Biz Allah'ın bizə olan sevgisini anlayıb buna inandıq. Allah sevgidir. Kim sevgidə qalarsa, Allah'da [Allah'ın rizasına uyğun] yaşayar. (1 Yəhya, 4:16)
Allah'ı sevmək, Onun əmrlərinə riayət etmək deməkdir… (1 Yəhya, 5:3)
Biz sevirik, çünki öncə O [Allah] bizi sevdi. (1 Yəhya, 4:19)
Sevgi Allah'ın əmrlərinə görə həyat sürməyimizi tələb edir. Əvvəldən bəri eşitdiyiniz kimi əmr budur; gərək bu əmrə görə həyat sürəsiniz. (2 Yəhya, 1:6)
İlahiyyatçılardan biri gəlib onların mübahisələrinə qulaq asdı və İsanın onlara yaxşı cavab verdiyini görüb Ondan soruşdu: “Əmrlərin ən əsası hansıdır?” İsa cavab verdi: “Əmrlərin ən əsası budur: “Dinlə, ey İsrail! Allah'ımız Rəbb yeganə Rəbdir. Allah'ın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün düşüncənlə və bütün gücünlə sev”. (Mark, 12:28-30)
İnsanın Allah'ı bütün qəlbinlə, bütün ağlınla və bütün gücünlə sevmək, qonşunu da özün kimi sevmək yandırma qurbanlarının və başqa qurbanların hamısından daha vacibdir”. (Mark, 12:33)
... Allah'ın olan Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə və bütün düşüncənlə sev ... . (Luka, 10:27)
... Allah'ın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev. Bu, böyük və əsas əmrdir. (Matta, 22:37-39)
Ümidimiz də boşa çıxmır, çünki Allah'ın sevgisi ürəklərimizə tökülüb (Romalılara, 5:5)
Ancaq dünya bilməlidir ki, Mən Allah'ı sevirəm və Allah Mənə nə əmr etdisə, ona əməl edirəm. (Yəhya, 14:31)
Amma kim Allah'ı sevirsə, Allah onun haqqında hər şeyi bilir. (1 Korinflilərə, 8:3)
Çünki əminəm ki, nə ölüm, nə həyat, ... nə başçılar, nə indiki, nə də gələcək şeylər, nə qüvvələr, nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi ... Allah sevgisindən ayırmağa qadir olmayacaq. (Romalılara, 8:38-39)
... Allah sevgidir. Kim sevgidə qalarsa, Allah'da [Allah'ın rizasına uyğun] yaşayar. (1 Yəhya, 4:16)
Sevgi səbirli, xeyirxahdır. Sevgi paxıllıq etməz, öyünməz, lovğalanmaz, kobudluq etməz, öz xeyrini güdməz, hirslənməz, ona edilən pislikləri sayıb-hesablamaz. Sevgi haqsızlığa sevinməz, həqiqətə isə şadlanar. O hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə dözər. Sevgi [Allah'ın sevgisi] əsla tükənməz... (1 Korinflilərə, 13:4-8)
Ona görə ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allah'a yaxınlaşaq. Ümid verən əqidədən möhkəm tutaq, çünki vəd verən Allah sadiqdir. (İbranilərə, 10:22-25)
Dualarımızda sizi yada salıb həmişə hər birinizə görə Allah'a şükür edirik. Çünki imandan yaranan əməllərinizi, sevgidən doğan zəhmətinizi ... Allah qarşısında daim yada salırıq. (1 Saloniklilərə, 1:2-3)
Qoy Rəbb ürəklərinizi Allah'ın sevgisinə və Məsihin səbrinə yönəltsin. (2 Saloniklilərə, 3:5)
Mərhəmət, sülh və sevgi sizə bol-bol verilsin! (Yəhuda, 1:2)
Dua edirəm ki, sevginiz bilik və hər cür idrak baxımından get-gedə daha çox artsın, siz Məsihin zühur edəcəyi gün pak və nöqsansız, Allah'ın izzəti və mədhi üçün İsa Məsihdən gələn salehlik bəhrələri ilə dolu olmaq üçün ən ali dəyərləri ayırd edə biləsiniz. (Filipililərə, 1:9-11)
Bu əmrin məqsədi pak ürəkdən, təmiz vicdandan və riyasız imandan gələn sevgidir. (1 Timoteyə, 1:5)
Amma necə ki yazılmışdı: “Allah'ın Onu sevənlər üçün [axirət həyatında] hazırladıqlarını Nə göz görüb, nə qulaq eşidib, Nə də insan ürəyi dərk edib”. (1 Korinflilərə, 2:9)