Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”. (Matta, 22:39)
... qonşunu da özün kimi sevmək yandırma qurbanlarının və başqa qurbanların hamısından daha vacibdir. (Mark, 12:33)
... Qonşunu özün kimi sev. (Luka, 10:27)
”Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. (Matta, 5:43-44)
Əgər siz “qonşunu özün kimi sev” deyən Müqəddəs Yazıya (Allahın əmirlərinə) görə ... Allahın qanununa həqiqətən əməl edirsinizsə, yaxşı edirsiniz. (Yaqub, 2:8)
“Zina etmə, qətl etmə, oğurluq etmə, tamah salma” və bunlardan başqa nə əmr varsa, bu kəlamla yekunlaşdırmaq olar: “Qonşunu özün kimi sev”. Sevən insan qonşusuna qarşı pis iş görməz, buna görə də sevgi Qanunun (Allahın əmirlərini) tamamlanmasıdır. (Romalılara, 13:9-10)