Giriş

Həyatınızda hər hansı bir şeyi əldə etmək üçün cəhd edib əmək sərf etmişsiniz. Təhsil həyatınızı düşünün. O dövrdə ən çox düşündüyünüz böyük ehtimalla tez-tez qarşılaşdığınız imtahanlardır. Bunların içində ən əhəmiyyətlisi isə, şübhəsiz ki, universitet imtahanıdır. Bəzi gənclər universitet imtahanını həyatının dönüş nöqtəsi hesab edir. Çünki gələcəklərini necə planlaşdıracaqlarını bu üç-dörd saatlıq imtahanın nəticəsində təyin edəcəklərini düşünürlər. Buna görə də illərlə çalışır, yuxusuz qalır, bir çox ictimai fəaliyyətdən, tətil və əyləncədən uzaq durub sadəcə dərs oxuyurlar. Yeganə məqsədləri istədikləri universitetə qəbul olmaqdır. Bu məqsədə çatmaq üçün böyük səbir və əzm göstərirlər.

Həyatındakı ən böyük məqsədi gözəl ev sahibi olmaq olan bir insanı düşünün. Bu evi əldə etmək üçün, əvvəlcə, kifayət qədər maddi gücə sahib olmalıdır. Bunun üçün gecə-gündüz yaxşı bir iş sahibi olmaq, cəmiyyətdə tutduğu mövqeyini yüksəltmək, maddi qazancını artırmaq üçün çalışıb cəhd edir. Belə uzun, çətin, fədakar işdən sonra istədiyi evi almağı, yaxud tikdirməyi və evə girib yaşamağı mümkün olar.

Bu nümunələrdən də aydın olduğu kimi, insan hər hansı bir gözəlliyə, yaxud hədəfə çatmaq üçün bəzən illərlə çalışmalı, qarşılaşdığı çətinliklərə səbir etməli olur. Bundan əlavə, insanın maddi güc, yaxud cəmiyyətdə etibar, şöhrət əldə etmək kimi hədəfləri varsa, bunun üçün də ciddi bir cəhd sərf etməli və bəzi çətinliklərə sinə gərməlidir.

Lakin burada çox əhəmiyyətli bir nüansı xatırlatmalıyıq: yuxarıda saydığımız nümunələr insanın dünyadakı qısa həyatı boyu əldə edəcəyi keçici mənfəətlərlə əlaqədardır. Bunların hamısı ya ölümlə birlikdə, ya da hələ dünyada ikən hər hansı bir səbəblə əlindən çıxa bilər. Məsələn, illərini imtahan günü müvəffəqiyyətli olmaq üçün dayanmadan çalışaraq keçirən gənc bir qəza nəticəsində imtahana girə bilmədən həyatını itirə bilər. İllərlə çalışıb sahib olduğu ev hər hansı bir fəlakət nəticəsində məhv olaraq insanın bütün əməyini yox edə bilər.

Göründüyü kimi, dünya həyatında arzulanan mənfəətlərin hamısı keçicidir. Amma bundan başqa, bir də əsla itməyən, əsla tükənməyən gözəlliklərin, sonsuz nemətlərin olduğu və insanın əbədiyyətə qədər qalacağı gerçək bir həyat vardır. Bu, inanan insanların dünya həyatı boyu çatmaq üçün ciddi cəhd sərf etdiyi, bütün digər mövzulardan daha üstün tutduğu, əsla ağıllarından çıxarmadığı ölümdən sonrakı axirət həyatıdır.

İnsanın sonsuz axirət yurdunu qazanmaq üçün sınandığı yer də dünya həyatıdır. İnsan yer üzündə olduğu müddət ərzində imtahan olunur və bu mövzuda göstərdiyi cəhdlə sınanır. Həyat Allah`ın bizləri sınamaq və öyrətmək üçün yaratdığı keçici bir müddətdir. İnsan bu müddət ərzində düşünmək, Rəbbimizi tanımaq, Onun hökmlərinə tabe olmaq və sadəcə Onun razılığını axtarmaqla məsuldur. Bundan əlavə, bu imtahanda başına gələn hər şeyə ən gözəl şəkildə cavab vermək, səbir etmək və gözəl əxlaq göstərməklə də məsuldur. Hər şeyin Rəbbimizdən gələn bir sınaq olduğunu bilmək, bunlardan zövq almaq, qarşılaşdığı hər hadisəni sevinc və şövqlə qarşılamaq isə dünyadakı imtahanın möminlərə xas olan sirridir.

Şübhəsiz ki, bu sirri qavrayan və bütün həyatını sınandığının şüurunda olaraq keçirən insanlar bitməyən və tükənməyən qazanc əldə edəcəklər.

Bu kitabın məqsədi qəflət içində heç düşünmədən həyatlarını davam etdirən insanlara bu gerçəkləri bildirməkdir. Dünyada özlərinə məqsəd hesab etdikləri şeylərin hamısından daha böyük məqsədlərinin olmağını xatırlatmaqdır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Dünya İmtahan Yeridir
  • İmtahanın Sirri
  • Çətin Anların Müsəlmanı
  • Cahil İnsanların Çətinliklər Qarşısındakı Davranışları
  • İmtahan Son Ana Qədər Davam Edir
  • Nəticə
  • Yaradılış Həqiqəti 1/2
  • Yaradılış Həqiqəti 2/2