... Bütün müqəddəslərə [özünü Allah'a həsr etmiş olanlara] göstərdiyiniz sevgi barədə eşidib sizi dualarımda yada salaraq durmadan sizin üçün şükür edirəm. (Efeslilərə, 1:15-16)
[İsa:] “Allah'ın məni sevdiyi kimi mən də sizi sevdim. Mənim sevgimdə qalın. Əgər [Allah rizası üçün] əmrlərimə riayət etsəniz, Mənim sevgimdə qalacaqsınız, necə ki mən Allah'ın əmrlərinə riayət edərək Onun sevgisində qalıram. Bu sözləri sizə söylədim ki, sevincim sizdə olsun və sevinciniz kamil olsun. Mənim əmrim belədir: Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. Heç kəsin sevgisi [Allah rizası üçün] dostları uğrunda canını qurban verən adamın sevgisindən üstün ola bilməz. Əgər sizə [Allah üçün] əmr etdiyim şeylərə əməl etsəniz, siz mənim dostlarımsınız.” (Yəhya, 15:9-14)
... Rəbbə tabe olaraq sənin üçün daha artıq sevimli qardaşdır. (Filimona, 1:16)
Sevgili qardaşlarım, bir-birimizi sevək, çünki sevgi Allah'dandır... (1 Yəhya, 4:7)
Qardaşlıq sevgisinə gəlincə, sizə yazmağa ehtiyac yoxdur, çünki Allah bir-birinizi sevməyi öyrədib. ... Lakin ey qardaşlar, rica edirik ki, belə işlərin sayını artırın. (1 Saloniklilərə, 4:9-10)
... Əgər biz bir-birimizi sevsək ... [Allah] sevgisi içimizdə kamil olur. (1 Yəhya, 4:12)
Kim “mən Allah'ı sevirəm” deyir, amma öz qardaşına nifrət edirsə, yalançıdır. Axı gördüyü qardaşını sevməyən görmədiyi Allah'ı sevə bilməz. Bizim Məsihdən aldığımız əmr budur ki, “Allah'ı sevən gərək öz qardaşını da sevsin.” (1 Yəhya, 4:20-21)
Əgər kimsə dünya malına sahib olarkən qardaşını ehtiyac içində görüb ona rəhmi gəlmirsə, Allah sevgisi onda necə qala bilər? Ey övladlar, sözdə və dildə deyil, əməldə və həqiqətdə sevək. (1 Yəhya, 3:17-18)
Bir-birinizə qarşı anlayış göstərin və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayın. Bütün bunlardan əlavə, ... sevgiyə bürünün. (Kolosselilərə, 3:13-14)
Sevgili qardaşlarım, bir-birimizi sevək, çünki sevgi Allah'dandır. Sevən hər kəs də Allah'dan doğulub və Allah'ı tanıyır. 8Sevməyən kəs Allah'ı tanımır, çünki Allah sevgidir. ... Sevgili qardaşlarım Allah bizi bu cür sevdiyi üçün biz də gərək bir-birimizi sevək. (1 Yəhya, 4:7-11)
Bir-birinizi sevgiylə öpərək salamlayın. ... (1 Peter, 5:14)
Bir-birimizi sevgiyə və xeyirxah əməllər etmək üçün necə həvəsləndirmək haqqında fikirləşək. Bəzi adamların vərdiş etdiyi kimi birgə yığışmağımızı tərk etməyək. Lakin qiyamət gününün yaxınlaşdığını gördükcə bir-birimizi daha çox ruhlandıraq. (İbranilərə, 10:24-25)
Aranızda daimi qardaşlıq sevgisi olsun. Qonaqpərvər olmağı da unutmayın, çünki belə davranan bəziləri bilmədən mələklərə qonaqpərvərlik göstərmişlər. (İbranilərə, 13:1-3)
... Əgər ürəkdən bir sevgi və mehribanlıq varsa, eyni düşüncə və sevgidə, ruhda və məqsəddə birləşərək sevincimi tamamlayın. (Filipililərə, 2:1-2)
Qardaşlıq sevgisi ilə bir-birinizi sevin. Hörmət göstərməkdə bir-birinizi qabaqlayın. (Romalılara, 12:10)
Hər şeydən əvvəl, bir-birinizi can-dildən sevin, çünki “sevgi çox günahı örtər”. (1 Peter, 4:8)
Doğru olanı etməyən və qardaşını sevməyən adam Allah'dan [Allah'ın razı olduğu bəndələrdən] deyil. Bax Allah'ın qulları ... belə ayırd edilir. (1 Yəhya, 3:10)
... İndi səndən xahiş edirəm ki, bir-birimizi sevək. Sənə yazdığım yeni bir əmr deyil, əvvəldən bəri malik olduğumuz əmrdir. (2 Yəhya, 1:5)
Beləliklə, sizə əmr edirəm: “Bir-birinizi sevin!” (Yəhya, 15:17)
Tamamilə itaətkar və həlim, səbirli olub bir-birinizə sevgiylə anlayış göstərin. (Efeslilərə, 4:2)
Qardaşını sevən nurda [Allah'ın nurunda] qalır və onda büdrəmə səbəbi yoxdur. Amma qardaşına nifrət edən qaranlıqdadır. O, qaranlıqda gəzir və hara getdiyini bilmir, çünki qaranlıq onun gözlərini kor edib. (1 Yəhya, 2:10-11)
Elə buna görə də siz bütün səylə imanınıza alicənablıq, alicənablığınıza bilik, biliyinizə nəfsə hakim olmaq, nəfsə hakim olmağınıza dözüm, dözümünüzə möminlik, möminliyinizə qardaşlıq sevgisi və qardaşlıq sevgisinə sevgi əlavə edin. (2 Peter 1:5-7)
Hər şeydən əvvəl, bir-birinizi can-dildən sevin, çünki sevgi çox günahı örtər. Şikayət etmədən bir-birinizə qonaqpərvərlik göstərin. Hər kəs Allahın çoxcəhətli lütfünün yaxşı idarəçiləri kimi aldığı ənama görə bir-birinə xidmət etsin. (1 Peter, 4:8-10)
... Bir-birinizə sevgiylə qulluq edin. (Qalatiyalılara, 5:13)
... Bir-birinizi qardaşlıq sevgisi ilə sevin, rəhmli və itaətkar olun. (1 Peter, 3:8)
Həqiqətə itaət edərək ürəklərinizi saflaşdırıb riyasız qardaşlıq sevgisinə sahib oldunuz. Buna görə bir-birinizi var gücünüzlə səmimi qəlbdən sevin. (1 Peter, 1:22)
Bir-birinizi sevməkdən başqa heç nədə heç kimə borclu qalmayın; çünki başqasını sevən Qanunu [Allah'ın əmirlərini] yerinə yetirmiş olur. (Romalılara, 13:8)
Əvvəldən bəri eşitdiyiniz xəbər budur: Bir-birimizi sevək. Şərdən olub qardaşını öldürən Qabil kimi olmayaq. O, qardaşını niyə öldürdü? Ona görə ki öz əməlləri şər, qardaşının əməlləri isə saleh idi. Beləliklə, qardaşlar, dünya sizə nifrət edirsə, heyrətlənməyin. Qardaşlarımızı sevdiyimizə görə biz bilirik ki, ölümdən həyata keçmişik. Sevməyənsə ölümdə qalır. (1 Yəhya, 3:11-16)
Qardaşlar, sizin üçün həmişə Allah'a şükür etməliyik və belə etməyimiz yerinə düşər, çünki imanınız artdıqca artır və hamınızın bir-birinizə olan sevgisi çoxalır. Bunun üçün tab gətirdiyiniz bütün təqiblərə, əziyyətlər zamanı dözümünüzə və imanınıza görə ... sizinlə özümüz də fəxr edirik. (2 Saloniklilərə, 1:3-4)
Qoy hər cür kinlə birlikdə acılıq, hiddət, qəzəb, çığırtı, böhtançılıq büsbütün sizdən uzaq olsun. Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah ... sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın. (Efeslilərə, 4:31-32)
Nəhayət, hamınız həmfikir olun. Başqalarının hər bir hissinə şərik olun, bir-birinizi qardaşlıq sevgisi ilə sevin, rəhmli və itaətkar olun. (1 Peter, 3:8)
... Bütün müqəddəsləri [özünü Allah'a həsr etmiş olanları] sevdiyinizi eşidəndə bəri mən də sizin üçün həmişə şükür edirəm, sizi dualarımda həmişə xatırlayıram. (Efeslilərə 1:15-16)
Ey qardaşlar, xahiş edirik ki, aranızda zəhmət çəkənlərin, Rəbdə sizə başçılıq edib nəsihət verənlərin qədrini bilin. Etdikləri əmələ görə onlara hədsiz sevgiylə hörmət göstərin. Bir-birinizlə sülh içində yaşayın. (1 Saloniklilərə, 5:12-13)
Həqiqətə itaət edərək ürəklərinizi saflaşdırıb riyasız qardaşlıq sevgisinə sahib oldunuz. Buna görə bir-birinizi var gücünüzlə səmimi qəlbdən sevin.
(1 Peter, 1:22)