Şeytanın gücü zəifdir

Şeytan haqqında unudulmaması lazım gələn mühüm bir həqiqət vardır. Şeytan Allah`ın nəzarətindən kənarda müstəqil bir güc deyil. Allah tərəfindən yaradılmışdır və Onun nəzarətindədir. Düşmənçiliyi insana qarşıdır. Şeytanın Allah`ın nəzarətindən kənarda müstəqil güc olduğunu düşünənlər var. Bu insanların şeytanın Allah`a qarşı mücadiləsi olduğunu zənn edirlər. Əslində isə şeytan bilir ki, insanları ziyana düçar etməyin yeganə yolu Allah`ın dinini yaşatmaq istəməməsidir. Yoxsa şeytanın Allah`a qarşı bir düşmənçiliyi məntiqə sığmazdır. Nəticə olaraq, o da Allah`ın yaratdığı bir quldur və fəaliyyətini onun izni ilə davam etdirir. Ona verilən müddət bitdikdə cəzasını çəkmək üçün azdırdığı insanlarla bərabər cəhənnəmə atılacaqdır:

Mən mütləq cəhənnəmi səninlə və sənin ardınca gedənlərlə dolduracağam. (Sad surəsi, 85)

Unudulmamalıdır ki, şeytanın möminlər üzərində bir gücü yoxdur. Şeytanın gücü yalnız Allah`ın təsbit etdiyi, daha doğrusu, cəhənnəm üçün yaratdığı insanlar üzərində təsirlidir. Şeytan Allah`ın mömin olaraq yaratdığı bir qulu azdıra bilməz. Sadəcə olaraq möminin dünya həyatında imtahan üçün bəzi kiçik xətalar etməsinə vəsilə olur. Şeytanın azdırma təsiri yalnız qəlbində xəstəlik olan kimsələrə olur. Bu həqiqət Quranda belə bildirilir:

Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur! Şeytanın hökmü yalnız ona itaət edib Allah`a şərik qoşanların üzərindədir!(Nəhl surəsi, 99-100)

Başqa bir ayədə möminlərin şeytan tərəfindən azdırılmayacağı belə bildirilmişdir:

"Doğrusu, Mənim bəndələrim üzərində sənin heç bir hökmranlığın ola bilməz. " Rəbbinin vəkil olması kifayət edər. (İsra surəsi, 65)

Şeytan da Allah tərəfindən yaradılmış bir varlıq olduğuna görə, hər şeydə olduğu kimi, onun da yaradılışında sonsuz hikmətlər var. Məsələn, şeytanla bərabər böyük bir insan kütləsinin cəhənnəmə atılması qiyamət günü möminlərin Allah`a şükürlərin, cənnətə girdikdə sevinci artıracaq bir ünsürdür. Şeytan, eyni zamanda, möminlər topluluğunun içində gizlənən münafiqlərin ortaya çıxmasına səbəb olur. Beləliklə, münafiqlər möminlər topluluğu içində gizlənməyərək özlərini ifşa edirlər. Möminlər də içlərində gizlənməyə çalışan bu pislik qrupunu asanlıqla müəyyən edir. Sonra şeytanın fəaliyyətini və münafiqlər üzərindəki təsirini görən möminlərin Quranda keçən ayənin təcəllisini gördükləri üçün imanları və Allah`a yaxınlıqları artır:

Şeytanın vəsvəsəsini qəlblərində mərəz və ürəkləri qatı sərt olanlar üçün bir sınaq vasitəsi etsin. Şübhəsiz ki, zalımlar haqdan uzaq ixtilafdadırlar. Və özlərinə elm verilən kəslər də bilsinlər ki, haqq sənin Rəbbindədir. Artıq ona inansınlar və ürəkləri ondan xatircəm olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər!(Həccnsurəsi, 53-54)

Bu, mömin toplumunun təmizlənməsi mənasına gəlir. Onsuz da Allah`ın şeytana möhlət verməsinin bir səbəbi də budur. Allah bu durumu Quranda belə açıqlayır:

İblisin onlar haqqındakı zənni düz çıxdı. İçlərindən bir dəstə mömin istisna olmaqla, hamısı ona uydu. Əslində, iblisin onların üzərində heç bir hökmranlığı yoxdur. Lakin Biz axirətə inananla ona şəkk edəni ayırd edib bilmək üçün (İblisə bu imkanı verdik). Sənin Rəbbin hifz edəndir! (Səba surəsi, 20-21)

Cahiliyyə cəmiyyəti tərəfindən bilinməyən başqa nöqtə isə şeytanın məcbur etmə gücünün olmamasıdır. O, insanı yalnız dəvət edər. Əgər insanın qəlbində xəstəlik varsa, bu dəvətə gedər, yoxdursa, şeytanın onun üzərində heç bir gücü yoxdur. Özünə uyanların nə qədər qəflət içində olduğunu bilir. Şeytanın qiyamət günü ona tabe olanlara edəcəyi etiraf ayədə belə xəbər verilir:

İş bitdikdə şeytan belə deyəcək: "Allah sizə doğru vəd vermişdi. Mən də sizə vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində, mənim sizin üzərinizdə heç bir hakimiyyətim yox idi. Lakin mən sizi çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə sizin məni Allah`a şərik qoşmağınızı da inkar etmişdim. Həqiqətən, zalımları şiddətli əzab gözləyir" (İbrahim surəsi, 22)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • İnsanın ən böyük düşməni şeytan
  • Şeytanın xüsusiyyətləri
  • Şeytanın taktikaları
  • Şeytanın təsirlərinin fərqinə varmayan cəmiyyət: cahiliyyə cəmiyyəti
  • Şeytanın firqəsi: münafiqlər
  • Şeytanın gücü zəifdir
  • Yaradılış həqiqəti-1
  • Yaradılış həqiqəti-2
  • Təkamül yalanı