Orqanizmdəki Üyütmə Mexanizmi: Həzm Sistemi (2/3)

Mədədəki Müfəssəl Nizam

stomach

1. Liver
2. Inner part of stomach
3. Muscle link around pylorus

Cross-section of the stomach

Mədədə hər bir mərhələsi müəyyən məqsədə görə yaradılmış çox incə bir quruluş var. Qidalar mədənin üst tərəfində olan və “mədə girəcəyi” və ya “kardia” adlanan dar sahədən mədəyə daxil olur. Mədəni yemək borusuna bağlayan bu sahədəki büzücü əzələlər bir qapaq kimi fəaliyyət göstərərək mədədəki yarı həzm edilmiş qidaların geriyə - yemək borusuna qayıtmasının qarşısını alır. Daha sonra mədənin qübbə şəklində olan üst hissəsinə keçən qidalar mədə şirəsi və ya mədə mayesi ilə qarışaraq mədənin ən geniş hissəsinə tərəf irəliləyir. “Gövdə” adlanan bu geniş sahə kəskin şəkildə bükülərək mədənin üfüqi hissəsini təşkil edir.

Üstdəki şaquli hissədən qısa olan bu hissədə mədə yenidən daralır və “mədə qapısı” və ya “pilorik” adlanan bir keçidlə onikibarmaq bağırsağa açılır. Mədənin alt ucundakı bu əzələli keçid də qapaq funksiyası daşıyaraq yarı həzm edilmiş qidaların mədədən çıxıb nazik bağırsaqlara keçidinə nəzarət edir. Qidaların mədə ağzından mədə qapısına doğru irəliləməsini təmin edən amil üç təbəqə halında yerləşmiş qüvvətli mədə əzələlərinin ritmik dalğalanma hərəkətidir. Əzələ yığılmasını xatırladan bu dalğalanma hərəkəti eyni zamanda qidaların çalxalanaraq, sıxılıb əzilərək kiçik hissələr şəklində üyüdülməsini və nəticədə onun “kimus” adlanan yarı maye qarışığa çevrilməsini təmin edir. Bu müfəssəl proseslərin zəruriliyi həzm prosesinin qarşıdakı mərhələlərində ortaya çıxacaq.

Mədəyə Düşmüş Ülgücü Həzm Etmək Gücündə Olan Turşular Necə Təsirsiz Hala Gəlir?

Mucus of stomach

Mucus secretion protects the stomach from acids.

Yemək borusunda irəliləyən qidalar bir müddət sonra mədəyə çatır. Mədədəki həzm prosesi ağızdan fərqlənir. Burada çox qüvvətli turşular fəaliyyətə başlayır. Qidalar yemək borusundan mədəyə enər-enməz mədə səthindəki hüceyrələr qastrik assit turşusu adlı bir maye ifraz etməyə başlayır. Bu maye ilə eyni zamanda pepsin və hidroxlorid turşusu adlı kimyəvi üyüdücü mayelər də ifraz edilir. Bu turşular hətta bir ülgücü də həzm edə biləcək qüvvədədir. Həzm edilməsi çətin olan proteinə bənzər maddələr üçün bu turşuların olması zəruridir. Lakin burada çox incə bir məqam var. Mədə özü də quruluş baxımından proteindən təşkil olunub. Bəs hətta ülgücü də həzm edə bilən bir turşu hansı səbəbdən mədənin özünə zərər vermir?

Bu da insan orqanizmindəki misilsiz quruluş nümunələrindən biridir. Mədənin girintili-çıxıntılı divarlarının dərinlikləri sayəsində mədə öz-özünü həzm etmir. Mədə divarlarındakı dərin çuxurlarda bir-birindən fərqli xüsusiyyətlərə malik olan hüceyrələr yerləşir. Mədədəki bəzi hüceyrələr turşu ifraz etdiyi halda bu hüceyrələrin yanındakı başqa hüceyrələr də həssas bir tarazlıq içində yapışqan maye ifraz edir. “Mukus” adlı bu maye mədənin səthini örtüb mədə divarlarını turşulardan bir qalxan kimi qoruyur və enzimlərin mədəyə zərər verməsinin qarşısını alır. Parçalayıcı enzimlər qədər infeksiya törədən virusun və digər mikroorqanizmlərin də hüceyrələrə daxil olmasının qarşısını alan mukus eyni zamanda qidaların kanal içindəki hərəkətini asanlaşdıran bir sürtkü maddəsi kimidir.

Bütün bu proseslər necə həyata keçir və mədədəki bu qoruyucu şərait necə əmələ gəlir? Mədədəki bu hüceyrələr öz-özünə bu maddələri hasil etmək qərarına necə gəlmiş və bir növ qoruyucu maddələrin formulunu tapmış ola bilərlər? Hüceyrələrin bütün bunları edə bilmək üçün nələrə ehtiyacının olması barədə düşünək.

1. Inclined layer of muscle layer
2. Extensor layer

3. Serosa
4. Link layer

5. Lamina propria of mucosa muscle layer
6. Layer

7. Muscle layer
8. Submucosa
9. Mucosa

10. Epithelium
11. Secretory duct

stomach wall

To the side is shown a cross-section of the stomach wall. Cells in the stomach wall, which is made up of several layers, all have different functions. Such a detailed creation could obviously never have come into being by chance. It is Allah, the Omnisicent, Who creates the stomach.

İlk öncə bəzi hüceyrələr həzm prosesinə lazım olan maddənin hazırlanması üçün qidaların həzm edilməsinin lazım olduğunu dərk etməlidir. Həmin hüceyrələr həzm prosesi üçün turşu kimi maddəyə ehtiyacın olduğunu bilməlidir. Daha sonra hüceyrələr müvafiq turşunun formulunu tapıb onları bu formula uyğun hasil etməlidir. Qoruyucu maddənin hasil edilməsi üçün bəzi hüceyrələr bu turşunun mədənin özünə zərər verə biləcəyini müəyyən etməli, sonra bu hüceyrələrin turşu nümunələrini alıb laboratoriyada tədqiq etməli və turşunun təsirini dayandıracaq formulu inkişaf etdirməlidir. Bu zaman bu turşunun hətta bircə damlası da xalçada böyük bir dəlik açacaq qədər təsirlidir. Buna görə də unutmaq olmaz ki, hər hansı bir formulun səhvi mədənin turşular tərəfindən əridilməsi demək ola bilər.

Əlbəttə, mədədəki bir-birini nizamlayan maddələrin əmələ gəlməsi yuxarıdakı paraqraflarda xülasə edildiyi kimi də sadə deyil. Maddələrin formullarının hazırlanması da özlüyündə mühüm bir hadisədir. Digər tərəfdən, bir hüceyrənin kimyəvi formullar yaradıb, bu formulları toplayıb bir maddəni əmələ gətirməsi mümkün deyil. Şüursuz atomlardan əmələ gələn hüceyrənin belə bir ağıla və qabiliyyətə malik olduğunu iddia etmək məntiqsizlik olardı.

Bununla yanaşı, ağıl və məntiqdən uzaqlaşmağı qəbul edərək bir insanın mədəsində turşunun müəyyən şəkildə ortaya çıxdığını qəbul etsək də onu tənzimləyəcək maddənin müəyyən dövr ərzində ortaya çıxmasını gözləmək olmaz. Çünki ülgücü əridə biləcək qədər güclü olan turşular mədəni çox qısa bir müddətdə sıradan çıxaracaq. Turşuların nəinki milyon illərlə, hətta 2-3 gün və daha qısa müddət ərzində də mədədə gözləməsi mümkün deyil.

Bütün bunları nəzərə alsaq, qarşımıza açıq bir həqiqət çıxacaq. Turşunun və mədəni turşudan qoruyan mukusun birlikdə mövcud olmaları Allahın üstün yaradılışındakı nizamın və qüsursuzluğun saysız nümunələrindən yalnız biridir. Allah insan orqanizmini vahid şəkildə və qüsursuz bir layihə ilə yaradıb.

Villus

1. Micro-image of villum

2. On the surface of every villum, there are minute wings known as microvilli.

3. Folded structures on the stomach surface provide a huge area for food digestion.

4. Muscle

On the stomach’s interior surface, there are curved structures known as villi, whose creation facilitates food digestion.

Həzm Prosesi Ilə Birlikdə Turşuya Çevrilən Maye

Mədənin fəaliyyət sistemindəki vahid layihə sistemi yalnız bu deyil. Əvvəl də qeyd etdiyimiz kimi, insan orqanizmində elə qüsursuz bir sistem var ki, burada hər bir ehtimal üçün lazım olan tədbirlər əvvəlcədən görülmüşdür. Məsələn, mədə boş olarkən onun içində həzm turşularının olması,- mədə mukus tərəfindən bu turşuya qarşı nə qədər qorunsa da,- mədəyə bir müddət sonra zərər verəcək. Buna görə də mədə boş olanda onun içində həzm turşuları hasil edilmir. Bu səbəbdən mədənin zərər çəkmə təhlükəsi də aradan qalxmış olur. Boş mədənin içində həzmetmə xüsusiyyəti olmayan “pepsin” adlı bir maddə olur. Mədə hüceyrələri yalnız mədəyə qidaların gəlişi ilə birlikdə HCL (hidroxlorid) turşusu adlı maye ifraz etməyə başlayır. Bu maye boş mədədə olan pepsinin quruluşunu ani surətdə dəyişdirir və “pepsin” adlı çox qüvvətli parçalayıcı maddəyə çevirir. Bu da mədədəki qidaları dərhal parçalayır.30

anatomy of the stomach

1. Inner surface of stomach
2. Mucus neck cells
3. Gastric gland
4. Stomach protrusions
5. Epithelium

6. Muscle link around the pylorus
7. Main cells
8. Membrane cells
9. Pepsinogen
10. Pepsin (active enzyme)

Shown above is the anatomy of the stomach.
A) Enlarged image of stomach pits and glands.
B) Diagram of the production of pepsinogen by the main cells. This production takes place in this way:
The main cells (1) produce enzymes (such as pepsinogen), which produce protein.
Membrane cells (2) produce the acid HCl, which activates the main cells. To maintain that any interconnected system like this came into being by chance is of course irrational and illogical.

Mədə boş olanda tamamilə zərərsiz olan bir mayenin mədənin dolması ilə birlikdə çox qüvvətli bir parçalayıcıya çevrilməsinin şüursuz təsadüflərlə izah edilə bilməyəcəyini dərk etmək üçün bir az düşünmək kifayətdir. Bir maddənin başqa bir maddəyə təsadüf nəticəsində, üstəlik də hər dəfə doğru formul əsasında çevrilməsi əsla mümkün deyil ki, bu proses də bütün insanlarda yeməkdən əvvəl baş verir. Bu vəziyyət təsadüf kimi boşboğazlığı birdəfəlik rədd edir.

Mədə hüceyrələrinin hansı maddəni nə vaxt ifraz edəcəklərini bilən, hüceyrələrin yerli-yerində hərəkət etməsini təmin edən, turşuların ifrazat vaxtını tənzimləyən bir qüvvənin mövcud olması inkarolunmaz və aşkar bir həqiqətdir. İnsan orqanizminə hakim olan bu qüvvə bütün kainatı, kainatda olan bütün canlıları, insanları yaradan Allahdır. Yaratmaqda Allahın heç bir şəriki yoxdur.

Mədənizdəki Xüsusi Suspenziya Sistemi

Yemək yedikdən sonra siz yalnız toxluq hissi, bəlkə də bir az ağırlıq hiss edirsiniz. Bunlardan başqa, mədənizdə nələrin baş verdiyindən bəlkə heç xəbərdar da deyilsiniz. Halbuki yeməkdən qısa bir müddət sonra mədənizdə böyük bir hərəkət baş verir. Mədəniz daim sağa, sola, yuxarı, aşağı çalxalanır və qidaların daha yaxşı həzm edilməsinə çalışır. Lakin siz mədənizdəki xüsusi suspenziya sistemi sayəsində bu hərəkətləri heç vaxt hiss etmirsiniz.

Mədə əzələləri üç müxtəlif istiqamətdə düzülüb. Mədə bu şəkildə aşağı, yuxarı, sağa, sola və çarpaz formada hərəkətləri asanlıqla yerinə yetirir. Bu da qidaların mədə mayeləri ilə daha yaxşı təmasda olub qarışmasını təmin edir. Lakin bu cür hərəkətlər hər zaman özləri ilə birlikdə sürtünmə təhlükəsini də yaradır.

Mədə bağırsaqların lap yaxınlığında yerləşən orqandır. Onun daimi hərəkət etməsi bağırsaqlara sürtünməsi deməkdir ki, bu da insan səhhəti üçün problemlər yarada biləcək haldır.

Əlbəttə, mədədə bu təhlükəyə qarşı da tədbir görülüb. Mədənin ən üst toxuması “periton” adlı təbəqə ilə örtülüb. Bu təbəqənin ifraz etdiyi selikli maye mədə və bağırsaqlara “çöldən yağlama” kimi xarakterizə ediləcək prosesi yerinə yetirərək bu orqanların sürüşkən olmasını və bundan başqa, onların fəaliyyət göstərərkən bir-birinə sürtünüb zədələnməsinin qarşısını alır.31

Qanın Yaranması Və Mədə

Stomach

1. Stomach membrane
2. Esophagus
3. Muscle link
4. Circular muscle layer
5. Vertical muscle layer
6. Inclined muscle layer
7. Muscle layer around pylorus
8. Duodenum
9. Folds

The layers of stomach muscles are arranged in three separate directions. Thanks to this structure the stomach is easily able to move up and down, left and right, and diagonally. This special creation of Allah allows food in the stomach to be ground down more easily.

Mədə mukozasının digər xüsusiyyəti də onun qanyaranma prosesində iştirak etməsidir. Mədə mukozası qan hasil etmir. Lakin qan yaradan sümük iliyinə əsaslı kömək edir. Orqanizm üçün böyük əhəmiyyətə malik olan B-12 vitaminini sümük iliyinə çatdırır. B-12 vitamininin sümük iliyinə çatana kimi keçdiyi yol və mədə mukozasının bu yoldakı rolu tədqiq ediləndə mikroskopik səviyyədə həyata keçən böyük bir möcüzə ilə qarşılaşırıq.

B-12 vitamini insan orqanizminə daxil olduqdan sonra həzm sistemi boyunca hərəkət edir. Bundan sonra nazik bağırsaqdan qan dövranına keçərək qana qarışır və sümük iliyi hüceyrələrinə çatır.

B-12 vitamini nazik bağırsaqda mənimsənilir. Lakin nazik bağırsaqda olan həzm hüceyrəsi B-12 vitaminini tuta bilmir. Nazik bağırsağın kiçik bir hissəsində vəzifəsi yalnız B-12 vitaminini tutmaq olan xüsusi hüceyrə qrupu var.32 Bu hüceyrə qrupu möcüzəvi şəkildə bütün həyatını yalnız B-12 vitaminini tutmağa həsr edir. Bu hüceyrələr trilyonlarla molekul arasından B-12 vitaminini müəyyən edir və tutur.

Məhz bu yerdə baş verən möcüzəni görə bilmək üçün düşünmək lazımdır. B-12 vitaminini tutan hüceyrələr bu vitaminin insan orqanizmi üçün nə qədər əhəmiyyətli olduğunu bilirlər. Onlar xüsusi olaraq nazik bağırsağın müəyyən bir hissəsində bu funksiya üçün yerləşdiriliblər. Həyatlarını B-12 vitaminini tutmağa həsr etsələr də bu vitamin onların işlərinə yaramır. Tutduqları vitamini qan dövranına buraxaraq onu özlərinə naməlum qalan yerə göndərirlər.

Bu hüceyrələrin B-12 vitaminini tutduqları zaman göstərdiyi şüur əlbəttə ki, heç bir təsadüflə izah edilə bilməz. Aydın olduğu kimi, bu sistem xüsusi şəkildə yaradılıb. Bu sistemi bir az da dərindən tədqiq edəndə daha böyük möcüzələrlə qarşılaşırıq.

Nazik bağırsaqdakı hüceyrələr yalın vəziyyətdə olan B-12 vitaminini tanıya bilməzlər. B-12 vitamininin bu hüceyrələr tərəfindən tanına və tutula bilməsi üçün onun xüsusi bir molekulla işarələnməsi lazımdır. Əlbəttə ki, bu ehtiyac da əvvəlcədən düşünülüb və B-12 vitamininin nazik bağırsağa çatmadan işarələnməsini təmin edən sistem də qurulub.

B-12 vitamini hələ mədədə olanda mədə hüceyrələri B-12 vitamini üçün xüsusi bir molekul hazırlayırlar. Bu molekul B-12 vitamininin səfərinin qarşıdakı mərhələlərində ehtiyac duyacağı “şəxsiyyət vəsiqəsi”dir. Bu şəxsiyyət vəsiqəsi B-12 vitamininə möhkəm yapışır və B-12 vitamini nazik bağırsağa doğru səfərini davam etdirir.

Az öncə də qeyd etdiyimiz kimi, nazik bağırsaqda yalnız B-12 vitaminini tapmaq vəzifəsini yerinə yetirən sinir məmurları (xüsusiləşmiş hüceyrə qrupu) B-12 hüceyrəsinin qan dövranına keçməsini təmin edəcəklər. Lakin bu məmurlar yalın halda olan B-12 vitaminini tanımırlar. Məhz bu mərhələdə B-12 vitamininin köməyinə əlindəki şəxsiyyət vəsiqəsi gəlir. Sinir məmurları bu vəsiqə sayəsində trilyonlarla molekul arasından B-12 vitaminini tanıyır və tapırlar. Bundan sonra yenə də bu şəxsiyyət vəsiqəsinin köməyi sayəsində B-12 vitamininin qan dövranına keçməsini təmin edirlər. Beləliklə, B-12 qan vasitəsilə sümük iliyinə çata bilir.

Göründüyü kimi, mədə hüceyrələri B-12 vitamininin orqanizm üçün əhəmiyyətini bilirlər. Həmçinin bağırsaq hüceyrələrinin B-12 vitaminini tanımaq üçün necə bir işarəyə ehtiyacının olduğunu da bilir və bu işarə molekulunu xüsusi şəkildə yaradırlar. Gözləri, əlləri və ya beyni olmayan bağırsaq hüceyrələri də bu işarəni tanıyır və B-12 vitaminini tuturlar.

Yaddan çıxarılmaması lazım olan başqa mühüm bir məqam da budur ki, bütün bu hadisələr nəticəsində mənimsənən B-12 vitamini nə mədə hüceyrəsinin, nə də bağırsaq hüceyrəsinin işinə yaramır. B-12 vitaminindən çox uzaqlarda - sümük iliyində istifadə edilir. Bu vitamin sayəsində insan orqanizmində qan yaranır və insanın həyatı davam edir.

Yalnız bu vitaminin səfəri və hətta bu səfərdə olan təfsilatlar da insan orqanizmində qurulmuş sistemin qüsursuzluğunun dərk edilməsi üçün kifayətdir.

Şübhəsiz ki, bu proseslər zamanı nümayiş etdirilən şüur və qüsursuz fəaliyyət haqqında bəhs edilən hüceyrələrin öz iradəsi ilə baş vermir. Nəticədə hüceyrə dediyimiz şeylər şüursuz atomların birləşməsi ilə meydana gələn varlıqlardır. Hüceyrə içində şüur, iradə və ya bir qüvvə axtarmaq olduqca mənasız iş olardı. Burada mədə hüceyrələrini də, qan yaradan mexanizmləri də yaradan eyni bir Yaradıcı, yəni Allahdır. Onların Allah tərəfindən yaradılması və yalnız Onun ilhamı ilə öz funksiyalarını yerinə yetirməsi açıq-aşkar bir həqiqətdir:

“Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə vermişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!” (“Bəqərə” surəsi, 255)

Parçalanma Davam Edir

Mədədə sulu həlməşik kütlə halında olan qidalar yalnız bir tərəfə açılan bir qapaqdan keçərək onikibarmaq bağırsağa, buradan da nazik bağırsağa ötürülür. Nazik bağırsaq 3 sm diametrində və 7 metrdən artıq uzunluğa malik bir orqandır. 7 metr uzunluğunda olan xortum bükülərək, qatlanaraq düzülüb və hər bir insanın qarnında yerləşdirilib. Lakin möcüzə yalnız bunlarla bitmir. 7 metrlik xortumun içində həyati əhəmiyyətli hadisələr baş verir.

Qidaların əksəriyyəti mədədə parçalansa da bəzi qidalar hələ də kiçik hissələrə ayrılmamış şəkildə mədədə qalır. Mədəni tərk edən və hələ də həzm edilməmiş bu qidalar da bir müddət sonra nazik bağırsağa çatırlar. Məsələn, yağlar böyük molekullu olduqları və suda ərimədikləri üçün çox çətin həzm edilirlər. Buna görə də yağların həzm edilməsi ağızda və mədədə mümkün olmur, bu proses yalnız nazik bağırsaqda baş verir.

Orqanizmin iki orqanı - mədəaltı vəzi və qaraciyər məhz bu mərhələdə hərəkətə gəlirlər. Bu iki orqan bir kanalın köməyi ilə nazik bağırsağın içinə iki xüsusi maye göndərir.

Qaraciyər mədənin yağları parçalaya bilməməsindən xəbərdardır. O, eyni zamanda yağları parçalayan xüsusi mayenin kimyəvi formuluna da sahibdir. Yağlı qidaların nazik bağırsağa çatdığı vaxtı da bilən qaraciyər hazırladığı və topladığı xüsusi mayeni ən düzgün yerə və ən düzgün zamanda boşaldır.

Peristaltic motions

A. Closed stomach mouth (pylorus)

B. Closed pyloric valve

C. Pyloric valve slowly opens.

Peristaltic motions (rhythmical muscular contractions) assist the mixing of nutrients inside the stomach and direct them toward the pyloric valve..
1) Peristaltic waves move towards the stomach’s mouth (pilor).
2) The most powerful peristalsis and mixing process takes places near the stomach’s mouth.
3) The pyloric end of the stomach acts like a pump. It permits part of the nutrients to enter the duodenum, and keeps back the rest, sending it on in small parcels.

Öd mayesi adlanan bu şirə yalnız yağları parçalamaqla kifayətlənmir. O, parçalanan yağların nazik bağırsaq tərəfindən sorulmasına da kömək edir. Bundan əlavə, özündə bağırsaqların vitaminləri sora bilməsini təmin edən xüsusi kimyəvi birləşmələri də ehtiva edir. O, hətta eyni zamanda bağırsağın içindəki zərərli bakteriyaları öldürən bir antiseptikdir.

Ödün vəzifəsi mədədən nazik bağırsağa gələn qida həlməşiklərindəki yağları ilkin prosesdən keçirməkdir. Bu ilkin proses pankreatin şirəsinin təsirini artıracaq. Tərkibində müxtəlif maddələr olan pankreatin şirəsi yağlarla yanaşı nişasta və proteinlərin həzm edilməsinə də kömək edir. Nazik bağırsağın daxili səthini döşəyən muklolin təbəqəsində də çoxlu sayda kiçik ifrazat vəziləri var. Bu vəzilərin ifraz etdiyi bağırsaq şirəsindəki müxtəlif maddələr o vaxta qədər lazımi şəkildə parçalanmış qidaların həzm edilməsində mühüm rol oynayır. Nazik bağırsaqdakı əksər qidalar yeməkdən 3-5 saat sonra üyüdülmüş olur. Beləliklə, karbohidratlar sadə şəkərə, proteinlər amin turşularına, yağlar da qliserin və yağ turşularına ayrılaraq sorulmaq üçün hazır vəziyyətə gəlir. Nazik bağırsaqdakı sorucu hüceyrələr sorulmağa hazır olan qida molekullarını tutur və sorurlar. Bundan sonra həmin qidaları qan dövranına ötürürlər.

Qidalar nazik bağırsaqdan ayrılar-ayrılmaz onların tərkibində sudan başqa heç bir qida maddəsi qalmır. Artıq bütün qidalar orqanizmə sorulub.

Elektrik Cərəyanı Yaradan Hüceyrələr

Orqanizmdə qidaların həzm kanalı boyunca irəliləməsini təmin edən müxtəlif mexanizmlər var. Bunlardan biri də bağırsaqlardakı düz əzələlərin yığılmasıdır. Bu əzələlərin ritmik şəkildə yığılması sayəsində qidalar biristiqamətli hərəkətlə irəli gedirlər. Lakin burada maraqlı olan məsələ qidaların nə üçün yalnız irəliyə doğru hərəkət etməsidir. Bu mövzu ilə bağlı araşdırma aparan Kanadanın MakMaster Universitetinin tədqiqatçılarından biri Jan Huizinqanın rəhbərliyi altında olan qrup bu biristiqamətli hərəkəti təmin edən hüceyrələri öyrənib. Tədqiqatçılar qrupu öz araşdırmalarında həzm kanalı boyunca yerləşdirdikləri mikroelektrodlardan istifadə edib. Bu mikroelektrodlar “interstisial toxuma hüceyrələri” adlanan hüceyrələrin davamlı və nizamlı bir şəkildə elektrik cərəyanı əmələ gətirdiyini sübut etdi. Bağırsaq divarındakı halqaşəkilli əzələlərin bir-birinin ardınca yığılmasını təmin edən amil məhz həmin interstisial toxuma hüceyrələrinin yaratdığı elektrik cərəyanıdır. Lakin bu mexanizmin qüsursuz fəaliyyət göstərməsi üçün yalnız elektrik cərəyanının əmələ gətirilməsi də kifayət deyil. Cərəyan həm də qüsursuz bir ritmlə əmələ gətirilməlidir. Buna görə də interstisial toxuma hüceyrələri bağırsaqlarda bir şəbəkə əmələ gətirirlər. Bu şəbəkə onların eyni ritmlə elektrik cərəyanı yaratmasını təmin edir. (“Science et Vie”, sentyabr, 1998).

Yediklərimiz mədəmizdə məhz bu mexanizm sayəsində qalır və orqanizmimiz üçün faydalı şəkilə çevrilir. Əgər interstisial toxuma hüceyrələrinin əmələ gətirdiyi ritmik elektrik cərəyanları olmasaydı, bağırsaqlardakı əzələlər harmonik şəkildə yığılmazdı. Bu da yediyimiz qidaların irəliyə doğru hərəkət etmək əvəzinə yenidən ağzımıza qayıtmasına səbəb olardı. Lakin biz xəstəlik halları nəzərə alınmasa, belə çətin hallarla qarşılaşmırıq. Belə bir ehtimal heç ağlımıza da gəlmir. Bu nümunədən də göründüyü kimi, Allahın orqanizmimizdə yaratdığı sistem hər baxımdan qüsursuzdur. Biz həyatımızı bu nemət sayəsində rahatlıqla davam etdirə bilirik.

The Last Stage In Digestion: The Intestines

Bağırsaqları Gözləyən Təhlükə - “Turşu”

Duodenum

1. Choledoch duct
2. Pancreas
3. Duodenum

Unlike the stomach, the duodenum has no special layer to protect it from acid. Under the special system created by Allah, however, the pancreas has been placed at the service of the duodenum. Bicarbonate molecules produced by the pancreas neutralize the stomach acids and thus protect the duodenum.

Az öncə də nəzərdən keçirdiyimiz kimi, mədədəki həzm prosesi turşular tərəfindən həyata keçirilir. Yəni mədədən bağırsaqlara gələn həlməşik qidanın tərkibində olduqca güclü turşular olur. Bu hal onikibarmaq bağırsağa ciddi təhlükə yaradır. Burada əsas bağırsaqların bu turşu səbəbi ilə sıradan çıxması nəzərdə tutulur, çünki onikibarmaq bağırsağın mədə kimi özünü qoruya biləcək xüsusi təbəqəsi yoxdur.

Bu halda nə üçün turşular onikibarmaq bağırsağı zədələmir?

Bu sualın cavabını tapmaq üçün həzm prosesi zamanı baş verən hadisələr incələnəndə orqanizmimizdə gedən heyrətamiz proseslərlə qarşılaşırıq.

Onikibarmaq bağırsağa mədədən qidalarla birlikdə gələn turşuların nisbəti təhlükəli həddə çatdığı zaman bağırsağın divarındakı hüceyrələrdən “sekresiya” adlı bir hormon ifraz edilməyə başlayır. Bu proseslərlə bağlı üzərində düşünülməsi lazım gələn məqamlar var. Əsasən onikibarmaq bağırsağı qoruyan sekresiya hormonları nazik bağırsağın divarındakı hüceyrələrdə “prosekresiya” halında olur. Bu hormon həzm edilmiş qidalardakı turşunun təsiri ilə başqa bir kimyəvi maddə olan sekresiyaya çevrilir və bu hormon mədəaltı vəziyə siqnal göndərərək həmin şirələrin zərərli təsirini aradan qaldırır.33

Sekresiya hormonu qana qarışaraq mədəaltı vəziyə gəlir və enzim ifraz etmək üçün pankreatin şirəsini köməyə çağırır. Onikibarmaq bağırsağın təhlükədə olması məlumatını alan mədəaltı vəzi bikarbonat molekullarını bu nahiyəyə göndərir. Bu molekullar mədə turşusunu təsirsiz vəziyyətə gətirir və onikibarmaq bağırsağı qoruyur.

İnsan həyatı üçün olduqca əhəmiyyətli olan bu proseslər necə baş verir? Bağırsaq hüceyrələrinin ehtiyac duyduqları maddənin pankreatin şirəsində olduğunu bilməsi, bundan əlavə, mədədən ifraz olunan turşunun formulunu pozaraq təsirini necə aradan qaldıracağından xəbərdar olması, pankreatin şirəsini hərəkətə gətirəcək maddənin formulunu bilməsi, eyni zamanda mədəaltı vəzinin də bağırsaqdan gələn xəbəri anlayaraq enzimi ifraz etmək şüurunda olması insanı ciddi düşündürməli olan proseslərdir.

1. Bile duct
2. Extensor layer
3. Nerve network
4. Ring layer
5. Mucosa sediment,
6. Mucosa muscled layer
7. Propria layer

8. Epithelium
9. Submucosa
10. Mucosa
11. Intestinal furry extension
12. Epitel

 

stomach wall

To the side, a cross-section of the duodenum wall. All the cells comprising the layers in this section play a role in the digestion of foods, as if they were all conscious entities.

Burada bağırsaq hüceyrələri üçün işlədilən “bilmək, xəbərdar olmaq” kimi fellər insan orqanizmində baş verən hadisələrin möcüzəvi tərəflərini daha yaxşı vurğulamaq baxımından əhəmiyyətlidir. Yoxsa hər bir ağıllı insanın da təsdiqləyəcəyi kimi, bir hüceyrənin düşünməsi, iradəyə malik olması və qərarlar qəbul etməsi, başqa bir orqanın xüsusiyyətlərindən xəbərdar olması, formullar icad etməsi əsla mümkün deyil.

Gözü, qulağı, beyni və heç bir şüuru olmayan hüceyrələrin insan orqanizminin lap dərinliklərində və incəliklərində belə qüsursuz sistemlərlə fəaliyyət göstərməsi yalnız və yalnız Uca Allahın üstün yaradılışının nəticəsidir. Hüceyrələri onların malik olduğu xüsusiyyətləri ilə birlikdə yaradan qüvvə misilsiz elm sahibi Allahdır. Allah insanlara onların orqanizmlərində yaratdığı belə xüsusiyyətlərlə öz qüvvəsinin qeyri-məhdud olduğunu göstərir.

Həzm Prosesindəki Son Mərhələ

Yediyimiz bütün qidaların həzm prosesi nazik bağırsaqda tamamlanır. Lakin həzm prosesindəki son mərhələ həzm maddələrinin orqanizmdəki lazımlı yerlərə paylanması məqsədilə sorulmasıdır. Həzm sistemi hissələrindən ağız və mədədəki sorulma aşağı səviyyədədir. Sorulma tam şəkildə bağırsaqlarda həyata keçir. Nazik bağırsağın quruluşu sorulmaya uyğundur.

Nazik bağırsağın daxili səthi olduqca girintili-çıxıntılı quruluşa malikdir. Bu girinti-çıxıntıların üzərində də mikroskopik nasoslar var. Bu nasoslar sourucu hüceyrələrdir. Məhz bu hüceyrələr orqanizmin ehtiyac duyduğu qidaları tutur və onların bağlı olduğu qan damarlarına vururlar.

Orqanizmimizin nəyə ehtiyacı varsa, həmin kiçik nasoslar bunu bilir. Beyin hüceyrələrində istifadə ediləcək parçalanmış şəkər və ya əzələ hüceyrələrində istifadə ediləcək bir amin turşusu... Bu kiçik nasoslar ehtiyacımız olan qidanı ağıllı şəkildə tapır və tutur. Hal-hazırda siz bu yazıları oxuduğunuz zaman da milyardlarla nasos sizin bu yazını oxuya bilməyiniz üçün ehtiyac duyduğunuz qidaları lazımi yerlərə göndərir.

Bağırsaqların içində olan qıvrımlar və bu qıvrımların üzərindəki mikronasoslar sayəsində nazik bağırsaq olduqca böyük səthə malikdir. Belə ki, yetkin bir insanın bağırsağının malik olduğu sahə təxminən 300 kvadratmetrə çatır. Bu, iki kiçik tennis kortunun ümumi sahəsinə bərabər olan bir sahədir.34

Qidaların həzm edilməsi bu geniş sahədə baş verir. Qidalar əvvəlcə parçalanaraq həlməşik halına gəlir. Sonra isə bu həlməşik bağırsağın daxili səthi üzərinə hər bir nöqtəni tutacaq şəkildə və incə təbəqə halında yayılır. Məhz bunun sayəsində hüceyrələr yeməklərin içində olan bütün qidaları asanlıqla sora bilirlər.

Elements Participating in Digestion

Group exposed to digestionSite of digestionDigested substance (impacting substance)Digestive enzymesSite of enzyme preparationSituation affected by enzymeSituation arising with digestionIf absorbed in the small intestine, product enters villum capillary vessels.
Carbohydrate DigestionMouthStarch (cooked)AmylaseSaliva glandsDekstrin MaltoseDekstrin Maltose


Capillary blood vessels in the villum
 

Duodenum

 

Small intestine

StarchAmylasePancreasAlkaliMaltose
MaltoseMaltoseSmall intestine glandsAlkaliGlucose + Glucose
SaccharoseSaccharoseGlands in the small intestineAlkaliGlucose + Fructose
LactoseLactoseGlands in the small intestineAlkaliGlucose + Galactose
Protein DigestionStomachProteinPepsin
(in presence of HCl)
StomachAcidPeptone polypeptideCapillary blood vessels in the villum
 
Milk proteinRenninStomachAcidSeparation of casein
DuodenumPeptone polypeptideTrypsinPancreasAlkaliPeptides
(amino-acids)
Peptone polypeptideChymotrypsinPancreasAlkaliPeptides
(amino-acids)
Small intestinePeptides (intermediate compounds such as tripeptide)ErycinSmall intestine glandsAlkaliAmino acids
Fat DigestionDuodenum Small intestineFatLipasePancreasAlkaliFatty acid glycerine (glycerol)Capillary lymph vessels (lymph pipelines) in the villum
Nucleic Acid DigestionDuodenum Small intestineDNA and RNADeoxyribonucl ease and ribonucleasePancreasAlkaliNucleotide building blocksCapillary blood vessels in the villum.

Hormone Organ in Which It is Secreted Stimulating Factor in Secretion Production Reaction Organ Reaction Organ’s Response
GastrinStomach mucosaPresence of food in stomachStomach mucosaGastric fluid
SecretinDuodenal mucosaPresence of acidic foods in duodenumPancreasInitiates enzyme release
EnterogastroneSmall intestine mucosaFatty acidsStomachDeceleration of stomach activity
Cholesystokinin Small intestine mucosaAcidic foodsGall bladderGall bladder causes production of gall.
PancreozyminDuodenal mucosaAcidic foodsPancreasSlow down the working of the pancreas

All the process during digestion depicted above are performed in a complete and ordered manner. The digestive system’s flawless creation, which never gives rise to any confusion, belongs to Allah.


Nazik bağırsağın başqa bir xüsusi funksiyası da bəzi maddələri orqanizmin ehtiyac duyduğu qədər sora bilməsidir. Məsələn, əlavə dəmir orqanizm üçün zərərlidir. Dəmir bağırsaqlara müəyyən bir nisbətdən yuxarı həddə çatarsa, heç sorulmadan bağırsaqlardan kənarlaşdırılır. Bunun əksi baş versə, yaşamağı qeyri-mümkün edən çox ağır xəstəliklər meydana gələr.

Bundan başqa, əvvəlki bölümlərdə də qeyd edildiyi kimi, nazik bağırsağın xüsusi bir hissəsində isə yalnız B-12 vitaminini sormaq üçün hazırlanmış hüceyrələrdən təşkil olunan hissələr var. Cərrahiyyə əməliyyatı zamanı bağırsaqlarının bu hissəsi kəsilib çıxarılan insanlar onların müalicə edilmədiyi halda ölməsi labüddür.

Small intestine

1. Small intestine
2. Furry protrusion
3. Epithelium
4. Submucosa

5. seroza
6. Mucosa
7. Nerve network
8. Intestinal gland

The small intestine is an organ with very special functions. This organ’s cells are able to select useful substances by identifying which substance is which.

Bağırsaqlardakı hüceyrələrin bütün bunları ayırd etməsi üzərində dərindən düşünülməsi lazım gələn, Allahın böyüklüyünün dərk edilməsinə vəsilə olacaq bir mövzudur. Bağırsaqların yerləşdiyi yer insan orqanizmində ən qaranlıq bir nahiyədir. Bu orqanlarımızın beyinləri, maddələri ayırmağa kömək edən zəka və bilikləri yoxdur. Lakin buna baxmayaraq onlar insan üçün nəyin faydalı, nəyin isə zərərli olduğunu müəyyən edə bilir və buna görə lazım olanları alır, lüzumsuz olanları isə orqanizmdən kənarlaşdırırlar.

Bir insanın qarşısına qoyulan kimyəvi maddələri, mədən duzlarını və ya metallik tozları ayırması demək olar ki, qeyri-mümkündür. Bu mövzu ilə bağlı təhsil almamış bir insan dəmiri sinkdən yalnız baxmaqla ayıra bilməz. İnsanın hansı maddənin faydalı, hansının zərərli olduğunu, o zaman orqanizmində hansına nə qədər ehtiyacın olduğunu müəyyən etməsi də mümkün deyil. İnsan bu maddələr arasındakı fərqi müəyyən edə bilmir, lakin həmin insanın bağırsaq hüceyrələri bunu asanlıqla müəyyən edə bilir.

Göründüyü kimi, hansı maddənin nə olduğunu müəyyən edə bilmək üçün təkcə ağıla və şüura malik olmaq kifayət deyil, həmin mövzu ilə bağlı müfəssəl biliyə malik olmaq lazımdır. Bəs bağırsaq hüceyrələri bu biliyə necə malik olublar? Bu hüceyrələr insan orqanizmindəki trilyonlarla hüceyrədə nəyin əskik, nəyin artıq olduğunu necə müəyyən edir və çatışmayan cəhəti necə aradan qaldıracaqlarını haradan bilirlər?

Atomların birləşməsi ilə əmələ gələn hüceyrələrin bir iradəyə sahib olduğunu düşünmək olmaz. Aydındır ki, bu biliklər hüceyrələrə sonradan yerləşdirilib. Həmçinin o da məlumdur ki, bu qədər böyük proseslər təsadüflərlə və ya başqa bir təsirlə baş vermir. Bu hal hüceyrələrə onların malik olduqları şüuru verən üstün bir qüvvənin varlığını göstərir ki, bu qüvvənin sahibi də hər şeyi yaradan və müəyyən nizamda yerləşdirən Uca Allahdır:

“O, göyləri və yeri var edəndir. Allahın neçə övladı ola bilər ki, Onun heç bir yoldaşı (zövcəsi) yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir! O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur, hər şeyi yaradan Odur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir!” (“Ənam” surəsi, 101-102).

Sizin Üçün Çalışan Bakteriyalar

Bağırsaqlardakı əksər qidalar yoğun bağırsağa gələnə qədər sorulur. Lakin bəzi xüsusi qidaların sorulması yoğun bağırsaqda həyata keçir. Onların arasında ən maraqlılarından biri də K vitaminidir.

K vitamini qanın laxtalanma mexanizmində funksiya daşıyan, çatışmazlıq olduğu zaman insanın ölümünə səbəb ola biləcək nəticələri ortaya çıxaran olduqca mühüm vitamindir. Lakin K vitamini təbiətdə insan orqanizminin ehtiyac duyduğu şəkildə mövcud olmur. İnsan orqanizmi bu vitamini özünün istifadə edə biləcəyi vəziyyətə gətirməli, yəni müəyyən mənada “seçib ayırmalı, çeşidləməlidir”.

Lakin insan metabolizması belə bir çeşidləmə prosesini də həyata keçirə bilməz. Bəs insanlar K vitamini çatışmazlığına görə niyə ölmürlər? Bu vitamini insanın istifadə edə biləcəyi vəziyyətə gətirən, onu çeşidləyib ayıran mexanizm nədir?

Large intestine

1. Large intestine
2. Extensor layer
3. Surrounding muscle
4. Serosa

5. Mucosa
6. Submucosa
7. Nerve networks

The large intestine, of which various cross-sections are shown above, is responsible for the absorption of Vitamin K, of great importance to the body.

Bu sualın cavabı insanların şüurunu donduran bir həqiqəti ortaya çıxarır. Bağırsaqlarda olan xüsusi bakteriyalar K vitaminini bəzi proseslər serialından keçirir, seçib ayırır və insanın istifadə edə biləcəyi vəziyyətə gətirirlər. Bu bakteriyalar tərəfindən ayrılan K vitamini yoğun bağırsaqdan sorularaq qana qarışır.35

İnsan orqanizmində K vitaminini ayıran bakteriyaların olması insanı düşündürən mühüm və incə bir məqamdır. Bakteriyaların öz lazımi yerlərində olması, çeşidləmə prosesini yerinə yetirən genetik şifrəyə malik olması olduqca mühüm bir hadisədir. İnsanın öz həyatını davam etdirə bilməsi üçün varlığından xəbərsiz olduğu, hətta adını da eşitmədiyi bu kiçik bakteriyaya möhtac olması isə bu hadisənin başqa bir tərəfidir. Heç bir təsadüf bu bakteriyanı meydana gətirə, üstəlik bunu insanın bağırsaqlarına yerləşdirə, bu bakteriyanın genetik şifrəsini insan üçün faydalı olan prosesləri yerinə yetirəcək vəziyyətə gətirə bilməz.

Bunlar olduqca heyrətamiz və mühüm bilgilərdir. Şübhəsiz ki, bütün bu məlumatlar bizi hər şeyi planlaşdırıb nizamlayan bir yaradanın varlığının dərkinə doğru aparır. Bu yaradıcı isə Uca Allahdır. Allah hər şeyi ən xırda incəliyinə və təfərrüatına qədər planlaşdırıb. Yer üzündəki bütün canlılar kimi insanlar da Allaha möhtacdırlar, yalnız Onun diləməsi ilə yaradılıblar və Onun diləməsi ilə də həyatlarını davam etdirə bilirlər. Allahın isə heç nəyə ehtiyacı yoxdur. Bir ayədə belə buyrulur:

“De: “Şərikləriniz içərisində haqq yola yönəldə bilən bir kimsə varmı?” De: “Allah haqq yola yönəldir. Belə olduqda doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?”” (“Yunus” surəsi, 35).

 

Footnotes

30.Curtis & Barnes, Invitation to Biology, p. 391

31.Eldra Pearl Solomon, Introduction to Human Anatomy and Physiology, p. 211-212

32.Solomon, Berg, Martin, Villee, Biology, p. 977

33.Curtis & Barnes, Invitation to Biology, p. 393

34.Curtis & Barnes, Invitation to Biology, p. 392.

35.Marshall Cavendish, The Illustrated Human Body, p. 116.

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş: Insan Orqanizminə Qısamüddətli Səyahət
  • Orqanizmdəki Nəqliyyat Şəbəkəsi: Qan Dövrani (1/3)
  • Orqanizmdəki Nəqliyyat Şəbəkəsi: Qan Dövrani (2/3) - Orqanizmin Mühərriki: Ürək
  • Orqanizmdəki Nəqliyyat Şəbəkəsi: Qan Dövrani (3/3) - Mübarizəyə Hazırlaq
  • Orqanizmdəki Üyütmə Mexanizmi: Həzm Sistemi (1/3)
  • Orqanizmdəki Üyütmə Mexanizmi: Həzm Sistemi (2/3) - Mədədəki Müfəssəl Nizam
  • Orqanizmdəki Üyütmə Mexanizmi: Həzm Sistemi (3/3) - Orqanizmimizdəki Müstəqil Fabrik: Qaraciyər
  • Orqanizmdəki Təmizləmə Təsisati: Ekskretor Sistemi (1/2)
  • Orqanizmdəki Təmizləmə Təsisati: Ekskretor Sistemi (2/2) - Böyrəklər Orqanizmdəki Mayenin Miqdarını Necə Tənzimləyir?
  • Bədənimizdəki Möhtəşəm İnformasiya Mübadiləsi: Hormonal Sistem
  • İçimizdəki Kondinsioner: Tənəffüs Sistemi
  • Möhkəm Quruluş: Skelet Sistemi
  • Orqanizmdəki Güc Turbinləri: Əzələ Sistemi
  • Nəticə: Insan Allah Tərəfindən Yaradılıb