Orqanizmdəki Üyütmə Mexanizmi: Həzm Sistemi (1/3)

human body

1. Tongue
2. Mouth
3. Tooth
4. Saliva Gland
5. Pharynx
6. Esophagus
7. Liver
8. Bile Duct

9. Pancreas
10. Duodenum
11. Appendix
12. Stomach
13. Small Intestine
14. Large Intestine
15. Anus

Orqanizmimizin həyat fəaliyyətinin davam etməsi, yəni orqanlarımızın fəaliyyət göstərməsi və hüceyrələrimizin yeniləşməsi üçün zəruri olan əsas maddələri müxtəlif qida maddələrindən əldə edirik. Lakin yediyimiz hər bir qidanın, məsələn, ət, çörək, tərəvəz və ya meyvənin bu əsas maddələrə ayrılması və orqanizm tərəfindən istifadə edilə biləcək vəziyyətə gəlməsi üçün onların çox əsaslı dəyişikliklərdən keçməsi, yəni həzm edilməsi lazım gəlir.

Yeni doğulmuş 2-3 kiloqramlıq körpənin 20-25 ildən sonra 1 metr 80 sm boyunda, 75-80 kq ağırlığında bir insan olması qidaların həzm edilməsi ilə bağlıdır. Aradakı bu böyük çəki fərqinin mənbəyi körpənin qəbul etdiyi qidaların tərkibində olan maddələrin bir müddət sonra orqanizmə qatılmasıdır. Bu qidaların bir hissəsi həyat üçün zəruri olan enerjini təmin edir, digər hissəsi isə orqanizmə əlavə olunur və insanın ətinə, sümüyünə çevrilir. İşə yaramayan lazımsız hissələr isə orqanizmdən kənar edilir.

Həzm sistemi özündə yer üzünün ən yüksək səviyyəli seçmə (ayırma, çeşidləmə) sistemini ehtiva edir. Bu çeşidləmə sisteminin içindəki maddələr əvvəlcə xammala ayrılır, daha sonra isə bu xammal istifadə edilmək üçün orqanizmin lazımi yerlərinə göndərilir. Parçalanan maddələr bir-birindən çox fərqli olduğu kimi ortaya çıxan yeni maddələr də bir-birindən çox fərqlənirlər.

Həzm sisteminin fəaliyyətini bir neftayırma zavodunun fəaliyyətinə bənzətmək olar. Bir neftayırma zavodunda xammal kimi zavoda daxil olan neft müxtəlif proseslərdən keçərək mərhələli şəkildə parçalanır və bu vaxt bir-birindən fərqli məhsullar əldə edilir. Neftayırma zavodunda baş verən mürəkkəb proseslər nəticəsində avtomobilimizə enerji verən benzinlə yanaşı üzərində yeridiyimiz asfaltın xammalı və istifadə etdiyimiz plastik məhsullar da istehsal olunur. Eyni zamanda həzm prosesi nəticəsində də müxtəlif maddələr yaranır. Lakin həzm sistemində baş verən proseslər bir neftayırma zavodunda baş verən proseslərdən də mürəkkəbdir və çox üstün bir fəaliyyət sistemi sayəsində meydana gəlir. Bundan əlavə, bu proseslər son texnologiya ilə təchiz edilmiş neftayırma zavodunda deyil, sizin orqanizminizdə baş verir. Səhər yeməyində yediyiniz qidalar siz gündəlik işlərlə məşğul olarkən, məktəbdə dərsə qulaq asarkən və ya yolda yeriyərkən sizə hiss etdirilmədən bu nəhəng neftayırma zavodunun daxilində minlərlə müxtəlif kimyəvi prosesi yerinə yetirir.

Refinery

The crude oil that enters a refinery undergoes various processes, as a result of which very different products are obtained. In the same way, nutrients entering the body are turned into very different substances after being digested.

Bu kimyəvi proseslərin baş verməsi üçün uzun bir kanala ehtiyac var. Kanalın hər bir nöqtəsində də kanalın içindəki maddələri dəyişdirəcək xüsusi çeşidləmə sistemlərinin olması lazım gəlir. Bu kanalın uzunluğu ən azı 8-10 m olmalıdır.

Lakin insan orqanizmi təxminən 1 m 70 sm-1 m 80 sm uzunluğundadır. Bu halda 10 metrlik bir kanal sistemi özünün təxminən beşdə biri qədər uzunluqda olan bir orqanizmin içinə sığışdırılmalıdır. Şübhəsiz ki, bu da xüsusi bir sənaye layihəsinin olmasını tələb edir. Belə ki, insan orqanizmi bu xüsusiyyətlərlə birlikdə yaradılıb. Haqqında bəhs edilən kanal (ağız, yemək borusu, mədə, nazik bağırsaq və yoğun bağırsaq) insan orqanizminin içinə xüsusi bir plan əsasında yerləşdirilib. Bu planın içində 10 metrlik həzm sistemi 1 m 70 sm uzunluğunda olan orqanizmin içinə xüsusi diqqətlə yerləşdirilib.

Yeyilən hər bir qida maddəsi orqanizmimizə daxil olduqdan sonra həzm kanalı daxilində təxminən 10 metrlik bir səfərə çıxır. Bu səfər əsnasında qidalar bir qrup mexaniki və kimyəvi hadisə ilə rastlaşırlar. Qidalar beş hissədən ibarət olan 10 metr uzunluğundakı kanaldan sıra ilə keçərkən bir tərəfdən üyütmə, yoğurma və çalxalama kimi mexaniki hərəkətlərlə, digər tərəfdən də müxtəlif ifrazat vəzilərinin bu kanala buraxdıqları şirələrin kimyəvi təsirləri ilə həzm edilirlər.

Həzm ağızda başlayıb mədədə və nazik bağırsaqda davam edir. Qidalarda olan faydalı maddələrin qan damarları ilə sorulub qan dövranına qarışması isə nazik bağırsaqlarda baş verir. Yoğun bağırsaq isə həzm edilməyən faydasız maddələrdəki suyun sorulub yerdə qalan qalıqların orqanizmdən kənar edildiyi yerdir.

Çeşidləmə Girişi

no evolution

teeth play an important role in the digestion process. Above can be seen 1) the teeth of a newborn baby, 2) the teeth of nine-year-old child, 3) the jawbone and teeth of an adult.

As soon as you place food in your mouth, the digestive system goes into action. The food is broken down and ground up by the teeth, which have been specially created with this process in mind. They are covered in the hardest known natural material—enamel—and are also very resistant to corrosive chemicals.

Yeməyi ağzınıza almaqla birlikdə həzm sistemi də fəaliyyətə başlayır. Ağıza götürülən qidalar dişlər tərəfindən parçalanır və üyüdülür.

Dişlər bu proses üçün xüsusi olaraq yaradılıb. Diş tanıdığımız ən sərt üzvi maddə olan mina qatı ilə örtülüb və eyni zamanda da kimyəvi maddələrə qarşı çox dözümlüdür.

Hər bir diş öz funksiyasına uyğun formaya malikdir. Məsələn, kəsici dişlər adlanan ön dişlər itidir, qidanı kəsib qoparır. Köpək dişləri sivri formadadır, qidanı yırtıb-parçalayır. Azı dişlər isə qidanı üyüdə biləcək formada layihələndirilərək yaradılıb. Əgər ağzımızdakı bütün dişlər eyni cinsdən olsaydı, məsələn, 32 köpək diş və ya 32 kəsici dişə malik olsaydıq, yemək yeməyimiz demək olar ki, qeyri-mümkün olardı.

Dişlərdə olan layihənin başqa bir nümunəsinə dişlərin düzülüşündə rast gəlinir. Hər bir diş öz yerindədir. Kəsicilər lazım olduğu kimi ön tərəfdə, azı dişlər də lazımi olan yerdə, yəni arxa tərəfdədir. Bunların yerinin dəyişdirilməsi də dişlərin öz funksiyalarını itirməsinə səbəb ola bilər.

Bir-birindən asılı olmayan üst və alt dişlər arasında qüsursuz bir uyğunluq var. Hər iki tərəfdə olan dişlər çənə sümüyü bağlandığı zaman tam şəkildə bir-birinin üzərinə oturacaq formada planlaşdırılıb. Məsələn, yalnız bir azı dişiniz başqa dişlərdən uzun olsa və ya üzərində artıq bir çıxıntı olsa, ağzınızı bağlaya bilməzsiniz. Bu halda danışmaq və yemək kimi çox adi ehtiyaclarınızı da ödəyə bilməzsiniz.

Yeni doğulmuş körpələrin ağzında isə diş yoxdur. İlk günlərində yeganə qidaları ana südü olduğu üçün onların buna ehtiyacı da yoxdur. Lakin bərk qidalar yemək vaxtı gəldiyi zaman körpələrin ağızlarında olan yumşaq damağın içində bəzi dəyişikliklər baş verir. Burada olan bəzi hüceyrələr bir siqnal almış kimi ani olaraq kalsium toplamağa başlayır. Daha sonra isə bu milyonlarla hüceyrə birləşərək bir nizamda, sanki nə edəcəklərini bilirmiş kimi üst-üstə və yan-yana düzülürlər. Artıq kalsium ehtiyatda saxlayan hüceyrələr bir müddət sonra məhv olurlar. Beləliklə, məhv olan bu hüceyrələr dişlərin əsasını təşkil edəcək.

Milyonlarla hüceyrə əvvəlcə kalsiumu ehtiyatda saxlayıb ardınc da yan-yana gələrək böyük bir kompleks əmələ gətirirlər. Bu kompleksin formasını da kompleksi əmələ gətirən hüceyrələr müəyyən edir. Bu yerdə yenə də başqa bir yaradılış möcüzəsi ilə qarşılaşırıq. Məsələn, alt damaqdakı hüceyrələr özlərindən uzaqda olan üst damaqdakı hüceyrələrin necə bir forma yaratdıqlarını yaxşı bilirlər. Hər iki hüceyrə qrupu hasil etdiyi nəhəng kompleksi özlərinin qarşılarında olan komplekslə uyğun formada yaradır. Beləliklə, çənə sümüyü bağlandığı zaman üst damaqdakı bir azı dişlə alt damaqda olan bir azı diş bir-birinin üzərində ən uyğun şəkildə yerləşirlər. Bu şəkildə hər hansı bir qüsurun olması insanı narahat edən hallar yarada bilər. Lakin damağın içində olan hüceyrələrin göstərdiyi ağlasığmaz şüur sayəsində 32 kalsium kompleksi bir-birinə ən uyğun formada inşa edilir.

Dişlərin möhkəm quruluşu, sıra ilə düzülməsi, malik olduqları formalar və funksiyalarının uyğun olması kimi incəliklər dişlərdəki açıq nizamı və planı göstərir. Hüceyrələrin belə şüurlu hərəkətinin isə yalnız bir səbəbi var. Orqanizmin bütün hüceyrələrinə olduğu kimi dişləri təşkil edən hüceyrələrə də malik olduqları xüsusiyyətləri verən güc isə üstün qüvvə sahibi Allahdır.

Orqanizmimizdəki Qoruyucu Bakteriyalar

Son illərdə insan orqanizmində fəaliyyət göstərən yeni bakteriyalar kəşf edilib. Dilin arxa tərəfində olan bu bakteriyaların funksiyası mədədəki zərərli mikrobları məhv etməkdir. Lakin bu bakteriyaların məhv edilməsi sizin düşündüyünüz qədər də asan deyil. Burada bakteriyalar yalnız kimyəvi sintez aparan hissəcik rolunu oynayırlar. İşin bir çox başqa tərəfləri də var. Sanki domino oyunu kimi irəliləyən bu sistemdə aradan götürülən yalnız bir daşın yoxluğu da bütün sistemin dayanması üçün kifayətdir. Çünki hər bir hissə domino oyununda olduğu kimi bir-birinə təsir edərək fəaliyyət göstərir. Bakteriyaların fəaliyyətə başlaması üçün zəruri olan sistemi qısaca belə qeyd edə bilərik.

Yaşıl yarpaqlı qidalarda olan nitrat dilin arxa hissəsində oksigen çatmayan yarıqlarda olan bakteriyalar tərəfindən nitritə çevrilir.

Hasil edilən nitrit ağız suyundakı turşu ilə qarşılaşanda isə yenidən formasını dəyişərək mikroblara öldürücü təsir göstərən azot oksid əmələ gətirir.

Bu bakteriyanı kəşf edən Şotlandiya Aberdin fakültəsinin professoru Niqel Bencamin bu bakteriyaları belə təsvir edir:

“Birdən zehnimizdə bir şimşək çaxdı. Nitrit yediyimiz yeməklərlə qarışmaq üçün ağızda xüsusi olaraq hazırlanırdı; qidalarla qarşılaşıb bol miqdarda azot oksid hasil edəcək şəkildə turşulaşır, beləliklə də qidalarımızla birlikdə qəbul etdiyimiz bütün zərərli mikrobları məhv edə bilirdi!” (Elmi texniki jurnal, nöm:340, səh. 49).

Alimlər bu bakteriyaların mövcudluğunu çox yaxın dövrlərdə kəşf ediblər. Lakin insanın yaradıldığı ilk gündən etibarən nitrit hasil edərək bizi turşulardan qoruyan bakteriyalar var. Allah insanları onların bildiyi və bilmədiyi bir çox cəhətlərdən qoruyur. Bunlara bənzər nümunələr Allahın bizim üzərimizdəki sonsuz şəfqətinin göstəricilərindəndir. Hər bir insanın vəzifəsi isə nemətlərə şükr etməkdir:

“Əgər Allahın nemətini saymağa cəhd etsəniz, onları hətta ümumi olaraq da saya bilməzsiniz. Həqiqətən, Allah bağışlayan və rəhm edəndir” (“Nəhl” surəsi, 18).

Xüsusi Həzm Mayesi

saliva

1. Parathyroid gland
2. Sublingual gland
3. Mouth muscles

You cannot taste food if your mouth is dry, because it is your saliva that permits you to experience flavors. Above, the salivary glands and the muscles that act during chewing. Saliva, which one is generally unaware of, is created by Allah as a blessing.

Qidalar bir tərəfdən dişlərlə üyüdüldüyü halda digər tərəfdən də kimyəvi hücumlara məruz qalırlar. Bu hücumu isə ağız suyu mayesi həyata keçirir.

Gündəlik həyatda heç bir insan ağızdakı bu mayenin fərqində olmur, onun ifraz edilib-edilməməsi, miqdarının çoxluğu və ya azlığı, qısası, ümumiyyətlə bu mövzu ilə bağlı heç bir məsələ barədə düşünmür. Bəsit bir ifrazat güman edilən ağız suyu ifrazatı əslində çox həssas nisbətə malik müxtəlif kimyəvi maddələri əhatə edən xüsusi bir qarışıqdır.

Bu maye əsasən qidalardakı dadı almağımızı təmin edir. Qidaların içində dad verən molekullar ağız suyu içində həll edilərək dilin üzərindəki dad qəbul edən sinir ucları ilə birləşirlər. Yediyimiz qidaların dadını yalnız bu şəkildə bilirik. Quru ağızla yeyilən qidaların dadının bilinməməsinin səbəbi də elə budur.

protrusions

1. Filiform protrusions
2. Round protrusions
3. Taste bud
4. Support cells
5. Taste cells
6. Taste hair
7. Sensory nerve fibers

The taste buds in the tongue are flavor-perceiving cells. There are large numbers of taste buds in the round protrusions. The papillae merely enable the food to move.

Ağızda bir-birindən fərqli xüsusiyyətlərə malik olan iki ağız suyu mayesi ifraz olunur. Bunlardan biri karbohidratları incə şəkildə parçalayır və qismən şəkərə çevirir. Məsələn, çörək bir karbohidratdır. Əgər ağzınıza bir tikə çörək alıb bir neçə dəqiqə udmadan gözləsəniz, parçalanan karbohidratın şirin dadını dilinizlə hiss edə bilərsiniz. Digər ağız suyu mayesi isə mühüm xüsusiyyətə malikdir. Bu yapışqan maye sayəsində yemək yeyərkən ağızın hər bir tərəfinə yayılmış yemək parçaları bir yerə toplanaraq loxma halına salınır.

Bəs ağız suyu mayesi olmasaydı, nə olardı? Əlbəttə ki, ağzımızın quruluğuna görə nə yediklərimizi uda bilər, nə qidaların dadını ala bilər, nə də düzgün danışa bilərdik. Bərk halda olan heç bir qidanı yeyə bilməz, yalnız maye halında olanlarla kifayətlənmək məcburiyyətində qalardıq. Bu da insan üçün çox çətin bir vəziyyət demək olardı.

Üç müxtəlif ifrazat vəzisindən ifraz olunan ağız suyu bir tərəfdən, qidaları nəmləndirərək onları udmağı asanlaşdırdığı halda digər tərəfdən də qidaların içində orqanizm üçün faydalı olan hissələri tərkibindəki kimyəvi maddə ilə həll edir.

Ağzımız sanki bir kimya laboratoriyası kimi fəaliyyət göstərir və qəbul etdiyimiz qidalardakı nişastanı parçalayır. Ağız suyunda olan və pitialin adlandırılan enzim bu iş üçün xüsusi olaraq ifraz edilmiş kimyəvi maddədir. Pitialin nişastanı ayıraraq şəkərə çevirir.

Ağızda aparılan həzm prosesi yalnız kimyəvi proses deyil. Eyni zamanda burada dişlərin gerçəkləşdirdiyi mexaniki həzm prosesi də var. Hər iki həzm prosesi bir-birini tamamlayaraq fəaliyyət göstərir.

Dilin Həzm Prosesindəki Rolu

Mexaniki üyütmədə dilin də mühüm rolu var. Çox həssas bir dadbilmə xüsusiyyətinə malik olan dil eyni zamanda qidaların ağızda yuvarlanaraq boğazdan keçməsini asanlaşdırır.

tongue

1. Epiglottis
2. Rear Sulcus
3. Foramen Coecum
4. Mid-Line Sulcus
5. Peak
6. Palatine Tonsil
7. Lingual Palate Curve

8. Vallate Papillae
9. Foliate Papillae
10. Fungiform Papillae
11. Filiform Papillae
12. Bitter
13. Sour
14. Salty

The Different Taste Zones in The Sweet Tongue (Right).

Dilin üst səthində və ətraflarında olan dörd müxtəlif dada - acıya, şirinə, duzluya və turşuya qarşı həssas olan 10 minə yaxın olan dadbilmə nöqtəsi var.28

Məhz bu dadbilmə nöqtələri hər gün yediyimiz onlarla müxtəlif qidanın dadını da asanlıqla ayıra bilir. Belə ki, dil əvvəl bilmədiyi bir qidanın dadını da asanlıqla ayırır. Bunun sayəsində heç bir zaman qarpızın dadını qreypfrutun (subtropik meyvə) dadı kimi turş qəbul etmir və ya torta duzlu demirik. Bundan əlavə, reseptorlar milyardlarla insanda eyni qidada eyni dadı qəbul edir. Şirin, duzlu, turş kimi ifadələr hər bir insan üçün eynidir. Bəzi alimlər dilin belə bir qabiliyyətə malik olmasını “qeyri-adi kimyəvi texnologiya” adlandırırlar.

Bəs dilin üzərində daha az reseptor olsaydı, nə olardı?

O zaman yediyimiz yeməklərin heç birinin dadını bilməzdik. Nə şirniyyatın, nə qızartmaların, nə çörəyin, nə də başqa yeməklərin dadını bilməzdik. Bütün yeməklərdən eyni dadı alardıq. Yemək yemək zövqverici bir nemətdən daha çox gündəlik həyata keçirməyə məcbur olduğumuz əziyyətli bir iş olardı. Lakin bu, belə olmur və biz dildəki xüsusi reseptorlar vasitəsilə bütün yeməklərin dadını ayıra bilirik. Bunun da nəticəsində böyük zövqlə yemək yeyirik.

Yemək Borusu

muscle

1. Spherical muscle
2. Extensor muscle
3. Surrounding muscle
4. Relaxed muscle

Cross-section of the esophagus.

Həzmin ikinci mərhələsində qidalar yemək borusundan keçərək əsas həzm prosesinin başlayacağı mədəyə gedir. Yemək borusunda hər hansı bir həzm prosesi baş vermir. Biz udqunduqdan sonra boynun arxasındakı düz əzələlərin qidanı yemək borusuna ötürməsi ilə birlikdə sürətli bir səfər başlayır. Qidalar yemək borusunun ritmik şəkildə yığılması ilə aşağıya doğru hərəkət edir. Peristaltika adlandırılan bu ritmik əzələ yığılmaları o qədər qüvvətlidir ki, hətta siz yatdığınız zaman da qidaların aşağıya doğru ötürülməsini təmin edir.29 Qidaların 25 sm uzunluğundakı yemək borusundan keçməsi cəmi 12 saniyə çəkir.

İnsan ağzından həm yemək, həm də nəfəs almaq üçün istifadə edə bilir. Çünki yeməklərin ötürüldüyü yemək borusunun yanında havanın ciyərlərə çəkildiyi nəfəs borusu olur. Lakin burada mühüm bir məqam var. Əgər çeynənmiş qida yemək borusuna deyil, nəfəs borusuna gedərsə, bu, ölüm deməkdir. İnsan hər gün bir neçə yüz dəfə udqunur. Hər hansı bir səhv nəticəsində nəfəs borusuna keçən bir qida parçası insanın ölümünə səbəb ola bilər. Lakin nəfəs borusunun daim bağlı olması bu problemin həlli yolu deyil. Ən ağıllı və praktiki həll yolu nəfəs borusunun açılıb-bağlanan bir maneəyə (qapağa) malik olmasıdır.

Foodstuffs

A. Spherical muscles narrow the passage by contracting, propelling foodstuffs downwards.

B. Muscles along the neck shorten the passage along which food will travel.

1. Muscles in relaxed state
2. Esophagus
3. Muscles in relaxed state
4. Food particle
5. Closed diaphragm
6. Open diaphragm
7. Stomach

 

Foodstuffs passing down the esophagus begin moving towards the stomach. Very powerful, rhythmic muscular contractions known as peristalsis permit foodstuffs to move along the alimentary canal.

As already stated, the human body’s creation is perfect, and the windpipe possesses a most reliable security system. A valve consisting of a small piece of tissue at the top of the windpipe automatically closes as you swallow, preventing any food or drink from entering the windpipe. After an act of swallowing has taken place, the valve opens in its former position, and air can once again be inhaled through the windpipe.

Daha əvvəl də qeyd etdiyimiz kimi, insan orqanizmindəki layihə qüsursuzdur və nəfəs borusunda da mümkün olduğu qədər ən ideal və etibarlı sistem var. Nəfəs borusunun üzərində yerləşən və kiçik bir toxumadan ibarət olan bir qapaq udqunarkən avtomatik olaraq nəfəs borusunu bağlayır. Məhz bunun sayəsində yemək yeyərkən nəfəs borusuna su və ya yemək keçməsinin qarşısı alınmış olur. Udqunmadan dərhal sonra isə bu qapaqcıq yenidən öz yerinə gedir və beləliklə, nəfəs borusundan hava keçir.

Gündəlik həyatda heç bir insanın yemək yeyərkən onu belə bir təhlükənin gözlədiyindən xəbəri yoxdur. Heç bir insan “Əgər yediklərim nəfəs borusuna keçərsə”, “Kaş nəfəs borumda bir qapaqcıq olub yemək yeyərkən boğazıma yemək getməsin” deyə düşünmür. Yaxud da “Görəsən qapaqcığım fəaliyyət göstərirmi, məni boğulmaqdan qoruya biləcəkmi” deyə bir narahatçılıq keçirmir. Ehtimal ki, bir çox insanın da bu yazını oxuyana qədər boğazındakı qapaqcığın əhəmiyyətindən xəbəri yox idi. Lakin qapaqcıq var və hər an, bir neçə saniyə əvvəl siz udqunarkən də həyatınızı qoruyur.

Qapaqcıqdakı bu açıq layihənin incəlikləri var. Məsələn, normal bir insanın malik olduğu qapaqcığın quruluşu ilə bir körpənin qapaqcığının quruluşunun eyni olması körpə üçün təhlükəli bir hal yaradacaq. Buna görə də körpələrdəki qapaqcıq sistemi yetkin insanlarda olandan fərqli şəkildə fəaliyyət göstərir. Körpələrdəki bu qapaqcıq yetkin insanlarda olandan yuxarıda yerləşir. Bunun sayəsində körpə nəfəs alıb-verərkən rahatlıqla ana südü də əmə bilir. Həmçinin bu zaman körpələr həm ana südü əmir, həm də ağlayır, üstəlik boğulmurlar. Əgər körpələrdəki qapaq sistemi də yetkin insanlardakı quruluşa malik olsaydı, o zaman körpələr ana südü əmərkən boğula bilərdilər.

Lakin yer üzünə gələn ilk insandan başlayaraq bu günə qədər yaşayan və hal-hazırda yaşamaqda olan insanlarda bu ehtiyac tam şəkildə ödənib. Xüsusi bir xəstəliyi olan xəstələr istisna olmaqla yerdə qalan bütün insanlar uşaqlıq dövrlərində bu qapaqcıqlara tam şəkildə malik olublar. Eynilə bu insanlar yetkin yaşa gələndə də onların qapaqcıqlarının quruluşu yenə də ehtiyaclarına görə olur.

windpipe

1. The palate closes the nasal passages.

2. Diaphragm closes.

A small valve of tissue on the esophagus automatically closes the windpipe when swallowing. Food or water are thus prevented from entering the windpipe when you eat. After swallowing the valve opens again and air can move through the windpipe.

 

Footnotes

28.John Farndon, Angela Koo, Human Body, Fact finder, Miles Kelly Publishing Ltd., Great Britain, 1999, p. 191

29.Solomon, Berg, Martin, Villee, Biology, p. 960

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş: Insan Orqanizminə Qısamüddətli Səyahət
  • Orqanizmdəki Nəqliyyat Şəbəkəsi: Qan Dövrani (1/3)
  • Orqanizmdəki Nəqliyyat Şəbəkəsi: Qan Dövrani (2/3) - Orqanizmin Mühərriki: Ürək
  • Orqanizmdəki Nəqliyyat Şəbəkəsi: Qan Dövrani (3/3) - Mübarizəyə Hazırlaq
  • Orqanizmdəki Üyütmə Mexanizmi: Həzm Sistemi (1/3)
  • Orqanizmdəki Üyütmə Mexanizmi: Həzm Sistemi (2/3) - Mədədəki Müfəssəl Nizam
  • Orqanizmdəki Üyütmə Mexanizmi: Həzm Sistemi (3/3) - Orqanizmimizdəki Müstəqil Fabrik: Qaraciyər
  • Orqanizmdəki Təmizləmə Təsisati: Ekskretor Sistemi (1/2)
  • Orqanizmdəki Təmizləmə Təsisati: Ekskretor Sistemi (2/2) - Böyrəklər Orqanizmdəki Mayenin Miqdarını Necə Tənzimləyir?
  • Bədənimizdəki Möhtəşəm İnformasiya Mübadiləsi: Hormonal Sistem
  • İçimizdəki Kondinsioner: Tənəffüs Sistemi
  • Möhkəm Quruluş: Skelet Sistemi
  • Orqanizmdəki Güc Turbinləri: Əzələ Sistemi
  • Nəticə: Insan Allah Tərəfindən Yaradılıb