Ola bilsin ki, hal-hazırda bir yerdə oturmusunuz və ya uzanmısınız. Əlinizdə olan kitabı oxuyub bitirdikdən sonra ehtimal ki, ayağa qalxıb yeriyəcək, bəlkə də yerdən əyilib bir şey götürəcək və ya əlinizi kitabxananın üst rəfinə uzadıb kitabı ora qoyacaqsınız. Bütün bunları edərkən bir tərəfdən də barmaqlarınızla möhkəmcə tutduğunuz fincandakı çayınızı içirsiniz. Lakin bu sətirləri necə oxumağınızdan və hansı işi yerinə yetirməyinizdən asılı olmayaraq bütün hərəkətlərinizi sümükləriniz və sümüklərin əmələ gətirdiyi güclü skelet sistemi sayəsində edirsiniz. Əgər sümükləriniz və skeletiniz olmasaydı, bu yazını oxuya bilməzdiniz, nəinki yerininzdən qalxıb hərəkət etməyiniz, qaçmağınız və yeriməyiniz, hətta əlinizi hərəkət etdirməyiniz də mümkün olmazdı. Çünki orqanizminiz içi boş olan bir çuval və ya bir ət parçası kimi yerə sərilərdi. Orqanlarınız öz ağırlığınız altında əzilər və bir neçə saniyə ərzində ölərdiniz.
Gündəlik həyatda heç düşünmədən yerinə yetirdiyimiz və çox sadə hesab etdiyimiz hərəkətləri də sümüklərimizin funksional quruluşları sayəsində edirik. Məsələn, bu kitabı oxuyarkən hansı hərəkətləri etdiyinizi düşünək. Bu səhifəni oxuya bilmək üçün əvvəlki səhifəni çevirdiniz. Bunu edərkən ilk olaraq şəhadət və orta barmağınız işlədi. Baş barmağınız da sizə kömək etdi. Şəhadət barmağınızı təşkil edən üç hissədən ibarət sümük sıra ilə büküldü. Eyni zamanda barmağınızı təşkil edən iki sümük havaya qalxaraq səhifəni çevirdi. Bütün bunlar baş verərkən əlinizin bağlı olduğu bilək sümüyü və əlinizdəki digər sümüklər müxtəlif formalarda büküldülər, elastik hərəkətlər etdilər. Əlbəttə, qol sümükləri də səhifəyə doğru uzanmağa kömək etdilər. Qısası, bəlkə də mövcud olduğunu bilmədiyiniz bir mexanizmin yenə də siz bilmədən sizin üçün bir çox prosesləri eyni zamanda etməsi sayəsində bu kitabı oxumağa başladınız və səhifələri çevirməkdə hələ də davam edirsiniz.
Gülmək, qaçmaq, yerimək, oturmaq, qalxmaq, ayaq üstdə dayanmaq, yatmaq, yazı yazmaq... Hər bir insan bu prosesləri sümükləri sayəsində icra edir. Sümükləri sayəsində yeriyir, yenə də onların sayəsində ayaq üstdə dayanır, yatır, gülür, sümükləri sayəsində yemək yeyir... İnsanın skeleti 206 ədəd sərt hissənin birləşməsi ilə əmələ gəlib. Bu hissələr düzəlt-dağıt oyununun hissələri kimi bir-birinə tam şəkildə uyğunlaşdırılıb və müəyyən uclardan bir-birinə birləşiblər.
A Component Structure: The Skeleton |
Sümüklər və sümüklərin birləşərək əmələ gətirdiyi skelet quruluş, vəzifə və funksiya qismində incələnəndə çox mühüm bir yaradılış möcüzəsi ilə qarşılaşdığımızı daha yaxşı dərk edə bilirik. İnsan orqanizmində olan və hər biri müxtəlif funksiyaları yerinə yetirən sümüklər bizə Allahın yaratma sənətinin yüksək və uca olmasını göstərir. Allah bu misilsiz yaradılışa bir çox ayələrdə diqqət çəkir:
“...İndi sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da necə onların üzərini ətlə örtürük?...” (“Bəqərə” surəsi, 259)
Allah başqa bir ayəsində ölümdən sonrakı həyatın varlığına inanmayan bir inkarçıya sümüklərin yaradılışını belə nümunə göstərir:
“Öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildəbilər?!” - deyə, hələ Bizə bir məsəl də çəkdi. De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır!” (“Yasin” surəsi, 78-79).
Demək olar ki, bütün sümüklərdə, xüsusən də uzun sümüklərdə iki müxtəlif quruluş var. Sümüyün gövdəsi özündə qalın sümük toxumasını ehtiva etdiyi halda ucları incə bir sümük təbəqəsindən, torşəkilli sümük quruluşundan əmələ gəlir. Bu nizam sümüklərin öz funksiyalarını yerinə yetirə bilməsi baxımından əslində olduqca əhəmiyyətlidir. Çünki sümük yalnız belə bir quruluşa (dizayna) malik olduğu zaman təzyiq altında qalmadan hərəkət edə bilir və ona yüklənən ağırlıq və gərginlik sümükdən oynaqlara ötürülür. Əgər hər yer eyni quruluşda olsaydı, sümüklərdə elastiklik və möhkəmlik kimi xüsusiyyətlər olmazdı.
Sümük toxuması sümük hüceyrələrindən və bu hüceyrələrin ifraz etdiyi ətraflarındakı ara maddədən təşkil olunur. Sümük toxumasında üç növ hüceyrə olur. Sümüklərin yaradılmasında rol oynayan və onlara forma verən, sümük içindəki boşluqları əmələ gətirən və boşluqları bir-birinə bağlayaraq əlaqə yaradan həmin hüceyrələrdir.
1. External lamella | 4. Renal pelvis |
The general structure of the bones that hold the body up is shown at the side. This special creation is identical in everyone, whose bones possess the same strength and elasticity. Bones are one example of Allah’s flawless creation. |
Sümüyün daxili quruluşu onun möhkəm olması baxımından mikroskopik xarüqədir. Orqanizmdə olduqca böyük bir sahəni əhatə edib çox mühüm funksiyaları yerinə yetirən skeletin bu qədər yüngül, lakin bir o qədər də möhkəm olmasının sirri sümüklərin quruluşundadır. Alimlərin bir “mühəndislik xarüqəsi” adlandırdığı sümüklərin daxili forması insanı heyrətləndirən bir layihəyə malikdir. Mühəndislər hətta XX əsrin ikinci yarısında yaradılması olduqca çətin, uzun olan və külli miqdarda məsrəf tələb edən göydələn, körpü kimi böyük və yüksək layihələr üçün sümük quruluşuna bənzəyən bir texnikanı inkişaf etdirdilər. Qəfəs sistemi adlandırılan bu üsula görə, layihənin əsas ünsürləri bir hissə deyil, bir-birinin içinə keçirilmiş qəfəsşəkilli çubuqlardan ibarətdir. Sümüklərin quruluşundakı bu üsuldan həyata keçirilməsi yalnız kompüterlər vasitəsilə mümkün olan mürəkkəb hesablamalar yolu ilə istifadə edildi və nəticədə böyük körpülər və sənaye tikililəri çox möhkəm və daha ucuz şəkildə inşa olundu.
Lakin burada diqqət yetirilməli olan mühüm bir məqam da var. Sümüyün içindəki sistem bu binaların inşasında istifadə edilən texnikadan daha mürəkkəbdir. Sümüklər bir-birinə zidd kimi görünən iki xüsusiyyətə eyni anda malikdir. Möhkəmlik və yüngüllük... Mühəndislərin inşa etdiyi binalar isə istifadə etdikləri materiala görə eyni anda bu iki xüsusiyyətə malik deyil. Sümüklərdəki torşəkilli və boşluqlu quruluş isə onun yüngül olmasına səbəb olur. Lakin bununla yanaşı sümüklər çox möhkəm və dözümlüdür.
Sümüyün quruluşundakı yüngüllük və möhkəmlik xüsusiyyətlərini bir daha vurğulamaq faydalı olardı. Çünki bu iki xüsusiyyətin bir yerdə olması insanların işini xeyli asanlaşdırdığı halda bunun əksi insan üçün öldürücü də ola bilər. Əgər sümüklər bu xüsusiyyətlərdən yalnız birinə sahib olsaydılar, məsələn, sağlam olub eyni zamanda ağır olsaydılar, bütün skeletin ağırlığı insanın gücü çatandan da artıq olardı. Bu ağırlığa görə insanın hərəkət etmək imkanı azalar, gündəlik həyatı çox çətin keçərdi. Bundan əlavə, bu sərtlik və kövrəkliyin nəticəsində ən kiçik zərbə də sümüklərdə sınma və çatlama yarada bilərdi.
Bunun əksinə olsaydı, yəni sümüklər yüngül olub sərt olmasaydı, bu halda orqanizm hal-hazırda olduğu kimi olmaz, həlməşik halında dəri kütləsinə bənzəyərdi. Belə olan halda beyin, ürək kimi həyati əhəmiyyətə malik olan bir çox orqanlar hər an təhlükəyə məruz qala bilərdi.
Həmçinin insan orqanizmindəki sümüklər yerləşdikləri yerə görə müxtəlif xüsusiyyətlərə malik olurlar. Bütün sümüklər elastik və möhkəmdir, lakin bunların nisbəti bir-birindən fərqlənir. Məsələn, döş qəfəsində ürək və ağciyər kimi həyati əhəmiyyətli orqanları qoruyacaq qədər sağlam olan sümüklər eyni zamanda ağciyərlərə fasiləsiz olaraq havanın dolmasını və boşalmasını təmin edəcək şəkildə genişlənmə və büzülmə xüsusiyyətinə də malikdir. Əgər ağciyəri qoruyan döş sümükləri kəllə sümüyü kimi sərt sümüklərdən olsaydı, nəfəs almaq çətinləşər, hər dəfə nəfəs aldığımız zaman ağciyər bu sərt sümüklər arasında sıxılıb qalardı. Bura qədər qeyd edilmiş xüsusiyyətlərindən də göründüyü kimi, sümüklərin yalnız bircə xüsusiyyətinin müfəssəl şəkildə incələnməsi insanın qarşısına bir çox yaradılış möcüzələrini çıxarır. Lakin sümüklərdəki xüsusi quruluş nümunələri bununla bitmir.
The internal “cage” structure in bones is an inspiration for engineers. Thanks to construction techniques developed to resemble the structure of bones, far more resistant and economical structures can be built. |
Bir insanın hərəkət edə bilməsi üçün onun skelet sistemi ilə birlikdə bir əzələ sisteminə də ehtiyacı var. Skeleti əmələ gətirən bütün sümüklər əzələlərə bağlıdır. Əzələ yığıldığı zaman sümükləri çəkir və onların hərəkət etməsinə kömək edir. Beləliklə, əzələ və sümüklər birlikdə fəaliyyət göstərərək yeriməyimizi, oturmağımızı və qalxmağımızı və bir çox başqa hərəkətləri yerinə yetirməyimizi təmin edirlər. Yenə də gündəlik həyatda yerinə yetirdiyimiz hərəkətləri göz önünə gətirək. Acdınız və yemək üçün əlinizi ağzınıza apardınız, sizi çağıran insanı görmək üçün arxaya döndünüz, əlinizdəki kitab yerə düşdü və onu götürmək üçün əyildiniz, səhər saatınız zəng çaldı, durub düzəldiniz və saatı saxlamaq üçün bir hərəkət etdiniz... Bir insan gündəlik həyatında orqanizminin vasitəsilə bu hərəkətləri və buna bənzər hərəkətləri saysız-hesabsız ölçüdə yerinə yetirir. Bütün bu hərəkətlər zamanı da əzələ və sümüklərindən birlikdə istifadə edir. Daha dəqiq desək, bir insan yalnız və yalnız əzələ-skelet sisteminin bir-biri ilə koordinasiyalı və harmonik fəaliyyəti nəticəsində yeriyə, danışa, yemək yeyə, otura, dura, qaça, yata bilir...
Thanks to the perfect structure in the skeleton, you can move in a variety of ways. On the left is shown the form assumed by the knee during bending and stretching; and below, the way the palm turns around the forearm axis and folds in on itself. |
Hərəkət etməyimizi təmin edən əzələ sistemimiz sümüklərin quruluş və funksiyalarını, eyni şəkildə sümüklər də əzələlərimizi bir-birini çox yaxşı tanıyırmışlar kimi dillərini bilirlər. Oturmaq istədiyimiz zaman dizin oynaq yerindən bükülməsi ilə birlikdə ayaq əzələləri də hərəkət edərək bükülür. Biz də bunun sayəsində heç bir çətinlik çəkmədən oturub-qalxırıq. Əzələ sümüyü elə bir uyğunluqla əhatə edir ki, əzələnin bükülə bilməsi üçün lazım olan hər bir şərt ən uyğun şəkildə hazırlanır. Nə əzələ sümükdən ayrılır, nə də sümük əzələni zədələyir. Bir-birindən tamamilə fərqlənən bu iki toxuma, iki ayrı kompleks sistem bir-biri ilə ideal bir işbirliyi və harmoniya içində fəaliyyət göstərir.
Bəs bu işbirliyi və harmoniya necə yaranıb? İnsan orqanizminin az sonra müfəssəl şəkildə qeyd edəcəyimiz qüsursuz sistemləri necə ortaya çıxıb?
A. KNEE JOINT | 1. Thigh bone | 4. Tibia |
Thanks to our mobile joints, we experience no difficulty and feel no pain in moving, because our joints possess a special creation. There is a space between the joints, filled with fluid that serves to lubricate the joints and prevents the bones from wearing down. Allah has no partners in creation. |
Məlumdur ki, bir insan bütün həyati əhəmiyyətli funksiyalarını yerinə yetirə bilmək üçün ilk öncə vahid şəkildə mövcud olmalı, yəni bir anda ortaya çıxmalıdır. Buna görə də orqanizm sistemləri müəyyən zaman ərzində inkişaf edən təsadüflərlə öz-özünə ortaya çıxa bilməz. Həmçinin o da aydındır ki, əzələ və ya sümük kimi toxumalar xəbərdar olma, bilmə, ehtimal etmə, qarşılıqla fəaliyyət göstərmə, işbirliyinə getmə kimi xüsusiyyətlərə malik ola bilməzlər. Bu da bizi yeganə bir nəticəyə, yəni insanın bir Yaradıcı tərəfindən yaradılması həqiqətinə doğru aparır. Bu Yaradan isə hər şeydən xəbərdar olan, hər canlının ehtiyaclarını incəliyinə qədər bilən Uca və Qadir Allahdır. İnsanların sümüklərini yaradan da, onları əzələlərlə örtərək bu iki sistemin birlikdə ahəngdar fəaliyyət göstərməsini, yeriməyimizi təmin edən də Allahdır. Allah hər cür yaratmanı bilir. Şübhəsiz ki, Allah yaratdığı hər şeyi qüsursuz yaradandır:
“Göylərdə və yerdə neçə-neçə əlamətlər vardır ki, insanlar onların yanından üzlərini çevirib keçərlər. Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar. Məgər Allahın əzabından onlara bir bəla gəlməyəcəyinə və ya qiyamətin özləri də bilmədən, qəflətən başlarının üstünü almayacağına əmindirlərmi?” (“Yusuf” surəsi, 105-107).
1. Cavity containing Joint fluid | |
Why do you feel no pain when moving your arms or legs? Under normal conditions, one would expect constant friction to lead to wear and erosion in the bones. But no such thing actually happens, thanks to the special joint fluid that prevents friction. This fluid prevents wear and damage to the joint surface by making it slippery. You are thus able to move comfortably thanks to this flawless creation in our bodies. |
Sümüklər orqanizmdə yerləşdikləri yerə görə müxtəlif xüsusiyyətlərə malik olurlar. Məsələn, daimi hərəkətdə olan bəzi sümüklərimizin hərəkətsiz yerlərdəki sümüklərə nəzərən müxtəlif dəstəklərə ehtiyacı var. Oynaqlarımızı buna nümunə göstərə bilərik. Onurğamızı təşkil edən fəqərələr, ayaqlarımızdakı, qollarımızdakı, əl və ya ayaqlarımızdakı oynaqlar hər bir hərəkətimizdə bir-birinin üzərində fırlanırlar. Onlar daim hərəkətdə olduqları üçün də köməkçi sistemlərə ehtiyacları var. Bunu belə bir nümunə ilə izah edə bilərik.
Hər hansı bir mexaniki cihaz fəaliyyət göstərərkən hərəkət edən hissələrin bir-biri ilə təmasa girən nöqtələrində bir sürtünmə müşahidə edilir. Sürtünmə olan yerlərdə qısa müddət sonra aşınma, aşınma nəticəsində də hissələrin sıradan çıxması baş verir. Bunun qarşısını almaq üçün mexaniki hissələr müntəzəm şəkildə yağlanır. Sadə bir qapı rəzəsindən yüksək texnologiyanın məhsulu olan avtomobil mühərrikinə qədər hər bir hərəki mexaniki sistemdə yağlamaya ehtiyac var. Lakin bu yağlama aşınmanın qarşısını tam şəkildə almır, bu prosesi yalnız bir müddət ləngidir. Məsələn, avtomobillərin mühərriki hər 5000 km-dən bir yağlandığı halda da aşınmanın qarşısı alınmır. Buna görə də mühərrikin hissələrinin müntəzəm şəkildə dəyişdirilməsi lazım gəlir.
Lakin insanların və heyvanların oynaqları bu canlıların bütün ömürləri boyu hərəkət etdikləri halda heç bir qayğıya və yağlamaya ehtiyac duymurlar. Hətta bir insanın bütün ömrü boyu təxminən 100 min km yol getdiyini düşünsəniz, haqqında bəhs edilən mexaniki sistemin işindəki möcüzəli cəhət daha yaxşı anlaşılar.
1. Flat joint | A. No axis | a. Wristbone | e. Finger bones |
Our bodies have many kinds of joints, with just the right features for the movements we perform. |
Əgər oynaqlarımızın köməyi olmasaydı, hərəkət edə bilməzdik. Çünki orqanizmimizin bütün hərəkətləri oynaqların bir-biri üzərindəki hərəkətləri sayəsində gerçəkləşir. Bir basketbol oyunu zaman oyunçular orqanizmlərindəki bütün sümüklərdən, oynaqlardan və əzələlərdən istifadə edirlər. Əllərin topu tutması, qaçmaq, topu atmaq... Bəs bu hərəkətlər zamanı oynaqlar hansı funksiyaları daşıyır?
Bones are the body’s storehouses of calcium. The source of that calcium is milk and similar foods. |
Oynaq iki sümüyün bir-birinə birləşdiyi hər yerdə ola bilər. Oynağın funksiyası sümüklər bir-birinə sürtünməsin deyə onların arasındakı məsafəni mümkün qədər uzaq saxlamaqdır. Dizlər, dirsəklər, biləklər yalnız bunun sayəsində rahat hərəkət etdirilir. Əgər oynağın özünəməxsus quruluşu və aradakı qişa olmasaydı, insanlar da robotlar kimi kəsik-kəsik, mərhələli şəkildə və çətinliklə hərəkət edərdilər.
Alimlər uzun illərdir ki, oynaqlardakı bu xüsusiyyət üzərində tədqiqatlar aparır. Xüsusən də araşdırma zamanı ortaya çıxan sürtünmənin qarşısının alınması özlüyündə bir tədqiqat mövzusudur. Məqsəd isə insan orqanizmində olan bu ideal sistemi robotlara da tətbiq edə bilməkdir. Tədqiqatçılar ilk öncə aparılan araşdırmalarda topuqlarda sürtünmənin olmamasının səbəbini oynaqdakı mayelərlə izah edirdilər. Lakin daha sonra məlum oldu ki, həmin maye sürtünmənin qarşısını alacaq qüvvəyə malik deyil. Bu mövzu ilə bağlı tədqiqatlar genişləndiriləndə alimlərin qarşısına üstün layihə nümunəsi çıxdı. Oynaqların sürtünmə səthi incə və torşəkilli qığırdaq təbəqəsi ilə örtülmüşdü. Bu təbəqənin altında isə sıx maye vardı. Sümük oynağın bir yerinə təzyiq edəndə bu maye dəliklərdən kənara fışqırır və oynaq səthini yağ kimi sürüşkən edir.
Göründüyü kimi, insanın hərəkət edə bilməsi üçün hər baxımdan qüsursuz layihə var.
Skeletin vahid şəkildə ideal funksional xüsusiyyətlərə malik olması ilə yanaşı onu təşkil edən sümüklər də qüsursuz daxili quruluşa malikdir. Orqanizmin daşınması və qorunması kimi mühüm funksiya daşıyan sümüklərimiz bu işi rahatlıqla yerinə yetirə biləcək qabiliyyət və möhkəmlikdə yaradılıb. Hətta bu baxımdan geniş bir təhlükəsizlik payının olduğu və orqanizmin qarşılaşa biləcəyi çətinliklərə uyğun bir layihənin yaradıldığı məlum olacaq.
Orqanizmimizin ən yüksək yükqaldırma qabiliyyətinə malik olan sümüklərindən biri də bud sümüyüdür. Bud sümüyü sabit vəziyyətdə 1 ton ağırlığı qaldıra biləcək gücdədir. Belə ki, atılan hər bir addımda bu sümüyümüzə orqanizmimizin ağırlığının üç qatı qədər yük düşür. Hətta hündürlüyə tullanan bir atlet yerə enərkən ayaq sümüyünün hər kvadratsantimetri 1400 kq-lıq təzyiqə məruz qalır. Orqanizmimizdəki sümüklər hərəkət etdiyimiz, yatdığımız və oturduğumuz zaman ağırlıq və təzyiqlə qarşılaşır. Oturduğunuz yerdən qalxdınız və yeriməyə başladınız yaxud da əksinə, bir yerə oturdunuz. Beləliklə, sizin heç düşünmədən etdiyiniz bütün bu hərəkətlər zamanı əslində orqanizminizdə olduqca sistemli şəkildə fəaliyyət göstərən kompleks skelet layihəsi hərəkətə gəlir.
Sümüklərdəki layihənin mükəmməlliyinin tam şəkildə aydınlaşdırılması üçün belə bir müqayisə aparaq. İnsan övladının istifadə etdiyi ən möhkəm materiallardan biri poladdır. Çünki polad həm möhkəm, həm də elastik maddədir. Lakin sümüklər bərk maddə olan poladdan da möhkəmdir. Üstəlik bir parça sümük poladdan 10 dəfə elastikdir. Sümüklər ağırlıq baxımından poladdan da üstün quruluşa malikdir. Bir polad karkas insan skeleti ilə müqayisədə 3 dəfə ağırdır.
Yalnız polad deyil, insan övladının istifadə etdiyi hər hansı başqa material da sümüklərin quruluşu ilə müqayisə edildiyi zaman onların olduqca zəif olduğu görünür. Eyni ağırlıqda gücləndirilmiş sementlə müqayisə edildiyi zaman sümüklərin 4 dəfə artıq yükqaldırma qabiliyyətinin olduğu müşahidə edilir.
İnsanların əksəriyyəti sümüklərin cansız maddələr olduğunu güman edir, lakin sümüklər onların xarici təbəqələrini çıxmaq şərtilə canlı toxumalardır. Bu toxumaların içində mikroskopik damarlar, sinir şəbəkələri və sümük iliyi var. İnsan orqanizmindəki sümüklər eyni zamanda bir bank kimi fəaliyyət göstərirlər. Kalsium və fosfor kimi həyati əhəmiyyətli maddələri ehtiyatda saxlayır, ehtiyatda saxladıqları bu maddələri hər hansı bir vəziyyətdə, buna ehtiyac olanda yenidən orqanizmə qaytarırlar.
Əgər orqanizmdə kalsium olmasaydı, nə baş verərdi?
Kalsium orqanizmdə ətrafdan toplanan siqnalları sinirlərə çatdırmaq kimi olduqca mühüm bir funksiya daşıyır. Kalsium olmasa, siqnallar sinirlərə çata bilməz. Bu da insanın tamamilə iflic olması və daxili orqanlarının işləməməsi, deməli, ölümlə nəticələnəcək bir haldır.
Kalsiumun orqanizm üçün əhəmiyyəti təkcə bununla bitmir.
Bir yeriniz kəsiləndə kəsilmiş yerdə qısa müddətdən sonra qan laxtalanır, qanaxma dayanır və bunun sayəsində sizin qan itkisindən ölməyinizin qarşısı alınır. Bu, çox mühüm bir tədbirdir və onun həyati əhəmiyyəti var. Əgər qan laxtalanmasaydı, nə olardı? Altı deşilmiş bir çəlləyin içindəki bütün suyun çəllək boşalana qədər dəlikdən axması kimi orqanizminizdəki bütün qan yaranın açdığı kiçik bir dəlikdən tamam axıb qurtara bilərdi. Lakin insan orqanizmində qanı laxtalandıran möcüzəvi bir mexanizm var (müfəssəl məlumat üçün bax: “Qanın laxtalanması” bölümü). Bu mexanizm insanı mütləq ölümdən qoruyur. Beləliklə, bu mexanizmi hərəkətə gətirən ən mühüm amillərdən biri də kalsiumdur. Sümüklərdə ehtiyatda saxlanılan kalsium olmasaydı, qanınız laxtalanmazdı.
1. Narrow Cavity | 3. Joint Cartilage | 5. Neck |
The pelvic bone, tibia, fibula and finger bones are among the kind of long bones illustrated below. |
Qeyd olundu ki, sümük hüceyrələri kalsium və fosfor anbarı funksiyası daşıyırlar. Burada üzərində dərindən düşünülməli olan başqa bir mühüm məsələ də var. Gözü və ya hər hansı bir hissiyyat orqanı olmayan bir sümük hüceyrəsi qanın tərkibində olan minlərlə müxtəlif maddə arasından kalsiumu və ya fosforu çox asanlıqla ayıra bilir. Sonra da heç vaxt heç bir səhvə yol vermədən bu atomları tutur.
1. Low C++ level in the blood | |
It is vitally important that the calcium level in the body should remain at specific levels. When the level of calcium in the blood falls, parathormone immediately goes into action to bring about a transition of calcium from bone to the bloodstream. In addition, calcium is prevented from being expelled by the kidneys and calcium absorbance is increased. When the level of calcium in the blood rises, calcitonin is secreted, and calcium passes from the blood to the bones. |
Əgər bir insanın xüsusi təhsili yoxdursa, o, qarşısına qoyulan müxtəlif elementin tozlarını ayıra bilməz. Bir masanın üzərinə kalsium, fosfor, dəmir, sink və s. bu kimi elementlərin toz halında qoyulduğunu və bu qarışığın içindən kalsium dənələrini ayırmaq tələb olunduğunu düşünsəniz, hər hansı bir duyğu orqanı olmayan, bu sahədə heç bir təhsil almamış sümük hüceyrəsinin bacardığı bu işin çətinliyi daha yaxşı dərk edilər.
Sümük hüceyrəsi eyni zamanda orqanizmin başqa hüceyrələri kimi olduqca itaətkardır. Onlara “kalsiumu ehtiyatda saxla” əmri gələndə (kalsitonin hormonu) bu əmrə dərhal itaət edirlər. Əgər onlara “ehtiyatda saxladığın kalsiumu burax” deyilsə (parahormon), bu əmrə də itaət edərlər.69 Sümük hüceyrəsi öz funksiyasını yüksək şüur, qabiliyyət, məsuliyyət və nizam-intizam anlayışlarını əsas götürməklə gecə-gündüz davam etdirir.
Sümüklərin ortasında geniş bir boşluq var. Həmin boşluğun içində qan üçün lazım olan maddələrin hazırlanmasını təmin edən sümük iliyi yerləşir. İlik yağ, su, eritrosit və leykositlərdən ibarətdir. Bəzi sümüklərdə isə demək olar ki, hamısı yağdan əmələ gələn “sarı ilik” olur. Qırmızı ilikdə həm orqanizmi qidalandıran, həm də orqanizmi infeksiyalardan qoruyan qan hüceyrələri hazırlanır və ehtiyatda saxlanılır.
Qırmızı ilikdə yaradılan eritrositlərin quruluşundakı hemoqlobin molekulları oksigeni ağciyərlərdən alaraq bütün hüceyrələrə paylayırlar. Əgər qırmızı ilikdəki qan hasilatında bir az azalma olsa, orqanizmdəki hüceyrələr oksigensiz qalaraq ölə bilər. Buna görə də sümük iliyində gedən qan hazırlanması prosesinin daimi olması zəruridir. Bu qədər mühüm bir funksiyanın yerinə yetirilməsində hər hansı axsama və qüsurun olmaması üçün orqanizmdə müxtəlif tədbirlər görülüb.
Bu tədbirləri müharibə vaxtı düşmən hücumunun gedişatına görə dəyişdirilən strategiyalara bənzətmək olar.
Orqanizm infeksiyalarla mübarizə apardığı halda qırmızı ilikdə hazırlanan və müdafiə məqsədilə planlaşdırılmış qan hüceyrələrindən istifadə edilir. Lakin bu hüceyrələr həmişə kifayət etməyə bilər. Düşmən bəzən gözlənilməz hərəkətlə hücuma keçir. Orqanizm məhz bu halda həyəcan siqnalı verir. Artıq ciddi bir müdafiə ilə birlikdə hücuma da keçilməlidir. Bu mərhələdə sarı ilik dövriyyəyə daxil olur. Lakin əvvəl də qeyd etdiyimiz kimi, sarı ilik yalnız yağlardan ibarətdir. Bu halda yağların müdafiədə hansı funksiyası ola bilər? Əlbəttə ki, müdafiədə əsas funksiyanı yağlar daşımır. Orqanizmdəki əsas funksiyası yağı ehtiyatda saxlamaq olan sarı ilik qırmızı iliyin kifayət etmədiyi hallarda fövqəladə durum barədəki təcili siqnalları alaraq ani surətdə müdafiəçi qan hüceyrələri hazırlamağa başlayır. Buradakı məqsəd düşmənə qarşı vahid qüvvə yaradaraq müharibədə qalib gəlməkdir.
1. Joint Cartilage | 5. Yellow Marrow |
Yellow marrow goes into action in situations in which red marrow is insufficient. It produces blood cells that protect the body by supporting the immune system. A tissue —itself consisting of cell—can identify cells necessary for the body and to produce these in the requisite amounts, only under the inspiration and control of Allah. |
Bu, bütün canlı aləmi təsadüflərlə izah edən darvinist nəzəriyyənin əsla izah edilə bilməyəcəyi, cavab tapa bilməyəcəyi mühüm bir məqamdır. Çünki vahid şəkildə düşmənə qarşı mübarizə aparmağı qərara alanlar ağıla, məntiqə və beyinə sahib olmayan sümükdaxili mayelərdir. Eyni zamanda bu mayelər o ana qədər istifadə etmədikləri bir xüsusiyyətlərini ortaya qoyaraq müxtəlif funksiyaları yerinə yetirə biləcək şəkildə hərəkət edirlər.
Bütün bunlar yaradılışı çox açıq-aşkar şəkildə göstərir. Allahın yaradıcılığının belə nümunələri Allaha yönəlmək və Onun ucalığını, böyüklüyünü dərk etmək üçün bir vasitədir.
Dərk edib bildiyi və bilmədiyi bir çox üstün xüsusiyyətləri ilə birlikdə yaradılan insanın vəzifəsi onu hər cəhətdən qüsursuz şəkildə yaradan Uca, Qadir və Rəhmli Allaha şükr etməkdir.
Sümüklər daş qədər sərt bir quruluşa malikdir, lakin bu xüsusiyyətlərinə baxmayaraq onlar da bəzən sınır. Lakin sınmış nahiyədəki sümük bir müddətdən sonra özü-özünü müalicə edir.
Sümüklərin daha az möhkəm olduğunu (bunun üçün sümüklərin ehtiyatda daha az kalsium saxlaması kifayətdir) və ən kiçik zərbələrdən də sındığını təsəvvür edək. Həmçinin təsəvvür edək ki, sümüklərin “öz-özünə bərpa olunması” kimi xüsusiyyətləri də yoxdur. Şübhəsiz ki, belə bir vəziyyət insan üçün olduqca ağrılı, çətin və sıxıntılı olardı. Sınmış sümüklər bərpa olunmadığı üçün şikəstlik halları, həyati əhəmiyyətli orqanlarda sümüklərin daim sınması nəticəsində isə hətta ölüm halları meydana gələrdi.
Lakin insan övladı bu yerdə hiss etmədiyi, bəzən isə heç düşünmədiyi bir nemətlə birlikdə yaradılıb. Əsasən ciddi qəzaları çıxsaq, sümüklər o qədər də asanlıqla sınmır. Bundan əlavə, hər hansı bir səbəbdən sınan sümüklər də qısa bir müddət sonra bərpa olunub birləşir.
1. Substance Forming Around Broken Bone | 4. Osteoblast |
General Appearance of a Broken Bone |
Sümüyün sınandan az sonra özünü dərhal təmir etməyə başlaması və təmirdən sonra əvvəlki vəziyyətindən daha möhkəm olması olduqca fövqəladə bir hadisədir. Alimlər insan orqanizmindəki sümükləri yaradan maddəyə bənzəyən bir maddəni hazırlamaq istiqamətində tədqiqatlar aparırlar. Amma bu günə qədər heç bir alim sümük qədər güclü, lakin yüngül və sərfəli, sümük kimi daim böyüyən, həmçinin özü-özünü yağlayan, bir zədə alanda özünü təmir edən bir maddə yarada bilməyib.70
1. Osteocyte | 6. Haversian Canal |
Long bones are made up units known as osteons. Three of them are shown in (A). The bone cells are in the gaps (lacunae) in the bone structure. Their shapes are ideally suited to these spaces. Thanks to their cytoplasmic extensions, the bone spaces establish connections with neighboring cells by combining together. A single bone cell (osteocyte) is shown in (B). This creation in the bones with all its details, is flawless in all regards. |
Orqanizmdə bir neçə növ sümük hüceyrəsi var və onların hamısının orqanizmdəki funksiyaları da fərqlidir. Lakin nəticəyə baxanda onların hamısının müştərək bir fəaliyyət içində olduğu müşahidə edilir. Sümüklərin yeniləşməsini təmin edən maddə sümükyaradıcı osteoblast hüceyrələridir. Osteoblast hüceyrələri proteini minerallarla sərtləşdirərək sümüklərin fasiləsiz şəkildə yeniləşməsini təmin edir. Osteoklast adlanan başqa bir sümük hüceyrəsi isə qan və sümük toxumaları arasında qida mübadiləsi apararaq sümük içərisində olan artıq maddələrin kənarlaşdırılmasında əsas rol oynayır.
Osteoklastların başqa bir funksiyası da sümüyün daxili səthində, sümük iliyi boşluğunda və dəlikli sümük toxumasındakı boşluqlarda parçalanmalar yaradaraq sümüyün nizamını, ölçüsünün dəyişmək və onun get-gedə yetkin ölçülərə çatmasını təmin etməkdir. O, digər bir tərəfdən də xarici səthə təsir göstərərək sümük səthindəki çıxıntıların kiçildilməsini təmin edir. Beləliklə, sümüyün qalınlığı hər bir yerdə eyni qalır.71
Osteoklastlar sümükdə parçalanma yaradarkən osteoblast hüceyrələri də boş dayanmır və skeleti təşkil edərək yeni sümük yaratmağa başlayırlar. Uşaqlıq dövrlərində osteoblastların işi daha ağırdır, çünki böyümə olduqca sürətlə getdiyindən sümük yaradılması prosesi öz həcminə görə sümük parçalanması işindən daha artıq olmalıdır. Lakin skelet müəyyən bir yetkinlik səviyyəsinə çatdıqdan sonra yaratma və parçalama vasitələri bir-birini tarazlamağa başlayır. Bu tarazlama sümüyün yalnız nizamını və ölçüsünü dəyişmir, eyni zamanda qanda və toxumalararası mayedə olan kalsiumun nisbətini tənzimləyir.
Hər bir insanın sümüklərində olan bu hüceyrələr eyni funksiyanı yerinə yetirirlər. Bu hal heç vaxt dəyişmir. Onların hamısı sümük səthini necə kiçildəcəklərini bilir. Kəllədəki sümüklərlə bud sümüyü arasındakı fərqləri bilərək sümüklərə necə forma verəcəklərini, sümüyün uzanmasının nə vaxt dayanacağını, incəlik və qalınlığının necə olacağını bilirlər. Uşaqlıq dövründən də xəbərdardırlar. Həmin dövrdə işlərinin çox olduğunu bilirmişcəsinə hərəkət edirlər. Kalsium nisbətinin hansı dövrdə nə qədər olmalı olduğunu da bilirlər.
Göründüyü kimi, sümük hüceyrələri bir-birini çox yaxşı tanıyır və planlı şəkildə hərəkət edirlər. Nə vaxt nə hazırlayacaqlarını və nə vaxt başqa bir prosesi yerinə yetirəcəklərini də yaxşı tənzimləyirlər. Bunu bir fabrikdəki istehsal proqramına bənzətmək olar. Həmin proqramlarda istehsalın mükəmməl olması əsasdır. Proqram həm lazım olandan artıq istehsal edərək malların anbarlarda yığılmasının qarşısını almalı, həm də ehtiyacları ödəməyəcək şəkildə az istehsalın qarşısını almağa çalışmalıdır. Fabriklərdə bu sahədə plan quran insanlar var. Həmin insanlar müntəzəm şəkildə gündəlik və ya həftəlik proqramlar hazırlayaraq fabrikdə nizamlı bir istehsalın olmasına çalışırlar.
Sümük hüceyrələrinin kalsium nisbətini müəyyən bir tarazlıqda sabit saxlamağa çalışması da elə buna bənzəyir. Fabrikdəki cihazları sümük istehsalı ilə məşğul olan osteoklast və osteoblast hüceyrələri əvəz edir. Bu hüceyrələr elə bir tarazlıqda fəaliyyət göstərirlər ki, osteoblast sümük yaradarkən osteoklast da artıq istehsalın qarşısını almaq üçün əks prosesi yerinə yetirir. Onların öz aralarında yaratdığı qarşılıqlı informasiya mübadiləsi sistemi mükəmməldir. Bu tarazlıq heç vaxt pozulmur və bunun sayəsində sümükdə hər zaman üçün kifayət qədər kalsium olur.
Sümük hüceyrələrinin istehsalı planlaşdırma qabiliyyətinin olduğunu, tarazlığı saxlayan xüsusiyyətlərini öz ağıl və iradələri ilə əldə etdiklərini və ya həmin xüsusiyyətlərin sümük hüceyrələrində bir gün bir təsadüf nəticəsində var olduğunu iddia etmək məntiqlə hər cəhətdən ziddiyyət təşkil edən, elmilikdən uzaq olan bir iddia olardı.
Hüceyrə heç bir plan qura bilməz. Qərar qəbul edə bilməz. Orqanizmdəki planlardan və nizamlardan xəbərdar ola bilməz. Ehtiyacları hiss edib tədbir görə bilməz. Hüceyrə öyrənə də bilməz. Lakin insan orqanizmindəki trilyonlarla hüceyrənin hər biri şüurlu insan kimi hərəkət edir, hətta insandan da yüksək şüur nümayiş etdirir. Bu hal hüceyrələrin üstün bir qüvvə tərəfindən idarə edilib istiqamətləndirildiyini əyani şəkildə göstərir. Hüceyrələrə onların nə edəcəklərini ilham edən qüvvə böyük qüdrət və bilik sahibi olan Uca Allahdır:
“Məgər onlar öz-özlüklərində Allahın göyləri, yeri və onların arasındakıları ancaq həqq-ədalətlə və müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi? Həqiqətən, insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir” (“Rum” surəsi, 8).
Onurğanın quruluşu bir çox hissələrdən ibarətdir. Öncə “fəqərə” adlanan 33 ədəd kiçik yuvarlaq sümük bir-birinin üzərində yerləşdirilib. Bu sümüklərin içinə də beyinlə bütün orqanlar arasındakı koordinasiyanı təmin edən onurğa beyni adlı çox mühüm rabitə şəbəkəsi döşənib. Bu sümüklər elə bir şəkildə birləşdiriliblər ki, orqanizmin ayaq üstə, düz dayanmasına səbəb olan forma ortaya çıxıb. Qabırğalar və daxili orqanlar həmin 33 sümüyün əmələ gətirdiyi böyük quruluşa bağlanır. Bütün bu mərhələlərdən sonra ortaya yer üzünün ən böyük mühəndislik möcüzələrindən biri çıxıb. Onurğanın ən mühüm funksiyası yük daşımaqdır. Orqanizmin yuxarı hissəsinin ağırlığı onurğanın üzərinə düşür. Hər dəfə addım atanda onurğamızı əmələ gətirən fəqərələr bir-birinin üzərində hərəkət edir. Onurğanı təşkil edən 33 fəqərənin ağırlıq altında hərəkət etməsindən qaçılmaz şəkildə sürtünmə hadisəsi yaranır. Sürtünməyə görə də aşınma ortaya çıxacaq. Həmin aşınma həyati əhəmiyyətli bir rabitə şəbəkəsini qoruyan və eyni zamanda da böyük bir yük daşıyan onurğa üçün olduqca böyük problemlər yaradardı. Bəs üst-üstə yerləşmiş 33 fəqərədən əmələ gəlmiş quruluş əzilmədən və sürtünmədən necə qorunur?
Bu sualın cavabını tapmaq üçün onurğanı nəzərdən keçirdiyimiz zaman onurğanın içində ən ideal bir mühafizə sisteminin yerləşdirildiyini görürük. Onurğanı təşkil edən sümüklərin hər birinin arasına qığırdaq quruluşlu lövhə yerləşdirilib. Həmin lövhəciklər avtomobil təkərlərindəki yükü azaldan amortizatorlar kimi fəaliyyət göstərir. Onurğanın quruluşu da onun üzərinə düşən yükü daşımasını asanlaşdıracaq şəkildə yaradılıb. S şəkilli xüsusi qıvrım forma yükün bərabər paylanmasını təmin edir. Hər bir addımınızda bədəninizin ağırlığına görə yerdən orqanizminizə doğru bir təzyiq gəlir. Bu təzyiq onurğanın malik olduğu amortizatorlar və “gücpaylayıcı” qıvrım forma sayəsində orqanizmə zərər vermir. Əgər təzyiqi azaldan elastiklik və xüsusi quruluş olmasaydı, ortaya çıxan qüvvə birbaşa kəlləyə ötürülər və onurğanın yuxarı ucu kəllə sümüklərini parçalayaraq beynin içinə daxil olardı. Lakin bu, baş vermir. Uca Allahın insan orqanizmində yaratdığı mükəmməl quruluş sayəsində sağlam şəkildə həyat sürürük. |
Sümüklərdəki qüsursuz layihənin başqa bir nümunəsi də ayaq sümükləridir. İnsanın bir ayağı 26 sümükdən təşkil olunur və demək olar ki, orqanizmdəki sümüklərin dörddə biri ayaqda yerləşir. Ayaq mexaniki funksiyaları asanlaşdıracaq şəkildə planlaşdırılmış xüsusi struktura malikdir. Ayağın quruluşundakı ideal layihəni müxtəlif mühəndislik əsərləri ilə, məsələn, ayaqdakı daban quruluşunu körpü mühəndisliyi ilə müqayisə edə bilərik. Bu qövsvari forma orqanizmin ağırlığı müqabilində sümüklərə dəstək vermək üçün müəyyən xüsusiyyətə malikdir.
Başqa bir nümunə kimi avtomobilləri də göstərə bilərik. Bir avtomobilin qaz pedalına basılanda pedal qaldırıcı kran kimi hərəkət edir. Eynilə ayaqlar da barmaqların ucunda qalxma hərəkəti ediləndə hidravlik domkrat funksiyası daşıyırlar. Ayaqlar hündürə tullanma hərəkəti zamanı bədəni yuxarı qaldırır, qaçış hərəkəti zamanı isə qıçlar üçün bir yastıq rolunu oynayırlar. Bütün bu hərəkətlər zamanı ayaqda olan toxumalara, damarlara və ya əzələlərə heç bir zərər dəymir.
A. The foot bones bear the weight of the entire body, placed on the heel bones when the body is standing. | 1. Curve from internal side to extensor |
Allah has created the foot bones with a special system to permit movement in three directions. This allows us to walk and run with ease. |
Bu qeyri-adi halın əhəmiyyətini tam şəkildə aydınlaşdırıb dərk etmək üçün bədənimizin hər hansı bir əzasını, məsələn, əlimizi və ayaqlarımızı ağırlıqqaldırma baxımından müqayisə edək. Hər dəfə ayağa qalxdığımız zaman ayaqlarımızın üzərinə düşən yükün əllərimiz üzərinə düşdüyünü təsəvvür edək. Buna görə də düşünək ki, əllərimizi masanın üstünə qoyub sonra isə üzərinə 70-80 kq ağırlığında yük çıxarmışıq. Bu halda toxumalarımız qısa müddətdən sonra əzilər, damarlarımız partlayar, hətta sümüklərimiz ətimizi parçalayıb dəridən çölə çıxardı. Lakin insan orqanizmini bütün gün ərzində daşıyan ayaqlarda nə damarlar partlayır, nə də toxumalar əzilir. Çünki ayaq xüsusi olaraq yük daşımaq üçün planlaşdırılmış bir orqandır.
Bu nümunə də Allahın insanlar üzərindəki şəfqətinin dəlillərindən biridir. Allah insan üçün heç bir çətinlik hiss edə bilməyəcəyi, ən rahat, bütün ehtiyaclarını asanlıqla ödəyəcəyi şəkildə bir quruluşa malik olan orqanizm yaradaraq Özünü bizlərə tanıdır. Allahın ayələri onları görə bilənlər üçün hər yerdədir. Ən əsas məsələ bu ayələr üzərində düşünərək hər şeyin hakimi olan Uca Allaha yönəlməkdir:
“Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfinə yaymasında, küləyin bir səmtdən başqa səmtə əsməsində, göylə yer arasında əlamətlər vardır” (“Bəqərə” surəsi, 164).
Təkamül Nəzəriyyəsinin Ikiayaqlılıq Cəfəngiyy |
İnsan mükəmməl bir sümük quruluşuna və qüsursuz skeletə malikdir. Əvvəl də qeyd etdiyimiz kimi, o, belə bir quruluş sayəsində rahat yeriyə, hərəkət edə, qaça və istədiyi hərəkəti edə bilir. Bəs təkamülçülər bu vəziyyəti necə izah edirlər? Təkamülçülər ikiayaqlılığın meymunların dörd ayaq üzərində yeriməsindən təkamül yolu ilə yarandığını iddia edirlər. Bu, isə gerçəkləşməsi bir çox cəhətlərdən mümkün olmayan bir iddiadır. İlk öncə deyək ki, insanla meymunlar arasında çox böyük anatomik uçurumlar var. İnsanın və meymunun yerimə formaları bir-birindən kəskin fərqlənir. İnsan iki ayağı üzərində dik vəziyyətdə yeriyir. Bu da yalnız insana xas olan bir yerimə formasıdır. Başqa canlılar isə bir qədər irəliyə doğru əyilmiş skelet formasına malikdirlər və dörd ayaqları üzərində yeriyirlər. Onlar iki ayaqları üzərinə yalnız buna ehtiyac duyduqları zaman qalxırlar ki, bu da onların hərəkət qabiliyyətini çox məhdudlaşdırır. Burada bir məqama diqqət yetirmək faydalı olardı. Təkamülçülərin bu iddiaları onların elə öz aralarında da ixtilaf yaradır. Çünki təkamülün ümumi məntiqinə görə, həmişə daha yaxşı olana doğru bir yönəliş var. Yəni bir canlının daha yaxşıdan və daha sərfəli olandan imtina edib geriyə qayıtmasının bir mənası yoxdur. Dörd ayaq üzərində yerimək meymunlar üçün olduqca sərfəlidir və bu, onların əslində üstünlüyüdür. Belə hərəkət meymunların daha asan, daha sürətli və daha sərfəli hərəkətini təmin edir. İnsanlarla heyvanların hərəkət qabiliyyətlərini müqayisə edək. Bir insanın ağacdan ağaca tullanması və ya saatda 125 km sürətlə qaçması mümkün deyil. Məsələyə bu baxımdan yanaşanda görünür ki, təkamül nəzəriyyəsi elə öz daxilindəki ixtilaflarla üzbəüz qalıb. Çünki təkamül məntiqinə görə, meymunların iki ayaq üzərində yeriməyə yönəlmələrinin heç bir faydası yoxdur. İnsanların ikiayaqlı olmasının təkamül iddiasını darmadağın etməsinin başqa bir səbəbi isə darvinizmin “mərhələli” inkişaf modelinə uyğun olmamasıdır. Bu iddiaya görə, dörd ayaq üzərində yeriyən bir canlı bir müddətdən sonra həm dörd, həm də iki ayaq üzərində yeriməyə başlayıb və beləliklə də iki ayaq üzərində yerimə forması ortaya çıxıb. Lakin belə bir ssenarinin baş verməsi mümkün deyil. Paleoantropoloq Robin Krompton bu məsələ ilə bağlı bir tədqiqat aparıb. Onun sonda əldə etdiyi nəticə isə bir canlının ya tam dik vəziyyətdə, ya da tam dörd ayaq üzərində yeriyə biləcəyi həqiqətidir (Ruth Henke, “Aufrecht aus den Baumen”, Focus, cild 39, 1996, s.178). Dik və ya dörd ayaq üzərindəki yerimənin arasındakı bir yerimə forması əlavə enerji sərfi tələb etdiyi üçün mümkün deyil. Aparılan tədqiqatlar nəticəsində sübut edilib ki, dörd ayaq üzərində yeriməyə uyğunlaşan əyilmiş meymun skeletinin təkamül nəticəsində ikiayaqlı yeriməyə uyğunlaşmış düz insan skeletinə çevrilməsi qeyri-mümkündür. Bunlardan əslində yaxşı xəbərdar olan təkamülçülər insanın ortaya çıxmasını bir sirr kimi xarakterizə edir.
|
1. Forehead bone | 6. Temporalis |
Allah creates human beings with superior attributes at all periods of their lives. For example, an adult’s skull must be strong and hard. However, a newborn’s skull lacks the hardness of an adult’s—a most important precaution that prevents the skull being damaged during birth. Allah is He Who creates everything in the wisest manner. |
Kəllə beyini əhatə edən və olduqca güclü mühafizəni təmin edən sümükdən bir zirehdir. Kəllə (və ya qafa tası) 8 müxtəlif sümüyün birləşməsi ilə əmələ gəlib. Az öncə orqanizmdəki sümüklərin yerləşdikləri yerə və funksiyalarına görə müxtəlif xüsusiyyətlərə malik olmasından bəhs etmişdik. Kəllənin də özünəməxsus quruluşu var. Sümüklərin birləşmə nöqtələri başqa sümüklərdən fərqli olaraq girintili-çıxıntılı quruluşa malikdir. Çünki kəllə sümüklərinin birləşmə nöqtələri bir-birinə kip otura biləcək şəkildə yaradılıb.
Yetkin bir insanda olduqca sərt və güclü bir quruluşa malik olan kəllə sümüyü qarşımıza yeni doğulmuş körpədə başqa bir quruluşa malik olaraq çıxır. Ana bətnindən çıxan bir körpənin kəlləsi hələ sümük vəziyyətinə gəlməyib, yəni yumşaq haldadır. Bundan əlavə, kəllə sümüyünü təşkil edən 8 sümük bir-birinə hələ tam oturmayıb. Sümüklərin birləşmə nöqtələri arasında boşluqlar var. Körpənin səhhəti baxımından ilk baxışda mənfi görünən bu hal doğuş zamanı əslində körpənin həyatını xilas edən çox mühüm xüsusiyyətdir.72 Əgər kəllə tam şəkildə sümüyəbənzər sərt bir quruluşda olsaydı və arada boşluqlar olmasaydı, doğuş zamanı körpənin əzilmə ehtimalı artardı. Lakin körpələrdəki kəllə sümükləri onları təşkil edən qığırdaqşəkilli yumşaq quruluşa görə elastik olur, əyilmə və bükülmə xüsusiyyəti daşıyırlar. Təbii ki, yalnız elastiklik kifayət etmir. Kəllənin elastik olması üçün bir də ayrıca sahəyə ehtiyac var. Bu sahə də doğuş zamanı hələ tam qapanmamış beyin boşluğu, yəni əmgəkdir. Kəllə sümükləri zaman keçdikcə sıxlaşaraq həmin boşluğu doldurur, bunun üçün hətta bir-birinin üstünə çıxır və kəllənin həcmi kiçilir. Beləliklə, körpə baş həcminin yarısı qədər olan doğuş kanalından sağlam şəkildə keçərək dünyaya gəlir.
Əgər bunların biri olmasaydı? Məsələn, kəllə sümükləri yenə də elastik olub aradakı boşluq olmasaydı və ya tam əksinə, sümüklərin arasında boşluq olsaydı, lakin sümüklər elastik olmasaydı... Hər iki halda körpənin beyni zədələnərdi. Yəni bu iki xüsusiyyətin doğuş zamanı eyni vaxtda və bir yerdə olması əsas şərtdir. Lakin burada yaddan çıxarılmamalı olan başqa bir mühüm incəlik də var: ananın orqanizmindəki çanaq sümükləri.
Hamilə qadınların çanaq sümükləri hamiləliyin son aylarına doğru boşalır və bir-birindən bir qədər ayrılır. Bu, olduqca mühüm bir incəlikdir, çünki həmin boşalma sayəsində körpə başı əzilmədən doğula bilir.
İnsan orqanizmindəki hər bir xüsusiyyət insanın səhhətini qorumaq və onun zədələnməsinin qarşısını almaq üçün planlaşdırılıb. Burada da aşkar görünən planın və bu plan daxilində gerçəkləşən layihənin necə ortaya çıxması sualının yalnız bir cavabı var. Bu misilsiz quruluş kainatda olan hər şeyi yaratmış və müəyyən nizama salmış Uca Allaha aiddir. Allah çox üstün ağıl sahibidir. Allahın sonsuz ağlını görə bilən və bundan nəticə çıxara bilən insanlar əsl qurtuluş yolunu tapacaqlar. İnsanın vəzifəsi isə Allahın ona aid yaratdığı belə nemətləri görə bilmək və buna şükr etməkdir. Allah şükr edənləri sevir:
“...Allah insanlara qarşı mərhəmətlidir, lakin onların əksəriyyəti şükr etməz!” (“Yunus” surəsi, 60).