Sevgi Kainatın Yaradılış Məqsədidir

Bu kitabda İncildə yer alan və Quranla eyni olan sevgi sözlərinə yer verilmişdir. Həqiqi sevginin necə olması lazım olduğunu izah edən bu İncil bölümləri bütün iman edənlər üçün gözəl bir rəhbərdir.

Həqiqi sevgi, Allah'ın iman edənlərə nemət olaraq yaratdığı xüsusi bir duyğudur. Allah'ı bütün ruhu və canıyla sevən, Allah'dan həqiqətən qorxan, Allah'ın möhtəşəm sənətini görüb lazımı kimi təqdir edən, Allahı Dost, Vəli və Vəkil etmiş olan möminlər, Allah'ın səmimiyyətlərinə qarşılıq olaraq nəsib etdiyi sevgini ən coşğulu şəkildə yaşayan insanlardır. Bir çiçəyin qoxusu, bir pişik balasının məzlum baxışları, bir atın heybəti, bir mənzərənin könül açması, bir musiqinin ruhu coşduran ritmi, bir insanın fiziki gözəlliyi və baxışlarındakı dərin məna, bir paltarın gözəlliyi, bir parçanın rənglərindəki uyğunlaşma, bir avtomobilin dəbdəbəli dizaynı, bir gəminin sahib olduğu rahatlıq və daha neçə-neçə nemət, sevginin ürəkdə meydana gətirdiyi incəlik və dərinliklə mənalı və təsir edici hala gəlir. Oxuyub xəyal etdiyimizdə belə ruhumuzda həyəcan meydana gətirən bütün bu nemətlər, sevgi olmayanda, bir anda mexanikləşəcək, mənasını itirəcək.

Allah Quran'da, Peyğəmbərlərin və elçilərin insanlardan tək tələblərinin sevgi olduğunu bildirmişdir:

Də ki: “Mən buna qarşı yaxınlıqda sevgi xaricində sizdən heç bir mükafat istəmirəm.” (Şura surəsi, 23)

Çünki sevgi Allah'ın kainatı yaratmasının əsas məqsədidir. Allah çox sevən və çox sevilən, sevməyi sevəndir. Buna görə də, Allah bizə Quran'da sadəcə “sevin” deməz, eyni zamanda bizə sevginin zəminini izah edər. Quran'dakı ruh, Allah'ın o möhtəşəm gizli və açıq sistemi, sevginin bütün fəlsəfəsini, alt və üst quruluşunu insanlara öyrədər. Çünki həqiqi sevgi hər kəsin asanlıqla əldə edəcəyi bir ruh deyil. Sevgi yüksək bir duyğudur və sevginin elmi Quran'dadır. Sevmək üçün səbir lazımdır, fədakarlıq lazımdır, comərdlik lazımdır, diqqət lazımdır, qoruyuculuq lazımdır və ən əsası Allah qorxusu və sevgisi lazımdır. Və Quran bizə bütün bu gözəl xüsusiyyətləri qazandıraraq əsl sevgi insanı olmağımıza imkan verir.

Bu səbəbdən, Quran'ın ruhu həmişə sevgiyə istiqamətlidir. Allah qorxusunun məqsədi da sevgiyə istiqamətlidir. Allah'dan qorxan sevginin bütün zəminini hazırlamış olur, asanlıqla sevilə və sevə bilər. Çünki insan həqiqi mənada səbr edəbilmək, şəfqətli ola bilmək, köməksevər olmaq, comərd davranmaq, lazım olduğunda öz haqqından məmnuniyyətlə keçə bilmək üçün həqiqi Allah qorxusuna sahib olmalıdır. Allah qorxusu olduqda bütün bu səciyyələr üçün insanların bir sərhədi vardır. Kimisi mənfəətinə zidd düşəndə, kimisi yorulanda, kimisi dara düşəndə, kimisi isə heç bir səbəb yox ikən fədakarlıqdan, səbirdən, bağışlayıcılıqdan, sədaqətdən, vəfadan keçə bilər. Allah'dan qorxan möminin isə bu xüsusiyyətləri sabit və möhkəmdir. Bütün bunlar sevginin əsas təməlini meydana gətirər. Bağışlayıcı olan insan, sevginin önündəki əngəli aradan qaldırar, bu gözəl əxlaqı sevginin önündəki divarı yıxar. Allah'dan qorxmayan isə nə sevə bilər, nə də sevilə. Elə bir qabiliyyəti və gücü olmaz. Çünki Allah qorxusunun olmadığı yerdə vəfa da, sədaqət də, səbir da, bağışlayıcılıq da, mərhəmət də yoxdur.

İndiki vaxtda isə ətrafımıza baxanda bir çox insanın sevgisizliyin acısı içərisində qovrulduğunu görərik. Şeytan insanların böyük qisiminə sevgini unutturup həyatın mənasını əllərindən almışdır. Sevgi olmadığı üçün boş və mənasız baxan gözlər, solğun üzlər, yaşamaq sevincini itirmiş ruhlar, eqoizm, mərhəmətsizlik və vəfasızlıq ətrafı sanki əhatə etmiş vəziyyətdədir. Sevgini itirən bir çox insan, insani xüsusiyyətlərini də itirmiş ancaq yemək yeyən, yatan, işə və ya məktəbə gedən, çoxalan, sanki bir orqanizm kimi varlığını davam etdirən məxluqlara dönmüşlər.

Əlinizdəki bu kitab bəhs olunan insanların itirdikləri həyat sevincini yenidən tapmaları, həyatlarına məna qazandırmaları, ürəklərini imanın və sevginin nuru ilə işıqlandırmaları üçün bir dua xüsusiyyətindədir. İncilin Quran ilə eyni olan hissələrindən yığılıb bir araya gətirilən bu sevgi sözləri, insanların sevgini daha incə və ətraflı düşünmələrinə vəsilə olar və Allah'ın izni ilə sevginin bütün dünyaya hakim olması üçün əhəmiyyətli bir addım olacaq.

Adnan Oktar
İnsan Allah Eşqi ilə Xoşbəxt Olar

Adnan Oktar: Hər şeyə qarşı səbirli olmağın mənası nədir? “Ya Rəbbi” deyirsən “Mən Səni çox sevirəm”. “Hər nə olursa olsun Sənə olan eşqimi, sevgimi heç vaxt buraxmaram. Daha şiddətli imtahan olsa yenə tərk etməyəcəm. Daha da şiddətli olsa yenə tərk etmərəm”, “Canımı alsalar, malımı alsalar, vücudumu parçalasalar yenə tərk etmərəm” deyirsən. Bu nədir? Dəli aşıq deməkdir. Elə Allah bunu istəyir. Eşq olmadıqdan sonra nə dünyanın mənası vardır, nə cənnətin mənası olar. Heç bir yerin mənası qalmaz, Allah əsirgəsin. Aşığın getdiyi hər yer ona zövqlü və gözəldir. Yoxsa cənnətə gedər adam cənnət köşkündədir, sıxıntıdan pərişan ola bilər Allah göstərməsin. Bu dünyadakı insanı aparıb qoysa cənnətə, əgər bu baş ilə bu məntiqlə getsə bizim bildiyimiz klassik o ehtirasla, orada da anormallıq edəcək, orada da zülm etməyə çalışacaq. Orada da insanları tərsləyəcəkdir, acı verəcək. Cənnət bir növ cəhənnəmə çevrilər o zaman haşa, elə deyil? İnsanlara əzab verər. Allah eşqi ilə cənnət çox gözəl. Allah'a qarşı ehtirasla çox gözəl. Cənnəti gözəlləşdirən odur. Yoxsa evlə, binayla, ətlə, sümüklə insan xoşbəxt olmaz. Allah eşqi ilə xoşbəxt olar insan. Ona görə insanlar heç cürə xoşbəxt ola bilmir. (Adıyaman ASU TV, 30 noyabr 2009)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Sevgi Kainatın Yaradılış Məqsədidir
  • Allah Sevgisi
  • Qarşılıq Gözləmədən Səmimiyyətlə Sevmək
  • Allah'ın İman Edənlərə Sevgisi
  • İman Edənlərin Hz. İsa Məsihə, Peyğəmbərlərə və Təqva Sahibi Öndər Möminlərə Sevgisi
  • İman Edənlərin Birlərinə Sevgisi
  • Qonşu Sevgisi
  • “Mömün Əxlaqı” Olaraq Sevgi
  • Sevgisizlik Mənəvi Bir Fəlakətdir, Axırzaman Fitnəsidir
  • İnsanlara Sevgiylə Yaxınlaşmaq və Sülhü Təmin Edib Qorumaq
  • Quran-ı Kərimdə Sevgi ilə Əlaqədar Ayələr