Yüz trilyon hüceyrəniz sanki bir-birindən xəbərdar imiş kimi harmoniya içində fəaliyyət göstərir. Siz bu yazını oxuduğunuz zaman ürəyinizin dəqiqədə neçə dəfə döyünməsi, sümüklərinizdə ehtiyatda saxlanılan kalsiumun nisbəti, qanınızdakı şəkərin miqdarı, böyrəklərinizin bir dəqiqədə süzdüyü qanın miqdarı və bunlara bənzər minlərlə detalda həmin uyğunluğa rast gəlinir.
Bütün bu sistemlər nəzərə alınanda insan orqanizmi 100 trilyon musiqiçidən təşkil olunmuş böyük bir orkestrə bənzədilə bilər. Bu orkestr 24 saat misilsiz musiqiləri səsləndirir. Musiqinin tempi bəzən sürətlənir, bəzən aşağı düşür. Bəzən yüksək templi, bəzən də sakit melodiya səsləndirilir. Lakin orkestrdə olan musiqiçilər aralarındakı qüsursuz harmoniyanı heç vaxt itirmirlər. Bəs bu misilsiz orkestri idarə edən kimdir? Milyonlarla musiqiçi eyni vaxtda eyni notları müxtəlif musiqi alətləri ilə necə çalırlar?
İnsan orqanizmindəki 100 trilyon hüceyrəni bir-birinə hormonlar bağlayır. Hormonlar hüceyrələr arasında xəbər daşımaq funksiyası daşıyan proteinlərdir. Orqanizmin böyüməsi, törəmənin tənzimlənməsi, orqanizmdəki daxili tarazlıq, sinir sistemindəki koordinasiya və daha bir çox proses hormonların lazımi yerlərə çatdırdığı xəbərlər nəticəsində baş verir.
Heç bir insan orqanizmindəki ideal koordinasiyaya müdaxilə edə bilməz. Məsələn, yediyimiz qidaların həzm edilməsi zamanı ifraz olunmağa başlayan sekretin hormonunu götürək. Belə bir hormonun varlığından bəlkə heç xəbərinizin də olmadığı halda sizin üçün bu hormon ifraz olunmağa başlanır və bunun sayəsində bağırsaqlarınızın turşudan zədələnməsinin qarşısı alınır. Sizin bunun qarşısını almağınız və ya dəyişdirib başqa bir üsulla özünüzü qorumağınız mümkün deyil. Bu, orqanizmdə olan başqa orqanlara, enzimlərə, sistemlərə də aiddir.
İnsanın öz orqanizmində baş verənlərdən xəbəri olmadığı halda onun orqanizmində hər baxımdan ideal bir sistem yaradılıb. Orqanizminizdəki maddələr sizin üçün əmrlər verib orqanik tarazlığınızı təmin edərkən, sizi su içməyə və ya yemək yeməyə, sürətli hərəkət etməyə yönləndirərkən siz bunu hiss etmirsiniz. Sizin yaşamağınız orqanizminizdəki hormonlar vasitəsilə nəzarət edilən əmr-komandir sisteminə bağlıdır.
Bəs bu sistem necə yaranıb? Buna necə nəzarət edilir? Hormonlar harada, nə vaxt hərəkət edəcəklərini necə bilirlər?
Qarşıdakı səhifələrdə verilmiş nümunələrdə də göstəriləcəyi kimi, hormonal sistemin bir anda və vahid şəkildə ortaya çıxması zəruridir. Bunun əksini düşünmək qeyri-mümkündür. Yəni hormonlar malik olduqları xüsusiyyətləri müəyyən zaman ərzində qaza bilməzlər. İnsan orqanizmindəki bütün başqa sistemlər kimi hormonal sistem də yalnız bir anda ortaya çıxıb, yəni yaradılıb. Allahın varlığının və Onun gücünün qeyri-məhdud dəlillərindən biri olan bu sistemin təfərrüatları insanı bir daha Allahın yaratdıqları üzərində düşünməyə təşviq edir. Allah ayələrində yaratdığı varlıqlar üzərində düşünməyi və Ona yönəlməyi əmr edir. Allah Quranda belə buyurur:
“Göydən sizin üçün yağmur endirən Odur. Ondan siz də, içində otardıqlarınız, ağaclar da içər.
Allah onunla sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda dəlillər vardır!
O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi. Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır!
Allah yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da əlamətlər vardır!Təzə ət yeməyiniz, taxdığınız bəzək şeylərini çıxartmağınız üçün dənizi də sizə ram edən Odur.
Allahın nemətindən ruzi Sizi yırğalatmasın deyə, yer üzündə möhkəm dayanan dağlar, və gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı; əlamətlər də. Yollarını ulduzlar vasitəsilə taparlar.Heç yaradan yaratmayana bənzəyərmi?! Məgər düşünmürsünüz?!” (“Nəhl” surəsi, 10-17).
Təyyarələrdə, fəzada süni peyklərdə, hətta bəzi müasir avtomobillərdə nəqliyyatın o andakı vəziyyətinə və həcminə nəzarət edən kompüterlər var. Lakin haqqında bəhs edilən nəzarət sistemlərinin ən mükəmməli XX əsrdə insanların inkişaf etdirdiyi bu sistemlərdən hələ min illərlə əvvəl elə yer üzündə mövcuddur. Həm də insanın öz orqanizmində...
Bir kabel şəbəkəsi boyunca uzanan sinir sistemi və kimyəvi siqnalları qiymətləndirən hormonal sistem insan orqanizmindəki nəzarət və sınaq mexanizmini təşkil edir. Bu sistemlər insanın təxəyyülünün fövqündə dayanacaq səviyyədə yüksək bir texnologiyaya malikdir.
Hər iki sistem böyük ölçüdə klassik təzyiq prinsiplərinə əsasən fəaliyyət göstərir. Nəzarət mərkəzindən göndərilən bir xəbər hədəfə alınmış orqanın aktivliyinin yüksəldilməsinə və ya azaldılmasına səbəb olur, daimi məlumat gəlməsi sayəsində hər an qiymətləndirmələr aparılır və bu qiymətləndirmələrə əsasən yeni əmrlər göndərilir. Hər saniyə ərzində milyonlarla məlumat qiymətləndirilir.
1. Hypothalamus | 6. Thymus Gland |
At left are shown the sites of the main glands in the male and female bodies, and the general structure of the nervous system on the right. |
Sinir sistemi məlumat axınını bütün orqanizmi əhatə edən kabel şəbəkəsi - sinirlər yolu ilə təmin edir. Bir çox məqamlarda sinir sistemi ilə hormon sistemi birgə fəaliyyət göstərir. Məsələn, adrenalin hormonunun ifraz olunması üçün sinir sistemindən gələn siqnallara ehtiyac var.
Hormonal sistemdə xəbərləşmə (informasiya) şəbəkəsi qan dövranı sayəsində qurulur. Hormonal bir vəz xəbər daşıyan molekulları birbaşa qana ifraz edir. Qan vasitəsilə bütün orqanizmə yayılan bu xəbərlər hədəfə alınan orqana çatdığı zaman həmin orqanı hərəkətə gətirir. Yəni hormonal sistem qan dövranı olmadan fəaliyyət göstərə bilməz. Hormon və sinir sistemləri arasındakı əlaqəni də xatırlasaq, hormon-sinir-qan dövranı sistemlərinin eyni anda mövcud olmalarının vacibliyi faktı ilə qarşılaşarıq.
Hormonal sistem (endokrin sistem) və sinir sistemi birlikdə orqanizmin sabit vəziyyətini qorumaq üçün fəaliyyət göstərirlər. Hormonal sistem nəsilartırmada, qida maddələrinin hüceyrələr tərəfindən istifadə edilməsində, duz və maye tarazlığının tənzimlənməsində əsas rol oynayır. Toxumalardan və vəzilərdən meydana gələn bu sistemin orqanizmdəki başqa orqanlarla, həm də bütün orqanizm hüceyrələri ilə olan harmoniyası son dərəcə diqqətçəkicidir. Hormonal sistemi təşkil edən vəzilərin kanalları yoxdur. Vəzilər hormonları ətraflarındakı toxumalara buraxır və hormonlar kapilyarlar tərəfindən sorulub qan vasitəsilə daşınırlar. Hormonları hərəkətə gətirən amil hədəf seçilmiş toxumaların vəziyyətidir. Çox vaxt hormonlar yalnız həmin toxumaya xas ola bilər. Məsələn, testosteron adlı kişilik hormonu ifraz olunanda o, üzdə tük çıxmasına səbəb olur, lakin kəllə dərisindəki saçlara heç bir təsir göstərmir. Bununla yanaşı bütün orqanizmə təsir edən hormonlar da var. Məsələn, tiroid hormonu orqanizmdə olan bütün hüceyrələrə xəbərdarlıq edir.
1. Hormones | 2. Receptors |
Hormones and the receptors they affect have a lock-and-key type of relationship. |
Hormonlar əsasən insan orqanizminin daxilini tənzimləmək üçün proqramlaşdırılmış və kodlaşdırılmış bir siqnal qrupu kimi tanınır. Bu siqnalların hər biri müxtəlif orqan və toxumalardakı hüceyrələrə xəbərdarlıq edir. Bir hormon hədəf seçilmiş hüceyrəyə çatana qədər keçdiyi bir çox toxumada hiss edilmir. Bəs hədəf seçilən hüceyrə öz hormonunu necə tanıyır?
Hədəf seçilmiş hüceyrələrin səthində bir antenna (qəbuledici) var. Hormon bu antenna ilə tam şəkildə birləşir. Antenna və hormon bir-birinə o qədər uyğun şəkildə yaradılıblar ki, göndərilən hormon heç bir zaman yanlış antennaya bağlanmır.
Bu şəkildə hər bir hormon bir açara, bu hormonun təsir göstərdiyi qəbuledici də yalnız həmin açarla açıla biləcək xüsusi bir qıfıla bənzəyir. Lakin hormon və hədəf hüceyrə arasındakı üçölçülü uyğunluq açarla kilid arasındakı üçölçülü harmoniyadan daha mürəkkəb və üstündür. Yalnız bir hormon qıfıla uyğun gəlir və həmin hüceyrənin ümumi quruluşuna təsir edir. Beləliklə, bu harmoniya sayəsində heç bir zaman yanlış bir orqan və ya toxuma hərəkətə gətirilmir.51
Hormon molekulunun hüceyrənin səthində olan antennaya sıxılması ilə birlikdə hüceyrənin içində serial bir zəncirvari reaksiya baş verir. Bu reaksiyalar nəticəsində hüceyrə ona əmr edilən funksiyanı yerinə yetirir. Hadisə belə baş verir.
Məsələn, göndərilən əmr hüceyrəyə xüsusi olaraq bir protein hazırlamasını əmr edirsə, hüceyrənin içində olan müxtəlif enzimlər hərəkətə gəlir. Bu enzimlər hüceyrənin məlumat mərkəzi olan DNT-yə gedərək hazırlanmalı olan proteinə aid məlumatı tapır və onun surətini çıxarır. Beləliklə, lazım olan proeinin hazırlanması prosesi başlayır.
Bu sistemin ünsürləri bir zəncirin halqaları kimi fəaliyyət göstərir. Bu halqalardan hər hansı birinin funksiyasında axsamanın olması zəncirin qopmasına, yəni orqanizm sisteminin pozulmasına səbəb olacaq. Belə bir axsamanın nəticələri orqanizm üçün çox ağır olar, bəzən hətta ölümə də səbəb ola bilər.
0,5 qr ağırlığında və bir noxud dənəsi boyda kiçik bir ət parçası və bu ət parçasını təşkil edən hüceyrələr orqanizminizi sizin adınıza yönləndirir və sınağa çəkir. Hormon sisteminin idarə mərkəzi olan “hipofiz vəzi” adlı bu kiçik orqan yer üzünün ən ideal orkestrinin rəhbəridir. Bu kiçik rəhbər öz əmrlərini hormon adı verilən molekulların köməyi ilə başqa hüceyrələrə bildirir.
Hipofiz vəzi hormon sisteminin istiqamətvericisi və tənzimləyicisidir. Beynin hipotalamus adlı nahiyəsinin nəzarəti altında fəaliyyət göstərir. Bu kiçik ət parçası hipotalamusdan gələn məlumatlar sayəsində sizin hansı şəraitdə nəyə ehtiyacınızın olduğunu, bu ehtiyacı ödəmək üçün hansı orqanın hansı hüceyrələrinin fəaliyyət göstərməsinin lazım olduğunu, bu hüceyrələrin kimyəvi mexanizmlərini, fiziki quruluşlarını, hazırlanmalı olan məhsulları və bu istehsal prosesinin dayandırılacağı vaxtı bilir. Hətta bunları bilməklə də kifayətlənmir, bu ehtiyacların ödənilməsi üçün xüsusi bir əlaqə sistemi sayəsində lazımi yerlərə bütün əmrləri göndərir.
A. Capillary Vessel Network 1. Brain 7. Pituitary Gland Root | |
The connection between the pituitary gland and the central nervous system can be seen. Far left: the connection between the pituitary, the brain (1) the spinal cord (2), and the cerebellum (3). Right: the relationship between the pituitary venous network and the hypothalamus: A- capillary vessel network. B- sinus capillary vessels. |
Məsələn, insan orqanizmi yetkinlik yaşının sonuna qədər inkişaf edir. Bu dövr boyunca trilyonlarla hüceyrə bölünərək çoxalır, toxuma və orqanların böyüməsi təmin edilir. Müəyyən bir həddə çatanda toxumalarda böyümə fəaliyyəti dayanır. Beləliklə, nə qədər böyüməyinizin lazım olduğunu bilən və bu həddə çatdığınız zaman inkişafı dayandıran orqan hipofiz vəzi adlanan kiçik rəhbərdir.
Hipofiz vəzi tərəfindən ifraz olunan böyümə hormonu hüceyrələrə nə qədər böyümək lazım olduğunu bildirir. Bu hormonun ifrazının dayanması ilə böyümə də dayanmış olur.
Böyümə hormonu orqanizmdə hansı yerlərin genişlənəcəyini bilir. Orqanizm də dərhal hormonu tanıyaraq öz funksiyasını yerinə yetirir. Böyümə hormonu sümüyə çatanda sümük dərhal böyüməyə başlayır. Lakin böyümə hormonu qadında və kişidə müxtəlif yerlərə fərqli şəkillərdə təsir göstərir. Məsələn, böyümə hormonu kişinin çiyin hüceyrələrinə gedir və bu nahiyəni genişləndirəcəyinin bilir. Lakin qadında bunu etmir.
Kiçik bir uşağın səs telləri də böyümə hormonu sayəsində inkişaf edir. Bu hormon səsin necə olacağını bilir və qadınların səs tellərini incə, kişilərin səs tellərini isə qalın səs çıxaracaq şəkildə böyüdür.
Hüceyrələrin böyümə hormonuna tabe olması da olduqca diqqətçəkicidir. Bütün orqan və toxumalar bunun sayəsində müvafiq şəkildə böyüyürlər. Məsələn, burunu əhatə edən dərinin inkişaf etməsi və böyüməsi dayananda burun altında olan sümük toxumasının böyüməsi və inkişafı da dayanır. Sümük bir daha böyüməyə davam etmir və dərini yırtıb kənara çıxmır. Orqanizmin bütün orqanları bir-birinə uyğun şəkildə böyüyürlər.
Hipofiz vəzi orqanizmimizdəki karbohidrat və yağ metabolizmasını da tənzimləyir. Lazım olduğu zaman hüceyrələrinizdə hazırlanan proteinin sintezini artırır. Qan təzyiqi aşağı düşəndə hipofizin ifraz etdiyi molekullar damarların ətrafındakı əzələlərin yığılmasını təmin edir. Milyonlarla əzələnin yığılması və damarların kiçilməsi qan təzyiqini artırır.
Bu kiçik rəhbər özündən çox uzaqda olan böyrəklərin də fəaliyyətini tənzimləyir. Orqanizminizin suya ehtiyac duyduğu halları da bilən hipofiz vəzi belə hallar üçün xüsusi hormon (vazopressin) hazırlayır.52
1. ADH and oxytocin are synthesised in the body of the nerve cells within the hypothalamus. 2. The neuron that secretes ADH and oxytocin moves downwards from the axon and gathers at the axon tips. 3. Hormones, transported with axons to the posterior lobe of the pituitary gland, enter the blood from here. 4. Gland to the general bloodstream. Hormones depart through a blood vessel joining the pituitary. The level of extracellular fluid rises. 5. Rear lobe | 1. Stimulator and inhibitor hormones are released from the body of the nerve cells in the hypothalamus. 2. These secretions are first absorbed by capillaries in the hypothalamus base. 3. Secretions are transported by blood vessels to the second capillary network in the anterior lobe of the pituitary gland. 4. Stimulator or inhibitor hormones leave the capillaries and affect the pituitary gland cells that secrete hormones. 5. Hormones leave the pituitary gland through small vessels connected to the general bloodstream. | |
6. Body part | 12. LH | |
The positions of the hypothalamus and the pituitary glands in the brain. Like an orchestra conductor, the pituitary gland directs many other organs. Another system, however, ensures the pituitary gland goes into action. The region of the brain known as the hypothalamus analyses hundreds of pieces of information from the body, then decides what needs to be done and where. In order to implement that decision, the hypothalamus sends the necessary instructions to the pituitary gland, which then acts upon the body. (Eldra Pearl Solomon, Introduction to Human Anatomy and Physiology, p. 135.) |
Ana südü yeni doğulmuş bir körpə üçün həyati əhəmiyyətə malikdir. Hipofiz vəzi körpənin bu ehtiyacını da bilir. Doğuşa az bir müddət qalmış hipofiz vəzinin göndərdiyi əmrə əsasən (prolaktin hormonu) ananın süd vəzilərini hərəkətə gətirir və süd ifraz olunmağa başlayır. Yenə də doğuş yaxınlaşdığı zaman hipofiz vəzinin verdiyi başqa bir əmrə əsasən (oksitosin hormonu) uşaqlıq əzələsi hərəkətə gəlir və bu da doğuşa kömək edir.53
Dərinin Günəş altında tunc rəngə çalması əslində insanı Günəşin zərərli təsirlərindən qorumaq üçün hüceyrələrin gördüyü tədbirdir. Hüceyrələrə bu müdafiə əmrini verən (MSH hormonunu göndərən) də yenə hipofiz vəzidir.
Beyində hipofiz vəzinin olduğu yerdə bir-birindən fərqli kimyəvi quruluşlara malik olan 20-dən artıq hormon müəyyən edilib. Bu hormonların əksəriyyəti başqa hormonların ifraz olunmasını təmin edən xəbərdaredici xüsusiyyətli hormonlardır. Hormonal sistemdəki bu qüsursuz ahəng necə əmələ gəlib? Hormonlar arasındakı əlaqə necə qurulub? Bir hormon o birisinin xəbərini necə anlayır və buna düzgün reaksiya göstərir?
Bir-birindən çox fərqli kimyəvi quruluşlara malik olan, lakin eyni zamanda da ideal ahəng içində fəaliyyət göstərən bu 20 hormonun mövcudluğunu təkamül mexanizmi ilə izah etmək mümkün deyil. Bu hormonların xüsusiyyətləri insan orqanizminə təsadüflər nəticəsində yerləşdirilə bilməz. Hər hansı bir təsadüfi müddətin hormonları təşkil edən maddələr yaratması, hormonların məlumatlarını müəyyən etməsi, bu məlumatların hara gedəcəklərini bilməsini təmin edən bir sistemi hormonlara yerləşdirməsi ağlasığmazdır.
Hipofiz vəzi hormonların cəm şəkildə ifraz olunduğu yerlərdən yalnız biridir. Bundan başqa böyrəküstü vəzi, mədəaltı vəzi, cinsi vəzilər, tiroid vəziləri kimi nahiyələrdə həyatın davam etməsi üçün olduqca böyük əhəmiyyət daşıyan hormonlar ifraz olunur. Bu nahiyələrdən hər hansı biri zədələndiyi və ya qüsurlu şəkildə fəaliyyət göstərdiyi halda həyatın davamı təhlükə altına düşür. Hormonal sistemin əmələ gətirdiyi bu ahəng yaradılışı açıq şəkildə sübut edir.
Hormonal sistemi bütün incəlikləri ilə birlikdə yaradan qüvvə isə hər şeydən xəbərdar olan Uca və Qadir Allahdır.
Hipofiz vəzi yalnız öz funksiyalarını yerinə yetirməklə kifayətlənmir. Həmçinin fövqəladə bir məsuliyyət hissi ilə başqa hormonal vəzilərin də işini tənzimləyir və onlara nəzarət edir.
Bu isə olduqca mühüm bir məqamdır. Çünki bu məqam noxud boyda bir ət parçasının ağlasığmaz şüurla hərəkət etdiyini göstərir. Hipofiz vəzi orta beyində, tiroid vəzi qırtlağın altında, cinsiyyət vəziləri qadınlarda yumurtalıqda, kişilərdə spermalarda, böyrəküstü vəzi də böyrəklərin üstündə yerləşir.
1. ACTH | 6. Follicule | 11. Oestrogens |
Diagram showing secretion of sex hormones by interior secretory glands |
Hipofiz vəzi tiroid vəzinin inkişafını və fəaliyyətini tənzimləmək üçün TSH hormonu, cinsiyyət vəzilərinin fəaliyyətini tənzimləmək üçün FSH və LH hormonu, böyrəküstü vəzilərin fəaliyyətini tənzimləmək çün ACTH hormonu, süd vəzilərinin inkişafı və ifraz olunması üçün LTH hormonu ifraz edir.54
Hipofiz vəzinin bu orqanlardan yalnız birinə təsirini nəzərdən keçirək. Hipofizin lazım olduğu zaman böyrəküstü vəziləri hərəkətə gətirmək üçün ACTH hormonunu ifraz etdiyini qeyd etdik. Hipofizdən yola çıxan ACTH hormonu qana qarışır və qan vasitəsilə böyrəküstü vəzilərə çatır. Məlumatı oxuyan böyrəküstü vəzilər dərhal lazım olan hormonu hazırlayaraq orqanizmdə bir qrup kimyəvi prosesləri hərəkətə gətirir.
7. Glomerule | |
The pituitary gland in the brain (1) regulates the functioning of the kidneys by secreting two separate hormones. One of these, ADH, enhances the effect of the kidney tubules, while the second, ACTH, stimulates the secretion glands (2). Stimulated by ACTH, one of the hormones secreted by these glands ensures the effectiveness of the kidneys. At this, blood is emptied into the glomerules from the artery (3). The plasma of the blood filtered here is separated from the proteins and heads to the nearest tubule (4). The substances throughout this tubule and the tubule in the loop of Henle (5) are again absorbed by the blood. Substance absorbance by the blood continues until the last tubule (6). | |
The blood also deposits certain substances in the last tubule. Here ADH increases water absorbance, and the hormone secreted from the adrenal gland increases the absorption of salt. The process in the kidney is thus completed. Allah introduces us to the matchlessness of his artistry with this detailed system that He has created for the kidneys’ functioning. |
Hipofiz vəzinin bütün bunları yerinə yetirə bilməsi üçün nələri “bilməli” olduğunu düşünək. Hipofiz vəzi:
“Böyrəküstü vəzinin funksiyasını”;
“Bu funksiyanı necə yerinə yetirdiyini”;
“Böyrəküstü vəzinin hərəkətə gəlməsi üçün lazım olan işarəni” bilməlidir.
Nəzərə alınmalı başqa bir məqam da molekulların qət etdikləri məsafədir. Hormon molekullarının gözlə görünməyəcək qədər kiçik olduğunu nəzərə alsaq, bu molekulların beyindən böyrəyədək uzanan səfərinin insana nəzərən min kilometrlərlə ifadə edilə biləcək bir səfər olduğunu qəbul etmək lazımdır.
Bu təqdirdə ortaya cavablandırılması lazım gələn bir çox suallar çıxır. Bir hipofiz vəzi özündən min kilometrlərlə uzaqda olan başqa bir hormonal vəzinin məsuliyyətini necə bilir, böyrəküstü vəziləri hərəkətə gətirən düzgün kimyəvi və fiziki formulları tam şəkildə necə hazırlayır? Nə üçün hipofiz vəzi böyrəküstü vəzinin fəaliyyətini tənzimləmək kimi məsuliyyət daşıyır? Kimyəvi maddələrə informasiya mübadiləsi qabiliyyəti verən bu ağıl necə ortaya çıxıb? Görməyən, eşitməyən, düşünməyən, yalnız molekullardan əmələ gələn maddələr belə bir şüura necə malik olublar?
İnsan şüur sahibi olan, həmin şüurundan düzgün istifadə edə biləcək, onu inkişaf etdirə biləcək, yeni üsullar tapa biləcək bir varlıqdır. Başqa canlılara nisbətən malik olduğu bütün xüsusiyyətlərə, zəka, öyrənmə qabiliyyətinə, tədqiq etmək, nəticə çıxarmaq kimi qabiliyyətlərə baxmayaraq (əgər bu sahədə xüsusi bir təhsil almayıbsa) onun öz orqanizmindəki hormonların haradan gəldiyini bilməsi, bunları hazırlaması mümkün deyil. İnsanın hormonların fəaliyyətinə müdaxilə etməsi, onların ifraz olunduğu nahiyələri dəyişdirməsi, yenilərini əlavə etməsi də qeyri-mümkündür.
Hormon ifraz edən vəzilər isə ayrı-ayrı hüceyrə fərdlərindən ibarət kütlədir. Bu hüceyrələr cansız və şüursuz atomların birləşməsindən təşkil olunur. Həmin şüursuz atomlar kütləsi insanın bacarmadığı işləri necə bacarır? Bir-biri ilə qarşılaşmaları mümkün olmayan orqanlar orqanizmin qaranlıqlarında belə bir ağıl və şüuru necə nümayiş etdirirlər?
Bu halda ortaya çox açıq bir həqiqət çıxır. Hormonlar və onları ifraz edən vəzilər çox üstün bir qüvvə tərəfindən bu xüsusiyyətlərə malik olaraq yaradılıb və insan orqanizminə xüsusi şəkildə yerləşdiriliblər. Onların mövcudluğunun davam etdirilməsi üçün xüsusi bir sistem qurulub, həmin sistem istisnasız olaraq bütün insanlarda mövcud olacaq şəkildə yaradılıb və bu məlumatlar DNT-lərdə kodlaşdırılıb.
Bütün bu proseslər misilsiz ağıl tələb edir. Bu üstün ağıl isə bütün kainatı yaradan Uca Allaha məxsusdur. Allah bütün aləmlərin Rəbbidir və Onun heç bir şəriki yoxdur:
“De: “Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbbmi istərəm?” Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz. Axır dönüşünüz Rəbbinizədir. O zaman sizə aranızda ixtilaf doğuran məsələlər barəsində xəbər verəcəkdir” (“Ənam” surəsi, 164).
1. Thyroid Cartilage | 1. Capillary Vessel (At a Low Level of Blood Ca) |
The thyroid gland is located in the lower anterior region of the neck, in the front of the windpipe and below the esophagus. The thyroid secretes hormones that regulate the metabolism concerned with the body’s energy production. | When the level of calcium in the capillary vessels decreases, the parathyroid glands secrete parathormone (PTH), which stimulates the secretion of calcium from bone. Thanks to this flawless control system, the level of calcium rises immediately. |
Hormonal sistemin paylaşdırıcı stansiyalarından biri də tiroid və paratiroid vəziləridir. Tiroid vəzisi sağlam bir həyat keçirməyiniz üçün orqanizmin metabolizmasını tənzimləyir. Bunu ifraz etdiyi xüsusi bir hormon (tiroksin) sayəsində edir. Tiroksin hormonu orqanizmdə olan bütün hüceyrələrə təsir göstərən bir hormondur. O, hüceyrələrin istifadə edəcəyi oksigenin miqdarını müəyyən edir. Məsələn, bir hüceyrədə mitokondrinin olduğu yerə tiroksin hormonu veriləndə oksigen tələbatı və enerji hazırlanması artır. Qanın tərkibindəki tiroksin çatışmazlığı zamanı isə metabolizmanın aşağı düşməsi ilə yanaşı toxuma mayesində suyun və natriumun miqdarı artır. Qanda xolesterolun miqdarı yüksəlir.55
Tiroid vəzisində tiroksin hormonunun hazırlanması və ifraz olunması da yenə bir-birinin içində olan sistem sayəsində həyata keçir. Tiroksin hormonunun ifraz olunması hipofiz vəzinin ön hissəsindən ifraz olunan “tirotropin” adlı başqa bir hormon tərəfindən tənzimlənir.
Tiroid vəzisindən ifraz olunan başqa bir hormon isə kalsitonindir. Kalsitonin hormonu paratiroid vəzisindən ifraz olunan parahormon (PTH) ilə birlikdə orqanizmdəki kalsium-fosfat miqdarının tənzimlənməsində mühüm rol oynayır. Kalsium miqdarının səviyyəsi isə insanın həyatı baxımından olduqca böyük əhəmiyyətə malikdir. Bu maddədən sümüklərin yaranması, əzələ və sinir sisteminin fəaliyyəti, qanın laxtalanması, hüceyrə divarından aktiv daşımaların yerinə yetirilməsi kimi olduqca həyati əhəmiyyətli işlərdə istifadə edilir. Bu səbəbdən qanın tərkibində müəyyən qədər kalsiumun olması zəruridir. Elə buna görə də sümüklər kalsiumu ehtiyatda saxlayan bank funksiyasını yerinə yetirirlər. Hər iki müxtəlif hormon da bu banka kalsium qoyulmasını və ya onun geri götürülməsini təmin edir.56
Tiroid vəzisinin üzərində olan paratiroid vəzisinin hasil etdiyi parahormon qandakı sümüklərdə ehtiyatda saxlanılan kalsiumun qana geri qaytarılmasında mühüm rol oynayır. Bu hormonun ifraz olunması hipofiz vəzi və sinir sisteminin birbaşa təsiri olmadan, qandakı kalsiumun miqdarına görə avtomatik olaraq tənzimlənir. Bu hormon qanda kalsiumun miqdarı aşağı düşdüyü zaman bunu dərhal müəyyən edir və birbaşa sümük hüceyrələrinə təsir göstərərək sümükdən qana kalsium keçməsini sürətləndirir. Qanın tərkibindəki kalsiumun miqdarı müəyyən bir səviyyəni keçəndə isə tiroid vəzisindən kalsitonin hormonu ifraz olunur. Kalsitonin qandakı artıq kalsiumun sümüklərin quruluşuna keçərək orada ehtiyatda saxlanmasını təmin edir.57
When the level of calcium in the capillary vessels decreases, the parathyroid glands secrete parathormone (PTH), which stimulates the secretion of calcium from bone. Thanks to this flawless control system, the level of calcium rises immediately.
İnsan orqanizmi üçün olduqca mühüm funksiyalar daşıyan bu hormon çatışmadıqda və ya artıq olduqda hansı problemlər ortaya çıxa bilər?
Parahormon az olduğu zaman qanın tərkibindəki kalsiumun miqdarı azalır, bununla bağlı olaraq əzələlərdə, xüsusilə də əl və üz əzələlərində tetanik qıcolma halları müşahidə edilir. Əgər bu hal nəfəs borusundakı əzələlərdə olarsa, bu, nəfəs almağa mane olar və ölümə səbəb ola bilər. Həmin hormon artıq olanda isə sümüklərdəki kalsium ehtiyatları boşaldılaraq qana verilir. Bu vəziyyət sümüklərin asanlıqla bükülməsinə və sınmasına səbəb olur. Böyrəklər qanda olan artıq kalsiumu kənarlaşdırmağa çalışır, lakin bu kalsium kristalları böyrək daşlarının yaranmasına səbəb ola bilər.58
Bu nümunələrdən də məlum olduğu kimi, insanın həyatını sağlam və rahat şəkildə davam etdirməsi yalnız hormon sisteminin tam şəkildə fəaliyyət göstərməsi nəticəsində mümkündür. Belə ki, yalnız tiroid vəzisinin fəaliyyətindəki çatışmazlıq bir çox xəstəliklərin yaranmasına səbəb olur. Bəs belə bir qüsursuz sistemi quran və onu işlədən kimdir? Bura qədər qanın tərkibindəki çatışmayan maddələri müəyyən edən, bu çatışmazlığın miqdarını müəyyən edərək lazımi maddələri hazırlayan, bu maddələrin tərkiblərinin nə olacağını çox yaxşı bilən və lazımi miqdarda olan maddəni lazımi müddət ərzində hazırlayan, orqanizmin başqa orqanları üzərində də təsiri olan bir “iradə”dən bəhs etdik. Üzərində düşünüləsi məqam budur: görəsən belə üstün bir iradə nümayiş etdirən tiroid vəzisinin özüdürmü? Əlbəttə ki, bu hal qeyri-mümkündür. Tiroid vəzi adlandırdığımız nəsnə sadəcə olaraq bir hüceyrələr topluluğudur, bu topluluqda bir şüur sahibi axtarmaq mümkün deyil. Bu iradənin hormonların özünə aid olduğunu da deyə bilmərik. Hormon dediyimiz şey də molekullardan ibarət olan maddədir. Belə olan halda iradəni harada axtaracağıq?
Beləliklə, məhz bu məqamda son nəticə olaraq yalnız yaradılış həqiqəti ilə qarşılaşırıq. Orqanizmdə olan bütün vəzlər, hormonal sistemi təşkil edən bütün ünsürlər, bunların hazırladığı hormonlar, həmin hormonların içində olan molekullar və onları təşkil edən bütün atomlar yalnız Uca Allahın misilsiz yaradılışının nəticəsidir.
1. The passage of calcium from the bone to blood rises | 9. Homeostasis (maintenance of internal balance) in the blood calcium balance |
There needs to be a certain level of calcium for the body to survive. The hormone calcitonin, secreted by the thyroid gland, and the parathormone secreted by the parathyroid maintain this balanIe. It is Almighty Allah Who endows the glands in our bodies with the consciousness and will with which to measure the level of calcium in the blood and make adjustments accordingly. |
Hormonal sistemin ifraz etdiyi ünsürlərdən biri də böyrəküstü vəzilərdir. Böyrəküstü vəzilərdən ifraz olunan ən mühüm hormonlardan biri adrenalindir. Adrenalin hormonunun maraqlı bir funksiyası var. Həmin hormon təcili və təhlükəli hallarla qarşılaşan insan orqanizmində müxtəlif dəyişikliklərin yaranmasına səbəb olur. Bununla bağlı belə bir misal verə bilərik.
Bir təhlükə ilə üzləşən (məsələn, bir vəhşi heyvanın hücumuna məruz qalan) bir insanı təsəvvür edək. Bir qədər sonrakı saniyələrdə həmin insanın orqanizminin normal şəraitə görə müxtəlif ehtiyacları yaranacaq. Sürətlə qaçmalı, əzələlərinin daha sürətlə fəaliyyət göstərməsini təmin etməli, qan təzyiqi artmalı, ürəyi daha sürətlə döyünməlidir. Bunun nəticəsində daha sürətlə qaça biləcək, daha sürətlə hərəkət edə biləcək və ya təhlükə ilə daha qüvvətli bir şəkildə mübarizə aparacaq. Bəs bütün bunlar necə baş verəcək?
Təhlükənin ortaya çıxması ilə birlikdə orqanizmdə olan həyəcan siqnalı düyməsindən istifadə edilir. Beyin böyrəküstü vəzilərə çox sürətli bir əmr göndərir. Böyrəküstü vəzidə olan hüceyrələr hazır vəziyyətə gətirilir və təcili olaraq adrenalin adlı bir hormon ifraz edirlər. Adrenalin molekulları qanın tərkibinə keçir və orqanizmin müxtəlif yerlərinə paylanılır.
1. Signals from the cerebral center | |
The adrenal gland and the sections in it are shown. | |
This plays various important roles, such as increasing blood sugar levels and arranging the storage of glycogen in the liver. Clearly, the way the kidneys act to regulate the body’s activities with a command from the brain cannot be carried out by the cells. This is of course Allah’s incomparable creation. |
Adrenalin hormonunun bir məqsədi var. Bu məqsəd də bütün orqanizmi vahid şəkildə təhlükədən qorunmaq üçün hazır vəziyyətə gətirmək və insanın daha qüvvətli, daha möhkəm və daha sürətli olmasını təmin etməkdir.
İfraz olunan adrenalin mollekulları damarlarda xüsusi bir tənzimləmə aparırlar. Adrenalin molekulları təxirəsalınmaz hallarda mühüm orqanlara daha çox qanın getməsinə kömək edir. Buna görə də ürəyə, beyinə və əzələlərə gedən qan damarlarının ətrafında olan hüceyrələr adrenalinə tabe olur və damarları genişləndirir. Beləliklə, həyati əhəmiyyətli orqanlara daha qan getmiş olur.
Adrenalin molekulları ehtiyac duyulmayan orqanlara gedən damarları da daraldırlar. Bunun nəticəsində həmin orqanlara daha az qan gedir.
Adrenalin molekullarının təsiri ürəyə, beyinə və əzələlərə gedən damarları genişləndirdiyi halda qaraciyərə və dəriyə gedən damarları daraldır. Beləliklə, orqanizmin ehtiyac duyduğu təcili dəstək təmin edilir. Adrenalin molekulları heç vaxt yanlış olaraq ürəyə və beyinə gedən damarları daraldıb qaraciyərə və dəriyə gedən damarları genişləndirmir. Adrenalin molekulu nə edəcəyini çox yaxşı bilir. Damar hüceyrələri də adrenalinə lazımi şəkildə tabe olurlar. Orqanizmimizdə olan yüzlərlə damarın diametri və hara, nə qədər qan ötürməsi məsələsi gözlə görünməyən bir hormonun ağlı tərəfindən müəyyənləşdirilir.
Dəriyə vurulan qanın az olmasının başqa bir hikməti də var. Bu zaman dəridə hər hansı bir zədələnmə olanda qan itirilməsinin qarşısı alınmış olur. Hədsiz həyəcan yarandığı zaman dəridə müşahidə edilən solğunlaşmanın səbəbi də həmin anda dəriyə az qan vurulmasıdır.
Adrenalin molekulları hər bir orqan üçün ayrı məna daşıyır.
Damara getdiyi zaman damarı genişləndirən adrenalin molekulu ürəyə gedəndə də ürək əzələlərinin yığılmasını sürətləndirir. Beləliklə, ürək daha sürətlə döyünür və əzələlərə təcili qüvvə üçün ehtiyac duyulan qan verilir.
Adrenalin molekulu əzələ hüceyrələrinə çatanda əzələlərin daha sürətli şəkildə yığılmasına səbəb olur.
Qaraciyərə çatan adrenalin molekulları buradakı hüceyrələrə qana daha çox şəkər qarışdırmağı əmr edir. Beləliklə, qanın tərkibindəki şəkərin miqdarı artır və əzələlərin ehtiyacı olan təcili maddə verilir.
Bütün bu xüsusi tədqiqatlar nəticəsində metabolizma 100 faiz nisbətində qüvvə artımını təmin edir. Adrenalinin orqanizmdə etdiyi dəyişikliklər sayəsində insan daha sürətlə düşünür və qərar qəbul edir, daha böyük qüvvə ilə mübarizə aparır, daha sürətlə qaçır və daha dözümlü olur.
| |||||||
1. Adrenal gland | 10. Stress | ||||||
A schematic representation of the kinds of reactions displayed by the hypothalamus, the internal (adrenal medulla) and external (adrenal cortex) of the adrenal gland at moments of stress. This system, which supplies strength to the body when necessary and works in an interconnected manner, could not have come into being by itself. (Elaine N. Marieb, Essential of Human Anatomy & Physiology, Benjamin/Cummings Science Publishing, p. 280) |
Adrenalin molekulları təhlükəli hallarda hər bir insanın orqanizmində hansı dəyişikliklərə ehtiyacın olduğunu yaxşı bilirlər. Bundan əlavə, bu molekullar bütün orqanizmi vahid şəkildə təhlükəyə hazırlayırlar.
Adrenalin hormonu çatdırılan hər bir toxuma və orqan vahid bir məqsəddən ötrü fəaliyyət göstərməyə başlayır. Heç bir orqan vahid məqsəddən kənar və ya əksinə hərəkət etmir.
Qeyri-adi və təcili hallarda insan orqanizminin göstərməli olduğu müqavimət və görüləcək tədbirlər də insan orqanizminə insanın şüur və nəzarətindən kənar şəkildə yerləşdirilib. Adrenalin hormonu və onun orqanizmə göstərdiyi təsir də bu sistemlərin bir-birinə uyğun və xüsusi şəkildə yaradıldığını bir daha sübut edir.
The absence of aldosterone which regulates the mineral balance in the body, another hormone secreted from the adrenal cortex, means inevitable death. In the event that this hormone is not secreted, diseases such as circulation deficiency, muscular fatigue and pigmentation in the skin occur. Blood sugar levels fall and resistance to infection declines. (Invitation to Biology, p. 436. In short, it is possible for a human being to live a healthy life only through the formation of the hormone aldosterone, whose atomic components are shown in the diagram above. To maintain that the consciousness and will exhibited during these processes is the work of unconscious and inanimate atoms is of course illogical. | |
1. Extracellular fluid volume decreases as the sodium concentration declines. | |
Events that take place during the secretion of aldosterone and the regulation of blood pressure. |
Darvinizmi Ifşa Edən Hormonlar | |
Sizin xəbəriniz olmadığı halda orqanizminizdə hər an, hər saniyə minlərlə əmr daşınır və bu əmrlər sizin həyatınızı ən uyğun vəziyyətə gətirib asanlaşdırır. Məsələn, həyəcanlandığınız və ya qorxduğunuz zaman sinir hüceyrələriniz dərhal siqnal sistemindən istifadə edir və yolunu azmadan, özünü itirmədən, böyük sürətlə hədəfə çataraq böyrəküstü vəzilərinizi hərəkətə gətirir. Məlumatı alan böyrəküstü vəzilər dərhal adrenalin hormonu ifraz edir. Adrenalin hormonu isə qanın tərkibinə keçərək demək olar ki, bütün orqanizminizi həyəcan siqnalı qarşısında tam hazırlıq vəziyyətinə gətirir. Həzm orqanlarının hərəkətlərinin qarşısını alır və həzm prosesini dayandırır. Beləliklə, həzm prosesində iştirak etməyən mühüm miqdarda qan əzələləri qidalandıraraq öz funksiyasını itirmiş olur. Eyni zamanda ürəyin ritmi də sürətlənir, qan təzyiqi artır. Ağciyərin bronxları genişlənib oksigenin gəlməsini və qanın oksigenlə qidalanmasını sürətləndirir. Qanın tərkibindəki şəkərin miqdarı artır. Bu da əzələlərə artıq miqdarda enerji vermiş olur. Nəhayət, göz bəbəkləri genişlənir və gözlərin işıq şüalarına qarşı həssaslığı artır. Bütün bu təsirlər bir yerə toplandığı zaman bir insan istər qaçmaq, istər müdafiə olunmaq, istərsə də hücum vəziyyətinə keçməklə hər bir halda böyük cəldlik nümayiş etdirir. Sinir hüceyrələri cansız və şüursuz atomlardan təşkil olunmuş varlıqlardır. Lakin bu atomlar orqanizmin ehtiyac duyduğu halları dərhal bilərək orqanizmin lazımi yerlərinə təcili surətdə məlumat göndərirlər. Məlumatı alan həmin nahiyə (əza) də eynilə bu cansız atomların birləşməsindən əmələ gəlib. Buna baxmayaraq onlar özlərinə gələn məlumatı anlayaraq işə başlayır və dərhal lazımi hormonu hazırlayır. Bu hormon isə olduqca şüurlu bir şəkildə və özünün yaranma məqsədini bilərək bütün orqanizmi dolaşır və lazımi orqanları fövqəladə hazırlıq vəziyyətinə gətirir. Bu qədər şüurlu, planlaşdırılmış, təşkil olunmuş və məqsədəuyğun bir sistemin təsadüfən əmələ gəldiyini düşünmək əslində ağıldan, məntiqdən və sağlam şüurdan üz çevirmək deməkdir. Darvinistlər bütün bu sistemlərin və orqanların təsadüfi şəkildə yarandığını iddia etməklə özlərini hətta uşaqların da ələ salıb güləcəyi, məsxərəyə qoyacağı bir vəziyyətə salırlar. Malkolm Muggeridge təkamülçü və ateist bir filosof olmasına baxmayaraq darvinizmin düşdüyü həmin acınacaqlı və həm də gülməli vəziyyəti belə təsvir edərək aşağıdakıları etiraf edir:
|
1. Chemical formula for progesterone |
Progesterone is the hormone that prepares the female body for pregnancy, and testosterone the hormone that gives the male body its own particular characteristics. |
İnsan yetkinlik yaşına çatanda hipofiz vəzi orqanizmdə bəzi dəyişikliklərin olmasını bilir və cinsiyyət vəzilərinə bəzi məlumatları göndərir. Cinsiyyət vəziləri bu əmrlərə əsasən hərəkətə gəlir. Qadın cinsiyyət vəzilərində ifraz olunan bir hormon (ostrogen) qadın orqanizmini yetkinləşmiş hala gətirib cinsiyyət orqanlarını və orqanizminin quruluşunu tənzimlədiyi halda başqa bir hormon da (progesteron) qadını hamiləliyə hazırlayır.
Kişi cinsiyyət vəzilərindən ifraz olunan başqa bir hormon (testesteron) isə kişilərə məxsus orqanizm quruluşunun yaranmasını və cinsi inkişafını tənzimləyir.
Hər iki orqanizmin hipofiz və ya tiroid vəzilərində hazırlanan hormonlar bir-biri ilə demək olar ki, eyni xüsusiyyətlərə malikdir. Lakin cinsiyyət vəziləri yetkinlik yaşı gəldiyi zaman bir-birindən tamamilə fərqli hormonlar hazırlayırlar. Hətta uşaqlıq dövründə də orqanizmdə olan, lakin ifraz edilməyən cinsiyyət hormonlarının orqanizm inkişaf edəndə hərəkətə gəlməsi də müəyyən bir nizam və vaxta uyğun gəlir. Bu hadisə necə baş verir?
Orqanizmimizdəki bir molekul ötüb keçən müddəti, yəni tarixi hesablayır və müəyyən olunmuş bir tarixdə hərəkətə gəlir. Bir maddənin vaxtı hesablaması və üstəlik bütün insanlarda eyni vaxtda hərəkətə gəlməsi insanı heyrətləndirən bir hadisədir. Məgər bir hormonun vaxtı bilməsi mümkündürmü? Belə bir şey əlbəttə ki, mümkün deyil. Hormonları müəyyən vaxtlarda hərəkətə gətirən qüvvə onları yaradan Uca Allahdır. Onların nə vaxt ifraz olunub nə vaxt dayanacaqlarını müəyyən edən də hər şeyi yaradan Qadir Allahdır. Allah hər cür yaratmağı biləndir.
Orqanizmimiz üçün zəruri və həyati əhəmiyyətli funksiyaya malik olan hormonlar görəsən qanımızda nə qədər yer tutur? 1 litr qanın tərkibində 1 qramın milyardda biri ilə milyonda biri qədər hormon var.59 Hormonlar bu qədər az miqdarda olmalarına baxmayaraq insan orqanizminin demək olar ki, bütün proseslərində informasiya mübadiləsini təmin edir və hərəkətverici rol oynayırlar.
The illness known as goiter (above) occurs with the growth of the thyroid gland. |
Qanın tərkibində ağlasığmaz dərəcədə kiçik yer tutan hormonların lazımi məqamda lazımi miqdarda ifraz olunması və lazımi vaxtda da dərhal dayanması son dərəcə əhəmiyyətlidir.
Bəs bu nizamlamanı yaradan kimdir? Hormonların artıq ifraz olunduqlarını bilib “dayan” əmrini kim verir?
İfraz olunan hormonların təsir etdikləri orqanlar lazım olandan da çox funksiya yerinə yetirsələr, bu, orqanizm üçün böyük bir təhlükə olar. Ehtiyacdan artıq fəaliyyət göstərən bir orqan onu hərəkətə gətirən hormonları hazırlamış ifrazat vəzilərinə məlumat göndərir. Həmin məlumatın mənası “artıq mənim fəaliyyətimə ehtiyac yoxdur, məni hərəkətə gətirən hormonu hazırlama” deməkdir.
Bu sistem pozulan zaman yaranan xəstəliklərdən biri tiroid vəzisinin həddindən artıq fəaliyyət göstərməsi mənasına gələn hipertiroid xəstəliyidir. Əgər həmin xəstəlik müalicə edilməsə, insan ölə bilər.
Göründüyü kimi, müstəsna xəstəlik vəziyyətlərindən başqa bu sistem qüsursuz olaraq fəaliyyət göstərir. Hər bir orqan özü ilə bağlı olan hormonun hansı vəzi tərəfindən ifraz edildiyini bilir. Əgər bu vəzi onu ehtiyac olandan artıq işlədərsə, orqan vəziyyətə müdaxilə edir. Hormon vəzi və müvafiq orqan bir-biri ilə iki insan kimi əlaqə saxlayır. Bunun sayəsində insan sağlam həyat sürür.
Lakin bütün bu hadisələr baş verərkən insanın bunların heç birindən xəbəri olmur, o, özü səhhəti ilə bağlı bu həyati əhəmiyyətli məsələlərdə heç bir səy göstərmək zorunda qalmır. Çünki Allah insanın sağlam yaşaması üçün cansız və şüursuz atomlardan təşkil olunmuş molekulların hər birinə fərdi qaydada öz funksiyalarını bildirib. Bu, Allahın bütün insanlar üzərində sonsuz rəhmətini göstərən bir dəlildir.
Bir avtomobil zavodunda hazırlanan nəqliyyat vasitəsinin rama, kapot, şüşələr, mühərrik, oturacaqlar kimi müxtəlif hissələri müxtəlif emalatxanalarda hazırlanır, daha sonra birləşdirilir. Bəzi hormonların hazırlanmasında da həmin planlaşdırma modelindən söhbət gedir.
1. Secretory gland cells | 4. Capillary vessel network |
Hormones are secreted by A) secretion glands and B) cells that emit stimuli. Hormones are generally transported and carried to the target cells by the bloodstream. |
DNT-dəki məlumatlar əsasında ribosomlarda hazırlanan müxtəlif hissələr endoplazmik retiklum hissəsində birləşdirilir. Daha sonra həmin hissə zavodda olduğu kimi başqa bir nahiyəyə, yəni qolgi cisimciyinə göndərilir və hormon burada istifadə edilə biləcək son hazırlıq vəziyyətinə gətirilir.
Hormon mükəmməl şəkildə hazırlanıb, lakin bu da kifayət etmir. Hormon özünün üçölçülü ideal quruluşunu qan vasitəsilə həyata keçirəcəyi uzun səfər boyunca qorumalıdır. Əks təqdirdə hormon yolda pozular və hədəf seçilmiş hüceyrələrə heç bir təsir göstərməz. Lakin bu təhlükəyə qarşı da lazımi tədbirlər görülüb. Qolgi cisimciyinə gətirilən hormon molekulu burada nazik təbəqədən əmələ gələn xüsusi bir paketlə bükülüb bağlama halına gətirilir. Hormon molekulu özünün uzun səfərinə artıq tam hazırdır.
Burada diqqət yetirilməli olan bir məqam var. İstehsalla məşğul olan yaradıcı hüceyrələr hormonlardan özləri istifadə etməyib onları kənara göndərirlər. Bu hormonlar hüceyrənin tanımadığı və heç bir zaman bilməyəcəyi uzaqlıqda olan hüceyrələr tərəfindən istifadə olunurlar. Məsafə o qədər uzaqdır ki, hüceyrənin ölçüsü nəzərə alınsa, onun hazırladığı maddənin qət etdiyi yol bizim hesabımızla minlərlə kilometr məsafə deməkdir. Hüceyrə böyük bir diqqət və zəhmətlə hazırladığı maddələrdən harada və necə istifadə edildiyini bilmir. Lakin bu naməlum məqsəd uğrunda, nə üçün nəzərdə tutulduğunu bilmədiyi mürəkkəb məhsulları bütün həyatı boyu hazırlamaqda davam edir.
Məsələn, beynin altında olan hipofiz vəzisindəki hüceyrələrin hazırladığı xüsusi bir hormon böyrəyin fəaliyyətini tənzimləyir. Hipofiz vəzisindəki bir hüceyrə böyrəyin nə olduğunu, harada olduğunu, hansı funksiyaları daşıdığını bilmir. Bəs o, heç bilmədiyi və həyatı boyu da bilməyəcəyi bir orqan olan böyrəyin quruluşuna tam uyğun gələn xüsusiyyətlərə malik bir maddəni necə hazırlayır? Nə üçün böyrəyin quruluşuna bu qədər hakim olur? Bu sualın yeganə cavabı odur ki, bütün bu qüsursuzluq hüceyrələrin öz iradəsi ilə baş verə bilməz. Hüceyrələr Uca və Qadir Allah tərəfindən bu işdən ötrü xüsusi olaraq yaradılıblar.
The same hormones in all human bodies possess exactly the same chemical formulae, so that they perform the same functions in everyone’s body. Sometimes the lack of one substance in a single hormone’s formula makes that hormone unable to perform its functions. For example, if iodine, which is essential for hormone production, is absent in a newborn baby, its thyroid tissue, pituitary gland, thyroid hormone receptors and all the other enzymes will fail to function. Since the thyroid hormone affects other organs and tissues, the slightest deficiency starts impacting all vital systems, especially the heart. If such a condition is present from birth, then the baby stands no chance of surviving for very long. |
Təkamül nəzəriyyəsi insan orqanizminin milyon illər ərzində kiçik mərhələlər keçərək bugünkü vəziyyətə gəldiyini iddia edir. Bunun da mənası belədir: insan orqanizmindəki orqanların bir qismi bir zaman mövcud olmayıb, lakin bir müddət sonra təkamül nəticəsində yaranıb.
Belə bir iddianın əsla qeyri-mümkün olduğunu bilmək üçün yenidən hormonlara aid verdiyimiz misallara nəzər yetirək. Məsələn, insan orqanizmindəki kalsiumun müəyyən tarazlıqda qalmasını təmin edən sistemin fəaliyyət göstərməsi üçün bir-birindən ayrı olan bir çox müstəqil amil eyni vaxtda mövcud olmalıdır. Mövcud amillərdən birinin, məsələn, parahormonun çatışmazlığı bütün sistemin sıradan çıxmasına səbəb ola bilər. Bu hal başqa hormonal vəzilərə və onların hazırlanmasına da aiddir. Məsələn, böyrəküstü vəzilərdən ifraz olunan bir hormonun (aldosteron) yoxluğu mütləq ölüm deməkdir. Belə olan halda böyrəküstü vəzinin müəyyən zaman ərzində tədricən, yavaş-yavaş inkişaf etdiyini düşünmək olmaz, çünki bu vəzi olmadan insanın həyatını davam etdirməsi mümkün deyil.
Eyni zamanda mədəaltı vəziyə və insulinə malik olmayan bir insan orqanizminin də yaşaması qeyri-mümkündür. Təsəvvür edək ki, mədəaltı vəzisi olmayan bir yarıminsan milyon illər bundan əvvəl yer üzündə gəzir. Həmin insanın başına nə gələrdi? Bunun cavabı çox sadədir: ilk şəkərli qidanı yeyəndən dərhal sonra koma vəziyyətinə düşər və oradaca ölərdi.
Biz yenə də bəzilərinin çox “şüurlu” bir pəhriz saxlayaraq (bu, əslində mümkün deyil, çünki yediyimiz qidaların əksər hissəsində şəkər var) yaşadığını qəbul edək. Bu zaman belə bir sualla qarşılaşarıq: görəsən bu xəyali “insan ataları” mədəaltı vəziyə və insulinə necə malik oldular?
Görəsən bir gün bir insan çıxıb “artıq bu şəkər məsələsini həll etmək lazımdır, yaxşısı budur ki, mədənin altında bir yerə bir orqan yerləşdirək və bu orqan qandakı şəkəri tənzimləyən bir hormon ifraz etsin” dedimi? Sonra özünü məcbur edərək həqiqətən mədəsinin altında bir mədəaltı vəzi yaratdımı? İnsulinin hansı formaya malik olduğunu hesablayıb sonra da həmin formulu mədəaltı vəziyə öyrətdimi?
Yoxsa günlərin birində çox “uğurlu” bir mutasiya olub da mədəaltı vəzisi olmayan bu xəyali yarıminsanlardan birinin DNT-sindəki bir pozuntu nəticəsində birdən ortaya tam təşəkkül etmiş formada mədəaltı vəzi və insulin hormonu çıxdı?
Lakin bu “ideal” mutasiya da kifayət etməzdi. Həmçinin qandakı şəkər nisbətini daim nəzarət altında saxlayacaq, lazım olanda mədəaltı vəziyə insulin ifraz etmək əmri verəcək, lazımi qədər insulin ifraz etdikdən sonra isə “dayan” əmri verəcək bir qərar mexanizmi beynin müəyyən bir küncündə başqa bir “təsadüf” nəticəsində və mədəaltı vəzi ilə eyni vaxtda yaranmalı idi.
Bu elmdən uzaq ssenaridən də məlum olur ki, orqanizmin başqa sistemlərində olduğu kimi hormonal sistemin də təkamül nəzəriyyəsinin iddia etdiyi şəkildə tədricən yaranması qeyri-mümkündür. Müəyyən dövr ərzində inkişaf edən təsadüflərin və ya hər hansı bir başqa xəyali təkamül mexanizminin hüceyrələrə qandakı maddələri müayinə etmə, bu müayinələrə görə qərar qəbul etmə, fasiləsiz olaraq başqa orqanlara siqnallar vermə və dövriyyəyə qoşma, əlaqə saxlayarkən xüsusi məlumatlardan (hormonlardan) istifadə etmə kimi qabiliyyətlər verməsi mümkün deyil.
Bu qüsursuz sistemi yaradan, hər bir detalı lazımi şəkildə müəyyən edən qüvvə sonsuz elm sahibi olan Uca Allahdır.
“Hormonlar” Da Digər Varlıqlar Kimi Allahın Əmri Ilə Hərəkət Edir | |
İnsan orqanizmində on minlərlə müxtəlif hormon hər an fəaliyyətdədir. Orqanizmdə ürəyin döyünmə sürətindən qandakı şəkərin miqdarına, damarlardakı qan təzyiqindən görmə hüceyrələrinə çatan işığın dərəcəsinə qədər müxtəlif sahələrdə hər an fasiləsiz şəkildə fəaliyyət göstərən minlərlə millimetrlik ölçü hormonlar tərəfindən tənzimlənir. Hormonlar hüceyrələrdə hazırlanır. Çox vaxt hormonların hazırlanmasında “millimetrin mində biri” nisbətində bir artıqlıq və ya əskiklik orqanizmdəki bütün tarazlıqları alt-üst edə bilər. Hətta ölümə qədər aparıb çıxaran nəticələr doğura bilər. Bəs şüursuz hüceyrələr nə qədər hormon hazırlayacaqlarını haradan bilir və bu həssas ölçünü necə hesablayırlar? Hormon adlandırdığımız nəsnə hər bir növü müxtəlif amin turşuları qruplarından əmələ gəlmiş protein molekullarıdır. Bu molekulların gözləri, qulaqları, burunları, qısası, şəraiti hiss edən orqanları yoxdur. Onlar düşünmək, hesablama aparmaq üçün də heç bir ağıla və şüura malik deyillər. Lakin bu molekullar sanki görür, eşidir, hesablayır və düşünürmüşlər kimi orqanizmdə öz yollarını tapır, daşıdıqları məlumatları lazımi hüceyrələrə göndərirlər. Öz mikroskopik böyüklüklərinə nisbətdə min kilometrlərə çevrilən məsafəni çaşmadan, yollarını itirmədən qət edir və lazımi hüceyrələrə çatırlar. Belə olan halda bu şüur və həssaslığa malik olmayan molekullar istiqamətlərini necə tapır, lazımi hüceyrələrə necə çatırlar? Nə ağzı, nə də dili olmayan bu hormonlar çatdıqları hüceyrələrə daşıdıqları lazımi məlumatları necə çatdırırlar? Daşıdıqları məlumatı çatdırmaq lazım olduğunu haradan bilirlər? Hüceyrələr hormonların daşıdığı məlumatları dərk edib öz daxillərində lazım olan prosesləri dərhal yerinə yetirməyə başlayırlar. Onlardan tələb olunan fəaliyyəti tam şəkildə həyata keçirirlər. Bu haqda bir daha düşünək. Ağlı, şüuru, gözü, qulağı olmayan bir hüceyrə özünə gələn məlumatı necə dərk edir? Tutaq ki, dərk etdi. Nə etmək və necə etmək lazım olduğunu haradan bilir? Təsəvvür edək ki, bütün bunları dərk edir və bilir. Bəs nə üçün dərhal və qüsursuz şəkildə tabe olmaq məcburiyyəti hiss edirlər? Laqeydlik, məsuliyyətsizlik və ya zəiflik nümayiş etdirmir, təxirə salmır və unutmurlar? Məlumdur ki, bu sualların cavabını hormonların içindəki atomlarda, hüceyrənin içindəki zərrəciklərdə və ya molekullarda axtarmaq mənasızdır. Çünki bunların heç biri hətta bir anlığa da olsa hesablamaq və doğru qərar qəbul etmək üçün ağıl və şüura malik deyil. Bu sualların yalnız bir cavabı var. Canlı-cansız bütün varlıqlar kimi bu yaradılış nümunələri də onları yaradan Allahın əmrlərinə tabe olurlar. Kainatın hər bir yerinə olduğu kimi hüceyrələrə, molekullara, atomlara da hər an nə edəcəkləri yalnız Uca Allah tərəfindən ilham edilir. Bu sirr bir Quran ayəsində bizə belə bildirilir: “Yeddi göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi öz elmi ilə ehtiva etdiyini biləsiniz deyə Allahın əmri onların arasında nazil olar” (“Talaq” surəsi, 12). |
51.Eldra Pearl Solomon, Introduction to Human Anatomy and Physiology, p. 132.
52.Wallace, Sanders, Ferl, Biology, The Science of Life, Harper Collins Publisher Inc., p. 776
53.Solomon, Berg, Martin, Villee, Biology, p. 1012
54.Arthur C. Guyton and John E. Hall, Textbook of Medical Physiology, Guyton & Hall, pp. 933-934.
55.Prof. Dr. Ahmet Noyan, Yasamda ve Hekimlikte Fizyoloji (Physiology in Life and in the Field of Medicine), p. 1012-1015
56.Eldra Pearl Solomon, Introduction to Human Anatomy and Physiology, p. 138
57.Solomon, Berg, Martin, and Villee, Biology, p. 1019
58.Eldra Pearl Solomon, Introduction to Human Anatomy and Physiology, p. 138
59.Prentice Hall Science, Human Biology and Health, Prentice-Hall, Inc., U.S.A., New Jersey, 1994, p. 160