Bəzi insanlar dinə inandıqları və Quranı demək olar ki, hər gün oxuduqları halda Quranın bəzi ayələrini asanlıqla qulaq ardına vura bilirlər. Bəziləri bu səhvə məlumatsızlıq ucbatından yol verdiyi halda, bəziləri də həmin hökmlərə qurduqları formalaşdırdıqlarə Qurandan kənar məntiqlərinin təsiri altında bilərəkdən əhəmiyyət vermirlər. Bütün bunları edərkən Quran hökmlərinə bilərəkdən etinasızlıqla yanaşmağın Allah dərgahında onlara nə qədər böyük məsuliyyət yükləyəcəyini və onları Allah rizasından necə uzaqlaşdıracağını isə əsla fikirləşmirlər. Halbuki Allahın hökmlərinə məhəl qoymayan insanların axirətdə əzabla qarşılaşa biləcəyi Quran ayələrində əhəmiyyətlə vurğulanır. Bu yanlış zehniyyətə malik olan insanlar Quran əxlaqına uyğun olmayan məntiqə əsaslanaraq, öz aləmlərində Allahın hökmləri arasında bir növ əhəmiyyətlilik və birincilik ardıcıllığı qurur, hətta bəzi hökmləri öz həyatlarından tamamilə çıxardaraq bir kənara atırlar. Belə yanlış din anlayışı əsrlər ərzində formalaşmış batil anlayış şəklində nəsildən-nəslə ötürülərək dövrümüzə qədər gəlib çatmışdır.
Geniş yayılmış bu batil anlayışa görə, prioritet hesab edilən hökmlər ehmal edildikdə vicdani narahatlıq hiss edilə bilər. Lakin Quranda qeyd olunmasına baxmayaraq, eyni dərəcədə əhəmiyyət verilməyən əmr və qadağalar ehmal edildikdə insan heç bir narahatlıq hiss etməz. Quranda fərz olduğu açıqca bildirilən bir çox mövzu, "etsən savabdır, etməsən də heç nə olmaz" kimi olduqca yanlış məntiqlə qiymətləndirilər. Çəkinilməsi lazım olan qadağalar isə, "Allah bağışlayar" məntiqi ilə rahatlıqla pozular. Halbuki Quranın heç bir ayəsində belə bir meyardan bəhs edilmir. Gündə 5 vaxt qılınan namaz, oruc kimi ibadətlər necə ki, Allahın qəti əmirləridirsə, Quranda bildirilən digər əmr və qadağalar da eynilə bütün möminlərin itaət etməli olduqları qəti hökmlərdir. Bu məsələni belə bir misalla izah edə bilərik: bir insan cəmiyyətin əxlaqi təzyiqinin də təsiriylə zina və ya oğurluq kimi Quranda qadağan edilən rəftarlardan uzaq dayana bilər. Lakin bu insan vicdanı rahat şəkildə, başqaları barədə dedi-qodu edir, möminlərə böhtan atır, etməyəcəyi şeyi söyləyir, Allahın ayələrini inkar edən insanlarla dostluq əlaqəsi qurur və ya ehtiyacından artıq qalanı xərcləmir, Quranda bildirilən vaxtlarda Allahı təqdis edib həmd etmir, eləcə də, bu və bənzəri əmrlərə tabe olub, Quranda təsvir edilən qadağalardan, rəftarlardan çəkinməyi öz aləmində əhəmiyyətsiz hesab edirsə, bu insanın Quranda bəhs edilən İslam dinini və mömin xarakterini tam yaşadığı deyilə bilməz.
Bu insan hər nə qədər müsəlman olduğunu söyləsə də, əslində cəmiyyətin müxtəlif adət və ənənələri əsasında formalaşdırılmış, arasına bir az da İslami məhfumlar daxil edilmiş batil bir anlayışa tabedir. Bu insanların etdikləri ən böyük səhvlik isə Quranda bildirilən hökmlərdən bir neçəsini yerinə yetirmələrindən ötrü özlərini kafi hesab etmələridir. Yanlış zehniyyətə sahib olacaqlarına ehtimal belə vermədikləri üçün əsil müsəlmanlardan olduqları məsələsində özlərindən olduqca əmindirlər. Əlbəttə ki, Allah dərgahında Rəbbimizin rizası hədəflənərək edilən hər bir ibadətin qarşılığı vardır. Lakin qulaq ardına vurularaq bir kənara atılan hökmlərin də gətirdiyi böyük məsuliyyət var.
Namazını qılıb, orucunu tutan biri əgər bütün bunları səmimiyyətlə edirsə Allahın icazəsi ilə axirətdə etdiklərinin əvəzini alacaq. Lakin xəbərsiz olmadığı halda, Qurandakı digər müddəalara bilərəkdən əhəmiyyət vermir və yerinə yetirmirsə, bu təqdirdə etdiyi ibadətlərinin də puç olma ehtimalı ola bilər. Məhz bundan ötrü də, bütün möminlər Quran ayələri ilə bu təhlükəyə qarşı xəbərdar edilmiş və atalarından qalan, batil anlayışlarla formalaşan və cahilanə şərhlərə əsaslanan bu yanlış anlayışı tərk etməyə dəvət edilmişlər. Lakin Quranda; "nə vaxt onlara: "Allahın nazil etdiyinə tabe olun!" deyilsə, onlar: "Xeyr, biz atalarımızın getdiyi yola (ənənəyə)" tabe olarıq" deyərlər. (Bəs) ataları heç nə anlamayıb doğru yolu yönəlməyiblərsə necə?" (Bəqərə surəsi, 170) ayəsiylə də bildirildiyi kimi, bəzi insanlar bu mövzuda xəbərdar edildikləri və doğru özlərinə göstərildiyi halda, yenə də yaşadıqları bu batil anlayışda israrlı davrana bilirlər.
Məhz bizim bu kitabla, "qulaq ardına vurulan Quran hökmləri" mövzusuna toxunmaqdakı məqsədimiz də, içində olduğu bu vəziyyəti görməmiş, axirətdəki qarşılığını düşünməmiş, şüurlu və ya şüursuzca bu yanlış zehniyyətə sahib olan bütün insanlara Quranın bütün hökmlərini bir daha xatırladaraq, onları həqiqi İslam dinini nöqsansız yaşamağa dəvət etməkdir. Çünki insanların bütün Qurana tam əməl etməklə məsul olduqları ayələrdə bildirilmişdir. Gündəlik həyatın axarına qapılaraq Quranın yüzlərlə ayəsini tərk edən, İslamı yalnız 5 vaxt namaz qılmaq və oruc tutmaqdan ibarət hesab edən bir insan axirətdə, "mənim bu ayələrdən xəbərim yox idi" deyə bilməz.
Həyatı boyu Quranda əmr edilən mövzuları öyrənməmiş olmasına və ya bunları bildiyi halda qulaq ardına vurmasına heç bir bəhanə göstərə bilməz. Belə insanın vəziyyəti ayədə; "yoxsa siz Kitabın bir hissəsinə inanıb, bir hissəsini inkar edirsiniz? Sizdən bunu edənin cəzası dünya həyatında alçaldılmaq, qiyamətdə isə ən şiddətli əzaba məhkum olmaqdır. Allah sizin etdiklərinizdən xəbərsiz deyildir" (Bəqərə surəsi, 85) ifadəsində xitab edilən insanların vəziyyətindən fərqli olmaya bilər. Məhz bu kitabla iman gətirən insanlar da Quranı bütün ayələriylə yaşamağa və ayələrdə bəhs edilən bu çətin əzabdan çəkinməyə dəvət edilmişdir.
Özləri Allahı unutmuş, beləliklə də, O da onlara öz nəfslərini unutdurmuş kəslər kimi olmayın. Məhz onlar, fasiqlərin lap özləridir. (Həşr surəsi, 19)
İnsanın Allahı xatırlamaqda zəiflik göstərməsi Ona olan yaxınlığını azaldar. Din əxlaqını yaşamayan insanlar Allahı heç vaxt xatırlamadıqları, hətta günlərlə ağıllarına gətirmədikləri üçün halal-haramı gözləmədən hər cür günah iş tutmağı və Allahın əmrlərinə əməl etməməyi həyat tərzinə çevirmişlər. Möminlər isə istər sözləri ilə, istərsə də ağıllarından keçirdikləri düşüncələri ilə bütün həyatları boyun Allahı xatırlayıb zikr etməlidirlər.
İnsanın bəzən qəflətə qapılaraq Allahı ağlından çıxartması, iman gətirən bir insanın belə bilərəkdən və ya bilməyərəkdən müxtəlif xəta və günahlar işləməsinə səbəb ola bilər. Çünki Allahı xatırlamadan ötən müddət ərzində insanın hadisələri doğru şəkildə qavrayıb qiymətləndirməsində, yaxşını pisdən ayırmasında, hərəkət, davranış və danışıqlarında, Quranın hüdudlarını qoruyacaq şüuru qorumasında mühüm qüsurlar meydana gələ bilər. Quran əxlaqına zidd olan hər cür davranış pozuntusunun səbəbi Allahı xatırlamaq məsələsində yol verilən zəiflikdir.
Allahın hökmləri qarşısında həssaslığını itirən insan bəzən elə ağlagəlməz səhvlər edər ki, sonradan vəziyyətini düzəltdikdə, bunları necə etdiyinə özü də təəccüblənər. Belə gözlənilməz səhvlər Allahı unutmağın ciddiyyətini göstərən xəbərdarlıq və işarələrdir. Bu unutqanlığın müddəti və dərəcəsi artdıqca, yol verilən səhvlərin sayı və böyüklüyü də artar. Allahı xatırlamaqda göstərilən qəflətin sıxlığı və daimiliyi insanın imanı üçün böyük təhdiddir. Halbuki Allahı hər an xatırlamaq, Onun ayələrini düşünərək dərk etmək insanın ağlının və şüurunun həmişə açıq olmasını təmin edər. Belə olduğu zaman da, insan Quranın əmr və qadağalarına dəqiqliklə əməl edib onlara tabe olar.
Allahı həmişə xatırlayan bir insan öz acizliyini daha yaxşı dərk edər, heç bir mövzuda özünə məxsus güc və iradəyə malik olmadığını daha yaxşı anlayar. Bunun nəticəsi olaraq, həmişə Allaha dua edər və Ondan istəyər. Təkcə Allahdan istəyər, hər mövzuda Allaha müraciət edər, özünü tamamilə Allaha təslim edir. Heç bir məsələdə özünü müstəqil şəxsiyyət hesab edib lovğalanmaz. Hərəkətləri, davranışları, danışıqları Allahın himayəsi altında olar. Beləliklə də, Allah ona hər an necə və nə cür davranmalı olduğunu, ən doğru hərəkəti, ən gözəl sözü ilham edər. Ona ayədə bildirildiyi kimi; "insanlar arasında hərəkət etməsi üçün nur bəxş edər" (Hədid surəsi, 28). Gözəl əxlaqa nail olmasını təmin edər.
Bunun əksinə olaraq, insan Allahı xatırlamaqdan uzaqlaşdıqca, təkbaşına, tək-tənha və köməksiz qalar. Doğru düşünmək, doğru qərar qəbul etmək qabiliyyətini itirər. Gördüyü işlər müvəffəqiyyətsiz olmağa başlayar. Çünki heç bir insan Allahın yardımı və dəstəyi olmadan hər hansı məsələnin öhdəsindən gələ bilməz. Hər hansı problemi Allahdan asılı olmadan, öz gücü və iradəsi ilə həll edə bilməz və Quranda mədh edilən təqva sahibi bir mömin ola bilməz. Çünki o, hələ əvvəldən Allahı unutmaqla ən böyük səhvi etmiş və qafillərdən olmuş olar. Allahı xatırlamaq bir mömin üçün çox mühüm ibadətdir. İman gətirən bir insan gündəlik həyatın heç bir anında Allahı əsla unutmaz və Onunla olan mənəvi əlaqəsini bir an belə kəsməz. Bunu vicdanı qəbul etməz, Allaha olan sevgisi və bağlılığına bunu qətiyyən yaraşdırmaz. Quranda bildirilən Allahın hz. Musa (ə.s)-a olan xatırlatması belədir:
Sən və qardaşın ayələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin. (Taha surəsi, 42)
Allah, Fironun yanına gedərək onu haqq dinə dəvət edəcək, hz. Musa (ə.s) və qardaşı hz. Harun (ə.s)-a Onu zikr etməkdə zəiflik göstərməmələrini bildirmişdir. Çünki yuxarıda da bildirildiyi kimi, onları Fironun qarşısında əsil müvəffəq edəcək qüvvə Allahdır.
Bununla yanaşı Allahı az xatırlamaq münafiqlərin xüsusiyyətidir. Bu vəziyyət Quranda belə bildirilir:
Həqiqət budur ki, münafiqlər (guya), Allahı aldatmağa çalışırlar. Halbuki O, onları aldadır. Namaza durarkən könülsüz qalxarlar. İnsanlara göstəriş edər və Allahı çox az zikr edərlər. (Nisa surəsi, 142)
Allahı xatırlamağın iman gətirənlərin mühüm bir ibadəti olduğu bəzi ayələrdə isə belə xəbər verilir:
...Allahı zikr etmək, şübhəsiz ki, ən böyük ibadətdir. Allah nə etdiklərinizi bilir! (Ənkəbut surəsi, 45)
Elə isə (yalnız) Məni yad edin ki, Məndə sizi yad edim! (Yalnız) Mənə şükür edin və (əsla) nankorluq etməyin. (Bəqərə surəsi, 152)
Allahın seçdiyi elçilərə qəlbən hörmət bəsləməyin və onlara qeyd-şərtsiz itaət etməyin fərz olduğunu Allah Quranda bildirmişdir. Bu dövrdə elçiyə itaət etmək isə təkcə onun sünnəsinə tam mənası ilə tabe olmaqla yerinə yetirilə bilər. Sünnəyə tam və şüurlu şəkildə tabe olmaq isə ayələrdə elçiyə verilən əhəmiyyət və qiyməti dərk edib qəlbə yerləşdirməklə mümkün ola bilər. Elə bu səbəbdən də bütün dövrlərdə yaşayan möminlərin elçi ilə bağlı hökmləri öyrənmələri lazımdır. Aşağıda möminlərin elçilərə qarşı göstərməli olduqları davranışları müəyyən edən Quran hökmlərindən bəhs edəcəyik.
Allah Quranda, seçdiyi elçilərin çox üstün və gözəl əxlaqlı mübarək insanlar olduğunu bildirmişdir. Elçilər Allahın yer üzərindəki xəlifəsi, İslam əxlaqının ən böyük təmsilçisi və möminlərin lideridirlər. Elçilər Allahın Öz bəndələri arasında ən çox razı qaldığı, Ondan ən çox qorxub çəkinən, Ona itaət etməkdə və təslim olmaqda ən irəlidə gedən, hər mövzuda möminlərə nümunə olan ən üstün əxlaqa malik insanlardır. Allah Öz elçilərinə xüsusi əhəmiyyət verir və onları bir çox ayə ilə qoruyur. Allah Öz elçilərini mövqe cəhətdən hər kəsdən üstün etmişdir. Buna görə də, elçilər mömin cəmiyyətləri arasında ən əsas və mərkəzi mövqeyə sahibdirlər. Bundan ötrü də, mömin hər zaman və hər məsələdə elçinin nəfsini öz nəfsindən üstün tutmalıdır. Bu mövzu Quranda belə bildirilir:
Mədinə əhalisinə və ətrafındakı bədəvilərə döyüşdə Allahın Elçisindən geri qalmaları, öz nəfslərini onun nəfsindən üstün tutmaları yaraşmaz... (Tövbə surəsi, 120)
Peyğəmbər, möminlər üçün onların öz nəfslərindən daha üstündür... (Əhzab surəsi, 6)
Elçilərin Allah dərgahındakı üstün mövqelərindən ötrü, Quranın bir çox ayəsində möminlərə elçiləri müdafiə edib dəstəkləmələri əmr edilmişdir:
...Ona (Elçiyə) iman gətirənlər, dəstək olub müdafiə edənlər, kömək edənlər və onunla birlikdə endirilən nuru izləyənlər; məhz onlar nicat tapanlardır. (Əraf surəsi, 157)
Şübhəsiz ki, Biz səni bir şahid, bir müjdəçi və xəbərdar edən biri olaraq göndərdik ki, Allaha və Onun Rəsuluna iman gətirəsiniz, Onu müdafiə edib dəstəkləyəsiniz, ən səmimi hörmətlə ucaldasınız və səhər-axşam Onu (Allahı) təqdis edəsiniz! (Fəth surəsi, 8-9)
Şübhəsiz ki, Allah və Onun mələkləri Peyğəmbərə salat edərlər (salam verərlər). Ey iman gətirənlər, siz də ona salat edin (salam verin) və tam təslimiyyətlə ona salam verin. (Əhzab surəsi, 56)
Quranda xəbər verildiyi kimi, elçilər ağıl, zəka, anlayış, qavrayış və bir çox başqa xüsusiyyətləri baxımından digər möminlərdən daha yüksək yaradılışa malikdirlər. Allahın bir çox sifətləri elçilərin üzərində daha çox əks olunur, mömin əlamətlərini özlərində daha çox daşıyan insanlar Allahın seçdiyi elçilərdir. Belə olan halda mömin də öz yerini bilməli və elçinin bu açıq-aşkar üstünlüyü qarşısında hörmətli, mötədil, təslimiyyətli və dəstəkləyici əxlaq nümayiş etdirməlidir. Bu vəziyyət ayədə “möminlərin elçinin hüzurunda qabağa keçməkdən çəkinmələri” şəklində ifadə edilir:
Ey iman gətirənlər, Allahın Rəsulunun hüzurunda önə keçməyin və Allahdan qorxun! Şübhəsiz ki, Allah Eşidəndir, Biləndir! (Hucurat surəsi, 1)
Allahın Rəsulunun hüzurunda önə keçmək, onun qarşısında öz ağlını ön plana çıxardan üslub işlətmək, onun sözünü kəsmək kimi hörmətsizlik etmək və digər müxtəlif formalarda özünü göstərə bilər. Əlbəttə ki, bir möminin belə hərəkətləri bilərəkdən etməsini düşünmək olmaz. Lakin bir anlıq qəflətə dalaraq və unudaraq Allahın müəyyənləşdirdiyi sərhədləri aşmaqdan da şiddətlə çəkinməlidir.
Elçilərin istər əxlaqları, istərsə də imanları ilə möminlər arasında, Quran ayələri ilə müəyyən edilmiş xüsusi və üstün mövqelərə malik olmasından əvvəlki sətirlərdə də bəhs etmişdik. Həqiqətən də ayələrdə möminlərin bir-birilərinə qarşı göstərməli olduğu davranışlarla yanaşı, elçilərə qarşı münasibət və davranışlarından da bəhs edərkən, istifadə edəcəkləri səs tonlarına qədər hər təfsilat xüsusi təsvir edilmişdir. Ayələrdə təsvir edilən bu münasibət və davranışlarda, səmimi və üstün hörmət anlayışının əsas götürüldüyünün şahidi olarıq:
Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar. (Hucurat surəsi, 2)
Allah möminlərin Öz Elçisi ilə danışarkən səslərini öz aralarında olduğu kimi qaldırmamalarını xatırlatmışdır. Burada diqqət yetirilməli olan xüsus isə bu davranışın ədəb və ya nəzakət qaydası olmaqdan çox, Allahın qəti əmri olmasıdır. Çünki bunun əksi olan davranışın əməlləri puç edən hərəkət olması mövzunun əhəmiyyətini açıqca göstərir. Bunu Quranın açıq hökmü kimi yox, hər hansı əxlaq qaydası kimi görmək, "yerinə yetirilsə çox yaxşı, yetirilməsə də biraz ayıb olar" kimi bir anlayışı davam etdirmək, Allahın ayələrini qulaq ardına vurmaq mənasına gələr. Halbuki elçiyə göstərilən hörmət Allaha göstərilən hörmət deməkdir. Həmçinin bunun əksi olan bir davranış nümayiş etdirilsə, bu da Allaha qarşı göstərilmiş davranış olar. Elçiyə qarşı bilərəkdən hörmətsizlik etmək isə Allahın razı qalmayacağı bir davranışdır. Lakin bilərəkdən deyil, cəhalət, düşüncəsizlik, yanlış səmimiyyət anlayışı nəticəsində elçinin hüzurunda səsini yüksəldən bir insanın, mömin də olsa, bu səhvindən dərhal imtina etməsi, elçiyə qarşı duyduğu dərin hörmət və bağlılığı ən gözəl, ən nəzakətli, ən nəcib şəkildə ifadə edəcək davranış göstərməsi vacibdir. Bu mövzunun əhəmiyyəti, bu gözəl əxlaqa riayət edənlərin tərifləndiyi və müjdələndiyi növbəti ayə ilə də çox yaxşı aydın olur:
Şübhəsiz ki, Allahın Rəsulunun yanında səsini endirənlər; məhz onlar, Allah onların qəlbini təqva üçün sınağa çəkmişdir. Onlar üçün bağışlanma və böyük mükafat var. (Hucurat surəsi, 3)
Eynilə elçini, hər hansı insanı olduğu kimi çöldən səsləməyin ağılsızlıq əlaməti olduğu və möminlərin bu rəftardan çəkinməli olduqları da ayədə belə bildirilmişdir:
Şübhəsiz ki, otaqların arxasından səni səsləyənlər də, onların çoxu ağlını işlətmir! (Hucurat surəsi, 4)
Allah bütün insanlara elçilərlə münasibətdə onlara maddi-mənəvi sıxıntı və əziyyət verə biləcək davranışları qadağan edib. Qəsdən olmasa da, başqa möminlər arasında təbii hesab edilən davranışları elçinin hüzurunda etmək, bəzən sıxıntı verə biləcək düşüncəsiz hərəkət ola bilər. Ayədə bildirilən çağırılmadan və ya xəbərsiz şəkildə elçini ziyarət etmək, təklif edilmədiyi halda orada olarkən yemək vaxtını gözləmək, yeməkdən sonra uzun söhbətə başlamaq kimi düşüncəsiz hərəkətlər də Allahın Quranda qadağan etdiyi davranışlardır:
Ey iman gətirənlər (xəbər vermədən) peyğəmbərin evlərinə girməyin, (başqa iş üçün girmiş olsanız da mütləq) yemək vaxtını gözləməyin. (Lakin yeməyə) çağırıldığınız zaman daxil olun, yeməyi yeyib bitirən kimi də dağılın və (uzun) söhbətə başlamayın. Həqiqətən bu, Peyğəmbərə əziyyət verir və o da sizdən utanır; halbuki Allah, haqq(ı açıqlamaq)dan utanmaz... (Əhzab surəsi, 53)
Mömin, hər zaman elçi üçün əlindən gələn ən böyük dəstəyi və asanlığı təmin etməli və onun yükünü yüngülləşdirməlidir. Bu, möminin, Quranda bildirilən ən mühüm vəzifələri arasındadır.
Allah, bir çox insanı dinə xidmət etdirə bilər, vəzifə verə bilər. Lakin bu insanlar mömin də ola bilər, inkarı da. Necə ki, şeytanların hz. Süleymana xidmətçi olaraq təyin edilməsi Quranda bildirilən bir həqiqətdir. Mömin və ya inkarçı olmağından asılı olmayaraq, hər kəs bir vəsilədir. Yeganə güc və iradə sahibi yalnız Allahdır. Həmçinin Allah dünyadakı imtahan mühitinin bir tələbi olaraq, İslam əxlaqının hakim olmasında bu cür səbəblər də yarada bilər. Allah Öz ayələrində bütün bu həqiqətlərdən xəbərsiz olub müsəlman olduqlarına görə özlərini tapılmaz nemət hesab edən görənlərdən, müsəlman olmalarını, İslam dini və elçi üçün böyük qazanc, lütf kimi göstərənlərin pozuq əxlaqını belə əbər verir:
Müsəlman olduqlarına görə sənə minnət qoyurlar. De: "Müsəlman olduğunuza görə mənə minnət qoymayın! Tam əksinə sizi imana yönəltdiyi üçün Allah sizə minnət qoyur! Əgər doğru deyirsinizsə (bunu belə qəbul etməlisiniz). (Hucurat surəsi, 17)
Ayədə də bildirildiyi kimi, əslində bu məsələ insanların düşündüklərinin tam əksinədir: İslama daxil olan bir insan İslamı şərəfləndirməz, əksinə, İslam ona şərəf verər.
Allah Quranın müxtəlif ayələrində, bəyəndiyi əxlaqı yaşamağa çalışmayacaqları təqdirdə, İslama xidmət edən insanları, özlərindən daha xeyirli insanlarla dəyişdirə biləcəyini bildirir. Belə yanlış zehniyyətə sahib insanlar, bu ayələrin hökmünə girməkdən qorxmalı, bu məntiqlərini dərhal dəyişdirməlidirlər. Səmimi iman və səmimi niyyətlə, Allah rizasından başqa heç nəyə əhəmiyyət vermədən İslama xidmət edən insanın əcrini (savabını) isə Allah mütləq verəcək.
Mömin, Allahın və Onun elçisinin əmrlərini qəlbən təslim olaraq yerinə yetirər, onun sözlərinə itaət edərkən qəlbində ən kiçik sıxıntı duymaz. Allahın və Onun elçisinin hökm etdiyi hər şeyin ən doğru, ən yaxşı və ən xeyirli olduğunu bilər. Hansı şərt altında olsa da, mömin ən gözəl yolun elçinin göstərdiyi yol olduğunu bilərək hərəkət edər. Bu səmimi və təslimiyyətli yanaşma isə tamamilə möminin imanından irəli gələr.
Əks vəziyyət, yəni zahirən itaət edib qəlbən təslim olmamaq isə ayələrdə bildirildiyinə görə, həmin insanın əslində iman gətirmədiyinin sübutudur:
Xeyr elə deyil; Rəbbinə and olsun ki, mübahisə etdikləri mövzularda səni hakim təyin edib, sonra sənin verdiyin hökmə, qəlblərində heç bir sıxıntı duymadan, tam təslim olmadıqca iman gətirmiş olmazlar. (Nisa surəsi, 65)
Bir insan müxtəlif səbəblərdən ötrü zahirən itaətkar davrana bilər, deyilənləri tam yerinə yetirə bilər. Lakin bu insan, qəlbən tam razı qalıb itaət etmədikcə, həqiqətən iman gətirmiş sayılmaz. Çünki belə davranış, o insanın qəlbində Allah və elçisi haqqında hələ də bəzi şübhə və vəsvəsələrin olduğunu göstərir. Qəlbən, yaxud başqa sözlə, "batini" itaətə malik olmaması, yalnız fiziki təslimiyyət göstərməsi həmin insanın gördüyü işlərin də puç olmasına səbəb ola bilər. Zahirən itaət etmiş olmuş ola bilər, lakin axirətdə bunların əvəzini almaya bilər. Buna görə də, mömin, Allahın elçisindən gələn hökmü qəlbən sevinclə qarşılamalı, imanının və təslimiyyətinin ləzzətini qəlbində hiss etməlidir. Haqq olan bir şeyin qarşısında kədərlənib sıxılmaq imana uyğun olan rəftar deyil.
Halbuki onlar (tamamilə Allaha və İslama təslim olmayanlar) ticarət və ya əyləncə gördükləri zaman, (dərhal) ona yüyürdülər və səni ayaq üstə qoydular. De: "Allahın dərgahında olan əyləncədən və ticarətdən daha xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır". (Cümə surəsi, 11)
Bu ayədə dinlə öz dünyəvi mənfəətləri arasında seçim aparan insanlardan bəhs edilir. Əsasən cahil cəmiyyətlərin din əxlaqını yaşamaqdan qaçmasının bir neçə ortaq səbəbləri var. Ayədə bu səbəblərdən ən mühüm iki səbəbə - ticarət və əyləncəyə diqqət çəkilir. Ticarətə diqqət çəkilməsinin səbəbi maddi mənfəətin insanların böyük əksəriyyətinin ən zəif cəhətlərindən biri olmasıdır. Necə ki, insanların bir qismi maddi mənfəətləri naminə dinin bir çox hökmünü qulaq ardına vurarlar. Bu, özünü bəzən 5 vaxt namaz, oruc, örtünmək kimi ibadətlərdə, bəzən əxlaqi davranışlarda, bəzən də dinin başqa hökmündə göstərər.
Bəzi insanların sərvət artırmaq məsələsində belə həris olmalarının səbəbi, maddi zənginliyin bütün mövcud problemləri həll etmək kimi, sehirli qüvvəyə malik olduğu istiqamətindəki batil inancdır. Bu insanlar əldə edə bilmədikləri və həsrətini çəkdikləri hər cür imkana, zənginlik sayəsində qovuşa biləcəklərinə inanarlar. Bunların arasında xoşbəxtlik, daxili rahatlıq, əminlik, hətta ölümsüzlük vardır. Belə insanlar elə zənn edirlər ki, zənginlik onların hətta ölümlərini də gecikdirəcək və onları dünyada əbədi edəcək. Buna görə də, cahil insanlar bütün vaxt və imkanlarını səfərbər edərək, böyük ehtiras və həvəslə ticarətə qurşanarlar. Lakin onlar heç vaxt bu məqsədlərinə zənginliklə çata bilməzlər. Belə ki, bu günə qədər heç bir insanın mal-mülkü onun ölümünün və ya qocalmasının qarşısını ala bilməyib. Çünki bir insana fayda və ya xeyir vermə gücünə malik olan yeganə qüvvə mülkün həqiqi sahibi olan Allahdır. Həmçinin zənginliklə əldə edilməsi arzulanan daxili rahatlığın, əminliyin və xoşbəxtliyin yeganə şərti, vicdanlı, Qurana və sünnəyə tam uyğun olan, Allaha qəlbən təslim olmuş həyat yaşamaqdır.
Ayədə bəzi insanlar tərəfindən dinin hökmlərinin qulaq ardına vurulma səbəbi kimi bildirilən ikinci mövzu isə əyləncədir. Əylənmək də bəzi insanlar üçün böyük ehtirasdır. Əlbəttə ki, bir insanın xoşbəxt, şən, ünsiyyətcil (ekstrovert) və fəal olması gözəl xüsusiyyətlərdir. Lakin burada üzərində dayanılan xüsus, Allahdan uzaq cahilanə əyləncə anlayışıdır ki, əslində belə ruh halında olan insanın həqiqi mənada xoşbəxt olub kef çəkməsi əsla mümkün deyil. Bəhs etdiyimiz cahilanə əyləncənin bu dərəcə böyük ehtiras olmasının səbəbi də, bəhs edilən insanların bunu özləri üçün qurtuluş və bəzi həqiqətlərdən qaçış yolu kimi görmələridir. Vicdan əzabının ruhlarına verdiyi sıxıntı və əzabdan, ölkələri gəzərək və ya çoxlu insanla tanış olaraq xilas ola biləcəklərinə inanarlar. Halbuki insanların, dinin tələblərinə məhəl qoymayaraq ticarət və əyləncə ilə nail olmaq istədikləri hədəflər, təkcə din əxlaqını yaşayacaqları zaman nail ola biləcəkləri hədəflərdir. Qəlblər Allahın əlindədir və Allah qəlblərə xoşbəxtliyi təkcə Öz dininə tabe olunduğu vaxt verəcəyini vəd etmişdir (Rad surəsi, 28).
Eyni zamanda ayədə xatırladılan çox mühüm bir mövzu da vardır: Allah dərgahında qazanılacaq şey əyləncə və ticarətdən daha xeyirlidir. Dünyanın ən gözəl evləri, avtomobilləri, mənzərələri, geyimləri, sənət əsərləri və ya ləl-cəvahiratları cənnətdə olan zənginliklə müqayisədə olduqca köhnə və bəsitdir. Dünyanın əyləncəsi isə hər zaman əskik, yarımçıq və qüsurludur. Lakin əyləncənin, coşqunun və xoşbəxtliyin həqiqi yeri Allahın ziyafət yeri kimi tərif etdiyi cənnətdir.
Buna görə də, müsəlmanlar heç vaxt dinin hər hansı hökmünü ticarət və əyləncəyə görə qulaq ardına vurmaz və onları təxirə salmazlar. Allah möminlərin bu xüsusiyyətlərini Quranda belə bildirir:
O kəslər ki, nə ticarət, nə də alış-veriş, onları Allahı zikr etməkdən, dosdoğru namazı qılmaqdan və zəkatı verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar. (Nur surəsi, 37)
Möminlərdən üzrlü səbəb olmadan oturanlar ilə, Allah yolunda malları və canları ilə cəhd edənlər (səy göstərənlər) eyni deyil. Allah malları və canları ilə cəhd edənləri evdə oturanlardan dərəcə etibarilə üstün etdi. Hamısına gözəlliyi (cənnəti) vəd etmişdir; lakin Allah cəhd edənləri (səy göstərənləri) oturanlardan daha böyük mükafatla üstün etmişdir. (Nisa surəsi, 95)
Bu ayədə Quranda bildirildiyi şəkildə şövq və həyəcana malik olmadıqları üçün, özlərinə bir o qədər məsuliyyət verilməyib sərbəst buraxılan və möminlər tərəfindən idarə edilən insanların vəziyyəti açıqlanır. Quranda qəti əmrlə bildirildiyi halda, dinin mənfəətləri üçün səy göstərməkdən yayınmaq və peşmanlıq hissi keçirmədən bunu davam etdirmək, Quran ayələrində qınanan əxlaqdır. Quranda belə bir insanın, həyatını həmişə mübarizə içində keçirən, Allahın rizasını qazana bilmək üçün canını və malını tamamilə ortaya qoymuş möminlərdən dərəcə etibarilə çox fərqli mövqedə olduğu bildirilmişdir. Ayədə işlənən; "dərəcə etibarilə üstün etdi" ifadəsi, üzrlü səbəbləri olmadan oturanlarla möminlər arasındakı fərqin nə qədər böyük olduğunu göstərir. Dünya həyatındakı azacıq mənfəət, aldadıcı rahatlıq naminə axirətin üstün dərəcələrini fəda etmək əsla möminə yaraşmaz. Allahı hər şeydən çox sevən, Allahın rizasını qazanmaqdan başqa heç bir məqsədi olmayan saleh mömin üçün Allah yolunda elmi mübarizə aparmama, bu mövzuda tənbəllik göstərmək kimi bir şeydən əsla söhbət gedə bilməz. Mömin əlindəki bütün imkanlardan sonuna qədər istifadə edərək, Quran əxlaqını hakim etmək üçün fikrən mübarizə aparar və bundan böyük zövq alar. Allahın rizasını qazanmaq üçün səy göstərməyin, Allah yolunda mübarizə aparmağın verdiyi böyük həzz isə heç bir dünyəvi nemətlə müqayisə olunmayacaq qədər qiymətlidir. Bir sözlə, mömin üçün Allah yolunda elmi mübarizə aparmaq gözəllik və nemətdir.
Etməyəcəkləri şeyləri söyləmələri, Quranı yaşamayan, Quran əxlaqından xəbərsiz olan insanların ortaq xarakter xüsusiyyətlərindəndir.
Bu insanlar özlərini olduqlarından üstün və vacib insan kimi göstərmək, təşəxxüs satmaq məqsədilə edə bilməyəcəkləri şeyləri deyər, öhdəsindən gələ bilməyəcəkləri işlərdən bəhs edərlər. Müvəqqəti xeyir və mənfəətlər əldə etmək üçün əslində etməyə heç niyyətləri olmadığı şeyləri vəd edirlər. Bu qeyri-səmimi hərəkətlər cəmiyyət içində çox yadırğadılmayan və əhəmiyyət verilməyən, vərdiş edilmiş bir davranışdır. Halbuki insanların edə bilməyəcəkləri şeyləri demələri Allah dərgahında sevilməyən və günah kimi xarakterizə edilən bir davranışdır:
Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Etməyəcəyiniz şeyi deməyiniz Allah dərgahında qəzəb (səbəbi olması) baxımından böyüdü (böyük günha təşkil etdi). (Saff surəsi, 2-3)
Bu davranış, yalançılıq, ikiüzlülük və səmimiyyətsizlik kimi, ayələrdə qınanmış bir çox pis xüsusiyyəti də özündə saxlayır. Quranda göstərilən gözəl əxlaqı ən mükəmməl şəkildə yaşamağı özlərinə prinsip qəbul etmiş möminlər, Allah dərgahında bəyənilməyən bu davranışdan diqqətlə uzaq dayanarlar.
Müsəlmanların Allaha və Onun dininə qeyd-şərtsiz sədaqət göstərərlər. Buna görə də, müsəlmanın din əxlaqını yaşamaqdakı şövqü, əhvali-ruhiyyəsi, gücü, qətiyyəti şəraitdən asılı olaraq dəyişməz. Bu, mühüm Quran əxlaqıdır. Bu mövzu ilə əlaqədar olaraq Quranda müsəlmanın iki əsas xüsusiyyəti bildirilir. Birincisi, müsəlmanın heç bir çətin şəraitdə sarsılmaması və zahirən çətinlik kimi görünən hadisələrdən ötrü əhvali-ruhiyyəsinin pozulmamasıdır. İkincisi isə sahib olduğu imkanlara görə lovğalığa və təkəbbürə qapılmamasıdır. Allah müsəlmanların bu xüsusiyyətini bir ayədə belə bildirir:
Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz üçündür. Allah təşəxxüs satıb, qürrələnən heç bir kəsi sevməz! (Hədid surəsi, 23)
İnsan öz həyatında nələrlə qarşılaşacağını əsla bilməz. Bəzən ən gənc yaşında heç gözləmədiyi xəstəliyə tutula bilər və ya bir qəza nəticəsində ömrünü yataq xəstəsi kimi başa vura bilər. Bütün mülkünü itirə və ya qarşılaşdığı hadisələr heç ehtimal etmədiyi şəkildə baş verə bilər. Belə vəziyyətdə Allaha imanı zəif olan insanlar ümidsizliyə qapılar və düşdükləri vəziyyətlərə üsyan edərlər. Allahın onlara verdiyi bütün nemətləri bir anda unudar və Allaha olan sevgi və etibarlarını bir anda itirə bilərlər. Əsl müsəlmanların fərqi məhz bu yerdə ortaya çıxır. Çünki müsəlmanlar Allaha qeyd-şərtsiz iman gətirirlər. Onların Allaha olan sevgi və etibarları başlarına gələn hadisələrə görə dəyişmir. Şübhəsiz ki, bu çox böyük əxlaq pozuntusudur. Məhz əsil müsəlmanların fərqi bu vəziyyətlərdə ortaya çıxar. Çünki müsəlmanlar Allaha şərtsiz iman gətirərlər. Allaha olan sevgi və etibarları başlarına gələn hadisələrə görə dəyişməz. Allahın hər şeydə gözəllik və xeyir yaratdığını bilər və başlarına gələn, gözlənilməz hadisələr qarşısında yalnız səbir edərək təvəkkül edərlər.
Onların Allahın ağlına, mərhəmətinə, ədalətinə olan etibarları tam və qətidir. Buna görə də nəyi itirmələrindən asılı olmayaraq, bunu itki saymaz və buna görə məyus olmazlar. Həmçinin, Quranda əsil müsəlmanların olduqca dinamik, elmi mübarizə içində və bəzən də çətinliklərlə dolu həyat keçirəcəkləri bildirilir. Haqqı təbliğ və müdafiə edən hər müsəlman, mütləq, haqqın ortaya çıxmasından narahat olan insanların əngəl və təzyiqləri ilə qarşılaşacaq. Müsəlmanların insanları dəvət etdiyi gözəl əxlaqı öz mənfəətlərinə uyğun görməyən və din əxlaqının yaşanmasını istəməyən insanlar, əlbəttə, olacaq.
Məhz bu insanlar bəzən sözlə, bəzən də əməli surətdə müsəlmanların din əxlaqını yaşamalarına və insanları Quran əxlaqına dəvət etmələrinə mane olmaq istəyəcəklər. Bu maneələr əsnasında müsəlmanlar bəzən maddi itkiyə uğraya bilər, bəzən həyatları təhlükə ilə üzləşə bilər, bəzən də yaşadıqları yerləri tərk etmək məcburiyyətində qala bilərlər. Lakin itki kimi görünən bütün bu hadisələr müsəlmanlara axirətdə böyük mülk, gözəllik və ehtişam kimi geri qayıdacaq. Buna görə də müsəlmanlar başlarına gələn hər bir hadisəni sevinc və şövqlə qarşılayarlar.
İnsanların həyatında gözlənilməz itkilər ola biləcəyi kimi, gözlənilməz böyük qazanclar da ola bilər. Allah istədiyi insana Öz mülkünün qapılarını tam şəkildə aça bilər, ona uğur, hakimiyyət, səlahiyyət verə bilər. Belə vəziyyətdə Allah müsəlmanların sevinərək qürrələnməmələrinin lazım olduğunu bildirir. Çünki insan mal-mülkdə, səlahiyyətdə və ya hər hansı qazancda yalnız əmanət sahibidir. Belə ki, insana verilən hər şeyin əsas və yeganə sahibi Allahdır. Buna görə də insan özünə aid olan hər hansı xüsusiyyətə görə deyil, Allahın lütfünə və diləməsinə görə rahatlıq və qazanca malikdir. Məhz bunu bilən müsəlmanlar çox böyük nemətlərə və var-dövlətə malik olsalar da, aciz olduqlarını əsla unutmaz və böyüklük iddiasında olmazlar. Sadəcə Allaha şükür edər və özlərinə verilən nemətlərin haqqını verməyə çalışarlar.
Gördüyü işlərlə lovğalanmaq eləcə də həqiqətdə etmədiyi işlərlə öyünmək cəmiyyətdəki bir çox insan üçün xeyli normal davranışdır. Halbuki Ali İmran surəsinin 188-ci ayəsində bu davranışın Allah dərgahında bəyənilməyən əxlaq olduğu bildirilir. Ayədə belə buyrulur:
Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələri (qazanclı) hesab etmə, onların əzabdan xilas olacaqlarını da güman etmə. Onları şiddətli əzab gözləyir! (Ali İmran surəsi, 188)
Belə davranışların təməlində insanın öz əməli hesab etdiyi, əslində isə yalnız Allahın diləməsi və yaratması ilə baş verən işləri özünə aid etmək və bunlarla öz nəfsini ucaltmaq kimi azğın cəhdlər dayanar. Halbuki insan bir işi özü etsə də, etməsə də, əslində, o işi yaradan sonsuz güc və elm sahibi olan Allahdır.
Heç bir insanın özünəməxsus müstəqil gücü yoxdur. Hər şey və hər hadisə Allahın icazəsi və diləməsi ilə baş verir. Dolayısilə insanın sərbəst şəkildə etməyə gücünün çatmayacağı bir şeyə görə lovğalanıb öyünməsi, bu şeyi yaradan Allahı lazımınca qiymətləndirə bilmədiyini göstərir. Bu da insanın öz nəfsini ilahlaşdırması (Allahı tənzih edirik) və nəfsini Allaha şirk qoşması mənasına gələr. Allah Öz ayələrində Ona şirk qoşmağın ən böyük günah olduğunu, bundan əl çəkməyən insanları bağışlamayacağını bildirmişdir. Rəbbimizin sonsuz gücünü təqdir etmək əvəzinə, özünü öyüb yüksəltməyə çalışan insanlar Quranda şiddətli əzabla müjdələnmişlər.
İnkarçılar özlərini yüksəltmək və başqa insanlardan üstün mövqe tutmaq arzusu ilə hər dəfə kiməsə lağ etmək, kimisə alçaltmaq, kiməsə ləqəb qoymaq kimi çirkin əməllərə əl atarlar.
Allah möminlərin bir-birlərinə qarşı cahil insanların əxlaqına aid olan bu davranışları göstərmələrini qadağan etmişdir Allahın bu hökmü Quranda belə bildirilir:
Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Öz nəfsinizi (öz özünüzü) yadırğayıb - hörmətdən salmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır. (Hucurat surəsi, 11)
Möminlər Quranın bu hökmünün tələbi olaraq, bir-birlərinə qarşı olduqca səmimi hörmətlə yanaşarlar. Çünki mömin, Allahın ruhunu daşıyan, Allahın bir çox xüsusiyyətlərini özündə əks etdirən, Quranın bir çox yerində təriflənmiş, sonsuz mükafatla müjdələnmiş varlıqdır. Möminlər bir-birinə Quranda bildirilən bu yaxşı gözlə baxmalı və bir-birlərinə yüksək əxlaqla yanaşmalıdırlar. Çünki əks təqdirdə, Allahın bu hökmünü qulaq ardına vuran insan həmin ayənin davamında bildirilən "iman gətirdikdən sonra fasiq adlanmaq" təhlükəsi ilə qarşılaşa bilər. Tövbə edib bu davranışını düzəltməsə, yenə ayədə bildirildiyi kimi, zalımlardan olar. Zalımlıq isə Quranda iman gətirməyənlər üçün istifadə edilən terminlərdən biridir. Sözlə, ləqəb qoymaqla yanaşı, müxtəlif mimika və hərəkətlərlə də lağ etmək olar. Allahın Hüməzə surəsindəki qaş və göz ifadələri ilə lağ edənlərlə bağlı xəbərdarlığı düşünüldüyü təqdirdə, lağ etməyin Allah dərgahında nə qədər böyük günah olduğu daha yaxşı aydın olar:
Qeybət edib göz-qaş hərəkətləri ilə lağ edən hər kəsin vay halına! (Hüməzə surəsi, 1)
Belə davranan insanın ayənin davamında bildirilən aqibəti, lağ etməyin möminlər üçün son dərəcə çəkinilməsi lazım gələn bir hərəkət olduğunu daha yaxşı ortaya qoyur:
Xeyr! O, mütləq Hutəməyə atılacaqdır. Sən haradan biləsən ki, Hutəmə nədir? Bu, Allahın qaladığı Oddur. O Od ki, qalxıb ürəklərə çatacaq. Həqiqətən, o Od onların üzərində qapanacaqdır. Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar. (Hüməzə surəsi, 4-9)
Mömin başqa bir möminin səhvini müəyyənləşdirib, onu xəbərdar edərkən lağlağı üslub işlətməməyə və bu şəkildə onu incitməməyə çox diqqət yetirməlidir. Belə halda qarşı tərəfin səhvini müəyyənləşdirmək və onu xəbərdar etməklə, insanın özünü qarşısındakından daha ağıllı hesab etməsi, özünü səhvsiz görməyə başlaması yanlış hərəkət olar. İnsanın başqa birinin xəta, nöqsan və ya çatışmayan cəhətlərini müəyyənləşdirib ona lağ etməsi, bunları müəyyənləşdirən insanın daha ağıllı, daha üstün olduğunu göstərməz. Hətta ayədə bildirildiyi kimi, lağ edilən insan bəlkə də Allah dərgahında, özündən daha xeyirli, dolayısilə daha üstündür. Ayənin hökmünü pozaraq lağ edən insanın isə ağıllı olmadığı, tam əksinə, ağlının qapandığı ortadadır. Həmin insan bu hərəkətindən əl çəkməyib müstəğni davranışlarına davam etsə, o, başqa bir ayədə bildirildiyi kimi, "azğın" bir insana çevrilə bilər.
Allah Öz ayələrində möminlərin birlik və həmrəylik içində hərəkət etmələrini, bir-birlərinə hər məsələdə dəstək vermələrini və kömək etmələrini xatırlatmışdır.
Müsəlmanlar vicdanlı, əxlaqlı və şərəfli həyat yaşadıqları üçün Allahın sevdiyi və dəyərli saydığı insanlardır. Lakin Quranda Allah dərgahında dəyərli və hörmətli olan bu qulların sayının azlığına diqqət çəkilir. Allah ayəsində əksər insanların iman gətirməyəcəyini və iman gətirən insanların bir çoxunun da şirk qoşmadan iman gətirməyəcəyini bildirir. Bu isə əsil müsəlmanların yer üzündə azlıq təşkil edəcəyi mənasına gəlir. Dolayısilə bircə müsəlmanın belə iman gətirənlər baxımından əhəmiyyəti çox böyükdür. Belə ki, Quranda müsəlmanların bir-birləri üçün dəyəri, qoruyucu, himayə edən, köməkçi mənasına gələn "vəli" sözündən istifadə edilərək açıqlanır.
Elə buna görə də Allah hər əsrdə sayları olduqca az olan iman sahibi insanların bir-biri ilə sıx bağlı olmalarını əmr etmişdir. Müsəlmanların bir-birinin dəyərini yaxşı bilmələri, hər hansı çətinliklə üzləşəndə bir-birinə tam dəstək vermələri və birləşmələri Quranda müsəlmanların üzərinə qoyulan öhdəliklərdən biridir. Müsəlmanlar hər bir hadisə zamanı və ya hər bir şəraitdə bir-birini Allahın əmrinə görə qoruyar və dəstəkləyərlər. Şifahi, yazılı maddi və ya mənəvi olaraq bütün imkanlarıyla müsəlmanların güclənməsi, inkişaf etməsi və irəliləməsi üçün səy göstərərlər. Allah müsəlmanların bir-birinə necə bağlı olmalarının lazım gəldiyini bir ayədə bu bənzətmə ilə xəbər verir:
Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər! (Saff surəsi, 4)
Ayədə bildirilən ən mühüm xüsus, müsəlmanlar arasında pozulması mümkün olmayan əlaqənin olmasının vacibliyidir. Bu, müsəlmanlar arasında mənəvi bağlılıq qədər, zahirən aydın görünən güclü bağlılığın da yaranmasının lazım olduğuna işarə edir. Yəni Quranda müsəlmanları uzaqdan seyr etmək və dəstəkləmək kimi məntiq yoxdur. İman gətirən bir insanın yeri, hər şeyi ilə müsəlmanların yanıdır. Buna görə də, inanc sahibi olan bir insan ibadətlərini, xidmətlərini və fikri mübarizəsini müsəlmanlar arasında yerinə yetirməklə, onlara dəstək verər.
Allahın şanının ucaldılması, İslam dininin maraqlarının və möminlərin haqlarının qorunması, cahil insanların əxlaqına qarşı fikri mübarizənin aparılması, çox güclü birlik və həmrəyliyə əsaslanaraq mümkün ola bilər. Eyni zamanda möminlər Qurana əməl etməkdə, Allahın əmrlərini yerinə yetirməkdə təkcə bu yolla müvəffəq ola bilər və Allahın rizasını qazana bilərlər. Buna görə də möminlər arasındakı bağlılığın, həmrəylik və qardaşlıq ruhunun zədələnməsinə və ya zəifləməsinə səbəb ola biləcək hər cür rəftar və davranışdan qətiyyətlə uzaq olmaq lazımdır. Məhz bu məqsədlə qaçılması lazım olan davranışların başında da "mübahisə etmək" gəlir.
Şeytanın da hər yöndən dəstəklədiyi bu davranışı Allah Quranda qəti şəkildə qadağan etmişdir:
Allaha və Rəsuluna itaət edin. Bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir! (Ənfal surəsi, 46)
Möminlər arasındakı həmrəylik və birlik, onların inkarçılar qarşısındakı güclərinə də təsir edən, həyati əhəmiyyət kəsb edən amildir. Mübahisə etmək isə ayədə də bildirildiyi kimi, bu gücü zəiflədən, heç bir məsələdə həll gətirməyən, fayda verməyən, şeytanın təşviqi ilə göstərilən nəfsani davranışdır. Buna görə də bir anlıq qəflətə qapılaraq mübahisə edən mömin dərhal diqqətini toplayıb ayənin hökmünü xatırlamalı, etdiyi işin Allahın bəyənmədiyi bir iş olduğunu dərk edib, bu davranışından imtina etməli, tövbə edərək bir daha təkrarlamamalıdır.
Möminlər bu cür şeytani şəraitlər və ya bunlara səbəb ola biləcək danışıq və davranışlar qarşısında diqqətli olmalı, belə bir davranışa dərhal müdaxilə edərək onun qarşısını almalıdırlar. Çünki Allah möminlərin hədəfini Quranda bildirmişdir. İnkarçılar, müşriklər və münafiqlərin birləşərək iman sahiblərinə qarşı mübarizə apardığı halda, onları buraxıb möminlərlə mübahisə etmək, onların şövqünü zəiflətmək, gücünü azaltmaq Qurana uyğun olan bir davranış deyil.
Möminlərə hər məsələ ilə bağlı ən doğru yolu Allah və Onun elçisi göstərmişdir. Hansı məsələdə olursa-olsun, Allahın dərgahında qəbul edilən tək bir həqiqət var. Möminlərin heç birinin bir məsələdə digərlərindən fərqli anlayışı, fərqli düşüncəsi ola bilməz. Dolayısilə Quranda tərif edilən möminlər arasında heç bir mövzuda ixtilaf və ya münaqişədən söhbət gedə bilməz. Çünki Quranda diqqət çəkildiyi kimi, fikir ayrılığı və ixtilaf təkcə inkarçılara məxsus xüsusiyyətdir. Quranda möminlərin anlaşmazlığa düşdükləri məsələlərdə Allaha və Onun Rəsuluna müraciət etmələri əmr edilir. Beləliklə hər məsələ ən doğru şəkildə həll olunar. Yoxsa möminlərin öz aralarında, problemləri mübahisə etməklə həll etməyə çalışaraq nəticə əldə etmələri Qurana tamamilə ziddir. Digər bir ayənin hökmüylə də möminlərin mübahisə etmələrinə, aralarının dəymələrinə qarşı, şeytana qapıları bağlayacaq ən gözəl üsulun “sözün ən gözəlini söyləmək” olduğu bildirilmişdir:
Bəndələrimə, ən gözəl sözləri demələrini söylə. Çünki şeytan aralarını vurmağa çalışır. Şübhəsiz ki, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53)
Ey iman gətirənlər! Zənnə qapılmaqdan çox çəkinin; çünki zənnin bir qismi günahdır. Təcəssüs etməyin (bir-birinizin gizli yönlərini araşdırmayın). Bir-birinizin qeybətini etməyin (arxasından danışmayın). Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Məhz, bundan iyrəndiniz. Allahdan qorxub-çəkinin. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, çox Rəhmlidir. (Hucurat surəsi, 12)
Ayədə möminin çəkinməli olduğu üç mühüm davranışdan bəhs edilir: zənnə qapılmamaq, qeybət etməmək, təcəssüs etməmək... Bunlar eyni zamanda bir-biri ilə bağlı olan davranışlardır. Çünki qeybət edən, yəni bir möminin arxasınca dedi-qodu edən insan, deməli onun haqqında onsuz da bəzi mənfi zənlər də bəsləyir. Eynilə təcəssüs edən bir insan da müxtəlif zənlərdən ötrü belə davranışa yol verir.
Bu davranışların üçünün də ortaq xüsusiyyəti möminləri incidən, möminlər arasındakı bərabərliyi və həmrəyliyi pozan, sevgini, şəfqəti və mərhəməti azaldan davranışlar olmasıdır. Bütün bunlar küfr cəmiyyətinin gündəlik həyatında imtina edilməz hal almış çirkin vərdişlərdir. Cahil cəmiyyətin çox təbii qarşıladığı bu vərdişlərin əslində nə qədər narahatedici hərəkətlər olması ayədəki qeybətlə bağlı misaldan da aydın ola bilər. Həmçinin başqa bir ayədə də Allahın "qeybət edənlər" haqqında böyük xəbərdarlığı var. Ayədə belə hökm edilir:
Qeybət edib göz-qaş hərəkətləri ilə lağ edən hər kəsin vay halına! (Hüməzə surəsi, 1)
Xeyr! O, mütləq Hutəməyə atılacaqdır. Sən haradan biləsən ki, Hutəmə nədir? Bu, Allahın qaladığı Oddur. (Hüməzə surəsi, 4-6)
Göründüyü kimi, ayənin davamında həmin davranış tərzini mənimsəyənlərə qarşı qəti cəhənnəm təhdidi var. Bu pis əxlaqın möminlərin çox diqqət yetirməli olduğu Qurandan kənar bir davranış olduğu aydındır. Şeytan, inkarçıların bir-birinə bəslədiyi kin, həsəd və paxıllıqdan irəli gələn təcəssüs və qeybət kimi davranışları möminlərə məntiqli göstərmək üçün, bunları din adından etdirməyə çalışa bilər. Məsələn, səhv və nöqsanları olan bir möminin arxasınca qeybət etməyi onun yaxşılığı və ya dinin mənfəəti üçün olan hərəkət kimi göstərməyə çalışa bilər. Halbuki Allah bu davranışı möminlərə Quranda qəti qadağan etmişdir.
Ayədə bildirilən, möminlərin çəkinməsi lazım olan səhvlər arasında başqa bir davranış da "zənnə qapılmamaq"dır. Qeybət və təcəssüs zənnə görə daha konkret, yəni kənardan görünə bilən səhvlərdir. Buna görə də, bu səhvləri edənləri görən digər möminlər onları xəbərdar edib bu davranışdan çəkindirmək imkanı əldə edirlər. Lakin zənn, qəlbdə yaranan və aşkara çıxarılmadıqca möminin təkcə özünün müəyyən edib tədbir ala biləcəyi bir hadisədir. Bunu etməyib qəflətə düşsə, öz-özünə düşünərkən ayədə günah sayılan bir çox pis zənnə qapıla bilər. Buradan möminin təkcə etdiklərindən deyil, niyyətindən, duyğu və düşüncələrindən də məsul olduğunu anlayırıq. Kitab boyunca təhlil edəcəyimiz kin, həsəd, qorxu, sevgi və buna bənzər bir çox anlayış da məsuliyyət gətirən bu duyğulardandır. Buna görə də, möminin ağlından keçirdikləri və hiss etdikləri də Allahın hüdudlarını aşmamalıdır. Quranı və sünnəni rəhbər tutaraq öz duyğu və düşüncələrini tərbiyə edən insan isə şübhəsiz ki, ən doğru yola çatar.
Möminin qəzəbini boğması, onun səbəb ola biləcəyi müxtəlif səhvlərdən və zərərlərdən qorunmasına vəsilə olar. Quranda qəzəbi boğmaqla əlaqədar belə buyurulur:
Onlar, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyənlər, qəzəblərini boğanlar və insanlar(dakı haqqların)dan bağışlayaraq (vaz) keçənlərdir. Allah yaxşılıq edənləri sevər. (Ali İmran surəsi, 134)
Müəyyən hallarda insanın qəzəblənməsi, yaradılışından qayanaqlanan bir davranış olsa da, ayədə bildirildiyi kimi mömin bu davranışı davam etdirməməli, qəzəbini boğmalıdır. Çünki qəzəb insanın əqli funksiyalarını pərdələyən, onun hadisələri sağlam şəkildə qiymətləndirib doğru qərar qəbul etməsinə mane olan amildir. Belə olan halda da insanın Allahın hüdudlarını lazımınca qoruya bilməsi təhlükə qarşısında qalır. Ədalətdən uzaqlaşmaq, Quranda qəzəbin ən mühüm zərərlərindən biri kimi göstərilir. Çünki qəzəbin ağla pərdə çəkməsi nəticəsində aparılan qiymətləndirmələr və verilən qərarlar emosional olur ki, bu da Qurana uyğun ədalətli nəticəni vermir.
İnsanlara, xüsusən də möminlərə qarşı bəzi şəxsi məsələlərə görə duyulan qəzəb dərhal aradan qaldırılmalı, şəfqət və mərhəmət hissi əsas götürülməlidir. Qəzəblənən insan haqsızdırsa, onsuz da qəzəblənməyə heç bir haqqı olmadığı kimi, haqsız olduğunu qəbul edib səhvini düzəltməlidir. Əgər haqlıdırsa da, yenə qəzəbini boğmalı və ayənin bildirdiyi kimi, bağışlayan olmağı seçməlidir.
Aləmlərə rəhmət olan, mübarək Peyğəmbərimiz (s.ə.v) də qəzəbi boğmağın əhəmiyyətini bir hədisində belə bildirmişdir:
...İbn Ömər (r.ə)-dən rəvayət edildiyinə görə; Rəsulullah (s.ə.v) belə buyurmuşdur: "bir (mömin) qulun sırf Allah rizasını tələb etmək üçün udduğu qəzəb qurtumundan Allah dərgahında savab baxımından daha böyük qurtum yoxdur". (Mace, 10-cu cild, səh. 462)
Bura qədər bəhs etdiyimiz nümunələr, gündəlik həyatda möminlərin başına gələ biləcək müəyyən hallardandır. Bunlardan başqa, yerli-yersiz hər şeyə qəzəblənən insan qrupu da vardır ki, bunlar, təvəkkül, insanların və hadisələrin tamamilə Allahın nəzarəti altında olması kimi əsas imani məsələləri lazımınca dərk edə bilməmişlər. Bu imani çatışmazlıq da ruh hallarına əsəbilik şəklində əks olunmuşdur. Həmişə əsəbi vəziyyətdə olduqlarına görə qəzəblərini boğmağı bacara bilmirlər. Buna görə ilk öncə imani zəifliklərini aradan qaldırmalı, imanlarını çox gücləndirməlidirlər. Eyni zamanda möminin vətənsevərlik duyğusunu digərləriylə qarışdırmamaq lazımdır. Möminlərə qarşı bir haqsızlıq və zülm ediləndə, müsəlmanlara qarşı hər hansı təhqir və ya hücum olanda, möminin vətənsevərliyinin olması onun imanından irəli gələn haqlı və doğru davranışdır. Bu möminlərin elmi mübarizə şövqünü və həyəcanını artıran, onları motivasiya edən ilahi duyğudur.
Doğru yoldan azmış, Allaha üsyana əsaslanan həyat tərzini mənimsəmiş insan fasiqdir. Dolayısilə, ondan Quranın hüdudlarını qoruması, ədalət, doğruluq, dürüstlük, etibarlılıq kimi möminə xüsusiyyətlərinə sahib olmasını gözləmək olmaz. Həmçinin fasiq Allah qorxusu olmayan, möminlərin imanını qısqanan, əlindən gəlsə möminləri də doğru yoldan azdırmaq istəyən, onlara zərər vurmaqdan və öz aləmində onları kədərləndirməkdən zövq alan insandır. Lakin, əlbəttə ki, bu məqsədinə nail olması qeyir-mümkündür. Çünki hər nə etsə də, öz aləmində möminlərin əleyhinə necə bir tələ qursa da, Allah bütün bu planları alt-üst edəcək və yaşanan hər hadisə möminlərin xeyirinə olacaq.
Fasiqdən möminlərə çatan bir xəbər dəqiq məlumat xüsusiyyəti daşımayan, doğru olub-olmadığının araşdırılması lazım olan bir məsələdir:
"Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, onu “ətraflı şəkildə araşdırın”. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!" (Hucurat surəsi, 6)
Doğru olub-olmadığını araşdırmadan, fasiqdən gələn bir xəbərdən ötrü (Quranın meyarlarına əsasən) etibarlı məlumat olmadan hökm vermək, Allahın ayədə bildirdiyi kimi "cahilcəsinə" hərəkət olar. Həmçinin başqa bir ayə ilə də iman gətirənlərin, "haqqında məlumatları olmayan bir şeyin arxasına düşmələri" (İsra surəsi, 36) qadağan edilmişdir.
ADNAN OKTAR: Bir də müsəlmanlara baxın ən asanını deyirəm, bir kərə müsəlmanları sevsinlər, bunun nə çətinliyi var? Bir-birlərinə şübhə ilə baxırlar, bir kərə bu camaat ayrılıqları, məzhəb ayrılıqlarından irəli gələn qəzəb və ayrılığı tamamilə yox etməlidirlər.
Baxın ən asanını deyirəm, bunu edə bilmirəm deyə bilməz, bunda əziyyət vardırmı? Çətinlik vardırmı? Gedəcək salam aleykum – aleykum salam qardaşım necəsən deyəcək. Yemək yeyəcək, söhbət edəcək, baxın ən asanını söyləyirəm. Bu çox böyük fitnədir, bir kərə bu aradan qalxmalıdır. Müsəlmanlara hüsnü-zənn bəslənilməlidir. Dedi-qoduya çox meyllidir müsəlmanlar, çox hissəsi belədir, yaxşı olanlar da var, onları da tənzih edirəm. Hətta məsələn bir dərs mühiti, nəsə olan kimi, dərhal camaatlar barədə dedi-qodu etməyə başlayırlar. Mən bunu çox gördüm. Ən şirin gələn şeylərdən biri bu olur. Yəni iki insan bir yerə gəlsə dərhal dedi-qodu etməyə başlayırlar. Dedi-qodu haramdır, Allah müsəlmanın ətini yeməyə bənzədir. Həmçinin bu bərəkətsizlik, uğursuzluq gətirər. Çox pis şeydir inşaAllah. Bundan başqa İslam əxlaqının dünyaya hakim olması üçün dua edilməlidir. Məsələn, internet saytı; hər kəs saytına yerləşdirsin; "ey Rəbbim, Türk-İslam Birliyini görməyi bizə nəsib et". Elə deyil? "Bütün müsəlmanların birlikdə yaşadığını görməyi bizə nəsib et". "Ey Rəbbim, məsələn Mehdi (ə.s)-ın zühurunu bizə nəsib et". Bir çox başlıq qoya bilərlər. Onların saytına girən, bununla qarşılaşsın. Bu dua yayılsın. Yəni bu əsrdə İslamın hakim olmasını istəyən çox az insan var. (Adnan Oktarın Kayseri, Samsun AKS və Gaziantep Olay telekanallarına verdiyi müsahibədən, 2 dekabr 2009-cu il)
Möminin bütün dəyər mühakimələri Quran və sünnəyə əsaslanır. Sevgi də bunlardan biridir. Mömin təkcə Allahı və Allahın sevdiklərini sevər. Allahın və möminlərin düşmənlərinə qarşı isə əsla sevgi bəsləməz. Bu, Allahın Quranda müəyyən etdiyi açıq və qəti hökm olmaqla yanaşı, onsuz da səmimi mömin imanının təbii nəticəsi olaraq başqa cür hiss edib hərəkət edə bilməz. Bunu içindən gələrək səmimi şəkildə edər. İmanının dərəcəsi ölçüsündə, Allaha və möminlərə duyduğu sevginin dərəcəsi də artar. Buna görə, ən yaxınları üçün olsa da, möminin bu meyardan kənara çıxan dünyagörüşünə sahib olması qeyri-mümkündür.
Ayədə bu hal belə bildirilir:
Allaha və axirət gününə iman gətirən hər hansı qövm (camaat) tapa bilməzsən ki, onlar Allaha və Elçisinə asi olanlarla - ataları, övladları, bacı-qardaşları, öz əşirətləri (nəsilləri) olsa belə - sevgi (və dostluq) əlaqəsi yaratmış olsunlar. Onlar elə kimsələrdir ki, (Allah) onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir... (Mücadilə surəsi, 22)
Lakin hər şeyə baxmayaraq, bəzən Quran hökmlərini yeni öyrənən, iman və İslamla yeni tanış olmuş insanlarda keçmişdə yaşadıqları yanlış sevgi və dostluq anlayışlarını davam etdirmə meyli ola bilər. Əsasən bilik çatışmazlığından və imani baxış prizmasının hələ tam olaraq qəlbə yerləşməmiş olmasından irəli gələn bu hərəkətin nə qədər yanlış olduğu Quranda belə bildirilir:
Ey iman gətirənlər, mənim düşmənimi də, öz düşməninizi də özünüzə vəli tutmayın. Siz onlara qarşı sevgi bəsləyirsiniz, halbuki onlar haqqdan sizə gələni inkar ediblər, Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün elçini də, sizi də (yurdunuzdan) qovub çıxardıblar. Əgər siz Mənim yolumda cəhd etmək (səy göstərmək) və Mənim rizamı axtarmaq məqsədiylə çıxmısınızsa (necə) onlara qarşı hələ də sevgi bəsləyirsiniz? Mən, sizin gizlətdiklərini və aşkar etdiklərinizi bilirəm. Sizdən kim bunu etsə, artıq o, əlbəttə, yolun ortasından azmış olar. (Mumtəhənə surəsi, 1)
Ayədəki bu açıq və qəti xəbərdarlıqdan sonra hələ də əvvəlki sevgi anlayışını davam etdirən, Qurana uyğun dəyər mühakimələrini mənimsəməyən bir insanın yolun ortasından azacağı bildirilir. Əgər insan bu azğın ruh halını gizlədib müəyyən mənfəətləri naminə möminlərin arasında qalmağa çalışsa da, Allah bunu gec-tez ortaya çıxardacaq. Bir ayədə belə bildirilir:
Yoxsa siz, aranızdan cəhd edənləri (səy göstərənləri), həmçinin Allahdan, Onun Elçisindən və möminlərdən başqa sirdaş tutmayanları Allah "bilib (ortaya) çıxartmadan" buraxılacağınızı güman etdiniz? Allah nə etdiklərinizdən xəbərdardır! (Tövbə surəsi, 16)
Möminlər hər dövrdə, Allaha qulluq etmələri, Onun əmrlərini yerinə yetirmələri, insanların deyil, yalnız Allahın rizasını qazanmağa çalışdıqları üçün, yaşadıqları cəmiyyətlər tərəfindən yad qarşılanıblar. İnkarçıların formalaşdırdığı yanlış həyat tərzini və fəlsəfəsini rədd etdiklərinə və Quranda bildirilən əxlaqı mənimsədiklərinə görə müxtəlif reaksiyalarla üzləşiblər. İnkarçı cəmiyyətin bu reaksiyası, əks mövqeyə keçmə, mənəvi təzyiq, qınaq, fiziki hücum və əziyyət formasında baş tutub. Lakin Allaha qarşı tam etimada və sarsılmaz imana sahib olan möminlər, bu təzyiq və qınaqlar qarşısında dinlərindən azca da olsa güzəştə getməyiblər. Bu gözəl əxlaqlarından ötrü də, Allahın kömək və dəstəyini qazanaraq inkarçılar üzərində qələbə çalıblar.
Mömin, İslam əxlaqını yaşayarkən hər zaman fiziki hücumla qarşılaşmaya bilər. Lakin Allahın əmrlərini yerinə yetirməkdəki həssaslığı və inkarçıların batil düşüncə sistemini yox etməkdəki əzmkarlığından ötrü, ətrafındakı insanlar tərəfindən müxtəlif tənqid və qınaqlara məruz qala bilər. Lakin bu insanlar qısa müddət ərzində bu cür qınaqlara güzəştə getməyən, güclü iradəyə sahib olan, Allaha və özünə olan inamı tam olan möminləri yollarından azdıra bilməyəcəklərini dərk edərlər. Möminlər özlərini qınayanlardan deyil, təkcə Allahdan qorxarlar. Tam əksinə, ağılları, səbirləri, fərasətləri, qətiyyətləri və elmi mübarizələrindəki müvəffəqiyyətləri ilə, özlərini qınayanlarda böyük qorxu hissi yaradarlar. Bu cür qınaqlar möminləri daha da ruhlandırar.
Qınayanın qınağından qorxmaq eyni zamanda Allaha şirk qoşmaq deməkdir. Çünki Allah ayələrində "təkcə Özündən qorxulmasının lazım olduğunu" bildirir. Belə bir insan isə İslama deyil, təkcə özünə zərər yetirər. Allah onun yerinə qınayanın qınağından qorxmayan və aşağıdakı ayədə sadalanan üstün xüsusiyyətlərə malik möminləri gətirər:
Ey iman gətirənlər! Sizdən hər kim dinindən dönsə (bilsin ki), Allah (onun yerinə) Özünün onları sevdiyi, onların da Özünü sevdiyi, möminlərə qarşı təvazökar, kafirlərə qarşı isə “güclü və şərəfli”, Allah yolunda cəhd edən (səy göstərən) və qınayanın qınağından qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (mərhəməti ilə) genişdir, biləndir. (Maidə surəsi, 54)
Səhvsiz olmaq ilahi xüsusiyyətdir və yalnız Allaha məxsusdur. Quranda ən yüksək imana və əxlaqa sahib olan peyğəmbərlərin belə müxtəlif səhvlərindən bəhs edilir. Möminlərin də belə səhvlərdən və günahlardan çəkinməsi nəsihət edilir. Quranın bir çox yerində peyğəmbərlərə və bütün möminlərə bağışlanma diləmələri əmr edilir. Həmçinin Quranda iman gətirənlərin bilərəkdən və ya bilməyərəkdən günah edə biləcəkləri də bildirilir. Bu vəziyyət insanın Allah qarşısındakı acizliyinin, hər mövzuda, o cümlədən günah işləməmək, Allahın əmrlərini yerinə yetirmək və qadağalarını pozmamaq mövzusunda belə, yenə Allaha möhtac olduğunun bir göstəricisidir.
Möminin vəzifəsi isə səhv və günahını gördüyü zaman peşman olub imtina etmək, tövbə edib Allahdan bağışlanma diləyərək, eyni günahı yenidən etməməyə çox diqqət yetirməkdir. Yoxsa özünü səhvsiz, günahsız göstərmək, təmizə çıxartmaq deyil... Çünki belə etmək onsuz da Allahın bəyənmədiyi davranışdır:
Belə ki, onlar, kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinərlər. Şübhəsiz ki, sənin Rəbbin çox bağışlayandır. O, sizi daha yaxşı tanıyandır; həm sizi torpaqdan yaratdığı və siz hələ analarınızın bətnində rüşeym halında olanda da. Elə isə özünüzü təmizə çıxartmayın. O, çəkinəni daha yaxşı tanıyandır. (Nəcm surəsi, 32)
Özünü təmizə çıxartmaq narahatlığının altında yatan səbəb, insanın digər insanlar arasında özünü səhvsiz və qüsursuz göstərərək ucaltmaq istəməsidir. Halbuki bunu edən insan, nəinki yüksək yer tutmaq, tam əksinə, Allahın dərgahında və möminlərin gözündə alçalar. Açıqca olmasa da, müəyyən mənada ilahlıq iddia etdiyi üçün (Allahı tənzih edirik) səmimi möminlərin qəlbinə sıxıntı və narahatlıq verər. Öz aləmində möminləri aldadıb onların gözündə dəyər və üstünlük qazandığını güman etdiyi halda, acınılan və idarəedilən biri olduğunu görə bilməz. Bir müddət sonra özü də həqiqətən qüsursuz olduğuna inanmağa başlayar və gündən-günə özünü daha da alçaldan hərəkətlər edər.
Nəfsini təmizə çıxardan insan özünü günahsız gördüyü üçün Allahdan bağışlanma diləməyə, Allaha yalvarıb Ondan əfv diləməyə ehtiyac duymaz. Təkəbbürlənən, heç kimə ehtiyacı olmadığını zənn etdiyindən azıb, sanki özünü ilahlaşdırmış bir insana (Allahı tənzih edirik) çevrilər. Öz fəlakətini hazırlayar. Səmimi mömin isə öz acizliyini, qüsurunu dərk edər və buna görə də, həmişə Allahdan bağışlanma diləyər. Allahın rəhmətini və rizasını qazanmağı umar. Bu halda Allah da onun qüsurlarını örtər, günahlarını bağışlayar, onu həqiqi mənada təmizləyər və üstün mövqeyə gətirər:
Özlərini (tərifləyərək) təmizə çıxardanları görmədinmi? Xeyr; Allah istədiyini təmizə çıxardıb ucaldar. Onlara, "bir xurma çəyirdəyindəki nazik tel qədər" belə haqsızlıq edilməz. (Nisa surəsi, 49)
"Masonların böhtanlarına, kommunistlərin böhtanlarına inanmaq müsəlmanı axirətdə məsul edər. Bax, deyir ki, Allah, "bir fasiq" deyir, yəni Quranın hökmünə əməl etməyən bir insan, Qurana görə hərəkət etməyən bir insan, "sizə bir xəbər gətirəndə", şeytandan Allaha sığınıram, "onu araşdırın, təhqiq edin, yəni gözünüzlə görün, qulağınızla eşidin, yoxsa inanmayın" deyir. Lakin indi belə olmur.
Məsələn, baxıb görürsən ki, bir mason nəşriyyat orqanında bir müsəlmanla əlaqədar müəyyən yazı dərc olunur. "Vay nələr olurmuş?" deyir. Lakin evdə qəhvəsini ağzını marçıldadaraq içir. Ayaqlarını üst-üstə aşırmışdı. Heç bir riskə girməz. Heç bir mübarizəyə daxil olmaz. Bundan başqa, bir əli yağda, bir əli baldadır, öz işində gücündədir, oğul-uşaq sahibidir. Öz ağlına görə işləri yolunda gedir dünyəvi mənada. Lakin digər tərəfdə müsəlman insan Allah rizası üçün varını-yoxunu Onun yolunda xərcləmiş, həyatın bütün ictimai yönlərindən çəkilmiş, hər cür təhlükənin içinə girmiş, dolayısilə hər cür böhtana, təzyiqə, zülmə məruz qalmışdır. Buna baxmayaraq, evindəki o kef içində yaşayan insanların mason qəzetlərdən öyrəndikləri xəbərlərin həmsöhbəti olur. Üstəlik, bir də özünü müdafiə etmək məcburiyyətində qalır.
Bax, o təbliğ etməyən, dini yaymayan insanlar onun haqqında şərh verirlər. O müsəlman da təbliğini dayandırır, bu dəfə onların şərhini də düzəltməklə məşğul olur. Halbuki burada heç olmasa o əhli-kef dəstə, "yoldaş" deməlidir, "mən bir ibadət edim, barı fasiqdən gələn xəbəri araşdırım, inanmayım, gözümlə görüm, qulağımla eşidim" deməli olduğu halda, bunu etmirlər. Bunu etmədikdə nə olar? Müsəlmanın aldığı savab on isə, milyon olar. Savab qazandırma səbəbidir bu varlıqlar. Yəni mütləq hikmətlə yaradılarlar. Məsələn, o olmasa, o fasiqin xəbərinə inanan insanlar olmasa, müsəlman daha az savab qazanar. Müsəlmanın savabını çoxaldan varlıqlardır onlar, bunun üçün onlar da xeyirlə, hikmətlə yaradılarlar. Lakin doğrusunu bilsinlər deyə söyləyirəm. Axirət məsuliyyətini anlasınlar deyə. Yoxsa fayda gətirirlər bu cəhətdən". (Hörmətli Adnan Oktarın 25 yanvar 2010-cu ildəki Adıyaman Asu və Kral Karadeniz telekanallarına verdiyi müsahibədən)
Səmimi və ixlaslı şəkildə, Allahın rizasından başqa heç bir məqsəd və əvəz güdmədən Allah yolunda xərcləmək imanın göstəricisidir. Allah yolunda xərcləyən möminlər bir çox ayədə təriflənmiş və müjdələnmişlər. Allah Ali İmran surəsinin 92-ci ayəsində Öz yolunda xərcləməklə bağlı belə buyurur:
Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə əsla xeyrə nail olmayacaqsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər şeyi biləndir! (Ali İmran surəsi, 92)
İnsanın bir insana və ya bir şeyə verdiyi dəyər, onu əldə etmək üçün fəda etdiyi şeyin ölçüsü ilə düz mütənasibdir. Əgər insan bəzi şeyləri fəda edə bilmirsə, deməli, bu şeylər onun üçün daha dəyərlidir. Heç nə Allahın rizasından və rəhmətindən daha dəyərli ola bilməyəcəyi üçün əsil mömin bütün bunları əldə etmək üçün sahib olduğu hər şeyi bir anda gözdən çıxarda bilər. Belə etmədiyi təqdirdə sevgi və bağlılıq duyduğu bəzi dünyəvi şeyləri Allahın rizasından üstün tutduğu ortaya çıxar. Bu halda da ayənin bildirdiyi kimi, əsla xeyrə nail ola bilməz.
Bir insan Allah yolunda çox şey sərf edə, böyük xidmətlər göstərə, həmişə ibadət edə bilər. Dini biliyi çox artıq ola bilər. Lakin vəziyyət tələb etdikdə sevdiyi bir şeydən ayrıla və onu Allah yolunda sərf edə bilmirsə, bu, imani zəiflik və çox böyük çatışmazlıqdır. Çünki həmin şeyi Allah rizasından üstün tutur. Əməli nə olsa da, bu insan, imanın mahiyyətini qavraya bilməmiş, əvvəllər yaxşı işlər gördüyünü güman etdiyi halda, əməlləri puç olmuşdur. Sevginin təkcə Allaha duyulması, sevilən digər şeylərin və insanların isə yalnız Allahın təcəllası olaraq, Allah da onları sevdiyi üçün, Allahın rizasını qazanmaq üçün sevilməli olduqlarını əvvəlki fəsillərdə qeyd etmişdik. Allahın dərgahında qəbul edilən sevgi forması da budur.
Belə olan halda insan onsuz da sevdiyi, sahib olduğu şeyləri həmişə və heç tərəddüd etmədən sevə-sevə fəda edər. Sevgisi Allah üçün olduğundan heç nəyi itirməz. Çünki Allah hər yeri əhatə etmişdir. Ona şah damarından daha yaxındır. Heç nə itirmədiyi kimi Allahın istədiyi şəkildə davrandığı üçün Allahın daha böyük sevgi və lütfünə nail olar. Əlindən çıxan üçün kədərlənməz, əksinə daha çox sevinər. Əsil mömin davranışı da elə budur. Halbuki insan sevdiyi şeyi və ya insanı Allahdan müstəqil varlıq kimi sevirsə, onu Allaha şirk qoşmuş, bütləşdirmiş olar. Bu şeyi Allah yolunda sərf etməsi lazım gəldikdə, əgər, hər şeyə baxmayaraq, Allahın əmrlərinə tabe olub səmimi şəkildə Onu Allah yolunda sərf edərsə, Allahın diləməsi ilə, cahilliyi və nəfsi ucbatından içinə düşdüyü bu şirkdən təmizlənər. Nəticədə isə xeyrə nail olar və Allahın rəhmətini qazanar.
Bütün ibadətlərdə olduğu kimi, Allah yolunda xərcləyərkən də bu ibadətin hikmətinin yadda saxlanılması çox əhəmiyyətlidir. Allah yolunda xərcləmək möminlər üçün mənəvi təmizlənmə vasitəsidir. İnsan sevdiyi, dəyər verdiyi şeyləri təkcə Allah rızası üçün, Onun rizasını qazanmaqdan ötrü fəda edirsə, yalnız bu zaman sərf etdiyinin Allah dərgahında mənası və dəyəri olar. Beləliklə, mömin Allahın rəhmət və rizasını dünyadakı heç nəyə dəyişməyəcəyini, bu yolda hər şeyini fəda edə biləcəyini sübut etmiş olar. Mömin insan bu şəkildə davranaraq Allahın rizasını və rəhmətini qazanmağa möhtacdır. Allah isə heç nəyə möhtac deyil. Bu mövzu ilə bağlı bir ayədə belə buyurulur:
Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşısından Allah yolunda xərcləyin! Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah heç nəyə möhtac deyildir və təriflənməyə layiqdir! (Bəqərə surəsi, 267)
Allah yolunda xərcləmək üçün, xoşlamadığı, onsuz da başından sovmaq istədiyi, hətta dəyərsiz hesab etdiyi şeyləri verməyə cəhd etmək göründüyü kimi ayədə də qadağan edilmişdir. Zahirən Allah yolunda xərcləmiş olmaq məqsədiylə belə bir hərəkət etmək insana Allahın dərgahında heç nə qazandırmaz. Buna görə də, mömin, yuxarıdakı ayədə bildirilən və Quran əxlaqına zidd olan bu səhvdən diqqətlə çəkinməlidir.
Quran əxlaqından uzaq cəmiyyətlərdə Allah yolunda xərcləmək məsələsində geniş yayılmış yanlış anlayış var. Bu anlayışa görə, vicdanını rahat etmək üçün insan öz mal-dövlətindən az miqdarını xərcləyər. Beləliklə də böyük bir dini vəzifəni yerinə yetirməyin rahatlığı ilə mal-dövlətinin yerdə qalan böyük hissəsini əlində saxlayar. Halbuki Quranda bu hərəkətin yanlış olduğu açıqca bildirilir. Ayələrdə belə buyrulur:
İndi, o üz döndərəni gördünmü? Azca verdi və gerisini daş kimi möhkəmcə əlində tutdu? (Nəcm surəsi, 33-34)
Allahın Quranda bildirdiyi, Öz yolunda xərcləmək ibadəti isə tamamilə fərqlidir. Qurana görə, Allah yolunda xərcləməkdəki meyar; "ehtiyacdan artıq qalan"dır (Bəqərə surəsi, 219).
Bu, Allahı hər kəs üçün fərz buyurduğu bir hökmdür. Rəbbimiz ayədə belə buyurur:
...Və səndən Allah yolunda nə xərcləyəcəklərini soruşarlar. De: "ehtiyacınızdan artıq qalanı". Beləliklə, Allah Öz ayələrini sizə açıqlayar; ümid edilir ki, düşünərsiniz. (Bəqərə surəsi, 219)
Bu hökmə riayət etməyən insan, Allahın sevmədiyi bir davranışı etməklə axirəti baxımından böyük məsuliyyət yüklənir. Çünki ehtiyacdan artıq qalanı əlində saxlayan insan Allahın qəti olan hökmünü israrla yerinə yetirmir. Xəsislik etməkdə və əslində hamısı Allaha aid olan, Allahın özünü sınamaq üçün verdiyi və xərcləməsini bildirdiyi mala haqsız olaraq sahib çıxıb özü üçün saxlayır. Allah əslində inkarçılara məxsus olan bu davranışı göstərən insanları Quranda belə təsvir edir:
Onlar, xəsislik edər, insanlara da xəsislik etməyi əmr edərlər (təklif edərlər). Allahın lütfündən özlərinə verdiyini gizlədərlər. Biz o kafirlər üçün alçaldıcı əzab hazırlamışıq. (Nisa surəsi, 37)
Özündən istəyərlər qorxusuyla Allahın verdiyi malı və nemətləri gizlədən insanların axirətdəki acı aqibətləri Quran ayələrində belə bildirilmişdir:
Ey iman gətirənlər! Həqiqət budur ki, (yəhudi) alimlərindən və (xristian) rahiblərindən əksəriyyəti, insanların mallarını haqsızlıqla yeyər və Allah yolundan döndərərlər. Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli əzabla müjdələ! O gün yığdıqları qızıl-gümüş cəhənnəm odunda qızdırılıb alınları, böyürləri və kürəkləri bunlarla dağlanacaq: "Məhz bu, özünüz üçün yığıb saxladıqlarınızdır; yığıb saxladıqlarınızı dadın!" (deyiləcək). (Tövbə surəsi, 34-35)
O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır. Xeyr! O, mütləq Hutəməyə atılacaqdır. Sən haradan biləsən ki, Hutəmə nədir? Bu, Allahın qaladığı Oddur. (Hüməzə surəsi, 2-6)
Əlbəttə ki, mömin bu ayələrdə göstərilən ölçüdə xəsislik edə və ya mal yığıb saxlaya bilməz. Lakin diqqət yetirməli olduğu şey, azacıq da olsa ayələrdə qınanılan davranışa meyl etməkdir. Bir insan malının çox böyük hissəsini Allah yolunda sərf etmiş ola bilər. Lakin ehtiyacından artıq olan çox az hissəsini özünə ayırmağa və ya gələcəyi üçün saxlamağa normal baxırsa, yuxarıdakı ayələrdə bildirilən düşüncəyə meyl etmiş olar. Çünki xəsisliyin və mal yığmağın əsasını təşkil edən təməl səbəblər gələcək üçün narahatlıq, kasıblıq qorxusu, dünyanı axirətdən ön planda tutmaq kimi narahatlıqlardır. Bu narahatlıqların səbəbi də Allaha olan etibarın zəif olması və təvəkkülsüzlükdür. Təvəkkülsüzlük də iman zəifliyindən irəli gələn mühüm məsələdir. Göründüyü kimi, çox kiçik, əhəmiyyətsiz hesab edilən nöqsanın kökündə çox mühüm qüsurlar dayana bilər. Allahın digər hüdudlarını qorumaqda olan nöqsanlar kimi Allah yolunda xərcləmək məsələsindəki bu nöqsan da insanın həqiqi iman halını, ixlas və səmimiyyət dərəcəsini göstərir. Əsil mömin kiçik mənfəətlərə tamah salmadan, dünyada və axirətdə böyük itki verməkdən qorxub çəkinməklə, Allahın bu hökmünü diqqətlə yerinə yetirməlidir.
Allahın verdiyi nemətin dəyərini qiymətləndirə bilməmək, verilən nemətlərdən istifadə edərkən və ya onları sərf edərkən şüursuz hərəkət etmək israfa səbəb olar. Allah insanları bu mövzuda belə xəbərdar edir:
...Lakin malını israf etmə. Çünki israfçılar şeytanların qardaşları olublar. Şeytan isə Rəbbinə qarşı nankordur. (İsra surəsi, 26-27)
Nemətin qiymətini bilməmək, onun haqqını verməmək Allahın lütfünə qarşı nankorluq etmək deməkdir. Ayədə bildirildiyi kimi, nankorluq şeytanın əsas xüsusiyyəti olduğuna görə israf edərək nankorluq edənlər də şeytana tabe olmuş olar, onun qardaşından fərqsiz olarlar. Nemətin, insanın şükrünü daha da artırması lazım olduğu halda, onu boş yerlərə sərf etmək neməti verən Allahı qiymətləndirə bilməmək deməkdir. Bunun axirətdəki əvəzi də Allahın cənnətindən, rəhmətindən və nemətlərindən uzaq qalmaq deməkdir. Cənnət Allahın sonsuz nemətləri ilə təchiz edilmiş möhtəşəm yerdir. Lakin hələ bu dünyadakı nemətlərə etinasız yanaşan, onların qiymətini bilməyən, Allaha lazımınca şükür edə bilməyən insanın, cənnət nemətlərini layiqincə qiymətləndirib Allahı uca tutması da mümkün deyildir. Cənnətə layiq ola bilmək üçün əvvəlcə dünyadakı bu üstün əxlaqı qazana bilmək lazımdır. Açıqca görünən israfçılıq halları olmasa belə, ən kiçik şeylərdə israfçılıq etmək, neməti diqqətsiz istifadə etmək, zay olmasına, ziyan gəlməsinə səbəb olmaq, bildiyi halda əvvəlcədən zərərin qarşısını alacaq tədbirlər görməmək kimi hərəkətlər də, yenə nemətə nankorluq etmək mənasına gələr. Mömin ən çox, belə nəzərdən yayına biləcək israfçılığa qarşı diqqətli olmalı və Allahın verdiyi nemətlərə nankorluq etməkdən çox qorxmalıdır. Allah sonsuz nemətindən möminlərin ən gözəl şəkildə istifadə etmələrini istəyər; lakin israf etməmək şərti ilə...
Ey Adəm oğulları! Hər məscidin yanında zinətlərinizi taxın, yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz! (Əraf surəsi, 31)
Allah yolunda xərcləmək məsələsində, Allahın razı qalmayacağı bir rəftar da bu ibadətə göstərişin qarışmasıdır. Göstəriş məqsədiylə xərcləmək münafiqlərə və inkarçılara məxsus davranışdır:
Və onlar, öz mallarını insanlara göstəriş etmək üçün xərcləyər, Allaha və axirət gününə inanmazlar. Şeytan, kimə yoldaş olsa, artıq o nə pis yoldaşdır. (Nisa surəsi, 38)
Lakin yenə mömin də özünü belə səhvdən uzaq görməməli, malını xərcləyərkən şüur altında da olsa, niyyətinə Allah rizasından kənar məqsədlərin, gözləntilərin qarışmamasına diqqət yetirməlidir. "Xərcləmədi, az verdi deməsinlər", "qınamasınlar", "canını və malını satmış təqva sahibidir desinlər", "ən çox xərcləyəndir desinlər", "çox üstün imana sahibdir desinlər", "daha çox etibar etsinlər, sevsinlər və hörmət etsinlər", "yer, vəzifə, imkan versinlər" kimi şeytani təlqinlərin, hiss etmədən niyyətinə qarışıb əməlini şirkə döndərməsinə, axirətini təhlükə altına salmasına əsla imkan verməməlidir.
Boş danışıq, Allahın xatırlanmadığı, Allah rizasının nəzərə alınmadığı, insanın axirəti üçün heç bir faydası olmayan danışıqlara deyilir. Heç bir faydası olmadığı və ruha da sıxıntı verdiyi halda, cahil insan, vaxtının böyük hissəsini boş danışıqlarla keçirər. Bir yerə toplandıqları zaman insanları boş danışıqlarla məşğul etmək, şeytanın ən böyük hiylələrindən biridir. Bu üsulla şeytan, insanları Allahı xatırlamaqdan uzaqlaşdırmaq, onların Allahın ətrafda Öz varlığının dəlilləri olaraq yaratdığı saysız-hesabsız ayə və möcüzələri görmələrinə, təfəkkür etmələrinə, yaradılış məqsədlərini düşünmələrinə mane olmaq və axirət üçün istifadə etmələri lazım olan qiymətli vaxtlarını boş yerə sərf etdirmək istəyər.
Şeytan insanları, sosial təbəqələrinə, mədəniyyət və zəka səviyyələrinə əsaslanaraq, onların nəfs və həvəslərinə ən çox uyğun olan mövzuları təlqin edərək, həmişə boş danışıqlara sövq edər. Məsələn, aşağı mədəni səviyyəyə malik insanlar arasında daha çox onların öz sözləri ilə desək, "futbol matçı söhbəti", "cavanlıq söhbəti", "uşaq, yemək ve ev söhbəti" adlandırılan mövzular rəğbətlə qarşılanar.
İş dünyasını əhatə edən digər təbəqədə də, yerli-yersiz hər növ ticari və iqtisadi, birja, faiz kimi mövzular insanların bütün gündəlik həyatlarını məşğul edən məsələlərdir. Özünü ziyalı, intellektual, mədəni göstərmək istəyən bir qrup insan da öz aralarında müxtəlif siyasi və sosial mövzularda, bu günə qədər heç bir konkret faydası görülməmiş müzakirə və danışıqlarla vaxtlarını boş yerə sərf edərlər. Çox mühüm problemləri həll etdiklərini güman edərlər. Çox vaxt televiziyadakı dəyirmi masalarda saatlarla, heç vaxt nəticə əldə edə bilməyəcəklərini, bunların heç nəyə yaramadığını bildikləri halda, sırf özlərini göstərmək və özlərinə, cəmiyyəti və ətrafındakıları düşünən, problemləri həll edən insanlar görünüşü vermək səyindən ötrü müzakirələr apararlar. Üstələməyə, önə keçməyə çalışaraq müxtəlif komplekslərini qane etməyə çalışarlar. Bəzən mövzu din olduqda da, bəziləri Bu boş və məqsədsiz danışıq mühitini, din əxlaqına hücum etmək, kin və nifrətlərini göstərmək üçün fürsət sayarlar. Allah ayəsində bu insanların davranışlarından belə bəhs edir:
İnsanlar içərisində elələri də var ki, cahilliyindən Allahın yolundan azdırmaq və onu əyləncə məsələsi etmək üçün "boş və məqsədsiz" sözləri satın alırlar. Məhz bunlar üçün alçaldıcı əzab var. (Loğman surəsi, 6)
Boş danışıq necə ki, inkarçıların təyinedici xüsusiyyətidirsə, boş danışıqlara məhəl qoymamaq, bundan narahat olmamaq da möminlərin xüsusiyyətidir:
Belə ki, onlar, yalan yerə şahidlik etməyənlər, boş və faydasız sözlə rastlaşdıqları zaman şərəflə ötüb keçənlərdir. (Furqan surəsi, 72)
"Boş və faydasız" söz eşitdikləri zaman ondan üz döndərib: "Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir; sizə salam olsun, biz cahillərə qoşulmaq istəmirik" deyərlər. (Qəsas surəsi, 55)
Şeytan hər bir azğın mövzuda olduğu kimi, Quran əxlaqına zidd olan bu cahil vərdişi də məqbul örtüklər altında möminlərin həyatına daxil etməyə çalışacaq, möminlərin diqqətsiz olduqları vaxtın gəlməsini gözləyəcək. Buna görə də mömin hər zaman ayıq-sayıq olmalı, belə mühitlərlə qarşılaşdığı zaman aludə olmadığı kimi, dərhal müdaxilə edərək Allahın xatırlandığı şəraiti təmin etməlidir. Mömin, inkarçıların cəhalət, ağılsızlıq, boş danışıq kimi kiçik və bəsit olmağın göstəricisi olan vərdişlərini və əxlaq xüsusiyyətlərini heç vaxt özünə yaraşdırmamalıdır.
Cənnətdə möminin ruhunu sıxan hər cür əzab kimi boş danışığın da olmaması çox böyük nemətdir:
Ədn cənnətləri (onlarındır) ki, Rəhman (olan Allah, onu) Öz qullarına qeybdən vəd etmişdir. Şübhəsiz ki, Onun vədi yerinə yetəcəkdir. Onda "boş söz" eşitməzlər; yalnız salam(ı eşidərlər). Səhər-axşam, onların ruziləri ordadır. (Məryəm surəsi, 61-62)
Möminlər boş və mənasız danışıqlara məhəl qoymadıqları kimi, axirətləri üçün heç bir faydası olmayacaq, hətta onlara zərər verəcək boş işlərlə də vaxtlarını itirməzlər. Möminlərin bu xüsusiyyəti ayədə belə bildirilir:
Onlar “bütün boş” şeylərdən üz döndərənlərdir. (Muminun surəsi, 3)
Allahın rizasının nəzərə alınmadığı hər bir iş Quranda bildirilən bu boş şeylərə aiddir. İnsan, Quranda əmr edilən gözəl rəftarı belə, Allahın rizası üçün deyil, vərdiş olduğu üçün, həmin anda özünə asan gəldiyi üçün, prioritetli, lakin nəfsinə ağır gələn başqa işdən qaçmaq üçün və ya hamı edir deyə edərsə etdiyi iş puç ola bilər (doğrusunu Allah bilər). Möminlərin Quranda bildirilmiş və gündəlik həyatlarında yerinə yetirmələri fərz olan müxtəlif ibadətlər var. Mömin, bunlardan savayı qalan vaxtını İslam üçün ən faydalı, Allahın rizasının ən çoxunu qazanacağı işlərlə keçirməli, bu işlərdən maksimum fayda götürəcək şəkildə özünü inkişaf etdirməlidir. Görülən işlərdəki birincilik və aktuallıq sırası da çox əhəmiyyətlidir. Müəyyən vaxtlarda görülməsi lazım olan işləri başqa vaxtda etməyə cəhd etmək, əmək və vaxt itkisinə səbəb ola bilər. Çünki həmin işlər ola bisin ki, o anda ən zəruri və prioritet kəsb edən işlərdir. Bütün bu səbəblərə görə, mömin, cahillərin bütün həyatları boyunca aludə olduğu boş işlərlə maraqlanmamağı kifayət hesab etməməli, etdiyi saleh əməllərə nəfsinin qarışmamasına, hər zaman Allah rizasının daha çoxunu qazanacağı bir işi daha azını qazanacağı işdən üstün tutmağa diqqət yetirməlidir (baxın: "bir işi bitirdikdən sonra başqa işə başlamaq" hissəsi).
Hər gün müəyyən vaxtlarda nizamlı şəkildə yerinə yetirilməsi fərz sayılan ibadətlər var. Lakin bu ibadətləri həmişə yerinə yetirmək, bunları, möminlərdə heç vaxt düşünülmədən yalnız vərdişlə yerinə yetirilən tətbiqlərə döndərməz. Tam əksinə, bu ibadəti Allah üçün yerinə yetirdiyini bilmək, möminə hər dəfə yeni həyəcan və yeni şövq verməlidir. 5 vaxt namaz da bu şəkildə həmişə diqqətlə yerinə yetirilən ibadətlərdəndir. Quranda möminlərin namazlarında huşu içində olduqları bildirilir:
Möminlər, həqiqətən nicat tapmışdır. Onlar namazlarında huşu içində olanlardır. (Muminun surəsi, 1-2)
Huşu, Allaha qarşı duyulan "hörmət dolu qorxu" mənasına gəlir. İnsanın namazda yaşamalı olduğu ruh halı da elə budur. Şüursuzca, düşünülmədən, qeyri-səmimi olaraq Allaha yönələrək yerinə yetirilən ibadətlərin Allah dərgahında hər hansı qiyməti olmaya bilər. İnsanın yerinə yetirdiyi ibadət onun Allaha olan yaxınlığını, təqvasını artırır, təfəkkür və mənəviyyatını inkişaf etdirir, əxlaqını gözəlləşdirir və həmin insanı pis əməllərdən çəkindirirsə, o zaman uca Allahın bu ibadətdən razı qalacağına ümid etmək olar.
Peyğəmbərimiz (s.ə.v) namaza göstərilməsi lazım olan diqqətlə əlaqədar bunları buyurmuşdur:
Səd ibn Əbu Vəqqasdan rəvayət edilmişdir. Sad deyir ki; "mən Rəsulullahdan, namazlarına qarşı qəflət içində olanlar barədə soruşdum". Buyurdu ki; "onlar namazlarının vaxtlarını keçirənlərdir". Əbu Bərzə deyir ki; "onlar o kəslərdir ki, namazlarına qarşı qafildirlər" ayəsi nazil olduqda Rəsulullah belə buyurdu: "Allahu əkbər, bu namaz sizin üçün hər birinizə bütün dünya qədər şeylər verilməsindən daha xeyirlidir. Namazına qarşı qafil olan kimsə qıldığı namazdan xeyr ümid etməyən və qılmamaqdan ötrü Rəbbindən qorxmayan kimsədir". (Ebu Cafer Muhammed b. Cerir etTaberi, Taberi Tefsiri, Hisar nəşriyyat evi, 9/238239)
Yalnız axirət üçün çalışan, dünyanın əsil mahiyyətini dərk etmiş ağıllı mömin, əbədi əzabdan xilas olmaq və cənnətdə daha yüksək dərəcələr əldə edə bilmək üçün, gördüyü hər işi əbədi həyatına təsir edəcək vəsilə kimi görər. O, əlinə keçən, qarşısına çıxan əcr (savab) fürsətlərini əldən verməz. Bu fürsətləri şüurlu şəkildə qiymətləndirər. Bunun nəticəsində də ayələrdə bildirilən nicata qovuşar.
Quran oxunan zaman dərhal onu dinləyin və susun. Ümid edilir ki, sizə rəhm olunsun! (Əraf surəsi, 204)
Ayədəki qəti ifadədən də aydın olacağı kimi, Quran oxunarkən susaraq onu dinləmək Allahın fərz buyurduğu hərəkətdir. Ayənin davamındakı ifadədən də, bu əmrə diqqət göstərməyin möminlərə rəhm olunmasına vəsilə olacağı aydın olur.
Quran Allahın sözüdür. Buna görə də, Allaha göstərilməli olan haşyət, yəni qorxu dolu hörmət eyni zamanda Allahın sözünə qarşı da göstərilməlidir. Bu hörmətin mühüm göstəricisi isə Allahın sözünü eşitdiyi zaman susub, o sözə qulaq asmaqdır. Quran istər ərəb, istərsə də türk dilində və ya başqa dillərdə oxunduğu zaman ona həmin hörmətin göstərilməsi şərtdir. Hər kəsin fərqli işlərlə məşğul olduğu bir mühitdə xəbər vermədən Allahın ayələrini oxumaq, insanların dalğınlıqla istəmədən bu ayənin hökmünə girməsinə səbəb ola bilər. Buna görə də, lazımi hörmət mühitini yaratmadan, Allah kəlamını oxumaq məqbul davranış olmaz.
Bəzən hamı başqa işlərlə məşğul olarkən və heç kim dinləmədiyi halda arxa planda, kasetdən və ya radiodan mütəmadi şəkildə Quran oxunması mühüm ibadət və təqva əlaməti sayıla bilir. Halbuki Quran hörmətlə, hər kəlməsi qəlbən diqqətlə dinlənilməli, yadda saxlanılmalı, üzərində düşünülüb nəsihət alınmalı və əməl edilməli olan "üstün və şərəfli" sözdür.
Allah, sınaq vasitəsi olması üçün şeytanı, insanların düşüncələrinə gizli təlqinlər verə biləcək xüsusiyyətdə yaradıb. Bu təlqinin təsiri də insanların iman dərəcələrinə görə dəyişər. Şeytanın inkarçılara qarşı hər istədiyini etdirəcək gücü olduğu halda, səmimi möminlərin imanına zərər verə biləcək heç bir gücü və təsiri yoxdur (Hicr surəsi, 39-40). Lakin, hər nə qədər Allahın səmimi qullarını azdırmaq gücü olmasa da, onların nəzərlərini yayındırmaq, unutqanlıq vermək, diqqətlərini dağıtmaq kimi narahatlıqlar verməyə çalışa bilər. Şübhəsiz ki, şeytanın təsiri ilə hərəkət edən insanlar öz sözləri, danışıqları, davranış və hərəkətləri ilə möminləri narahat edərlər. Bunun kimi şeytan da özünün görünməzliyi ilə bu cür narahatlığı verməyə çalışar. Bu yolla zehinlərini məşğul edib, diqqətlərini yayındıraraq möminlərin gördüyü xeyirli işlərə əngəl törətməyi qarşısına məqsəd qoyar.
Şeytanın bəhs etdiyimiz bu üsulla nail olmaq istədiyi məqsədlərdən biri, möminlərin Allahın sözü olan Quranı oxuyub dərk etmələrinin və ondan gözəl şəkildə istifadə etmələrinin qarşısını almaqdır. Çünki möminlər Quranla ən doğru yola yönəldilirlər, şeytanın yeganə məqsədi isə möminlərin doğru yoldan azmalarıdır. Buna görə də, onların Quranı anlaya bilməmələrini, yanlış anlamalarını, hətta mümkündürsə Qurandan uzaqlaşıb onu tərk etmələrini arzulayar. Allah şeytanın bu səyinin müqabilində möminin Ona sığınmasını bildirmiş və bunu bir hökm kimi möminlərə fərz buyurmuşdur:
Elə isə Quran oxuduğun zaman, qovulmuş şeytandan Allaha sığın. (Nəhl surəsi, 98)
Allah inanıb, Ona güvənərək, belə davranan insanlara şeytanın heç bir zərər verə bilməyəcəyi belə bildirilir:
Həqiqət budur ki, iman gətirənlər və Rəbbinə təvəkkül edənlər üzərində onun (şeytanın) heç bir məcburedici gücü (hakimiyyəti) yoxdur! (Nəhl surəsi, 99)
... Allah onlardan razı oldu, onlar da O’ndan razı olmuşlardır. |
İnsan iman gətirməklə digər insanlardan xeyli üstün davranışa malik olar. Lakin bu onun imtahanının bitməsi demək deyil. Möminin də bütün insanlar kimi nəfsi var. Allah imtahanın mühitinin tələbi olaraq ona fücurunu (pis xüsusiyyətlərini) və bundan çəkinməyi ilham etdiyini Quranda bildirmişdir (Şəms surəsi, 8). Qısqanclıq, həsəd kimi mənfi əxlaq xüsusiyyətləri də bu fücurlar arasındadır və bütün insanların nəfslərində vardır:
...Nəfslər isə “qısqanclığa və eqoist ehtiraslara” hazır (əlverişli) edilmişdir. Əgər yaxşılıq etsəniz və çəkinsəniz, şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 128)
Qısqanclıq, başqasında olan bir şeyin özündə olmamasından, başqasının bacardığı bir işi özünün bacara bilməməsindən, başqasının aldığı dəyər və tərifi özünün almamasından və buna bənzər hallardan irəli gələn mənfi hissdir. Mal, mülk, gözəllik, zənginlik, dünya və ya axirətlə əlaqədar məqamlar və bunlara bənzər Allahın öz qulları arasında payladığı hər cür maddi və mənəvi nemət, qısqanclığa səbəb ola bilər:
Yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiyi şeyə görə onları qısqanırlar? Həqiqətən Biz İbrahimin nəslinə Kitab və hikmət bəxş etdik və onlara böyük mülk də verdik. (Nisa surəsi, 54)
Möminlər, nəfslərinə imtahan məqsədiylə ilham olunan bu cür pis xüsusiyyətlərdən qorunmaq üçün həmişə mübarizə aparar, nəfslərini təmizləyərlər. Mömin qısqanclıq hissinə səbəb olacaq hər bir hadisədə Qurana uyğun şəkildə davranar. Yəni hər şeyin Allaha aid oluğunu, hər şeyin Allahın diləməsi ilə baş verdiyini, Allahın istədiyini seçdiyini, istədiyinə istədiyi neməti verdiyini, seçimin və qərarın yalnız Ona aid olduğunu bilər.
Rəbbimizin hər şeyi ən gözəl və ən xeyirli şəkildə yaratdığını, dünyada verilən hər cür nemətin insanlar üçün sınaq vasitəsi olduğunu, gediləcək əsil yurdun axirət olduğunu, Allah dərgahındakı dəyər ölçüsünün təqva ilə olduğunu qəlbinə yerləşdirmiş şəkildə hərəkət edər. Qısqanclıq, təkəbbür və eqoistlik, nəfsi cahilcəsinə ilah hesab etməyin (Allahı tənzih edirik) bir nəticəsidir. Buna görə də şeytanın ən xarakterik xüsusiyyətidir. İblisin Allaha üsyan edib inkarçılardan olmasının səbəbi də, eqoistliyi ucbatından Allahın hz. Adəmə verdiyi üstünlüyü qısqanmasıdır.
Şeytanın bu xüsusiyyəti onun ardınca gedən müşriklər və münafiqlərin üzərində geniş şəkildə əks olunar. Qısqanclıq müşriklər arasında gündən-günə artaraq bunun daha sonrakı mərhələsi olan həsəd hissinə çevrilər. Bütün hərəkət və davranışlarına nüfuz edər. Belə insan şeytanın insanlar arasındakı təmsilçisinə çevrilər. Buna görə də Allah həsəd aparanların pis əməllərindən qorunmaları üçün möminlərin Ona sığınmalarını bildirir:
De: "Sığınıram sübhün Rəbbinə!..." (Fələq surəsi, 1)
Həsəd apardığı zaman, həsəd aparanın şərrindən. (Fələq surəsi, 5)
Salam vermək möminlərin bir-birinə ən gözəl dilək və istəklərini təqdimetmə formalarından biridir. Cənnətə daxil olarkən möminlər salamla qarşılanar və cənnətdə də bir-birləri ilə salamlaşarlar. Salam verən bir insanın həmin salama daha gözəl şəkildə və ya ən azı eyni dərəcədə cavab verməsi fərzdir:
Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya verilən salamı olduğu kimi qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir. (Nisa surəsi, 86)
Cahillərin pis əxlaq modelində, verilən salamı almamaq, eşitməməzlik etmək kimi davranışlar qarşı tərəfə üstünlük nümayişi olaraq edilər. İctimai mövqeyi baxımından özündən daha aşağı hesab etdiyi insanları əzmək, onlara həddini bildirmək kimi çirkin niyyətlərlə bu cür davranışlara tez-tez əl atarlar. İslam dinində isə möminlər arasında belə üstünlük anlayışı və qiymətləndirmə modeli qətiyyən yoxdur. Mövqeyindən asılı olmayaraq, özünə verilən salamı almaq hər mömin üçün Quranda bildirilən əmrdir.
Quranda həyatın hər anında, ən kiçiyindən ən böyüyünədək hər hadisədə Allahla mütəmadi əlaqədə olmağa və həmişə axirəti xatırlamağa əsaslanan iman anlayışı təsvir edilir. Həmçinin Quranda peyğəmbərlərdən misal gətirildiyi zaman bir çox yerdə onların hər vəziyyətdə Allaha üz tutan və axirət yurdunu xatırlayan üstün əxlaqlı insanlar olduqlarından bəhs edilir. Bəzi hallarda Allahı və axirəti xatırlayıb, gündəlik həyatda hər gün qarşılaşılan hadisələrdə qəflət içində olmaq kimi bir anlayış Quran əxlaqına tamamilə ziddir. Möminin hər anı, içində olduğu hər vəziyyət, gördüyü hər iş, yaşadığı hər hadisə, onun Allaha yaxınlaşması, əxlaqını gözəlləşdirməsi, savabını artırması üçün verilmiş fürsətdir.
Quranda möminin həyatının hər anında bunu necə edə biləcəyi ilə bağlı bir çox nümunə verilmişdir. Məhz bunlardan biri də möminlərin evlərə daxil olarkən salam verərək gözəl əxlaq göstərməsidir:
...Evlərə daxil olduğunuz zaman Allah dərgahından mübarək və gözəl yaşama arzusu olaraq bir-birinizi salamlayın. Allah ayələri sizə belə izah edir ki, düşünüb daşınasınız! (Nur surəsi, 61)
Rəbbimiz, möminlərin evlərə girdikləri zaman bir-birlərinə salam vermələrini, lakin bunu edərkən bir-birlərinə mübarək və gözəl yaşama arzusu ilə, Qurana və dinə uyğun yaşama arzusu ilə salam verməyə niyyət etmələrinin lazım olduğunu xatırlatmışdır. Buna görə də, salamın niyyətinə diqqət yetirilməsi də çox əhəmiyyətlidir. Möminlər bir-birləriylə qarşılaşdıqları zaman uca Allah (c.c)-dan rəhmət və sağlamlıq diləyərlər. Özlərinə salam verən hər kim olsa da salamı alar və ona daha gözəl şəkildə cavab verərlər. Möminin bu davranışı, Quran əxlaqının insanlar arasındakı sosial münasibətlərə gətirdiyi gözəlliklərdən biridir. Salam ilə, bir-birini tanımayan insanlar arasında sevgi, istiqanlılıq və yaxınlıq əlaqəsi qurulmuş olar. Bu əxlaqın yaşanmasıyla, cahil cəmiyyətlərdə yaşanan hörmətin göstərilmədiyi gərgin mühitlər müsəlmanların olduğu yerlərdə qətiyyən yaranmaz.
Ayədə bildirildiyi kimi ağıl işlədilsə və bu sözün mənası düşünülsə verilən salamla bu ibadətlər yerinə yetirilmiş olar: ən əhəmiyyətlisi Allahın ayə ilə fərz buyurduğu bir hökm yerinə yetirilmiş olar. Bununla yanaşı, Allahın sülh və əmin-amanlıq bəxş edən, mənasındakı "Salam" adı xatırlanar. Möminlər belə bir vəsilə ilə tez-tez bir-birinə ən gözəl arzularını çatdırıb, qarşılıqlı sevgi və bağlılıqlarını möhkəmləndirərlər. Birlikdə Allahı xatırlayar və cənnət davranışı olan salamlaşma ilə axirətə duyduqları həsrəti ifadə edərlər. "Salam" sözü aralarında olan etimad və əmin-amanlığın da bir ifadəsi olar.
ADNAN OKTAR:"Salamı yaymaq sevgini, hörməti artırar. Mən çölə çıxıram, heç kim heç kimə salam vermir. Allaha çox şükür kəndlərdə, qəsəbələrdə o davam edir. Təbii ki, tanıdıqları üçün bir-birlərinə salam verirlər. Lakin şəhərlərdə bu yoxdur. Bu çox ürküdücüdür. Dostluq, sevgi və qardaşlıq çox yayılmalıdır. Məsələn, tənha küçədən keçərkən "salam aleykum" deyərsən, "aleykum salam" deyər. Bu nə deməkdir, "mən etibarlı bir insanam sən də etibarlı bir insansan, məndən sənə zərər gəlməz, səndən də mənə zərər gəlməz". Bu hüzur verər.
İnsanın kim olduğu bəlli deyil, qarşıdan qaranlıq kölgə gəlir. Məsələn, gənc bir qız, uşaq narahat olar. Yaxud cavan oğlan olsa da narahat olar. Qəsbkar da çıxa bilər, oğru da çıxa bilər, psixopat da çıxa bilər, nə olacağı bəlli deyil. Lakin salam yayılmış olsa bu tamamilə ortadan qalxar, mehribanlıq, sevgi mühiti olsa, məhz intiharların kökündə də bunlar var". (Hörmətli Adnan Oktarın 17 noyabr 2009-cu ildə Mavi Karadeniz və Ekintürk telekanallarında canlı yayımlanan müsahibəsindən)
ADNAN OKTAR: "Şübhə duyan, bir-birindən nifrət edən, qorxuyla yaşayan bir cəmiyyət həsrəti içərisində şeytan bir siyasət tətbiq edir. Heç kim bu oyuna aldanmasın. Çölə çıxın, gözünü kim yerdən qaldıra bilir? Belə həyat olarmı? Gözünü yerdən qaldıra bilmir insanlar. Baxa bilmir üzünə. Sən çöldə bir-birinin üzünə baxa bilən insan görürsənmi? Çox nadir. Salam verən bir-birinə, yəni mümkündürmü? Harada salam vermək! Salam versən, arxasını dönə-dönə baxar, nə baş verir deyə.
"Çox üzr istəyirəm" deyir, "nə üçün, niyə salam verdin" deyir, elə deyil? Yəni salam deyə bilmirsən. Gülər üz məsələn, gülər üz göstərsən, insan heyrətlə baxır, dəhşətə gəlir. Hətta bir də təqib də edir, bir şey mi oldu görəsən deyir, bunlar agentdirmi deyir. Yəni bir hissəsində dəlisov paranoya (şübhəçilik) var. Məsələn, bir kompliment demək qeyri-mümkündür. Məsələn, avtomobili gözəl olsa, desən ki, avtomobilin çox gözəldir, insan üçün çox təhlükəli vəziyyət yarana bilir". (Hörmətli Adnan Oktarın 17 fevral 2010-cu ildə Kayseri telekanalında canlı yayımlanan müsahibəsindən)
Quranda möminlərin haqlarını qoruyacaq, maddi və mənəvi rahatlıqlarını təmin edəcək, onların narahat olmalarının qarşısını alacaq hər cür tədbir alınmışdır. Məsələn, yad bir insanın evinə hansı niyyətlə olsa da, icazəsiz və xəbərsiz daxil olmaq Quranda qəti şəkildə qadağan edilən bir davranışdır:
Ey iman gətirənlər, başqalarının evlərinə, yaxınlıq qurub (icazə almadan) və (ev camaatına) salam vermədən daxil olmayın. Bu sizin üçün daha xeyirlidir; ümid edilir ki, öyüd alıb düşünərsiniz. (Nur surəsi, 27)
Pis niyyətlə olmasa belə, ayədə bildirilənin əksinə davranmaq, pis təəssürat və etimadsızlığa səbəb ola biləcək, ev sahibinin can, mal, namus kimi dəyərləri üçün təhlükə yarada biləcək hərəkət tərzi olar.
Şükür etmək, verilən hər cür nemətə görə dil və qəlblə Allaha olan minnət və təşəkkürünü ifadə etmək, bu nemətləri Quranda göstərilən şəkildə istifadə edərək haqqını vermək deməkdir.
Qəlb və dillə yanaşı, şükrün əməl cəhətdən edilməsi də çox əhəmiyyətlidir. Bu da verilən neməti Allah yolunda, Allah rizasının ən çox olduğu yöndə dəyərləndirməklə mümkün olar. İnsan mal, mülk, zənginlik, məqam, mövqe, etimad, zəka, sağlamlıq, güc kimi nemətləri Allah yolunda və Allahın əmr etdiyi şəkildə istifadə etməsə, verilən nemətə layiqincə şükür etməmiş olar.
Buna görə də şükür etmək Quranın bir çox ayəsində təkrarlanan və möminlərin çox diqqətlə qorumalı olduqları bir ibadətdir. Bu ayələrdən bəziləri belədir:
Xeyr, artıq (yalnız) Allaha qulluq et və şükür edənlərdən ol! (Zumər surəsi, 66)
Elə isə Allahın sizə verdiyi halal (və) pak ruzilərdən yeyin; əgər Allaha qulluq edirsinizsə, Onun nemətinə şükür edin. (Nəhl surəsi, 114)
Mömin şükür etməklə Allahın sevgisini və rizasını qazanar, Ona daha çox yaxınlaşar. Səbəblərə, vasitələrə ilişib qalmaz, sahib olduğu hər şeyin yalnız Allahdan gəldiyini bilər və şirkdən uzaqlaşar. Bu yolla verilən nemətin maddi zövqündən dəfələrlə artıq olan mənəvi zövqü alar. Verilən bu nemətlər vəsiləsi ilə Allahı ucaldar.
Bu dünyada verilən bütün nemətlər şükrü və ya nankorluğu ortaya çıxartmaq üçün yaradılmış imtahan vasitəsidir. Bu mühüm həqiqət Quranda belə xəbər verilir:
Öz yanında kitabdan xəbəri olan biri dedi: "Mən, (gözünü açıb yummadan) onu sənə gətirərəm". Birdən (Süleyman) onu öz yanında hazır durmuş vəziyyətdə gördükdə dedi: "Bu, Rəbbimin lütfüdür, görək şükür edəcəyəm, yoxsa nankor olacağam deyə məni sınadığı üçün (bu fövqəladə hadisə baş verdi). Kim şükür etsə, artıq o öz xeyrinə şükür etmişdir, kim də nankorluq etsə, həqiqətən, Rəbbim Qanidir (heç nəyə və heç kimə ehtiyacı olmayandır), Kərimdir. (Nəml surəsi, 40)
Həmçinin hz. Süleymanın Quranda keçən ifadələrindən şükür edə bilməyin belə Allahın çox böyük neməti olduğunu və təkcə Allahın lütfü və diləməsilə ilə insanın şükür edə biləcəyini anlayırıq. Hz. Süleymanın şükür etməklə bağlı çox böyük batini sirrə malik duası ayədə belə bildirilir:
(Süleyman) Bu sözünə gülümsədi və dedi: "Rəbbim, mənə, ana və atama verdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham ver və məni öz mərhəmətinlə saleh bəndələrinin zümrəsinə daxil et". (Nəml surəsi, 19)
İman və bütün saleh əməllər üçün olduğu kimi şükür etməyin də Allahın ilhamı ilə olduğu ayədə açıqca bildirilmişdir.
Vicdanlı insan ətrafına baxdığı zaman hər tərəfdən Allahın nemətləri ilə əhatə edildiyini, bunların heç birini öz gücü ilə əldə edə bilməyəcəyini, təkcə Allahın diləməsi ilə bu nemətlərə qovuşa bildiyini anlayar. İnsanın özünə aid hesab etdiyi vücudu, ağlı və zəkası, hissləri, sağlamlığı və gücü belə bu nemətlərin yalnız bir hissəsidir. Buna görə də, şükür etmək yalnız müəyyən vaxtlarda böyük qazanc və ya fayda əldə edildikdə, gözəl yemək yeyildikdə və ya bəd hadisədən sağ-salamat xilas olduqda dilucu ilə; "əlhamdulillah, Allaha çox şükür" demək deyil. Şükür hər an bütün qəlblə yaşanmalı ruh halıdır. Çünki Allahın nemətlərini saymaqla, hətta ayədə bildirildiyi kimi, ümumiləşdirmə aparmaqla belə bitirmək qeyri-mümkündür:
Əgər Allahın nemətlərini saysanız, onu ümumiləşdirmə apararaq da sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi, 18)
Allahın nemətlərinə şükür etməmək və ya az şükür etmək nankorluqdur. Bu isə şeytanın insanlara qarşı qurduğu çox böyük tələdir. Şeytan həmişə insanları şükür etməkdən uzaqlaşdırmaq istəyər. Şeytanın bu azdırması ayələrdə belə xəbər verilir:
O da belə dedi: "Madam ki, elədir, məni azdırdığına görə onlar(ı insanları azdırmaq) üçün mən də Sənin dosdoğru yolunda (pusqu qurub) oturacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından soxulacağam. Onların əksəriyyətini şükür edən görməyəcəksən". (Əraf surəsi, 16-17)
Göründüyü kimi şeytanın bütün səyləri tək bir əsas hədəf ətrafında toplanır; insanların şükür etmələrinə mane olmaq. Bu mövzuda əksər insanlar üzərində təsir sahibi də olmuşdur:
...Şübhəsiz ki, Allah insanlara qarşı böyük lütf sahibidir, lakin onların əksəriyyəti şükür etməz. (Yunis surəsi, 60)
Şeytanın, xüsusən şükür etmək məsələsində insanlara yaxınlaşacağının bildirilmiş olması, bu ibadətin əhəmiyyətini də göstərir. Şübhəsiz ki, bu qədər mühüm ibadəti tərk edərək nankorluq etməyin Allah dərgahındakı əvəzi də buna uyğun olacaq:
Rəbbiniz belə buyurmuşdu: "And olsun, əgər şükür etsəniz həqiqətən sizə artıraram və and olsun, əgər nankorluq etsəniz, şübhəsiz ki, Mənim əzabım çox şiddətlidir". (İbrahim surəsi, 7)
Bir ayədə Allah belə bildirilir:
Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin Allah onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər. (Nəhl surəsi, 61)
Ayədə insanların, zülmlərindən ötrü sorğu-sual ediləcəkləri təqdirdə, yer üzündə istisnasız heç bir canlının qalmayacağından bəhs edilir. Bura iman gətirənlərin də daxil olduğu çox aydındır. Belə olan halda heç bir mömin özünü xətasız və günahsız hesab edə bilməz.
İman gətirənlər də gün ərzində bilərəkdən və ya bilməyərəkdən bir çox səhvlərə yol verə bilərlər. Ağlının, imanının, şüurunun dərəcəsinə görə bu səhv və günahlar da artıb-azala bilər. Lakin heç kim özünü səhv etməkdən uzaq hesab edə bilməz. Özünü mükəmməl hesab etmək özlüyündə bir səhv olar. Quranda belə mükəmməlik iddiasının fironlara məxsus azğın anlayış olduğu bildirilir.
Mömin insan imanı və bundan irəli gələn şüuru da artdıqca özünü günahsız hesab etməyə deyil, tam əksinə öz səhv və günahlarını daha yaxşı dərk etməyə başlayar. Olduğu şəraiti daha yaxşı dərk etdiyi, Allah qorxusu daha çox artdığı üçün, bir tərəfdən, səhvlərini düzəltməyə, onları təkrarlamamağa çalışarkən, digər tərəfdən isə istəyərək və ya istəmədən etdiyi günahlar üçün həmişə bağışlanma diləyər. Məhz şüurlu möminin göstərməli olduğu davranış budur. Üstəlik, bağışlanma diləmək onsuz da bütün möminlərə fərz buyurulmuşdur:
Və Rəbbinizdən bağışlanma diləyin; sonra Ona tövbə edin. O da sizi, təyin edilmiş vaxtadək gözəl bir meta (fayda) ilə faydalandırsın və hər ehsan sahibinə Öz ehsanını versin. Əgər üz döndərsəniz, bilin ki, həqiqətən mən, sizin üçün böyük bir günün əzabından qorxuram. (Hud surəsi, 3)
Bağışlanma diləməyin nemət verilməsinə səbəb olacağı da bu ayədən aydın olur.
Bir çox Quran ayələrində peyğəmbərlərin müxtəlif səbəblərdən Allahdan bağışlanma dilədiklərindən bəhs edilir. Həmin anda hər hansı bir günahı etmiş olsalar da, Allahın əzabını xatırladıqları zaman və ya Allahın bir imtahanı ilə qarşılaşdıqları zaman peyğəmbərlərin dərhal Allahdan bağışlanma dilədiklərini görürük. Bir ayədə də Peyğəmbərimiz (s.ə.v)-ə insanların dəstə-dəstə dinə daxil olduqlarını gördükdə, Allahı həmd ilə təqdis edib bağışlanma diləməsi bildirilir. Başqa bir ayədə isə cənnətə daxil olan möminlərin təriflənən xüsusiyyətləri arasında onların müntəzəm qaydada bağışlanma dilədiklərindən bəhs edilir:
Sübh çağı isə bağışlanma diləyirdilər. (Zəriyət surəsi, 18)
Göründüyü kimi, bağışlanma diləmək üçün mütləq həmin anda günah işləmiş olmağa ehtiyac yoxdur. Bağışlanma diləmək, müəyyən mənada, möminin qulluğunu, Allah qarşısındakı acizliyini, Onun yardımı olmadan günahdan belə uzaq olmasının mümkün olmadığını dilə gətirməsidir. Bağışlanma diləməyə əhəmiyyət verməməyin əsasında öz acizliyindən, qüsurundan, günahlarından xəbərsiz olmaq kimi qəflət və şüursuzluq halı dayanır. Bunun təbii nəticəsi olaraq insanın qəlbi qatılaşar və vaxt keçdikcə, o, öz nəfsini ilahlaşdırıb (Allahı tənzih edirik) şeytani eqoistlik və müstağnilik (özündən razı) halına girər. Müstağniyyət (özündən razılıq) isə Quranda bildirildiyi kimi, insanları azğınlaşdırar, şeytanın dostlarından birinə döndərər (Yasin surəsi, 75).
Əmanət deyildiyi zaman bu, yalnız məhdud mənada, yəni verilən bir şeyi müəyyən müddətə saxlamaq kimi anlaşılmamalıdır. Boyuna götürülən hər cür vəzifə və məsuliyyət insan üzərində əmanətdir. Bu vəzifə lazımınca yerinə yetirilməzsə, əmanətə xəyanət edilmiş olar.
Quranda tərif edilən mömin dürüst, əmin və məsuliyyət sahibi insandır. O, kiçik məsələlərin, kiçik mənfəətlərin ardınca qaçmaz. Buna görə də, verilən əhdi yerinə yetirmə və ya üzərinə götürdüyü əmanətə ən gözəl şəkildə riayət etmə məsələsində özünə tam etimad edilər. Möminlərin bu xüsusiyyətindən Quranda bir çox ayədə təriflə bəhs edilir:
Onlar, əmanətlərinə və əhdlərinə riayət edənlərdir. (Muminun surəsi, 8)
Onlar özlərinə verilən əmanətə və verdikləri əhdə (tamamilə) riayət edənlərdir. (Məaric surəsi, 32)
...Əhd verdikləri zaman əhdlərinə vəfa göstərənlərlə çətinlikdə, xəstəlikdə və döyüşün qızışdığı anlarda səbir edənlər(in münasibət və davranışlarıdır). Məhz bunlar, dürüst olanlardır və müttəqi olanlar da bunlardır. (Bəqərə surəsi, 177)
Əhd vermək və əmanət boynuna götürmək məsələsində, insanın, daşıya bilməyəcəyini bildiyi yükün altına girməsi düzgün olmaz. Çünki verilən əhdə riayət etməmək, əmanətə xəyanət etmək, Allah dərgahında hesabı veriləcək məsuliyyətlərdir:
...Əhdə vəfa göstərin. Çünki əhd məsuliyyətdir. (İsra surəsi, 34)
Ey iman gətirənlər! Allaha və Onun Elçisinə xəyanət etməyin, bilə-bilə əmanətlərinizə də xəyanət etməyin. (Ənfal surəsi, 27)
Lakin burada mühüm olan xüsus, insanın bacara biləcəyi işlərdə, bacara bilməmək qorxusu, tənbəllik və buna bənzər səbəblərlə məsuliyyət götürməkdən qaçmamasıdır. Bacara bilməyəcəyi işi boynuna götürmək kimi, bacara biləcəyi xeyirli işdən, məsuliyyətdən yayınmaq da insanı məsuliyyətə salar. Məsuliyyət götürmək hər zaman insanın öz seçiminə bağlı deyil. Hələ Allahın əmri kimi qəti itaət tələb edən hallarda onsuz da möminin öz istəyinə görə seçim haqqı yoxdur.
Allah yolunda mübarizə aparılarkən hər kəsə öz təcrübəsinə və qabiliyyətinə görə müxtəlif vəzifələr verilə bilər. "Edə bilmərəm, mən bu məsuliyyətin altından çıxa bilmərəm" kimi səbəblərin heç bir qanuni əsası ola bilməz. Möminin tam itaət, səmimi niyyət və səmimi dua ilə özünə verilən məsuliyyəti ən mükəmməl şəkildə yerinə yetirə bilməməsi üçün heç bir səbəb yoxdur.
Möminin diqqət yetirməli olduğu məsələlərdən biri də, gündəlik həyatda dünyəvi hadisələrin axarına qapılaraq əsil məqsədini unutmamaqdır. Möminin əsil məqsədi, Allahın qulu olduğunun şüuru ilə hərəkət etmək, Quranda bildirilən əmr və tövsiyələri dəqiqliklə yerinə yetirməkdir. İnsan əldə etdiyi imani yaxınlığı həmişə təzələmək və inkişaf etdirmək yönündə səy göstərmədiyi təqdirdə mövcud vəziyyətini də qoruya bilməz. Mənəviyyatı sürətlə zəifləməyə, imani həssaslığı və ağlı isə azalmağa başlayar.
Bəzi insanlar üçün rahat şərait çətin şəraitə nisbətən daha böyük imtahan vəsiləsidir. Çətinlik və əziyyət zamanı ağıl və şüur açıldığı üçün Allahla olan mənəvi əlaqəni qorumaq bəzilərinə görə daha asandır. Lakin mühüm olan bu əlaqəni hər şəraitdə qorumaqdır.
Allah yolunda bir çox çətinliklərin və ağır imtahanların üstəsindən gəlmiş bir insan belə, düşüncəsini, imandan irəli gələn şövqünü, həyəcanını aktiv saxlamalı və əsil məqsədini unutmamalıdır. Əks təqdirdə insanın qəlbi qatılaşar, vicdanı hissiyyatsız olar, dolayısilə düşdüyü fəlakəti görə bilməyəcək və öyüd ala bilməyəcək vəziyyətə düşər. Allahın diləməsi xaricində, geri dönüşü olmayan yola girər. Korlaşan qəlbi artıq axirəti görə bilmədiyi üçün bu müvəqqəti dünyaya yönələr. Dünya və dünyanın müvəqqəti bəzəkləri, saxta cazibəsi ona Allahdan, Rəsulundan və Allah yolunda mübarizə aparmaqdan daha sevimli gəlməyə başlayar. Allah belə təhlükəyə qarşı möminləri Quranda belə xəbərdar edir:
De: "Əgər atalarınız, övladlarınız, bacı-qardaşlarınız, həyat yoldaşlarınız, əşirətiniz, qazandığınız mallar, az qazanc gətirməsindən qorxduğunuz ticarət, xoşunuza gələn evlər sizə Allahdan, Onun Rəsulundan və Allah yolunda cəhd etməkdən (səy göstərməkdən) daha sevimlidirsə, artıq Allahın əmri gələnədək gözləyin. Allah fasiqləri doğru yola yönəltməz". (Tövbə surəsi, 24)
Mömin bilməyərəkdən dünya həyatına meyllənmək təhlükəsi qarşısında xeyli ayıq-sayıq olmalıdır. Möminin hərdənbir qəflətə qapılaraq Allah rizasının olduğu bir işi tərk edib, nəfsinin istəkləri yönündə bəzi dünyəvi faydalara tamah salması, ona yaraşmayan haldır. Belə hərəkətlər mütəmadi hal aldıqda hər zaman küfrə, münafiqliyə açılan bir qapı vardır. Şüurları qapanaraq dünyəvi mənfəəti Allahın Rəsulundan üstün tutaraq, onu ayaqda qoyub gedənlərin vəziyyəti də belədir:
Halbuki onlar (tamamilə Allaha və İslama təslim olmayanlar) ticarət və ya əyləncə gördükləri zaman, (dərhal) ona yüyürdülər və səni ayaq üstə qoydular. De: "Allahın dərgahında olan əyləncədən və ticarətdən daha xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır". (Cümə surəsi, 11)
Qəlbində həmişə Allah qorxusu, qiyamət və cəhənnəm qorxusu olan səmimi möminlər isə dünyanın aldadıcılığına aludə olmazlar:
O kəslər ki, nə ticarət, nə də alışveriş, onları Allahı zikr etməkdən, dosdoğru namazı qılmaqdan və zəkatı verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar. (Nur surəsi, 37)
Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki siz kitabı oxuyursunuz. Yenə də ağıllanmayacaqsınız? (Bəqərə surəsi, 44)
Quranı yaxşı bilən zəkalı və təcrübəli bir insan başqalarının dini mövzulardakı səhv və nöqsanlarını ən kiçik incəliklərinə qədər diaqnoz edə bilər. Onlara bu mövzuda xəbərdar edə bilər. Bu, məqbul xüsusiyyətdir, lakin bunu etmək, insanın eyni səhv və günahları özünün etməsini qanuniləşdirməz. Tam əksinə başqalarına etdiyi xəbərdarlıqdan özü də öyüd almalı və eyni səhvləri etməkdən ciddi surətdə qaçmalıdır. Əks təqdirdə başqalarına etdiyi xəbərdarlıqlar əcr (savab) deyil, axirətdə öz əleyhinə bir dəlil olaraq qarşısına çıxar.
Bir səhvi, başqasını xəbərdar edəcək qədər yaxşı diaqnoz edə bilən bir insanın, eyni səhvi öz nəfsində diaqnoz edə bilməməsi kimi vəziyyət qeyri-mümkündür. Əlbəttə, o, öz səhvlərini və günahlarını da bilir. Bu isə onun qeyri-səmimi olduğunu göstərir. Məsələn, yalançı birinin insanları doğruluğa, riyakar birisinin insanları səmimiyyətə, namaz qılmayan birisinin isə insanları namaz qılmağa çağırması çox böyük qeyri-səmimilik və ikiüzlülükdür. Yuxarıdakı ayənin sonunda belə insanların "yenə də ağıllanmayacaqsınız?" sözləri ilə xəbərdar edilmələri də, söylədikləri şeyləri əvvəlcə özlərinin yerinə yetirməli olduqlarının açıq göstəricisidir.
Belə ikiüzlü hərəkətlərin əsasını, insanlar üzərində mənəvi nüfuz qazanmaq, çəkinilən, sözü dinlənilən insan olmaq kimi Qurana zidd düşüncələr təşkil edir. Əlbəttə, belə davranan insanın əsil məqsədi Allahın hüdudlarının, dinin maraqlarının qorunması, batilin yox olması, möminlərin səhv və günahlarının düzəlməsi deyil. Etdiyi xəbərdarlıqlar bu səhvlərin işlənməsi məsələsindəki həssaslığından və Allah qorxusundan irəli gəlsəydi, şübhəsiz ki, eyni günahları işləməkdən ən çox özü çəkinərdi. Belə insanlar möminlərin səhv və günahlarını özlərinin məqam, vəzifə və etibarları üçün böyük fürsət sayarlar. Halbuki dini mövzuları, Quranda bildirilən hökmləri, bu cür nəfsani hörmət və etibar qazanmağa alət etmək insanı axirətdə böyük fəlakətə sürükləyə bilər.
Özündə olan bir səhvi başqa mömin qardaşında da gördüyü zaman mömin insanın edəcəyi ən gözəl və səmimi hərəkət, ona əvvəlcə eyni səhvin özündə də olduğunu demək, bununla bağlı həmişə bir-birinə xatırlatma edərək, ortaq səhvlərini düzəltməkdə bir-birini izləmək və təşviq etməkdir.
Ey iman gətirənlər! Müəyyən müddətədək bir-birinizə borc verdikdə onu yazın. Qoy bunu aranızda bir katib düzgün qeyd etsin. Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın və yazsın. Qoy o yazsın, üzərində haqq olan da (borc alan) yazdırsın, Rəbbi olan Allahdan qorxsun və borcdan heç nə əskiltməsin. Əgər üzərində haqq olan (borc alan) ağıldan zəif və ya acizdirsə və yaxud özü yazdırmağa qadir deyilsə, vəlisi düzgün yazdırsın. Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun ki, qadınlardan biri çaşdıqda, o birisi onun yadına salsın. Şahidlər şahidlik etməyə çağırıldıqda boyun qaçırmasınlar. Az da olsa, çox da olsa, həmin məbləği və onun vaxtını yazmaqdan usanmayın. Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir. Alver etdikdə də şahid tutun. Lakin katibə və şahidə zərər verilməməlidir. Əgər zərər yetirsəniz, şübhəsiz ki, bu, sizin üçün günahdır. Allahdan qorxun. Allah sizi öyrədir. Allah hər şeyi bilir. (Bəqərə surəsi, 282)
Bu ayədə olduqca aydın və müfəssəl şəkildə borc verildiyi zaman yazılmalı olduğu bildirilir. Buradakı ən mühüm xüsus isə yaxınlıq, qohumluq, səmimiyyət, dostluq kimi anlayışları meyar qəbul edərək, ayənin əmrini qulaq ardına vurmamaqdır. Kimlər arasında olmasından və miqdarından asılı olmayaraq, ayə həmin hökmü tətbiq etməmək üçün heç bir istisna göstərməmişdir. Buna görə də əgər insan həqiqətən mömindirsə, ayənin hökmünə qeyd-şərtsiz əməl etməlidir. Həqiqətən də ayədə bildirildiyi kimi, ədalətdən kənara çıxmamaq, irəlidə hər hansı şübhəyə, yanlış anlama və haqsızlığa yol verməmək üçün, bu cür tədbir ən mühümdür. Tənbəllik kimi nəfsani vəziyyət də ayənin hökmünün ehmal edilməsinə qətiyyən səbəb ola bilməz.
Möminlər heç bir halda inanclarından güzəştə getməzlər. Hər bir mömin olduğu mühitdə, Allahın və Onun dininin təmsilçisidir. Bu həqiqəti dərk edən və bu məsuliyyəti daşıyan möminə Allahın və dininin əleyhinə danışılan mühitlərdə olmaq yaraşmaz. Onsuz da, bu vəziyyət Quran ayələrində qəti olaraq qadağan edilmişdir:
O, sizə Kitabda: "Allahın ayələrinin inkar edildiyini və onlara istehza edildiyini eşitdiyiniz zaman, onlar başqa söhbətə dalıb keçənə qədər, onlarla bir yerdə oturmayın, yoxsa siz də onlar kimi olarsınız" deyə nazil etdi. Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını cəhənnəmdə toplayacaq. (Nisa surəsi, 140)
Ayələrimizi lağlağıya qoyanları gördüyün zaman, (onlar başqa söhbətə keçənə qədər) onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırladıqdan sonra zalım tayfa ilə birgə oturma. (Ənam surəsi, 68)
Cahil cəmiyyətin üzvlərinin əsas xüsusiyyəti Allahı qiymətləndirə bilməmələri və Onun gücündən xəbərsiz olmalarıdır. Müşriklər bu düşüncəsizliyin verdiyi çirkin cəsarətlə, öz aləmlərində vicdanlarını rahat etmək üçün bəzən Allahın və dinin əleyhinə danışa bilərlər. Bu, bəzən açıq hücum, bəzən eyhamlı söz atmaq, bəzən də din haqqında cahilcəsinə verilən hökm formasında ola bilər. Şərtlər nə olsa da, belə mühit yarandıqda, əgər bu vəziyyəti düzəltmək imkanı yoxdursa, oranı tərk etmək möminə fərzdir. Bu hala laqeyd qalmaq, mühitin bir parçası olmaq, Allahın şanını və şərəfini ucaltmaq vəzifəsi daşıyan möminə yaraşmadığı kimi, onsuz da Quranda haram buyurulmuşdur.
Həmd və təqdis etmək möminin həyatının bir hissəsidir. Həmd hər növ tərif, ucaltma və iltifata təkcə Allahın layiq olduğunu, təqdis isə Allahın ağla gələn hər cür qüsur və səhvdən uzaq olduğunu həm dildə, həm də qəlbən təsdiq etməkdir.
Həmd və təqdisin təkcə möminlərin deyil, eyni zamanda bütün kainatın ibadəti olduğu ayələrdə belə xəbər verilir:
Yeddi göy, yer və onlarda olanlar Onu təqdis edər; Onu təriflə təqdis etməyən heç nə yoxdur, lakin siz onların təqdisini qavramırsınız. Şübhəsiz ki, O, Həlimdir, Bağışlayandır. (İsra surəsi, 44)
Göy gurultusu Onu həmd ilə, mələklər də Ona olan qorxularından təqdis edərlər... (Rad surəsi, 13)
5 vaxt namaz qılmaq kimi, müəyyən edilmiş vaxtlarda Allahı təqdis etmək və Ona həmd etmək də Quranda keçən fərzlərdəndir. Mömin Allahın fərz buyurduğu məsələlər arasında öz anlayışına görə əhəmiyyətlilik ardıcıllığı apara bilməz. Yəni namaz qılmağı təqdis etməkdən və ya oruc tutmağı zəkat verməkdən daha əhəmiyyətli və ya əhəmiyyətsiz hesab edə bilməz. Allahın əmrlərini tam yerinə yetirər. Allah insanı yalnız Özünə qulluq etməsi üçün yaratmışdır. Allahı Quranda bildirilən beş vaxtda, Allahın istədiyi şəkildə təqdis etmək möminin gündəlik həyatında ən mühüm vəzifələrindən biridir. Sübh namazı və əsr namazı vaxtlarında təqdislə yanaşı, həmd edilməsi ayələrdə xüsusən bildirilmişdir.
Təvazökar olmaq Quranda Allahın təriflədiyi davranışdır. Təvazökar mömin digər möminlərə əminlik və şövq verər. Həqiqi mənada təvazökarlıq insanın sahib olduğu bütün xüsusiyyətləri Allaha borclu olduğunu bilməsi, Allahdan başqa heç bir gücün olmadığını qəbul etməsi ilə mümkündür. Bu düşüncəyə malik insan nə qədər gözəl, müvəffəqiyyətli, zəngin, ağıllı və ya güclü olsa da, bütün bunların Allahın verdiyi müvəqqəti xüsusiyyətlər, özü üçün imtahan vəsiləsi və saleh əməl işləmək üçün fürsət olduğunu bilər. Sahib olduğu heç bir xüsusiyyət onun təkəbbürlənməsinə, lovğalanmasına səbəb olmaz. Bu üstün əxlaqı, Allahın ruhunu daşıyan, Onun yer üzündəki xəlifəsi olan möminlərə qarşı hörmət və təvazökarlıq formasında əks olunar. Bu əxlaqa malik olan möminlər ayələrdə təriflənmiş və müjdələnmişlər:
...Sən təvazökar olanlara müjdə ver! (Həcc surəsi, 34)
Ey iman gətirənlər! Sizdən hər kim dinindən dönsə (bilsin ki), Allah (onun yerinə) Özünün onları sevdiyi, onların da Özünü sevdiyi, möminlərə qarşı təvazökar, kafirlərə qarşı isə “güclü və şərəfli” olan, Allah yolunda cəhd edən (səy göstərən) və qınayanın qınağından qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (mərhəməti ilə) genişdir, biləndir. (Maidə surəsi, 54)
Yuxarıdakı ayədən də aydın olduğu kimi, təvazökar rəftar göstəriləcək insanlar təkcə möminlərdir. Cahil insanlara qarşı davranış isə bunun tam əksi olacaq. Çünki iman gətirməyənlər Allaha üsyan etmişdir, Allaha, Onun elçisinə və möminlərə qarşı müharibə başlatmışdır. Quranda möminlərin, yer üzündəki varlıqların ən aşağısı kimi xarakterizə edilən və Allaha üsyan edən bu insanlara necə davranmalı olduqları belə bildirilmişdir:
Ey Peyğəmbər! kafirlərə və münafiqlərə qarşı cəhd et (səy göstər). Onlara qarşı sərt və caydırıcı (fikrindən daşındıran) davran. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir. (Tövbə surəsi, 73)
Onlarla vuruşun ki, Allah sizin əllərinizlə onlara əzab versin, onları alçaltsın, sizə onların üzərində qələbə çaldırsın, mömin camaatın qəlbini sevindirsin və möminlərin qəlbindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah Biləndir, Hökm və Hikmət sahibidir. (Tövbə surəsi, 14-15)
Möminlərin bu xüsusiyyətləri digər bir ayədə belə ifadə edilmişdir:
Məhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. (Fəth surəsi, 29)
Allah Quranda müsəlmanlara, yaxın və səmimi dost olaraq Allaha iman gətirənləri göstərmişdir. Həmçinin Allah müsəlmanların kafirlərə və münafiqlərə qarşı fikri mübarizə aparmalarını əmr etmişdir. Buna görə də, bir müsəlman münafiqə və ya kafirə qarşı həmişə Quranda bildirilən şəkildə davranar. Quran və sünnədən başqa, iman gətirən insanın rəftarını təyin edən başqa meyar ola bilməz. Bir müsəlmanın digər müsəlmanlara hörmət və sevgi göstərməsi, həmçinin münafiq və dinsizlərə qarşı caydırıcı (fikrindən daşındıran) davranması da bir ibadətdir. Qəlbində Allahın dininə kin bəsləyən və əlindəki imkanlardan gizli və açıq şəkildə müsəlmanların əleyhinə istifadə edən münafiqə sevgi və isti münasibət göstərmək, bu insanın dinə və Allaha qarşı olan kinli davranışına müəyyən mənada dəstək vermək və təsdiqləmək mənasına gələr. Lakin burada işlənmiş caydırıcı (fikrindən daşındıran) sözündən yanlış məna çıxartmamağın lazım olduğunu da xatırlatmaqda fayda var. Çünki burada nəzərdə tutulan caydırıcılıq (fikrindən daşındırma) fiziki qüvvə ilə tətbiq edilən caydırıcılıq (fikrindən daşındırma) deyil. Buradakı caydırıcı (fikrindən daşındıran) sözünün mənası, müsəlmanların dinlərinə olan güclü bağlılıqları və qətiyyətlərindən ötrü, münafiqlərin həvəsdən düşməsi və dinə qarşı mübarizə aparmaqdan geri çəkilmədir. Həmçinin münafiqlər və iman gətirməyənlərin müsəlmanlara qarşı açıq və ya gizli fəaliyyətlərini aşkar edərək mane olmaq, onların Allaha və dinə qarşı olan davranışları müqabilində ortaya açıq davranış tərzi qoymaq, onlarla yaxın dost olmamaq mənasındadır. Münafiqlərin ən çox qorxduqları insanlar təqva sahibi müsəlmanlardır. Allah Öz ayələrində münafiqlərin möminlərdən Allahdan qorxan kimi, hətta daha çox qorxduqlarını bildirir. Buna görə də, Allaha və müsəlmanlara düşmən olanların qəlbində qorxu yaradacaq təqvaya sahib olmaq müsəlman üçün çox gözəl ibadətdir. Müsəlman olmayan, lakin din mövzusunda möminlərə qarşı mübarizə aparmayan insanlarla yaxşı yola getmək və ya din əxlaqının yenicə təbliğ edildiyi insanlarla gözəl rəftar etmək, gözəl danışmaq da yenə bu mövzunun hüdudlarını təyin edən Quran meyarlarıdır.
Bir möminin imanının gücü, səmimiyyəti və qətiyyəti onun Allah yolundakı elmi mübarizəsindən və vətənsevərlik hissinin gücündən aydın olar. İnsanın din əxlaqı məsələsində zəif və ya şövqlü olmasını, bu elmi mübarizədə göstərdiyi münasibət və davranışlar müəyyən edər.
Dində zəiflik göstərmək, möminlər arasında olduğu halda, imani kamilliyə tam nail ola bilməmiş insanlara məxsus xüsusiyyətdir. Bu insanda zəiflik, çətin anlarda geri çəkilmək, risk etməmək, nəfsinə zərər gəlməsindən çəkinmək, nəfsinin rahatlığını və mənfəətlərini dinin mənfəətlərindən üstün tutmaq şəklində ortaya çıxar. Rahatlıq vaxtlarında isə özünü, iman gətirməyənlərin və fitnənin varlığından narahat olmamaq, onlarla elmi mübarizə aparmaq yönündə heç bir düşüncəyə sahib olmamamaq və ya cəhd göstərməmək, məsuliyyət götürməkdən və nəfsini çətinliyə salmaqdan qaçmaq, hadisələr qarşısında passiv və reaksiyasız davranmaq, asta hərəkət etmək kimi formalarda özünü göstərər. Bu yanlış anlayışları, bu insanların məntiqi mühakimələrini və hadisələri qiymətləndirmələrini də tərsinə döndürər. Belə ki, onların şüuru, Allah yolunda üzləşdikləri çətinlik və ya təhlükədən qaçmağı özləri üçün qazanc, hətta Allahın neməti olaraq görəcək qədər qapanmışdır:
Şübhəsiz ki, aranızda asta hərəkət edənlər var. Əgər, sizə bir müsibət üz versə: "Doğrusu Allah mənə lütf etdi ki, onlarla birlikdə olmadım" deyər. (Nisa surəsi, 72)
Belə insanların öz aləmlərində vicdanlarını rahat etmək üsulları da, onsuz da lazım gələni edənlərin olduğunu irəli sürmələridir. Lakin çətinlik və sıxıntı anları sovuşaraq, onların heç bir payının olmadığı zəfər anı gəldiyi zaman peşman olduqlarını dilə gətirərlər. Möminlərin sahib olduğu şərəfli məqamlardan nə qədər uzaq olduqlarını dərk edərlər:
Əgər sizə Allahdan bir lütf (zəfər) yetişsə, o zaman da, sanki onunla aranızda heç bir yaxınlıq yoxmuş kimi, şübhəsiz, belə deyər; "kaş ki, onlarla birlikdə olsaydım, beləliklə mən də böyük "qurtuluş və xoşbəxtliyə" nail olaydım". (Nisa surəsi, 73)
Beləliklə, axirətləri üçün qazana biləcəkləri çox böyük əcr (savab) fürsətlərini, üstün məqamları da əldən vermiş olarlar. Allah möminlərin arasında olan bu zəif kəslərin, möminlərə mənfi yöndə təsir göstərməməsi, onların şövqlərini, həvəs və əzmlərini yox etməməsi üçün səmimi möminləri xəbərdar edir və bənzər xarakteri qadağan edir:
Elə isə sən səbir et; şübhəsiz ki, Allahın vədi haqdır; yəqinliklə inanmayanlar qətiyyən səni təşvişə salıb zəiflik göstərməyə (və ya ruh düşkünlüyünə) sövq etməsinlər. (Rum surəsi, 60)
Əlbəttə ki, daimi zəiflik həqiqi iman sahibi olan bir insana aid edilə bilməz. Lakin mömin müvəqqəti zəiflikdən, laqeydlikdən, məsuliyyətsizlikdən, hərdənbir nəfsinə tabe olmaq kimi zəifliklərdən kəskin şəkildə qaçmalıdır. Möminlərə müxtəlif məsələlərdə zəiflik göstərməyi qadağan edən ayələrdən bəziləri bunlardır:
(Düşməniniz olan) Qövmü axtarmaqda zəiflik göstərməyin. Siz əziyyət çəkirsinizsə, şübhəsiz ki, onlar da sizin əziyyət çəkdiyiniz kimi əziyyət çəkirlər. Halbuki siz onların ümid etmədiklərini Allahdan ümid edirsiniz. Allah biləndir, hökm və hikmət sahibidir. (Nisa surəsi, 104)
Ruhdan düşməyin, kədərlənməyin. Əgər (həqiqətən) iman gətirmisinizsə ən üstün olan sizsiniz. (Ali İmran surəsi, 139)
Quranda tərif edilən ideal mömin əxlaqı isə bütün həyatı boyu istər sıxıntı və çətinlik anlarında, istərsə də rifah və rahatlıq anlarında dinin mənfəətlərindən heç bir güzəştə getməyən, bütün vəziyyətlərdə Allahın rizasını nəfsinin arzularına dəyişməyən insandır. O, öz şövq və həyəcanını, qətiyyətini heç bir halda itirməz, zəiflik göstərməz və boyun əyməz. Bu mömin əxlaqı Quranda keçmiş ümmətlərdən nümunə gətirilərək belə tərif edilir:
Neçə-neçə peyğəmbərlə birlikdə bir çox Rəbbani (alim)lər döyüşdülər ki, Allah yolunda özlərinə üz verən (çətinlik və əziyyət)dən ötrü nə ruhdan düşdülər, nə də boyun əydilər. Allah səbir edənləri sevər. (Ali İmran surəsi, 146)
Digər bir ayədə isə axirət üçün ciddi səy göstərməyin dəyərindən bəhs edilir:
Kim də axirəti istəyər və mömin olaraq ciddi səy göstərməklə onun üçün çalışarsa, məhz belələrinin səyi şükürə layiqdir. (İsra surəsi, 19)
ADNAN OKTAR: "Hay maşaAllah, Siirtin igidləri, Cənub-Şərqi Anadolunun igid qardaşları, bizim canımız ciyərimizdir onlar inşaAllah. Könülləri çox-çox rahat olsun, çox gözəl qurtuluşa doğru gedir bütün İslam ümməti, bütün türklük aləmi, o qoç igidlər də çox rahat edəcəklər inşaAllah.
Bir-birini çox yaxşı sevsinlər, qorusunlar, mədəniyyətlərini və biliklərini artırsınlar, hər şeyə çox humanist yanaşsınlar, könülləri çox rahat olsun. Sonunda tam qurtuluşa gedəcək, inşaAllah. Amma baxın, məsələn, mən dünən səhər Quran oxuyurdum, baxdım; həmişə qövmlərin həlaklarından bəhs edilir, budur Ad qövmü, Səmud qövmü, Firon qövmü Allahın sözünü dinləməyiblər, həmişə fəlakətə uğrayıblar, lakin Allahın həmişə axtardığı bir şey var, üstündə dayandığı bir şey var. Yəni əziyyət olmadan, çətinlik olmadan Allah o dini qəbul etmir. Xalq arasında yanlış klassik ənənəvi quruluş kök saldı. Zənn edirlər ki, doğularlar, böyüyərlər, məktəbə gedərlər, namazlarını qılarlar, sakit, mülayim həyatları olar. Lazım gəlsə Avropada da təhsil alarlar, işləri olar, evlənərlər, əsil-nəsəb sahibi olarlar, namazlarını qılarlar və ölərlər. Mən belə bir həyat görə bilmədim Quranda, yəni görən varsa mənə desin, belə şey yoxdur.
Əksinə Allah deyir; "daha əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən dərhal cənnətə girə biləcəyinizi mi zənn etdiniz" deyir Allah. "Onlara elə dözülməz çətinliklər üz verdi ki," deyir, elə deyil, şeytandan Allaha sığınıram. Təbii ki, çox şiddətli imtahanlardan keçir möminlər. Dolayısilə belə rahat həyatı hər kəs seçə bilər, mən də edə bilərdim bunu, Süleyman Hilmi Tunahan həzrətləri də edə bilərdi. Bədiüzzaman da edə bilərdi, elə deyil? Abdulhakim Arvasi həzrətləri edə bilərdi, Əli Heydər əfəndi edə bilərdi; heç biri etməyiblər. "Mübarəklər onlar etsin, biz seyr edək"; belə şey yoxdur, yəni onlar öz qurtuluşunu təmin etmiş olar, özü xilas olar. Yəni onların bizim qurtuluşumuza təsiri olmaz, belə şey yoxdur. Dolayısilə hər kəs ayrı-ayrılıqda Bədiüzzaman ruhunda, Süleyman Hilmi Tunahan həzrətlərinin ruhunda, Abdulhakim Arvasi həzrətlərinin ruhunda olmalıdır. Təbii ki. Mən xəbərdar edirəm, yəni bax doğrusunu deyirəm. Çünki bax mehdiyyət dövründəyik, mehdiyyət dövründə çox böyük hadisələr var. Çox böyük əziyyət mühitləri olacaq". (Hörmətli Adnan Oktarın Kanal 35, Kayseri və Kanal Avrupa telekanallarındakı canlı müsahibəsi, 7 fevral 2010-cu il)
Ədalət, insanlar arasındakı anlaşmazlıqlara çıxış yolu gətirərkən haqq sahibinə heç bir tərəf tutmadan haqqını vermək mənasını verər. Lakin Quran əxlaqını yaşamayan insanlar əsasən tam və qəti ədalət anlayışı ilə hərəkət etməzlər. Qərar verərkən bir çox xarici amil onların qərarlarına müsbət və ya mənfi yöndə təsir edə bilər. Məsələn, haqqında qərar verəcəyi insanlardan, özünə daha yaxın hesab etdiyi insanın lehinə qərar qəbul edə bilər. Yaxud mənfəətinə uyğun gördüyü, özünə fayda təmin edəcəyini düşündüyü şəkildə hökm verə bilər. Yəni hər növ şəxsi mənfəət naminə ədalətli qərar verməyə bilər. Lakin insanların ədalətsizlikləri daha çox kin bəslədikləri insanlara qarşı olan davranışlarında ortaya çıxar. Nəfsini kin hissi bürüyən insan, qarşısındakı şəxslə bağlı ədalətli qərar qəbul etməkdə çətinlik çəkə bilər. Keçmişdən gələn içində saxladığı kin, qarşı tərəfdə haqq payı olsa belə, bu haqlılığı ortaya çıxartmasına icazə verməyə bilər. Yaxud kin bəslədiyi cəmiyyət və ya insanın haqqına təcavüz etməyə sövq edə bilər.
Buna görə də, Allah kinin ədalətə mane olma cəhətinə xüsusən diqqət çəkmiş və müsəlmanları bu mövzuda xəbərdar etmişdir:
Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır (Maidə surəsi, 8)
Ayənin əmrinə əsasən müsəlmanlar yaxınlıq, mənfəət, qohumluq əlaqəsi və ya kin kimi səbəblərə görə, qarşılarındakı insan və ya cəmiyyətə heç vaxt ədalətsizlik etməzlər. Qarşılarındakı insanın inancı, düşüncəsi, fəlsəfəsi nə olsa da, hətta müsəlmanların öz inanclarına zidd də olsa, bu onların bu cəmiyyət haqqında doğru qərarı almalarına əngəl deyil. Heç vaxt hisslərinə qapılaraq hərəkət etməz və ağılla düşünməkdən uzaqlaşmazlar. Verəcəkləri hökm əleyhlərinə belə olsa, doğrunu gizlətməz və ya düz yoldan azmazlar.
Şübhəsiz ki, Biz səni haqla müjdə verən və xəbərdar edən biri olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən biri gəlmiş olmasın! (Fatir surəsi, 24)
Müsəlmanların xəbərdaredici xüsusiyyətləri ilə yanaşı, müjdəçi xüsusiyyətləri də var. Çünki Quran insanlara həm xəbərdarlıq, həm də müjdə kimi nazil edilmişdir.
Quranda gözəl xarakterli insanlar üçün bir çox müjdələr var. Şübhəsiz ki, bunların ən əhəmiyyətlilərindən biri gözəl əxlaqlı insanlar üçün hazırlanan cənnətdir. Allah insanların səbirli, səmimi, ədalətli, gözəl sözlü, təvazökar, gözəl xarakterli olacaqları təqdirdə axirətdə, bir çox mükafatlarla qarşılıq görəcəklərini bildirmişdir. Cənnət bu dünya ilə müqayisə edilməyəcək qədər böyük sənətə, zənginliyə və möhtəşəmliyə malikdir. İnsanlar, evlər, məkanlar o günə qədər bənzərinə heç rast gəlmədiyimiz şəkildə və ən gözəl halda yaradılacaq. Mənəvi cəhətdən də insanların dünyada heç yaşamadığı qədər böyük xoşbəxtlik, sevinc və fərəh hissi yaşanacaq. Allah cənnət haqqında Quranda daha bir çox məlumat verir. Allahın cənnəti müsəlmanlar üçün bu cür tərif etməsi və incəliklərinə qədər açıqlaması müsəlmanlar üçün böyük şövq və həyəcan mənbəyidir. Müsəlmanlar cənnət barədə düşündükcə, onların axirət üçün çalışmaq və xidmət etmək istəkləri daha da artar. Allahın heç bir əməli əvəzsiz qoymadığını və ən kiçik yaxşılığın mükafatının da qat-qat olduğunu bir daha düşünər və Allaha daha böyük qətiyyətlə bağlanarlar.
Allah müsəlmanlara həm də bu dünyada qarşılıq verir. Bu müjdələr də Quranda bildirilmişdir. İslam əxlaqının bütün dünyaya hakim olması, Axırzamanda hz. İsa (ə.s)-ın yenidən dünyaya gəlməsi, Allahın verdiyi qəlb rahatlığı, iman gətirməyənlər üzərindəki mütləq qalibiyyət, mülkə varis etməsi, gözəl həyatla yaşatması kimi bir çox vədlər bu müjdələrə aiddir. Bu müjdələrin müsəlmanlara təşviq və sevinc səbəbi olması üçün Allah onları ayələrlə bildirmişdir. Buna görə də müsəlmanların Quranla bildirilən bu mövzularda bir-birinə müjdə vermələri mühüm ibadətdir. Müsəlmanların güclənməsiylə, varlanmalarıyla, müvəffəqiyyətləriylə, irəliləyişləri ilə əlaqədar və onlara Allahın necə kömək etdiyi, Allahın onları necə qoruduğu və necə zəfərlər verdiyi ilə bağlı müjdələr, iman gətirənlərin güclənməsinə səbəb olduğu halda, münafiqlərin və kafirlərin isə ruh düşkünlüyünün artmasına səbəb olacaq. Buna görə də Allah peyğəmbərlərini "xəbərdaredici" olmaqla yanaşı, həm də "müjdə verənlər" kimi təsvir edər.
Allah insanları zaman və məkandan asılı şəkildə yaratmışdır. Lakin Allah, zamanı və məkanı onsuz da Özü yaratdığı üçün bunlardan asılı deyil və bunları hər tərəfdən əhatə edir. İnsan yaradılışının tələbi olaraq zaman və məkan daxilində yaşamaq məcburiyyətindədir. O, heç vaxt və heç bir şəkildə bu vəziyyətini dəyişdirə bilməz. Lakin Allah zamanı və məkanı həm daxildən, həm də xaricdən görər və Öz nəzarəti altında saxlayır. Bu, bu deməkdir: Allah insanın yaşadığı həyatın əvvəlini,, ortasını və sonunu eyni anda görür və bilir. Allah üçün kainatın ilk başlanğıc anı ilə qiyamət saatı arasında heç bir zaman fərqi yoxdur. İnsan üçün isə bu arada çox uzun bir zaman fərqi var. Lakin bizim otuz santimetrlik xətkeşə baxdığımız zaman onun əvvəli ilə sonunu eyni anda gördüyümüz kimi, Allah da kainatın əvvəlini və sonunu eyni anda bilmək və görmək gücünə malikdir.
Buna görə də, insanların keçmişi, indiki zamanı və gələcəyi Allah dərgahında əvvəlcədən müəyyənləşdirilmiş bir yazıdır. Allah bizə bunu Quranda tale anlayışı ilə bildirmişdir. İnsan qətiyyən bu taledən kənara çıxa bilməz. Bir sözlə, insanın gələcəyi yalnız Allahın müəyyən etdiyi şəkildə olar.
Buna görə də, Allah insanların gələcəkdə görəcəkləri işlər haqqında danışarkən "inşaAllah" demələrini bildirmişdir. Çünki insan hansı planı qursa da, nəticədə Allahın istədiyindən başqa heç nə baş tutmayacaq.
Müsəlmanlar da qeyblə bağlı yalnız Allahın istədiklərinin baş verəcəyinə iman gətirdikləri üçün, bir dəqiqə sonra üçün belə olsa, əsla qəti şəkildə danışmaz və öz sözlərini mütləq Allahın istəməsi ilə mənasına gələn "inşaAllah" deyərək bitirər:
Heç nə haqqında: "Mən bunu sabah mütləq edəcəyəm!" demə. Təkcə: "Allah istəsə!" (inşaAllah edəcəyəm de)... (Kəhf surəsi, 23-24)
İnsanların yaydıqları, müdafiə və tətbiq etdikləri bir fikrin və inancın vicdanən mütləq doğru olduğuna qənaət gətirmələri şərtdir. Bunun əksi, yəni insanların doğru olmasına vicdanən qənaət gətirmədiyi və haqqında məlumatı olmadığı hər hansı fikrin, insanın və ya hadisənin ardınca getmələri Quranda qadağan edilmişdir.
Allah Quranda insanların doğru olduğuna hökm verib ardınca getdikləri hər fikir üçün axirətdə gözləri, qulaqları və qəlbləri ilə hesab verəcəklərini bildirir:
Haqqında məlumatın olmayan şeyin ardınca getmə; çünki qulaq, göz və ürək - bunların hamısı bundan ötrü məsuliyyət daşıyır. (İsra surəsi, 36)
Mənbəyi sağlam olan və doğruluğu qəti şəkildə açıq olan yeganə fikir sistemi isə Allahın doğru olduğunu bildirdiyi sistemdir. Bu da Quranda və Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hər bir təfərrüatı ilə bildirilib. Buna görə də, müsəlmanlar vicdanlarının, Quranın və sünnənin təsdiqləmədiyi heç bir düşüncəni təsdiqləməzlər. Müsəlmanın bir insanı və ya fikri dəstəkləməsi üçün, həmin fikir Quran və sünnəyə uyğun olmalı və ya həmin insanın Quran əxlaqı çərçivəsində hərəkət etməsi vacibdir. Buna görə də müsəlmanlar insanlara anlatdıqları və tövsiyyə etdikləri, doğru olaraq çatdırdıqları hər hansı elmi, sosial və ya dini mövzuda böyük diqqətlə danışarlar.
Onlar haqqı müdafiə etməyən heç bir insanı dəstəkləməzlər. Vicdanlarına uyğun olmayan heç bir ticarət və ya sosial işlərə şərik olmazlar. Doğruluğu şübhəli olan heç bir fikri müdafiə etməzlər. Müsəlmanların danışdığı, tövsiyyə və ya müdafiə etdiyi hər bir fikrin doğruluğu hər kəsin açıqca görə bildiyi aydınlıqda olar.
Əsla onlardan bəzilərinə verdiyimiz şeylərə gözünü dikmə... (Hicr surəsi, 88)
Allah var-dövləti həm müsəlmanlara, həm də inkarçılara verə bilər. Quranda bu vəziyyət açıq şəkildə bildirir. Lakin ayələrə baxanda, zənginliyin hər iki tərəfə də verilmə məqsədinin fərqli olduğu görünür. Müsəlmanlara verilən var-dövlətin səbəbi gözəl əxlaqlarının əvəzi olaraq Allahın onlara gözəl həyat vəd etməsinin tələbidir. Allah müsəlmanları yer üzünün mülklərinə varis edəcəyini bildirmişdir. Bununla yanaşı, Allaha və dinə düşmən olduqları halda, yenə də böyük var-dövlət içində yaşayan insanlar vardır. Allah bu insanlara da var-dövlət vermişdir. Lakin Allahın belə insanlara mal-dövlət verməsinin məqsədi müsəlmanlarda olduğundan çox fərqlidir. Bu məqsəd Quranda belə bildirilir:
Onların malları və övladlarına qibtə etmə; Allah bunlarla, ancaq onlara dünyada əzab vermək və canlarının inkar edərkən çətinlik içində çıxmasını istəyir. (Tövbə surəsi, 85)
Allahı inkar edən və bu inkarında inad göstərən insanlar üçün özlərinə verilən var-dövlət, gözəllik, gözəl evlər, geyimlər və ya imkanlar imtahan vasitəsidir. Bu verilənlər, onların özlərinə verilən bütün bu nemətlərə baxmayaraq, necə nankorluq etdiklərini, hər cür imkanlarına baxmayaraq Allaha qarşı sədaqətsizliklərinin ölçüsü insanların yaxşı görmələri üçündür.
Allah sonsuz ağıl sahibidir. Buna görə də, insanları müxtəlif formalarda cəzalandırar. İnsanın heç düşünə bilməyəcəyi və əsla anlaya bilməyəcəyi bir çox üsulla bir inkarçıya əvəz verə bilər. Bu əvəz çox açıq şəkildə görünən təbii fəlakət, dağıntı ola bilər və ya görünməyən, lakin insanı daxildən sarsıdan sıxıntı da ola bilər. Əzabın bir növü də insanın özü üçün xeyirli hesab etdiyi bir vəziyyətlə onun axirətdəki məsuliyyətinin artması ola bilər. Məhz buna görə də, müsəlmanın kafir insanlarda olan imkanlara qibtə etməsi, Quran əxlaqına uyğun olmaz. Qibtə ediləcək müsəlmanların əxlaqı və təqvasıdır.
Buna görə də, Allah din əxlaqını yaşamayan insanların zənginliyinə, yaşadıqları həyata, imkanlarına və ya hər hansı xüsusiyyətlərinə qarşı, insanda hər hansı heyranlıq hissi yaranmamasını əmr etmişdir.
İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübarizə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri və doğru yolda olanları tanıyır. (Nəhl surəsi, 125)
İslam dininin xüsusiyyəti, insanın təkcə içindən gələrək və qəlbən qəbul edərək yaşaması ilə Allah dərgahında qəbul edilən bir inanc sistemi olmasıdır. Allah dinin bu xüsusiyyətini Quranın bir çox ayəsində bildirmişdir. Məsələn, 5 vaxt namaz qılan bir insan namazını Allah üçün istəyərək və sevərək qılmalıdır. Yaxud mal-dövlətindən Allah yolunda xərcləyən bir insanın bu ibadətinin Allah dərgahında qəbul edilməsi, verdiyi bu sədəqəni istəyərək və sevərək verməsinə bağlıdır.
Bir insan müsəlman olmaq üçün dini və Allahı ağlıyla dərk etməli və qəlbən də təsdiq etməlidir. Həmçinin yerinə yetirdiyi xidmətləri nə üçün etdiyini bilməlidir. Müsəlmanın dinə olan bağlılığı onun Allahın varlığına olan qəti inamından irəli gəlir. Buna görə də, din əxlaqının tələblərini istəyərək və sevərək yerinə yetirir. Dolayısilə İslam yalnız insanın öz rizası olduğu təqdirdə, həqiqi mənada yaşana biləcək bir sistemdir.
Buna görə də dində məcburiyyət yoxdur. Allah müsəlmanlara dinə qarşı istəksiz olan insanlara İslamı zorla qəbul etdirmək üçün səy göstərməmələrini əmr etmişdir. Çünki Allah dini, insanın məcbur etməsiylə deyil, qəlbdən gələrək yaşana biləcəyi şəkildə yaratmışdır. Qəlbən qəbul etməyib, insanlar təzyiq göstərdiyi üçün yaşanan bir dinin Allahın dərgahında heç bir əsası olmaya bilər və dolayısilə insanın belə ruh halı ilə din əxlaqını yaşaması və yaşamaması arasında da heç bir fərq də olmayacaq.
Müsəlmanların din əxlaqını izah etmələri, təkcə gözəl sözlü dəvət şəklindədir. İstəyənlərin və Allahı sevənlərin din əxlaqını yaşamasına istiqamətlənən dəvətdir. Dində məcburiyyət olmaması ilə bağlı bir ayədə belə buyrulur:
Dində məcburiyyət (və təzyiq) yoxdur. Şübhəsiz ki, doğru yol azğınlıqdan açıq-aydın fərqlənir. Artıq hər kim tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. (Bəqərə surəsi, 256)
Ayənin əmrinə əsasən müsəlmanlar İslamı təbliğ edərkən və imanı sevdirərkən sözün ən gözəlini işlədərlər. Qarşılarındakı insanı incitməyəcək, müsəlmanlara qarşı qəlbində sevgi oyandıracaq şəkildə din əxlaqını təbliğ edərlər. Çünki müsəlmanlara qarşı qəlbində sevgi yaranan bir insanda, onları bu qədər gözəl əxlaqlı insanlar edən inanc sisteminə qarşı da maraq və sevgi hissi əmələ gələcək. Dolayısilə gözəl söz onun qəlbini İslama isinişdirəcək mühüm səbəb olacaq.
İnsan bir çox çatışmazlıqları və nöqsanları olan bir varlıqdır. Çünki o, yaradılmışdır və onun yaradılanlara məxsus acizliyi vardır. Çatışmazlıq və qüsurdan uzaq olan isə yalnız Allahdır. İnsanın Allah qarşısında nə qədər aciz və çarəsiz vəziyyətdə olmasını anlaya biləcəyi qüsurlarından biri də unutqanlıqdır.
Unutqanlıq, dünyanın ən zəkalı insanının belə qarşısını ala bilməyəcəyi acizlikdir. İnsanların Allaha nə qədər möhtac olduqlarını dərk etmələri üçün onların yalnız bu acizlikləri barədə düşünmələri kifayətdir. Çünki insan müəyyən mənada öz hafizəsi ilə birlikdə məna ifadə edir. Harada doğulduğunu, kim olduğunu, harada böyüdüyünü, inanclarını, etdiklərini, necə bir həyat keçirdiyini, zövqlərini və vərdişlərini bütün məlumatlar hafizəsində olduğu üçün bilir.
Lakin insana ağzından çıxan cümləsinin sonunu bir anda unutduran Allah, ona keçmişi ilə bağlı hər şeyi təkcə bir anda unutdura bilər. İnsan, özünə sahib ola bilməsi üçün Allahın hər an onun yaddaşında canlı saxladığı məlumatlara möhtacdır. Əgər Allah bunlardan yalnız birini unutdursa, insanın onu geri qaytarmaq üçün edə biləcəyi heç nə yoxdur. Məhz Quranda belə acizlik vəziyyətində insanların Allaha sığınmaları və Ondan kömək diləmələri əmr edilir:
...Unutduğun zaman Rəbbini yad et və de: "Ümid edilir ki, Rəbbim məni bundan daha yaxın müvəffəqiyyətə yönəldər. (Kəhf surəsi, 24)
İnsanın unutduğu şeyi xatırlaya bilməsi və hər hansı mövzuda müvəffəqiyyət qazana bilməsi təkcə Allahın diləməsi ilə mümkündür. Buna görə də belə aciz vəziyyətdə insanın edə biləcəyi yeganə şey Allahın özünü daha yaxın müvəffəqiyyətə yönəltməsini diləməkdir.
(Məndən onlara) De: "Ey Mənim öz əleyhlərinə həddi aşmış bəndələrim. Allahın rəhmindən ümid kəsməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayar. Çünki, O bağışlayandır, rəhm edəndir". (Zumər surəsi, 53)
Ayədə bildirildiyi kimi, insanlar bəzən bilərəkdən və ya bilməyərəkdən səhvlər edirlər. Ayədə Allahın rəhmətini uman insanlara səslənilir. Yəni ayədə bildirilən öz əleyhlərinə həddi aşan insanlar, Allaha iman gətirən insanlardır. Buna görə də belə bir hal, müsəlmanlara da aiddir.
Allah bir çox ayədə müsəlmanların, hətta çox təqvalı müsəlmanların da səhv edə biləcəklərini vurğulamışdır. Bu açıqlamalar iman gətirənlərin qəlbinə fərəh verir. Əks təqdirdə bilərəkdən və ya bilməyərəkdən səhv edən müsəlman böyük sıxıntı və vicdani təzyiq altına girə bilərdi. Lakin müsəlmanların Allaha qarşı hər hansı nöqsana yol verməməkdə çox diqqətli olduqlarını bilən Rəbbimiz, Quranda təriflə bəhs edilən peyğəmbərlərdən də nümunələr verərək, istisnasız hər insanın böyük və ya kiçik bir çox səhv edə biləcəyini xəbər vermişdir. Beləliklə, ayələrdəki bu şövq verən və qəlbi fərəhləndirən açıqlamalar, müsəlmanların hər hansı səhvdən sonra ümidsizliyə qapılmasının qarşısını alır. Hətta Allah insanların etdikdən sonra peşmanlıq duyub tövbə etdikləri təqdirdə, istisnasız hər səhvin bağışlanacağını bildirmişdir.
Lakin Qurandakı qəlbi fərəhlədən, insanlara ümid verən müxtəlif açıqlamalara baxmayaraq, qüsurlu olmağı qəbul edə bilməyən bir çox cahil insan da var. Ayələrdə bildirilən müjdələrə baxmayaraq, səhv etdikdən sonra ümidsizliyə qapılmaq, kədərlənmək və sıxılmaq, xətasızlıq iddiasında olan insanlara məxsus bir davranışdır. Səhv etməyi təkəbbürü ucbatından və lovğalığına görə heç bir vəchlə qəbul etmək istəməyən bir insan, etdiklərinə görə xeyli kədərlənər. Asanlıqla səhv edə bilən, yanlış qərarlar qəbul edə bilən, yanlış davrana bilən və ya yanlış danışa bilən bir varlıq olduğunu qəbul etməkdə çətinlik çəkər. Qüsursuzluğun və xətasız olmağın təkcə Allaha məxsus xüsusiyyət olduğunu düşünə bilməz. Özü də qüsursuz olmaq istəyər. Lakin bunu heç cür bacara bilməməsi və bir çox yanlış davranışının olması onu ümidsizliyə sürükləyər. Müsəlmanlar isə Allahın qarşısında qüsurlarını və acizliklərini qəbul etməyin verdiyi rahatlıq içində yaşayar və heç vaxt səhvsizlik iddia etməzlər.
Bunu unutmamaq lazımdır ki, insanların çox imanlı belə olsalar, qüsurlu və asanlıqla səhv edə biləcəkləri kimi yaradılmaları, Allahın qüsursuzluq xüsusiyyətini daha yaxşı dərk edə bilmələri üçündür. Çünki insan qüsursuzluğu təkcə qüsur və əskiklik görərək dərk edə bilər. Buna görə də, öz acizliyini görməsi, Allahın mükəmməlliyini və hər cür əskiklikdən uzaq olduğunu tam anlamasına və Allahı lazımınca qiymətləndirib təqdis etməsinə vəsilə olacaq.
Quran əxlaqından uzaq yaşayan bəzi insanlar qarşılarındakı insanı öz istədikləri şəkildə istiqamətləndirmək üçün tez-tez yalan danışarlar. Yalanın arxasında bəzən insanın öz qürurunu xilas etmək təlaşı, bəzən qeyri-səmimi davranışa zəmin hazırlamaq, bəzən də üstünlük əldə etmək arzusu dayanır. Lakin səbəbindən asılı olmayaraq, yalan Quranda haram buyurulan hərəkətlərdəndir. Allahın yalanı insanlara haram etməsi Quranda belə bildirilir:
And içərkən söylədiyiniz "təsadüfi, boş sözlərə" görə məsul olmazsınız, lakin and içərkən dediyiniz sözlərə görə məsul olarsınız... (Maidə surəsi, 89)
Andlarınızı qoruyun. Allah Öz ayələrini sizə belə açıqlayar, ümid edilir ki, şükür edərsiniz. (Maidə surəsi, 89)
Qarşı tərəfi bilərək və istəyərək yanlış istiqamətlənirmək üçün deyilən, doğru olmayan hər söz, yalan hökmündədir. Belə ki, Allah yalanda, insanın qəlbindəki niyyətin əhəmiyyətli olduğunu bildirir. Bir insanın ağzından düşünmədən bir söz çıxa bilər və ya həmin anda dalğın olub doğru bir söz deməyə bilər. Bunları bilərəkdən, qarşı tərəfi aldadaraq mənfəət əldə etmək üçün deməyən bir insan, dərhal bu səhvini düzəldər. Lakin yalanda niyyət pozğunluğu var. İnsan qarşı tərəfi yanlış istiqamətləndirərək kiçik və ya böyük hər hansı mənfəət əldə etmək ardındadır. Məhz Allah bu cür niyyətlə deyilən sözdən insanı axirətdə məsul tutacaq. Buna görə də müsəlmanlar aşağıdakı ayənin tələbi olaraq, hər zaman doğru sözü söyləməlidirlər:
Ey iman gətirənlər! Allahdan qorxun və doğru sözü söyləyin! (Əhzab surəsi, 70)
Müsəlman dalğın olduğu bir anda ağzından əsassız bir söz çıxsa belə, bunu dərhal düzəldər edər. Lakin axirətdə hesabını verə bilməyəcəyi şəkildə bir insanı bilərəkdən aldatmağa qətiyyən yanaşmaz. Çünki bu, həm axirətdə, həm də dünyada qınanan hərəkətdir. Mübarək Peyğəmbərimiz (s.ə.v) də hədislərində yalandan çəkinməklə əlaqədar belə buyurmuşdur:
"Qiyamət günü Allah dərgahında məxluqların ən sevimsizləri yalançılar, təkəbbürlülər və qardaşlarına qarşı qəlblərində amansız kin bəsləyənlər olacaq..." (İmam Gazali, İhya'u Ulum'id-din, 3-cü cild, səh. 355)
"Siz doğruluğa davam edin, çünki doğruluq mütləq sahibini xeyirlərə nail edər. Yaxşılıqlar da cənnətə hidayət edər, aparar. Doğruluğa davam etdikcə və doğrunu axtardıqca Allahın dərgahında sıddıq (sadiq) olaraq yazılar. Yalandan çəkinin, şübhəsiz ki, yalan insanı fücura (günaha) aparar, fücur (günah) isə oda, yəni cəhənnəmə aparar, qul yalana davam etdikcə və yalanı axtardıqca Allahın dərgahında yalançı yazılar". (Mehmed Zahid Kotku, Hadislerle Nasihatlar, 1-ci cild, səh. 279; Buhari ve Müslim'den)
Həqiqəti tapa bilmək üçün insanın öz ağılı, biliyi və ya təcrübəsi kifayət etmədiyi hallarda, başqa insanın öyüdü ilə hərəkət etməsi Quranda tövsiyə edilən əxlaq formasıdır. İnsanlar çox vaxt səhv edəcəklərini düşündükləri məsələlərdə, doğrunu tapa bilmək və yanlış hərəkət etməmək üçün qarşılarındakı insanlarla məsləhətləşərlər. Yəni öyüd almaqda məqsəd həqiqəti tapa bilməkdir.
Lakin hər insan hər hadisədə doğru olan variantı tapa biləcək ağla və şüura malik deyil. Ən azından doğrunu görə bilsə də, öz mənfəətlərini görməzlikdən gəlib bu həqiqəti qarşı tərəfə çatdırmaq əxlaqına sahib deyil. Buna görə də, yol göstərməsi üçün məsləhət alınacaq insanlarda müəyyən xüsusiyyətlər olmalıdır. Bu xüsusiyyətlərin əvvəlində insanın Allaha iman gətirməsi gəlir. Çünki bir insanın həqiqəti dərhal müəyyənləşdirə bilməsi və öz mənfəətlərinin əleyhinə belə olsa, bunu qarşı tərəfə çatdırması vicdanından istifadə etməsiylə mümkün olar. Bir insanın vicdanını heç bir əngəl tanımadan istifadə etməsini təmin edən tək güc də Allah qorxusu və Allah sevgisidir.
Əxlaqında nöqsan olan, yəni vicdanı ilə hərəkət etməyən bir insan nə özü həqiqəti görə bilmək gücünə, nə də qarşısındakı insanı doğruya yönəldə bilmək üstünlüyünə sahib ola bilər. Dolayısilə insanlar məsləhət alacaqları və verəcəkləri fikrə etimad edəcəyi şəxsləri yaxşı seçməlidirlər. Buna görə də, Allah Quranda bu məsələdə insanlara yol göstərəcək çox təfsilatlı açıqlamalar vermişdir. Ayələrdə fikrinə etimad göstərilməməsi lazım olan insanların əxlaq xüsusiyyətləri bildirilib və bu insanların göstərdiyi yola tabe olmaq qadağan edilib. Ayələrdə belə buyrulur:
Bunların heç birinə itaət etmə: tez-tez and içənə, alçağa, dayanmadan insanları pisləyənə, söz aparıb gətirənə (gizlincə söz və xəbər daşıyana), xeyirə mane olmağa davam edənə, təcavüzkara, xeyli günahkara, zorakı-bihörmətə, sonra da qulağı kəsiyə; mal (sərvət) və uşaq sahibi oldu deyə, özünə ayələrimiz oxunduğu zaman: "(Bunlar) keçmişdəkilərin uydurma nağıllarıdır!" deyənə. (Qələm surəsi, 10-15)
Həmçinin digər bir ayədə də sözünün dinlənilməməsi lazım olan insanların xüsusiyyətləri belə bildirilmişdir:
Elə isə Rəbbinin hökmünə səbir et. Onlardan günahkar və ya nankor olana itaət etmə. (İnsan surəsi, 24)
Ayələr, çox açıq və aydın şəkildə kimlərin sözlərinə etimad edilməməli, yəni göstərdiyi yola, nəsihətinə etibar edilməməli olduğunu sadalayır. Bu açıqlamaya görə bir müsəlman özünə maddi və ya mənəvi tövsiyə verən yalançı, dedi-qoduçu, təcavüzkar, mübahisəçi, Allahın hüdudlarını asanlıqla poza bilən, hiyləgər və ya lağlağı insanın tövsiyələri ilə hərəkət etməməlidir.
O, göylərin, yerin və hər ikisi arasında olanların Rəbbidir; o zaman Ona ibadət et və Ona ibadətdə qətiyyətli ol. Heç Ona oxşarını tanıyırsanmı?! (Məryəm surəsi, 65)
"Qətiyyətlilik" bir məsələdə mətinlik göstərmək, nəticəyə çatmaqda heç bir əngəl tanımamaq və əzmlə çalışaraq hər nə olsa da edilməli şeyləri etmək mənasına gəlir.
Yuxarıdakı ayədə qeyd olunan qətiyyətlilik sözü də bu mənada işlədilib. Allah müsəlmanlardan təkcə ibadət etmələrini deyil, eyni zamanda ibadətdə qətiyyətli olmalarını istəyir.
Lakin bəzi insanlar ibadətdə qətiyyətli olmağı çox məhdud çərçivədə qiymətləndirərlər. Çünki onlar ibadət sözünün yalnız namaz, oruc, həcc, zəkat kimi insana fərz olan hökmlər mənasına gəldiyini zənn edərlər. Əlbəttə ki, hər mömin bu ibadətləri tam yerinə yetirməklə məsuldur, lakin ibadət qulluq mənasına gəlir. Yəni insanların qul kimi Allah üçün etdiyi hər hərəkət, danışıq, hal və davranış bir ibadətdir. 5 vaxt namaz insan üçün necə, mühüm və fərz ibadətdirsə, eynilə qəzəbi boğmaq, gözəl söz söyləmək, insanları xəbərdarlıq edib qorxutmaq, zənnə qapılmamaq və ya mübahisəçi olmamaq da bir ibadətdir. Buna görə də, Allahın "ibadətdə qətiyyətli ol" əmri həm feli ibadətlərə, həm də əxlaqa aiddir.
Lakin ayələrdə müsəlmanlara dinlərində qətiyyətli olmaq əmri verilərkən, mühüm bir xüsus daha bildirilmişdir. Bu da müsəlmanların qətiyyətdə imtahana çəkiləcəklərinə dair verilən açıqlamalardır. Ayələrdə keçmişdə yaşayan müsəlmanların və peyğəmbərlərin həyatından nümunələr verilərkən, tez-tez onların imanının və qətiyyətinin imtahana çəkildiyi hadisələr də xəbər verilir. Çünki bu cür vaxtlar, müsəlmanların Allaha olan bağlılıq və sədaqətlərini isbat edəcəkləri dəyərli fürsətlərdir.
Allah müsəlmanların dinlərinə olan bağlılıqlarının imtahana çəkildiyi vaxtlara dair ən çox, inkarçıların sözlü və ya əməli surətdə hücum anlarını nümunə verir. Yaxud müsəlmanlara iftira atıldığı, insanların kütləvi şəkildə üz döndərdiyi, xəstəlik üz verdiyi, aclıq, susuzluq, yorğunluq olduğu, çətin və təhlükəli halla qarşılaşıldığı və xüsusən də insan həyatını risk altına alan anlar nümunə kimi verilir. Belə vəziyyətlər müsəlmanların öz dinlərini yaşmaqda və yaşatmaqda əzmkarlıq göstərəcəkləri vəziyyətlərdir.
Bundan əlavə, Allahın böyük bolluq, sağlamlıq, gümrahlıq, zənginlik və ya hakimiyyət verdiyi hallar da var ki, bu vaxtlarda da insanın ruhdan düşməyəcəyi və din əxlaqını yaşamaqdakı qətiyyətini göstərəcəyi çox dəyərli vaxtlardır. Yəni müsəlmanlar həm çətinliklə, həm də asanlıqla imtahana çəkilərlər. Hər iki vəziyyət də müsəlmanların rəftarlarında mənfi dəyişikliyə səbəb olmaz.
Cahil cəmiyyətin əsas həyat fəlsəfəsi, insanın təkcə özü qarşısında məsuliyyət daşıdığı düşüncəsinə əsaslanır. Bu batil düşüncəyə görə, insanlar özlərini ən yaxşı şəratlər altında yaşatmaqla, ən rahat mühiti təmin etməklə məsuldur. Buna görə də, insanların bir çoxu dinlərini təkcə öz-özlüklərində yaşamaqla məsul olduqlarını və digər insanlara din əxlaqını təbliğ etmək məsuliyyətini daşımadıqlarını zənn edərlər. Halbuki Qurana baxanda, bunun tam əksi olan bir əxlaq forması ilə qarşılaşarıq. Müsəlmanın ən böyük məsuliyyətlərindən biri İslam əxlaqını ətrafında olan insanlara təbliğ etmək və onları da Allaha iman gətirməyə təşviq etməkdir. Quranda müsəlmanların insanları xəbərdar etməsi ilə bağlı çox qəti və açıq hökmlər var. Bunlardan biri də Müddəssir surəsinin 1-ci və 2-ci ayələrində bildirilir:
Ey bürünüb örtünən, qalx (və) bundan belə xəbərdar et. (Müddəssir surəsi, 1-2)
Müsəlmanlar dinlərini özləri yaşadıqları kimi, eyni zamanda ətraflarındakı insanları da təşviq etməklə məsuldurlar. Hətta Quranda müsəlmanların bütün həyatlarını təbliğ, yəni dinlərini yaymaq təməli üzərində qurmalarının lazım olduğu bildirilir. Müsəlmanlar işlərini, məskunlaşdıqları əraziləri, həyat tərzlərini bu məsuliyyətlərinə görə tənzimləyərlər. Müsəlman üçün Allahın varlığının bütün insanlar tərəfindən bilinməsi, dərk edilməsi, bütün insanların cəhənnəmin necə yer olmasından və haqq-hesab günü sorğu-sual ediləcəklərindən xəbərdar olması öz ticarətindən, əyləncəsindən və ya rahatlığından daha çox əhəmiyyətlidir. Cəhənnəmdəki əzabın şiddətini və Allahın qüdrətini çox yaxşı bilən müsəlmanlar insanların din əxlaqını yaşamadıqları təqdirdə, necə bir aqibətə yaxınlaşmaqda olduqlarını mütləq öyrənmələri üçün əllərindən gələn səyi göstərərlər. Lazım gəlsə işlərindən, lazım gəlsə də evlərindən və ya mülklərindən imtina edərək insanları xəbərdar etməyə və Allahın bu əmrini yerinə yetirməyə davam edərlər. Allahın möminlərə olan bu əmri başqa bir ayədə belə bildirilir:
İş(in) hökm verilib bitəcəyi, həsrət gününə qarşı onları xəbərdar et; onlar qəflət içindədirlər və onlar inanmırlar. (Məryəm surəsi, 39)
Allah Quranda müsəlmanlara nələr üçün dua etməli olduqlarını bir çox ayə ilə bildirmişdir. Dua, onsuz da bizi taleyimizdə olana doğru istiqamətləndirər. Taleyimizi təyin edən də, bizə duanı etdirən də Allahdır. Dua, müsəlmanın ən mühüm ibadətlərindən biridir. Dua edən mömin Allaha qarşı acizliyini bilib, həmişə təslimiyyətli ruh halında olar. Dualarının qarşılığında Allahın dərgahında dəyərli, təqva sahibi bir qul ola biləcəyini ümid edər. Allah bir ayəsində belə buyurur:
"De: Duanız olmasaydı Rəbbim sizə dəyər verərdimi?.." (Furqan surəsi, 77)
Bu başlıq altında Quranda xəbər verilən və iman gətirənlərin həyatlarında bir dəfə də olsa oxumaları lazım olan dualardan bəzilərinə yer verilir.
"...İnsanlardan eləsi vardır ki: "Rəbbimiz, bizə dünyada ver" deyər; bunun axirətdə nəsibi yoxdur. Onlardan eləsi də vardır ki: "EY RƏBBİMİZ, BİZƏ DÜNYADA DA YAXŞILIQ VER, AXİRƏTDƏ DƏ YAXŞILIQ (VER) VƏ BİZİ ODU ƏZABINDAN QORU" deyər..." (Bəqərə surəsi, 200-202)
Elçi, öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdi. "BİZ ONUN ELÇİLƏRİ ARASINDA FƏRQ QOYMURUQ. EŞİTDİK VƏ İTAƏT ETDİK. RƏBBİMİZ SƏNDƏN BAĞIŞLANMA DİLƏYİRİK. DÖNÜŞ TƏKCƏ SƏNƏDİR" dedilər. (Bəqərə surəsi, 285)
..."EY RƏBBİMİZ, UNUTSAQ VƏ YA XƏTA ETSƏK BİZİ CƏZALANDIRMA. RƏBBİMİZ, BİZƏ, BİZDƏN ƏVVƏLKİLƏRƏ YÜKLƏDİYİN KİMİ AĞIR YÜK YÜKLƏMƏ. EY RƏBBİMİZ, GÜCÜMÜZ ÇATMAYAN ŞEYİ BİZƏ YÜKLƏYİB DAŞITDIRMA! BİZİ ƏFV ET. BİZİ BAĞIŞLA. BİZƏ RƏHM ET! SƏN BİZİM MÖVLAMIZSAN. KAFİRLƏRƏ QARŞI BİZƏ KÖMƏK ET". (Bəqərə surəsi, 286)
EY RƏBBİMİZ! BİZİ HİDAYƏT YOLUNA YÖNƏLTDİKDƏN SONRA QƏLBİMİZİ SAPDIRMA VƏ BİZƏ ÖZ TƏRƏFİNDƏN MƏRHƏMƏT BƏXŞ ET. ŞÜBHƏSİZ Kİ, ƏN ÇOX BƏXŞ EDƏN SƏNSƏN. (Ali İmran surəsi, 8)
"EY RƏBBİMİZ, ŞÜBHƏ EDİLMƏYƏN BİR GÜNDƏ İNSANLARI HƏQİQƏTƏN SƏN TOPLAYACAQSAN. HƏQİQƏTƏN, ALLAH VƏDİNƏ XİLAF ÇIXMAZ". (Ali İmran surəsi, 9)
Onlar: "EY RƏBBİMİZ! ŞÜBHƏSİZ Kİ, BİZ İMAN GƏTİRDİK ARTIQ BİZİM GÜNAHLARIMIZI BAĞIŞLA VƏ BİZİ ODUN ƏZABINDAN QORU" deyənlər. (Ali İmran surəsi, 16)
Onların dedikləri ancaq: “EY RƏBBİMİZ! GÜNAHLARIMIZI VƏ ƏMƏLLƏRİMİZDƏ HƏDDİ AŞMAĞIMIZI BİZƏ BAĞIŞLA; QƏDƏMLƏRİMİZİ SABİT ET VƏ KAFİR QÖVMƏ QƏLƏBƏ ÇALMAQDA BİZƏ YARDIM ET!” olmuşdur. (Ali İmran surəsi, 147)
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: "EY RƏBBİMİZ, SƏN BUNU BOŞUNA YARATMADIN. SƏN ÇOX UCASAN, BİZİ ODUN ƏZABINDAN QORU". (Ali İmran surəsi, 191)
"EY RƏBBİMİZ! ŞÜBHƏSİZ Kİ, SƏN KİMİ ODA SALMISANSA, ARTIQ ONU ALÇALTMISAN EDƏRSƏN; ZALIMLARIN KÖMƏKÇİLƏRİ YOXDUR". (Ali İmran surəsi, 192)
"EY RƏBBİMİZ! HƏQİQƏTƏN, BİZ: “RƏBBİNİZƏ İMAN GƏTİRİN!” DEYƏ İMANA ÇAĞIRAN BİR KİMSƏNİN ÇAĞIRIŞINI EŞİDİB İMAN GƏTİRDİK. EY RƏBBİMİZ! GÜNAHLARIMIZI BİZƏ BAĞIŞLA, PİS ƏMƏLLƏRİMİZİN ÜSTÜNÜ ÖRT VƏ CANIMIZI YAXŞILIQ EDƏNLƏRLƏ BİR YERDƏ AL". (Ali İmran surəsi, 193)
"EY RƏBBİMİZ, ELÇİLƏRİNƏ VƏD ETDİKLƏRİNİ BİZƏ VER, QİYAMƏT GÜNÜ BİZİ ALÇALTMA. ŞÜBHƏSİZ Kİ, SƏN VƏDİNDƏN DÖNMƏYƏNSƏN". (Ali İmran surəsi, 194)
Allahın elçisinə nazil ediləni dinlədikləri zaman haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar deyərlər: “EY RƏBBİMİZ! BİZ İMAN GƏTİRDİK, BİZİ DƏ ŞAHİDLƏRLƏ BİR YERƏ YAZ!” (Maidə surəsi, 83)
Gözləri cəhənnəm sakinlərinə tərəf çevrildikdə isə deyəcəklər: "EY RƏBBİMİZ, BİZİ ZALIMLARLA BİRLİKDƏ ETMƏ". (Əraf surəsi, 47)
Onlar dedilər: “BİZ ALLAHA TƏVƏKKÜL ETDİK. EY RƏBBİMİZ! BİZİ ZALIM QÖVMÜN ƏLİNDƏ SINAĞA ÇƏKMƏ”. (Yunis surəsi, 85)
"VƏ BİZİ ÖZ MƏRHƏMƏTİNLƏ KAFİR QÖVMÜN ƏLİNDƏN QURTAR". (Yunis surəsi, 86)
Və: “RƏBBİMİZ UCADIR! RƏBBİMİZİN VƏDİ HƏQİQƏTƏN YERİNƏ YETMİŞDİR!” deyirlər. (İsra surəsi, 108)
O gənclər mağaraya sığındıqları zaman belə demişdilər: "EY RƏBBİMİZ, BİZƏ ÖZ TƏRƏFİNDƏN MƏRHƏMƏT BƏXŞ ET VƏ İŞİMİZDƏ BİZƏ DOĞRUNU ASANLAŞDIR (BİZİ MÜVƏFFƏQİYYƏTLİ ET)". (Kəhf surəsi, 10)
Ancaq: "ALLAH İSTƏSƏ!" (İNŞAALLAH EDƏCƏYƏM DE). Unutduğun zaman Rəbbini yad et və de: "ÜMİD EDİLİR Kİ, RƏBBİM MƏNİ BUNDAN DAHA YAXIN MÜVƏFFƏQİYYƏTƏ YÖNƏLDƏR". (Kəhf surəsi, 24)
"Çünki həqiqətən Mənim bəndələrimdən bir qrup: "EY RƏBBİMİZ, İMAN GƏTİRDİK, SƏN ARTIQ BİZİ BAĞIŞLA VƏ RƏHM ET, SƏN RƏHM EDƏNLƏRİN ƏN YAXŞISISAN, DEYƏRDİLƏR Kİ, siz onları məsxərəyə qoymuşdunuz; elə ki, sizə mənim zikrimi unutdurdular və siz onlara gülürdünüz". (Muminun surəsi, 109-110)
Və də: "EY RƏBBİM, BAĞIŞLA VƏ RƏHM ET, SƏN RƏHM EDƏNLƏRİN ƏN YAXŞISISAN". (Muminun surəsi, 118)
Onlar, Allah'ın kadrini hakkıyla takdir edemediler. De ki: "Sizi inşa eden (yaratan), |