Top of Page

Yaradılış həqiqəti -2-

ağtikan yarpağı fosili

Darvinistlər heyvanlar aləminin fosil qeydlərindəki sabitliyi izah edə bilmədikləri kimi, bitkilər aləmindəki sabitliyi də izah edə bilmirlər. Minlərlə heyvanla yanaşı, saysız-hesabsız bitki növü də fosil qeydlərində heç bir dəyişiklik keçirmədən milyonlarla, hətta yüz milyonlarla il necə idilərsə, elə də qalıblar. Bunlara bir nümunə 50 milyon illik, ağtikan yarpağıdır.

Yuxarıda bugünkü ağtikan yarpağı

Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaşı: 50 milyon il
Region: British Columbia, Kanada

qırmızı böcək

Qırmızı böcəklər (Cochineal) bir çox bitkilərdə yarımkürə şəklində yapışmış halda məskən salırlar; yapışqan, şirintəhər bir maye ifraz edən canlılardır. Yumşaq qırmızı böcəklər, yunlu qırmızı böcəklər, yarımkürəli qırmızı böcəklər kimi 7.000 -ə yaxın növü olan bu canlılar bitkilərə bağlı parazit həyat keçirirlər. Bu canlılar da digər canlılar kimi milyonlarla ildir ki, heç bir dəyişikliyə məruz qalmadan yaşayırlar.

Yuxarıdakı şəkildə göründüyü kimi, 45 milyon il əvvəl yaşamış qırmızı böcəklərlə bugünkü nümunələr arasında heç bir fərq yoxdur.

Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaşı: 45 milyon il
Region: Rusiya

skat fosili

Təkamül nəzəriyyəsi pikaia kimi sadə xordalıların balıqlara çevrildiyini iddia edir. Ancaq xordalıların təkamülü iddiasını dəstəkləyəcək hər hansı bir ara keçid fosili tapılmadığı kimi, balıqların təkamülü iddiasını dəstəkləyəcək bir fosil də yoxdur. Əksinə, bütün balıqlar fosil qeydlərində bir anda ortaya çıxırlar.

Dövr: Mezozoy erası, Tabaşir dövrü
Yaşı: 95 milyon il
Region: Livan

Sağda görünən bugünkü skat ilə yuxarıda fosili görünən və milyonlarla il əvvəl yaşayan skat arasında heç bir fərq yoxdur.

hörümçək fosili

Hörümçəklərin təkamül keçirmədiklərini, həmişə hörümçək olaraq mövcud olduqlarını göstərən dəlillərdən biri də şəkildəki 50 milyon yaşı olan hörümçək fosilidir. 50 milyon il əvvəlki hörümçəklərlə hal-hazırda yaşayan nümunələr arasında heç bir fərq yoxdur. Bu həqiqət təkamül nəzəriyyəsinin xəyal məhsulu bir hekayə olmaqdan qırağa çıxmadığını, canlıları Allah`ın yaratdığını sübut edir.

Dövr: Kaynozoy erası , Eosen dövrü
Yaşı: 50 milyon il
Region: Polşa

Göründüyü kimi, yuxarıda ənbər içində fosilləşmiş 50 milyon yaşındakı hörümçək ilə yan tərəfdə rəsmi göstərilən bugünkü hörümçək arasında heç bir fərq yoxdur.

sinek fosili

Ağcaqanadların həmişə bir milçək növü olaraq mövcud olduqlarını, hər hansı bir canlıdan törəmədiklərini və ara mərhələlərdən keçmədiklərini göstərən dəlillərdən biri də şəkildə göstərilən 45 milyon yaşındakı ağcaqanad fosilidir. Aradan keçən milyonlarla il ərzində dəyişməyən ağcaqanadlar təkamül nəzəriyyəsinin böyük saxtakarlıqdan ibarət olduğunu, bütün canlıları Allah`ın yaratdığını bir daha təsdiq edir.

45 milyon illik milçək

Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaşı: 45 milyon il
Region: Litva

Yuxarıda milyonlarla il ərzində heç bir dəyişikliyə məruz qalmayan bugünkü ağcaqanad göstərilir.

50 milyon illik keaki yarpağı və bugünkü keaki yarpağı

Darvindən sonra təkamül tərəfdarları Darvinin tapılmasını ümid etdiyi xəyali ara keçid fosillərini axtarmaqla məşğul idilər. Öz düşüncələri ilə Darvinin "elmi"ni yaşatmağa çalışdıqlarına görə, fosil qeydlərinin mütləq onlara gözlədikləri nəticəni verəcəyinə inanırdılar. Ancaq fosillər yer üzündə ara canlıların yaşamadığını, canlıların dəyişmədiklərini və açıq-aşkar yaradıldıqlarını elan etdi.

50 milyon illik keaki yarpağı və bugünkü keaki yarpağı

Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaşı: 50 milyon il
Region: British Columbia, Kanada

Sərtqanadlılar ailəsinə aid bugünkü bitki böcəyi fosili

Sərtqanadlılar ailəsinə aid bitki böcəyi zərər görmüş bitkilərin öz suları və ya tozcuqları ilə qidalanır. Bəziləri meyvələrə əvvəldən yerləşərək məhsullara zərər verir. Şəkildə fosili görünən bu bitki böcəyi təkamül nəzəriyyəsinin xəyal məhsulu bir hekayə olduğunu göstərir.

Sərtqanadlılar ailəsinə aid bugünkü bitki böcəyi

Dövr: Kaynozoy erası, Oliqosen dövrü
Yaşı: 25 milyon il
Region: Dominikan Respublikası

pişik balığı fosili

Tapıldığı daş parçasının hər iki səthində də görünə bilən bu pişik balığı fosili 95 milyon yaşındadır və müasir dövrdəki pişik balıqları ilə eyni xüsusiyyətlərə malikdir. Bu da sözügedən canlının təkamülçülərin iddia etdiyi kimi, baş verən kiçik dəyişikliklərlə başqa bir növdən əmələ gəlmədiyinin və başqa bir canlı növünə də çevrilmədiyinin dəlilidir.

Dövr: Mezozoy erası, Tabaşir dövrü
Yaşı: 95 milyon il
Region: Livan

Yuxarıda göstərilən bugünkü pişik balığının canlı nümunəsi milyonlarla il əvvəl yaşayan pişik balığından fərqli deyil.

qara söyüd yarpağı fosili

Tarix boyu bütün fosillər yaradılış həqiqətini sübut etdiyi halda, darvinistlər bunun tam əksini müdafiə etməyə davam edirlər. Ancaq hal-hazırda, fosil qeydlərindəki sabitlik və ortaya çıxan çoxsaylı yaşayan fosil nümunəsi qarşısında təkamül nəzəriyyəsi lehində hazırlanan bütün ssenarilər etibarsızdır.

Bugünkü qara söyüd yarpağı

Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaşı: 50 milyon il
Region: British Columbia, Kanada

embioptera cinsi olan böcəyin fosili, ember

Ümumiyyətlə, tropik iqlimlərdə yaşayan bu böcək növünün ən əhəmiyyətli xüsusiyyətlərindən biri 100-ə qədər tor vəzisinə sahib olması və bu vəzilərdən ifraz edilən tordan qurulmuş yuvalarda yaşamasıdır. Bu böcəyin torba şəklində hördüyü tordan qurulmuş evlərin ağırlığı təxminən 100 sm3 -dir. On milyonlarla ildir eyni olan bu böcəklər digər bütün canlılar kimi təkamül nəzəriyyəsini alt-üst edir.

Dövr: Kaynozoy erası, Oliqosen dövrü
Yaşı: 25 milyon il
Region: Dominikan Respublikası

Yuxarıda embioptera cinsi olan böcəyin bugünkü nümunəsi göstərilmişdir.

trips fosili, ember

Trips thysanoptera komandasına daxildir. Yarandıqları ilk andan bu günə qədər heç bir dəyişikliyə məruz qalmayıblar. Fosillər bu həqiqətin ən mühüm sübutudur. Şəkildə də 25 milyon yaşında olan bir trips fosili görünür. Bu gün yaşayan tripslərdən heç bir fərqi olmayan bu fosil təkamülün əsassızlığını yenidən vurğulamaqla, yaradılışın açıq-aşkar bir həqiqət olduğunu göstərir.

Dövr: Kaynozoy erası, Oliqosen dövrü
Yaşı: 25 milyon il
Region: Dominikan Respublikası

Bugünkü trips (sağda)

yarpaq biti fosili

Fosillər təkamülçülərin ortaya qoyduğu ssenarini tamamilə təkzib edir. Hal-hazırda, elmi kəşfləri tərəfsiz qiymətləndirmə qabiliyyətini hələ itirməmiş təkamülçülər də fosil qeydlərinin təkamül nəzəriyyəsinin əleyhinə olduğunu qəbul edirlər. Bu mövzudakı aydın dəlillərdən biri də şəkildəki 50 milyon yaşındakı yarpaq biti fosilidir.

Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaşı: 50 milyon il
Region: Polşa

Milyonlarla il əvvəl yaşamış yarpaq bitləri ilə bugünkü nümunələr arasında heç bir fərq yoxdur. Bu da təkamülçülərin canlıların yavaş-yavaş dəyişərək bugünkü görünüşünü almaları iddiasını inkar edir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • İnsanın ən böyük düşməni şeytan
  • Şeytanın xüsusiyyətləri
  • Şeytanın taktikaları
  • Şeytanın təsirlərinin fərqinə varmayan cəmiyyət: cahiliyyə cəmiyyəti
  • Şeytanın firqəsi: münafiqlər
  • Şeytanın gücü zəifdir
  • Yaradılış həqiqəti-1
  • Yaradılış həqiqəti-2
  • Təkamül yalanı