Bütün insanlar sürətlə ölümə doğru yaxınlaşır. Ən gənc insan üçün də, ən yaşlı insan üçün də ölüm eyni uzaqlıqdadır. Çünki kimin nə vaxt və necə öləcəyi bəlli deyil. 68 yaşında yatağında ölümü gözləyən bir insan üçün ölüm nə qədər yaxındırsa, 18 yaşında yolda gedən gənc üçün də eyni yaxınlıqdadır. Bəlkə də, o gənc yol keçərkən qəzaya düşəcək və dünya həyatı sona çatar. Bəlkə də bu an onun son dəqiqələridir…
Bütün insanların həyatındakı ən böyük həqiqətlərdən biri budur.
Bu halda, hər insan bir növ yarış içindədir. Dünyada olduğu müddət ərzində axirət üçün çalışmaqla məsuldur. Bədiüzzamanın da dediyi kimi, dünya iman edən insanlar üçün səyyar ticarət və yol kənarında qurulan qısa müddətli bazardır.9 Yəni bir insan burada karlı ticarət edə bilər və axirətdə sonsuza qədər bu dünyada qazandığı əcrlərin qarşılığını ala bilər.
İnsan vicdanının səsini dinləyib Allah`ın özünü imtahan etdiyini əsla unutmamalıdır. Allah bu yolda insana rəhbər olaraq Quranı, nümunə olaraq da elçiləri və saleh möminləri göndərmişdir. Səmimi olaraq Allah`a yönələn insan çətinliklər qarşısında mütləq asanlıqla rastlaşar və qurtuluşa çatar. Yəni bu imtahan dünyasının ən böyük sirlərindən biri iman edənlər üçün mütləq mənfəətlə bitməsidir.
İman edən insan saleh möminlərin ayələrdə bildirilən əxlaqını özünə nümunə götürərək qədərini izləməlidir. Hər nə olursa-olsun, Allah`a qarşı sədaqətli olanlar, səbir və əzmlə axirətə yönələnlər Quranda belə bildirilir:
Neçə-neçə peyğəmbər (olmuşdur ki,) bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də (düşmənə) boyun əymişlər. Allah səbir edənləri sevir. Onların dedikləri ancaq: "Ey Rəbbimiz! Günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla; qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!"– olmuşdur. Beləliklə, Allah onlara həm dünya mükafatını, həm də gözəl axirət mükafatını verdi. Allah yaxşı iş görənləri sevir. (Ali-İmran surəsi 146-148)