“Mömün Əxlaqı” Olaraq Sevgi

Ruhun səmərəsi isə budur: sevgi, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət. (Qalatiyalılara, 5:22)

... Bilik insanın lovğalanmağına səbəb olur, sevgi isə onu ruhən inkişaf etdirir. (1 Korinflilərə, 8:1)

Nəsihət verəndirsə, nəsihət versin; pay verəndirsə, səxavətlə, rəhbərdirsə, səylə, mərhəmət göstərəndirsə, sevinə-sevinə öz işini görsün. Qoy sevgisiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın. (Romalılara 12:8-9)

İndi isə üç şey qalır: İman, ümid, sevgi. Amma bunların arasında sevgi üstündür. (1 Korinflilərə, 13:13)

... Əhəmiyyət kəsb edən isə sevgiylə fəal olan imandır. (Qalatiyalılara, 5:6)

Çünki Allah bizə qorxaqlıq ruhu deyil, güc, sevgi ... ruhu vermişdir. (2 Timoteyə, 1:7)

Nəhayət, ey qardaşlar, sevinin. Bərpa olunun, təsəlli tapın, həmfikir olun, sülh içində ömür sürün. Sevgi və sülh qaynağı olan Allah sizinlə olacaq. (2 Korinflilərə, 13:11)

Beləliklə, Allah'ın seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürək mərhəməti, xeyirxahlıq, itaətkarlıq, həlimlik və səbirə bürünün. Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayın. Bütün bunlardan əlavə, ... sevgiylə bürünün. (Kolosselilərə, 3:12-14)

Həyatınız pulpərəstlikdən azad olsun, nəyiniz varsa, ona qane olun. Çünki Allah Özü demişdir: “Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm”. (İbranilərə, 13:5)

Zəngin olmaq istəyənlərsə sınağa və tora düşərlər; insanı məhvə və həlaka aparan bir çox axmaq və ziyanverici ehtiraslara batırlar. Çünki hər cür pisliyin kökü pulpərəstlikdir. Kimlərsə bu həvəslə imandan azıb öz-özlərinə sanki bıçaq soxmuş kimi çox əzab verdilər. Amma sən, ey Allah adamı, bu şeylərdən qaç. Salehliyin, möminliyin, imanın, sevginin, dözümün, həlimliyin ardınca get. İman uğrunda yaxşı mübarizə apar. Əbədi həyatı (cənnəti) bərk tut; bunun üçün çağırıldın və yaxşı əqidəni bir çox şahid qarşısında iqrar etdin. (1 Timoteyə, 6:9-12)

Erik Çiçeği

... İmanda, sevgidə və səbirdə sağlam olsunlar. (Titə, 2:2)

... İman və sevgiylə döşümüzə zireh taxaraq xilas ümidini dəbilqə kimi başımıza qoyub ayıq-sayıq olaq. (1 Saloniklilərə, 5:8)

Ayıq olun, imanda sabit durun, mərd və möhkəm olun. Qoy etdiyiniz hər bir əməl sevgiylə olsun. (1 Korinflilərə 16:13)

Məsih bizi necə sevdisə, ... siz də sevgidə elə həyat sürün. (Efeslilərə, 5:2)

Əksinə, Allah'ın xidmətçisi olaraq hər şeydə özümüz barədə zəmanət veririk; hədsiz dözümdə, əziyyətlərdə, ehtiyaclarda, sıxıntılarda, döyüləndə, həbslərdə, qarışıqlıqlarda, zəhmətdə, yuxusuz qalanda, aclıqlarda, pak yaşayanda, bilikdə, səbirdə, xeyirxahlıqda, ... riyasız sevgidə, həqiqəti elan edəndə, Allah'ın qüvvəsində, həm sağ, həm də sol əllərimizdə salehlik silahları ilə, gah ucalıb gah alçalaraq təhqir olunanda, təriflənəndə özümüz özümüzə zamin dururuq. (2 Korinflilərə, 6:4-8)

Sizsə hər şeydə – imanda, sözdə, bilikdə, hər cür cəhddə, sizə göstərdiyimiz sevgidə üstün olduğunuz kimi bu xeyriyyəçilikdə də üstün olun. (2 Korinflilərə, 8:7)

Ürəklərinin cəsarət tapıb sevgidə birləşməsini istəyirəm; belə ki idrakın verdiyi kamil etimadın bütün zənginliyinə nail olsunlar, Allah'ın sirri olan Məsihi dərk etsinlər. Çünki hikmət və biliyin bütün xəzinələri Məsihdə gizlədilmişdir. (Kolosselilərə, 2:2-3)

Gənclik ehtiraslarından qaç. Təmiz ürəklə Rəbbi çağıranlarla birlikdə salehliyin, imanın, sevginin və sülhün ardınca get. Axmaq və cahil mübahisələrdən uzaq ol. Çünki bunların dava-dalaşa səbəb olmasını bilirsən. Rəbbin qulu davakar olmamalıdır. Əksinə, hamı ilə mülayim rəftar etməli, öyrətməyə qabil, səbirli olmalıdır. Ona qarşı olanları həlimliklə tərbiyə etməlidir. Bəlkə Allah onlara tövbəyə imkan verəcək. Beləliklə, onlar həqiqəti anlayar, ayıq ola bilərlər və istəyini yerinə yetirmək üçün onları əsir edən iblisin torundan çıxarlar. (2 Timoteyə 2:22-26)

Qoy hər cür kinlə birlikdə acılıq, hiddət, qəzəb, çığırtı, böhtançılıq büsbütün sizdən uzaq olsun. Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah ... sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın. (Efeslilərə, 4:31-32)

 ŞEftali Çiceği

Hamıya hörmət edin. İmanlı bacı-qardaşları sevin, Allah'dan qorxun... (1 Peter, 2:17)

Qardaşını sevən nurda qalır və onda büdrəmə səbəbi yoxdur. Amma qardaşına nifrət edən qaranlıqdadır. O, qaranlıqda gəzir və hara getdiyini bilmir, çünki qaranlıq onun gözlərini kor edib. (1 Yəhya, 2:10-11)

Sizi zülm edənlərə xeyir-dua verin; lənət yox, xeyir-dua verin. (Romalılara, 12:14)

[İsa:] “Amma sizə deyirəm, ey məni dinləyənlər: Düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin, sizi lənətləyənlərə xeyir-dua verin, sizi incidənlər üçün dua edin.” (Luka, 6:27-28)

Əgər sizi sevənləri sevirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da onları sevənləri sevirlər. (Luka, 6:32)

Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi? Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz?... (Matta, 5:46-47)

Xeyirxahlıq etməyi və varınızı başqaları ilə bölüşməyi unutmayın... (İbranilərə, 13:16)

Heç kimə pislik əvəzinə pislik etməyin. Hamının gözündə yaxşı olan işlər görməyə diqqət yetirin. İmkan daxilində bacardıqca bütün adamlarla sülh içində yaşayın. Sevgili qardaşlarım, heç kəsdən qisas almayın, Allah'ın qəzəbinə yer verin. Çünki yazılıb ki, Rəbb belə deyir: “Qisas Mənimdir, əvəzini Mən verəcəyəm”. Əksinə, “düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belə etməklə sanki onun başına köz tökərsən”. Pislik sənə üstün gəlməsin, pisliyə yaxşılıqla qalib gəl. (Romalılara, 12:17-21)

Tamamilə itaətkar və həlim, səbirli olub bir-birinizə sevgiylə səbir edin. (Efeslilərə 4:2)

... Danışıqda, həyat tərzində, sevgidə, imanda, paklıqda imanlılara nümunə ol.(1 Timoteyə, 4:12)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Sevgi Kainatın Yaradılış Məqsədidir
  • Allah Sevgisi
  • Qarşılıq Gözləmədən Səmimiyyətlə Sevmək
  • Allah'ın İman Edənlərə Sevgisi
  • İman Edənlərin Hz. İsa Məsihə, Peyğəmbərlərə və Təqva Sahibi Öndər Möminlərə Sevgisi
  • İman Edənlərin Birlərinə Sevgisi
  • Qonşu Sevgisi
  • “Mömün Əxlaqı” Olaraq Sevgi
  • Sevgisizlik Mənəvi Bir Fəlakətdir, Axırzaman Fitnəsidir
  • İnsanlara Sevgiylə Yaxınlaşmaq və Sülhü Təmin Edib Qorumaq
  • Quran-ı Kərimdə Sevgi ilə Əlaqədar Ayələr