Allah rizası üçün) Məsihin sevgisindən bizi kim ayıra bilər? Əziyyətmi, sıxıntımı, təqibmi, aclıqmı, ... təhlükəmi, qılıncmı? (Romalılara, 8:35)
[İsa:] “Allah'ın məni sevdiyi kimi mən də sizi sevdim. Mənim sevgimdə qalın. Əgər (Allah rizası üçün) əmrlərimə riayət etsəniz, Mənim sevgimdə qalacaqsınız, necə ki mən Allah'ın əmrlərinə riayət edərək Onun sevgisində qalıram. Bu sözləri sizə söylədim ki, sevincim sizdə olsun və sevinciniz kamil olsun. Mənim əmrim belədir: Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. Heç kəsin sevgini dostları uğrunda canını qurban verən adamın sevgisindən üstün ola bilməz. Əgər (Allah üçün) sizə əmr etdiyim şeylərə əməl etsəniz, siz mənim dostlarımsınız.” (Yəhya, 15:9-14)
Allah'ın lütfü İsa Məsihi bitməyən sevgiylə sevənlərin hamısı ilə birlikdə olsun. (Efeslilərə, 6:24)
Lakin kim onun [İsanın] sözünə riayət edirsə, Allah sevgini onda, həqiqətən, kamilliyə çatıb. Allah'da olduğumuzu [Allah'ın rizasına uyduğumuzu] bununla anlarıq. “Allah'da [Allah'ın rizasına uyğun] yaşayıram” deyən, İsa Məsihin həyat sürdüyü kimi həyat sürməlidir. (1 Yəhya, 2:5-6)
[İsa:] “... Məni sevdiyiniz... üçün Allah'ın Özü sizi sevir.” (Yəhya, 16:27)
Əgər Məni sevirsinizsə, əmrlərimə riayət edəcəksiniz. Kim əmrlərimə bağlı qalıb onlara riayət edirsə, Məni sevən odur. Məni sevəni Allah sevəcək. Mən də onu sevəcəyəm ... (Yəhya, 14:15, 21)
İsa ona cavab verdi: “Kim məni sevsə, sözümə riayət edər, Allah da onu sevər ... məni sevməyənsə sözlərimə riayət etməz. Eşitdiyiniz söz mənim deyil, məni göndərən Allah'ın sözüdür.” (Yəhya, 14:23-24)
... [Allah'ın peyğəmbəri olaraq] İsa'ya olan imanını və bütün müqəddəslərə [özünü Allah'a həsr etmiş] bəslədiyin sevgini eşidirəm və dualarımda səni yada salıram, Allah'ıma həmişə şükür edirəm. (Filimona 1:4-5)
Sizin üçün həmişə dua edərkən Allah'a ... hər zaman şükür edirik. Çünki sizin Məsih İsa'ya imanınızdan və bütün [özünü Allah'a həsr etmiş] müqəddəslərə göstərdiyiniz sevgidən xəbərdar olduq. (Kolosselilərə, 1:3-4)
Siz İsa Məsihi görməmisiniz, amma onu sevirsiniz. Hətta siz onu indi də görmürsünüz, lakin ona iman edib təsvir olunmaz və izzətli sevinclə hədsiz sevinirsiniz. (1 Peter, 1:8)