Bu kitabda insan orqanizmindəki bəzi sistemlərin necə fəaliyyət göstərməsindən bəhs edilir, bu sistemlərin hissələrindən nümunələr verilir. Lakin insan orqanizmi ilə bağlı yazılmış bir çox kitablardan fərqli olaraq bu kitabda tez-tez vurğulanan bəzi mühüm məqamlar var. Burada məlumatlar müfəssəl şəkildə tədqiq edilir, insan orqanizminin hər bir millimetrindəki incə quruluşa nəzər yetirilir, orqanizmin ən incə yerlərində möcüzəli prosesləri yerinə yetirən hüceyrələr, toxumalar, molekullar və ifrazatlar ön plana çəkilir.
Bundan əlavə, kitabda yeri gəldikcə bu mövzularla bağlı texniki məlumatlar da verilir. Buradakı məqsəd insanın öz orqanizmindəki mürəkkəb quruluşu daha yaxşı dərk etməsini təmin etmək, insanın öz orqanizmində baş verən proseslərə adi bir şey kimi yanaşmamasını, oxucunu dərindən düşünməyə təşviq etməkdir.
Bunun üçün kitabı oxuyarkən hər şeydən əvvəl öz orqanizminiz daxilində səyahətə çıxdığınızı təsəvvür edin. Bu səfər əsnasında sizi ağlasığmaz sürprizlər gözləyir. Ürəyinizin içində bir generatorun olduğunu, bu generator sıradan çıxdığı zaman ehtiyat generatorun işə düşdüyünü görəcəksiniz. Nazik bağırsağınızda olan hüceyrələrin qarşılarından keçən yüzlərlə müxtəlif maddə arasından dəmir atomunu tanıya bilməsinin və onu tutmasının şahidi olacaqsınız. Baş nahiyənizdə olan hormonal bir toxumadan ifraz olunan hormon molekulunun uzun səfərdən sonra çox uzaq məsafədə olan hədəfinə (məsələn, böyrəyinizə) çatdığını və buradakı hüceyrələrə nə etmək lazım gəldiyini əmr etməsini görəcəksiniz.
Bu səfər zamanı doğulduğunuz gündən etibarən “mənim bədənim”, “mənə məxsus” deyə sahib olduğunuz öz orqanizminizdə dərinizin bir neçə millimetr altından başlayaraq dərinliklərə qədər hər bir nöqtədə baş verən möcüzəli hadisələrin şahidi olacaqsınız. İnsan orqanizmi ona bu baxış bucağından nəzər salanda öz içində başqa bir “aləm”, başqa bir “şəhər” kimidir. Bu şəhərin içində rabitə kanalları, kommunikasiya və infrastruktur sistemi, binalar, fabriklər, ən yüksək səviyyədə olan texnologiyaya malik cihazlar, gözləmədiyiniz halda şüur nümayiş etdirən, öz sahəsində ustalaşmış mütəxəssislər (hüceyrələr, hormonlar, ifrazat toxumaları), tam təchizatlı əsgərlər və bir çox başqa şeylər var.
Üstəlik bu “aləm” yalnız sizin bədəninizin içində deyil. Ətrafınızda gördüyünüz hər bir insan, ananız, atanız, qardaşınız, dostlarınız, iş yoldaşlarınız, küçədə yanından keçdiyiniz insanlar, televizorda izlədiyiniz aktyorlar, qısası, hazırda yer üzündə yaşayan milyardlarla insan bu möcüzəli “aləm”ə sahibdir. Eynilə yüzlərlə, minlərlə il bundan əvvəl yaşamış olan, miladdan əvvəlki dövrlərdə yer üzündə olmuş, hətta ilk insanın varlığından bu günə qədər yaşamış bütün insanlar həmin qüsursuz “aləm”ə sahib idilər. Bu gün olduğu kimi qədim dövrlərdə yaşamış insanların orqanizmində də qüsursuz sistemlər, şüur əlamətləri nümayiş etdirən trilyonlarla hüceyrələr, qərar qəbul etmək mexanizminə sahib olan ifrazat toxumaları, inkişaf etmiş üstün texnologiyaya malik orqanları var idi.
Bu kiçik “aləm” içində baş verən hadisələr haqqında düşünmək və onları bu şəkildə qiymətləndirmək çox əhəmiyyətlidir. Çünki bunu düşünməyə başlayan insan böyük bir tilsimdən xilas olmaqda ilk addımı atmış olacaq. Öz orqanizmində (məsələn, öz ürəyində) mövcud olan sistemlərin mükəmməlliyini və ideallığını bilən və bu sistemin quruluşundakı üstün zəkanı qavrayan bir insana “ürək bu xüsusiyyətləri təsadüfən əldə edib” deyərək darvinist (təkamülçü) nümunələrdən bəhs etmək artıq mümkün deyil. Bu insan şüursuz atomların bir yerə toplaşması ilə əmələ gələn hüceyrələrinin bütün bunları öz-özünə edə bilməyəcəyini biləcək və hüceyrələrinin göstərdiyi ağlın kimə məxsus olması sualının cavabını tapmağa çalışacaq.
Özü də ətdən ibarət olan mədənin əti həzm edən turşular ifraz edərkən özü-özünü həzm etməməsi üçün xüsusi bir sistemin qurulduğunu bilən, əli kəsildiyi zaman qanın laxtalanması üçün ən azı 20 fermentin xüsusi bir planla hərəkətə gəlib fəaliyyətə başladığını, bu zaman baş verən proseslərin ardıcıllığında bir qarışıqlığın və ya qüsurun olmamasının lazım gəldiyini bilən insan bunların heç birinin təkamülçülərin iddia etdikləri kimi, müəyyən zaman ərzində və mərhələlərlə əmələ gələ bilməyəcəyini də özü düşünərək müəyyənləşdirəcək.
Dərindən düşünən insan kiçik bir aləm olan orqanizminin bir Yaradıcısının olduğunu dərk edəcək və oxuduqlarını Yaradanını tanımaq üçün bir vasitə kimi qəbul edəcək. Orqanizm daxilindəki sistemlərdə mövcud olan quruluşu, hər bir nöqtədə sərgilənən, hər bir məqamda müşahidə edilən yüksək quruluşu görən hər bir kəs insan bədəninin misli olmayan qüvvə sahibi, üstün bir ağıl sahibi tərəfindən yaradılmasının şahidi olacaq. Ayələrdə belə buyrulur:
“Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Həqiqətən, Allah ehtiyacsızdır, şükrə, tərifə layiqdir! Məgər Allahın yerdə olanları, dənizdə Onun əmrilə üzən gəmiləri sizə ram etdiyini və Onun izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi? Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir! Sizi dirildən, sonra öldürəcək, daha sonra yenə dirildəcək məhz Odur” (“Həcc” surəsi, 64-66)”.
Kitab boyu veriləcək nümunələrdən də görünəcəyi kimi, insan orqanizmində olan təxminən 100 trilyon hüceyrənin, ifrazat toxumalarının, bir çox orqanların, toxumanın sahibi və yaradanı üstün qüdrət sahibi olan Allahdır. Allah insanı malik olduğu bütün hissələrlə birlikdə vahid bir tam kimi yaratmış, insanın özünü tanıyıb bilməsi üçün də dəlillərini göstərmişdir. Rəbbimizin Qurani-Kərimdə də bildirdiyi kimi:
“Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! “ (“Nəhl” surəsi, 18)
Bu halda bütün bunlardan xəbərdar olan insan Allahın onun üzərindəki nemətlərini dəyərləndirməlidir. Həyatını yalnız Allahı razı salacaq şəkildə tənzimləməli, hər səhər qalxdığı zaman ona verilmiş yeni günün və sahib olduğu orqanizmin Allahın bir lütfü olduğunu bilməli və daim Allaha şükr etməlidir:
“Axı mən niyə məni yaradana ibadət etməməliyəm?! Siz də Onun hüzuruna qaytarılacaqsınız! Mən heç Ondan qeyri tanrılarmı qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni (Allahın əzabından) xilas edə bilməzlər” (“Yasin” surəsi, 22-23)
In order to create, Allah has no need to design.
It’s important to properly understand the word “design.” That Allah has created a flawless design does not mean that He first made a plan, and then followed it. Allah needs no “designs” in order to create. Allah, the Lord of the Earth and the heavens, is exalted above all such deficiencies. His planning and creation take place at the same instant.
Whenever Allah wills a thing to come about, it is enough for Him just to say, “Be!” As we are told in verses of the Qur’an:
His command when He desires a thing is just to say to it, “Be!” and it is.(Surah Ya Sin:82)
[Allah is] the Originator of the heavens and Earth. When He decides on something, He just says to it, “Be!” and it is.(Surat al-Baqara: 117)
Do you not see that Allah has subjected to you everything in the heavens and Earth and has showered His blessingsupon you, both outwardly and inwardly? |