Giriş

Qurand'a bildirilən mömin xüsusiyyətlərindən biri də Allah'ın nazil etdiyi kitablara imandır. Rəbbimiz, Peyğəmbərimiz (s.ə.v)-ə Quran-ı Kərimi nazil etdiyi kimi, Hz. İsa (ə.s)-a İncili, Hz. Musa (ə.s)-a Tövrat, Hz. İbrahim (ə.s)-a müxtəlif səhifələri, Hz. Davud (ə.s) isə Zəburu nazil etmişdir. Müsəlmanlar bütün bu haqq kitablara iman etməklə məsuldur.

Ayələrdə belə bildirilir:

Və onlar, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir və axirətə də yəqinliklə inanırlar. (Bəqərə surəsi, 4)

Deyin ki: “Biz Allah'a, bizə nazil olana, İbrahim, İsmail, İshaq, Yaqub və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Onlardan heç birini digərindən ayırmırıq və biz Ona təslim oluruq.” (Bəqərə Surəsi, 136)

Göründüyü kimi Quran'a uyan müsəlman, Peyğəmbərlərin hamısına və onlara nazil olanlara iman edər. Çünki bu kitablarda, zaman içində pozulmağa məruz qalmış bəzi hökmlər və izahatlar olmaqla birlikdə, iman əsaslarına, ibadətlərə və gözəl əxlaqa dair haqq hökmlər də yer almaqdadır. Quran'da İncildən bəhs edilən ayələrdən bəziləri belədir:

Onların (peyğəmbərləri) sonra Tövratı təsdiqləyici olaraq Məryəm oğlu İsanı göndərdik və ona içində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik. İncil əhli Allah'ın onda nazil etdiyi ilə hökm etsin. Kim Allah'ın nazil etdiyi ilə hökm etməzsə, bax onlar, günahkarlardır. (Maidə surəsi 46-47)

İncil, Tövratı təsdiqləyən Kitab olaraq, iman edənlərə doğru yol göstərən və nəsihət verən olaraq Hz. İsa (ə.s)-a vahy edilmiştir. Ancaq Hz. İsa (ə.s)-ın diri olaraq Allah Qatına alınmasından sonra, İncilin bəzi hissələri təhrif edilib pozulmuş, əslindən uzaqlaşdırılmışdır. İncilin hansı hissələrinin haqq hansı hissələrinin təhrif edildiyini göstərən rəhbər isə Allah'ın göndərdiyi son kitab olan Quran-Kərim'dir. Quran, Tövrat və İncilin haqq hissələrini təsdiq edən, səhv hissələrini ləğv edir. Bu yönü ilə Quran, iman edənlər üçün bir hakimdir.

Kitap

Məsələn Allah Quran'da Xristianları, Hz. İsa (ə.s)-a (əstağfirullah) Allah'ın oğlu demələri, təslis (üçləmə) inancı barəsində xəbərdar etməkdə və azğın düşüncələrinin səhv olduğunu bildirməkdədir:

And olsun “Şübhəsiz ki, Allah Məryəm oğlu Məsih'dir” deyənlər küfrə düşmüşdür. Məsih isə (budur:) “Ey İsrail oğulları! Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allah'a ibadət edin. Çünki O, Allah'a şərik qoşan kimsəyə, Cənnəti haram etmiş və onun düşəcəyi yer cəhənnəmdir. Zalımlara kömək yoxdur.” (Maidə surəsi, 72)

And olsun, “Allah üçün üçüncüsüdür” deyənlər kafir oldular. Halbuki tək bir İlahdan başqa İlah yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, mütləq (ağrılı) bir əzab toxunacaqdır. (Maidə surəsi, 73)

Məryəm surəsində isə “Allah Özünə övlad götürdü” iftirasının nə qədər çirkin və böyük bir zülm olduğu belə bildirilir:

“Rəhman özünə övlad götürmüşdür!” dediler. Siz olduqca çirkin bir iş gördünüz.

Bundan az qaldı göylər parçalanacaq, yer çatlayacaq və dağlar yerindən qopub dağılacaq.

Rəhman adına uşaq irəli sürdüklərinə (görə bunlar olacaqdı.)

Rəhman (olan Allah)-a övlad götürmək yaraşmaz. (Məryəm surəsi, 88-92)

Xristianların, “Hz. İsa (ə.s)-ın çarmıxda öldüyü”-nə dair olan səhv inancları Quran'da düzəldilmişdir. Allah Quran'da Hz. İsa (ə.s)-ın ölmədiyini, insanlara bənzərinin göstərildiyini, Hz. İsa (ə.s)-ın diri olaraq Allah Qatına yüksəldildiyini və içərisində olduğumuz axır zamanda yenidən dünyaya gələcəyini xəbər vermişdir:

Və: “Biz, Allah'ın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük” demələri səbəbiylə də (onlara belə bir cəza verdik.) Halbuki onu (İsanı) öldürməmişdilər və onu asmadılar. Amma onlara (onun) bənzəri göstərildi. Həqiqətən onun haqqında ixtilafa düşənlər, şəkk-şübhə içərisindədirlər. Onların bir zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onu (İsanı) qəti olaraq öldürmədilər.

Xeyr; Allah onu Öz dərgahına qaldırmışdır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir.

And olsun, Kitab Əhlindən, ölmədən əvvəl ona (İsaya) inanmayacaq kimsə yoxdur. Qiyamət günü, o da onların əleyhinə şahid olacaqdır. (Nisa Surəsi, 157-159)

 3 kitap Kuran Tevrat Incil

Göründüyü kimi Quran Xristianların “Hz. İsa (ə.s)-ın çarmıxda öldüyü” səhv inancını düzəldərkən, “yenidən yer üzünə gələcəyi” inancının doğru olduğunu bildirməkdədir.

Bütün bu məlumat, eləcə də Quran'da Xristianlar və Yəhudilər “Kitab Əhli” olaraq təyin edilmiş və onların yeməkləri Müsəlmanlara halal edilmiş, Kitab Əhlindən qadınlarla evlənməyə icazə verilmişdir. (Maidə surəsi, 5) Bu da, Xristianlar, Yəhudilər və Müsəlmanlar arasında yaxın insani əlaqələr, dostluq və yoldaşlıq bağının olması lazım olduğunu göstərir.

Hər birliyin içərisində olduğu kimi əlbəttə Kitab Əhli içərisində də zülm edənlər ola bilər. Zalımlıq, kimliyində Müsəlman yazan bəzi kəslərin də həyata keçirdiyi bir əxlaqsızlıqdır. Müsəlman, yer üzündə fitnənin tamamilə sona çatması üçün zalımla fikri yöndən mübarizə etməklə məsuldur, ancaq bu mübarizəsi heç bir zaman nifrətlə, kinlə, təcavüzkarlıqla, şiddətlə olmaz. Kitab Əhlinə isə etiqadların səhvləri “ən gözəl şəkildə”, yəni şəfqətlə, mərhəmətlə, yaxşılıqla, dostluqla izah etməlidir. Müsəlmanlar olaraq bizim Xristian və Yəhudilərə çağrımız, ayələrin hökmünə görə: “Bizə və sizə endirilənə iman etdik; bizim də İlahımız, sizin də İlahınız birdir və biz Ona təslim olmuşuq.” (Ənkəbut surəsi, 46) və “Bir olan Allah'a imana” çağırmaqdır:

De ki: “Ey kitab əhli, sizinlə bizim aramızda müştərək (olan) bir kəlməyə (tövhidə) gəlin. Allah'dan başqasına ibadət etməyək, Ona heç bir şeyi ortaq qoşmayaq və Allah'ı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək.” Əgər onlar yenə də üz döndərərlərsə, deyin ki: “Şahid olun, biz həqiqətən müsəlmanlarıq.” (Ali İmran surəsi, 64)

İçərilərindən zülm edənlər istisna olmaqla Kitab əhli ilə ən gözəl tərzdə mücadilə edin. Və deyin ki: “Bizə və sizə endirilənə iman etdik; bizim də İlahımız, sizin də İlahınız birdir və biz Ona təslim olmuşuq.” (Ənkəbut surəsi, 46)

 3 cocuk 3 din incil Kuran Tevrat

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Sevgi Kainatın Yaradılış Məqsədidir
  • Allah Sevgisi
  • Qarşılıq Gözləmədən Səmimiyyətlə Sevmək
  • Allah'ın İman Edənlərə Sevgisi
  • İman Edənlərin Hz. İsa Məsihə, Peyğəmbərlərə və Təqva Sahibi Öndər Möminlərə Sevgisi
  • İman Edənlərin Birlərinə Sevgisi
  • Qonşu Sevgisi
  • “Mömün Əxlaqı” Olaraq Sevgi
  • Sevgisizlik Mənəvi Bir Fəlakətdir, Axırzaman Fitnəsidir
  • İnsanlara Sevgiylə Yaxınlaşmaq və Sülhü Təmin Edib Qorumaq
  • Quran-ı Kərimdə Sevgi ilə Əlaqədar Ayələr