəli sürüb şərh verməklərini təmin edir. Bu, qlobal islami şəbəkənin qurulması sayəsində müsəlman aləminin hər tərəfində yaşanır”.43
Nurun ifadəsi ilə desək, artıq zaman və məkanın sərhəd qoymadığı İslam dünyası var.44
Təkcə internet deyil, media da dünya müsəlmanlarını birləşdirir. Hər hansı bir İslam ölkəsindəki mövzu qısa zamanda bütün İslam ölkələrinə yayılır və o yerlərdəki müsəlmanların da məsələsinə çevrilir. Bütün bu imkanlar müsəlman dünyasının daha aydın gələcəyə qovuşacağını göstərir.
Kitabın əvvəlindən bəri üzərində dayandığımız kimi, qurulmasını istədiyimiz İslam Birliyi həm müsəlmanlar, həm də digər insanlar üçün çox faydalı, ədalətli, demokratik və çağdaş quruluş olacaq. İslam Birliyinin qurulması ilə başda Qərb olmaqla, digər mədəniyyətlər biri-biriləri ilə yaxın münasibətlər qurub stabil və etibarlı nüfuz sistemi ilə üz-üzə gələcəklər. Müsəlmanlar adına ortaya çıxan radikal cərəyanların durdurulması və yanlışlıqlarının düzəldilməsi işi İslam Birliyinə aid olacaq. Qərbin bu yöndəki narahatlıqları tamamilə ortadan qalxacaq.
1. “Türkiye” qəzeti, 03.12.2002 2. “Milliyet” qəzeti, 28.04.2003 |
İslam Birliyinin yaxınlaşdığını göstərən əhəmiyyətli əlamətlərdən biri artıq bu ehtiyacın Qərbin də anlamağa başlamasıdır. Xüsusilə keçmiş Osmanlı coğrafiyasında bir əsrdir davam edən nüfuz boşluğu artıq hiss olunur və hamıda belə bir fikir formalaşır ki, həll yolu ancaq Osmanlı modelinin müəyyən mənada yenidən geri qaytarılmasındadır.
Bu mövzuya dair açıqlamalardan biri 9 mart 2003-cü ildə Devid Fromkin imzası ilə “New York Times” qəzetində “Hələ Osmanlı xəyaləti ilə dolu dünya” (A World Still Haunted by Ottoman Ghosts) başlıqlı məqalədir. Məqaləsinə “Bir xəyalət ABŞ-ı rahat buraxmır, bu, Osmanlı İmperiyasının xəyalətidir” deyə başlayan Fromkin bunları yazır:
“Bu gün Buş hakimiyyətindəki davakar şəxslər təkcə İraqı işğal etməyi hədəf almır, bunu ərəb Yaxın Şərqinə çevrilməsində bir təməl kimi istifadə etmək istəyir.
Daha əvvəl qərb ölkələri (İngiltərə və Fransa) Osmanlı torpaqlarını yenidən formalaşdırmağa başlamışdılar. Həmin ölkələr Birinci Dünya Müharibəsindən qələbə ilə çıxandan sonra Yaxın Şərqin xəritəsini yenidən çəkdilər. İraq qurulan süni dövlətlərdən biri idi.
Birinci Dünya Müharibəsindən sonra İngiltərə və Fransa Osmanlı İmperiyasını məğlub edərək ərəb torpaqlarına nəzarəti öz əlinə keçirdi. Bununla yanaşı, əhəmiyyətli bir şey də qazandı: bu torpaqlarda böyük neft ehtiyatının tapılması ehtimalını.
Avropalılar və onların amerikalı şərikləri bu yerlərdə dostyana və stabil rejimlər qurmağı umdular. 1920-ci illərin əvvəllərində sərhədləri yenidən müəyyən etdikdən sonra İngiltərə və Fransa bir dövlət sistemi qurdu və siyasi rəhbərlik təmin etməyə çalışdı. Lakin sistem tab gətirmədi. Əksinə, bölgə daha təlatümlü və təşviş dolu yerə döndü.
Geriyə dönüb baxdıqda Prezident Buşun bəzi hissələrini dəyişdirmək istədiyi Yaxın Şərqin bir çox xüsusiyyətlərinin beş yüz illik Osmanlı hakimiyyətində formalaşdığı açıq şəkildə görünür”.45
1. “Ortadoğu” qəzeti, 04.12.2002 2. “Yeni Şafak” qəzeti, 18.12.2001 |
1. “Bugün” qəzeti, 17.09.2009 2. “Star” qəzeti, 24.07.2009 3. “Zaman” qəzeti, 20.09.2009 4. “Bugün” qəzeti, 18.09.2009 |
1. “Milli Gazete”, 06.06.2008 2. “Sabah” qəzeti, 10.02.2009 3. “Vakit” qəzeti, 17.07.2009 |
“Türkiye” qəzeti, 20.10.2008 |
İngilis jurnalist Timoti Qarton Aş isə “The Guardian” qəzetində 27 mart 2003-cü ildə yayımlanan bir məqaləsində buna bənzər analiz vermişdi. Kosovada albanların və Şimali İraqda kürdlərin problemlərindən bəhs edən Aş: “Hər iki vəziyyətdə hələ də bir əsr sonra Osmanlı İmperiyasının mirası ilə üz-üzəyik”, –deyərək belə vurğulayırdı:
“Üzləşək: (İraqdakı) bu qanlı müharibə bitəndə 1918-ci ilə geri dönmüş olacağıq, yəni babalarımızın Balkanlardan Yaxın Şərqə qədər qarşılaşdığı sualların çoxu ilə eyni ərazilərdə üz-üzə qalacağıq. Hələ də bunlara cavab verə bilmirik. Bəzən Osmanlı İmperiyasının yenidən qurmalı olduğumuzu düşünürəm”.46
Qərblilərin belə Osmanlı İmperiyasının yenidən qurulmasının vacibliyini düşündükləri bir dövrdə müsəlmanlar buna daha çox can atmalıdırlar.
Hicri 14-cü əsrin əvvəlindən etibarən baş verən hadisələr onu göstərir ki, müsəlmanlar tarixin ən əhəmiyyətli dönüş dövründədirlər. Biz isə bu məsuliyyəti daşımağa layiq olmalıyıq.
Bu kitabın ilk nəşrindən sonra İslam Birliyinin qurulmasına gedən prosesdə gözlə görünəcək şəkildə sürətlənmə oldu. İslam Ortaq Bazarının qurulması üçün təşəbbüslərin sürətlənməsi, suriyalı rəsmilərin Suriya və Türkiyə sərhədlərinin açılmasını gündəliyə gətirmələri, İraq liderlərinin Türkiyə ilə birləşmək üçün çağırışları, bir çox İslam dövlətində xalqın “İslam Birliyi istəyirik” şüarı, dünyanın yeni Osmanlıya möhtac olduğunun qəzetlərə başlıq olması, müsəlman ölkələri arasında iqtisadi və mədəni əməkdaşlıqların artırılması və s. veriləcək nümunələrdən yalnız bir neçəsidir.
Buna bənzər proseslər yaxın zamanlarda daha sürətlənəcək və dünya qısa zamanda İslam Birliyinin qurulduğuna şahid olacaqlar.
1. Daily Hurriyet, 10.02.2009 2. “Yeni Asya” qəzeti, 27.04.2009 3. “Milliyet” qəzeti, 17.02.2009 |
43. Dr. Farish A Noor, The Caliphate: Coming Soon To A Country Near You? The Globalisation of Islamic Discourse and its Impact in Malaysia and Beyond, Institut fur Islamwissenschaft; Freie Universitat of Berlin, 2000 ; s. 31; http://www2.ucsc.edu/globalinterns/cpapers/noor.pdf
44. Dr. Farish A Noor, The Caliphate: Coming Soon To A Country Near You?, s. 26
45. New York Times, 9 Mart 2003
46. The Guardian, 27 Mart 2003