Solda dövrümüzdə mövcud olan palıd yarpağı
Sağda 45 milyon illik palıd yarpağı fosili
Dövr: Kaynazoy erası, Eosen dövrü
Yaş: 45 milyon il
Bölgə: Uayt River, Vayominq, ABŞ
Fosil nümunələri bitkilərin heç vaxt təkamül keçirmədiklərini və hər hansı xəyali atalarının olmadığını bir daha sübut edir. Yer üzündəki bütün canlılar kimi palıd ağacı da milyon illər əvvəlki quruluşunu qoruyub saxlamış, heç bir təkamül mərhələsi keçirməmişdir. Şəkildəki 45 milyon illik palıd yarpağı fosili də bu həqiqəti sübuta yetirir.
Dəniz kirpiləri əksər dənizlərdə rast gəldiyimiz Exinoid sinfinə aid tikanlı su canlılarıdır. Təxminən 300 milyon il yaşı olan dəniz kirpisi fosilləri kompleks quruluşa malik bu canlıların yüz milyonlarla il ərzində dəyişmədiyini, heç bir ara-keçid mərhələdən keçmədiyini sübut edir.
İkitaylılar sinfinə iki qabıqlı molyusk, midiya və istridyə kimi canlılar daxildir. Bu canlıların dövrümüzdəki nümunələri ilə milyon illər əvvəl yaşayan nümunələri arasında heç bir fərq yoxdur. Bu, təkamülçülərin mərhələli təkamül iddiasını tamamilə çürüdür.
38-23 milyon yaşı olan dovşan fosili ilə dövrümüzdə yaşayan dovşan arasında heç bir fərq yoxdur. Milyonlarla ildir heç bir dəyişikliyə məruz qalmayan dovşanlar təkamül keçirmədiklərinə, onları uca Allah`ın yaratdığına bir dəlildir.
Yüz milyonlarla yaşı olan fosillər canlıların heç bir dəyişiklik keçirmədiklərini açıq şəkildə sübuta yetirir. Şəkildəki 95 milyon illik tülkü kəlləsi fosili kimi bütün fosillər darvinizm nəzəriyyəsinin cəfəng nağıl olduğunu gözlər önünə sərir.
Fosil nümunələrindən aydın olur ki, bütün canlılar mükəmməl və qüsursuz quruluşları ilə bir anda ortaya çıxmışlar. İndiyə qədər yüz milyonlarla fosil nümunələri əldə edilməyinə baxmayaraq, heç bir natamam, qüsurlu və yarım quruluşlu kəllə, onurğa, əl, ayaq və s. orqanlara rast gəlinməyib. Fosillər pandaların yarandıqları ilk gündən dövrümüzdə yaşayan panda xüsusiyyətlərini daşıdığını, heç bir təkamül keçirmədiklərini sübuta yetirir.
Şəkildə kəhrəbanın içində fosilləşmiş iynəsiz arı fosilini görürük. Bu canlıların dövrümüzdə yaşayan nümunəsi ilə milyon illər əvvəl yaşamış nümunələri arasında heç bir fərq yoxdur. İki şəkli müqayisə etdikdə aralarındakı bənzərlik dərhal diqqəti cəlb edir.
Tettigoniidae sifinə saxil olan çayır çəyirtkələrinin əksəriyyəti tropik bölgələrdə yaşayır. Çayır çəyirtkələri milyon illər ərzində heç bir dəyişikliyə məruz qalmamışdır. Şəkildəki 128 milyon yaşı olan çayır çəyirtkəsi bu həqiqəti bir daha sübut edir.
Şəkildə gördüyümüz 54-37 milyon illik sümüklü druna balığı ilə dövrümüzdə yaşayan durna balığı arasında heç bir fərq yoxdur. Bu həqiqət darvinistləri çıxılmaz vəziyyətə salır və yaradılışı bir daha sübut edir.
Hazırda yaşayan istridyələrdən heç bir xüsusiyyəti ilə fərqlənməyən 23-5 milyon illik istridyə fosilləri təkamül nəzəriyyəsini yerlə-yeksan edir. Milyonlarla ildir cüzi də olsa dəyişiklik keçirməyən istridyələr təkamüllə deyil, Allah tərəfindən yaradılmışdır.
Şəkildə gördüyümüz 165 milyon illik qoza dilimi daşlaşmış meşədən əldə edilmişdir. Qozanın bütün detallarının aydın şəkildə görüldüyü bu fosil nümunəsi bitkilərin təkamül keçirmədiyninin dəlillərdəndir. 165 milyon il əvvələ aid qozalar dövrümüzdə mövcud nümunələrinin bütün xüsusiyyətlərinə sahibdirlər.
Çoxlu fosil nümunələrinə rast gəldiymiz canlılardan biri də xərçənglərdir. Milyonlarla il əvvəl yaşamış xərçənglərlə dövrümüzdəkilər arasında heç bir fərq olmadığını fosil qeydləri danılmaz fakta çevirir. Bu həqiqətin sübutlarından biri də şəkildə gördüyümüz 23-5 milyon il yaşı olan xərçəngdir. Bucanlı dövrümüzdə yaşayan növləri ilə eyni xüsusiyyətlərə sahibdir.