Sevgi Allahın kainatı yaratmasının əsas məqsədidir. Allah çox sevən və çox sevilən, sevməyi sevəndir. Həqiqi sevgi Allahın iman edənlərə nemət olaraq yaratdığı xüsusi bir duyğudur. Allahı bütün ruhu və canıyla sevən, Allahdan içdən qorxan, Allahın möhtəşəm sənətini görüb lazımı kimi təqdir edən, Allahı dost, vəli və vəkil etmiş olan möminlər Allahın səmimiyyətinə qarşılıq olaraq nəsib etdiyi sevgini ən coşğulu şəkildə yaşayan insanlardır.
Bu kitabda İncildə yer alan və Quranla eyni olan sevgi sözlərinə yer verilmişdir. Həqiqi sevginin necə olması lazım olduğunu izah edən bu İncil bölümleri bütün iman edənlər üçün gözəl bir rəhbərdir.
Allah Quranda müsəlmanların Allahın nazil etdiyi bütün kitablara iman etmələrini bildirmişdir:
Və onlar, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir və axirətə də yəqinliklə inanırlar. (Bəqərə surəsi, 4)
İncilin bəzi hissələri təhrif edilib pozulmuş, əslindən uzaqlaşdırılmışdır. İncilin hansı hissələrinin haqq hansı hissələrinin təhrif edildiyini göstərən rəhbər isə Allahın göndərdiyi son kitab olan Qurani-Kərimdir. Quran, Tövrat və İncilin haqq hissələrini təsdiq edən, səhv hissələrini aradan qaldırıcıdır. Bu yönü ilə Quran, iman edənlər üçün bir hakimdir.