Heç kimə pislik əvəzinə pislik etməyin. Hamının gözündə yaxşı olan işlər görməyə diqqət yetirin. İmkan daxilində bacardıqca bütün adamlarla sülh içində yaşayın. (Romalılara, 12:17-18)
Hamı ilə birlikdə sülh içində yaşamağa və müqəddəs olmağa can atın, ... Diqqət edin ki, heç kim Allah'ın lütfündən məhrum olmasın ... (İbranilərə, 12:14-15)
Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et. Səni ittiham edənlə yolda ikən tez razılaş ... (Matta, 5:23-25)
...bir birinizlə sülh içində yaşayın! (Mark, 9:50)
Allah sizi sülh içində yaşamaya çağırdı. (1 Korinflilərə, 7:15)
Ey qardaşlar, xahiş edirik ki, aranızda zəhmət çəkənlərin, Rəbb yolunda sizə başçılıq edib nəsihət verənlərin qədrini bilin. Etdikləri əmələ görə onlara hədsiz sevgiylə hörmət göstərin. Bir-birinizlə sülh içində yaşayın. (1 Saloniklilərə, 5:12-13)
Amma yuxarıdan nazil olan [Allah qatından olan] müdriklik əvvəla safdır, sonra da sülhpərvərdir, mülayimdir, itaətlidir, mərhəmət və xeyirli bəhrələrlə doludur, qərəzsizdir, riyasızdır. Sülh yaradanların əkdiyi sülh toxumlarından salehlik bəhrəsi yetişir. (Yaqub, 3:17-18)
Buna görə, sevgili qardaşlarım, ... Allah'ın önündə ləkəsiz və nöqsansız olaraq sülh içində yaşamağa səy göstərin. (2 Peter, 3:14)
Rəbbin qulu davakar olmamalıdır. Əksinə, hamı ilə mülayim rəftar etməli, öyrətməyə qabil, səbirli olmalıdır. Ona qarşı olanları həlimliklə tərbiyə etməlidir. (2 Timoteyə, 2:24-26)
İmanlılara xatırlat ki, başçılar və hakimlərə tabe olub itaət etsinlər. Hər cür xeyirli iş görməyə hazır olsunlar. Heç kimə şər atmasınlar, davakar deyil, mülayim olsunlar və bütün insanlarla həlim davransınlar. (Titə, 3:1-2)
... sizə xahişim, aldığınız çağırışa layiq şəkildə həyat sürün. Tamamilə itaətkar və həlim, səbirli olub bir-birinizə sevgiylə və anlayışla davranın. (Efeslilərə , 4:1-2)
[İsa:] “Amma sizə deyirəm, ey məni dinləyənlər: Düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin, sizi lənətləyənlərə xeyir-dua verin, sizi incidənlər üçün dua edin. (Luka 6:27-28)
”Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir. Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver. Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get. (Matta, 5:38-41)
Qoy hər cür kinlə birlikdə acılıq, hiddət, qəzəb, çığırtı, böhtançılıq büsbütün sizdən uzaq olsun. Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah ... sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın. (Efeslilərə, 4:31-32)
Sevgi Allah'ın əmrlərinə görə həyat sürməyimizi tələb edir. Əvvəldən bəri eşitdiyiniz kimi əmr budur; gərək bu əmrə görə həyat sürəsiniz. (2 Yəhya, 1:6)