İnsan orqanizmində fasiləsiz şəkildə fəaliyyətdə olan 100 trilyon hüceyrə var. Hüceyrələrin fəaliyyəti nəticəsində ortaya tullantı halında artıq maddələr çıxır. Sidik cövhəri, sidik turşusu və keratin maddələrindən (nəcisdən) ibarət olan bu tullantılar həddindən artıq zəhərlidir. Əgər bunlar orqanizmdən kənar edilməsələr, orqanizmin funksiyaları qısa müddət ərzində pozular və ölüm insan üçün qaçılmaz olar.
B. Veins Between Lobules 1. Collector Duct |
The creation in the kidney could never have come about by chance. To the side is shown the detailed structure of just one of the more than 1 million nephrons in the kidney. |
Beləliklə, bu yerdə insan orqanizmində olan qüsursuz layihə bir daha ortaya çıxmış olur. Mühərriklərdə işlənmiş qazın çıxarılması üçün xüsusi sistemlər qurulduğu kimi orqanizmin gündəlik fəaliyyəti zamanı əmələ gələn zəhərli maddələrin bədəndən çıxarılması üçün də xüsusi sistem yaradılmışdır. Bu sistem ekskretor (boşaltma) sistemidir.
Hüceyrələr zəhərli tullantılarını çaylara atan fabriklər kimi tərkiblərində olan zəhərli maddələri qan plazmasına buraxırlar. Bu, orqanizmi başdan-başa dolaşıb uzun məsafələr qət edən qan çayının 100 trilyon fabrikin tullantıları ilə çirklənməsi deməkdir. Bu çirklilik insan həyatı üçün olduqca zərərli və təhlükəlidir. Buna görə də sürətlə çirklənən qan dərhal təmizlənməlidir.
Lakin burada başqa bir mühüm problem var. Çirklənən qanın tərkibində sidik cövhəri, sidik turşusu kimi zəhərli maddələrlə yanaşı amin turşuları, vitaminlər, su və qlükoza kimi orqanizmin ehtiyac duyduğu maddələr də var. Belə olan halda qanı təmizləyən sistemin yalnız sadə bir süzmə prosesi həyata keçirməsi kifayət etməyəcək. Bu sistemin faydalı maddələri tanıyıb mühafizə etməsi ilə yanaşı yalnız zərərli maddələri digərindən ayıraraq kənarlaşdıran kompleks təmizləmə sistemi kimi də fəaliyyət göstərməsi lazım gəlir.
Əlbəttə ki, belə xüsusiyyətlərə malik olan bir sistem yer üzünün ən ideal və ən yüksək texnologiyaya malik təmizləmə sistemi olacaq. İlk anda belə bir kompleks sistemin olduqca böyük bir sahədə inşa ediləcəyini düşünmək mümkün ola bilər. Lakin bu misilsiz təmizləmə sistemi olduqca kiçik bir sahəyə - kürəyinizin altına, beliniz səviyyəsində, üstəlik siz hələ ana bətnində olarkən yerləşdirilmişdir.
Böyrək adlandırılan bir cüt orqanınız heç bir texnologiya ilə müqayisə edilməyəcək bir üstünlüklə təmizləmə sistemi funksiyasını yerinə yetirir.
Orqanizmdə dolaşan qan əvvəlcə böyrəklərdə süzülür. Süzmə prosesinin həyata keçməsi üçün böyrəklərin içinə kiçik ölçüdə bir çox süzgəclər yerləşdirilib. Bu süzgəclərin sayını və ölçüsünü nəzərdən keçirəndə böyük bir yaradılış möcüzəsi ilə qarşılaşırıq. Yalnız bir böyrəyin içində 1 milyon 200 min ədəd süzgəc var. Bu mikrosüzgəclərə nefron deyilir. Bir nefron bouman kapsulu (nefronun ucunda olan yarı kürəşəkilli, kapilyarlardan ibarət olan bir quruluşdur), yumaqcıq, malpigi borucuğu və böyrək damarlarından ibarətdir.43 1 milyon 200 min süzgəcin hər biri minlərlə mikrodəliyi olan ideal bir quruluşa malikdir.
Ürəkdən çıxan qanın təxminən 1/4 hissəsi böyrək arteriyaları vasitəsilə böyrəklərə gəlir. Bu, dəqiqədə bir litrdən artıq qan deməkdir. Qanı gətirən damar böyrəyə daxil olar-olmaz saysız kapilyarlara ayrılır. Bu kapilyarların hər biri bir mikrosüzgəcə bağlıdır. Ürəyin təzyiqi sayəsində qan sürətlə süzgəcin səthinə çırpılır, zərərli maddələr və su süzgəcin o biri tərəfinə keçir. Proteinlər və qan hüceyrələri böyük olduqları üçün bu süzgəcdən keçmirlər. Beləliklə, süzgəcin digər tərəfinə keçməyən qan süzülmüş və təmizlənmiş olur.
Bura qədər verilən məlumatlar barədə ətraflı düşünmək faydalı olacaq.
Yumruğunuz böyüklüyündə olan bir ət parçasının içinə 1 milyon 200 min süzgəc yerləşdirilib. Bu süzgəclərin hər birində həmin müfəssəl quruluş qüsursuz olaraq mövcuddur. Məsələn, hər biri nefronda yumaqcıq adlanan (bouman kapsulu içindəki kapilyar damarlar yığını) bir hissə var. Bu hissənin xüsusiyyətlərini qısaca şəkildə nəzərdən keçirək.
1. Blood enters the nephron. 2. Uncleaned blood circulates in the glomerulus. 3. Small molecules are absorbed by the Bowman capsule membrane, leaving a filtered fluid. 4. The filtered fluid heads to the tubules. 5. The tubules’ walls absorb vitally important amino acids, glucose and salts. 6. These substances enter the capillary vessels to be re-absorbed by the tubule wall. 7. Unnecessary water and toxic substances in the blood are expelled from the tubule as urine. 8. Cleansed blood leaves to rejoin the bloodstream. |
The detailed structure shown above exists in every one of the more than 1 million nephrons in the kidney. The blood in each nephron goes to the capillary vessel node, known as the glomerulus. The glomerulus lies inside the Bowman capsule, and between these two is a fine membrane. That membrane is the kidney filter. This flawless creation in the kidney belongs to Allah. |
Bouman kapsuluna daxil olan yumaqcıq burada damar yumağını əmələ gətirmək üçün bir çox kapilyarlara ayrılır. Daha sonra bu kapilyarlar birləşərək yenə arteriya kimi kapsuldan çıxırlar.
Orqanizmdə iki arteriya arasında olan kapilyar damarların şəbəkəsinə yalnız bu yerdə rast gəlinir. Yumaqcıq kapilyarları iki arteriya arasında olduğu üçün qan təzyiqi orqanizmin başqa kapilyarlarından fərqli olaraq burada daha yüksəkdir. Qan təzyiqinin bu nahiyədə yüksək saxlanmasının məqsədi var. Qan təzyiqi yüksək olduğuna görə süzülmə prosesi daha dəqiq şəkildə baş verir. Yenə də başqa kapilyarlardan fərqli olaraq bu yerlərdə damar divarları ikiqatdır. Bu quruluş onlara həm yüksək təzyiqə davam gətirmək qabiliyyəti verir, həm də protein və leykositlərin kapilyarlardan kənara çıxmasının qarşısını alır.
Bütün bu xüsusiyyətlər sayəsində yumaqcıq kapilyarlarından bouman kapsuluna yalnız su və suda ərimiş maddələr keçə bilir. Başqa kapilyarlarda geriyə sorulma hadisəsi olduğu halda burada olan kapilyarlarda geriyə sorulma yoxdur.
Böyrəklərdə olan quruluşa bir nümunə kimi böyrək damarlarını göstərə bilərik. Süzgəclərə çirklənmiş qanı gətirən, süzülən tullantıları kənarlaşdıran və yerdə qalan təmiz qanı yenidən orqanizmə daşıyan boru (damar) sistemləri 1200000 süzgəcin hər biri üçün ayrı-ayrılıqda döşənib. Böyrəklərdə olan milyonlarla borudan (damardan) təşkil olunmuş bu sistem heç bir mürəkkəbliyə və dolaşıqlığa imkan verməyəcək şəkildə planlaşdırılıb. Bütün damarlar lazımi yerlərə bağlanıb. Böyrəklərdə damarların hansı bir yolla gedəcəyi, hara gedəcəyi, hansı yollardan keçərək böyrəkdən kənara çıxacaqları, maddələri hara daşıyacaqları kimi hər bir proses xüsusi olaraq yaradılıb.
Burada haqqında bəhs edilənlər böyrəklərdə olan incə quruluşun çox kiçik hissələridir. Böyrəklərdəki yalnız bir funksiya və ifraz olunan bir maddə ilə bağlı səhifələr dolusu kitablar, saysız-hesabsız elmi tədqiqat işləri və təcrübələr mövcuddur. Bunun kimi insan orqanizmi ilə bağlı aparılan bütün tədqiqatlar yalnız bir nəticəni verir. Orqanizmimizi təşkil edən bütün hissələrin vahid şəkildə mövcud olması zəruridir. Çünki bizim həyatımızı davam etdirməyimiz orqanizmimizin vahid şəkildə fəaliyyət göstərməsinə bağlıdır. Ekskretor sisteminin hissələrindən biri olan böyrəklərdəki arterial damar sisteminin yuxarıda bəhs edilən xüsusiyyəti olmasa, orqanizmin tarazlığı pozulacaq və bu da ölümlə nəticələnəcək.
Bu hal insan orqanizminin özünün bugünkü vəziyyətinə müəyyən zaman ərzində baş verən təsadüflər və mutasiyalar kimi amillərlə və mərhələli şəkildə gəldiyini iddia edən təkamülçülərin iddialarını da darmadağın edib boşa çıxarır.
Təsadüflərlə bağlı belə bir ssenari təşkil edək. Bir kapilyarın əmələ gəlib, sonra isə yenə də təsadüfən yaranmış başqa kapilyarlarla birləşib, təsadüf nəticəsində yaranmış böyrəyin içində kapsullar əmələ gətirib, sonra yenə də bu kapilyarların arteriya kimi birləşməsi və təsadüfən süzmə prosesini ən uyğun şəkildə yerinə yetirən quruluş əldə etməsi mümkündürmü? Əlbəttə, məlumdur ki, təsadüflərin təsadüflərlə ardıcıl şəkildə əvəzlənməsi ilə uzanıb gedən bu nağıl uydurma bir ssenaridir, çünki hər hansı bir canlının heç bir sistemi bu şəkildə yarana bilməz. İnsan orqanizmində hər şey qüsursuz bir plana əsasən yerli-yerindədir. Əlbəttə ki, bu planı hazırlayan, bu layihənin sahibi olan bir qüvvə vardır. Bu qüvvənin sahibi bütün elmlərin sahibi olan Uca Allahdır.
Həmçinin bura qədər qeyd olunanlar böyrəklərdəki quruluşun və baş verən proseslərin yalnız ilk mərhələsinin təsviridir.
1. Departing artery | 5. Bowman Capsule Basal Membrane |
Above, a glomerulus, one of the thousands of the small nodes in the capillary vessels, and Bowman capsules. To the side is shown a closer cross-section of a Bowman capsule. |
Qlükozanı, Proteini, Natriumu Ayıra Bilən Böyrəklər Yaradılışın Açıq Dəlilidir | ||
İki böyrəyimiz həyatımız boyunca orqanizmimizdə hərəkət edən qanı təmizləyir. Süzgəcdən keçirdiyi maddənin bir hissəsini yenidən orqanizmə qaytarır, yerdə qalan hissəsini isə faydasız olduğu üçün orqanizmdən kənarlaşdırır. Görəsən böyrəklərin proteini, sidik cövhərini, natriumu, qlükozanı və başqalarını bir-birindən necə ayırdığını bilirsinizmi?
Böyrəklərdə onlara gələn qanın tərkibindəki maddələri süzən “qlomerula” adlı kapilyarlardan ibarət olan yumaq şəklində bir sistem var. Buradakı kapilyarlar orqanizmi əhatə edən başqa kapilyarlardan üçqatlı sarılması ilə fərqlənir. Beləliklə, bu üç təbəqə böyrəklərdə hansı maddənin süzülüb orqanizmdən kənar ediləcəyini, hansının isə yenidən qana qarışacağını böyük diqqət və dəqiqliklə QƏRARA ALıR. Lakin oxuduğunuz bu cümlədəki mühüm bir detala diqqət edin. Bir hüceyrənin divarı özünə gələn mayenin içindəki bütün maddələri məhz nəyi ölçü meyarı götürərək və məhz hansı mexanizm əsasında yenidən müəyyən edib onların hansı yerə getmələrinin lazım olduğunu qərarlaşdırır? Böyrəyə gələn qanın tərkibində qlükoza, bikarbonat, natrium, xlor, sidik cövhəri və keratin kimi bir çox maddələr var. Böyrək bu maddələrin bəzilərini tam şəkildə, bəzilərinin isə bir hissəsini orqanizmdən kənarlaşdırdığı halda digər bir hissəsini də tamamilə qana göndərir. Bir ət parçası bu maddələrin hansının nə qədər kənarlaşdıracağını necə müəyyən edi bilir? Bu sualın cavabı həmin ət parçasının qüsursuz bir quruluşla yaradılmasıdır. Qlomerulların seçmək kimi fövqəladə xüsusiyyətləri mayenin tərkibində olan molekulların elektrik yükləri və böyüklükləri ilə bağlı olaraq tənzimlənir. Yəni qlomerullar mayenin tərkibində qarışıq halda olan natriumla qlükozanın molekul ağırlığını hesablama və proteinlərin neqativ elektrik yüklü olduqlarını MÜƏYYƏN EDƏ BİLMƏ qabiliyyətinə malikdir. Beləliklə, orqanizm üçün həyati əhəmiyyətə malik olan proteinlər orqanizmdən kənar edilməyərək yenidən geri qaytarılırlar. Bəs sizcə, kapilyarlardan ibarət quruluşa malik olan qlomerullar nə kimya, nə fizika, nə də biologiya üzrə təhsil almamalarına baxmayaraq belə bir yüksək qabiliyyəti necə əldə edirlər? Qlomerullar onları yaradan Allahın ilhamı ilə hərəkət etdiklərinə görə belə bir qabiliyyətə malik olub funksiyalarını qüsursuz olaraq yerinə yetirirlər. Süzgəcdən keçirdikləri heç bir maddə təsadüfən seçilmir. Əgər təsadüfən seçilsəydilər, bu şüursuz varlıqlar doğru molekulu tapana qədər orqanizmimzin öz varlığını sağlam bir şəkildə davam etdirməsi mümkün olmazdı. Lakin bütün bu dəlillərə baxmayaraq darvinistlər təkamül nəzəriyyəsinə elə möhkəm aludəçiliklə bağlıdırlar ki, həqiqətləri görmürlər. Özlərini və başqa insanları hər şeyin təsadüf olduğuna inandıraraq ağıldan, məntiqdən və elmilikdən tamamilə uzaqlaşırlar. |
Böyrəklərdəki mikrosüzgəclərdən dəqiqədə 125 ml maye süzülür və bu maye artıq maddə qismində qan dövranından süzgəcin digər tərəfinə atılır. Bu da gündə 180 litr, başqa sözlə, təxminən dörd avtomobilin yanacaq ehtiyatını ödəyəcək qədər mayenin süzülməsi deməkdir.44
60-70 kq ağırlığında olan bir insan orqanizmi gündə 180 litr maye itirilməsinə əlbəttə ki, dözə bilməz. Bundan əlavə, bu mayenin tərkibində zəhərli maddələrlə yanaşı insan orqanizminin ehtiyac duyduğu amin turşuları, vitaminlər və qlükoza kimi olduqca mühüm maddələr də var. Bu maddələrin itirilməsi orqanizmin məhv olması deməkdir. Belə olan halda süzülən mayenin bu vəziyyəti ilə orqanizmdən kənar edilməsi, faydalı maddələrin zərərli maddələrdən ayırd edilərək tutulması və yenidən orqanizmə qaytarılması lazımdır.
Belə ki, mikrosüzgəclərdə süzülən mayenin 99 faizi böyrəklərdəki təmizləmə sistemləri tərəfindən geri sorulur və yenidən qan dövranına qarışır. Eyni zamanda orqanizmin ehtiyac duyduğu maddələr də həmin geri sorulma zamanı bir-bir tutulur və tərkibə qaytarılır. Beləliklə, vitaminlərin, amin turşularının və ya başqa mühüm maddələrin sidik yolu ilə orqanizmdən kənar edilməsinin qarşısı alınır.
Qanın yuxarıda qeyd edilən şəkildə təmizlənməsi, yəni faydalı maddələrin ilk süzülən maye arasından yenidən geri sorulması üçün hər cəhətdən ideal, çoxfunksiyalı bir təmizləmə sisteminə ehtiyac var. Allah uzunluğu 10 santimetr, çəkisi 100 qram olan böyrəyin içinə 1 milyondan artıq mikrotəmizləmə borusu yerləşdirib.
Ürəkdən böyrəyə vurulan qanın 1 milyondan artıq mikrosüzgəc tərəfindən süzüldüyünü gördük. Bu mikrosüzgəclərin arxasınca haqqında bəhs edilən mikrotəmizləmə boruları yerləşdirilib. Bu, uzunluğu 31 mm olan bir borucuqdan ibarətdir. Lakin bu, sadə bir boru deyil. Bu boru yer üzünün ən ideal təmizləmə borularından biridir. Belə ki, insan bu gün malik olduğu bütün texniki imkanlara baxmayaraq bu kiçik boru qədər ideal bir təmizləmə mexanizminin layihəsini hazırlaya bilmir.
Bu borunun necə işlədiyini nəzərdən keçirməzdən əvvəl çox mühüm bir məqam üzərində dayanmaq lazımdır. Bu mikrotəmizləmə borularının uzunluğu 31 mm-dir. Bu borulardan yalnız bir böyrəkdə 1 milyondan artıq olduğu təsəvvür edilsə aydın olar ki, həmin borular uc-uca əlavə ediləndə 31 kilometrdən artıq bir boru xətti yaranar.
31 kilometr uzunluğundakı boru xəttinin 10 sm olan bir ət parçasının içinə qüsursuz şəkildə yerləşdirilməsi Allahın bizə insan orqanizmində göstərdiyi milyonlarla yaradılış möcüzələrindən biridir. Mikrosüzgəcin o biri tərəfinə keçən və içində zərərli maddələrlə yanaşı mühüm miqdarda faydalı maddələr olan sarı rəngli böyrək mayesi 31 mm uzunluğundakı təmizləmə borusu içində çox əhəmiyyətli bir səfərə çıxır.
Burada yenidən üzərində dayanmalı olduğumuz mühüm bir məqam var. Bura qədər haqqında “təmizləmə borusu” və ya “boru xətti” kimi bəhs etdiyimiz 31 mm uzunluğundakı borucuq canlıdır. Daha doğrusu, milyonlarla canlı hüceyrənin birləşməsi ilə əmələ gəlmiş bir boru yığınıdır. Bu boru xəttini təşkil edən hüceyrələr insan orqanizmi üçün həyati əhəmiyyətli bir funksiyanı ağlasığmaz bir əzm, şüur və məsuliyyətlə yerinə yetirirlər.
Hüceyrələr insanın yaşaması üçün lazım olan maddələri sidiyin tərkibindən seçib ayırır və tuturlar. Daha sonra isə olduqca böyük bir enerji sərf edərək bu maddələri boru xəttini əhatə edən kapilyarlara keçirirlər. Beləliklə, qlükoza, amin turşuları və proteinlər kimi həyati əhəmiyyətli maddələr qan dövranına geri qaytarılmış olur. Bu daşıma prosesinin baş verməsi üçün hüceyrələrə yardım edən daşıyıcı molekulların da həmin şəraitdə hazır olması lazım gəlir. Bir sözlə, burada hər şey qüsursuz şəkildə planlaşdırılıb və tənzimlənib.
Məhz bu məqamda bir az düşünməliyik. Hüceyrələr yerinə yetirdikləri bu işin müqabilində heç bir fayda əldə etmirlər. Lakin hüceyrələr lazımi molekulları bir kimyaçı kimi müəyyən edib bu molekulları nəqliyyat şirkətinin işçiləri kimi gecə-gündüz qan damarlarına daşıyırlar. Bir hüceyrənin maddələr arasından seçim edə bilməsi üçün onun bu maddələri tanıyacaq bilgiyə və onları toplamaq qabiliyyətinə, bunları ayırd edə biləcək ağıla və şüura malik olması lazım gəlir.
Lakin təkcə bir hüceyrənin ağıla malik olması da kifayət deyil. Əsas şərt böyrəklərdəki milyonlarla hüceyrənin bir boru əmələ gətirəcək şəkildə toplanması, bütün bu hüceyrələrin eyni şüura malik olaraq böyük bir ahəngdarlıqla fəaliyyət göstərməsidir. Əlbəttə, böyrəklərin fəaliyyət göstərməsi üçün yalnız bir borunun əmələ gəlməsi də kifayət deyil. Bu borunun yanında həmçinin başqa bir hüceyrə kütləsi də eyni fəaliyyəti göstərməli və başqa bir boru xətti qurmalıdır. Buna görə də buna analoji iradəni göstərən milyardlarla hüceyrənin ayrı-ayrılıqda birləşməsi ilə üst-üstə 1 milyon bir-birindən ayrı boru xətti əmələ gəlməlidir. Eyni zamanda yenə milyardlarla hüceyrə üst-üstə 1 milyon süzgəc əmələ gətirəcək formada birləşməli və bu boru xəttinin girişlərində yerləşməlidir.
Unutmaq olmaz ki, heç bir hüceyrə şüura malik deyil. Əgər bir hüceyrə yığını birləşib ağıl, məsuliyyət, şüur və harmoniya tələb edən bir iş görürsə, bu, Allahın sonsuz ağlının, misilsiz yaradan olmasının orqanizmimizin bir küncündəki kiçik bir boru üzərindəki göstəricisidir. Belə bir qüsursuz nizam təsadüflərlə deyil, yalnız üstün bir qüdrət sahibi olan Uca Allahın “Ol!” deməsi ilə yarana bilər:
“Göyləri və yeri yoxdan yaradan Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “OL!” -deyər, o da olar” (“Bəqərə” surəsi, 117).
Böyrəklərin başqa funksiyalarını nəzərdən keçirməzdən əvvəl daxilimizdə olan su dünyasına nəzər salmağımız faydalı olardı. İnsan orqanizminin bərk görünüşü əslində orqanizmin daxilindəki su dünyasına əsaslanır. Ümumi kütləmizin 60 faizini təşkil edən suyun yarıdan çoxu hüceyrələrin içindədir. Yerdə qalan hissəsi isə orqanizmimizin başqa hüceyrələrinin payına düşür.
Hüceyrələri əhatə edən su müəyyən sıxlıqda olmalıdır. Əks təqdirdə çox təhlükəli nəticələr yarana bilər. Hüceyrələri əhatə edən suyun əhəmiyyətini bu nümunə ilə vurğulaya bilərik. Əgər bir qan damcısındakı hüceyrələri bulaq suyuna qoysaq, həmin hüceyrələrin şişdiklərini və partladıqlarını görərik. Əgər kran suyundan da sıx bir mayenin içinə qoysaq, bu dəfə də hüceyrələrin burulduğunu görərik.
İlk sınaqda bulaq suyu daha sıx hüceyrənin içinə hücum edəcək. İkinci sınaqda hüceyrə içindəki su daha sıx bir şəraitə çıxacaq. Orqanizmdəki hüceyrələrdə baş verən belə proseslər sonu ölüm olan nəticələr yarada bilər. Buna görə də orqanizm daxilindəki mayenin tamamilə lazımi sıxlıqda olması əsas şərtdir.
1. Liver Veins
| |
It is essential that each of the above components making up the excretory system for removing waste products from the body should exist fully formed. This is one of the proofs that the human body is created by Allah. |
Böyrəklərin yaradılışında sözügedən tarazlığı qoruyan xüsusi sistemlər var. Böyrəklər qanı süzüb təmizləməklə yanaşı eyni zamanda daxilimizdə olan və dəniz kimi xarakterizə edilə biləcək suyun sıxlığını da tənzimləyən bir cüt möcüzəvi orqandır. Bu orqan toxumalarınızda olan mayenin miqdarını və bu mayenin sıxlığını bilir və buna uyğun olaraq da orqanizminizdə lazımi tənzimləmələri həyata keçirir.
Toxumalardakı su nisbəti gündəlik həyatda insanın ağlına belə gəlməyəcək bir mövzudur. Lakin sizin xəbəriniz olmadan böyrəklər bu su nisbətini sizin üçün tənzimləyir və eynilə sizin üçün funksiya daşıyan yüzlərlə müxtəlif sistem və trilyonlarla hüceyrəniz kimi fasiləsiz olaraq fəaliyyət göstərirlər.