Allah göylərin və yerin nurudur. Onun nurunun məsəli, içində çıraq olan bir taxça kimidir; çıraq bir şüşə içərisindədir; şüşə, sanki mirvari kimi bir ulduzdur ki, şərqə də, qərbə də aid olmayan mübarək bir zeytun ağacından yandırılar; (bu elə ağacdır ki,) demək olar ki, od ona toxunmasa da yağı işıq saçar. (Bu,) nur üstünə nurdur. Allah istədiyini Öz nuruna yönəldər. Allah insanlar üçün məsəllər çəkir. Allah hər şeyi biləndir! (Nur surəsi, 35)
Nur surəsindəki bu ayədə işıq verən bir cisimdən bəhs edilir. İşıq verən cisim isə bir ulduza oxşadılır. Ayədə ulduza oxşadılan işıq verən cismin yanacağının şərqə və qərbə aid olmaması isə bu cismin fiziki ölçülərdə olmamasına bir işarə ola bilər. Yanacağın mənbəyinin enerji ölçüsündə olması düşünülsə, ayədə təsvir edilən yanacağın elektrik enerjisinə, işıq verən cismin də elektrik lampasına işarə etməsi ehtimal oluna bilər.
Elektrik lampası ayədəki təriflərə olduqca uyğun gələn, şüşənin içində ulduz kimi parıldayan və işıqsaçan bir cisimdir. Elektrik lampası, çıraq, yağ ilə işləyən çıraq və digər oxşar işıqsaçan cisimlər kimi yağla yandırılmır və elektrik lampasında, ayədəki təriflərə uyğun olaraq od olmadığı halda yanma hadisəsi baş verir. Elektrik lampasının içindəki hərarətə dözümlü olan volfram telinin atomları arasındakı titrəyiş nəticəsində 2000 0C-dən çox hərarət yaranar. Digər metalları əridən bu istilik o qədər yüksəkdir ki, o, adi gözlə görünən güclü bir işığın ortaya çıxmasına səbəb olar. Lakin bu yüksək istiliyə baxmayaraq, elektrik lampasının içində oksigen olmadığı üçün ayədəki ifadələrə uyğun olaraq, orada yanğın hadisəsi baş verməz. Bundan başqa, elektrik lampasının ortasında parıldayan tel də parıldayan ulduzun uzaqdan görünüşünə çox bənzəyir.
Elektrikin dünya tarixinin ən böyük kəşflərindən biri olması, dünyanın demək olar ki, hər tərəfinin elektrik enerjisi ilə işləyən elektriklampaları vasitəsilə işıqlandırılması nəzərə alınsa, ayənin məhz bu mühüm kəşfə işarə etməsi düşünlə bilər (doğrusunu Allah bilər).
Bu məsələ ilə bağlı digər bir izah da, ulduzlardakı nüvə reaksiyaları nəticəsində meydana gələn işıq kimi düşünülə bilər. Ulduzlar nüvə reaksiyalarından irəli gələn çox böyük miqdarda istilik və işıq yayan, olduqca isti, parlaq, fırlanan qaz kütlələridir. Yeni əmələ gələn böyük ulduzlar əksərən öz cazibə qüvvələri ilə büzülməyə başlayarlar. Bunun nəticəsində onların mərkəzi daha sıx və daha isti olar. Ulduzların mərkəzindəki maddə kifayət qədər isinəndə (ən azı 10.000.000 0C olanda) isə nüvə reaksiyaları başlayar.(1) Bir ulduzun daxilində baş verən hadisə hidrogenin nəhəng enerji ilə (termonüvə reaksiyası) heliuma çevrilməsidir. Ulduzlarda kütlənin böyüklüyündən irəli gələn cazibə qüvvəsi, 4 hidrogen atomunu 1 helium atomu əmələ gətirmək üçün birləşdirər. Bu zaman meydana gələn enerji işıq və istilik halında kütlənin səthindən kənara yayılar. Hidrogen bitdikdə, ulduzda eyni yolla daha ağır elementlər yaratmaq üçün helium yanmağa (termonüvə reaksiyasına) davam edər. Bu reaksiyalar ulduzun kütləsi bitənədək davam edər.
Lakin ulduzlardakı reaksiyalarda oksigen istifadə edilmədiyi üçün burada yanan odunda olduğu kimi, adi yanma hadisəsi baş verməz. Ulduzlarda nəhəng alovlar şəklində müşahidə olunan yanma hadisəsi də, əslində, oddan irəli gəlməz. Necə ki, ayədə də bu cür yanma hadisəsinə işarə edilir. Həmçinin ayədə bir ulduzdan, onun yanacağından və od olmayan yanma hadisəsindən (yəni reaksiyadan) bəhs edildiyi düşünülsə, ayənin ulduzlarda işıq əmələgəlmə prosesinə və yanma formasına işarə etdiyini də düşünmək olar (doğrusunu Allah bilər).
Buludların ağırlığı çox heyrətamiz göstəricilərə çatır. Məsələn, kumulo-nimbus növlü fırtına buludunda 300.000 tona yaxın su toplanır.
Göy üzündə 300.000 tonluq kütlənin dayana biləcəyi nizamın "yaradılmış" olması, şübhəsiz ki, heyranlıq oyandıran vəziyyətdir. Quranın digər bəzi ayələrində də buludların ağırlığına belə diqqət çəkilir:
Küləkləri öz mərhəməti önündə müjdəçi olaraq göndərən Odur. Bunlar çox ağır buludları yuxarı qaldırıb yükləndikdə, onları (quraqlıqdan) ölmüş bir şəhərə sürükləyərik və bununla oraya su endirib bütün məhsullardan çıxardarıq. (Əraf surəsi, 57)
Sizə qorxu və ümid məqsədiylə şimşək göstərən və (yağışla yüklü) ağırlaşmış buludları yaradan Odur. (Rad surəsi, 12)
Əlbəttə ki, Quranın nazil edildiyi dövrdə insanların buludların ağırlığı ilə bağlı bu məlumatı bilmələri mümkün deyildi. Quran ayələrində diqqət çəkilən və yaxın keçmişdə kəşf edilən bu məlumat, Quranın Allahın sözü olduğunu göstərən dəlillərdən biridir.
Quranda yağış haqqında verilən digər bir məlumat isə yağışın müəyyən miqdarda yağdırılmasıdır. Zuxruf surəsində belə buyurulur:
Belə ki, O, göydən müəyyən miqdarda su endirdi ki, onunla ölü bir məmləkəti “diriltdi (və hər yanına həyat) yaydı”; siz də belə (qəbirlərinizdən dirildilib) çıxardılacaqsınız. (Zuxruf surəsi, 11)
Yağışdakı bu miqdar da, yenə dövrümüzdəki tədqiqatlar sayəsində müəyyən edilib. Hesablamalara görə, Yer üzündən bir saniyədə 16 milyon ton su buxarlanır. Bir ildə bu miqdar 505 trilyon tona (505.000 km3) çatır. Bu, eyni zamanda, bir ildə Yer səthinə yağan yağışın miqdarıdır. (mənbə: http://en.wikipedia.org/wiki/Water_cycle)
Digər bir sözlə, su həmişə müəyyən tarazlıq əsasında, “müəyyən miqdar”da dövr edir. Yer üzündə həyatın davamlılığı da bu su dövranı sayəsində təmin olunur. İnsan sahib olduğu bütün texniki imkanlardan istifadə etsə belə, bu dövranı əsla süni şəkildə gerçəkləşdirə bilməz.
Əgər bu miqdarda çox kiçik dəyişiklik olsa belə, qısa müddət sonra böyük ekoloji natarazlıq yaranacaq və bu da həyatın sonuna səbəb olacaq. Lakin heç vaxt belə olmaz. Çünki Quranda bildirildiyi kimi, yağış Yer üzünə hər il eyni miqdarda yağmağa davam edər.
Təkcə yağan yağışın miqdarında deyil, eyni zamanda yağış damcılarının düşmə sürətində də müəyyən ölçü var. Yağış damcıları nə qədər böyük olsa da, yer üzünə düşmə sürətləri müəyyən həddən artıq olmaz.
Nobel mükafatı almış alman fiziki Filipp Lenard (Philipp Lenard) araşdırmaları nəticəsində müəyyənləşdirib ki, yağış damcılarının diametri artdıqca onların düşmə sürəti də artır. Lakin düşmə sürətindəki bu artım yağış damcısının diametri 4,5 mm. olana kimi davam edir. Daha böyük yağış damcılarında isə düşmə sürəti saniyədə 8 mm-i keçmir.(2) Bunun səbəbi damcıların düşərkən aldığı formadır. Yağış damcılarının bu xüsusi forması atmosferin sürtünmə təsirini artırır və damcıların müəyyən sürət həddini keçməsinə mane olur.
Göründüyü kimi Quranda, yağışın endiirilməsi ilə bağlı, 1400 il əvvəl bilinməsi mümkün olmayan həssas nizama diqqət çəkilir.
Yukarıdaki çizimde okyanuslardaki köpüklenme ile oluşan su zerreciklerinin gökyüzüne fırlaması görülmektedir. Bu, yağmurun oluşumundaki ilk aşamadır. Bundan sonra oluşan bulutlardaki su damlacıkları havada asılı kalacak ve bunlar yoğunlaşarak yağmuru oluşturacaktır. Bu aşamaların tümü ayetlerde eksiksiz olarak bildirilmektedir. |
Yağışın necə əmələ gəlməsi insanlar üçün uzun müddət sirr olaraq qalıb. Lakin hava radarlarının kəşf edilməsindən sonra yağışın hansı mərhələlərdən keçərək əmələ gəlməsi tam dəqiqləşdi. Yağış üç mərhələdən keçərək əmələ gəlir. Əvvəlcə yağışın “xammalı” külək vasitəsi ilə havaya qalxır, sonra buludlar əmələ gəlir, nəhayət, sonda yağış damcıları ortaya çıxır.
Quranda yağışın əmələ gəlməsi ilə əlaqədar nəql edilənlərdə isə, tam bu proseslərdən bəhs edilir. Bir ayədə bu əmələgəlmə prosesi haqqında belə bir məlumat verilir:
Allah küləkləri göndərər, beləliklə bir bulud qaldırar ki, onu istədiyi kimi göydə yayar və onu topa-topa edər; nəhayət onun arasından yağış çıxdığını görərsən. Nəhayət Öz qullarından istədiklərinə verdikdə, dərhal sevinərlər. (Rum surəsi, 48)
İndi ayədə ifadə edilən üç mərhələni araşdıraq:
1-ci mərhələ: “Allah küləkləri göndərər...”
Okeanlardakı suyun köpüklənməsi nəticəsində fasiləsiz şəkildə çoxsaylı hava qabarcıqları əmələ gəlir və su zərrəcikləri mütəmadi surətdə havaya fırlanır. Duzlarla zəngin olan bu su zərrəcikləri daha sonra küləklər vasitəsilə aparılar və atmosferə yuxarıya doğru hərəkət edərlər. Aerozol adlandırılan bu kiçik zərrəciklər dənizlərdən qalxan su buxarını “su tələsi” adlandırılan bir mexanizmlə öz ətrafında kiçik damcılar halında toplayaraq bulud damcılarını əmələ gətirərlər.
2-ci mərhələ: “...beləliklə bir bulud qaldırar ki, onu istədiyi kimi göydə yayar və onu topa-topa edər...”
Duz kristallarının və ya havadakı toz zərrəciklərinin ətrafında sıxlaşan su buxarı sayəsində buludlar əmələ gələr. Bunların içindəki su damcıları çox kiçik (0,01 və 0,02 mm) olduğuna görə, onlar havada asılı qalar və havaya yayılarlar. Beləliklə, göy buludlarla örtülər.
3-cü mərhələ: “...nəhayət onun arasından yağış çıxdığını görərsən”.
Duz kristalları və toz zərrəcikləri ətrafında yığılan su damcıları xeyli sıxlaşaraq yağış damcılarını əmələ gətirərlər. Beləliklə, havadan daha ağır vəziyyətə gələn damcılar, buluddan ayrılaraq yağış şəklində yerə düşməyə başlayarlar.
Göründüyü kimi, yağışın əmələ gəlməsindəki hər mərhələ, Quran ayələrində bildirilir. Üstəlik bu mərhələlər düzgün ardıcıllıqla açıqlanıb. Dünyadakı bir çox təbii hadisədə olduğu kimi, bunda da Allah ən doğru açıqlamanı verir, üstəlik bunu kəşf edilməsindən əsrlərlə əvvəl Quran vasitəsilə insanlara çatdırır.
Başqa bir ayədə isə yağışın əmələ gəlməsi haqda bu məlumatlar verilir:
Məgər görmürsənmi ki, Allah buludları sürükləyir, sonra onları birləşdirir, sonra da onları üst-üstə toplayır; beləliklə, onun arasından yağış çıxdığını görürsən. Göydən içində dolu olan dağlar (kimi buludlar) endirər, onu istədiyinə tuş edər, istədiyindən də onu uzaq edər; şimşəyinin parıltısı az qala gözləri qamaşdırıb kor edəcək. (Nur surəsi, 43)
Bulud tipləri üzərində tədqiqat aparan elm adamları yağışın əmələ gəlməsi ilə bağlı heyrətamiz nəticələrlə qarşılaşıblar. Yağışlı buludlar (nimbus) müəyyən sistem və mərhələ daxilində əmələ gəlir və öz formasını alır. Yağışlı buludlardan (nimbus) biri olan kumulo-nimbus növlü buludların əmələgəlmə mərhələləri elmi cəhətdən belədir:
1-ci mərhələ: sürüklənmə - buludlar olduqları yerdən küləklər tərəfindən tərpədilərək qovularlar.
2-ci mərhələ: birləşmə - külək tərəfindən qovulan bu kiçik buludlar (kumulo-nimbus) qovulduqları başqa yerdə toplanıb yeni böyük buludları əmələ gətirirlər.(3)
3-cü mərhələ: toplanma - kiçik buludlar birləşəndən sonra böyük buludun içindəki qaldırma qüvvəsi artar. Buludun mərkəzindəki qaldırma qüvvəsi kənarlardakı qaldırma qüvvəsindən daha çoxdur. Bu qaldırma qüvvəsi buludun gövdəsinin şaquli istiqamətdə böyüməsinə səbəb olar. Bununla da buludlar yuxarıya doğru genişlənərək üst-üstə toplanar. Bu da şaquli istiqamətdə böyümüş buludun gövdəsinin atmosferin daha sərin yerlərinə tərəf uzanmasına səbəb olar. Məhz bu məqamda atmosferin sərin hissələrində buludda olan su damcıları və dolu dənələri böyüməyə başlayar. Bu mərhələlərin nəticəsində su damcıları və dolu dənələri (qaldırma qüvvəsinin onları qaldırmağa gücü çatmayacağı həddə qədər) ağırlaşdıqları zaman da, buludlardan yağış, dolu və s. şəklində düşməyə başlayarlar.(4)
Unutmaq olmaz ki, meteoroloqlar buludun əmələ gəlməsi, quruluşu və funksiyası ilə bağlı təfərrüatları, təkmilləşmiş avdanlıqlardan (təyyarələr, peyklər, kompyuterlər və s.) istifadə edərək son dövrlərdə öyrəniblər. Görünən budur ki, Allah bu ayələrində də bizə 1400 il əvvəl bilinməsi mümkün olmayan bir məlumat vermişdir.
...Sən yer üzünü qupquru ölü kimi görərsən, lakin Biz ona yağış endirdiyimiz zaman o, titrəyər (hərəkətə gələr), qabarar və hər gözəl növdən (məhsullar) bitirər. (Həcc surəsi, 5)
Yuxarıdakı ayədə “titrəyər” kimi tərcümə edilən kəlmənin ərəbcəsi “ihtezzet”dir və bu kəlmə “hərəkətə keçmək”, “canlanmaq”, “titrəmək”, “tərpənmək”, “qımıldamaq”, “bitkinin hərəkətə keçməsi və uzanması” mənalarına gəlir. “Qabarar” kimi tərcümə edilən “rebet” kəlməsi isə “artmaq”, “çoxalmaq”, “qabarmaq”, “böyümək”, “inkişaf etmək”, “(bitkinin) ucalması”, “ərzaq təmin etmək”, “şişmək”, “içi hava ilə dolmaq” mənalarına gəlir. Ayədə qeyd edilən bu kəlmələr yağış zamanı torpağın molekulyar quruluşundakı dəyişiklikləri ən düzgün kəlmələrlə ifadə edir.
Ayədə təsvir edilən hərəkətlilik, yer qabığının zəlzələlər zamanı olduğu kimi kütləvi hərəkətindən fərqlidir və torpağı təşkil edən hissəciklərin titrəməsi kimi ifadə edilir. Torpaq hissəcikləri bir-birinin üstünə keçən təbəqələrdən yaranır və su bu təbəqələrin arasına daxil olduqda, torpaq hissəciklərinin həcm etibarilə böyüməsinə və qabarmasına səbəb olar. Ayədə bəhs edilən mərhələlər elmi cəhətdən bu formadadır:
1) Torpağın titrəməsi - torpaq yağış suyunu kifayət qədər özünə çəkəndə torpaq hissəciklərinin səthində yaranan elektrostatik yük, tarazlığın pozulmasına səbəb olar. Bu da torpaq hissəciklərinin titrəməsinə gətirib çıxardar. Bu titrəmə, torpaq hissəciklərinin elektrik yükü tarazlanana qədər davam edər. Torpaq hissəciklərinin hərəkətə gəlib titrəməsi, onların su zərrəcikləri ilə toqquşması nəticəsində də baş verər. Su zərrəcikləri müəyyən istiqamətdə hərəkət etmir. Hər tərəfdən dəyən su zərrəcikləri, torpaq hissəciklərinin yerlərini dəyişdirməsinə səbəb olar. Bu, hərəkət hazırda “Braun hərəkəti” (Brownian movement) kimi tanınan və 1827-ci ildə Robert Braun (Robert Brown) adlı şotland botanikin tərif verdiyi mikroskopik zərrəciklərin hərəkətidir.(5) Braun (Brown) yağış damcılarının torpağa düşdükdə torpaq molekullarında bir növ silkələnmə və titrəyiş yaratdığını kəşf etmişdir.
2) Torpağın qabarması - yağış yağanda müxtəlif istiqamətlərdən gələn su damcıları, torpaq hissəciklərinin titrəməsinə, beləliklə, suyu özünə çəkərək həcminin böyüməsinə səbəb olar. Çünki suyun miqdarı bol olanda torpaq hissəciklərinin arasındakı məsafə artar. Bu boşluqlar su zərrəciklərinin və həll olmuş ionların torpağın içinə daxil olmasını təmin edər. Su və suyun içində həll olmuş şəkildə mövcud olan başqa qidalandırıcı maddələr təbəqələr arasında yayılar. Bu da torpaq hissəciklərinin həcminin böyüməsinə səbəb olar. Dolayısilə, bu hissəciklər torpağı canlandırmaq üçün zəruri olan su anbarı kimi fəaliyyət göstərirlər. Yerin cazibə qüvvəsinə baxmayaraq, suyun sızmadan torpaq hissəciklərinin təbəqələri arasına toplanması Allahın insanlara olan sonsuz mərhəmətinin nümunələrindən biridir. Əgər torpağın suyu saxlama xüsusiyyəti olmasaydı və torpaqda bu mineral anbarları yaranmasaydı, su torpağın dərinliklərinə sızar və bitkilər qısa vaxtda məhv olardı. Lakin Rəbbimiz torpağı müxtəlif məhsullar çıxmasını təmin edəcək xüsusiyyətlərlə birlikdə yaradıb.
3) Torpağın məhsul verməsi - torpaqdakı suyun miqdarı kifayət edəcək həddə çatanda, toxumlar aktivləşər və bəsit qidalandırıcı elementləri əmməyə başlayarlar. Getdikcə inkişaf edən bitkilər su ehtiyaclarını 2-3 ay ərzində bu anbarların hesabına təmin edərlər.
Quru torpağa yağış düşəndə baş verən proseslərdən yuxarıdakı ayədə üç mərhələli şəkildə bəhs edilir: torpağın titrəməsi, torpağın qabarması və torpağın məhsul verməsi. Göründüyü kimi, Quranda dövrümüzdən 14 əsr əvvəl bildirilən bu mərhələlər elmi izahlarla tamamilə üst-üstə düşür. Digər bir ayədə isə bununla bağlı belə buyurulur:
Ölü torpaq onlar üçün bir ayədir (dəlildir). Biz onu diriltdik, ondan dənələr çıxartdıq, beləliklə ondan yeyirlər. (Yasin surəsi, 33)
Quranda, yağışın "ölü bir diyarı diriltmə" funksiyasına bir çox ayədə diqqət çəkilir:
...Biz göydən tərtəmiz su endiririk ki, onunla ölü bir diyarı (torpağı) canlandıraq və yaratdığımız neçə-neçə heyvanlara və neçə-neçə insanlara ondan içirdək. (Furqan surəsi, 48-49)
Yağış suyunun canlılar üçün həyati əhəmiyyət kəsb etməsi ilə yanaşı, onun həm də gübrələmək xüsusiyyəti var. Dənizlərdən buxarlanaraq buludlara çatan yağış damcılarında ölü torpağı “canlandıracaq” bəzi maddələr var. Bu xüsusiyyətə malik olan yağış damcılarına “səthi gərilmə damcıları” deyilir. Bu damcılar bioloqların dəniz səthinin mikro təbəqəsi adlandırdıqları üst təbəqədə əmələ gəlir. Millimetrin onda bir hissəsindən daha nazik olan bu səthi pərdədə mikroskopik yosunlarının və zooplanktonların çürüməsindən yaranan çoxlu üzvi tullantı var. Bu tullantıların bəziləri, dəniz suyunda çox az mövcud olan fosfor, maqnezium, kalium kimi elementləri və həmçinin mis, sink, kobalt və qurğuşun kimi ağır metalları seçib ayıraraq özündə toplayar. Yer üzündəki toxum və bitkilər, yetişmələri üçün lazım olan çoxsaylı minerallar və elementləri məhz bu yağış damcılarından alarlar.
Quranın digər bir ayəsində bu hadisə belə bildirilir:
Və göydən mübarək (bərəkət və rəhmət yüklü) su endirdik; beləliklə onunla bağlar və biçiləcək dənələr yetişdirdik. (Qaf surəsi, 9)
Yağışla torpağa enən bu duzlar məhsuldarlığı artırmaq üçün istifadə edilən ənənəvi gübrələrin bəzilərinin (kalsium, maqnezium, kalium və başqalarının) kiçik nümunələridir. Bu cür aerozollarda olan ağır metallar isə bitkilərin inkişafı və daha yaxşı məhsul verməsi üçün lazım gələn elementləri meydana gətirirlər. Bir sözlə, yağış mühüm gübrədir. Kasıb torpaq, yalnız yağış vasitəsilə gələn bu gübrələrlə belə, əsrlik müddət ərzində bitkilər üçün lazım olan bütün elementləri əldə edə bilər. Meşələr də yenə bu dəniz mənşəli aerozolların köməyi ilə qidalanar və inkişaf edərlər.
Bu yolla quru torpaq sahəsinə hər il 150 milyon ton gübrə düşür. Bu təbii gübrələnmə olmasaydı, Yerdə daha az bitki olar, həyatın nizamı pozulardı. Ayədə verilən, yağışın canlandırma xüsusiyyəti ilə əlaqədar məlumat, Quranın çoxsaylı möcüzəvi xüsusiyyətindən yalnız biridir.
“...Allah göydən, oradakı dağlar kimi buludlardan dolu yağdırır. Sonra da onunla istədiyini vurur, istədiyindən də onu uzaq edir. Bu buludların şimşəyinin parıltısı az qalır ki, gözləri kor etsin. (Nur surəsi, 43)
Yuxarıdakı ayədə şimşəyin dolu ilə əlaqəsinə diqqət çəkilir. Dolunun şimşəyin əmələ gəlməsinə təsirinin olub-olmaması araşdırıldığı zaman, ayədə mühüm bir meteoroloji həqiqətə işarə edildiyi görünər.
“Meterology Today” (“Meteorologiya bu gün”) adlı kitabda dolunun və şimşəyin əmələ gəlməsi ilə bağlı belə bir izah verilir:
“Həddindən artıq soyumuş damcılardan və buz kristallarından əmələ gələn bir bulud zonasıdan dolu düşdükcə buludlar elektriklə yüklənər. Maye halındakı damcılar da dolu dənələri ilə toqquşan kimi donar və potensial istilikləri azalar. Bu da dolunun səthinin buz kristallarının kənarından daha isti qalmasını təmin edər. Dolu buz kristalı ilə təmasa keçdikdə isə mühüm bir hadisə baş verər. Elektronlar daha soyuq olandan daha isti olana tərəf hərəkət edərlər. Bunun nəticəsində dolu mənfi yüklü olar. Eyni təsir çox soyumuş su damcıları bir dolu dənəsi ilə təmasa keçəndə və müsbət yüklü çox kiçik buz zərrəcikləri sındıqda da baş verər. Daha yüngül və müsbət yüklü zərrəciklər hava cərəyanı ilə buludların yuxarı tərəfinə doğru daşınarlar. Mənfi yüklə qalan dolu, buludun aşağısına tərəf düşər, bununla da buludun aşağı tərəfi mənfi yüklə yüklənər. Bu mənfi yüklər ildırım şəklində Yer üzünə tərəf istiqamətlənməklə boşalarlar. Buna görə də dolu ildırımın əmələ gəlməsində əsas amildir”.(6)
Aşağıdakı ayədə isə əsas yağışlı buludların (nimbus) şimşəklərlə əlaqəsinə və bu yaranma proseslərinin ardıcıllığına diqqət çəkilmişdir ki, bunlar da elmi kəşflərlə tam şəkildə üst-üstə düşür:
Yaxud (bunlar) qaranlıq, göy gurultusu və şimşək(lər)lə yüklü, “göydən şiddətlə yağan fırtınaya tutulmuş kimidirlər ki, ildırımların saldığı dəhşətlə”; ölüm qorxusundan barmaqlarıyla qulaqlarını tıxayarlar...” (Bəqərə surəsi, 19)
Yağışlı buludların (nimbus) tutduğu sahə 25,6 km2-256 km2 olub, 9-12 km. yüksəkliyində olan çox böyük kütlələr halındadır. Bu buludların oturacağı onların belə fövqəltəbii dərəcədə qalın olması səbəbi ilə qaranlıqdır. Buludu təşkil edən su və buz zərrəciklərinin miqdarı çox olduğu üçün günəş şüaları bu buluddan keçə bilmirlər. Bu sıxlıqdan ötrü də, Yer səthinə çox az miqdarda günəş şüası çatar və buna görə də Yerdən baxan insan buludu qaranlıq kimi görər. Buludun üst hissələrində isə qaranlıq daha azdır və Yer üzünə yaxınlaşdıqca qaranlıq daha da artar.(7)
Qaranlıqdan sonra ayədə diqqət çəkilən göy gurultusu və şimşəyin əmələgəlmə mərhələləri isə belədir: yağışlı buludların (nimbus) içində elektrik yükü toplanar. Buludlardakı bu elektriklənmə, donma, damcıların bölünməsi, təmas zamanı elektriklənmə kimi proseslər nəticəsində baş verər. Bu cür elektrik yükünün toplanması araya girən havanın onları təcrid edə bilməyəcək vəziyyətə gəlməsi ilə, böyük qığılcım, müsbət və mənfi elektrik sahələri arasında boşalar. Əks yüklərlə yüklənmiş iki sahə arasındakı gərginlik bir milyard volta çata bilər. Qığılcım buludda da əmələ gələ bilər, müsbət yüklü sahədən mənfi yüklü sahəyə tərəf iki bulud arasında axa bilər və ya bir buluddan Yer üzünə doğru boşala bilər. Bu qığılcımlar gözqamaşdırıcı şimşək çaxmalarını əmələ gətirər. Şimşək xətti boyunca meydana gələn elektrik yükündəki bu qəfil artım çox yüksək hərarətə (10.000 0C) səbəb olar. Bunun nəticəsində havada ani genişlənmə baş verər və çox böyük partlayış səsi şəklində üzə çıxan göy gurultusu yaranar.(8)
Göründüyü kimi, bir yağışlı buludda (nimbus) ardıcıllıqla qaranlıq təbəqələr, şimşək kimi bilinən elektrik yüklü qığılcımlar və göy gurultusu kimi bilinən partlayış səsi meydana gələr. Müasir elmin buludların əmələ gəlməsi, göy gurultusunun və şimşəyin səbəbləri ilə bağlı söylədiklərinin hamısı, Quranın müvafiq ayələrinin bütün tərifləri ilə böyük uyğunluq təşkil edir.
Quranın bir ayəsində küləklərin “dölləndirmə” xüsusiyyətinə və bunun nəticəsində yağışın əmələ gəldiyinə belə diqqət çəkilir:
Və dölləndirən (mayalandıran) küləkləri göndərdik və beləliklə də, göydən yağış endirib sizə su içirtdik... (Hicr surəsi, 22)
Ayədə, yağışın əmələ gəlməsindəki ilk mərhələdə küləklərin rol oynadığına diqqət çəkilir. Halbuki, XX əsrin əvvələrinə qədər belə təsəvvür olunurdu ki, yağışın yağması ilə külək arasında yeganə bir əlaqə varsa da, bu da küləyin buludu qovmasıdır. Müasir meteoroloji kəşflər isə küləklərin yağışın əmələ gəlməsində “dölləndirici” rol oynadıqlarını göstərdi.
Küləklərin bu “dölləndirmə” xüsusiyyəti daha əvvəl də toxunduğumuz kimi belə gerçəkləşir: okean və dənizlərin səthində baş verən köpüklənmədən ötrü hər an çoxsaylı hava qabarcığı əmələ gəlir. Bu qabarcıqlar partladıqları anda isə millimetrin yüzdə bir hissəsi diametrindəki minlərlə hissəciyi havaya atarlar. “Aerozol” deyilən bu hissəciklər küləklərin quru səthindən gətirdiyi tozlara qarışaraq atmosferin üst qatlarına qalxarlar. Küləklərin bu yolla yuxarıya apardığı həmin hissəciklər burada su buxarına təmas edərlər. Su buxarı da bu hissəciklərin ətrafına toplanaraq sıxlaşar və su damcılarına çevrilər. Bu su damcıları əvvəlcə birləşərək buludları əmələ gətirər, bir müddət sonra da yağış halında yerə düşürlər. Göründüyü kimi, küləklər havada sərbəst halda mövcud olan su buxarını dənizlərdən daşıdıqları hissəciklərlə “dölləndirir” və bununla da yağışlı buludların (nimbus) əmələ gəlməsini təmin edirlər.
Əgər küləklərin bu xüsusiyyəti olmasaydı, atmosferin yuxarı qatlarındakı su damcıları heç vaxt əmələ gələ bilməyəcək və yağış deyilən bir şey də olmayacaqdı.
Buradakı mühüm xüsus isə küləklərin yağışın əmələ gəlməsindəki bu ciddi rolunun bundan əsrlərlə əvvəl Quranda bildirilmiş olmasıdır. Özü də insanların təbiət hadisələri haqqında demək olar ki, heç nə bilmədikləri bir dövrdə...
Ayədə küləklərin dölləndirici (mayalandırıcı) xüsusiyyəti ilə əlaqədar xəbər verilən digər bir məlumat da, küləklərin bitkilərin mayalanmasındakı roludur. Yer üzündəki əksər bitkilər öz növlərinin davamını, tozcuqlarını külək vasitəsilə yayaraq təmin edərlər. Əksər çılpaqtoxumlu bitkilər, şam ağacları, palmalar və buna bənzər digər ağaclar, həmçinin çiçəkverən bütün toxumlu bitkilərlə alaq otlarının hamısı küləklərlə mayalanar. Külək çiçək tozlarını bitkilərdən alıb onları eyni növdən olan başqa bitkilərə apararaq mayalanma prosesini həyata keçirər.
Küləyin bitkiləri necə mayalandıra biləcəyi yaxın vaxtlara qədər bilinmirdi. Lakin bitkilərin də erkək və dişi olmaqla cins fərqinə malik olması məlum olduqdan sonra, küləklərin belə mayalandırıcı təsirinin olduğu aşkarlandı. Bu həqiqətə Quranda; "Biz göydən su endirdik, beləliklə orada hər gözəl olan cütdən bir bitki bitirdik" (Loğman surəsi, 10) ayəsi ilə diqqət çəkilir.
...Və küləkləri (müəyyən nizamla) istiqamətləndirməsində ağlını işlədən bir qövm üçün ayələr var. (Casiyə surəsi, 5)
Külək müxtəlif istilik mərkəzləri arasında əmələ gələn hava cərəyanıdır. Atmosferdəki müxtəlif temperaturlar, müxtəlif hava təzyiqləri yaratdığı üçün, hava fasiləsiz surətdə yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə hərəkət edər. Təzyiq mərkəzləri, yəni atmosferdəki temperaturlar arasındakı fərq böyük olsa, hava cərəyanı, yəni külək də şiddətli olar. Böyük dağıntılara səbəb olan qasırğalar bu yolla əmələ gəlir.
Burada heyrət oyandıran məsələ, ekvator və qütblər kimi aralarında çox böyük fərq olan istilik və təzyiq qurşaqlarının mövcudluğuna baxmayaraq, Allahın müəyyən nizamla yaratması sayəsində, Yer kürəsinin çox sərt küləklərə məruz qalmamasıdır. Əgər qütblərlə ekvator arasında yaranan nəhəng hava cərəyanı yumşaldılmasaydı, Yerin səthi fasiləsiz olaraq şiddətli qasırğaların baş verdiyi ölü planetə çevrilərdi.
Yuxarıdakı ayədə (ərəbcəsində) “tasrifir riyah” ifadəsindəki “tasrif” kəlməsi “bir şeyi çox çevirib döndərmək”, “istiqamətləndirmək”, “bir işə istiqamət vermək”, “idarə etmək”, “yayılmasını təmin etmək” mənalarına gəlir. Göründüyü kimi, külək üçün seçilən bu kəlmə küləklərin nizam içindəki hərəkətlərini tam tərif edir. Həmçinin bu vəziyyət küləyin öz-özünə, necə gəldi əsmədiyinin də çox aydın izahıdır. Küləkləri insanların həyatda yaşamasına imkan verəcək tərzdə idarə edən Allahdır.
Qaralmağa ilk başladığı zaman gecəyə and olsun və nəfəs almağa başladığı zaman səhərə... (Təkvir surəsi, 17-18)
A. Fotosentezin Işığa Tepki Eğrisi |
Məlum olduğu kimi, bitkilər fotosintez edərkən havadakı karbon qazını, yəni insanların istifadə etmədiyi zərərli qazı qəbul edər və atmosferə onun əvəzinə oksigen buraxarlar. Nəfəs alanda içimə çəkdiyimiz və əsil həyat mənbəyimiz olan oksigen, fotosintezin əsas məhsuludur. Atmosferdəki oksigenin təxminən 30 faizi torpaqdakı bitkilər tərəfindən əmələ gətirildiyi halda, qalan 70 faiz də dənizlərdə və okeanlarda mövcud olan və fotosintez edə bilən bitkilər və təkhüceyrəli canlılar tərəfindən əmələ gətirilər.
Fotosintez elm adamlarının bu gün belə hələ tam izah edə bilmədikləri bənzərsiz prosesdir. Bu əməliyyatı adi gözlə görə bilmərik, çünki bu mexanizm fəaliyyətə keçmək üçün atomlardan və molekullardan istifadə edir. Lakin fotosintezin nəticələrini nəfəs almağımızı təmin edən oksigendə və sağ qalmağımızı təmin edən qidalarda görə bilərik. Başa düşülməsi çətin olan kimyəvi düsturlara, gündəlik həyatda heç rastlaşmadığımız kiçiklikdə ədəd və kütlə vahidlərinə malik olan fotosintez, çox həssas tarazlıqlar üzərində qurulmuş bir sistemdir. Ətrafımızdakı bütün yaşıl bitkilərdə bu əməliyyatın həyata keçirildiyi trilyonlarla kimya laboratoriyaları var. Üstəlik bitkilər bizim möhtac olduğumuz oksigeni, qidaları və enerjini milyonlarla ildir bir an da dayanmadan əmələ gətirirlər.
Fotosintezin ən məhsuldar olduğu vaxt oksigenin ən çox əmələ gətirildiyi vaxtdır. Bu da Günəş şüasının ən çox olduğu səhər vaxtlarında gerçəkləşir. Günəşin çıxması ilə birlikdə yarpaqlarda tərləmə prosesi (buxarlanma) və bununla bağlı olaraq da fotosintez sürətlənməyə başlayar. Günortadan sonra isə bu hadisə əksinə baş verər, yəni fotosintez prosesi yavaşlayar, tənəffüs artar, çünki hərarətin artması ilə birlikdə, tərləmə prosesi də sürətlənir. Gecə isə istiliyin azalması ilə tərləmə prosesi yavaşlayar və bitki rahatlanar.
Təkvir surəsində səhər vaxtı ilə bağlı diqqət çəkilən «iza teneffese», yəni «nəfəs almağa başladığı zaman» ifadəsi məcazi mənada tənəffüs etmək, nəfəs almaq, dərindən nəfəs almaq mənalarına gəlir. Ayədə vurğulanan bu ifadə səhər vaxtı oksigen əmələgəlmə prosesinin başlaması, nəfəs almağın əsas şərti olan oksigenin ən çox bu vaxtda əldə edilməsi baxımından xeyli diqqətçəkəndir. Ayədə səhər vaxtı ilə bağlı olan bu vəziyyətə and içilməsi də mövzunun əhəmiyyətini ayrıca vurğulayır. XX əsrin mühüm kəşfləri arasında olan fotosintez fəaliyyəti Allahın yuxarıdakı ayə ilə işarə etdiyi Quranın elmi möcüzələrindən biridir.
Aşağıdakı qrafikdə fotosintez və işıq miqdarı arasındakı əlaqə görünür.
Dənizlərin tədqiqatçılar tərəfindən çox yaxın keçmişdə aşkarlanan bir xüsusiyyəti Quranın Rəhman surəsində belə bildirilir:
O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu. Onların arasında maneə vardır, onu keçə bilməzlər. (Rəhman surəsi, 19-20)
Bir-birinə qovuşan, lakin suları bir-birinə qətiyyən qarışmayan dənizlərin ayədə bildirilən bu xüsusiyyəti okeanoloqlar tərəfindən yaxın zamanda kəşf edilib. “Səthi gərilmə” adlandırılan fiziki bir qüvvədən ötrü qonşu dənizlərin sularının qarışmadığı ortaya çıxmışdır. Dəniz sularının fərqli sıxlıqlarından irəli gələn səthi gərilmə, sanki bir divar kimi suların bir-birinə qarışmasını mane olar.(9)
Əlbəttə ki, insanların fizikadan, səthi gərilmədən, okeanologiya elmindən xəbərdar olmadıqları bir dövrdə, bu həqiqətin Quranda bildirilmiş olması son dərəcə diqqətçəkən vəziyyətdir.
A. Derinlik (metre) | 3.Atlas Okyanusu Suyu ‰ 36.0 dan daha düşük tuzluluk oranı | 5. ‰ 36.5 dan daha yüksek tuzluluk oranı |
Akdeniz'de ve Atlas Okyanusu'nda büyük dalgalar, güçlü akıntılar ve gel-gitler vardır. Akdeniz'in suyu, Cebelitarık Boğazı'nda Atlas Okyanusu ile karşılaşır. Ama bu karşılaşma sonucu kendi sıcaklık, tuzluluk ve yoğunluk özellikleri değişmez. Çünkü iki deniz arasında görülmeyen bir sınır vardır. |
Ya da (inkar edənlərin əməlləri) əngin dənizdəki qaranlığa bənzəyər; onun üstünü bir dalğa örtər, onun üstündə bir dalğa, onun da üstündə bir bulud vardır. Bir qisimi bir qismi üzərində olan qaranlıqlar; əlini çıxartdığı zaman onu belə az qala görə bilməyəcək. Allah kimə nur verməsə, artıq onun üçün nur yoxdur. (Nur surəsi, 40)
Dərin dənizlərdəki ümumi şərait “Oceans” (“okeanlar”) adlı kitabda belə təsvir edilir:
Bu gün bilirik ki, dərin dənizlərdəki və okeanlardakı qaranlıq təxminən 200 metr və daha dərin yerlərdə olar. Bu dərinlikdə demək olar ki, heç işıq yoxdur. 1000 metrdən aşağı dərinliklərdə isə işığa rast gəlmək heç cür mümkün deyil.(10)
Hazırkı dövrdə hər hansı dənizin ümumi coğrafi quruluşu, burada yaşayan canlıların xüsusiyyətləri, duzluluq miqdarı kimi məlumatlarla yanaşı, ondakı su miqdarı, səthinin sahəsi və dərinliyi kimi məlumatları da əldə etmək mümkündür. Müasir texnologiyadan istifadə edilərək istehsal edilmiş sualtı qayıqlar kimi vasitələr və müxtəlif xüsusi alətlər, bu məlumatları əldə etməkdə istifadə edilən mühüm vasitədirlər.
Bu alətlər olmadan, insanın dənizin 70 metrdən artıq dərinliyinə getməsi demək olar ki, qeyri-mümkündür. Bununla yanaşı, bir insanın kömək alamadan okeanların 200 metrə yaxın dərinliyindəki qaranlıq dərinliklərdə yaşaması da qətiyyən mümkün deyil. Buna görə də elm adamları dənizlər haqqında ətraflı məlumatı çox yaxın dövrlərdə kəşf ediblər. Halbuki, əngin (dərin) dənizlərin qaranlıq olması məlumatı Quranda hələ 1400 il bundan əvvəl xəbər verilmişdir. Heç bir texnologiyanın, dolayısilə insanların dənizlərin dərinliyinə daxil olacaq vasitələrinin olmadığı bir dövrdə, belə bir məlumatın verilmiş olması, əlbəttə ki, Quranın möcüzələrindən biridir.
Bununla yanaşı, Nur surəsinin 40-cı ayəsində bildirilən; “...əngin dənizdəki qaranlığa bənzəyər; onun üstünü bir dalğa örtər, onun üstündə bir dalğa, onun da üstündə bir bulud vardır...” ifadəsi də Qurandakı başqa bir elmi möcüzəyə işarə edir:
Elm adamları yaxın zamanda “müxtəlif qalınlıqda olan qatların ara səthlərində meydana gələn daxili dalğalar”ın olduğunu kəşf ediblər. Daxili dalğalar dəniz və okeanların dərinliklərini əhatə edər. Çünki dərin dənizlərin qalınlığı onların üzərindəki sudan, əslində, daha çoxdur. Daxili dalğalar səth dalğaları kimi hərəkət edər. Səth dalğaları kimi onlar da sına bilir. Daxili dalğaları insan gözü ilə görülə bilməz, lakin müəyyən zonadakı temperatur və duzluluq dəyişiklikləri araşdırılanda bu dalğaların varlığı hiss edilə bilər.(11)
Ayədəki ifadələrlə yuxarıdakı izahat bir-biri ilə tamamilə paraleldir. Tədqiqatlar aparmadan bir insan təkcə dənizin səthində olan dalğaların mövcudluğundan xəbərdar ola bilər. Bundan savayı dənizin daxilində baş verən dalğalanmalardan xəbərdar olması isə qeyri-mümkündür. Lakin Nur surəsində Allah dənizlərin dərinliklərində olan ikinci bir dalğa formasına diqqət çəkib. Əlbəttə ki, elm adamlarının yaxın vaxtlarda kəşf etdiyi bu həqiqət də, Quranın Allahın sözü olduğunu bir daha göstərir.
Xeyr; əgər o, (bu hərəkətinə) son qoymasa, onu kəkilindən (alnından) tutub sürükləyəcəyik; o yalançı, günahkar olan alnından. (Ələq surəsi, 15-16)
1. Yüzey Dalgaları | 3. Az Yoğun Su |
Yukardaki şekilde farklı yoğunluklardaki iki su tabakası arasındaki yüzeyde bulunan iç dalgalar temsil edilmiştir. Bu tabakalardan alttaki yoğun, üstteki ise daha az yoğundur. Kuran'da Nur Suresi'nin 40. Ayetinde 14 asır önce bildirilen bu bilimsel gerçek günümüz bilim adamları tarafından ancak yakın zamanda tespit edilebilmiştir. |
Yuxarıdakı ayələrdə qeyd edilən “yalançı, günahkar olan alın” ifadəsi xeyli diqqətçəkəndir. Çünki son illərdə aparılan tədqiqatlar, kəllənin ön alın nahiyəsində hissəsində, beynin bəzi fəaliyyətləri idarə edən hissəsinin olduğunu göstərmişir. 1400 il əvvəl Quranda diqqət çəkilən bu nahiyə və onun vəzifəsi haqqındakı məlumatlara dövrümüzün elm adamları, təkcə son 60 il ərzində izah verə biliblər. Kəllənin daxilinə, başın ön hissəsinə baxanda beynin ön alın nahiyəsi görünər. Fiziologiya sahəsində bu nahiyənin funksiyaları haqqında aparılan araşdırmalar nəticəsində əldə edilmiş məlumatlar, “Essentials of anatomy and physiology” (“Anatomiya və Fiziologiyanın əsasları”) adlı kitabda belə qeyd olunur:
Hərəkətlərin motivasiyası, planlaşdırma proqnozu və başladılması, alın nahiyələrinin ön hissəsi olan ön alın nahiyəsində (cerebrum) gerçəkləşər. Bu yer assosiasiya (birlik) korteksinin bir nahiyəsidir.(12)
Həmçinin kitabda bu nahiyə ilə bağlı bu ifadələr də qeyd olunur:
Hərəkətlə olan əlaqəsi ilə yanaşı, ön alın nahiyəsinin eyni zamanda aqressiyanın da funksional mərkəzi olduğu düşünülür.(13)
Bu açıqlamalardan da aydın olduğu kimi, beynin ön alın nahiyəsi planlaşdırma, motivasiya, yaxşı və pis hərəkətlərin başladılması, yalan və ya doğrunun söylənməsi ilə əlaqəli fəaliyyət növlərinin hamısını idarə edir.
Göründüyü kimi, Ələq surəsində qeyd edilən “yalançı, günahkar olan alın” ifadəsi ilə yuxarıdakı tərif arasında böyük paralellik var. Elm adamlarının son 60 ildə kəşf etdiyi bu cür elmi həqiqətləri, Allah insanlara Quran ayələrində hələ əsrlərlə əvvəl xəbər vermişdir.
Sizin üçün heyvanlarda da, əlbəttə, ibrətlər var, sizə, onların qarınlarındakı fərs (yarımçıq həzm olunmuş qidalar) ilə qan arasından çıxan, içənlərin boğazından rahat keçən dumduru süd içirdirik. (Nəhl surəsi, 66)
Anne karnındaki bebeğin organlarının oluşumu hakkındaki çok yakın bir dönemde edinilen bilgiler Kuran ayetlerinde verilen bilgiler ile birebir uyum içindedir. |
Vücudun qidalanmasını təmin edən əsas maddələr həzm sistemindəki kimyəvi reaksiyalar nəticəsində əmələ gələr. Həzm olunan bu qida maddələri daha sonra bağırsaq divarından sorularaq qan dövranı sisteminə keçər. Beləliklə, bu qida maddələri qan dövranı sayəsində müvafiq orqanlara ötürülər.
Bədənin başqa toxumaları kimi süd vəziləri də onlara qan dövranı yolu ilə gətirilən həzm olunmuş qida maddələri ilə qidalanarlar. Buna görə də qan, qidalardan gələn qida maddələrinin yığılıb ötürülməsində çox mühüm rol oynayır. Süd də bütün bu mərhələlərdən sonra süd vəziləri tərəfindən ifraz edilər və həzm edilmiş qidanın qan dövranı ilə daşınması nəticəsində əmələ gəldiyi üçün qida dəyəri xeyli yüksəkdir. İnsanlar nə heyvanın qarnındakı yarımçıq həzm olunmuş qidanı, nə də heyvanın qanını birbaşa istehlak edə bilərlər. Bunları birbaşa istehlak etmələri ciddi zəhərlənmələrə, hətta ölümə səbəb ola bilər. Lakin Allah, yaratdığı son dərəcə mürəkkəb bioloji sistemlər sayəsində, bu mayelərin içindən təmiz və sağlam bir qidanı insanların faydasına təqdim edir. Bununla da insanların birbaşa istehlak edə bilməyəcəyi qan və yarımçıq həzm olunmuş qidadan içilən xüsusiyyətdə, qidalandırıcı süd əmələ gəlmiş olar.
Ərəb alimi İbn ən-Nəfis, 1242-ci ildə insan vücudundakı qan dövranını ilk dəfə doğru təsvir edən insan olmuşdur. İngilis həkim Uilyam Harveyin (William Harvey) 1616-cı ildə elan etdiyi qan dövranı modeli isə, mövzu haqqındakı məlumatların yayılmasında təsirli olmuşdur. Dolayısilə Quranda südün komponentlərinin əsil mənbəyi, əsrlərlə əvvəl ən doğru şəkildə təsvir edilmişdir. Məməlilərin həzm sisteminə, qan dövranına dair mütəxəssislik tələb edən belə bir məlumatın, Quranın endirildiyi dövrdə insanlar tərəfindən bilinməsinin mümkün olmayacağı son dərəcə aydındır. Göründüyü kimi, Nəhl surəsinin 66-cı ayəsində südün bioloji əmələgəlmə prosesi ilə bağlı tərif edilənlər, Fiziologiya və Anatomiya kimi elmlərin hazırkı dövrdə ortaya qoyduğu məlumatlarla böyük uyğunluq təşkil edir.
Quranda insanları ölümündən sonra diriltməyin Allah üçün çox asan olduğu bildirilərkən, insanların xüsusən barmaq uclarına diqqət çəkilir:
Bəli; onun barmaq uclarını belə bərpa edib (yenidən) nizama salmağa qadirik. (Qiyamət surəsi, 4)
Tek yumurta ikizleri de dahil olmak üzere, her insanın parmak izi kendine özeldir. Başka bir deyişle, insanların parmak uçlarında kimlikleri şifrelenmiştir. Bu şifreleme sistemini, günümüzde kullanılmakta olan barkod sistemine benzetmek de mümkündür. |
Ayədə barmaq uclarının vurğulanması son dərəcə hikmətamizdir. Çünki barmaq izindəki formalar və incəliklər, tamamilə hər insanın özünəməxsusdur. Hazırda yer üzündə yaşayan və tarix boyu da yaşamış bütün insanların barmaq izləri bir-birindən fərqlidir. Üstəlik eyni DNT düzülüşünə malik olan və eyni yumurtadan yaranan əkizlər də fərqli barmaq izlərinə sahibdir.(14)
Barmaq izi doğuşdan əvvəl dölün üzərində son formasını alar və daimi yara olmadığı təqdirdə, ömür boyu sabit qalar. Məhz buna görə də, barmaq izi hər kəsə məxsus çox mühüm "şəxsiyyət vəsiqəsi" sayılır və barmaq izlərini öyrənən elm isə insanlar tərəfindən yanılmaz şəxsiyyət müəyyənləşdirmə üsulu kimi istifadə edilir.
Lakin mühüm məsələ, barmaq izlərinin xüsusiyyətinin yalnız XIX əsrin sonlarına yaxın kəşf edilmiş olmasıdır. Bundan əvvəl insanlar barmaq izlərini heç bir xüsusiyyəti və mənası olmayan cizgilər kimi qəbul edirdilər. Lakin Quranda, o dövrdə heç kimin diqqətini belə çəkməyən barmaq izləri vurğulanır və bu izlərin təkcə dövrümüzdə görülən əhəmiyyətinə diqqət çəkilir.
Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get (uç)”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)
Hər bir arının çoxlu vəzifəsinin olduğu arı koloniyalarındakı yeganə istisna erkək arılardır. Erkək arılar nə şanın müdafiəsinə və təmizliyinə, nə qida toplamağa, nə də pətək və bal hazırlamağa kömək edərlər. Erkək arıların şanın içindəki yeganə işi ana arını dölləndirməkdir.(15) Cütləşmə orqanlarından başqa digər arılarda olan xüsusiyyətlərin demək olar ki, heç birinə sahib olmadıqları üçün erkək arıların ana arını dölləndirməkdən başqa iş görmələri də qeyri-mümkündür.
Koloniyanın bütün yükü üzərlərində olan işçi arıların isə, ana arılar kimi dişi olmasına baxmayaraq, onların yumurtalıqları inkişaf etməyibdir, yəni onlar sonsuzdurlar. İşçi arıların, şanı təmizləmək, arı sürfələrinə və körpə arılara qulluq etmək, ana arını və erkək arıları qidalandırmaq, bal hazırlamaq, pətək hörmək, onlardakı təmir işlərini yerinə yetirmək, pətəyin havasını müntəzəm şəkildə dəyişmək, pətəyin təhlükəsizliyini təmin etmək, nektar, çiçək tozu, su, qatran kimi maddələri toplamaq və bunları ehtiyat halında toplamaq kimi vəzifələri var.
Ərəb dilində felin iki növ işlədilməsi mövcuddur və fellərin bu cür istifadə edilməsindən icraçının erkək, yoxsa dişi olması məlum olur. Belə ki, yuxarıdakı ayələrdə arı üçün işlədilən fellər (altı cızılmış kəlmələr) felin dişi üçün olan şəklində qeyd edilmişdir. Beləliklə, Quranda bal hazırlayan arıların dişi olmasına işarə edilir.(16)
Yaddan çıxarılmamalıdır ki, arılarla bağlı bu həqiqətin bundan 1400 il əvvəl bilinməsi mümkün deyildi. Lakin Allah bu həqiqətə diqqət çəkərək Quranın bir möcüzəsini daha bizə göstərmişdir.
Yerin yetişdirdiklərindən, onların özlərindən və hələ bilmədikləri neçə-neçə şeylərdən bütün cütləri yaradan (Allah çox) ucadır! (Yasin surəsi, 36)
...Hələ sizin bilmədiyiniz nələri yaratmaqdadır? (Nəhl surəsi, 8)
Yuxarıdakı ayələrdə Quranın nazil edildiyi dövrdə insanların bilmədiyi canlıların olmasına işarə edilir. Belə ki, mikroskopun kəşf edilməsiylə birlikdə insan gözünün görə bilmədiyi kiçiklikdə yeni canlılar kəşf edildi. Beləliklə, Quranda diqqət çəkilən bu canlıların mövcudluğu haqqında insanlar məlumat sahibi olmağa başladılar. Adi gözlə görünməyən və əsasən bir hüceyrədən ibarət olan mikro canlıların mövcudluğuna işarə edən digər ayələr isə belədir:
...Göylərdə və yerdə zərrə qədər bir şey Ondan uzaqda (gizli) qalmaz. Bundan daha kiçik olanı da, daha böyük olanı da, istisnasız, mütləq açıq-aydın bir kitabda (yazılmış)dır. (Səba surəsi, 3)
...Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən uzaqda (gizli) qalmaz. Bunun daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın bir kitabda (yazılmış) olmasın. (Yunis surəsi, 61)
Yer üzünün hər yanına yayılmış bu gizli dünyanın mənsubları, yəni mikroorqanizmlər, Yer üzündəki heyvanlardan 20 dəfə çoxdur. Gözlə görünməyəcək qədər kiçik olan bu mikroorqanizmlər aləmi bakteriyalardan, viruslardan, göbələklərdən, su yosunlarından və akaridlərdən ibarətdir. Bu mikrocanlılar Yer üzündəki həyat tarazlığının mühüm bir ünsürüdür. Məsələn, Yerdə həyatın əmələ gəlməsini təmin edən əsas ünsürlərdən biri olan azot dövranı, bakteriyalar tərəfindən həyata keçirilir. Bitkilərin torpaqdakı mineralları qəbul edə bilməsini təmin edən ən mühüm ünsür kök göbələkləridir. Tərkibində nitrat olan tərəvəz və ya ət kimi qidalardan zəhərlənməyimizin qarşısını isə dilimizdə olan bakteriyalar alır. Həmçinin bəzi bakteriyalar və yosunlar, dünyada həyatın davam etməsinin əsas şərti olan fotosintez etmək qabiliyyətinə malikdirlər və bu vəzifəni bitkilərlə bölüşürlər. Bəzi akarid növləri üzvi maddələri parçalayaraq qidaları bitkilərin istifadə edə biləcəyi hala gətirə bilirlər. Göründüyü kimi, haqqında yalnız texnologiya alətlərinin köməyi ilə məlumat əldə edə bildiyimiz bu kiçik canlılar, insan həyatının davam etməsində əvəzedilməz əhəmiyyətə sahibdirlər.
Quranda bundan əsrlər əvvəl gözlə gördüyümüz canlı aləmlərindən başqa bir canlı aləminin olacağına diqqət çəkilməsi, şübhəsiz ki, Quranın digər bir möcüzəsidir (ətraflı məlumat almaq üçün baxın: Harun Yəhya, “Mikrodünya möcüzəsi”).
"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)
1. Meyers Lexikon in drei Bänden Bibliographisches Institut & F.A. Brockhaus AG, Mannheim 1995, Digitale Ausgabe LexiRom
2. http://www.islandnet.com/~see/weather/history/lenard.htm
3. Richard A. Anthes, John J. Cahir, Alistair B. Fraser, Hans A. Panofsky, The Atmosphere, 3-cü nəşr, Columbus, Charles E. Merrill Publishing Company, 1981, səh. 268-269; Albert Millers, Jack C. Thompson, Elements of Meteorology, 2-ci nəşr, Columbus, Charles E. Merrill Publishing Company, 1975, səh. 141
4. Richard A. Anthes, John J. Cahir, Alistair B. Fraser, Hans A. Panofsky, The Atmosphere, 1981, səh. 269; Albert Millers, Jack C. Thompson, Elements of Meteorology, 1975, səh. 141-142
5. Brian J. Ford, "Brownian Movement in Clarkia Pollen: A Reprise of the First Observations", The Microscope, 1992, vol. 40, no. 4, səh. 235-241; http://www.brianjford.com/wbbrowna.htm
6. C. Donald Ahrens, Meterology Today: An introduction to weather, climate and environment, 3-cü nəşr, West Publishing Company, 1988, St. Paul, səh. 437
7. http://webhome.idirect.com/~alila/Writings/Physics.htm; The Quran and Modern Physics.
8. http://webhome.idirect.com/~alila/Writings/Physics.htm; The Quran and Modern Physics.
9.Richard A. Davis, Principles of Oceanography, Addison-Wesley Publishing Company, Don Mills, Ontario, səh. 92-93
10. Danny Elder, John Pernetta, Oceans, Mitchell Beazley Publishers, London, 1991, səh. 27
11. M. Grant Gross, Oceanography, A View of Earth, 6. baskı, Englewood Cliffs, Prentice-Hall Inc., 1993, səh. 205
12. Rod R. Seeley, Trent D. Stephens, Philip Tate, Essentials of Anatomy & Physiology, 2-ci nəşr, Mosby-Year Book Inc., St. Louis, 1996, səh. 211; Charles R. Noback, N. L. Strominger, R. J. Demarest, The Human Nervous System, Introduction and Review, 4-cü nəşr, Lea & Febiger, Philadelphia, 1991, səh. 410-411.
13. Rod R. Seeley, Trent D. Stephens, Philip Tate, Essentials of Anatomy & Physiology, 2-ci nəşr, Mosby-Year Book Inc., St. Louis, 1996, səh. 211
14. http://www.ridgesandfurrows.homestead.com/fingerprint.html
15. Hayvanlar Ansiklopedisi-Böcekler, Phoesbus Publishing Company, İstanbul, 1979, səh. 97
16. Dr. Mazhar U. Kazi, 130 Evident Miracles in the Qur'an, Crescent Publishing House, New York, ABD, 1998, səh. 68-69