İnsan bədəni, bir çox baxımdan baxıldığında, öz içində ayrı bir "aləm", ayrı bir "şəhər" kimidir. Bu şəhərin içində nəqliyyat yolları, binalar, fabriklər, infrastruktur sistemləri, ən üstün texnologiyalardan daha üstün texnologiyaya sahib cihazlar, özündən heç gözlənilməyəcək şəkildə şüur göstərən, işində mütəxəssisləşmiş işçilər (hüceyrələr, hormonlar, ifrazat vəzləri), tam təchizatlı əsgərlər və daha bir çox möcüzə vardır.
Bu kiçik "aləm" içində reallaşan hadisələri düşünmək son dərəcə əhəmiyyətlidir. Çünki bunu düşünməyə başlayan insan, böyük bir cadudan da xilas olmağa başlamış olacaq. Öz bədənindəki mükəmməl yaradılışa şahid olmuş bir insana artıq "insan təsadüfən var olmuşdur" tərzi təkamülçü nağıllar izah etmək mümkün deyil.
Bu kitabı oxuduğunuzda rədd edilə bilməyəcək böyük gerçəyi bir daha görəcəksiniz: Allah, sizi üstün bir elm və qüdrət ilə yoxdan yaratmışdır. Bunun qarşılığında insana düşən, hər səhər qalxdığında özünə verilən yeni günün və sahib qılındığı bədənin Allahın bir lütfü olduğunu bilmək və ONA çoxca şükr etməkdir.