Qiyamətə qədər davam edəcək mübarizəsinin sonunda şeytan milyardlarla insanı özü ilə birlikdə cəhənnəm atəşinin içinə aparır. Ancaq bir qrup insanlar var ki, şeytan onlara qarşı əsla zəfər qazanmayacaq. Onlar möminlərdir. Çünki möminlər Allah`ın yer üzündəki xəlifələridir və onun himayəsi altındadırlar. Şeytanın oyunlarının onlara heç bir təsiri olmur. Şeytan tərəfindən də etiraf edilən bu həqiqət Quranda belə bildirilir:
İblis dedi: "Ey Rəbbim! Məni azdırmağına and içirəm ki, mən də insanlara pis əməllərini yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam. Yalnız sənin sadiq bəndələrindən başqa." (Hicr surəsi, 39-40)
Ayədən də aydın olduğu kimi, şeytanın gücü həqiqi möminləri azdırmağa çatmaz. Ancaq heç kim də özünü "cənnətlik " hesab edə bilməz. Mömin bir kəs "Şübhəsiz, Rəbbinin əzabından arxayın olmaq olmaz" (Məaric surəsi, 28) ayəsi üzrə imanını qorumaq üçün hər zaman "Allah`ın ipindən möhkəm yapışmaq" (Ali-İmran surəsi, 103) məcburiyyətindədir. Şeytan insanların "düz yolunun üstündə oturacağı" (Əraf surəsi, 16), onların "ayaqlarını büdrətmək" (Ali-İmran surəsi, 155) istəyəcəyi üçün mömin onun hiylə və oyunlarına qarşı ayıq olmalıdır. Əks təqdirdə, bu tələlərə düşər və hətta bir müddət sonra dindən də çıxa bilər. İndi şeytanın insanları cəhənnəmə çəkmək üçün işlətdiyi fəndlərini ayrı-ayrı araşdıraq.
Möminlərin ən böyük düşmənlərinə qarşı mübarizəsi ömür boyu davam edib. Bu savaş zamanı şeytan müxtəlif fəndlərdən istifadə edir. Şeytan insana heç bir zaman əsl üzünü göstərməz, qarşısına çıxıb:"Mən şeytanam və sənin cəhənnəmdə yanmağını istəyirəm" deməz. Onun əvəzinə insanların "ürəklərinə vəsvəsə verərək " (Nas surəsi, 4-5) öz varlığını məharətlə gizlədər. Şeytana əhəmiyyət verməyən insan onun təlqinlərini öz düşüncəsi zənn edər. Sonra şeytan onu bu fikirlərin doğru olduğuna inandırar. Bunun nəticəsində bir çox insanı - ağılları özlərində olmadığı anda - tam nəzarət altına alar.
Ancaq möminlər sinələrə və qəlblərə girib vəsvəsə verən bu düşməni Quran vasitəsi ilə aşkar edə bilir. Mömin, əvvəlcə, qəlbindən gələn bu səsin şeytana, yoxsa öz vicdanına aid olduğunu ayırd edəcək bir nur və fərasət sahibidir. İnsan şeytanın oyununa fikir verdikdən sonra Quranda əmr edilən qayda üzrə hərəkət edər, Allah`a sığınar. Çünki Allah`ı anan bir möminin qarşısında şeytanın vəsvəsəsinin heç bir hökmü qalmaz. Allah bu önəmli sirri Quranda belə bildirir:
Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allah`a sığın. Şübhəsiz ki, Allah hər şeyi eşidən və biləndir. Allah`dan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman onlar xatırlayıb düşünərlər və dərhal görən olarlar (Əraf surəsi, 200-201)
Dünya həyatı bir imtahan yeri olduğu üçün hər gün insanın qarşısına müxtəlif hadisələr çıxır, insan müxtəlif vəziyyətlərlə qarşılaşır. Bütün hallarda şeytan kənarda pusquda dayanır və möminin bu vəziyyətlərdə göstərə biləcəyi kiçik zəiflik onun üçün böyük bir fürsət olur. Şeytan bu fürsətlərin hamısından istifadə edir, ancaq özünün varlığını heç bir şəkildə hiss etdirməməyə çalışır. Əgər mömin içində olduğu hadisələrdə və işlərdə hər şeyin tərs getdiyini, sıxıntı verdiyini, vicdanının narahat olduğunu hiss edirsə, o dəqiqə dayanıb düşünməlidir. Bunun üçün ən asan yol insanın özünə xaricdən başqasının gözü ilə baxmasıdır. Beləliklə də insan qarşısındakı insanı, yəni özünü bu suallar vasitəsilə aydın görür;
Əgər içindəki sıxıntı burada sayılanlardan və ya bunlara bənzər hallardan əmələ gəlirsə, bu insanın qəlbinə şeytan daxil olmuşdur. Zənn etdiyi bu düşüncələrin hamısı şeytanın qəlbinə verdiyi vəsvəsədir.
Şeytan müxtəlif insanlara müxtəlif yollarla təsir etməyə çalışır.Dindən uzaq, Qurandan xəbərsiz yaşayan bir kimsəni bu həyat tərzinə davam etməsi üçün fəndlər işlədir. Şeytan onları tamamilə dünya həyatına yönəldir, dünyanın fani, keçici bərbəzəyinə bağlayır, beləliklə də onların pak dindən uzaq olmalarına səbəb olur.
Şeytan dinə yeni maraq göstərən insanı ətrafı tərəfindən təklənəcəyi, din üzrə yaşamağa başlayarsa, bunu davam etdirə bilməyəcəyi kimi boş və yersiz düşüncələrə salaraq dindən uzaqlaşdırmağa çalışır.
Şeytan möminlərə qarşı da fəaliyyəti davam etdirir. Məsələn, möminin digər möminə hirslənməsi və ya Quran oxumağı ağlından keçirdikdə əsassız bir bəhanə tapıb bundan imtina etməsi bu fəaliyyətin nəticəsidir. Ancaq şeytan möminə: "Quran oxuma", "Allah`ı anma" demir. Çünki bunun təsirsiz olacağını bilir. Onun əvəzinə, insanın beynini boş və mənasız, uzun-uzadı işlərlə məşğul edir. Əgər insan bu təsir altına düşürsə, axirəti unudub dünya həyatına bağlanırsa, bu qəflətin təsirindən Quranın əmr etdiyi şəkildə yaşamaqdan uzaqlaşır. Bu tələyə düşməməyin yeganə yolu şeytanın pıçıltılarını vaxtında bilib Allah`a sığınmaqdır.
Şeytanın xüsusiyyətləri, taktikaları və insan üzərində oynadığı oyunlar bəlli olduğu təqdirdə bundan sağlam nəticə çıxarıla bilər. Bunun üçün yeganə yolgöstərən Qurandır. Sonrakı səhifələrdə Quran ayələrinə görə şeytanın fəndləri, onun insanları Allah yolundan uzaqlaşdırmaq üçün qurduğu tələlər, möminlərin hərəkətlərindəki xətalardan istifadə edərək qurduğu hiylələr açıqlanacaq.
Qurana görə, şirk Allah`a şərik qoşaraq ondan başqasını tanrı qəbul etmək mənasını bildirən kəlmədir. Ancaq içində olduqları şirk ucbatından cəhənnəmə gedəcək milyardlarla insan həqiqətdə şirk kəlməsinin mənasını bilməz. "Şirk qoşmaq, Allah`dan başqasını tanrı qəbul etmək" ifadəsinin köməyi ilə Yaradan olaraq Allah`dan başqa yaradıcı qəbul etmək, bütlərə ibadət etmək kimi əsrlərlə əvvəllərin çoxtanrılı dinlərini qəbul etmək kimi başa düşərlər. Bu məntiqdən çıxış edən cahil insanlar "mən Allah`a inanıram, bir kimsəyə zərərim dəymir, insanlara daim yaxşılıq etməyə çalışıram, cəhənnəmə gedəcəyimi zənn etmirəm"kimi tamamən Qurandan kənar və azğın məntiqə sahib olur.Əslində isə Allah`dan başqa bir varlığı qoruyucu güc olaraq qəbul etmək, Allah`dan başqasından qorxmaq, Allah`dan başqasına qarşı müstəqil bir sevgi duymaq kimi Allah`a şərik qoşmaq mənasına gəlir.
Allah`dan başqa yolgöstərən axtarmaq şirkin ən çox yayılmış növlərindəndir. İndiki dövrün cahil toplumu Allah`dan başqa yolgöstəricilər qəbul edərək və bu yol göstərənlərin ardınca gedərək əsrlərlə əvvəlki bütpərəstliyi yaşadır. Çoxtanrılı dinlərin yerini insanlar tərəfindən ortaya atılan dindən kənar ideologiyalar, bütlərin yerini isə bu ideyaların qurucuları, ya da onların heykəlləri tutur. Ölkələrdən və millətlərdən asılı olmayaraq, milyardlarla insan Allah`ın dinini yaşamaqdan bu yolla uzaqlaşmışdır.
Əlbəttə, insanı bu azğınlığa ən çox təhrik edən qüvvə şeytandır. Çünki insanın Allah`dan uzaqlaşdığı nöqtə şeytanın insana qarşı qurduğu cəbhədir. Buna görə, şeytan şirk sayəsində cahil insanların beynini keyləşdirir. Bütün həyatı şirklə dolu olan bu insanların sağlam düşünməsinə mane olur. Və belə insanlar həyatlarını Allah`ın istədiyi şəkildə, Quran üzrə deyil, şeytanın göstərişləri üzərində yaşayır.
Şirk içində olan həyat şeytan tərəfindən hazırlanmış elə bir tələdir ki, bu tələdə olan insanlar öz vəziyyətlərinə əhəmiyyət verməz. Bu insanların çoxu özlərini doğru yolda, hətta hər kəsdən daha çox cənnətlik hesab edir. Şərik qoşduqlarını bilməyən və özlərini çaşdıran bu insanların axirət günü, əslində, müşrik olduqlarını bildikdə məruz qaldığı zülm ayədə belə anladılır:
O gün onların hamısını bir yerə toplayacaq, sonra şərik qoşanlara deyəcəyik: "Tanrı olduqlarını iddia etdiyiniz şərikləriniz haradadır?" Onların: "Rəbbimiz Allah`a and olsun ki, biz müşrik deyildik!" deməkdən başqa heç bir çarələri qalmayacaq. Gör onlar özlərinə qarşı necə yalan deyirlər! Özlərindən uydurub düzəltdikləri bütlər də onlardan qeyb olacaq (Ənam surəsi, 22-24)
Şirki doğuran səbəblərdən biri də insana yaradılışdan verilən sevgi hissinin düzgün yönəldilməməsidir. İslamda Allah`a yaxınlaşmağa səbəb olan bu duyğu cahiliyyədə Allah`dan uzaqlaşdıran şeytani tələ olmuşdur. Möminlər fitrətlərindəki sevgini əsl sevgiyə layiq olan Allah`a yönəldirlər. Bu sevgi bütün sevgilərin fövqündədir. Digər insanları və varlıqları isə Allah`ı sevdikləri üçün sevərlər. Möminlərin bir insana qarşı müstəqil şəkildə sevgi bəsləməsi, məsələn, Allah`a asi olan bir kafirə qarşı sevgi bəsləməsi Qurana görə mümkün deyildir. Möminlər Allah`ın razılığını, yəni rizasını qazanmaq üçün Allah`ın sevdiyini sevər, sevmədiyini sevməzlər. Möminlərin insan sevgisi Allah`a yönəldilən sevginin bir nəticəsi olduğundan müşriklərin insana qarşı sevgisindən daha dərin və möhkəm olur. Müşriklər isə sevgilərini sahib olduqları saysız-hesabsız tanrılara bəsləyirlər. Bu kimsələr Allah`ı sevdiklərini iddia edərlər. Ancaq bu sevgi sözdə qalır. Onlar bütün həyatlarını, həqiqi sevgilərini öz bütlərinə xərcləyirlər. Məsələn, atalarını, oğullarını, həyat yoldaşlarını, pulu, şöhrət və vəzifəni Allah`dan daha çox sevərlər. İnkar edənlərin bu sevgiləri bir ayədə belə bildirilir:
İnsanların içərisində Allah`dan qeyrilərini "Allah`a şərik qoşub" onları Allah`ı sevən kimi sevənlər də vardır. Halbuki, iman gətirənlərin Allah`a məhəbbəti daha qüvvətlidir. Əgər özlərinə zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüvvətin və qüdrətin Allah`a məxsus olduğunu və onun əzabının şiddətli olacağını bilərdilər... (Bəqərə surəsi, 165)
Cahiliyyə dövründə ən çox yayılan şirk ünsürlərindən biri qadınlara duyulan böyük sevgi idi. Əgər hər hansı bir qadına duyulan sevgi Allah`a qarşı olan sevgidən artıqdırsa, bu, şirki doğurur. Bir insana qarşı olan sevgi o insandakı gözəlliklərin sahibinin Allah olduğu düşünülərək olursa, bunun bir mənası olur. Allah`a qarşı bəslənən sevgidə bir son olmadığından Allah üçün sevən bir insanın qarşısındakına olan sevgisi çox güclü və davamlı olur.
Allah qadınlara qarşı olan bu asılılığın şeytan oyunu olduğunu belə bildirmişdir:
Allah`ı qoyub yalnız qadın bütlərə tapınır və yalnız asi şeytana ibadət edirlər (Nisa surəsi, 117)
Şirk Allah`a qarşı işlənən ən böyük günah və nankorluqdur. Odur ki, Allah bütün günahları bağışlaya biləcəyini, ancaq şirki qəti olaraq əfv etməyəcəyini bildirmişdir:
Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allah`a şərik qoşan şəxs, əlbəttə, böyük günah etmişdir. (Nisa surəsi, 48)
Şirk o qədər böyük bir təhlükədir ki, bütün ömrünü Allah`a ibadət etməklə keçirən kimsələri belə məhvə aparar. Çünki edilən bütün saleh əməllər şirkin olduğu təqdirdə boşa gedər. Bu səbəbdən, şeytan həyatını Allah`a bağlamış möminləri şirkə aparmaq üçün müxtəlif tələlər qurar, fürsət, məqam gözləyər. Kiminə qadınları, kiminə pulu və başqa yolları təklif edər. Məsələn, birisinin qazandığı uğura: "Bunu mən etdim" deməsi şeytanın hazırladığı tələdir. Beləliklə, insanı Allah`ın iradəsindən kənarda şəxsi bir gücü olduğuna inandırmağa çalışır.Peyğəmbər (s.ə.v) də bir hədisində Allah`dan başqa güc sahibi olmadığını xatırladaraq şeytandan Allah`a sığınmağın əhəmiyyəti ilə bağlı belə buyurmuşdur:
"Allah`dan başqa heç bir tanrı yoxdur, O, təkdir, şəriksizdir. Ərz və səmanın mülkü Ona məxsusdur. Bütün həmdlər Onadır, O, hər şeyə qadirdir" ... qovulmuş şeytandan Allah`a sığın.
(Kutubi-Sittə, müxtəsər tərcümə və şərhi , prof. dr. İbrahim Canan, 16-cı cild , səh. 311)
Möminlər əməllərinin boşa getməsinə səbəb olacaq hər cür təhlükəyə qarşı son dərəcə diqqətli olmalıdır. Bunun üçün Quranda möminlərə çox aydın şəkildə bildirilir:
Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: "Əgər şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan. "Xeyr! Yalnız Allah`a ibadət et və Onun nemətlərinə şükür edənlərdən ol!" (Zumər surəsi, 65-66)
“ŞİRKDƏN QORUNMAĞIN YOLU MƏNLİK DUYĞUSUNDAN XİLAS OLMAQDIR”
ADNAN OKTAR: “Şirk anlayışını qavramaq üçün maddəni yaxşı dərk etmək lazımdır. Məsələn, mən indi sizinlə söhbət edirəm. Beynimdə sizi yaradıram. Xaricdə sizin cisminiz var, amma beynimdən kənarda sizin cisminiz şəffafdır, buna görə də görə bilmərəm. Bir də xaric qaranlıqdır onsuz da, heç görə bilmərəm. Heç rəng də yoxdur. Rəng, işıq və cismin üç ölçülü, yəni şəffaf olmayan görüntüsü beyində əmələ gəlir, Allah yaradır. Bütün güc, qüdrət Allah`ın əlindədir. Məsələn, mən indi danışarkən desəm ki,“gözəl danışdım”. Xeyr, Allah gözəl danışdırdı. Məsələn, siz sual verdiniz. Siz etdiniz bunu? Xeyr. Allah gözəl sual yaratdı. Yəni bunu dərk edib daima yadımızda saxlayacağıq. Küçədə də, bayırda da mənlik duyğusu olmamalıdır. Yəni: “Mən etdim, mən etdim” edemək ən böyük şirkdir, indi təəssüf ki, dünyada hakim olan da budur. Amma klassik şirk də var, əlbəttə ki, birbaşa bütə sitayiş edirlər. Məsələn, insanı bütləşdirirlər, insana sitayiş edirlər. Allah'ı qoyub, hz. İsaya (ə.s) sitayiş edirlər. Bu şirkdir. Hz. İsanın (ə.s) Allah olmadığı məlumdur. Təəssüf... Günah deyilmi? Bu minvalla, bir çox insanı da əzaba sürükləyirlər. Hz. İsaya (ə.s) Allah dedikləri üçün Amerikada, İngiltərədə, Avropada böyük bir kütlə dinsiz oldu. Məsələn, “Peyğəmbər” desəydilər, bir çox insan iman gətirə bilərdi. Daha çox xristian olardı. Çox məntiqsiz gördükləri üçün iman gətirə bilmirlər, bacarmırlar”
ADNAN OKTAR: “Təbii ki, əslində, insan hər günə yenidən başlayacaq. Yəni ötən günə çox diqqət etməyəcək, Dünən dünəndə qaldı, - deyəcək, yenidən, yeni bir başlanğıcla növbəti günə başlayacaq. Hər səhər yeni bir başlanğıcdır. Səmimi olmağın yolu odur ki, insan özünü sıxmasın, beynini lazımsız düşüncələrlə yormasın, ruhunu boğmasın, insanların təsirinə düşməsin. Çünki insanları Allah yaradır, onlar da Allah`ın quludur. Uşaqlıqdan qalma vərdişlərinin da təsiri altında qalmasın. Danışdıranın Allah olduğunu bilsin. Düşündürənin Allah olduğunu bilsin. İman və hidayət verənin də Allah olduğunu bilsin. Yəni: Mən necə edəcəyəm, - deyə ürəyini sıxmasın, hər şeyi, bütün hadisələri Allah`ın yaratdığını bilsin. İnsanın edəcəyi bir şey yoxdur. Qədərdə onsuz da hər şey olub bitib, bir an içində sonsuz əvvəl və sonsuz sonra bitib, Allah qatında olub bitib. Biz dua edərkən Allah`ın yaradıb bitirdiyini görmək arzusu ilə dua edirik. Yəni Allah onsuz da yaradıb bitirib. Bizim edəcəyimiz Allah`a özümüzü yaxşıca təslim etməkdir, tam təslim olmaqdır. İnsanlar bunu bacarmırlar. Məsələn, bir hadisə baş verdikdə, özləri bunu törətdiklərini zənn edirlər. Bax, bu, şirk olar. Bu, çox anormal hərəkətdir. Məsələn, danışarkən, danışmağa hazırlanarkən: İndi mən nə danışacağam, - deyə həyəcanlanır. Məsələn, bir çox insan barmaqlarını şaqqıldadır, bəzilərinin təzyiqi qalxır, həyəcanlanırlar, halbuki onlar heç bir şey danışmayacaq. Sadəcə Allah onları danışdıracaq, onlar qədərdən kənar heç nə danışa bilməzlər, əbəs yerə narahat olurlar. Nə bir söz çox danışarlar, nə də bir söz əskik danışarlar. Məsələn, insanın dili dolaşır, səhv edir, bu, onun qədərindədir. Yəni min dəfə də olsa, yenə dili dolaşar və səhv edər”.
APARICI: “Nə qədər diqqət etsək də ...”
ADNAN OKTAR: “Nə etsəniz, onu dəyişə bilməzsiniz. Yəni bütün mimikalarını, söhbətlərini, hamısını Allah yaradır. İnsanın səs əmələ gətirmə gücü yoxdur. Elə bir qabiliyyəti yoxdur. Birbaşa Allah yaradır hamısını, inşaAllah. (Adnan Oktarın Kocaeli TV'dəki canlı reportajı , 24 noyabr, 2009)
Şeytan Allah`ın hüzurundan qovulmamışdan əvvəl özünə söz vermişdir. Bu söz şeytanın insanlara qarşı edəcəyi çox önəmli fəndlərdən birini göstərir:
"Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və sən onların əksəriyyətini şükür edən görməyəcəksən!" (Əraf surəsi, 17)
Şeytan insanların şükür etməsinə maneçilik törədir. Çünki şükranlıq Allah`ın Quranda üzərində ən çox dayandığı əməllərdən biridir. 60 ayədə şükürdən və şükranlığın əhəmiyyət və vacibliyindən bəhs edilir. Allah`ın bu qədər diqqətlə xatırlatdığı bu vəzifəni insanlara unutdurmaq şeytanın, əlbəttə ki, başlıca məqsədlərindən biridir.
Şükür edə bilmək üçün, əvvəlcə, şükürün vacibliyini qavraya biləcək şüura sahib olmaq gərəkdir. Şükür edən insan ona verilən nemətin sahibinin Allah olduğunu və Allah qarşısında acizliyini bilir. Allah`ın böyüklüyünü və əzəmətini görməyib bunu qəlbi ilə təsdiq etməyən bir insanın şükürü də zahiri olur.Şeytanın təsiri altında olan cahil cəmiyyət şükürdən uzaq olur. Şükür etmək kimi əsas bir ibadəti ancaq baş verən müsibət keçdikdən sonra və ya xoşagəlməz bir vəziyyət ortadan qalxdıqda xatırlayar, sonra yenə öz işlərinə dönərlər.Quranda buna misal olaraq başlarına fəlakət gəldiyi zaman dua edən, sıxıntı aradan qalxdığı zaman şərik qoşan insanların halları göstərilmişdir:
De ki: "Gizlində Allah`a dua edib: Əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə, şükür edənlərdən olarıq, - deyə yalvardığınız zaman sizləri bundan xilas edən kimdir? "De ki: "Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allah`dır. Bütün bunlardan sonra siz yenə də ona şərik qoşursunuz?" (Ənam surəsi, 63-64)
Halbuki, şükür etmək insanın ən mühüm vəzifələrindən biridir. Çünki hər bir insanın həyatı şükürü tələb edən saysız-hesabsız nemətlərlə doludur. Bu nemətlərin saymaqla bitməyəcəyi Nəhl surəsinin 18-ci ayəsində aydın şəkildə bildirilir. Quranda şükür üçün xüsusi hədd qoyulmadığından insan əlindəki nemətlərdən şükür etmək üçün istifadə edə bilir. Məsələn, hz. İbrahim kimi onu yedirən və içirənin Allah olduğunu bilən insan (Şüəra Suresi, 79)hər yemək yeyəndə və ya bir şey içəndə bütün bunları ona lütf edən Allah`a şükür etməlidir. Ancaq şükür etmək təkcə yemək-içməklə məhdudlaşmamalıdır. İnsanın gün ərzində istifadə etdiyi halda, çox zaman ağlına gətirmədiyi, dəyərini ancaq onu itirdiyi zaman bildiyi saysız nemətlər var. Quranda tez-tez bildirilən "görmə" və "eşitmə" nemətləri də buna nümunə olaraq göstərilə bilər.Görmə və eşitmə təsadüfən ortaya çıxmış nemətlər deyil. Allah`ın insanlara göz, qulaq verməsi ona şükür etməsi və layiqincə qulluq etməsi məqsədi ilədir:
Allah sizi analarınızın bətnindən heç bir şey bilmədiyiniz halda çıxardı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, bəlkə, şükür edəsiniz(Nəhl surəsi, 78)
Eyni şəkildə, insanlar üçün minik və yükdaşıma vasitəsi olan gəmilərin dünyanın dörddə üçünü təşkil edən dənizlərin, hətta küləklərin belə varlığı insanların şükür etməsini tələb edir. Allah bunu belə bildirir:
Təzə ət yeməyiniz, taxdığınız bəzək şeylərini əldə etməyi¬niz üçün dənizi də sizə ram edən Odur. Allah`ın nemətindən sizin ruzi axtarmağınız üçün gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə, şükür edəsiniz! (Nəhl surəsi, 14)
Həqiqətən, küləkləri müjdəçi olaraq göndərməsi, sizə öz mərhəmətindən daddırması, əmri ilə gəmilərin üzməsi, kərəmindən ruzi axtarmağınız onun qüdrət əlamətlərindəndir. Bəlkə, şükür edəsiniz. (Rum surəsi, 46)
Gəmilərin onun əmri ilə dənizdə üzməsi və sizin də onun kərəmindən ruzi axtarmanız üçün dənizi sizə ram edən Allah`dır (Casiyə surəsi, 12)
Möminin ona verilən nemətə şükür etməsi onun bu nemətin sahibini tanımasına dəlildir. Beləliklə, həm nemətin haqqını vermiş olur, həm də önündə daha üstün nemətə yol açılır. Allah`a şükür edən bəndələrinə nemətlərini artıracağını bildirərkən şükür etməyən nankorları əzabına düçar edəcəyini bildirir:
Yadınıza salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: "Əgər mənə şükür etsəniz, sizə olan nemətimi artıracağam. Yox əgər nankorluq etsəniz, mənim əzabım, həqiqətən, şiddətlidir. (İbrahim surəsi, 7)
Peyğəmbərlik məqamı verilmiş hz. Süleymanın Allah`dan ona şükür etməyi ilham etməsini istəməsi (Nəml surəsi, 19) bütün möminlərə nümunədir. Çünki şeytan insanlara önlərindən, arxalarından, sağlarından, sollarından gələrək nemətlərə şükür etməyi unutdurmaq, nemətlərin özünə bağlılığa sövq etmək kimi hiylələrlə onları azdırır.
“ŞEYTANIN TƏSİRİ ZƏİFDİR, ANCAQ İMANI ZƏİF OLAN İNSANLARA TƏSİRİ OLA BİLƏR”
ADNAN OKTAR: “Hz. Adəm (ə.s.), hz. Həvva və şeytan əvvəllər cənnətdə idilər. Hz. Adəm (ə.s.) ilə hz. Həvva normal yaşayırdılar. Gözəl mühit, hər şeyləri öz yerində idi. Ancaq şeytan bir az, çox üzr istəyirəm, namərd niyyətlidir. Romantik, kinli, klassik əxlaqsız. Allah ona hz. Adəmə səcdə etməsini əmr edir, bu, şeytana çox ağır gəlir. Həm də çox həyasız şəkildə cavab verir, Allah`ı tənzih edirəm. "Onları torpaqdan yaratdın , məni isə oddan", deyir. Sanki, Allah bilmir, Allah'ı tənzih edirəm. Özünü bəyənən insan ruhunu, nalayiq insan ruhunu, üsyankar insan ruhunu da Allah orada göstərir. Bir də hz. Adəm (ə.s.) ilə hz. Həvvanı aldatma üsulu çox həyasız şəkildədir, onlara sonsuzluq vədi verir. Sonsuzluğu yaradan Allah`dır. Meyvə Allah`dırmı ki, onlara sonsuzluğu təmin etsin? Allah'ı tənzih edirəm. Məhz şirk məntiqi də ilk dəfə burada ortaya çıxır. Hz. Adəmin (ə.s) də təbii ki, ona inanması səhvdir, zəllədir, bir peyğəmbər xətasıdır. Onu etdikdən sonra şeytan inad edir. Yəni əsl inadkar, tərs insan, belə xaraktersiz insan modeli vardır ha, tamamilə o tərzdədir. “Onda” mənə “möhlət ver”, deyir Allah`a. “Mən” “hamısının mənim kimi olduğunu sənə göstərəcəyəm. “Hamı mənim kimidir”. “Ancaq” “səmimi qulların istisnadır ”, “onlar mənə təslim olmaya bilər” “olmayacaqlar”, deyir. Allah da: “Möhlət verilənlərdənsən sən” ,deyir. Beləliklə, şeytan möhlət alır. Burada əsl məqsəd budur, yəni insan əgər birbaşa cənnətə getsə, xoşbəxt olmaz. Mütləq dünyada bu sınaqdan keçməlidir. Əgər birbaşa cənnətə getsə, hz. Adəm (ə.s.) və hz. Həvvanın yeri kimi olar. Yəni xoşbəxt deyillər cənnətdə. O mənada xoşbəxt olmadılar. Yenilik axtarırdılar. Məsələn, Allah`a verdikləri vədi yerinə yetirməyəcək vəziyyətdə idilər, yerinə yetirmədilər də. Amma bu sınaqdan keçdikdən sonra insanlar ağrını, çətinliyi, əziyyəti, sədaqəti, səbri, cəsarəti, vəfanı, hər cür gözəl əxlaqı gördükdən sonra, cənnətdə sonsuza qədər mükəmməl əxlaqda olurlar və cəhənnəm daima cənnət əhlinə göstərilir. Bir ekrandan daima göstərilir. O da daim hallarına şükür etmələrinə səbəb olur. Hz. Adəmə (ə.s) cəhənnəm heç göstərilmədi. Yəni cəhənnəm ekranını görmədi cənnətdə. Əgər görsəydi, təbii təqdir Allah`ındır, kim bilir ki, necə olardı rəftarı. Amma qədəri belə idi. Onun üçün, cənnətin mükəmməlliyi üçün, cənnətdə insanların xoşbəxt olması üçün mütləq bu sınaqdan keçməlidirlər və mütləq cəhənnəmdən xəbərdar olmalıdırlar. Şeytan da israrla bu inadını, bu iddiasını davam etdirir. İnsanları dəlalətə salmağa, imansızlığa cəlb etməyə çalışır. Hər dinsiz üçün: “Bax, bunu” “sənin səcdə etməmi istədiyin hz. Adəmin (ə.s) nəsli, bax, nələr edir” ,deyir Allah'a. Yəni məqsədi özünü sübut etmək, ixtilaf, nifrət toxumu səpməkdir, tipik əxlaqsız insan modelidir şeytanınkı və hələ də məqsədi yolunda çalışmağa davam edir.
APARICI: Şeytan nə ilə məşğuldur? Nələr edir? Nələr etdirir?
ADNAN OKTAR: Əslində, təsiri zəifdir. Ayədə də bildirilir, Allah şeytanın saleh qulların üzərində təsirinin olmadığını, zəif olduğunu söyləyir. Məsələn, şeytan unutqanlıq verə bilər, gücü vardır. Qəzəb yarada bilər. Şüuru bağlaya bilər. Yəni insanın nəfsinə uyğun hərəkətə zəmin hazırlayar. Amma imanı güclü, səmimi bir müsəlman şeytanın təsirində qalmaz. Ancaq zəif insanlar, yəni səmimiyyəti az olan insanlarda ciddi təsiri olur. Bu, dərhal hiss edilir. Bir anda böyük insan, ağlı başında insan nəzarətdən çıxa bilir, nizamsız hərəkətlər edə bilir. Şeytan da ona sevinir. Məsələn, namaz qılmayanda şeytan bununla fəxr edir. Allah'a: “Bax mən səcdə etmədim”, amma“görürsən”, “o da etmir” deyir. Hər kəsi cəhənnəmə yığıb getdikdən sonra: “Mən Allah`dan qorxuram”, mən sizi yalnız dəvət etdim. Siz də dəvətimi qəbul etdiniz. “Mən sizə heç bir güc tətbiq etmədim”, deyir. Hər yerdə gördüyümüz əxlaqsız insan modelinin bir tipidir şeytan. Elə qeyri-adi görkəmi yoxdur. Qəribə buynuzları, quyruğu filan yoxdur. Şeytan hər cür şəklə girə bilir. Hz. Süleyman (ə.s.) dövründə insan şəklində görünürdü. Peyğəmbərə kömək edirdi. Çox zəkalıdır varlıqdır və çox məlumatı var. Hər cür texnoloji aləti, hər cür texniki məlumatı, hər şeyi bilir. Ona görə, hz. Süleymana (ə.s) texniki kömək etmişdir. O dövrdə hz. Süleyman (ə.s.) hava nəqliyyatından istifadə edirdi, hətta mindiyi təyyarənin reaktiv mühərriki var idi. Çünki külək əmələ gətirən bir qurğudan və bir aylıq məsafəni qısa müddətdə qət edən bir təyyarədən bəhs edir. Buna bənzər elektriki də istehsal etdiyi, hətta əşya nəqlində texnoloji, texniki məlumat verdiyi aydın olur. Lakin o məlumat yalnız hz. Süleymana (ə.s) verilmişdir. Şeytandan istifadə etmişdir. Cinlərin də məlumatı vardır. Cinlərdən də istifadə etmişdir. Hətta: “Biz hz. Süleymanın (ə.s) ölümünə ” “hökm verəndə, onun ölümünü bir ağac qurdu xəbər verdi” deyir; “Onun əsasını gəmirən ağac qurdu xəbər verdi” deyir. Belə ki, axırzamanda da cinlərdən istifadə ediləcək. Lakin indi cinlər ortaya çıxsa, insanların ruhi tarazlığı pozular. Yəni onu qavraya bilməzlər. Allah yavaş-yavaş cinləri insanların xidmətinə verəcək. Bu hz. Mehdi (ə.s) dövründə olacaq. Yəni insanlar cindən qorxmamağı öyrənəcəklər. İndi görsələr, dəli olarlar. Çox qorxarlar. Amma yavaş-yavaş, əvvəl səsinə, sonra hər hansı bir əşyanı tərpətməsinə, sonra suda görünməsinə, sonra hər hansı bir şüşə səthdə görünməsinə, sonra da yavaş-yavaş görünüş olaraq, insan kimi, yəni normal bir görünüş olaraq görünməsinə insanlar vərdiş edəcəklər. Ondan sonra cinlər insanların xidmətinə veriləcək, inşaAllah. APARICI: İnşaAllah. Bəli. Xüsusilə namaz vaxtlarında şeytanla bağlı, başqa vaxt ağlınıza gəlməyən bütün fikirlər bir anda gəlir və namazda çox əsnəmə olur. Bunun səbəbi nədir?
ADNAN OKTAR: Namaz şeytanın ən həssas olduğu, yəni ən alçaldıldığı mövzu olduğu üçün müsəlmanları da ən çox bununla vurmağa çalışır, Allah`a o iddiasını sübut etmək üçün belə edir. Yəni müsəlmanların namazı qılmağına mane olmağa çalışır. Vəsvəsə verir, narahatlıq verir, namazı çətinləşdirir, namazda nəsə bir şey düşündürür, namazını pozdurur və əskik qıldığını ona təlqin edir. Bu səbəbdən, xüsusilə təqvalı olan, dindar olan insanlar üçün namazı dərdə çevirir. Müsəlmanlar buna görə də çox şüuru açıq olmalıdırlar, çox ağıllı olmalıdırlar, şeytanın bu tələsinə düşməməlidirlər. Məsələn, Allah deyir ki, üzünüzü və əllərinizi yuyun dirsəklərə qədər, ayağınızı yuyun və başınızı məsh edin. Dəstəmaz alıb heç vəsvəsə etmədən birbaşa namaza getməlidirlər. Namaz qılarkən də ağıllarına mütləq bir çox şey gələ bilər. Ona da əhəmiyyət verməməlidirlər, yəni qiyamda olduğunu bir an üçün belə bilsələr, bir surəni, bir neçə surəni şüurlu surətdə oxuduqdan sonra, ağıllarına bir şey gəlsə belə, o namaz qəbul olunar. Heç vəsvəsə edəcəyi bir şey yoxdur. Yəni bir çox mövzuda da vəsvəsə ola bilər, amma xüsusilə o mövzularda açıq şüurla, qərarla namazı qılmaq lazımdır. Amma şeytan müsəlmanlara namazda çox ürcah olur. Şeytanın əməlisaleh möminə heç bir təsiri olmaz. Amma zəif insanları, ağlı zəif olan insanları barmağına taxır oynadır, belə təsvir edim, rüsvayçı vəziyyətlər olur, ağladır, küsdürür, hirsləndirir, qışqırdır, boş xülyalara salır. Yəni onsuz da şeytanın xüsusiyyəti odur, Quranda da ifadə edilir: insanları boş xülyalara salmaq”. (Adnan Oktarın Kanal 35-dəki canlı reportajı, 1 fevral, 2009)
Möminlərin Allah`a olan yaxınlıqları şeytana qarşı qalxan kimi dayanır. Allah`a təslim olmaq, onu zikr etmək, yer üzündəki hər bir hadisənin onun nəzarətində olduğunu bilmək möminlərə mənəvi güc verir. Şeytan hər an fürsət axtararaq möminlərin bu mənəvi gücünü zəiflətmək istəyir. Bu yollardan biri də insana Allah qorxusundan başqa "qorxu"lar verməkdir.
Şeytanın bu silahı işlətməsinin daha önəmli səbəbi var. Qorxu şüurun dayanmasına, Allah`la əlaqənin qırılmasına və Allah`a təvəkkül etməyin ortadan qaldırılmasına səbəb olur. İxlasını qoruyan mömin üçün belə hal əhəmiyyətsiz olur. Şeytan ancaq qəflət içində olan, şüuru dəyişkən və ya ta¬mamilə bağlı olan insanlara təsir edir. Quran ayəsində qorxmaq lazım gələn əsl qüvvənin Allah olduğu bildirilir:
Sizi yalnız o şeytan öz dostlarından qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın. Əgər möminsinizsə, məndən qorxun! (Ali-İmran surəsi, 175)
Dünya möminlər üçün onların qədərə bağlı olaraq yaşadığı keçici və fani bir məkandır. Qorxacaqları tək mütləq varlıq da bu dünyanın və qədərin hakimi olan Allah`dır.Mömin olmayanlar isə dünyanı bir-birindən ayrı hadisə və insanların qərar tutduğu nəzarətsiz bir məkan zənn edirlər. Belə insanları qəlbinə şeytan asanlıqla vəsvəsə verib qorxu salır. Bu insanlar üçün qarşılarına çıxan hər hadisə sonu bəlli olmayandır. Onlar ölüm qorxusu ilə, yoxsulluq qorxusu ilə və gələcəkdə olacaq hadisələr qorxusu ilə Allah`a deyil, saysız bütlərə sarılırlar.
Şeytanın "qorxu" tələsi möminlərin toplumunda yaşayan, ancaq qəlbində xəstəlik olan kimsələrə də təsir edir. Allah yolunda qarşısına bir çətinlik çıxdıqda onları bir qorxu bürüyür, içlərində olan qəflət ortaya çıxır. Məsələn, güclü savaş ortasında qorxuya düşən bir qrup insanın durumu Quranda belə bildirilmişdir:
Möminlər: "Kaş (cihada dair) bir surə nazil olaydı!" deyirlər. Hökmü bəlli bir surə nazil olub orada döyüş yada salınan kimi qəlbində xəstəlik olanların sənə ölüm ayağında bayılan kimsənin baxışı ilə baxdıqlarını görərsən... (Muhəmməd surəsi, 20)
Təvəkkül edən insan özünü tam olaraq Allah`a və qədərə təslim edər. Qorxudan tam azad olar, Allah`a tam təslimiyyətin verdiyi cəsarətlə Allah`dan başqa heç bir gücdən qorxmaz.
Möminlərin cəsarətinin inkarçıların şüursuz və ağılsız cəsarətindən fərqli olması unudulmamalıdır. Bu hiss qədərə tam iman etməyin, Allah`a təslimiyyətin verdiyi özünəinam hissidir. Səmimi olaraq iman gətirməyənlər bu hissi duymazlar. Möminlərin bu cəsarətinin Quranda bir çox nümunələri var.
Məsələn, hz. Musa və yanındakılar dənizlə fironun ordusu arasında qaldıqları zaman aralarındakı zəif imanlı kimsələr yaxalandıqları zənni ilə qorxuya düşürlər. Hz. Musa:"Xeyr. Rəbbim mənimlədir" (Şüəra surəsi, 62)deyərək Allah`a təslimiyyətini və sığınmağını ifadə edir. Allah`a iman gətirdikləri üçün firon tərəfindən qol və ayaqları kəsilmək əmri verilən sehrbazlar da eyni qorxusuzluq göstərmişlər. Oda atılan hz. İbrahim də eynilə heç bir qorxu duymamışdır. Quranın Əhzab surəsində bəhs olunan möminlər düşmən dəstəsi ilə qarşılaşdıqları zaman "iman və təslimiyyətləri " artmışdır. Çünki şeytanın qorxu təlqininin təvəkkül edən insana təsiri yoxdur. Allah`ın ayəsində də bildirildiyi kimi, "... həqiqətən iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur!". (Nəhl surəsi, 99)
Quran möminlərin birlik içində bir-birinə dəstək və köməkçi olmasını və bir-birini müdafiə etməsini əmr edir. Birliyin nə dərəcə güclü olmasının vacibliyi aşağıdakı ayədə bildirilir:
Şübhəsiz ki, Allah öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər. (Saf surəsi, 4)
Şeytan bu vacib hökmü gözdən yayındırmağa, möminlərin arasındakı birliyi pozmağa çalışır. Bunu həyata keçirmək məqsədilə möminlərin arasındakı söhbətlərə mənfi yöndə təsir etmək üçün çalışar. Pis söz söyləməklə, işarə ilə danışmaqla, boş-boş danışıq kimi cahil insanlara xas olan çirkinlikləri işləməyə təşviq etməklə onların aralarını vurmağa çalışar. İman gətirən şəxs şeytana qarşı boş dayandıqda hər an belə təhlükə ilə qarşılaşır. Bunun üçün Quranda möminlər bu təhlükəyə qarşı xəbərdar edilir, bir-birinə gözəl söz söyləmələri əmr edilir və şeytanın möminlərin düşməni olduğu xatırladılır:
Bəndələrimə de ki, gözəl sözlər söyləsinlər. Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən də şeytan insanın açıq düşmənidir (İsra surəsi, 53)
Şübhəsiz ki, şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allah`ı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı? (Maidə surəsi, 91)
Şeytan əsas düşməni olan insanı sonsuz müsibətlərə düçar etməyi istədiyi üçün niyyətini heç bir şəkildə ona hiss etdirməz. Tam əksinə, insana ona öyüd vermək istəyən yaxın adam kimi yaxınlaşır. İnsanı yaxşılıq etmək istədiyinə inandırdıqdan sonra öz nəzarəti altına alır. İnsanın zəifliyindən istifadə edərək bu yöndə təlqinini edər. Hz. Adəmin cənnətdən çıxarılmasına səbəb olan xətanı işləməsi də bu tələ ilə oldu. Şeytan hz. Adəmə və xanımına bir dost kimi yaxınlaşmış və onları nəsihət verdiyinə inandırmışdı:
Şeytan Adəmin və Həvvanın "örtülü ayıb yerlərini " özlərinə göstərmək məqsədi ilə pıçıldayıb dedi: "Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir." Həm də onlara: "GMən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm" diye yemin de etti. (Əraf surəsi, 20-21)
Şeytan hz. Adəmi və zövcəsini aldadaraq onların cənnətdən qovulmasına nail olmuşdur. Hz. Adəm tövbə etdikdən və Allah`dan bağışlanma dilədikdən sonra təkrar doğru yolu tapa bilmişdir.
Şeytanın düşməni olduğunu Allah`dan öyrənən hz. Adəmin bu bildirişdən sonra yenə şeytan tərəfindən aldanması insanın ömrü boyunca qarşı-qarşıya olduğu gizli düşməninin nə qədər mahir bir yalançı, hiyləgər olmasının dəlilidir,hz. Adəmə bütün şeytanların ən böyüyü olan iblis tərəfindən edilmiş "mən sizin nəsihət edənlərdənəm" təlqini indiki zamanda insanlara da insi şeytanlar tərəfindən edilir. Buna ən gözəl misal fironun öz qövmünü Allah yolundan azdırarkən onlara: "... Mən ancaq sizə münasib gördüyüm rəyimi bildirirəm, mən sizə ancaq doğru yol göstərirəm" (Mömin surəsi, 29) deməsi buna bir misaldır.
Buna bənzər təlqinlərə bugünkü cahil toplumlarda da tez-tez rast gəlmək mümkündür. Dini yaşamaq onun hökmlərinə əməl etmək istəyən bir gəncə qarşı edilən "sən hələ gəncsən, həyatı istədiyin kimi yaşa, yaşlanınca ibadət edərsən" təlqini buna bir misaldır. Bunu təlqin edən insan özünün yaxşılıq etmək məqsədilə dediyini söyləyir. Əslində isə çağırdığı yol cəhənnəm yoludur.Şeytan "nəsihət vermə" taktikasını işlətmək üçün, əvvəlcə, insanın yan-yörəsində və nəzarətində olan insanlardan istifadə edir. Məsələn, Quranda iman gətirəndən sonra şeytan tərəfindən təlqin edilən və bundan başqa dostlarının təsiri ilə yolunu azan insanlardan bəhs edilir. Bu "dost"ların sözləri şeytanın taktikasını göz önünə sürür: "Doğru yola- bizə gəl..."
Şeytanın bu taktikasının bildirildiyi ayənin tamamı belədir:
De: "Biz Allah`ı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərəmi tapınacağıq və Allah bizi düzgün yola yönəltdikdən sonra yer üzündə şaşqın dolanarkən şeytanların azdırdığı adam kimi geriyəmi döndəriləcəyik? Halbuki, dostları onu: "Bizə tərəf gəl" deyərək haqq yola çağırırdılar." De ki: "Allah`ın hidayəti doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmişdir." (Ənam surəsi, 71)
İnsan bu düşmənə qarşı son dərəcə diqqətli olmaq məcburiyyətindədir. Ancaq Allah`a tam təslim olmuş və onun zikrinə bağlanmış bir kimsə bunu bacarmaq ağlına sahib olur. Şeytanın təlqinlərinin qaynağını o dəqiqə analiz edər və beynindən çıxarıb atar. Əks təqdirdə, insan bunları öz düşüncəsi zənn edər və iradəsini ona təslim edər.
Şeytanın ən mahir və aldadıcı hiylələrindən biri də insanlara Allah`ın adından istifadə edərək yaxınlaşmasıdır. Bu qayda ilə Allah`ın razı olmadığı hərəkətlərin din və Allah adına olduğunu təlqin edir. Boş hərəkətləri xidmət, ibadət qismində elətdirir. Bu oyuna düşən insan Allah yolunda mücadilə imkanlarını tamamən öz nəfsi üçün istifadə etməyə başlayır.
Məsələn, bir insan dinə xidmət məqsədi ilə inkarçıların çox olduğu və aldadıcı dünya zövqləri ilə bəzənmiş bir yerə gedəndə sadəcə olaraq öz nəfsini düşünərək hərəkət edər. Başlanğıcda halal olan nemətlərdən zövq alar. Sonra vəziyyət dəyişər. İnsanın xeyri üçün başladığı məqsədindən aralanar, məqsədinin yerini nemətlər tutar. Əvvəlcə, Allah`ın buyurduğu hədlər içərisində hərəkət edərkən, bir müddət sonra Allah`ın rizası deyil, nəfsi ön plana keçər. Etdiyi hərəkətdən mükafat gözləmədiyi kimi, imanı getdikcə zədələnər. (Ən doğrusunu Allah bilir) beləliklə, şeytan həmin adama Allah`ın adı ilə yaxınlaşar və bir daha dünya həyatının bəzəyindən istifadə edib axirəti beləcə unutdurar.
Ey iman gətirənlər! Şübhəsiz ki, Allah`ın vədi haqdır. Dünya həyatı sizi aldatmasın. Şeytan da sizin tovlayıb yoldan çıxarmasın! Həqiqətən, şeytan sizin düşməninizdir. Onu özünüzə düşmən tutun. O, özünə uyanları cəhənnəm əhli olmağa çağırır. (Fatir surəsi, 5-6)
Kiçik hesabların və fani dünya həyatının ardına düşüb imanı zəifləyən, üstəlik, mənfəətini qorumaq üçün Allah rizasını sipər edən bu insanlar Qurana görə münafiq hökmünə girirlər:
Münafiqlər möminləri səsləyib deyəcəklər: "Məgər biz dünyada sizinlə birlikdə deyildikmi!?" Möminlər belə cavab verəcəklər: "Bəli, bizimlə birlikdə idiniz. Lakin siz özünüzü fitnəyə salıb məhvə düçar etdiniz, gözlədiniz və şəkk etdiniz. Allah`ın əmri gəlib çatanadək sizi xam xəyallar, tamah aldatdı. Sizi Allah barəsində o tovlayan tovladı." (Hədid surəsi, 14)
Bu hiylə olduqca çaşdırıcı və aldadıcıdır. Çünki şeytan insanın doğru yolunun üstündə oturaraq (Əraf surəsi, 16) tələ qurmuşdur. Allah`dan lazımınca qorxan kimsələr şeytanın bu oyununa girməzlər. Çünki Allah Ondan qorxanlara doğru yolu yanlış yoldan ayırmaq anlayışı verir:
Ey iman gətirənlər! Əgər Allah`dan qorxsanız, O, sizə haqla nahaqqı ayırd edən verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf, mərhəmət sahibidir. (Ənfal surəsi, 29)
Şeytanın insanı Allah`ın adı ilə aldatmasının bir başqa yolu da Allah`ın bağışlayan rəhmli olduğunu önə sürərək insanı günah işləməyə sövq etməsidir. Allah, əlbəttə, sonsuz mərhəmət sahibidir və tövbə edib Ondan bağışlanma diləyən hər bəndəsinin günahlarını əfv edir. Amma bir insan: "Onsuz da Allah əfv edəcək" deyərək bilə-bilə günah işləməyə başlarsa, çox təhlükəli bir yola girmiş olur. Tədricən qəlbi qatılaşır, hissiyyatsız, duyğusuz olur və Allah qorxusunu itirir. Quran: "Biz bağışlanacağıq" deyərək bilə-bilə günah işləyən insanlardan(Əraf surəsi, 169) bəhs edərkən şeytanın insanı Allah`ın adı ilə aldatdığını bildirir.
Şeytan vaxt ötdükcə möminin tükənməsini arzu edir. Səbirlə möminin zəiflik göstərməsini gözləyir. Bəzən insanın mənəviyyatından qopardığı xırda məsələlər bir müddət sonra ürəyinin qabıq qoymasına və ağlının örtülərək şeytanın daha böyük təlqin və vəsvəsələrinə düşməsinə səbəb olur. Quranın bir ayəsində zamanla qazandıqlarına görə şeytanın yoldan çıxarmaq istədiyi bir qrup möminin xəbəri belə verilir:
İki ordu qarşılaşdığı gündə sizdən üz döndərən şəxslərin kəsb etdiyi bəzi şeylər şeytanın onları doğru yoldan çıxarmaq istəməsi üzündən baş verdi. Allah artıq onları bağışladı. Həqiqətən, Allah bağışlayan və həlimdir!... (Ali-İmran surəsi, 155)
Şeytan insanları azdırmaq üçün saxtakarlıq fəndindən istifadə edir. Qarşısındakına yalan vədlər verir. Münafiq və müşriklər bu vədlərə inanırlar. Bu, sadə aldanma deyil. İnsan sonsuz axirətini bu boş vədlər nəticəsində itirir. Bu vədlərin əsas xüsusiyyətləri fani dünya həyatına bağlı olmasıdır. Şeytan kiminə əyləncə, eyş-işrət, ticarət, pul, mülk, kiminə da daha gözəl və uzun bir həyat, mövqe, şan-şöhrət vəd edir. Zahirən gözəl, daxilən "çirkin sözlər " təlqin edir (Ənam surəsi, 112). Ancaq səbəb hər nə olursa-olsun, şeytana inananlar üçün nəticə eynidir: sonsuz əzab və cəhənnəm. Bu gerçək Quranda belə bildirilmişdir:
Şeytan müşriklərə vədlər verir, ürəklərində arzular oyadır. Lakin şeytan onlara yalnız yalan vədlər verir. (Nisa surəsi,120)
İş bitdikdə şeytan deyəcək: "Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin (vədimə) xilaf çıxdım... (İbrahim surəsi, 22)
Allah`ın razılığını, rəhmətini və cənnətini qazanmağı hədəf seçən mömin keçici dünya həyatına aid olan vədləri, əlbəttə ki, qəbul etməz. Yer üzündə olan hər hansı yüksək məqam, qazanacağı hər hansı mülk və nemətlər, şübhəsiz ki, qısa müddət davam edəcək, sonra ölümlə bərabər yox olub gedəcək. Axirət nemətləri isə əbədidir.
Şeytanın istifadə etdiyi bir başqa yol isə insanları şübhə və tərəddüdə salmaqdır. Həqiqətdə olmayan bir şeyi sanki var imiş kimi göstərir. Qəlblərində xəstəlik olan bəzi insanlar bir müddət sonra bu şübhələrin təsiri altına düşür. Hər hadisəni özlərinə qarşı planlanmış olduğunu zənn edirlər (Münafiqun surəsi, 4) Hətta elçi tərəfindən aldandıqları zənninə qapılırlar. Davamlı həyəcan, qorxu içində nə edəcəklərini bilməyən halda olurlar. Şüurlu bir insanın ağlına belə gəlməyən olmazın şübhələrə düşürlər:
Onları hökmən sapdıracaq xülyalara salacaq, heyvanların qulaqlarını kəsməyi və Allah`ın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm! Allah`ı atıb şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır... (Nisa surəsi, 119)
(Şeytan) onlara vədlər verir və onları xülyalara salır. Lakin şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir. (Nisa surəsi, 120)
Mömin şeytanın ən qatı düşməni olduğu üçün bu təhlükələrdən heç vaxt kənarda qalmaz. Göstərdiyi ən kiçik tənbəllik şeytana imkan verir ki, şübhə və tərəddüd yaymaq fəndlərini işə salsın. Ancaq güclü iman və bilgi ilə axirətə inanan və hər an Allah`a sığınan möminə qarşı bu şübhə və tərəddüdlər təsirsiz qalır.
Şeytan öz təsiri altına aldığı kimsələrə elədiyi azğın əməlləri gözəl və cəlbedici göstərir. Həmin insanlar da bu əməllərə davam edirlər:
... Şeytan əməllərini onlara gözəl göstərmiş, onları doğru yoldan sapdırmışdır. Buna görə, haqq yolu tapa bilmirlər (Nəml surəsi, 24)
... Barı əzabımız onların başlarının üstünü alanda yalvaraydılar. Lakin etdikləri əməlləri şeytan onlara süslü göstərmişdi (Ənam surəsi, 43)
Qəlbi qatılaşan insanlar pisi və yaxşını ayırd edən hissi itirdiklərindən şeytan pis işləri onlara yaxşı göstərir. Qəlbin qatılaşması üzündən şeytanın təsir etdiyi insanlar özlərinə xoş gələn pis əməllərindən dönmürlər. Bu inadkarlıq bəzən Quranda "atalarının dini" olaraq adlandırılan batil dinin təmsilçilərində də, bəzən də Allah`ın elçisinə üsyan edən və ona qarşı vuruşan münafiqlərdə də görünür. Eyni zamanda, kafirlərin möminlər əleyhinə olan fəaliyyətində də üzə çıxır. İstər müşrik olsun, istərsə də kafir, fərq etməz, onların hamısının ümumi xüsusiyyətləri şeytan tərəfindən öyrədilmiş və bu oyuna gətirilmişdir. Bir Quran ayəsində şeytanın bu insanlar üzərində təsiri belə bildirilir:
O zaman şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: "Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin pənahınıza, dadınıza çatanam!" (Ənfal surəsi, 48)
Şeytan insana axirət həyatının əksinə olaraq dünya həyatını bəyəndirir. Odur ki, şeytanın təsiri altında olan insanlar sanki ölməyəcəkmiş kimi dünya üçün çalışır, lakin axirət üçün çalışmağı heç düşünmür. Şeytan min illərdir ki, insanlara bu tələni qurur. Bu günə qədər milyardlarla insan həyatı boyunca çalışmış, pul, mal-mülk qazanmış, sonra bunların hamısını bu dünyada qoyub axirətə köçmüşdür. İndi yaşayanlar isə özlərindən əvvəl ölən insanlardan heç bir ibrət götürmür, heç ölməyəcəklərmiş kimi mal-mülk toplayırlar.
Şeytan dünya həyatını dəyərli və daimi göstərərək möminlərə də zərər verməyə çalışır. İmanı zəif olanları və münafiqləri yoxsulluqla qorxudur. Onları dünya həyatı üçün daha çox çalışmağa sövq edir. Quran ayəsində şeytanın fəaliyyəti belə bildirilir:
Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər. Allah isə sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah`ın mərhəməti genişdir, Allah hər şeyi biləndir!(Bəqərə surəsi, 268)
İnsanlarda mal-mülk hərisliyi yaradaraq tələ qurmaq şeytanın köhnə taktikasıdır. Hətta hz. Adəmi başa saldığında: "Sənə əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq bir mülkü göstərimmi?" (Taha surəsi,120) yalan söyləmiş, mülk vəd etmişdir. Ona görə, Allah möminlərə mal-dövlətə aid hökmlər verir:
Budur, siz Allah yolunda sərf etməyə çağıran kimsələrsiniz. Bununla belə, içərinizdə xəsislik edən də vardır. Hər kəs xəsislik etsə, ancaq özünə qarşı xəsislik etmiş olar. Allah zəngin, siz isə yoxsulsunuz. Əgər Ondan üz döndərsəniz, yerinizə sizlər kimi olmayan başqa bir qövm gətirər! (Muhəmməd surəsi, 38)
Hər kim olursa-olsun, dünya həyatında varlı, zəngin iş adamının və ya bir dilənçinin Allah rizasına uyğun olaraq xərcləmədiyi hər qəpik-quruşda əhəmiyyət vermədiyi güclü şəriki var. Allah inkar edənlərin mallarına şeytanı şərik etmişdir. Bu şəriklik haqda ayədə belə qeyd edilir:
"Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et. Mallarına və övladlarına ortaq ol, onlara cürbəcür yalan vədlər ver. " Şeytan ona uyanlara yalnız yalan vəd verər!(İsra Suresi, 64)
Təkəbbür şeytanın ən əsas xüsusiyyətlərindən biridir. Allah`ın hüzurundan da təkəbbür və itaətsizliyinə görə qovulmuşdur:
Yalnız iblisdən başqa! İblis təkəbbürlülük etdi və kafirlərdən oldu. O, səcdə etməyə təkəbbür göstərdi və kafirlərdən oldu. Allah buyurdu: "Ey iblis! Sənə mənim öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?" (Sad surəsi, 74-75)
Şeytanın bu önəmli xəstəliyi insanlar üçün də bir təhlükədir. Çünki şeytan bir insanı özünə yaxın etmək üçün öz xəstəliyi ilə onu yoluxdurur. Bu xəstəliyə yoluxan insanın ağlı örtülür, şüuru bağlanır. Bu təhlükəyə qarşı Quranda möminlərə təvazökar, sadə qəlbli olmaları əmr edilmişdir:
Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də yüksəlib dağlara çata bilərsən.(İsra surəsi, 37)
Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razı olanı, lovğalanıb fəxr edəni sevməz. Yerişində müvazinət gözlə və səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir (Loğman surəsi, 18-19)
Mömin insan şeytanın xasiyyəti olan təkəbbürdən mümkün olduqca çəkinməli və buna böyük diqqət yetirməlidir. Əks təqdirdə, savablarını itirər və imanı böyük təhlükə qarşısında qalar.
Şeytanın təsiri fərqli şəkillərdə ortaya çıxa bilər. Məsələn, bir insan İslama böyük xidmətlər edə bilər. Amma bu xidmət ona Allah tərəfindən verilən savab qazanmaq imkanıdır. İnsan Allah`ın nəzarəti xaricində heç bir əməl edə bilmədiyi üçün hər hansı bacarığına, qabiliyyətinə görə öyünməməlidir. Bunun əksini edənlərə böyük xəbərdarlıq var:
Getirdikleriyle sevinen ve yapmadıkları şeyler nedeniyle övülmekten hoşlananları (kazançlı) sayma; onları azaptan kurtulmuş olarak sayma. Onlar için acı bir azap vardır. (Ali İmran Suresi, 188)
Sahib olduğu var-dövləti öz qabiliyyətinin nəticəsi olduğunu sayan və: "... Bu, (var-dövlət) yalnız məndə olan elm sayəsində verilmişdir" (Qəsas surəsi, 78) deyən Qarun Allah tərəfindən şiddətli bir cəzaya düçar edilmişdir.
Şeytan təkəbbürlülüyü təlqin edərək, eyni zamanda, möminlər arasındakı mehribançılığı pozmağa çalışır. Çünki təkəbbür möminlərin də xoşuna gəlməyən əxlaq zəifliyidir. Bu xasiyyətdəki insan möminləri də narahat edir.
Şeytan özünü hiss etdirməyə səy göstərmədən insana hiyləgərcəsinə yaxınlaşır. Özünü üstün tutma təlqinini uzun müddətə, bir çox fərqli hallarda yavaş-yavaş yeridir. Əgər insan bu yönləndirməyə, bu təlqinə qarşı ayıq olmazsa, təlqinlərin təsiri artır, böyüyür. Məsələn, insan bir şey əldə etdikdə ardınca şeytan mütləq təlqinə başlayır. Əgər insan bu müvəffəqiyyətin sahibinin Allah olduğunu qəlbən hiss etməzsə, şeytanın pıçıltısını öz düşündüyü zənn edər, özünə inanar.
Şeytan başqa hiylələr də işlədər. Məsələn, bir mömin xəta işlərsə, digər möminlərin vəzifəsi həmin möminə şəfqət və mehribanlıqla münasibət göstərmək, o möminin də özləri kimi aciz bəndə olduğunu unutmamaqdır. Çünki şeytan xəta sahibinə qarşı acıqlanmağı və ona yuxarıdan aşağı baxmağı təlqin edər. Bir möminin etdiyi xəta və ya başqa işə görə ona yuxarıdan aşağı baxan insan özünü üstün görmə xəstəliyinə tutulmağa başlayır.
Bu hal davam etdikcə təkəbbür insanın qəlbinə yerləşir və digər möminlərə qarşı mərhəmət hissi azalır. Bu vaxt yalnız öz bildiyini deyən, ağlını digər möminlərin ağlından üstün görən bir insan ortaya çıxır. İnsanın içindəki təkəbbür onun səsini ucaldır və o, belə zənn edir ki, bu, onun üstünlüklərindən biridir. Bu psixologiyanın daşıyıcısı olan insanın imanında zaman keçdikcə ciddi yaralar yaranır. Bir müddət sonra isə qəlbi Quranda da bildirildiyi kimi, Allah`ın ayələrinə qarşı hissiyyatdan məhrum olur:
Bizim ayələrimizdə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna edənlər iman gətirənlərdir. (Səcdə surəsi, 15)
Ayədən də aydın olduğu kimi, təkəbbürü olmayan insanlar Allah`ın ayələrinə iman gətirənlərdir. Özünü yüksək tutaraq lovğalanan kimsənin ayələri lazım olduğu şəkildə anlaması mümkün deyil.
Dünya həyatının ən aldadıcı tələlərindən biri insanların bir-birinə özünü göstərməsi üçün əməllər işləməsi və sahib olduqları dünya nemətləri ilə öyünməsidir. Özünü göstərməyin növləri insanın olduğu vəziyyətə görə dəyişir. Məsələn, pulun ön planda olduğu yerdə zənginlik, nüfuzun ön planda olduğu yerdə isə məqam öyünmə mövzusu olur. Şeytan bu tələni dindarlığın ön planda olduğu yerlərdə də qurur. Qəlbində iman olmayan bəzi insanlar ibadət edərkən Allah rizasını qazanmaq üçün deyil, dindarlar arasında etibar əldə etmək üçün ibadət edirlər. Quran bu cür insanlardan belə bəhs edir:
Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər. Onlar namazlarında riyakarlıq edərlər. (Maun surəsi, 4-6)
Şeytanın həqiqi məqsəddən azdırıb özünü göstərmə halına gətirdiyi ibadətlərdən biri "infaq"dır, yəni insanın malını Allah yolunda xərcləməsi. Bu ibadəti edərkən Allah`ın rizasını qazanmaq əvəzinə, insanların onu tərifləməsini istəyən kimsələr, əslində, şeytana dost olurlar:
Öz mallarını xalqa göstərmək xatirinə xərcləyənləri, Allah`a və axirət gününə inanmayanları da Allah sevməz. Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir.(Nisa surəsi, 38)
İnfaq möminin günahlardan azad olması və axirətini qazanması üçün fürsətlərdən biridir. Bu ibadətə şeytanın pisliyi olan nümayişkaranəlik qarışarsa, mömin axirəti qazanmaq fürsətini əldən qaçırır. Onun üçün mömin infaq edərkən çox ayıq olmalı, hər ibadəti Allah rizası üçün xalis niyyətlə etməlidir! Quran möminlərə belə əmr edir:
Ey iman gətirənlər! Sədəqələrinizi - malını riyakarlıqla sərf edən Allah`a və axirət gününə inanmayan, şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı yuyub aparar və qayanı çılpaq bir daş halına salar. Onlar etdikləri işlərindən bir şey qazanmazlar. Şübhəsiz, Allah kafirləri haqq yoluna yönəltməz!... (Bəqərə surəsi, 264)
Allah`ın kitabına tabe olmaq böyük məsuliyyətdir. Belə önəmli vəzifəyə laqeydliyin cəzası da şiddətli olacaq. Şeytanın ən böyük məqsədi insanın belə bir cəzaya düçar olmasına nail olmaqdır.
Şeytanın təsiri ilə Qurandan uzaq olan kimsə Allah`dan da uzaqlaşmış olur. Çünki Quran Allah`ın kəlamıdır. Möminləri hidayətə qovuşduran və onlara ömür boyu yol göstərən nurdur.
Qurandan uzaqlaşmaq Qurana tabe olmuş kimsələri məhv edən təhlükədir. Çünki müşriklər və kafirlər Qurandan tamamilə bixəbərdir. Ayələrə qarşı gözləri pərdələndiyindən Qurandan daha çox uzaqlaşmalarına ehtiyac yoxdur. Ancaq ayələr vasitəsilə iman gətirən, ayələrdə bildirildiyi kimi yaşayan möminlər Qurandan uzaqlaşırsa, çox böyük təhlükə ilə, yəni şeytanla üz-üzə qalırlar. Sonra bunun fərqinə varmadan özlərini doğru yolda zənn edərək şeytanın təsirinə düşürlər. Quranda bu vəziyyət belə ifadə edilir:
Hər kəs Rəhmanın zikrindən boyun qaçırarsa, biz ona şeytanı ürcah "edərik və o, şeytanın yaxın "; dostu olar.
Şeytanlar onları doğru yoldan çıxarar, onlar isə özlərinin haqq yolda olduqlarını zənn edərlər. (Zuxruf surəsi, 36-37)
Belə bir qəflətə də ancaq axirəti tərk edib dünya mənfəətlərinə yönələn, nəfsinin istəklərinə tabe olan və ona görə hərəkət edən kimsə düşür. Allah`ı deyil, nəfsini razı etməyə çalışaraq şeytanın ardınca gedən kimsə şeytandan çox heyvana bənzəyir. Çünki insanın da, heyvanın da maddi ehtiyacları (yemək-içmək, cinsi əlaqədə olmaq) eynidir. İnsanı yüksəldən əməl Yaradanını tanıyıb Ona Quranda əmr olunan kimi qulluq etməkdir. Bu səbəblə, Quranda nəfsinə uyub tabe olduğu ayələrdən uzaqlaşan kimsələrə bu cür təşbeh edilir:
Onlara ayələrimizi verdiyimiz şəxsin xəbərini də söylə. O, imandan döndü. Şeytan onu özünə tabe etdi və o, azanlardan oldu. Əgər biz istəsəydik, onu həmin ayələrlə ucaldardıq. Lakin o, yerə meyil edib nəfsinin istəklərinə uydu. O, elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxarıb ləhləyər, cummasan da. Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. Bu əhvalatları söylə ki, bəlkə düşünsünlər! (Əraf surəsi, 175-176)
Bir mömin illər boyu bir neçə dəfə Quranı oxuya bilər. Bu, onu şeytanın oyunlarından uzaqlaşdırmaz. Şeytan bir çox oyunlarla onun qarşısına çıxar. Möminin Quranı inkar etməyəcəyini bildiyindən müxtəlif hiylələrlə gündəlik həyatda Quranın əmr etdiyi yaşantıdan uzaqlaşdırmağa çalışır.
Məsələn, Quranda yaşanan və yaşanacaq hər anın Allah tərəfindən qədərdə əvvəldən yaradıldığı bildirilir. Bunu bildikdən sonra başına gələn hadisələr qarşısında sıxıntılı olmaq, təvəkkül etməmək Allah`ın ayələrini qulaqardı etmək mənasına gəlir. Uzun müddət bu əhvalda qalan kimsənin qəlbi Quranın təmiz parlaq ruhunu itirər və qaralmağa başlar. Nəticədə, bu kimsə Qurandan təsirlənməyən hissiyyatsız hala gələr.Quranın əmr etdiyi kimi bir həyat sürmək istəyən kimsə həmişə bu təhlükə ilə qarşı-qarşıyadır. Hər kim olursa-olsun, kitab verildikdən sonra bu vəzifəni haqqı ilə yerinə yetirməzsə, onun qəlbi qatılaşır. Quran öncə kitab verilənlərin bu məsuliyyəti unutduğunu belə xatırlayır:
İman gətirənlərin qəlbinin Allah`ın "zikri və haqdan nazil olan " üçün yumşalması vaxtı gəlib çatmadımı? Onlar özlərindən əvvəl kitab verilən kimsələr kimi olmasınlar. Onlarla peyğəmbərləri arasında uzun bir müddət keçmiş və unutduqları üçün qəlbləri sərtləşmişdir. Onların çoxu fasiqlərdir. (Hədid surəsi, 16)
Allah möminlərə şeytanın bu oyununa düşməmək üçün Qurana möhkəm sarılmasını əmr edir. Çünki Quran həyatının hər anında möminə yol göstərən bir nurdur. Möminlərin vəzifəsi təkcə ayələri oxumaq deyil, həm də onları gün ərzində fikrində saxlamaq, ayələrin hikməti üzərində düşünmək və hər hadisədə Quranla hökm etməkdir:
Allah`ın evlərinizdə oxunan ayələrini və hikməti xatırlayın. Allah möminlərə lütfkardır və xəbərdardır (Əhzab surəsi, 34)
Verdiyimiz kitabı layiqincə oxuyanlar həmin kitaba iman gətirənlərdir. Onu inkar edənlər isə özlərinə zərər yetirən¬lərdir... (Bəqərə surəsi, 121)
Unutqanlıq vermək şeytanın çox istifadə etdiyi, lakin insanlar tərəfindən əhəmiyyət verilməyən bir tələdir. Şeytan bunu təlqin etmək üçün müxtəlif insanlara fərqli fəndlərlə yanaşır.
Şeytanın unutqanlıq verdiyi kimsələr 60-70 illik bir ömrü Allah`ı və axirəti unudaraq boş və yararsız işlərə sərf edir. Onlar Allah`ın axirəti xatırlatmaq üçün yer üzündə yaratdığı hikmət və ibrətləri qavramırlar. Nədən, necə və nə üçün yaradıldıqları sualının onlar üçün heç bir fərqi yoxdur. Şeytan onlara yaxşılığı, xeyri, ən önəmlisi isə onları yaradanı xatırlamağı, hər şeyin onun nəzarətində olduğunu unutdurur. Belələri ölümü, qədəri və axirəti heç düşünməz.Eyni şəkildə, münafiqlər də şeytanlarla əhatə olunduqlarından Allah`ın varlığını və onun zikrini unudurlar. Quranda münafiqlərin bu durumu belə izah edilir:
Şeytan onlara hakim olmuş və Allah`ı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidirlər. Xəbəriniz olsun ki, şeytanın firqəsi - məhz onlar ziyana uğrayanlardır(Mücadilə surəsi, 19)
Şeytanın unutqanlıq verməyə çalışdığı digər qrup möminlərdir. Ancaq bu unutqanlıq münafiqlərə və müşriklərə verdiyi unutqanlıqdan fərqlidir. Şeytan möminlərə istər kiçik, istərsə də böyük olan hər bir məsuliyyətli məsələdə unutqanlıq vermək istəyir. Çünki hər insan dünya həyatının hər anında Quranda əmr edilən həyatı yaşamaq məsələsində sınağa çəkilir. Buna görə, insan hər an şüurlu olmalı və yaşadığı hər an Allah`ın rizasını aramalıdır.
Quranda şeytanın möminlərə verməyə çalışdığı unutqanlıqdan bəzi misallar verilmişdir. Bunlardan biri ayələrə "istehza edənlərlə " bir yerdə olmaqdan çəkindirir və şeytanın unutdurduğu təsirinə qarşı xəbərdarlıq edir:
Ayələrimizə "istehza edənləri " gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər şeytan sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma. (Ənam surəsi, 68)
Bir başqa hökm isə bir şeyi edərkən onun ancaq Allah`ın izni ilə mümkün olacağını yaddan çıxarmamaqdır:
Və heç bir şey barəsində: "Mən onu sabah edəcəyəm" demə. Ancaq: "İnşaAllah" de. Deməyi unutduğun zaman Allah`ı yada salıb: "Ola bilsin ki, Allah məni bundan haqqa daha yaxın olan bir yola yönəltsin." (Kəhf surəsi, 23-24)
Buna başqa bir misal hz. Musa qissəsində verilmişdir. Ayədə hz. Musa ilə yolçuluq edən gənc köməkçi özləri ilə götürdükləri balığı unutduğunu bildikdə bunun səbəbkarının şeytan olduğunu deyir:
O isə: "Görürsənmi, biz qayanın yanında gizləndiyimiz zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu. Balıq dirilib əcaib bir şəkildə dənizə yollanmışdır, - deyə cavab verdi." (Kəhf surəsi, 63)
Mömin unutqanlığa və bunu törədən səbəblərə qarşı diqqətli olmalıdır. Möminin həyatında ağlı işləməkdən saxlayan boş xəyallara düşməyə yer yoxdur. Çünki bu xarakter insanı Allah yolunda ciddi addımlamağa qoymur. Onu dünyanın aldadıcı oyunlarına salıb Allah`a bəndə olmaq vəzifəsini unutdurur:
Ey iman gətirənlər! Allah`dan qorxun! Hər kəs sabah üçün nə etdiyinə nəzər salsın. Allah`dan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır.
Allah`ı unutduqları üçün Allah`ın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin! Onlar Allah`ın itaətindən çıxmış fasiqlərdir (Həşr surəsi, 18-19)
Möminlər unutqanlığa və dalğınlığa qarşı Allah`ı, Allah qorxusunu və Allah rizasını, cənnəti, cəhənnəmi, dünya həyatının faniliyini daima düşünərək bunları unutmamalıdır. Çünki insan bunu yaddaşından hər an çıxardıqca şeytana qarşı müdafiəsiz qalır.
Emosionallıq insan duyğularının Qurandan kənara çıxaraq Quran hökmləri ilə yönləndirilməməsi, insanı ağılın yerinə hisslərin idarə etməsi deməkdir.
Emosional insanın hərəkətlərində ağıl olmur. İnsanın səbri, ədalətli davranışları, verdiyi qərarlar tamamilə hisslərinə görə olur. Ani və bir-birinə uyğun olmayan qərarlar şeytanın sadə müdaxiləsi ilə asan şəkildə verilir. Bu qərarlar çox zaman peşmanlıq gətirir. Emosional insanların ömrü peşmançılıq gətirən qərarlarla doludur.
Mömin isə hərəkətlərini Allah`ın verdiyi hökmlər daxilində edir. Ağıllı hərəkət edən insan əməllərini axirət günündə Allah qarşısında verəcəyi hesabatı düşünərək edər. Şərtlər necə olursa-olsun, Quran həqiqətlərinə uyğun olaraq hərəkət edər.
Şeytan möminlərə də emosionallığı təlqin edir. İnkar edənlərə qarşı sevgi, Qurana zidd olan hər hərəkət emosionallığın əlamətidir. Bu təlqin Quran hökmlərini yerinə yetirərkən və Allah rizasını qazanarkən təsirsiz olur.
Möminlərin həyatında emosionallığa yer olmadığı bir çox Quran ayələrində bildirilmişdir. Məsələn, hər hansı bir mömin istənilən inkarçıya qarşı sevgi bəsləməz:
Allah`a və axirət gününə inanan heç bir tayfanı Allah və onun peyğəmbəri əleyhinə çıxanlarla - öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən... (Mücadilə surəsi, 22)
Başqa bir ayədə Allah sevgisini qazanmaq üçün yola çıxan bir möminin Allah`ın düşməni olan bir kimsəyə sevgi bəsləməyəcəyi, əgər edərsə, doğru yoldan sapacağı bildirilmişdir:
Ey iman gətirənlər! Nə Mənim düşmənimi, nə də öz düşməninizi dost tutun. Onlar sizə gələn haqqı inkar etdikləri halda, siz onlarla dostluq edir, mehribanlıq göstərirsiniz. Siz rəbbiniz olan Allah`a iman gətirdiyiniz üçün onlar peyğəmbəri və sizi çıxarırdılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa, Mənim düşmənlərimi dost tutmayın. Siz onlarla gizlində dostluq edir, onlara sirr verirsiniz. Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi bilirəm. Sizdən kim bunu etsə, şübhəsiz ki, haqq yoldan azmışdır!(Mumtəhinə surəsi, 1)
Ayələrdən anlaşılır ki, möminin sevgisinin əsası imandır. İnkarçı birisi iman gətirmədikcə möminin dostu ola bilməz. Bu uzaqlıq hz. İbrahimin dilindən Quranda belə ifadə edilir:
İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: "Şübhəsiz ki, bizim sizinlə və sizin Allah`dan başqa ibadət etdiklərinizlə heç bir əlaqəmiz yoxdur. Biz sizin dininizi inkar edirik. Siz bir olan Allah`a iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!"... (Mumtəhinə surəsi, 4)
Bu məsələdən Quranda peyğəmbər qissələrində də bəhs edilir. Məsələn, hz. İbrahimin öz atasının Allah`ın düşməni olduğunu bilincə ondan uzaqlaşması möminlər üçün nümunəvi hərəkətdir (Tövbə surəsi, 114) Bir başqa misal Nuh qissəsində var. Allah hz. Nuha inkar edən oğlu üçün:"... Ey Nuh, o, sənin ailəndən deyildir..." (Hud surəsi, 46) deyə səslənir. Çünki bir möminin ailəsi möminlər olmalıdır. Bunun kənarında dost arayanlar ən sonda özlərinə yeganə dost şeytanı tapırlar.
Mömin insan Allah rizasını qazanmaq üçün ən sağlam və doğru yolları seçməlidir. O, boş işlərə vaxt sərf etməz. "Elə ki, azad oldun, qalx dua et!" (İnşirah surəsi, 7) ayəsinə tabe olaraq işlədiyi gözəl əməli bitirib yenisinə başlayar.
Əgər insan etdiyi işi Allah rizasını qazanmaq niyyəti ilə etmirsə, şeytanın hiss edilməyən oyununa düşür. Bu oyun insanları gərəksiz düşüncələrə daldırır. Bu tələyə düşən insanın beyni qarışıq düşüncələrlə dolur, o, əsas məqsəddən uzaqlaşır və nə etməyin lazım olduğunu artıq düşünə bilmir.
Allah Quranda buna misal olaraq hz. Musa ilə bağlı bir qissədən bəhs etmişdir. Hz. Musa öz qövmünə, yəni İsrail oğullarına Allah`ın onlardan bir inək kəsmələrini istədiyini xəbər verir. Buna qarşı qövmü inək haqqında gərəksiz sorular sorub ibadəti yerinə yetirmir. Əlamətləri öyrəndikdən sonra: "... İndi işi həqiqətə gətirib çıxartdın.." deyirlər. Ancaq bu ibadətin məqsədindən necə uzaqlaşdığı və qövmün Allah`ın əmrini yerinə yetirməyəcəyi sonrakı ayədə bildirilir: "... İnəyi tapıb kəsdilər. Amma az qalmışdı ki, bu işi yerinə yetirməsinlər." (Bəqərə surəsi, 71)
İsrail oğulları onlara inək kəsmək əmrini gətirən hz. Musaya: "Bizi məsxərəyəmi qoyursan?" (Bəqərə surəsi, 67) dedilər və imandan çox inkara, yəni şeytana yaxın olduqlarını göstərdilər.
Bu məntiqin arxasında şeytanın yuxarıdakı hiyləsi gizlənir. İnək kəsmək kimi sadə bir işi gərəksiz sözlərlə çətinləşdirən şeytan haradasa ibadətə mane olmağı bacarır. Günümüzdə böyük kütlənin din anlayışı şeytanın bu təsiri ilə əhatələnmişdir. Bir çox insan Allah`ın dini adı altında təfərrüat və xırdalıqlarda boğulur və Qurandan uzaq bir din yaşayır.
İsraf etmək cahil insanların önəmli xüsusiyyətidir. Hədsiz şəkildə pul xərcləyib bununla öyünmək küfrə aparır:
O: "Və: “Mən xeyli mal-dövlət sərf etmişəm" deyir?
Məgər o, heç kəsin görmədiyini güman edir?(Bələd surəsi, 6-7)
Halbuki, israf tək Allah tərəfindən kəskin olaraq qadağan edilmiş çirkin bir əməldir. Hətta israf edənlər üçün ayədə "şeytanın qardaşı" ifadəsi işlənir. O halda, şeytanın ən böyük düşməni olan möminlər bu tələyə diqqət yetirməlidir. Allah bir ayəsində belə bildirir:
... Eyni zamanda, sağa-sola da səpələmə! Həqiqətən, sağa-sola səpələyənlər şeytanın qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur! (İsra surəsi, 26-27)
Bu təhlükədən qorunmaq üçün möminin diqqət yetirməli olduğu bir məsələ var. Mömin canını və malını cənnət əvəzində satdığını (Tövbə surəsi, 111) heç vaxt unutmamalıdır. Malını Allah yolundan başqa heç bir şeyə xərcləməz. Çünki Allah yolundan kənarda xərcləmək israfçılıqdır.
Mömin sahib olduğu malla axirət üçün çalışmalıdır. Mal isə əcr qazanmaq üçün ən yaxşı fürsətdir. Bu fürsəti əldən vermək axirət əvəzinə dünya həyatına razı olmaq deməkdir. Allah möminlərin halal nemətlərdən istifadə etməyi buyurarkən israf etməməsini əmr edir:
... İsraf etməyin. Allah israf edənləri sevməz. (Ənam surəsi, 141)
Ey Adəm oğulları! Hər ibadət vaxtı gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin. Çünki Allah israf edənləri sevməz. (Əraf surəsi, 31)
Şeytanın İnsanı Yoldan Çıxarmaq Üçün İstifadə Etdiyi Vasitələr
Quranda şeytanın özəl olaraq istifadə etdiyi bəzi pis adətlərin olmasından bəhs edilir. Möminlərə bunlarla bağlı xəbərdarlıq edilir. İçki, qumar və falla məşğul olmaq şeytanın insanları yolundan azdırmaq üçün istifadə etdiyi alətlərdir:
Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız!(Maidə surəsi, 90)
Ancaq burada mühüm olan məsələ şeytanın bu vasitələrdən hansı nəticəyə doğru aparmaq üçün istifadə etməsidir. Çünki ayələrdə əsas diqqət yetirilməli olan məsələ şeytanın məqsədidir. Bu məqsəd sonrakı ayədə bildirilir: möminlər arasına düşmənçilik salmaq, onları Allah`ı xatırlamaqdan və namazdan uzaqlaşdırmaq:
Şübhəsiz ki, şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allah`ı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?(Maidə surəsi, 91)