Allah Quranda müsəlmanların Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-ə və ondan əvvəl göndərilmiş bütün peyğəmbərlərə və bu peyğəmbərlərə endirilənlərə iman etdiklərini bildirir. Bəqərə surəsinin 4-cü ayəsində Rəbbimiz müsəlmanlar üçün; “və onlar, sənə endirilənə, səndən əvvəl endirilənlərə iman edərlər...” buyurur.
Quranda bildirildiyi kimi İncil, Tövrat, Zəbur və hz. İbrahim (ə.s)-ın səhifələri keçmişdə yaşamış peyğəmbərlərə endirilmiş olan kitablardır. Bu kitabların bir qismi yox olmuş, bir qismi də təhrif olmuş və ya dəyişdirilmişdir. Lakin buna baxmayaraq içlərində, haqq dinə aid bir çox doğru izah da yer alır. Müsəlmanlar, bu kitabları Qurana və sünnəyə görə qiymətləndirib, ayələrə və hədislərə uyğun izahların doğru olduğuna hüsnü zənn edərlər. Bu səbəbdən, Qurana uyğun, sünnəyə uyğun Tövrat və İncil şərhləri müsəlmanların istifadə edə biləcəkləri izahlardır. Ancaq təməl şərt, bu izahların Quran ayələrinə və hədislərə uyğun olmalarıdır. Oxuduğunuz bu kitabda da, İncildən yalnız Qurana və Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə uyğun izahlar yer alır.