İmmunitet sistemi elm adamlarının sözü ilə desək, "sadələşdirilməz kompleks quruluşa malikdir". Yəni, əgər bu sistemdə ortaq fəaliyyət göstərən və hər hansı bir hissənin yox olması tamamilə sistemin fəliyyətinin dayanmasına səbəb olur. Bu sistemin tək bir parçasının belə əskik olması sistemi yararsız edir. Məsələn, bir yerə faks göndərmək üçün lazımlı materialları nəzərdən keçirək :
◉ Faks aparatı,
◉ Telefon xətti,
◉ Kabel,
◉ Kağız və s.
Bunlardan biri belə əskik olsa, faks göndərə bilməzsiniz. Hamısı yerində olmalı və lazımlı materiallardan heç biri əksik olmamalıdır. Məsələn, kabel kifayət qədər uzun olmasa, istənilən yerə çatmasa, əldə olan materialların heç biri işə yaramayacaq. Eyni şəkildə, immunitet sisteminin əksər hissəsi vəzifəsini əskiksiz yerinə yetirsə belə, kiçik bir hissəsinin vəzifəsini yerinə yetirməməsi orqanizmin döyüşdə məğlub olmasına səbəb olacaq. Məsələn, T hüceyrələrinin daxilindəki kiçik cisimciklər (qranullar) funksiyalarını itirsə, bu halda zəhər tədarükü dayanar, düşmənə qarşı zəhərlə mübarizə aparılmaz və döyüş məğlubiyyətlə nəticələnər. Beləliklə, düşməni öldürə bilməyən sistemdə nə döyüşçü hüceyrələrin istehsalı və təcrübəsi, nə xəbərdaredici hüceyrələrin vaxtında və doğru yerə xəbər göndərməsi, nə genlərimizin antitel istehsal etmək üçün minlərlə birləşmələr (kombinasiyalar) əmələ gətirməsi, nə də yaddaş hüceyrələrinin illərlə məlumatları yaddaşlarında tutmaları heç bir işə yaramaz. Həmçinin sadələşdirilməz kompleks quruluşa malik olan insan orqanizmi də immunitet sistemi mövcud olmadan digər yüzlərlə funksiyanı yerinə yetirməsi mümkün deyil. Çünki immunitet sisteminin mövcud olmaması və ya vəzifəsinin öhdəsindən tam gələ bilməməsi insanın ölməsi deməkdir.
Bəs təkamülçülər bu cür həyati və kompleks sistemin varlığını necə izah edirlər? Əslində, bu mövzuda doğru heç bir açıqlama gətirə bilmirlər. İddiaları ondan ibarətdir ki, immunitet sistemi tədricən kiçik inkişaflarla ortaya çıxıb. Belə inkişafı təmin edən mexanizmlərin də "təbii seleksiya " və " mutasiyalar " olduğunu irəli sürürlər.
Halbuki bu cür mürəkkəb sistemin təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, addım -addım, kiçik təsadüflər nəticəsində meydana gəlməsi mümkün deyil. Ən başdan bəri üzərində durduğumuz kimi, immunitet sistemi bütün hissələri eyni anda və əskiksizcə mövcud olmadığı müddətcə fəaliyyət göstərə bilməz. İmmunitet sisteminin fəaliyyət göstərə bilməməsi də insanın qısa müddətdə ölməsi deməkdir.
İkinci olaraq, təkamülçülərin "təbii seleksiya" iddiası üzərində dayanmaq lazımdır. Təbii seleksiya “təbii seçmə” deməkdir, bu isə canlılardakı faydalı dəyişikliklərin seçilib sonrakı nəsillərə ötürülməsini nəzərdə tutur.
Ancaq alimlər də belə bir mexanizmin mürəkkəb sistemləri izah etmək üçün kifayət etmədiyi ilə bağlı həmfikirdirlər. Məsələn, Amerikalı məşhur biokimyaçı Michael J. Behe, Darwin's Black Box (Darvinin qara qutusu) adlı kitabında təbii seleksiya ilə əlaqədar bunları bildirmişdir:
“Sadələşdirilməz kompleks quruluşa malik mürəkkəb bioloji sistemin varlığı Darvinin təkamül nəzəriyyəsini təhdid altına salır. Çünki bilirdik ki, təbii seleksiya yalnız əvvəlcədən də fəaliyyət göstərən sistemlərdə baş verə bilər. O halda , əgər bir bioloji sistem mərhələ-mərhələ əmələ gəlməmişsə, tək bir alternativ qalır. (Bu sistem) tam və əskiksiz şəkildə meydana gəlmişdir, təbii seleksiyanın bunda heç bir rolu yoxdur.” (Michael J. Behe , Darvin 'S Black Box , New York: Free Press , 1996 , s. 39)
İstər nəzəriyyənin qurucusu Darvin, istərsə də bir çox müasir alimlər təbii seleksiya mexanizminin təkamülləşdirici bir gücü olmadığını şəxsən özləri də etiraf etmişlər:
Çarlz Darvin:
Nəzəriyyəmlə əlaqədar çətinlik və etirazları belə qruplaşdırıla bilər : ... Təbii seleksiya bir tərəfdən zürafənin quyruğu kimi ağcaqanad qovmağa yarayan az əhəmiyyətli bir orqanı, digər tərəfdən, göz kimi möhtəşəm quruluşa malik orqanı meydana gətirdiyinə inana bilərikmi? (Stephen Jay Gould, "Not necessarily a Wing" , Natural History , Oktyabr 1985 , ss. 12-13)
Dövrümüzün məşhur təkamülçülərindən biri olan, geologiya və paleontologiya sahələri üzrə professor Stephen Jay Gould isə təbii seleksiyanın təkamülləşdirici gücü olmadığını belə ifadə edir:
Əgər təkamülün hər biri təbii seleksiya nəticəsində uzun müddət mərhələlərlə təkminləşməsi lazımdırsa , necə olur ki yoxdan(sıfırdan) belə müfəssəl bir şey əldə edirsiniz? Bir qanadın 2%-i ilə uça bilməzsiniz. Başqa bir ifadə ilə desək, (hal-hazırda onları müşahidə edə bilmədiyimiz üçün) çox mürəkkəb formalarda istifadə edilən quruluşların başlanğıc mərhələlərini təbii seleksiya necə açıqlaya bilər? Bu mərhələdə bir məqam digərlərindən qabaqda gəlir: başlanğıc mərhələlərinin açıqlanmazlığı . Mivart bu problemi ən əhəmiyyətli problem kimi göstərdi və bu gün problem hələ də davam edir. (JA Endler və T. McLellan (1988) , "The Process of Evolution: Toward A Newer Synthesis " , Annual Review of Ecology and Systematics, 19 , 397)
Bəs belə bir sistemin meydana gəlməsi neo-darvinizmin iddia etdiyi kimi, "mutasiyalar " ilə izah edilə bilərmi? Görəsən, dalbadal baş verən mutasiyalar nəticəsində belə mükəmməl sistem meydana gələ bilərmi?
Bilindiyi kimi, mutasiyalar canlıların genetik şifrələrində müxtəlif xarici faktorlar nəticəsində meydana gələn pozulma və zərərdir . Mutasiyaların hamısı canlının DNT-sində proqramlı olan genetik məlumata zərər verir və heç bir yeni genetik məlumat əlavə etmir . Bu səbəbdən mutasiyaların heç bir inkişaf etdirici və təkamülləşdirici xüsusiyyətləri yoxdur. Bu həqiqət də dövrümüzdə də bir çox təkamülçü tərəfindən istənməsə də, dilə gətirilir. Belə təkamülçülərdən biri də Kaliforniya Universitetində genetik John Endler belə bir etiraf edir:
“Mutasiyalarla əlaqədar çox şey bilsək də, təkamül kimi o da hələ "qara qutu" kimi qalır. Təkamüldə yeni bioloji funksiyaların meydana gəlməsinə çox rast gəlinmir və bunların mənşəyi onsuz da bilinmir.” (JA Endler və T. McLellan (1988) , "The Process of Evolution: Toward A Newer Synthesis " , Annual Review of Ecology and Systematics , 19 , 397)
Məşhur təkamülçü Fransız bioloq Pierre P. Grassé isə mutasiyaların sayının da nəticəsində dəyişdirməyəcəyini belə etiraf edir:
"Sayı nə qədər çox olsa da, mutasiyalar hər hansı yeni bir növ əmələ gətirə bilməzlər. " (Pierre P. Grassé , Evolution of Living Organisms, New York, 1977, s. 88s)
Aydın görünür ki, kiçik hüceyrələrin sahib olduqları fövqəladə xüsusiyyətlərin, nümayiş etdirdikləri ağlasığmaz uğurların təsadüf, mutasiya, təkamül uydurmaları ilə izah edilməsi istər elmə, istərsə də ağıl və məntiqə tamamilə ziddir. Bu gün insan zəkasının çatdığı ən son nöqtə belə hüceyrələrdə nümayiş edilən ağıl qarşısında çarəsiz qalır.
Canlılarda təkamüllə heç bir şəkildə açıqlana bilməyən bu cür üstün ağıl qarşısında bir çox elm adamları onsuz da tərəddüd içində müdafiə etdikləri təkamülə olan inamını gündən-günə itirirlər. Maraqlıdır ki, bu inamsızlıqlarını da hər fürsətdə dilə gətirirlər.
Özləri də bu gerçəklərin fərqinə varan araşdırmaçıların çoxu təkamüllə bağlı uydurmaların yalan və aldatmadan başqa bir şey olmadığının bilirlər. Molekulyar biologiya sahəsində tanınmış araşdırmaçı olan Klaus Dose belə bildirir:
“Həyatın mənşəyi ilə bağlı 30 illik kimya və molekulyar təkamül tədqiqatları problemin həllindən daha çox vəziyyətin ciddiliyini anlamağımıza yol açdı. Cari nəzəriyyə və təcrübələrin hamısı ya müvəffəqiyyətsizliklə nəticələnir, ya da görmək istəmədiklərimizi ortaya çıxarır.” (Klaus Dose (1988), "The Origin Of Life: More Questions Than Answers", Interdisciplinary Science Reviews, 13, 348)
Hətta eyni inamsızlığı təxminən 150 ildir davam edən təkamül nəzəriyyəsinin banisi olan Darvin belə yaşamışdır:
“Bəzən bir mövzunu illərcə araşdırdıqdan sonra çox axmaq bir doktrinaya çatan, sonra da bu doktrina ilə həm özlərini, həm də başqalarını inandırmağa çalışan bəzi insanları düşünürəm və özümün də bu axmaqlardan biri olmağımdan bir az qorxuram.” (Francis Darwin , Life and Letters of Charles Darwin , Charles Darwin to WB Carpenter)
Açıq-aydın görünür ki, kainatdakı hər şey kimi, bədənimizin bir sistemi olan immun sistemi də üstün güc və ağıl sahibi Allah`ın idarəsi altındadır. İnsan ağlının hələ bunu qavraya bilməməsi, izah etməkdə çətinlik çəkməsi bunun üstün bir ağlın, yəni Allah`ın ağlının dəlillərindən biri olduğunu göstərir.
İnsanların əsrlərdir müzakirə edərək nəticəyə gəlmədikləri, məntiqli cavab verə bilmədikləri mövzuların cavabı, əslində, çox sadədir. Cavab nə təsadüf, nə təbii seleksiya, nə də mutasiyalardır. Heç biri nə həyat, nə də həyatın davam etməsini təmin edəcək bir sistem əmələ gətirə bilməzlər.
Quranda bu və bunun kimi bütün sualların cavabı 1400 il əvvəl verilmişdir. Aləmlərin Rəbbi olan Uca Allah kainatdakı hər şeyə olduğu kimi hüceyrələrimizə də boyun əydirmişdir ;
Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allah`dır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır. (Əraf surəsi, 54)