Əgər bir düşmən bədənimizdəki bütün maneələri aşıb bədənimizə daxil olmağı bacarsa, bu bədənimizin düşmənə məğlub olduğu demək deyil. Əksinə, əsl mübarizə indi başlayır və əsl güclü əsgərlər bu zaman fəaliyyətə başlayır. Onları ilk qarşılayan əsgərlər isə bədənimizdə davamlı dolaşan və ətrafı davamlı yoxlayan yeyici hüceyrələr, faqositlərdir.
Bunlar bədənin içərilərinə qədər girən, lazımsız mikrobları udan və lazım olanda müdafiə sisteminə siqnal verən xüsusi təmizlik hüceyrələridir.
Bədənimizə daxil olan çox kiçik hissəciklər və maye halındakı yad maddələri müdafiə sisteminin bəzi hüceyrələri götürür, parçalayır, həzm edir və məhv etməyə çalışırlar. Bu hadisəyə faqositoz deyilir. (hüceyrə udmaq)
Faqositoz immunitetin ən vacib elementlərindən biridir. Çünki infeksiyaya qarşı sürətli müdafiə yaradır.
Faqositoz hüceyrələrini bədənin polisləri kimi adlandırsaq, bunları 2 qrupa ayıra bilərik.
1- Gəzən polis qrupları: Bunlar qanda gəzirlər və lazım olan zaman toxumaların arasında xidmət göstərirlər. Bütün bədəni gəzən bu hüceyrə qrupları həmçinin “zibil toplamaq” vəzifəsini də yerinə yetirirlər.
2- Sabit polis qrupu: Müxtəlif toxumalardakı boşluqlara yerləşən və hərəkət etməyən, həmçinin mikroorqanizmləri olduqları yerlərdə faqosit edən davamlı makrofaqlardır.
Yukarıdaki resimde bir fagositoz olayı görülüyor. Makrofaj (sarı renkte), bakterileri (mavi renkte) sindiriyor. |
Əgər bədənə daxil olan antigen (yad mikroorqanizm) yeyici hüceyrələrin bitirə biləcəyi qədər azdırsa hansısa xəbərdarlıq edilmədən məhv edilir. Ancaq bədənə daxil olan mikroblar çoxdursa, bəzən hüceyrələr bunların öhdəsindən gələ bilmir, həzm edə bilmir və buna görə də getdikcə sayları çoxalır. Nəticədə antigenlər tərəfindən təhrif olduqları üçün partlayırlar və bir maye (infeksiya) kimi xaric olurlar. Bu mübarizəndə məğlubiyyət demək deyil. Çünkü yeyici hüceyrələr mikrobları sadəcə qarşılamış olurlar, daha sonra bir çox çətin maneələr də var. Belə infeksiya yaranması sümük iliyindən, limfa vəzilərindən, hər şeydən əvvəl timus vəzisindən göndərilən limfositlərin fəaliyyətə keçməsinə səbəb olur. İkincisi, yeni müdafiə hüceyrələri mövcud olan hər şeyə, hüceyrə tullantılarına, mövcud antigenlərə, hətta köhnə leykositlərə hücum edirlər. Bunlar gerçək yeyici hüceyrələr olan makrofaqlardır.
Makrofaqlar mübarizə qızışanda fəaliyyətə başlayır. Makrofaqların özlərinə məxsus xüsusi iş stilləri var. Antitellər kimi birə-bir çalışmırlar. Yəni onlar kimi tək hədəfə doğru istiqamətlənən bomba kimi bir sistemi yoxdur. Makrofaqlar sanki yanlış atan bir tüfəng, ya da bir neçə hədəfə birdən istiqamətlənən bir bomba kimi eyni vaxtda bir çox düşməni məhv edir.
Makrofajlar, yabancı maddeleri yutmaya çalışırken. |
Digər müdafiə hüceyrələri kimi mənbəyi sümük iliyi olan makrofaqlar çox uzun ömürlüdürlər. Aylarla, hətta illərlə yaşayırlar. Makrofaqlar kiçik olmaqlarına baxmayaraq, (10- 15 mikrometr) insan həyatı üçün çox əhəmiyyətlidir. Böyük molekulları, faqositoz (udmaq) yolu ilə hüceyrə içinə alaraq həzm etmə xüsusiyyətinə sahibdir.
Udmaq xüsusiyyəti sayəsində müdafiə sisteminin sanki təmizlik işçiləridir. Orqanizmdə olan və təmizlənməli maddə mikroorqanizm, antigen-antikor kompleksləri və antigen quruluşundakı başqa maddələri məhv edirlər. Bu proseslər nəticəsində antigen kimi maddələr həzm edildikləri üçün orqanizm üçün təhlükəli olmurlar.
Bir dövlət müharibə zamanı bütün ölkədə səfərbərlik elan edir. Bütün təbii mənbələr və büdcə müharibə xərclərinə sərf edilir. İqtisadiyyat tamamilə bu vəziyyətə uyğunlaşdırılır və ölkə bütövlükdə bunu edir. Bədənin müdafiə ordusunun bütün döyüşçüləri ilə iştirak edəcəyi bir müharibədə də mütləq səfərbərlik elan edilməlidir. Necəmi?
Əgər düşmən hücuma keçərsə, makrofaqların bacaracağı daha çox xüsusi maddə ifraz olunur. Bu maddənin adı pirogendir və həyəcan vəziyyəti yaratma çağırışıdır.
Pirogen uzun bir yol qət edərək beynə çatır və beynin temperaturu artıran mərkəzini xəbərdar edir. Pirogenin başlatdığı reaksiyaya bir çox maddə də qatılır. Bu xatırlatmadan sonra beyin bədəni həyəcan vəziyyətinə keçirir və insanın temperaturu yüksəlir. Temperaturu yüksələn xəstə, təbii ki, istirahət etmək istəyir. Beləcə, müdafiə ordusunun ehtiyacı olan enerji başqa sahələrə sərf edilmir.
1- Makrofajın aşama aşama bakteriyi yutması. Makrofaj, bakterileri ele geçirmek için öne doğru uzanıyor. | 2- Bakteriler, makrofaj zarının uzantıları arasında sıkıştırılarak tutulurlar. | 3- Makrofaj zarına sıkışmış bakteriler, teker teker emiliyorlar. |
Ortada qüsursuz bir plan var. Həmçinin lazım olan hər şey bu planın baş tutması üçün nöqsansız yaradılıb: makrofaqlar, pirogen və digər maddələr, beynin temperaturu artıran mərkəzi, bədənin temperaturu artırma mexanizmləri Bunlardan biri belə əksik olarsa sistem işləməz. Bu səbəbdən belə bir sistemin mərhələ- mərhələ inkişaf edərək təkamül nəticəsində mövcud olduğu iddia edilə bilməz.
The macrophage (A) trying to reach out to the bacteria (C) and entrap it with an extension called pseudopodia (B). |
Bəs bu planı kim qurur?
Bədəninin temperaturunun yüksəlməli olduğunu, ancaq bu şəkildə müdafiə ordusunun ehtiyacı olan enerjinin başqa yerlərə sərf edilməyəcəyini bilən kimdir?
Makrofaqlar?
Makrofaqlar gözlə belə görünməyən kiçik hüceyrələrdir və düşünmə qabiliyyətləri də yoxdur. Ancaq üstün yaradılan bir sistemə itaət edən və vəzifələrini qüsursuz edən canlılardır.
Beyinmi?
Xeyr. Beynin bir şey yaratmaq, artırmaq kimi bir gücü yoxdur. Digər sistemlərdəki kimi bu sistemdə də beyin əmri verən deyil, əmrə uyan və itaət edəndir. Qaldı ki, makrofaqlarda istehsal edilən pirogen tam olaraq beynin temperaturu yüksəltmə mexanizminə təsir edəcək şəkildə yaradılıb. Bu səbəbdən makrofaq, pirogen, beynin temperatur mərkəzi və beyin eyni zamanda yaradılmalıdır.
İnsanmı?
Xeyr. İnsan hələ öz bədənində belə mükəmməl bir sistemin işlədiyindən xəbərsizkən bu sistem onu ölümdən qoruyur. Qaldı ki, insana öz bədəninin içində, temperaturunun yüksəlməsini təmin edən, düşmənlərlə döyüşən bir ordu inkişaf edir və bu ordu bütün bədənində iyirmi dörd saat xidmət edir deyildiyi zaman belə, insan buna müdaxilə edə bilmir. Bu gün insanlar yüksək texnologiyaya sahib olsalar da, bunun bənzərini etmək bir yana qalsın, bu sistemin detallarını anlamaqdan da acizdirlər. İnsan sahib olduğu bütün xüsusiyyətləri ilə birlikdə yaradılıb. Yaradıcımız Allah`a və Onun qurduğu sistemlərə istəsə də, istəməsə də boyun əyib. Eynilə mövcud olan hər şeyin itaət etdiyi kimi. Bir ayədə Rəbbimiz belə buyurur:
Onlar dedilər: “Allah (Özünə) övlad götürmüşdür!” Halbuki O, pakdır, müqəddəsdir! Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir. (Bəqərə surəsi, 116)
Makrofaqların digər möcüzəvi vəzifəsi limfositlərə, yəni müdafiə sisteminin baş qəhrəmanları olan B və T hüceyrələrinə düşmən haqqında məlumat verməsidir. Məlumat verən hüceyrələr antiteli aldıqdan sonra limfa yollarını izləyərək limfa vəzilərinə (limfotik toxumaya) gedirlər.
Bu çox əhəmiyyətli detaldır. Çünki bir hüceyrənin düşmənə aid məlumat topladıqdan sonra bu məlumatı lazımi yerlərə çatdırması ancaq şüur sayəsində olar. Makrofaq hüceyrəsinin bu məlumatı limfositlərin dəyərləndirəcəyini bilməsi, müdafiə sisteminin ümumi strategiyasına hakim olmalıdır. Aydın görünür ki, makrofaq hüceyrəsi bütövlükdə işləyən sistemin, eynilə digər hüceyrələr kimi itaətkar hissəsidir.
Savaş sırasındaki lenfositler (sarı renkte). Üstte kanser hücreleriyle savaşan lenfositlerin resmi görülüyor. |
Limfositlər müdafiə sisteminin ən əsas hüceyrələridir. Bədəndə yaranan çətin mübarizədə qalibiyyət limfositlərin mübarizəsi nəticəsindədir. Hər mərhələsi qeyri-adi olan bu hüceyrələrin fəaliyyətləri təkamül nəzəriyyəsinin çürük, saxta nəzəriyyə olduğunu sübut etmək üçün kifayətdir.
Qırmızı qanda, əsas da ağ qanda görülən bu cəsur döyüşçülər, sümük iliyində, limfa və tüpürcək vəzilərində, dalaq, badamcıq və oynaqlarda olurlar. Ancaq limfositlər ən çox sümük iliyində meydana gəlir.
Sümük iliyində limfosit yaranması biologiyanın ən sirrli hadisələrindən biridir. Burada kök hüceyrələr (stem cell) bir çox bioloji mərhələdən sürətlə keçərək, yeni bir quruluşa, yəni limfositə çevrilirlər. Bundan əlavə genetika elminin böyük inkişafına baxmayaraq, ən sadə mikrob növlərinin belə, oxşar növlərə çevrilməsinin mümkün olmadığını nəzərə alanda, sümük iliyində yaranan bu hadisənin sirri daha da böyüyür. Elmin hələ tapa bilmədiyi bu sirr bədənimiz üçün çox sadə bir əməliyyatdır. Bu səbəbdən təkamülü müdafiə edən bir çox elm adamı belə bir çevrilmənin sirrinin təsadüf, təbii seleksiya və ya mutasiya hekayəsi ilə açıqlana bilməyəcəyini etiraf edib. Məsələn, sadə bir hüceyrədən limfosit kimi demək olar ki, müharibənin bütün yükünü daşıyan kompleks bir hüceyrənin təkamül keçirərək meydana gələ bilməyəcəyini, prof. Dr. Əli Dəmirsoy belə etiraf edib:
“Son zamanlarda defolt kompleks hüceyrələr heç bir zaman primitiv hüceyrələrdən təkamül müddət içərisində inkişaf edərək meydana gəlməmişdir.” (Ali Demirsoy, Kalıtım ve Evrim, Ankara: Meteksan Yayınları s. 79)
Bu həqiqəti dövrümüzün alimləri də çox yaxşı bilirlər. Ancaq bu həqiqəti qəbul etsələr, bir Yaradıcının varlığını da qəbul etməli olacaqlar. Halbuki bu, bir çoxlarının əsla istəmədiyi bir vəziyyətdir.
Dünyaca məşhur biokimyaçı Michael J. Behe, təkamülçülərin Allah`ın varlığını inkar etmək üçün bəzi həqiqətləri gözardı etdiklərini belə deyir:
Təəssüf ki, çox tez-tez edilən tənqidlər sırf yaradılışı müdafiə edənlərin əlinə dəlil vermə qorxusu ilə ictimaiyyəti tərəfindən gözardı edilmişdir. Elmi qorumaq adına təbii seçməyə qarşı qüvvətli elmi tənqidlərin bir kənara atılması olduqca ironikdir. (Scientific American, Eylül 1993; Bilim, Kasım, 1993, s. 14)
Gözardı edilən həqiqətlərdən biri olan bu sirli çevrilmə nəticəsində yaranan limfosit müdafiə sistemindəki rolları də bir xeyli maraqlıdır. Limfositlər gündə bir neçə dəfə bütün bədən hüceyrələrinə nəzarət edərək, xəstə hüceyrə olub olmadığına baxırlar. Xəstə və ya yaşlanmış hüceyrəyə rast gələndə bunları məhv edirlər. Bədənimizdə təxminən 100 trilyon hüceyrə var və limfositlər bunun yalnız 1% -ini təşkil edir.
İndi gözünüzün qarşısında bir ölkə canlandırın və bu ölkənin əhalisi çox olsun təxminən 100 trilyona qədər. Sağlamlıq işçilərinin, yəni limfositlərin sayı da təbii olaraq 1 trilyondur. Dünya əhalisinin təxminən 7 milyard olduğunu düşünsək, xəyali ölkənizdə yaşayan insanların sayı dünya əhalisinin təxminən 14 milyon 285 min qatı olacaq. Bu qədər böyük bir əhalinin sağlığına bir gündə, eyni anda bir neçə dəfə nəzarət edilə bilərmi?
Devriye gezen bir savunma hücresi: lenfosit |
Edilər deyəcəksiniz, ancaq bu əməliyyat bədəninizdə hər gün edilir; limfositlər bütün bədəninizi gündə bir neçə dəfə gəzib sağlamlıq testindən keçirirlər.
Yaxşı bu qədər böyük bir canlı birliyinin olduqca mütəşəkkil bir şəkildə hərəkət etməsi təsadüflərin əsəri ola bilərmi?
Bir trilyon limfosit hüceyrəsinin hər birinin, beləsinə çətin və məsuliyyət istəyən vəzifəsi almasının səbəbi təsadüflər ola bilərmi?
Əlbəttə ki, xeyr!
Bir trilyon limfosit hər birini yaradan və bu limfosit insanı qoruma məsuliyyətini verən Aləmlərin Rəbbi olan Allah’dır.
Limfosit QİÇS, xərçəng, quduz, vərəm və romatizm kimi başlıca xəstəliklərə qarşı çox əhəmiyyətli rolları vardır. Əlbəttə ki, bu, limfositin digər xəstəliklərdə rolu olmadığı demək deyil. Soyuqdəymə deyilən xəstəlik belə, limfosit bacarığı sayəsində olduqca təhlükəli olan soyuqdəymə viruslarını bədənə soxmamaq mübarizəsindən başqa bir şey deyil.
1. T hücresi çekirdeği, | 5. Hedef hücrenin içi, |
Solda T hücreleri kanser hücresine saldırıyor. Sağda bu işlem sırasında T hücresinin yaptıkları görülüyor. Öldürme işlemi sırasında T hücresi içindeki perforin proteinini açığa çıkarır. Perforin proteinleri hedefteki hücrenin zarında delik açarlar. Böylece sıvı ve tuzlar hedef hücrenin içine girer ve sonunda zararlı hücre içine çökerek ölür. |
İnsan bədən,i antikorları istifadə edərək bir çox düşməni məhv edə bilər. Buna görə "limfositlər onsuz da antitel çıxararaq döyüşdə iştirak edirlər, bəs niyə döyüşə birbaşa müdaxilə edirlər" deyə düşünülə bilər. Ancaq mikroblar arasında elə qüvvətliləri vardır ki, bu mikrobları öldürə bilmək üçün çox qüvvətli kimyəvi zəhərlər lazımdır. Bəzi limfositlər də bu kimyəvi zəhərləri istifadə edir və döyüşdə birbaşa iştirak edirlər.
Bəs müdafiə sistemi bu düşmənləri necə dayandıracaq?
Əvvəlcə zəhəri çıxaracaq kimyaçıya və bir laboratoriyaya ehtiyacı vardır. Çünki ehtiyac duyulan maddə təsadüfən əmələ gəlməyəcək qədər xüsusi bir quruluşa malikdir. İnsan bədəninin belə bir düşmənlə qarşılaşacağını bilən, daha doğrusu insanın ibrət alması üçün belə bir düşməni yaradan Allah limfositə sintez qabiliyyətini də vermişdir.
Bu kimyəvi maddənin istehsal edilə bilməsi kifayətdirmi?
Xeyr, çünki bu maddə qanda sərbəst halda gəzə bilməz. Yoxsa bu, öz hüceyrələrimizin də ölümü deməkdir.
O halda bu zəhər, öz hüceyrələrimizə zərər vermədən necə istifadə ediləcək?
Bu problemin cavabı yenə limfosit yaradılışlarındakı mükəmməllikdə gizlidir. Zəhərlər limfosit hüceyrə pərdəsindəki kisəciklərə yerləşdirilmişdir. Bu, kimyəvi silahın istifadə asanlığını da təmin edir. Limfosit ancaq düşmən hüceyrəyə toxunanda, bu zəhəri yeridir və düşməni öldürür.
Sümük iliyində istehsal olunan limfositlərin bəziləri inkişaf edib işlək hala gəldikdən sonra buradan ayrılaraq, qan yolu ilə limfoid toxumalarına toplanırlar. Bu tip limfositlər B adlanır.
B hüceyrələri bədənin silah fabrikləridir və düşmənə “zərbə” vurmaq üçün antitel adlı zülalları istehsal edirlər.
A B cell during division |
Hüceyrələr B hüceyrəsi ola bilmək üçün olduqca mürəkkəb və çətin bir yoldan keçirlər. Yəni insan bədənini qoruyan döyüşçülər ola bilmək ilk öncə əsaslı bir imtahanı müvəffəqiyyətlə verə bilməyi tələb edir.
İlkin B hüceyrələri öncə antitel molekulunu yaradacaq gen hissələrini təkrar nizamlayırlar. Tənzimləmə tamamlanan kimi bu genlər kopyalanır. Kiçik bir hüceyrənin tənzimləmə, kopiyalama kimi əməliyyatları necə etməsi çox təəccüblüdür. Çünki təşkil edilən və kopyalanan şey məlumatdır. Məlumatı yığma və toplama işi ancaq ağıllı bir varlıq tərəfindən edilə bilər. Üstəlik, edilən tənzimləmədən sonra yaranan nəticə çox vacibdir. Çünki bu məlumatlar gələcəkdə antitel istehsalında istifadə ediləcək.
B hüceyrələrinin dəyişməsi sürətlə davam edir. Hüceyrələr haradan gəldiyi bilinməyən bir əmrlə “alfa” və “beta” adlanan, hüceyrə membranını dövrəyə alan zülalları istehsal edirlər. Növbəti mərhələdə antigenlərlə birləşmələrini təmin edən bəzi molekulları yaratmaq üçün bir sıra kompleks əməliyyat onları gözləyir. Bütün bu kompleks əməliyyatlar bu “zavodda” baş verir. Arıq hüceyrələr düşmən hərəkətə keçən kimi onları tanıya bilir və milyonlarla müxtəlif silah istehsal etməyi bacarırlar.
Müdafiə sistemini araşdırdıqca qarşılaşdığımız möcüzələr daha da çoxalır. B hüceyrələri daha əvvəl də bəhs edildiyi kimi, antitel istehsal edir. Antitellər yalnız düşmən hüceyrələrinə zərər vermək üçün istehsal olunan silahlardır. Bəs əmələ gələn B hüceyrəsinin istehsal etdiyi silahlar çaşıb dost hüceyrələri vurmağa başlasalar, nə olar?
Bu mərhələdə B hüceyrəsinin içərisinə digər hüceyrələr tərəfindən bir siqnal göndərilir. Bu siqnal əslində hüceyrəyə verilən bir “intihar et” əmridir. Hüceyrənin nüvəsində olan bəzi fermentlər hərəkətə keçir və hüceyrənin DNT-sini parçalayır. Qüsursuz işləyən avto-nəzarət mexanizmi bədəni qoruyur. Nəticədə, yalnız düşmənə zərər verən antitelləri istehsal edən B hüceyrələri həyatda qala bilirlər.
Başlanğıcda yalnız bir nüvə və az miqdarda sitoplazmadan ibarət olan B hüceyrələri antigenlə qarşılaşdıqdan sonra ağlasığmaz dəyişikliklərə məruz qalırlar. Təkrar-təkrar bölünərək sitoplazmalarında antitel istehsalını təmin edəcək minlərlə montaj nöqtəsi və ayrıca istehsal olunan bu antitellərin paketlənib hüceyrə xaricinə ixrac edilməsində istifadə olunmaq üçün geniş bir kanal sistemi əmələ gətirirlər. Bütün bu əməliyyatların nəticəsində B hüceyrələri on milyondan çox antitel molekulunu hüceyrə xaricinə ixrac edə biləcək həcmə çatırlar. Ortada düşmənlə qarşılaşdığı anda 10 milyon silah istehsal edə biləcək bir fabrikə çevrilən tək bir hüceyrə vardır. Bu hüceyrə milyonlarla düşməninin hər biri üçün fərqli bir silah istehsal edə bilir.
Bəzi B hüceyrələri də bir “yaddaş hüceyrəsi” şəxsiyyəti daşıyırlar. Onlar bədənin müdafiəsində dərhal iştirak etmirlər, amma gələcəkdə ola biləcək bir döyüşü sürətləndirmək üçün keçmişdəki işğalçıların qeydlərini götürürlər. Bu yaddaş olduqca güclüdür. Bədən eyni düşmənlə bir dəfə də qarşılaşdıqda bu dəfə uyğun silah istehsalına sürətlə keçir. Beləcə, müdafiə daha sürətli və təsirli olur. Bunları düşündükcə istər-istəməz ağıla belə bir sual gəlir: “Özünü ən inkişaf etmiş canlı hesab edən insan necə olur ki, kiçik bir hüceyrədən daha zəif bir yaddaşa sahibdir?” Hələ normal bir insan yaddaşının necə meydana gəldiyini və necə çalışdığını belə bilməyən təkamülçülər belə bir yaddaşın varlığını təkamüllə izah etməyə heç yanaşmırlar.
Bakteriyle kaplı bir B hücresi |
Millimetrin yüzdə biri böyüklüyündə bir ət parçası əgər tək bir bilgiyə sahib olsa və bu məlumatı insanın mənafeyi üçün ən doğru şəkildə istifadə etsə, bu belə təkbaşına bir möcüzədir. Ancaq sözügedən vəziyyət bundan daha mükəmməldir. Hüceyrələr insanın mənafeyi üçün milyonlarla məlumatı özündə saxlayır, bunları insan ağlının düşünə bilmədiyi üsullarla həyata keçirirlər və insan da bu hüceyrələrin göstərdiyi ağıl sayəsində həyatına davam edir.
Yaddaş hüceyrələri insan sağlamlığını qorumaq üçün yaradılmış xüsusi hüceyrələrdir. Allah onları xüsusi güclü bir yaddaş qabiliyyəti ilə yaratmışdır. Yoxsa bir hüceyrənin öz-özünə bir strategiya müəyyən etməsi və bu strategiya daxilində özünə məlumat saxlama vəzifəsini verməyi mümkün deyil. Üstəlik, hüceyrənin belə bir ehtiyacdan xəbəri belə yoxdur ki, strategiya müəyyənləşdirməyə ehtiyac hiss etsin. Bundan başqa, belə bir mühüm sual ortaya çıxır. Normal bir insanda hər saniyə səkkiz milyon hüceyrə ölür. Ölən hüceyrələrin əvəzinə yeni hüceyrələr yaranır. Beləcə maddələr mübadiləsi davamlı olaraq özünü yeniləyir. Amma yaddaş hüceyrələrinin ömürləri digər hüceyrələrdən daha uzundur. Bu xüsusiyyətləri sayəsində yaddaşlarındakı bilgi ilə illərlə insanları müxtəlif xəstəliklərdən qoruyurlar.
Lakin yenə də bu hüceyrələr ölümsüz deyildirlər və uzun müddətdən sonra da olsa, nəticədə ölürlər. Çox maraqlıdır ki, yaddaş hüceyrələri sahib olduqları məlumatları ölmədən öncə bir sonrakı nəsilə köçürürlər. Məhz həmin yaddaş hüceyrələri sayəsində insan uşaqkən tutulduğu bir xəstəliyə (parotit, qızılca və s.) sonrakı yaşlarda bir daha tutulmur. Necə ola bilər ki, bir hüceyrə bu məlumatı miras qoya bilsin və bunun lazım olduğunu bilsin? Əlbəttə, cavab hüceyrənin sahib olduğu şüurda deyildir, Yaradanın ona verdiyi qabiliyyətdədir.
Artıq hər baxımdan döyüşə hazır olan B hüceyrələri bədəni müdafiə etməyə başlamazdan əvvəl bədənin öz hüceyrələri ilə düşmənlərini bir-birindən ayırd etməyi də öyrənir.
Bunun üçün çox səy göstərməsinə ehtiyac yoxdur. Çünki bu hüceyrələr və hasil etdikləri antitellər düşməni heç bir vasitəçiyə ehtiyac duymadan birbaşa görünüşlərindən tanıya bilirlər. Səthlərindəki bir reseptor proqramlanmış olduğu antigenlə qarşılaşanda onun bir neçə kiçik bölgəsinə bağlanır. Beləcə, onun yad olduğunu bilir. Bu xüsusiyyətləri sayəsində B hüceyrələri bakteriya kimi antigenleri rahatlıqla tanıya bilirlər.
Bakteriyalarla əhatəyə alınmış B hüceyrələri davamlı mikrob axtaran növbətçi kimidirlər. Hər hansı bir istilaçı ilə qarşılaşdıqda sürətlə bölünərək antitel istehsal etməyə başlayırlar. Bu antitellər B hüceyrəsi reseptorları (qəbuledicilər) kimi mikroblara bağlanırlar. Antitellər tərəfindən “yad” damğası vurulan düşmən hüceyrələr faqositlər və T hüceyrələrinin amansız mübarizələri nəticəsində bədəndən uzaqlaşdırılırlar. Yəni B hüceyrələri hasil etdiyi milyonlarla antitel sayəsində düşməni təsirsiz hala gətirir və onu öldürücü hüceyrələr üçün nişanlamış olurlar. Burada başqa mühüm bir hadisə də var: Məhdud sayda genlərlə bu qədər çox antitel istehsal edilməsi.
“Antitellər” adlı hissədə də ətraflı şəkildə izah edildiyi kimi, antitellərin hazırlana bilməsi üçün B hüceyrələri insan bədənindəki genlərdən istifadə edirlər. Lakin insan bədənindəki gen sayı istehsal olunan antitellərin sayından azdır. Ancaq bu vəziyyət hüceyrələr baxımından heç bir problem yaratmır. Bütün bu mənfiliklərə baxmayaraq, kifayət qədər antitel istehsal etməyi bacara bilirlər. 9B hüceyrələri mövcud genlərlə birləşərək həmin istehsalı həyata keçirirlər. Bir hüceyrənin bəhs edilən birləşməni düşünməsi mümkün deyildir. Bu birləşmələri yaratmaq qabiliyyəti Allah`ın diləməsi ilə bu şüursuz hüceyrələrə verilmişdir. Çünki Quranda bildirildiyi kimi, “... O, bir işin olmasına qərar versə, ona yalnız:" Ol!" - deyər, o da dərhal olar.” (Bəqərə surəsi, 117)
Allah`dan başqa göylərdə və yerdə heç bir varlığın gücü trilyonlarla hüceyrənin yalnız bir xüsusiyyətini belə tənzimləməyə çata bilməz. Bədənə daxil olan düşməni təsirsiz hala gətirmək üçün ən uyğun silahı istehsal etmək ancaq Allah`ın diləməsi ilə mümkün olur.
A1. Antijen A 1. Bakteri | 3. A antikoru A antijenine uymak için üretiliyor |
Bakteri ve virüsler yüzeylerinde antijen adı verilen kimyasallar taşırlar. Bazı lenfositler kendilerini antijenlere bağlayacak antikorlar üretirler. O zaman beyaz hücre kolaylıkla bakteriyi yutabilir. Antikorlar belirlidir hangi antijen için üretilmişlerse o antijene bağlanırlar. Resimde de örnekleriyle gösterildiği gibi üçgen şeklindeki bir antijen, üçgen şeklinde bir parçası kesik olan antikora tam uyum sağlar. (En üstte solda) Ama aynı antikor (en altta) yuvarlak bir antijene uyum sağlayamaz. |
1. Ana Hücre | 6. Promonosit |
Lenf sistemi dokusunda üretilen akyuvarlar lenfosit(B hücreleri ve T hücreleri) veya monositleri oluşturur. Lenfositler savunma sisteminde çok önemli bir yer tutar. Monositler ise makrofaj adı verilen büyük “yutucu” hücrelere dönüşebilir. |
Bəzi limfositlər sümük iliyində istehsal edildikdən sonra timus vəzisinə doğru səyahət edirlər. Burada çoxalıb inkişaf edən limfositlər T hüceyrələri adlanırlar. Bu hüceyrələr qatil və köməkçi T hüceyrələri olmaqla iki fərqli növə bölünürlər. Təxminən üç həftə davam edən “təhsil”dən sonra T hüceyrələri dalağa, limfa vəzilərinə və bağırsaqlardakı toxumalara gedərək orda əmr almalarını gözləyirlər.
İlk sınaqda hüceyrənin düşməni tanıyıb tanıya bilməməsinə nəzarət edilir. Hüceyrələr düşməni səthlərində olan “MHC” (Major Histocompatibility Complex), yəni antigeni bir sıra kimyəvi prosesdən keçirib T hüceyrələrinə təqdim edən molekul sayəsində tanıyırlar. Nəticədə düşməni tanıya bilən hüceyrələr həyatda qalır, digərləri üçün isə güzəşt yoxdur, həyatlarına dərhal son qoyulur.
Ancaq düşməni çox yaxşı tanıya bilmək T hüceyrələrinin həyatda qala bilməsi üçün tək başına yetərli deyil. Bu hüceyrələr bədənə zərər verməyəcək maddələri və bədənin özünə aid olan toxumaları da yaxşı tanımalıdırlar.
Əks təqdirdə əslində zərərsiz olan maddələrə qarşı gərəksiz bir döyüşə girərlər ki, bu da bədənin zərər görməsi ilə nəticələnər.
T hüceyrələri üçün sınaq hələ də bitməyib. T hüceyrəsi nümayəndələrinin bəzisi digər hüceyrələrdən aldıqları siqnallara görə özlərini öldürürlər.
Hüceyrələrin proqramlaşdırılmış şəkildə ölmələrinə, yaşamalarına, ya da böyüyüb dəyişilmələrinə səbəb olan siqnallar haqqında çox az məlumat var. Bu hələ ki müdafiə sisteminin elmi cəhətdən tapılmayan sirrlərindən biridir. Bədənimizdə bunun kimi bir çox hüceyrə bir yerdən siqnal alıb bu siqnala görə vəzifəsini yerinə yetirməyə başlayır. Görəsən, bütün bu siqnalları bir-birlərinə göndərən hüceyrələr siqnal göndərməli olduqlarını hardan bilirlər? Mahlon B. Hoqland Root's of Life adlı kitabında bunu belə gündəmə gətirir. Bu proqramlı ölüm toxumaların dəyişməsi, yaxud da zədələnənlərin seçilməsi üçündür.
Kendi kendini yok eden bir hücre (ortada). Bu programlı ölüm, dokuların değişimi veya zedelenmiş olanların ayıklanması içindir. |
Hüceyrələr böyüməyi dayandırmağı hardan bilirlər? Yaranmalarına vasitəçi olduqları orqanların tam böyüdüyünü onlara nə xəbər verir?... Bölünməni dayandıran siqnalın əsas xüsusiyyəti nədir? Bunun cavabını bilmirik, amma tədqiqatlar aparmağa davam edirik. (Mahlon B. Hoagland, Root's Of Live, s. 106-107)
Həqiqətən də hüceyrələr arasında xəbərləşmənin sirri hələ də açılmayıb.
Ana hüceyrədən gözlənilən, bölünməsi və eyni xüsusiyyətdə yeni hüceyrənin yaranmasıdır. Ancaq hüceyrənin içində nə olduğu bilinməyən bir proses baş verir və hüceyrə birdən dəyişilməyə başlayır. Bu yeni hüceyrə insan bədəni üçün mübarizə aparan T hüceyrəsidir. Burada belə bir sual yaranır:
Bu hüceyrə nəyə görə özünü dəyişdirərək başqa bir hüceyrəyə çevrilir?
Bu elmin hələ də cavab tapa bilmədiyi bir sualdır. Elm hüceyrənin özünü necə dəyişdirdiyi sualına cavab verir. Ancaq hüceyrənin nəyə görə döyüşçü hüceyrə olmaq istədiyini heç vaxt açıqlaya bilmir.
Bütün bu sualların cavabını ancaq Allah`ın varlığının şüurunda olanlar tam dərk edirlər.
MHC T hüceyrələrinin düşməni tanıya bilmələri üçün xüsusi yaradılmış bir molekuldur. Onlar antigeni kimyəvi əməliyyatlardan keçirib T hüceyrələrinə təqdim edirlər.
MHC molekulları sayəsində viruslar, xərçəng hüceyrəsi molekulları, hətta bir bakteriyanın daxili hissəsinə aid hissələr belə tanına bilir.
T hüceyrələrinin MHC molekulları istifadə etmələrinin çox mühüm bir səbəbi var. T hüceyrələri bunun sayəsində dost hüceyrələrin içinə yerləşib özlərini kamuflyaj edən virusların yerini belə tapa bilirlər.
Ancaq MHC molekulları belə T hüceyrələrinin vəzifələrini yerinə yetirmələri üçün yetərli deyil. T hüceyrələrinin həm də köməkçi hüceyrələrə ehtiyacı vardır. Qısaca, APC (antigen-presenting cells) olaraq adlandırılan bu hüceyrələr antigenleri parçalara ayırır və antigenin içindən çox əhəmiyyətli bir hissəsini qoparır. Bu hissə antigen kimliyini bildirən amin turşusu düzülüşüdür. APC-lər məhz bu şəxsiyyət bilgisini T hüceyrəsinə bildirdikdə T hüceyrəsi vəzifəsinə başlaya bilər.
Göründüyü kimi, müdafiə sisteminin döyüşə başlaması üçün belə bir üstün sistemə ehtiyacı var. Bir-birləri ilə əlaqəli bir çox proseslərlə əmələ gələn bu kəşfiyyat şəbəkəsinin bir hissəsi işləməsə, sistem yararsız olar. Belə bir kəşfiyyat şəbəkəsinin yaranmasının təsadüflərin nəticəsi olduğunu idda etmək tamamilə ağıldan kənardır və tamamilə məntiqsizdir.
Qüsursuz olaraq Allah tərəfindən yaradılan bu sistemin hər addımında ağıl görünür. T hüceyrələrinə düşməni gətirən APC-in hərəkətləri buna nümunədir. Bu hüceyrələr T hüceyrələrinin düşməni amin turşularını tanıdıqlarını bilirlər. Bu, hər iki hüceyrənin də eyni güc, yəni Allah tərəfindən yaradılmış olduğunun minlərlə dəlillərindən biridir
T hüceyrələri öz aralarında 3 yerə bölünür. Bunlar köməkçi T hüceyrələri, qatil T hüceyrələri və təzyiq edən T hüceyrələridir. Hər T hüceyrəsi düşməni tanımaq üçün xüsusi bir MHC molekuluna sahibdir.
Bu hüceyrələr sistemin demək olar ki, idarəçiləridir. Mübarizənin ilk mərhələsində makrofaqların və antitel tutan digər hüceyrələrin içərilərinə qatdıqları yad hüceyrənin xüsusiyyətlərini deşifr edirlər. Daha sonra siqnal aldıqda öldürücü T və B hüceyrələrini mübarizə aparmaq üçün xəbərdar edirlər. B hüceyrələri bu xatırlatma nəticəsində antitel adlı silah istehsal etməyə başlayırlar.
Köməkçi T hüceyrələri digər hüceyrələri xatırlatmaq üçün limfokin adlı bir molekul ifraz edirlər. Bu molekul digər hüceyrələrdə sanki bir açarı çevirir və müharibənin başlamasını təmin edir.
Köməkçi T hüceyrəsinin digər hüceyrəni hərəkətə keçirən xüsusi molekul istehsal etməsi çox əhimyyətli təfsilatdır.
Əvvəla bu molekulun istehsal edilməsi müəyyən bir mübarizə strategiyasının məhsuludur. Bu strategiyanı hüceyrələr özləri düşünə bilməzlər, ya da strategiyan təsadüfən yarana bilməz.
Bir T hücresi (yanda), ince lifli sinir hücresinden (sol üstte) veya makrofajlardan (sağ üstte) ölüm emri alabilir. |
Strategiya inkişaf etdirmək belə tək başına kifayət deyil. Hüceyrə digər hüceyrədə istehsalı başladan molekulu doğru sintez etməlidir. Bunu edə bilmək üçün də digər hüceyrənin quruluşunu bilməlidir.
Sadəcə bu molekulun istehsalında edilən bir yanlış müdafiə sisteminin tamamilə iflic olması deməkdir. Çünki xəbərləşməyən bir ordu müdafiəyə keçmədən məhv ediləcək.
Bu molekulun varlığı belə təkamül nəzəriyyəsinin nə qədər uydurma bir iddia olduğunu ortaya qoyur. Çünki sistemin fəaliyyət göstərməsi üçün əsas şərt bu molekulun ən başdan mövcud olmasıdır. Əgər köməkçi T hüceyrələri bu molekuldan istifadə edərək digər hüceyrələri müharibəyə çağırmasalar, insan bədəni viruslara təslim olar.
Yardımcı T Hücreleri Nasıl Harekete Geçerler? | |
1. Mikrobik parçalar | 5. Yardımcı T (CD4) hücresi |
Soldaki resimde antijen içeren bir hücrenin mikrobu parçalara ayrılmasıyla, yardımcı T hücresinin harekete geçişini anlatıyor. Sağdaki resimde ise T hücresinin, eğer onun antijen reseptörü gösterilen antijene uyarsa, CD4 molekülü antijen kompleksine yapışırsa ve eğer diğer belirli moleküller (sağda) birbirine bağlanırsa aktif halegeleceği anlatılıyor. |
Qatil T hüceyrələri müdafiə sisteminin ən təsirli döyüşçülərindəndir. Virusların antitel adlanan zülallar tərəfindən təsirsiz hala gətirildiyini əvvəlcə də qeyd etmişdik. Ancaq virus bir hüceyrənin içinə girəndə antitellər bəzən bu virusa çata bilmirlər. Belə vəziyyətdə qatil T hüceyrələri tərəfindən işğal edilən xəstə hüceyrələri öldürürlər.
Qatil T hüceyrələrinin xəstə hüceyrələri necə öldürdüyünü analiz etsək, böyük bir ağıl və yaradılış əsəri görərik.
Qatil T hüceyrələri əvvəlcə içində düşmən gizlənən hüceyrələrlə normal hüceyrələri bir- birindən ayırmalıdırlar. Bu çətinliyi onlara yaradılışdan verilən sistem sayəsində keçirlər. İşğal edilən hüceyrəni tapanda isə kimyəvi bir maddə ifraz edirlər. Bu maddə hüceyrənin pərdəsinə ilişir, yan-yana möhkəm düzülərək bir dəlik yaradır. Beləliklə, məsamələrin yarandığı hüceyrədə sızıntı başlayır və hüceyrə ölür.
Qatil T hüceyrəsi bu kimyəvi silahı kiçik dənəciklər (qranullar) içində saxlayırlar. Beləcə, kimyəvi silah həmişə istifadəyə hazır vəziyyətdə olur. Hüceyrənin öz silahını özünün istehsal etməsi və lazım olanda istifadə etmək üçün anbarına yığması alimlər üçün təəccübləndirici bir həqiqət olub. Ancaq hüceyrənin kimyəvi silahı istifadə etməsi möcüzəvi bir haldır və ağıllara durğunluq verən bir incəlikdir.
Bu mikro kisəciklər içlərində olan hüceyrəyə bir düşmən yaxınlaşanda dərhal düşmənin gəldiyi istiqamətdə hüceyrənin kənarına tərəf irəliləyirlər. Daha sonra hüceyrənin pərdəsinə toxunaraq bağlanır və xaricə tərəf açılaraq içlərindəki maddəni buraxırlar.
Sümük iliyində istehsal olunan limfositlər sümük iliyindən başqa dalaqda, limfa vəzilərində və timusda olurlar. Ən əhəmiyyətli funksiyaları xərçəng hüceyrələrini və virus daşıyan hüceyrələri öldürmələridir.
Bəzən işğalçı viruslar hiyləgərlik edirlər. Bədən hüceyrələrinin içində bəzən o qədər yaxşı gizlənirlər ki nə antitellər, nə də T hüceyrələri bunu görə bilmirlər. Çünki xaricdən hər şey normal görünür. Belə vəziyyətlərdə müdafiə sistemi bütün bunlara baxmayaraq, bir anormallıq olduğunu hiss edir. NK hüceyrələri bu hissəyə qan yolu ilə axın edirlər. Öldürücü limfositlər hüceyrəni itələməyə və sıxışdırmağa başlayırlar. Bu mərhələdə düşməni daşıyan hüceyrəyə yenə zəhərli bir maddə verilərək hüceyrə öldürülür.
Solda,T hücresini (yuvarlak olan) sarmış kanser hücresi (stoplazması çıkmış ve lifi yayılmış halde) görülüyor. | Sağda da kanserli hücreyi (büyük olan) çevreleyen öldürücü T hücreleri (küçük olanlar) görülüyor |
Bu hüceyrələrin düşməni necə tanıdıqları, müdafiə sistemi ilə əlaqəli cavabsız qalan suallardan biridir. Çünki səthlərindəki hədəf hüceyrələri tanımalı olan qəbuledicilərin varlığı hələ ki aşkar edilməmişdir. Bu səbəbdən düşməni tanımaq üçün istifadə etdikləri mexanizm tam olaraq anlaşılmayıb.
İnsanlar əllərindəki bütün texnologiyalara baxmayaraq, bu hüceyrələrin düşmən tanımaq üçün istifadə etdikləri sistemin detallarını öyrənə bilməyib. Bəlkə texnologiya irəlidə bu sistemi tapacaq və bu sirr olmaqdan çıxacaq. Ancaq bu vəziyyət mövcud sistemin mükəmməlliyini, nə qədər xüsusi planlanaraq yaradıldığını isbat edən bir dəlil olacaq.
Blood cells |
◉ Trombositlər: Qanın laxtalanması çox vaxt o qədər də diqqət etmədiyimiz adi bir hal kimi dəyərləndirilir. Ancaq bunu əmələ gətirən mükəmməl bir sistem olmasaydı, kiçik yaralar belə insan həyatı üçün riskli olardı. Sümük iliyində əmələ gələn qan hüceyrələrindən biri olan trombositlər bu vacib işi öhdəsinə götürən hüceyrələrdir. Həmçinin, allergik reaksiyalarda rol oynayan seratonin adlanan maddələrdən təşkil olunurlar.
◉ Eozinofil: Faqositoz qabiliyyəti olan bu qan hüceyrələri bədənə girən yad hüceyrələri udub məhv edirlər. (faqositə edirlər)
◉ Bazofil: Qanda çox az, ancaq dəri, dalaq və bağırsaq toxumalarında çox rast gəlinən böyük, kobud və tək çəyirdəkli bir qan hüceyrəsi.
◉ Neyrofillər: Antibakterial xüsusiyyəti olan bu qan hüceyrələri orqanizmimizi yad maddələrdən qorumalıdırlar. Həmçinin, faqositoz xüsusiyyətləri ilə də müdafiə sisteminə kömək edirlər.
1. Bazofil | 4. Nötrofil |
Çeşitli Kan Hücreleri |
Bu hüceyrələrin vəzifəsi antigeni (düşməni) T hüceyrələrinə təqdim etməkdir. Bu hüceyrənin belə vəzifəni öhdəsinə götürməsi düşündürücü bir mövzudur. Çünki hüceyrə əhəmiyyətli bir məsuliyyəti yerinə yetirir. T hüceyrələrinin bədəni müdafiə edəcəyini bilir və düşməni tanıyır, tutduğu düşməni əlaqə saxlaya bilmələri üçün T hüceyrələrinə verir.
Bəs hüceyrə bunu niyə edir? Təkamül nəzəriyyəsinə görə bu hüceyrən sadəcə öz həyatını düşünən bir canlı olmalıdır. Ancaq o heç bir mənfəəti olmasa belə, bir sistemə xidmət edir.
Daha da qəribəsi APC hüceyrəsinin T hüceyrəsinin nəyə ehtiyacı olduğunu bilməyidir. Bu məlumatla düşmən hüceyrəni parçalayır və sadəcə amin turşusu düzülüşünü T hüceyrəsinə təqdim edir. Burdan anladığımız budur: APC hüceyrəsi T hüceyrəsinin amin turşusu düzülüşündən məlumat çıxardığını belə bilir.
Bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, biz burada"bilmək", "hesablamaq", "düşünmək", "xidmət etmək" kimi hərəkətlərdən bəhs etdik. Şübhəsiz ki, bu hərəkətlərin edilməsi şüur tələb edir. Şüuru, iradəsi olmayan bir varlığın bu hərəkətləri etməsi mümkün deyil. Bəhs edilən canlılar kiçik hüceyrələrdir; bildiyimiz kiçik şüursuz hüceyrələr. O halda hüceyrələrə bu şüuru, qabiliyyəti, möhtəşəm sistemi verən kimdir?
Bu sualın cavabı belədir: APC hüceyrəsi də, T hüceyrəsi də və bədəndəki digər bütün hüceyrələr də bir-birlərinə uyğun olaraq, eyni sistem içində vəzifə alacaq şəkildə Allah tərəfindən yaradılıblar. Bir ayədə Rəbbimiz belə buyurur:
Göylərdə və yerdə nə varsa, Onundur. Həqiqətən, Allah Zəngindir, Tərifəlayiqdir. (Həcc surəsi, 64)
1. Antijenin Peptid Parçası |
APC hücrelerine bir örnek makrofajlardır. Bu görevlerini, yabancı maddeyi hücrelerinin içindeki bir boşluğa alarak ve sindirici kimyasallar ekleyerek yerine getirirler. Bu kimyasallar bakteriyi parçalayarak protein parçacıklarına dönüştürür. Bu parçacıklar artık zararsızdır, ama aynı zamanda kullanılabilecek malzemelerdir. |