Top of Page

Yaradılış həqiqəti 1

Lüləquyruq göyərçin

Lüləquyruq göyərçinlər inkişaf etməkdə olan yumurtalarının isti qalmalarını təmin etmək üçün onların üzərində otururlar. Sadəcə hərdən-birdən ayağa qalxaraq yumurtaları çevirirlər. Beləcə, temperaturun hər yerə bərabər paylanmasını təmin edirlər. Şübhəsiz ki, yumurtalarının necə baxıma ehtiyacları olacağını göyərçinlərə ilham edən Allah`dır.

axşam səfası

Bəzi bitkilər gün işığına qarşı həssas olurlar. Gecə olanda yarpaqlarını bükürlər. Hətta bu işi hava buludlu olarkən edən çiçəkli bitkilər də vardır. Alimlər bunun çiçəklərdəki tozcuqların gecələr yaranan şehdən və yağışdan qorunması məqsədi ilə edildiyini düşünürlər. Bu, hər şeyi bilən Rəbbimiz Allah`ın üstün yaratmasıdır.

kenquru

Kenquru balaları kor doğulurlar. Çünki kenquru balaları ana bətnində inkişaflarını başa çatdırmadan dünyaya gəlirlər. Bu səbəbdən, bala kenqurular üçün analarının bədənində hazırlanmış tüklü kisə çox əhəmiyyətli bir qorunma yeridir. Allah 'ın rəhmətinin təcəllisi olan bu kisə bala böyüdükcə genişlənir.

üzüm, qarpız, alma, portağal, banan, ananas, armud

Meyvələrin görünüşü Allah`ın bizlərə təqdim etdiyi gözəllikdir. Məsələn, salxım-salxım üzümlər sanki, tək-tək asma budaqlara yerləşdirilmişdir. Qupquru ağac gövdəsinin üstündə içi sulu, bir çoxu sanki cilalanmış və budağına möhkəm bağlanmış yüzlərlə meyvə görüntüsünün hər biri Allah`ın yaratmasının dəlillərindəndir.

ağ suiti balası

Suiti balaları körpə yağı adlanan bir yağla əhatə olunmuş şəkildə doğulurlar. Xırda bədənləri bu yağ sayəsində daima isti qalır. Məməlilərdən çox azının balası suiti balaları qədər sürətli böyüyür. Üç həftə içində bala, ağırlığının üç, hətta dörd qatına qədər artır. Çünki suitilərinin südü ən yaxşı inək südündən on iki dəfə yağlıdır və zülalla zəngindir.

şəlalə

Ağ su zanbağı palçıqlı və çirkli mühitlərdə yetişir. Buna baxmayaraq, bitkinin yarpaqları həmişə təmizdir. Çünki bitki üzərinə ən kiçik bir toz dənəciyi qonanda dərhal yarpaqlarını yelləyir və toz dənəciklərini müəyyən nöqtələrə doğru itələyir. Yarpağın üzərinə düşən yağış damcıları da bu nöqtələrə doğru meyillənir və buradakı tozları yuyur.

qız uşağı, balqabaq

Təbiətdə gördüyümüz rənglər və bu rənglərin bir-biri ilə olan qüsursuz ahəngi Allah`ın bənzərsiz sənətinin və bənzərsiz yaratmasının dəlilləridir. Məsələn, bir çiçəyin və ya bir quşun rəngləri və bu rənglərin bir-biri ilə uyğunlaşması Allah`ın yaratmasının mükəmməlliyini göstərir.

quş, çiçək

Göz bədənin ən yaxşı qorunan orqanlarından biridir. Burada diqqət çəkən məqam qorumanın son dərəcə estetik bir görünüş içərisində təmin edilməsidir. Gözün qorunması üçün ətrafında çox sərt, zirehəbənzər qabıq da ola bilərdi. Halbuki, gözün ətrafının sümük quruluşu, göz qapaqları, qaşlar, kirpiklər olduqca estetik və simmetrik bir görünüş əmələ gətirirlər. Bu, Allah`ın yaratmasındakı gözəlliyin bənzərsiz nümunələrindən biridir.

bəbir, qızıl sütun

Aslan və bəbirlər kimi pişikkimilər də balalarını boyunlarının arxasından dişləyərək daşıyırlar və balalar da bu zaman tamamilə hərəkətsiz qalırlar. Bu canlılara balalarına qarşı şəfqətli və mərhəmətli olmağı, sürülərindəki digər canlıları da qoruyub saxlamağı öyrədən, hər şeyin yaradıcısı olan uca Allah`dır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • İnsanın ən böyük düşməni şeytan
  • Şeytanın xüsusiyyətləri
  • Şeytanın taktikaları
  • Şeytanın təsirlərinin fərqinə varmayan cəmiyyət: cahiliyyə cəmiyyəti
  • Şeytanın firqəsi: münafiqlər
  • Şeytanın gücü zəifdir
  • Yaradılış həqiqəti-1
  • Yaradılış həqiqəti-2
  • Təkamül yalanı