Münafiq kəlməsi nifaq salan, fitnə-fəsad törədən mənasını verir. Münafiqlər mömin olmadıqları halda, möminlərin güc və imkanlarından istifadə etmək məqsədilə özlərini mömin göstərməyə və mömin toplumu içində gizlənməyə çalışan kimsələrdir.
Qəlblərində xəstəlik olan bu insanlar istədiklərini tapmadıqda və yaxud möminlərin başına bir sıxıntı və ya çətinlik gəldikdə onlardan ayrılır və həqiqi sifətlərini göstərirlər. Möminlərdən ayrıldıqdan sonra, yaxud da ayrılarkən zərər verməyə, onlar arasındakı birliyi pozmağa çalışırlar. Məqsədlərinə çatmaq üçün kafirlərlə birləşməyi də əldən vermirlər.
Quranın bir çox ayələrində münafiqlərin xarakter və davranışı möminlərə açıqlanır, münafiqlərlə şeytanın arasındakı əlaqələr üzərində dayanılır. Bu üzdən şeytanın bir çox xüsusiyyətləri münafiqlər üzərində təcəlli edir. Bir ayədə münafiqlərin şeytanın firqəsi halına gəldiyi bildirilir:
Şeytan onlara hakim olmuş və Allah`ı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidir. Xəbəriniz olsun ki, şeytanın firqəsi, məhz onlar ziyana uğrayanlardır. (Mücadələ surəsi, 19)
Şeytanın bütün xasiyyətləri münafiqlərdə əks olunur. Münafiqlər şeytan kimi əsassız ifadələrdən istifadə edir, anormal davranışlar edir. Aralarındakı ən çox bilinən bənzərlik özünü üstün tutmadır. Şeytan da hz. Adəmə səcdə etməyi "özünü üstün tutma " xəstəliyi üzündən rədd edir. Şeytanın bu təkəbbürlülüyü Sad surəsində belə bildirilir:
Buna görə də mələklərin hamısı birlikdə səcdə etdi. Yalnız iblisdən başqa! O, təkəbbür göstərdi və kafirlərdən oldu. Allah buyurdu: "Ey iblis! Sənə Mənim öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?" İblis dedi: "Mən ondan daha yaxşıyam. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!" (Sad surəsi, 73-76)
Özünü üstün tutma başqa ayələrdə də vurğulanır. Məsələn, şeytanın hz. Adəmə səcdə etməyi özünə yaraşdırmadığı "Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?..." (İsra surəsi, 61) ifadəsində anlaşılır. Bir başqa ayədə bildirilən "Sənin quru və qoxumuş qara palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz" (Hicr Suresi, 33) ifadəsi şeytanın təkəbbürlülüyünü daha aydın şəkildə büruzə verir.
Ancaq burada çox mühüm bir nöqtə var ki, şeytanın əsrarəngiz məntiqi bunun altında yatır. Ayələrdəki ifadələrə diqqət edilərsə, şeytan Allah`ın varlığına və onun yaradanı olduğuna qarşı çıxmır və Allah`dan qorxur, ancaq təkəbbürlülükdən dolayı itaət də etmir.
Bütün bu biliklərinə baxmayaraq, özünü üstün tutması, adi fiziki fərq üzündən özünü insandan üstün görməsi, insana verilən məqama həsəd etməsi, ona səcdə etmək istəməməsi, beləliklə də Allah`ın əmrinə qarşı gəlməsi onu yaradılmışların ən pisi halına salır. Şeytan kimi münafiqlər də özlərini "üstün", "fərqli" və "seçkin" görürlər. Məsələn, Bəqərə surəsinin 13-cü ayəsində bildirilən münafiqlər möminlər kimi iman etməyə çağırıldıqlarında səmimi möminləri "ağılsız, səfeh " adlandırıb onlarla bir səviyyədə olmağı rədd edirlər. Qurandakı ayə belədir:
Onlara: "Başqaları iman gətirdikləri kimi siz də iman gətirin!" deyildiyi zaman: "Biz də səfeh ağılsızlar kimi iman gətirək?" deyə cavab verirlər. Agah olun ki, səfeh onların özləridir. Lakin bilmirlər! (Bəqərə surəsi, 13)
Münafiqlər iman gətirmədiyi üçün özlərinin üstün, möminlərin isə guya aşağı olduqlarını önə sürərək və özlərini inandıraraq, əslində, möminlərin uyduqları yola tabe olmağı rədd edirlər. Möminləri "aşağı səviyyəli " adlandırmalarının əsas məqsədi "insanların iman etdiyi kimi iman etməmək" , yəni elçiyə təslim olmamaqdır.
Əslində isə dünyada da, axirətdə də üstünlük Allah`a, onun Rəsuluna və möminlərə aiddir. Quranda bu həqiqət "... Halbuki şan-şərəf də, qüvvət və qələbə də yalnız Allah`a, onun peyğəmbərinə və möminlərə məxsusdur. Lakin münafiqlər bunu bilmirlər!" (Munafiqun surəsi, 8) ayəsi ilə xəbər verilir.
Allah`ın elçisinə itaət Quranın əsas hökmlərindən biridir. Münafiqlərin ən azğın xüsusiyyəti bu hökmü pozaraq Allah`ın elçisinə üsyan deməkdir.
İblis də hz. Adəmə səcdə etməyi - onun üstünlüyünü qəbul etməyi - rədd edərək Allah`a qarış çıxmışdır. Münafiqlər də, şeytan da Allah`ın itaət etmələrini istədiyi bir varlığa tabe olmağı rədd etdikləri üçün Allah tərəfindən cəzalandırılırlar.
Münafiqlər elçiyə itaət etmənin, əslində, Allah`a itaət etmək olduğunu (Nisa surəsi, 80) qavraya bilməzlər. İçlərindəki həsəd onların bir başqa insana tabe olmalarına mane olur. Əslində, elçiyə itaət Quranın əsas hökmlərindən biridir. Çünki elçi Allah`ın dinini əmrlərini çatdırmaq üçün seçilən bir insandır. İnsanlar qeyd-şərtsiz ona tabe olmağa görə məsuliyyət da-şıyırlar. Allah bu haqda hökm vermişdir:
Biz hər bir peyğəmbəri ancaq ona Allah`ın izni ilə itaət olunsun deyə göndərdik... (Nisa surəsi, 64)
Hətta elçinin verdiyi hökmə qarşı içində sıxıntı duyanların belə iman etmiş sayılmayacağı sonrakı ayədə bildirilir:
Amma xeyr! Sənin Allah`ına and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə iman gətirmiş olmazlar. (Nisa surəsi, 65)
Şeytanla münafiqlərin arasında bənzərlik olduğu kimi, səmimi möminlərlə mələklər arasında da bir bənzərlik var. Çünki mələklər hz. Adəmə səcdə əmrini alan kimi heç sormadan, təkəbbür etmədən tam təslimiyyətlə səcdə etdilər. Mələklərin itaəti Quranda belə bildirilir:
Biz mələklərə: "Adəmə səcdə edin!" dedikdə iblisdən başqa hamısı səcdə etdi. O, lovğalanaraq səcdə etməkdən imtina etdi və kafirlərdən oldu. (Bəqərə surəsi, 34)
Bənzər şəkildə həqiqi möminlər Allah`ın elçisinə heç tərəddüd etmədən tam təslimiyyətlə itaət edirlər. Möminlərin bu haqda özləri Bəqərə surəsində bu şəkildə bildirilir:
... Biz peyğəmbərlər arasında heç bir fərq qoymuruq. Eşitdik və itaət etdik... (Bəqərə surəsi, 285)
Şeytanın üsyanındakı əsrarəngizlikdən əvvəlki səhifələrdə bəhs edildi. Allah`ı bilib tanıdığı halda üsyan etmək ağıldan xaric bir işdir.
Bu hal təkcə şeytana xas deyil. Şeytanın firqəsi olan münafiqlər onunla eyni məntiqdə olurlar. Şeytanın bilə-bilə üsyan etməsi, Allah`ın əmrinə qarşı çıxması, əfv diləməməsi, etdiyinin günah olduğunu bildiyi halda günahında israr etməsi, Allah tərəfindən haqsızlığa uğradığını düşünməsi, özünü haqlı görməsi, başqalarını da öz halına salmağa çalışması... Münafiqlər də bu halı izlərlər:
Şeytanın insanı aldatmasına bənzəyir. O, insana: "Kafir ol!" deyər. İnsan kafir olan kimi şeytan: "Mənim səninlə heç bir əlaqəm yoxdur. Mən aləmlərin rəbbi olan Allah`dan qorxuram" deyər.(Həşr surəsi, 16)
Münafiqlər şeytan kimi bilgi sahibidir. Şeytan Allah`la danışmışdır. Onun gücünü, cənnəti, cəhənnəmi bilir. Münafiqlər də şeytan kimi Allah`dan, onun varlığından, kitabından, hökmlərindən, hətta elçisindən xəbərdardır.Quranı əzbər bilən münafiqlər olur. Münafiqlər də, şeytan da önəmli biliyə sahib olduqları halda, Allah`ın əmrinə qarşı çıxdıqlarına görə yaradılmışların ən pisi sayılırlar. Sahib olduqları bilik onları cəzadan qurtarmaz. Əksinə, bilə-bilə azdıqları üçün çəkəcəkləri əzab daha artıq olar.Münafiqlərin başqa azğınlığı isə Allah`ı və elçisini tanıdıqdan sonra onları yalançı saymasıdır. Əhzab surəsində bildirilən münafiqlər düşmənlə üzləşdikdə belə azğın hərəkətdə olur. Unudulmamalıdır ki, normal halda, onlar möminlər kimi davranır, görünüşdə möminlərlə bərabər elçiyə itaət edər, çətinliyə halı olmayana kimi qəlblərindəki xəstəliyi gizlədə bilirlər. Ancaq döyüşün qızğın yerində içlərindəki pisliyin necə xaricə çıxdığını görürsən:
O zaman münafiqlər və qəlblərində mərəz olanlar: "Allah və onun peyğəmbəri bizə yalan vəd etmişdir" deyirdilər. (Əhzab surəsi, 12)
Şeytanın Allah`ın varlığını bildiyi halda üsyan etməsindəki əsrar münafiqlərin başqa hərəkətlərindən də görünür. Məsələn, Allah`ın elçisinə vəhy gəldiyinə şahid olub onun doğruluğunu bilən münafiqlər var. Hətta vəhyin doğruluğuna o qədər əmindirlər ki, qəlblərində olan xəstəliyin elçiyə yenə vəhy yolu ilə xəbər verilməsindən çəkinirlər:
Münafiqlər ürəklərində olanı xəbər verəcək surənin nazil edilməsindən çəkinirlər. De ki: "Siz istehza etməyinizdə olun. Allah qorxub çəkindiyiniz şeyi üzə çıxaracaqdır." (Tövbə surəsi, 64)
Münafiqlərin başqa ağıl xəstəliklərinə dair misal Maidə surəsində verilir. Hz. Musanın qövmündəki münafiqlər savaş əmri aldıqda hz. Musaya: "... Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burda oturacağıq" (Maidə surəsi, 24) deyərək ağlabatmaz bir azğınlıq edirlər. Bu insanlar Allah`ı və elçisini tanıdıqları halda onun hökmünə qarşı çıxır. Eyni zamanda, bir başqa qrup münafiqin də kafirlərlə cihada çağırıldıqlarında şiddətli qorxuya düşərək dirəndikləri bildirilir:
... Onlara cihad etmək vacib olduqda içərilərindən bir qismi Allah`dan qorxan kimi və ya daha artıq insanlardan qorxuya düşərək: "Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin, nə olardı ki, bizi yaxın zamana qədər (öz əcəlimiz çatana qədər yubandıraydın)" dedilər... (Nisa surəsi, 77)
Bu ifadələrdə Allah`ın hökmlərini müzakirə etmək kimi (Allah`ı tənzih edirik) hörmətsiz bir tərzdən istifadə edildiyi açıq-aşkardır.
Ancaq burada diqqəti cəlb edən məqam savaşa getmək istəməyən münafiqlərin Allah`ın varlığını inkar etmədikləri halda, hətta bəzilərinin savaşmağa qarşı olmasıdır. Bu insanlar özlərini müsəlman olaraq görür, savaşın bir müddət gec olmasını istəyir. Məsələn: "Bu istidə döyüşə çıxmayın" (Tövbə surəsi, 81) deyərkən müvafiq hallarda savaşmağı istəyirmiş kimi görünürlər. Özlərinə görə yaxşı görünən bu istək həqiqətdə qəlblərində gizlətdikləri xəstəliyi ortaya qoyur. Allah: "Bu istidə savaşa çıxmayın" deyənlərin hökmünü: "Cəhənnəm atəşinin istiliyi daha şiddətlidir" (Tövbə surəsi, 81) deyərək bildirir.
Bu insanlar özlərinə tərəfdar toplaya bilirlər. Ancaq onlar özləri kimi qəlblərində xəstəlik olanları cəlb edə bilirlər. Allah`ın elçisinin əmrinə qarşı gələn bu qrup böyük bir fitnənin içinə düşür. Çünki hansı şərt olursa-olsun, elçinin əmri yerinə yetirilməlidir. Belə insanlar savaşmaq və Allah yolunda şəhid olmaq kimi ixlaslı ibadəti Allah izn verməyəcəyi halda yerinə yetirməzlər. Müsəlmançılıqları ancaq sözdə olur.
Yenə Peyğəmbərimizin (s.ə.v.) dövründəki başqa bir qrup münafiq də Allah yolunda döyüşə getməmək üçün evlərinin təhlükəsizlikdə olmadığını bəhanə gətirmişdi:
... Başqa bir dəstə isə: "Evlərimiz açıq və kimsəsizdir" deyə geri qayıtmaq üçün peyğəmbərdən izn istəmişdi. Həqiqətdə isə evləri açıq və kimsəsiz deyildi. Onlar ancaq döyüşdən qaçırdılar.(Əhzab surəsi, 13)
Allah`a tam təslim olmuş bir insanın Allah yolunda cihad etməyə izn istəməsi gərək deyil. Belə izni ancaq Allah`a təslim olmamış, onun gücünü idrak etməmiş kimsələr istər. Peyğəmbərimizin (s.ə.v.) dövründəki insanların savaş əmri gəldikdə göstərdiyi tənbəllik qəlblərindəki gizli şeytanlığın üzə çıxmasıdır.
Münafiqlərin ağlabatmaz hərəkətlərindən biri Allah`ı aldatdıqlarını zənn etmələridir. Quran münafiqlərin bu qəflətini belə bildirir:
Onlar elə güman edirlər ki, küfrü gizlətməklə Allah`ı və möminləri aldadırlar. Bilmirlər ki, əslində, özlərini aldadırlar.(Bəqərə Suresi, 9)
Burada olduqca çaşdırıcı bir mənzərə ilə qarşılaşırıq. Bir insana onu yaradan Allah`ı aldatdığını zənn etməsi olduqca böyük ağılsızlıqdır. Çünki Allah "ürəklərdə olanı" (Fatir surəsi, 38) və "gizlinin gizlisini" də (Taha surəsi, 7) biləndir. Münafiqlərin bu hərəkəti özünü aldatmadan başqa bir şey deyil və bunun heç bir açıqlaması yoxdur.
Münafiqlərin özlərini aldatdıqları başqa nöqtə onların Allah`dan deyil, insanlardan qorxmasıdır. Münafiqlər içlərindəki xəstəliyin Allah tərəfindən bilindiyini bilirlər. Bu, onlarda qorxu yaratmaz. Ancaq bu hallarının müsəlmanların bilməsindən qorxarlar. Quran bu halı belə bildirir:
Münafiqlər qəlblərdə olanı xəbər verəcək bir surənin nazil edilməsindən çəkinirlər... (Tövbə surəsi, 64)
Burada çox əsrarəngiz və azğın bir quruluş görünür. Münafiqlər möminlərin vəhy yolu ilə xəbərdar edilməsindən qorxurlar. Bu səbəbdən, həm Allah`ın varlığından, həm də Onun elçisinə vəhy nazil etdiyindən xəbərdardırlar. Bu məlumata baxmayaraq, doğru yoldan azırlar.
Münafiqlər Allah`dan qorxduqlarını ifadə edərlər. Ancaq hərəkətlərində Allah`dan qorxan kimsənin çəkinməsi yoxdur. Bu da münafiqlərlə şeytanın oxşar xüsusiyyətidir. Çünki şeytan da Allah`dan qorxduğunu ifadə edər. Ancaq şeytan Allah`dan qorxduğunu söyləsə də, insanlara üsyan təlqini etmək kimi qorxunc günah işləyir.
Bu şüursuz cəsarət münafiqləri Allah`a qarşı yalan söyləmə qəflətinə sürükləyər. Tövbə surəsində bəhsi keçən münafiqlərin vəziyyəti buna misaldır. Bu insanlar sözdə sədəqə vermək və Allah yolunda xərcləmək məqsədi ilə Allah`dan mülk istərlər. Allah bu duanı qəbul edib verdikdən sonra xəsislik edərək Allah`a verdikləri sözü yerinə yetirməzlər:
Münafiqlərin bəzisi də Allah`la belə əhd etmişdi. "Əgər Allah bizə öz nemətindən bəxş etsə, biz mütləq sədəqə verəcək və sözsüz ki, salehlərdən olacağıq.
Allah öz nemətindən onlara ehsan buyurduqda xəsislik etdilər və itaətdən də üz döndərdilər. Onlar elə zatən dönükdürlər (Tövbə surəsi, 75-76)
Bu kimsələr Allah`ı aldatdıqlarını zənn edərlər. Allah etdikləri bu hərəkətə görə münafiqlərin qəlbinə nifaqı məhşər gününə qədər həkk edərək ən böyük cəzanı verir. Mənfəət əldə etməyə çalışan bu insanlar sonsuz həyatlarını itirdiklərinin fərqində olmayıb özlərini aldadırlar. Bu insanların durumu Quranda belə bildirilir:
Allah`a verdikləri vədə xilaf çıxdıqlarına, yalan danışdıqlarına görə, Allah da onların ürəyinə qovuşacaqları qiyamət gününə qədər davam edəcək (nifaq) saldı.(Tövbə surəsi, 77)
'Təvil' əsasən, açıqlamaq anlamına gəlir. İkinci mənası isə insanın etdiyi bir xətanı düzgün göstərən mənasız zərurətlər irəli sürər. Bir az diqqətlə baxılsa, bu hərəkətin ilk sahibinin şeytan olduğu yada düşər. Bilindiyi kimi, "təkəbbür üzündən" Allah`ın hz. Adəmə səcdə etmə əmrini yerinə yetirmir. Allah ondan niyə belə etdiyini soruşduqda etdiyi hərəkəti doğru göstərməyə çalışır, xətanı qətiyyən qəbul etmir. Səhv bir məntiq içində odun palçıqdan üstün olduğunu önə sürərək haqlı olduğunu göstərməyə çalışır.
Şeytanın bu xüsusiyyəti münafiqlərdə də görünür. Münafiqlər yalan sözlər danışıb xalqı çaşdırır və dinə yaraşmayan davranış sərgiləyirlər. Nəfslərini qorumaq, davranışlarını haqlı göstərmək üçün danışmağa başladıqları zaman sanki ağızlarından şeytanın sözləri tökülür.
Özlərini qoruma və təmizə çıxarma fəaliyyətində açıq şəkildə gözlənilən hərislik vardır. Bu hərisliklə hər cür harama girə, yalan söyləyə, iftira ata bilirlər. Hadisə ilə əlaqəsi olmayan mənasız açıqlamaları ar-arda düzülür.
Təvil edən insanların üzlərindən və ifadə pozuntusundan şüurlarının bağlı olduğu bilinir. Fəqət bu açıqlamaları heç bir məna daşımır. Bu hallar səmimi möminə Allah`ın izni ilə açılır.
Bir çox ayələrdə münafiqlərin bu səmimiyyətsiz açıqlamaları göstərilir. Məsələn, savaşdan qaçmaq üçün evlərinin qorunmadığını önə sürən münafiqlər (Əhzab surəsi, 13), havanın istiliyini bəhanə edən münafiqlər (Tövbə surəsi, 81), savaşın bir müddət sonraya saxlanmasını istəyən (Nisa surəsi, 77), "Əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfərə çıxardıq" deyən münafiqlər (Tövbə surəsi, 42) bunlardan bəziləridir. Ancaq üzr hansı səbəbdən olursa-olsun, Allah yolunda mücadilədən hər hansı bəhanə gətirərək qalanlar həqiqətdə qəlblərində iman olmayan kimsələrdir. Allah bunu ayələrində bildirir:
Allah`a və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etmək barəsində səndən izn istəməzlər. Allah müttəqiləri tanıyandır.
Səndən izn istəyənlər ancaq Allah`a və axirət gününə iman gətirməyənlər və ürəklərində şəkk-şübhəyə düşənlərdir. Onlar öz şübhələrində tərəddüd edib durarlar (Tövbə surəsi, 44-45)
Bu vəziyyət münafiqlərin "dərin bir qavrayışa sahib olmamalarının "başqa əlamətidir. Təvil edən bir insan müxtəlif oyunlarla özünü haqlı göstərsə də, ancaq müəyyən insanları aldada bilir. "Allah ürəklərdə olanı biləndir" (Maidə surəsi, 7) Allah`ı isə əsla aldada bilməzlər. Allah bu haqda hökmü belə verir:
Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr, elə deyil. Allah istədiyini təmizə çıxarar və onlara xurma çəyirdəyindəki nazik tel qədər zülm olunmaz. (Nisa surəsi, 49)
Şeytanın hz. Adəmə səcdə etməyi rədd etməsinin səbəbi haqqının tapdandığını düşünməsidir. Münafiqlər də şeytanla eyni iddiadadır. Yaradan və hidayət verən Allah`a və hidayətinə vəsilə olan elçiyə qarşı bu cür davranmaq son dərəcə nankor bir hərəkətdir. Bu durum Nur surəsində belə bildirilir:
Onların qəlblərində xəstəlikmi vardır? Yaxud Allah`ın və peyğəmbərinin onlara cövr, haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, onlar özləri zülmkardırlar! (Nur surəsi, 50)
Şeytan münafiqləri fiziki yöndən ciddi şəkildə çökdürür. Çaşqın ruha sahib olduqlarından çox tez zəifləyir, həqiqi yaşlarından on-on beş yaş daha yaşlı görünürlər. Baxışlarındakı pozuntu onlara bir cür ağıl xəstəsi görünüşü verir.
Güclü həyəcan, qorxu, qəm-kədər üz və bədəndə qırışlar yaradır. Gözlər kiçilir, ağız quruyur, yanaq və dodaqlar titrəyir. Şeytanın verdiyi bu mənfi təsirlər vücudu zəiflədir. Yorğun, halsız bir vücud ortaya çıxır. Üzləri xəstə, sarı və ya bəyazdır. Bəzən kədərli, bəzən də özünə nəzarət edə bilməyən dəli kimi olurlar. Üz ifadələri də fərqlidir. Kiminin üzündə təbəssüm, kiminkində də əsəbi bir ifadə olur. Bu fiziki çöküntüyə mimika və ifadə pozuntuları da əlavə ediləndə bu insanlar çox asan tanınırlar. Quranda bu duruma belə işarə edilir:
Əgər biz istəsəydik, onları mütləq sənə göstərə, sən də onları mütləq tanıyardın. Sən onsuz da onları danışıq tərzindən mütləq tanıyacaqsan. Allah sizin bütün əməllərinizi bilir. (Muhəmməd surəsi, 30)
Hər cür azğın fikirli münafiqlərin elə bir özəllikləri var ki, bu, olduqca iyrənc bir vəziyyət yaradır. Münafiqlər özlərini doğru yolda görür və hidayətə çatmış sayırlar.
Ayələrdə münafiqlərin niyə özlərini doğru yolda gördükləri bildirilir. Münafiqlər, əslində, şeytan tərəfindən əhatələnmiş və şeytanın dostları halına gəlmişlər.Şeytana bir dost qədər yaxın olan kimsə isə əlbəttə, onun təlqinləri altında hərəkət edər. Bu təlqin münafiqləri doğru yolda olduqlarına inandıracaq qədər güclüdür. Allah bunu Quranda belə bildirir:
Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, biz ona şeytanı "ürcah edərik"; və o, şeytanın yaxın dostu olar.
Şeytanlar onları doğru yoldan çıxarar, onlar isə özlərinin haqq yolda olduqlarını zənn edərlər.(Zuxruf surəsi, 36-37)
Allah insanların bir qismini doğru yola yönəltdi, onların bir qismi isə azmağa layiq görüldü. Çünki onlar Allah`ı qoyub şeytanları özlərinə havadar tutmuşdular və özlərinin doğru yolda olduqlarını güman edirlər(Əraf surəsi, 30)
Bu ayələrdən də anlaşıldığı kimi, heç bir münafiq etdiyinin xəta olduğunu qəbul etməz. Əksinə, Allah və din adına hərəkət etdiyini iddia edər, hətta Allah`ın adına and içər. İçində olduğu vəziyyətdən xəbəri olmaz. Şüuru o qədər qapalıdır ki, qiyamət günü cəhənnəmə atıldığında Allah`a and içərək özünün doğru yolda olduğunu sübut etməyə çalışar:
Allah onların hamısını dirildəcəyi gün onlar sizə yalandan and içdikləri kimi Allah`a da and içəcək və bir şey qazanacaqlarını zənn edəcəklər. Bilin ki, onlar əsl yalançılardır. (Mücadilə surəsi, 18)
Münafiqlər şeytanın onları Allah adına aldatdığının fərqində deyillər. Bu gerçəyi ancaq axirətdə anlayacaqlar. Məhşər günü möminlərlə münafiqlər arasında olan danışıq Quranda belə göstərilir:
O gün mömin kişilərin və qadınların nurunun onların önlərindən və sağ tərəflərindən axıb şölə saçdığını görəcəksən. Bu gün sizin müjdəniz altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız! Bu ən böyük qurtuluş və uğurdur! O gün münafiq kişi və qadınlar iman gətirənlərə: "Gözləyin ki, nurunuzdan bir qədər işıq alaq!" deyəcəklər. Belə cavab veriləcəkdir: "Geriyə dönüb işıq axtarın" Bu sözlərdən sonra möminlərlə münafiqlərin arasında qapısının içəri tərəfindən mərhəmət, bayır tərəfində əzab olan sədd çəkiləcəkdir.
Münafiqlər möminləri səsləyib deyəcəklər: "Məgər biz sizinlə birlikdə deyildikmi?!" Möminlər belə cavab verəcəklər: "Bəli, bizimlə birlikdə idiniz. Lakin siz özünüzü fitnəyə salıb məhvə düçar etdiniz, gözlədiniz və şəkk etdiniz. Allah`ın əmri gəlib çatanadək sizi xam xəyallar, tamah aldatdı. Sizi Allah barəsində o tovladan tovladı!" (Hədid surəsi, 13-14)