İnsan bədəni, yer üzündəki ən mürəkkəb maşındır. Həyatımız boyu bu bədənlə görər, eşidər, nəfəs alar, yeriyər, qaçar və zövq alarıq. Bədənimiz, sümükləri, əzələləri, damarları və daxili orqanları ilə mükəmməl nizam və dizayna malikdir. Bu dizaynın incəliklərinə getdikdə isə, daha da heyrətamiz həqiqətlərə rast gəlinər. Bir-birindən fərqli kimi görünən bədən hissələrinin hamısı eyni vəsaitlərdən ibarətdir. Hüceyrələrdən...
Bədənimizdəki hər şey millimetrin mində bir hissəsi böyüklüyündəki hüceyrələrdən meydana gələr. Bu hüceyrələrdən bəziləri birləşərək sümükləri, bəziləri sinirləri, bəziləri qaraciyəri, bəziləri mədəmizin daxili quruluşunu, bəziləri dərimizi, bəziləri isə gözümüzün buynuz qişa təbəqəsini meydana gətirər. Hüceyrələr bədənin hansı hissəsini əmələ gətirirlərsə bu nahiyədə ehtiyac duyulan ölçüyə və formaya sahib olurlar.
Bu qədər fərqli vəzifələr boynuna götürən hüceyrələr necə və nə vaxt meydana gəliblər?
Məhz bu suala veriləcək cavab, bizi hər anı möcüzələrlə dolu olan bir hadisəyə aparacaq. Bu gün sizin bədəninizi təşkil edən təxminən 100 trilyon hüceyrənin hamısı, tək bir hüceyrədən çoxalaraq meydana gəliblər. Hazırda sahib olduğunuz hüceyrələrlə eyni quruluşa sahib olan bu tək hüceyrə də, ananızın yumurta hüceyrəsi ilə atanızın spermatozoid hüceyrəsinin birləşməsiylə əmələ gəlmişdir.
Allah Quranda insanlara, bəzən göylərdəki və yerdəki, bəzən də canlılardakı yaradılış möcüzələrini, Öz varlığının dəlilləri kimi nümunə göstərir. Bu dəlillərin ən əhəmiyyətlilərindən biri də, bəhs etdiyimiz mövzu, digər bir sözlə, insanın öz yaradılışındakı möcüzələrdir.