İmmunitet Sistemi

Təqribən 250 il əvvəl, mikroskopun kəşfi ilə birlikdə alimlər adi gözlə görə bilmədiyimiz müxtəlif kiçik canlılar ilə birgə yaşadığımızı üzə çıxardılar. Üstəlik bu canlılar nəfəs aldığımız havadan içdiyimiz suya, toxunduğumuz hər hansı bir əşyadan bədənimizin səthinə qədər hər yerdə mövcuddur. Bunlardan əlavə, bu canlılar tez-tez insan orqanizminə də daxil olurlar. Bu düşmənin varlığı 250 il əvvəl kəşf edildi. Ancaq ona qarşı mükəmməl mübarizə aparan immunitet sistemindəki sirlərin çoxu bu gün belə hələ tam aydınlaşdırılmamışdır. İnsan orqanizmindəki bu molekulyar sistem hər hansı bir yad orqanizmin daxil olduğu andan etibarən son dərəcə dəqiq (qurulmuş) hesablanmış bir planla avtomatik olaraq işə düşür və amansız bir döyüşə başlayır. Sistemin işinə nəzər yetirdikdə, hər mərhələnin bu həssas plan daxilində getdiyi görünür.

Yatmayan Sistem

Bizim xəbərimiz olmadan bədənimizdə hər saniyə milyonlarla əməliyyat və reaksiya həyata keçir. Orqanizmimizdə baş verən bu proseslər biz yuxuda ikən belə davam edir. Bu gərgin iş bizim üçün çox qısa sayılan bir vaxt intervalı içində nizamlanmışdır. Bizim gündəlik həyatımızdakı vaxt anlayışı ilə orqanizmimizin bioloji vaxt anlayışı bir-birindən çox fərqlənir. Gündəlik həyatımızda çox qısa müddəti təmsil edən 1 saniyəlik an bədənimizdəki sistem və orqanoidlərin bir çox fəaliyyəti üçün çox uzunmüddət sayıla bilər. Orqanizmimizdəki bütün orqanların, toxumaların və hüceyrələrin bir saniyə içində göstərdiyi fəaliyyətlər kağıza köçürüldükdə insan ağlının sərhədlərini aşacaq qədər geniş bir hesabat ortaya çıxır.

Daim fəaliyyətdə olan və bir an belə vəzifəsini axsatmayan bu həyati sistemlərdən biri də immunitet sistemidir. Orqnizmimizi hər cür işğalçıya qarşı gecə -gündüz dayanmadan qoruyan bu sistem tam təchizatlı bir ordu kimi, var-gücü ilə bizim üçün çalışır.

İnsan orqanizmindəki hər bir sistem, orqan və hüceyrə qruplaşması vəzifə paylaşımına görə bir vəhdət təşkil edir. Bu sistemdə kiçik bir çatışmamazlıq olduqda nizam pozulur. Müdafiə sistemi də bu " olmazsa olmaz" sistemlərdən biridir.

Görəsən müdafiə sistemimiz olmasaydı, həyatımızı davam etdirə bilərdik? Ya da bu sistem bəzi vəzifələrini əskik yerinə yetirsəydi, necə bir həyat tərzimiz olardı?

Bunu təsəvvür etmək heç də çətin deyil. Tibb aləmində rast gəlinən bəzi anomaliyalar vardır ki , müdafiə sisteminin nə qədər həyati əhəmiyyət daşıdığının bariz nümunəsidir. Bu mövzu ilə əlaqədar bəzi mənbələrdə yer alan bir xəstənin tarixçəsi müdafiə sistemində meydana gələ biləcək hər hansı bir çatışmamazlıqda həyatın nə cür çətinləşə biləcəyini göstərir.

Bu xəstə, doğulduqdan sonra mikroblardan təmizlənmiş (sterilizə olunmuş) plastik bir çadırın içinə yerləşdirildi. İçəriyə xaricdən gələn hər bir şeyin daxil olmasının tamamilə qarşısı alınmışdı. Başqa insanlarla təmas qadağan edilmişdi. Uşaq böyüdükcə daha böyük bir plastik çadırın içinə yerləşdirildi. Bu plastik çadırdan yalnız plastik astronavt paltarını geyərək çıxa bilərdi. Bəs bu uşağın digər insanlar kimi yaşamasına nə mane olmuşdu?

Doğuşdan sonra, uşağın orqanizmi inkişaf edərkən immunitet sistemi formalaşmamışdı. Orqanizmində onu düşmənlərdən qoruya biləcək bir ordu yox idi...

Uşağın həkimləri onun bu çadırdan çıxsa, başına nələrin gələcəyini bilirdilər. Dərhal soyuq dəymə baş verəcək, boğazında xəstəliklər baş qaldıracaq, antibiotiklərə və digər dərman müalicələrinə baxmayaraq, bir infeksiyadan digərinə keçəcəkdi. Bir müddət sonra isə dərmanlar təsir etməyəcək və uşaq öləcəkdi.

Bu plastik çadırın xaricində ancaq bir neçə ay və ya bir neçə il yaşaya bilərdi. Yəni uşağın bütün dünyası ancaq plastik bir çadır olaraq qalacaqdı.

Vücudun Askerleri
savunma sistemi hücreleri

Lenf nodu içinde vücudun korumaları ile düşman arasında bir savaş meydana gelir. Bakteriler bir lenf kanalından geçerken (1), makrofaj saldırganların bir kısmını yutar (2), sindirir ve onların kimliğini belirten bir işareti kendi yüzeyinde taşımaya başlar. Bu kimyasal mesaj, yardımcı T hücresi adı verilen bir tür beyaz kan hücresine iletilir (3). Yardımcı T hücresi buna cevap olarak çoğalır (4) ve daha fazla savunucuyu göreve çağıran kimyasal mesajlar gönderir(5). Diğer T hücreleri, B hücrelerine savaşa katılma sinyali verir (6). Bazı B hücreleri çoğalmaya başlar (7).Bu yeni hücreler vücudun aynı saldırgana karşı bir başka gün savaşmasına yardımcı olmak üzere bilgi depolar (8). Diğer B hücreleri ise her saniye binlerce antikor üreterek (9) bakterileri kümeleşmeye zorlar (10). Artık makrofajlar kümeleşmiş bakteri grubunu yutabilir. Bu sırada özel protein molekülleri ve antikorlar bakterileri makrofajlar tarafından sindirilebilir duruma getirir (11). Kimi zaman proteinler bakterilerin hücre duvarlarını parçalayarak doğrudan kendileri öldürürler(12). Daha sonra tüm noddaki savaş artıkları, dağılmış olan antikorları, ölü bakterileri ve tüm diğer artıkları yutan çöpçü makrofajlar tarafından temizlenir. Ve enfeksiyon yatışır.

Bir müddət sonra həkimlər və ailəsi uşağı evinin içində qurulmuş və (mikroblardan tamamilə təmizlənmiş) sterilizə olunmuş bir otağa yerləşdirdilər. Amma bütün bu cəhdlər heç bir nəticə vermədi. 12 yaşından sonra uşaq ehtimal olunduğu kimi bir-birinin ardınca gələn infeksiyalar nəticəsində vəfat etdi. (Edward Edelson The Immune System, Chelsea House Publisher , 1989)

Uşağın həyatını davam etdirə bilməsi üçün ailəsini, həkimlərini, qaldığı xəstəxananı və dərman firmalarını sınaqdan keçirdilər. Bütün imkanların səfərbər edildiyi və qaldığı yer daim dezinfeksiya edildiyi halda uşağın ölümünün qarşısını almaq mümkün olmadı.

Bu əyani misal aydın şəkildə göstərir ki, onu mikroblardan qoruyan bir immunitet sistemi mövcud olmadan, insanın öz həyatını davam etdirməsi mümkün deyil. Bu da müdafiə sisteminin tam surətdə, nöqsansız, ilk insandan indiyə kimi mövcud olmasının vacib olduğunun açıq-aşkar sübutudur. Bu halda təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, belə bir sistemin uzun zaman müddətində mərhələ-mərhələ inkişaf etməsindən bəhs edilə bilməz. Çünki insan müdafiə sisteminə sahib olmasa və ya bu sistemdə hər hansı çatışmamazlıq olsa, bu nümunədən göründüyü kimi qısa müddətdə öləcək.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Önsöz
  • Giriş
  • İmmunitet Sistemi
  • Əhatəyə Alınmış Bir Qala: İnsan Orqanizmi
  • Ağıllı Silahlar: Antitellər
  • İmmunitet Sisteminin Orqanları
  • Sistemin "Mütəxəssis" Hüceyrələri
  • Qızğın Müharibəyə Addım-Addım
  • Sistemin Düşmənləri
  • İmmunitet Sistemi Təkamül Nəticəsində Meydana Gələ Bilməz
  • Nəticə