Bu sualın cavabı araşdırılanda Allahın yaratmasında olan bənzərsizlik bir daha ortaya çıxır. Orqanizmdəki tarazlıqların qorunması üçün insan orqanizmində bitişik halda olan və qüsursuz planlaşdırılmış bir sistem fəaliyyət göstərir.
Əgər tərləməklə və ya bir müddət su içməməklə bir qədər su itkisi versək, qanın tərkibindəki suyun sıxlığı aşağı düşər. Qan beyində dolaşanda hipotalamus adlanan nahiyədəki xüsusi qəbuledicilər hərəkətə gəlir və hormonal sistemin başçısı olan “hipofiz vəzisi”nə bir siqnal göndərir. Siqnalı alan və orqanizmdəki suyun azaldığını bilən “başçı” böyrəklərə xüsusi bir mesaj (antidiuretik hormon-ADH) göndərir. Bu siqnal borucuqlardakı hüceyrələrə “orqanizmdə su qıtlığı var, artıq suyu geri çəkin” əmrini verir. Borucuqlar sidikdən daha artıq su soraraq qana qarışdırır və orqanizmdə olan böhran bu şəkildə aradan qaldırılmış olur.45
Əgər lazım olandan artıq miqdarda su içmişiksə, bu dəfə yenə də həmin əmrlər zənciri içində bir əlaqə yaranır. Lakin bu dəfə borucuqlardakı hüceyrələrə “orqanizmdə artıq su var, lazımsız yerə su çəkməyin” əmri çatır.
Beynin altında yerləşmiş hipofiz vəzisini təşkil edən hüceyrələrin yerinə yetirdiyi işi bir daha nəzərdən keçirək. Buradakı hüceyrələr özlərindən çox uzaqda olan böyrək hüceyrələrinə xüsusi bir siqnal göndərirlər. Böyrək hüceyrələri də onlara gələn əmrlərə qeyri-şərtsiz tabe olurlar. Bundan sonra böyrək hüceyrələri sidiyin tərkibindən su molekullarını bir-bir seçir və bu qarışıq mayenin içindən təmiz su əldə edərək orqanizmə ötürürlər. Beyin hüceyrələri ilə böyrək hüceyrələri arasında müəyyən bir əlaqənin olması, böyrək hüceyrələrinin sidik mayesini təmizləyərək içindən təmiz su əldə etməsi şübhəsiz ki, böyük bir ağlın göstəricisidir. Təkcə bu sistemin varlığı yer üzündəki bütün canlıların varlığını bəsit təsadüflərlə izah etməyə çalışan təkamül nəzəriyyəsini kökündən dağıdıb alt-üst etmək üçün kifayətdir. Çünki ekskretor sisteminin fəaliyyət göstərməsi üçün bir-birindən ayrı olan bir çox hissələr eyni anda mövcud olmalı və bunların hər biri bir-biri ilə qüsursuz harmoniya və bağlılıq şəraitində fəaliyyət göstərməlidir.
Məsələn, haqqında bəhs edilən sistemdə hipofiz vəzisindən böyrəklərə əmr daşıyan “antidiuretik hormon” çatışmazlığı zamanı çox ciddi xəstəliklər ortaya çıxır. Bu xəstəlik zamanı gündəlik sidik hazırlanması 1,5 litr olmalı ikən 25-30 litrə çıxır və ölümcül nəticələr doğurur.
Orqanizmimizdəki Su Nisbətinin Qorunması |
Bir insanın idmanla məşğul olarkən sərf etdiyi su miqdarı ilə dincələrkən sərf etdiyi su miqdarı arasında böyük fərq var. Belə hallarda böyrəklərin süzdüyü su miqdarı müxtəlifdir. Lakin bu miqdarı tənzimləyən böyrəklər də deyil. Hipofiz vəzi orqanizmin ehtiyacına görə antidiuretik (ADH) hormon adlı kimyəvi maddə göndərərək böyrəkləri xəbərdar edir. Böyrək hüceyrələri bu əmri aldıqları zaman qansüzmə prosesini yavaşıdır, hətta süzülən artıq mayenin tərkibindən su molekullarını geri qaytarmağa başlayırlar. Hipofiz vəzi qanın tərkibində olan suyun miqdarını tənzimləmək üçün başqa bir yoldan da istifadə edir. Hipofiz vəzidən ifraz olunan antidiuretik (ADH) hormon tüpürcək vəzilərinin tüpürcək ifrazetmə funksiyasını yavaşıdır. Bundan sonra insan susuzluq hiss edir və bir stəkan su içir. Hipofiz vəzisinin su içməyimizi təmin etmək üçün malik olmalı olduğu bilgilər barədə düşünək. İlk öncə bu kiçik ət parçası suyun əhəmiyyətini bilməlidir. Bundan əlavə, hipofiz vəzisi insanın ağzı quruduğu zaman psixoloji baxımdan su içməyə ehtiyac duyacağını bilməlidir. Hipofiz vəzisi üçüncü əsas məsələ kimi bunu bilməlidir ki, insanın ağzının quruması üçün tüpürcək vəziləri fəaliyyət göstərməməlidir. Hipofiz vəzi tüpürcək vəzilərinin fəaliyyət göstərməməsi üçün onların işinin necə dayandırılacağını da bilməlidir. Yer üzündəki milyardlarla insanın beyinlərində olan milyardlarla hipofiz vəzi hər gün, hər saniyə bu insanların nə qədər suya ehtiyaclarının olduğunu müəyyənləşdirir və həmin insanları su içməyə məcbur edir. Yalnız bu sistem insanın acizliyinə və onun yaradılmış olmasına mühüm bir dəlildir. İnsan ona görə aciz sayılır ki, o, öz ağlı ilə orqanizmində suyun azaldığını dərk etmir. Onun susuzluq hissinə ehtiyacı var. Susuzluq hissini insan üçün xüsusi olaraq yaradan varlıq isə kiçik bir ət parçasıdır. Əgər bu ət parçası olmasa, insan susamayacaq, orqanizminin suya ehtiyacının olduğunu bilməyəcək və insanların əksəriyyəti susuzluqdan bayılana qədər ağıllarına su içmək gəlməyəcək. İnsan yaradılıb, çünki heç bir təsadüf insanın beyninə həmin insana lazımi psixoloji təzyiqi tətbiq edən və insanı su içməyə məcbur edən kiçik, lakin olduqca şüurlu ət parçasını yerləşdirə bilməz. İnsanı suya möhtac yaradan və onun müntəzəm şəkildə su içməsini təmin etmək üçün lazım olan hər bir mühüm tədbiri görən qüvvə isə Uca Allahdır. |
Əgər Əsla Susamasaydınız?.. |
Orqanizmimizdəki suyun miqdarında gün ərzində baş verən ən kiçik dəyişiklikləri də müəyyən edən sistemlər var. Bunların birincisi beynimizin noxud boyda olan hipotalamus adlı bir hissəsidir. Hipotalamus qanın tərkibindəki suyun nisbəti azalanda bunu dərhal müəyyən edir. Hipotalamusun düz altında yerləşən 1 sm uzunluğundakı hipofiz vəzisi buna uyğun olaraq da bir tədbir kimi “ADH” adlı bir hormon ifraz edir. Bu hormon qan dövranı yolu ilə uzun bir səfərə çıxır və böyrəklərə çatır. Böyrəklərdə eynilə bir qıfılın açara uyğun gəlməsi kimi bu hormona tam uyğun olan xüsusi qəbuledicilər var. Hormonlar bu qəbuledicilərə çatanda böyrəklərdəki su məsrəfi dərhal nizamlanır və su itkisi aşağı səviyyəyə endirilir. Əgər hipofiz hormonu və bu hormonun gətirdiyi “su məsrəfini azaldın” əmrini qəbul edib müvafiq tədbir görən böyrək hüceyrələri olmasaydı, susuzluqdan ölməmək üçün gün ərzində 15-20 litr su içməyə məcbur olardıq. Həmin suyu da orqanizmdən kənarlaşdırmağımız lazım olduğu üçün yatmağımız və ya uzun müddət bir yerdə oturmağımız mümkün olmazdı. Lakin belə bir sistemin qüsursuz olması da yaşamağımız üçün kifayət deyil. Biz su içməli olduğumuzu və məhz nə qədər su içməli olduğumuzu bilməliyik. Buna görə də Allah insanı susuzluq hissi ilə birlikdə yaradıb. Təsəvvür edək ki, orqanizmimizdə hər şey qüsursuzdur, lakin susamırıq. O zaman doğulduqdan qısa bir müddət sonra susuz qalıb ölərdik. Susuzluq hissimiz olmadığı üçün nə üçün böhrana düşüb öldüyümüzü də bilməzdik. Halbuki bir insan dünyaya gəldiyi andan etibarən su içməli olduğunu, üstəlik nə qədər su içməli olduğunu bilir, çünki məhz lazım olan nisbətdə, lazəm olan qədər susayırıq. Bu sistem o qədər mükəmməl şəkildə fəaliyyət göstərir ki, ehtiyacımızdan nə artıq, nə də əskik maye qəbul etmirik, tam ehtiyac duyduğumuz qədər su içirik. Beləliklə, bizi “bir damla sudan” yaradan Allah orqanizmimizin bütün ehtiyaclarının ödənilməsi üçün mükəmməl sistemlər yaradıb. Çünki O, qüsursuz yaradandır: “O, yaradan, yoxdan var edən və surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət və hikmət sahibidir!” (“Həşr” surəsi, 24). |
İnsanın varlığından xəbərsiz olduğu bir çox maddələrin orqanizmdəki miqdarı böyrəklər tərəfindən tənzimlənir. Məsələn, insanların əksəriyyəti orqanizmin toxumalarında və ya qanın tərkibində natrium molekullarının olduğunu bilmir. Lakin böyrəklər bu maddənin qandakı miqdarını gecə-gündüz daimi nəzarətdə saxlayır.
Böyrəklərdə qanın tərkibindəki natriumun miqdarını tənzimləyən xüsusi qəbuledici hüceyrələr var. Əgər natriumun miqdarı aşağı düşərsə, natriumu müəyyən edən hüceyrələr bunu dərhal böyrəklərdəki natrium soran hüceyrələrə bildirirlər.
Bir hüceyrənin özünü müəyyən bir maddənin miqdarını ölçməyə həsr etməsi olduqca heyrətamiz olaydır. Maraqlı olan başqa bir məsələ isə hüceyrənin müəyyən etdiyi bir dəyişikliyi başqa hüceyrələrə xəbər vermək şüuruna malik olmasıdır.
Natrium soran hüceyrələr qanın tərkibində natriumun azaldığını öyrəndikləri zaman çox mühüm bir fəaliyyətə başlayırlar.
Orqanizmdən sidik kimi kənarlaşdırılan mayenin içinə böyrəklərdəki süzülmə zamanı bir qədər natrium qarışır. Haqqında bəhs edilən hüceyrələr sidik mayesinin tərkibindəki natrium molekullarını tutur və yenidən orqanizmə qaytarır. Beləliklə, qanın tərkibindəki natriumun miqdarı normal vəziyyətə qayıdır.
Natrium molekullarını tuta bilmələri üçün bu hüceyrələrin üzərində xüsusi nasoslar yerləşdirilib. Bu nasoslar təcili vəziyyətlərdə hərəkətə gəlir və sidik mayesinin tərkibində olan natrium molekullarını yenidən orqanizmə qaytarır.
1. Water Level A. Effect of Hormones on Nephron 9. Sodium | |
Allah has created the human body with a perfectly functioning interconnected feature. For instance, the control of the body fluids is arranged by a mechanism in the brain. When body fluids decrease, osmoreceptors (sensitive receptors) in the hypothalamus send a nerve message to the anterior pituitary gland. (1) At this signal, the hormone known as ADH is secreted. (2) The bloodstream carries this hormone to the kidneys, where it sets into motion the cells in the urine-collection sacs and causes them to reabsorb the same liquid. Every rational person can see that such an interconnected system could never emerge by chance. |
Əgər böyrəklərdə həmin geri sorma mexanizmi olmasaydı, artıq qida və maye sərfinə görə ölüm baş verərdi.
Göründüyü kimi, insan orqanizmindəki birləşmələr qüsursuzdur, sınaq mexanizmləri və təcili vəziyyətlər üçün görülmüş tədbirlər misilsizdir. Qanın tərkibindəki həyati əhəmiyyətli molekullarda baş verən hər hansı bir qüsur müvafiq hissələr tərəfindən dərhal müəyyən edilir və bu qüsurun aradan qaldırılması üçün lazımi işlər görülür. Müvafiq hüceyrələrə dərhal bir siqnal göndərilir, hüceyrələr də şüurlu bir insan kimi bu əmri anlayır, ona tabe olur və lazımi tədbirlər görürlər. Çox qısa müddət ərzində baş verən bu qüsursuz əlaqə sayəsində insanın səhhəti qorunmuş olur.
Böyrəklərdəki hüceyrələrin hər birinin yenidən nə edəcəklərini bilməsi, başqa hüceyrələrlə birləşərək hərəkət etməsi, onlara çatan xəbəri oxuyub dərk edə bilməsi və lazım olanı yerinə yetirməsi kimi incəliklər haqqında düşünəndə bütün bu hadisələr zəncirinin bir möcüzə olduğunu görürük.
Belə bir sistemin, bu sistemi təşkil edən zərrəciklərin insan orqanizmində təsadüfən yaranması isə ümumiyyətlə mümkün deyil. Göstərilən misallardan da aydın olduğu kimi, böyrəklərdə mövcud olan bu sistemin təsadüfən əmələ gəldiyini iddia etmək darvinistlərin məntiq sahəsindəki süqutunu açıq şəkildə ortaya qoymaq deməkdir. Yalnız mikroskopda görünən və proteinlərdən təşkil olunan hüceyrələrin hər bir hərəkəti ayrı bir plan və ağıl tələb edir. Əlbəttə, hüceyrələrdə belə bir ağılın olması yaradılışı sübut edir. Bu sistem Allahın sonsuz elminin, ağlının və gücünün göstəricilərindən yalnız biridir.
Bu həqiqətləri görən bir insan dayanıb düşünməli və vaxt itirmədən əməllərini hər şeyin yaradıcısı olan Allahın razı qalacağı şəkildə dəyişdirməlidir. Bu da hesab vermək üçün toplanacaqları qiyamət günündə hər bir insanın özünə fayda verəcək. Allah insanlara hesab günü ilə bağlı belə xəbərdarlıq edir:
“Allah mənim də, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru yoldur! Firqələr öz aralarında anlaşılmazlığa düşdülər. Vay o böyük günü görəcək kafirlərin halına! Onlar Bizim hüzurumuza gələcəkləri gün elə yaxşı eşidəcək, elə yaxşı görəcəklər ki! Lakin zalimlər bu gün açıq-aşkar bir zəlalət içindədirlər. Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut!” (“Məryəm” surəsi, 36-39).
Böyrəklərin çox mühüm bir funksiyası da qan təzyiqini tənzimləməkdir. Qan təzyiqini tənzimləyən mühüm amillərdən biri damarların içindəki mayenin miqdarıdır. Damarların içindəki maye nə qədər çox olsa, təzyiq də bir o qədər yüksəlir və orqanizmdəki bütün orqanlara zərər verir.
Orqanizmin damarlardakı artıq mayeni müəyyən etməsi ürəyin ön kameralarına yerləşdirilmiş qəbuledicilər sayəsində mümkün olur. Daxil olan çoxlu miqdarda maye səbəbilə ürəyin dartılması nəticəsində ürəkdəki qəbuledicilər bu vəziyyətlə bağlı beyinə siqnallar göndərir. Beyin də bunun cavabında böyrəyə gedən damarların genişliyini tənzimləyərək qanın süzülməsini artırır.
A. B. Reabsorption | 1. Nephron |
Nephrons are micro-filters in the kidneys. Above is a schematic representation of the processes in the regions where secretion and reabsorption in the nephron are carried out. |
Ürəyin ön kamerasında həyata keçən təzyiq ölçməni və bu ölçmələrə nəzərən orqanizmdə gedən tənzimləmələri xəyali bir nümunə ilə nəzərdən keçirək.
Xəyalımızda bir otaq təsəvvür edək. Bu, hər tərəfdən tamamilə təcrid edilmiş bir otaqdır. Həmin otaqda bütün ömrünü bu otaqda keçirmək məcburiyyətində olan bir insan yaşayır. Bu insanın eyni zamanda çox mühüm bir vəzifəsi də var.
Otağın divarlarındakı hava təzyiqi hər an dəyişir. Otaqda yaşayan bu insanın vəzifəsi isə hər saniyə bu təzyiqi xüsusi alətlər vasitəsilə ölçməkdir. Bundan əlavə, o, apardığı bu ölçmələri telefonla elmi proseslər mərkəzinə xəbər vermək məcburiyyətindədir. Hər gün min dəfələrlə raport verməli, həmin raportlarda da heç bir səhv olmamalıdır. Əgər bu ölçməni unutsa, yatıb yuxuya qalsa və ya səhv ölçsə, içində olduğu otaq, həmin otağın yerləşdiyi bina və bütün şəhər yox olacaq.
Əlbəttə ki, bütün həyatını bir otağın divarlarında olan təzyiqi ölçməyə sərf edən, bir saniyə də yatmadan öz vəzifəsini yerinə yetirən, həmçinin heç bir səhv etməyən bir insan ola bilməz. İnsan belə bir hadisəni xəyalında da canlandıra bilməz. Lakin insan orqanizmində baş verən həqiqətlər insanın xəyal gücünün hüdudlarını aşır. Çünki ürəyin ön kamerasının divarlarındakı hüceyrələr bütün həyatlarını kameranın divarlarında olan təzyiqi ölçməyə və bu ölçmənin nəticələrini beyinə göndərməyə sərf edirlər. Hüceyrələrin belə bir mühüm funksiyaya malik olması, öz funksiyalarını böyük bir fədakarlıqla ömürləri boyu yerinə yetirməsi, bu hüceyrələrin ürəyin daxili kamerasına yerləşdirilməsi, onların ölçmə qabiliyyətinə malik olması və ölçdüklərini beyinə bildirməsi həmin hüceyrələrin xüsusi olaraq yaradıldığını göstərir.
Ürəyin əzələ liflərinin ən incə yerlərinə çox mühüm bir xəbər daşıyan xüsusi molekullar yerləşdirilib. Bu xəbər ürəklə deyil, çox uzaqdakı başqa bir orqanla bağlı olan xəbəri daşıyır. Lakin xəbəri daşıyan molekullar qüvvətli əzələ lifləri ilə əhatə edildiklərinə görə adi şəraitdə bu nahiyədən uzaqlaşa bilməzlər.
Bəs bu molekullar hansı xəbəri daşıyır və bu molekullar nə üçün ürək əzələsinin dərinliklərində yerləşdiriliblər? Bu sualların cavabı araşdırılanda yenə də bir yaradılış möcüzəsi ilə qarşılaşırıq.
Bu molekul “adrenal natriuretik amil” adlanan bir hormondur. Daxilindəki xəbəri oxuya biləcək yeganə səlahiyyətli orqan da böyrəklərdir. Həmin xəbər böyrəklərə natriumun orqanizmdən kənar edilməsini əmr edir.46
Burada insanın ağlına “Nə üçün böyrəklərə göndəriləcək bir xəbər ürəyin dərin yerlərində gizlənir?”, “Böyrəklərin natriumu orqanizmdən kənarlaşdırması ilə ürəyin nə əlaqəsi var?” kimi suallar gələ bilər. Lakin Allah insan orqanizmini bir-biri ilə iç-içə olan minlərlə sistemlə yaradıb. Ürəyin incə yerlərində böyrəklə bağlı bir xəbərin gizlənməsi bu kompleks və qüsursuz sistemlərdən yalnız biri ilə bağlıdır.
Yüksək qan təzyiqi, yəni damarlarda olan maye miqdarının artması insan üçün olduqca təhlükəli bir vəziyyət yaradır. Əgər bunun qarşısı alınmazsa, ölümlə nəticələnə bilər. Artan qan təzyiqi ürəyin daha çox gərilməsinə səbəb olur. Bu gərilmə ilə əzələ liflərinin arası da açılır və liflərin içindəki xəbər molekulları sərbəstləşərək qana qarışır. Bundan sonra həmin xəbər qan vasitəsilə böyrəklərə çatır. Böyrək ona gələn əmrə tabe olur və orqanizmdəki natriumu kənarlaşdırmaq üçün hərəkətə gəlir. Natriumla birlikdə orqanizmdən kənar edilən mayenin miqdarı da artır. Beləliklə, qan təzyiqi normal səviyyəyə enir və ürək sağlam şəkildə döyünməkdə davam edir.
A. Angiotensin is constantly manufactured by the liver. B. The kidneys secrete rennin as a response to stress resulting from changes in nutrition or excessive exercise. C. Angiotensinogen I is formed by the activation of angiotensin and rennin. Blood carrying angiotensinogen I goes to the lungs and enters into a reaction with the enzyme ACE. D. Angiotensinogen II forms when angiotensin I and ACE react. Angiotensin II has two main effects: The first is to stimulate the release of aldosterone from the adrenal glands; the second is to cause blood pressure to rise as the smooth muscles in the blood vessels contract. | |
1. Angiotensinogen | 7. ACE |
The kidneys go into action to restore fallen blood pressure to normal. The above diagram represents the equilibrium maintenance system in the kidneys. |
Qan təzyiqi səviyyəsinin tənzimlənməsində böyrəyin rolu təkcə bununla kifayətlənmir. Qan təzyiqi aşağı düşəndə də böyrəklərdəki xüsusi quruluşa malik JGA hüceyrəsindən “renin” adlı bir maddə ifraz olunur. Lakin bu maddənin özünün birbaşa təzyiqi yüksəltmək təsiri yoxdur.
Bu maddə özünün hasil olduğu nahiyədən çox fərqli bir nahiyədən - qaraciyərdən ifraz olunan “angiotenzinogen” adlı bir molekulla birləşərək “angiotenzin-1” molekuluna çevrilir. Lakin əmələ gələn bu hormonların da qan təzyiqinə ciddi təsiri yoxdur. Qan dövranındakı bu hormon sonra yenə də başqa bir orqanda - ağciyərdə olan və yalnız “angiotenzin-1” molekulunu parçalaya bilən “ACE” adlı bir enzim sayəsində fərqli bir molekula, yəni “angiotenzin-2” molekuluna çevrilir.47
Damarlara təsir göstərib təzyiqi normal səviyyədə saxlayan əsas hormon da məhz son məqamda yaradılan bu molekuldur. Bu molekul olmasa, ondan əvvəl yaradılmış heç bir molekul qan təzyiqinə təsir göstərməyəcək. Angiotenzin-2 molekulu yenə də yalnız özü ilə birləşərək damar səthindəki qəbuledicilərlə birləşdikdən sonra damarları yığır və təzyiqi yüksəldir.
Angiotenzin-2 molekulunun təzyiqi yüksəltmək üçün gördüyü işlər bununla da bitmir. Angiotenzin-2 molekulu qan dövranı sayəsində böyrəküstü vəzilərin xüsusi bir yerinə ötürülür. Bu nahiyədə olan bəzi hüceyrələr yalnız angiotenzin-2 molekulu ilə birləşdikdən sonra yaratdıqları aldosteron adlı molekulu qana qarışdırırlar. Bu molekulun qana qarışması ilə birlikdə qan təzyiqi bu dəfə daha fərqli bir mexanizmlə yüksəlməyə başlayır. Aldosteron molekulu böyrəyin yığıcı kanalları üzərində olan özünə xas qəbuledicilərlə birləşərək sidiklə kənar edilən natrium molekullarının orqanizmə geri qaytarılmasını təmin edir.48 Natrium molekulları da qanın sıxlığını artıraraq qan təzyiqini yüksəldir.
Şübhəsiz ki, burada diqqət edilməli olan məqam bu maddələrin təsirinin bir-birinə bağlı olmasıdır. Belə bir vəziyyətdə hətta bircə dənəsinin də təsadüfən yaranması mümkün olmayan bu sistemin bütün ünsürlərinin eyni anda, eyni əsasda təsadüflər nəticəsində yaranması da əsla mümkün deyil. Bu təsadüflərin böyrəklərə idrak qabiliyyəti, tədbir görmək üçün lazım olan təşəbbüskarlıq verə bilməyəcəyi də mübahisəsiz məsələdir.
Şübhəsiz ki, yalnız qan təzyiqinin tənzimlənməsində istifadə edilən onlarla maddə və bunların təsir mexanizmləri gözdən keçirilən zaman qarşıya çıxan layihə və nizamın öz-özünə əmələ gəldiyini iddia etmək təkamül nəzəriyyəsinə bağlı olan və bunu bir inanc sistemi kimi mənimsəmiş insanlara xas cəhətdir. Belə ki, təkamülçülər də bütün həqiqətlərə baxmayaraq öz nəzəriyyələrinə bir etiqad kimi inadıqlarını müxtəlif şəkillərdə etiraf ediblər. Bu etiraflardan biri belədir:
“Bir elm adamı kimi məndə aldığım təhsil nəticəsində elmin hər hansı bir şüurlu yaradılış anlayışı ilə uyğunluq təşkil etməyəcəyi ilə bağlı çox güclü bir fikir yarandı. Bu anlayışa qarşı şiddətlə bir tədbir görülməli idi... Lakin hal-hazırda yaradılışa inamı zəruri edən izahata qarşı irəli sürülə biləcək heç bir dəlil tapa bilmirəm... Biz açıq zehinlə düşünməyə vərdiş etmişik və indi həyat üçün gətiriləcək yeganə məntiqli cavabın təsadüfi qarışıqlıqlar deyil, yaradılış olduğu nəticəsinə gəlirik”.49
Təkamülçülərin də açıq şəkildə etiraf etmək məcburiyyətində qaldıqları kimi, bütün elmi məlumatlar hər şeyin hakimi olan bir yaradıcının, yəni Allahın varlığını açıq və qəti surətdə göstərir.
Böyrəkləriniz Tibbi Biliklərə Malik Ola Bilərmi? | |
Böyrəklərinizə vurulan qanın tərkibindəki eritrositin miqdarı böyrəklər tərəfindən daim ölçülür. Həssas qəbuledicilərlə müəyyən edilən məlumatlar dərhal qiymətləndirilir və lazımi tədbirlər görülür. Böyrəkdən süzülən qanın miqdarında bir azalma qeydə alınanda böyrəklərdəki xüsusi hüceyrələrdən “eritropoetin” adlı bir hormon ifraz olunur. Bu hormon qan istehsalını artırmağa yarayır. Hormon öz təsirini böyrəkdən kənar bir yerdə sümük iliyinə göstərəcək. Sümük iliyində olan əsas qanyaradıcı hüceyrələr bu hormonun eritrosit sayının azaldığını bildirməsi ilə eritrosit hazırlanmasını sürətləndirərək qan dövranına daha çox eritrosit verir. Bunun nəticəsində eritrositin tarazlığı tənzimlənmiş olur. Göründüyü kimi, böyrək hüceyrələri müəyyənləşdirir, məlumatları qiymətləndirir və lazım olanı tətbiq etmək kimi təşəbbüsü yerinə yetirir. Sümük iliyindəki hüceyrələr də böyrəklərdən gələn bir hormonla göndərilmiş mesajı necə çözəcəklərini bilir və bu xəbər əsasında hərəkət edirlər. Üstəlik bütün bu proseslər milyardlarla insanın hər birində eyni şəkildə həyata keçir və bu uyğunluq bütün insanlarda eynidir. Bütün bu proseslərdə hüceyrələr açıq şəkildə ağıl nümayiş etdirirlər. Belə olan halda həmin ağlın mənbəyinin nə olması sualına cavab verilməlidir. Hüceyrələrin belə ağıla öz-özünə və ya təsadüfən nail olmalarını iddia etmək mümkün deyil. Hüceyrələrə bu ağlı yerləşdirən, onlara necə davranacaqlarını ilham edən qüvvə hər şeyi öz nəzarətində saxlayan Uca Allahdır. Allahdan başqa heç bir qüvvə yoxdur. |
1. Pump 4. Blood is Taken from The Vein 6. Blood is Returned To The Arteries 9. Clean Dialysis Fluid If the kidneys lose their function or work insufficiently, dialysis machines are used to replace them. Yet dialysis machines cannot replace the ease of use, dimensions or processing speed of the body’s renal system. Thanks to this perfect creation of Allah in an exceedingly small space, we are unaware even of the processes taking place inside our bodies. |
Lazımi səviyyədə fəaliyyət göstərməyən orqanlarımızı əvəz edə biləcək süni orqanlar və cihazlar müasir texnologiyanın verdiyi imkanlarla təbabətin istifadəsinə verilib. Böyrəklər öz funksiyalarını itirəndə və ya hər hansı bir mənfi hal yarananda da bunun əvəzinə orqanizmin təmizləmə sistemi kimi fəaliyyət göstərməli olan dializ mexanizmləri inkişaf etdirilib. Ölçüləri böyrəklərlə müqayisə edilməyəcək qədər böyük olan bu mexanizmlərdə qan müəyyən qurğulardan keçirilir və qan özünün tərkibindəki sidik cövhəri, sidik turşusu kimi zərərli maddələrdən və artıq mayelərdən təmizlənir.
Bu cihaz sadə diffuziya (bir maddənin qarışıq bir nisbətdən nisbətən az qarışıq nisbətə keçməsi) üsulu ilə işləyir. Arteriyadan çıxan boru ilk öncə bir nasosa gəlir. Bu nasos qanı dializ mexanizminə vurur. Dializ mayesi oksigenlə zəngindir və duz konsentratı baxımından da plazmaya bərabərdir. Qan dializ mayesi içində olan dializ borucuqlarından keçirilir. Qanın tərkibindəki sidik cövhəri kimi artıq maddələr diffuziya ilə dializ mayesinə keçdiyi halda eritrosit və protein kimi lazımlı maddələr dializ borucuqlarında qalır. Bu proses zamanı dializ mayesi mexanizmin içində xəfif şəkildə çalxalanır. Bunun nəticəsində qandakı artıq maddələr təmizlənir və qan geri qaytarılacaq vəziyyətə gətirilir. Əgər qanın qidalandırılmasına ehtiyac olarsa, dializ mayesinə qlükoza əlavə edilir və yenə də diffuziya üsulu ilə qana keçirilir. Təmizlənmiş qan bir boru ilə venaya verilir. Bütün bu proseslər zamanı dializ mayesi fasiləsiz olaraq təzələnir və hər dəfə də bədən temperaturuna uyğun şəkildə saxlanılır. Əks halda xəstə çoxlu miqdarda istilik itirmiş olar.
Tam bir dializ prosesi 4-6 saat çəkir və dializ mayesi bir neçə dəfə dəyişdirilir. Bu proses bir çox xəstəyə həftədə iki və ya üç dəfə tətbiq edilir. Lakin dializ heç bir şəkildə böyrəyin yerini vermir.50 Ən güclü şəkildə işləyən təsirli dializ mexanizmlərində də xəstənin həyatı yalnız bir neçə il uzadıla bilir və əksər xəstələr bir müddət sonra vəfat edirlər.
İnsan orqanizmindəki hər şey ən mükəmməl, ən ideal şəkildə planlaşdırılıb. Texnologiyadan istifadə edilməklə aparılan bütün tədqiqatlarda əsas məqsəd insan orqanizmindəki layihənin bənzərini hazırlamaqdır. Lakin orqanizmimizdə olduğu kimi kiçik nahiyələrə həmin xüsusiyyətlərə malik olan texnologiyanın yerləşdirilməsi mümkün deyil.
Allahın insan orqanizmində yaratdığı sistem hər cəhətdən misilsiz və mükəmməldir. Hər bir insanın vəzifəsi bunları Allahın bir neməti kimi görüb yaşadığı hər an üçün Allaha şükr etməkdir:
“Sizin dincəlməyiniz üçün gecəni və gündüzü işıqlı yaradan Allahdır, Allah insanlara lütfkardır, lakin insanların çoxu şükr etməz! Bu sizin Rəbbiniz, hər şeyin xaliqi olan Allahdır. Ondan başqa heç bir tanrı yoxdur! Siz necə döndərilirsiniz? Yalnız Allahın ayələrini inkar edənlər belə döndərilərlər!” (“Mumin” surəsi, 61-63).
Hansı Daha Üstün Quruluşa Malikdir: 5-10 Sm-Lik Böyrək Yoxsa Yüksək Texnologiya Məhsulu Olan Dializ Mexanizmi? | |||||||||||||||||||||
Göründüyü kimi, böyrək dializ mexanizmi ilə müqayisə edilməyəcək üstünlüyə malikdir. Elə isə bunu düşünün: bir dializ mexanizmi təsadüflərin nətiəsi ola bilərmi? Yüksək texnologiyanın məhsulu olan bu mexanizmin öz-özünə yarandığını deyən bir insanla qarşılaşsanız, onun haqqında nə düşünərsiniz? İndi isə belə düşünək: bir dializ mexanizmi təsadüfən yaranmadığı halda onunla müqayisə edilməyəcək qədər üstün bir quruluşa malik olan böyrək təsadüfən yarana bilərmi? Əlbəttə ki, yarana bilməz. Böyrək bütün bu xüsusiyyətləri ilə birlikdə üstün bir ağlın və qüvvənin nəticəsidir, hər şeyi qüsursuz, müəyyən bir nizamda yaradan Uca Allahın əsərlərindən biridir. |
45.Arthur C. Guyton, Textbook of Medical Physiology, W.B. Saunders Company, 7th Edition, 1986, p. 614.
46.Arthur C. Guyton, Textbook of Medical Physiology, W.B. Saunders Company, 7th Edition, 1986, p. 613
47.Montgomery, Conway-Spector-Chappel, Biochemistry, Mosby-Year Book, Inc., 1996, p. 604
48.Arthur C. Guyton – John E. Hall, Textbook of Medical Physiology, Guyton & Hall, 9th edition, p. 345
49.Chandra Wickramasinghe, Interview in London Daily Express, August 14, 1981.
50.Arthur C. Guyton and John E. Hall, Textbook of Medical Physiology, Guyton & Hall, 9th edition, p. 420.