Əgər insan düşünərək “mən necə mövcud olmuşam?” sualına cavab tapmağa çalışmasa, əsasən, “necə oldusa, oldum” kimi məntiqə qapılacaq. Bu məntiqə qapıldıqda da ona bu cür mövzular üzərində düşünməyə imkan tanımayan həyat tərzini mənimsəyəcək.
OHalbuki, ağıl sahibi insan necə mövcud olduğunu düşünməli və həyatın mənasını buna əsasən müəyyənləşdirməlidir. Bu zaman bəzilərinin etdiyi kimi, nəticənin “mən yaradılmışam” olmasından qorxmamalıdır. Çünki o cür insanlar özlərini bir Yaradan qarşısında məsul hiss etmək istəmirlər. Yaradıldıqlarını qəbul etdikdə həyat tərzlərini, nizamlarını və ya ideologiyalarını tərk etməli olur və bundan çəkinirlər, Yaradana boyun əyməkdən qaçırlar. Bu psixologiyaya malik olanlar Quranda Allah`ın bildirdiyi kimi, möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən (Nəml Surəsi,14) Allah`ı inkar edənlərdir.
Varlığını haqsızlıq və təkəbbür göstərmədən ağıl və vicdanla dəyərləndirən insan isə özündə Allah`ın yaratmasından başqa bir şey görməz. Varlığının özünün yaratmadığı və idarə etmədiyi minlərlə mürəkkəb sistemdən asılı olduğunu dərk edəcəkdir. Yaradılmış olduğunu qavrayacaq və Yaradanımız olan Allah`ı tanıyıb Onun insanı hansı məqsədlə yaratdığını anlamağa çalışacaq.
"Məgər insan ilk öncə onu heç bir şey deyilkən (yoxdan) yaratdığımızı xatırlamırmı?" (Məryəm Surəsi, 67) |
---|
İnsan yaradıldığını dərk edərkən ona rəhbərlik edən bir mənbə var: Quran. Bu kitabı Yaradanımız olan Allah onun və digər insanlar üçün nazil etmişdir. Quran bütün insanlar üçün yolgöstəricidir. Yaradılışın eynilə Quranda tərif edildiyi kimi baş verməsi ağıl sahibi insanlara mühüm mesajlar verir. Növbəti səhifələrdə ağıl və vicdan sahiblərinə necə yaradıldıqlarını və bu yaradılışdakı ehtişamı göstərən məlumatlara yer verilmişdir.
İnsanın yaradılışı bir-birindən çox uzaq iki fərqli yerdə başlayır. İnsan qadın və kişi bədənindən bir-birindən asılı olmadan əmələ gələn, lakin bir-biri ilə tamamilə uyğun olan iki ayrı mayenin birləşməsi ilə həyata qədəm qoyur. Kişinin bədənində əmələ gələn sperma onun öz istəyi və ya iradəsi ilə əmələ gəlmir, eynilə qadının orqanizmində əmələ gələn yumurta hüceyrə də qadının istəyi və ya iradəsi ilə əmələ gəlmir. Onların bu hadisələrdən xəbəri belə yoxdur.
Sizi Biz yaratdıq. Bəs nə üçün təsdiq etmirsiniz? Bəs (bətnlərə) axıtdığınız nütfəyə nə deyirsiniz? Onu siz yaradırsınız, yoxsa Biz? (Vaqiə surəsi, 57-59)
Əslində, aydındır ki, həm kişidən, həm də qadından gələn öz bir-birlərinə uyğun yaradılmışdır. Bu iki özün yaradılışı da, birləşməsi də, inkişaf edib insana çevrilməsi də böyük möcüzədir.
İnsanın yaradılışının ilk mərhələsi olan spermalar kişi orqanizmindən “kənarda” hazırlanır. Çünki bədən temperaturundan 2 dərəcə aşağı temperaturda bu baş verə bilər. Bu temperaturun tənzimlənməsi üçün cinsiyyət orqanının üzərindəki dəri də fəaliyyət göstərir. Bu dəri soyuqda büzüşərək, istidə isə genişlənib tərləyərək lazımi temperaturu sabit saxlayır. Görəsən, bu həssas müvazinəti insan özü tənzimləyir? Əlbəttə, xeyr. İnsanın bundan heç xəbəri də olmur. Yaradılışı israrla inkar edənlər bunu “insan orqanizminin kəşf edilməmiş funksiyası” adlandırırlar. Bu “kəşf edilməmiş funksiya” sözü isə “quru ad”dan başqa bir şey deyil.
Xayaların daxili görünüşü və spermalar.
Cinsiyyət orqanlarında dəqiqədə 1000 ədəd əmələ gələn spermalar kişidən qadının yumurtalığına doğru edəcəkləri səyahəti sanki oradakı mühiti bilirmiş kimi xüsusi dizayna malikdirlər. Sperma baş, boyun və quyruqdan ibarətdir. Quyruğu spermin balıq kimi ana bətnində hərəkət etməsinə kömək edir.
Körpənin genetik şifrinin bir qismini ehtiva edən baş hissə isə xüsusi qoruyucu zirehlə örtülüdür. Bu zirehin faydasını ana bətninin girişində görmək olur: burada turşulu mühit mövcuddur. Spermanın bu turşunun varlığını bilən biri tərəfindən qoruyucu zirehlə örtüldüyü isə çox açıqdır (bu turşulu mühit isə ananın mikroblardan qorunması üçündür).
Kişidən bətnə təkcə milyonlarla sperma tökülmür. Nütfə bir-birindən fərqli mayelərin qarışığından ibarətdir. Allah Quranda bu həqiqəti belə vurğulayır:
İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır! Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq… (İnsan surəsi, 1-2)
Nütfənin tərkibindəki bu mayelərdə tələb olunan enerjini təmin etmək üçün şəkər var. Bundan əlavə, ana bətninin girişindəki turşuları zərərsizləşdirmək, spermanın hərəkət etməsi üçün lazımi sürüşkən mühiti əmələ gətirmək vəzifələri də var. Burada da iki ayrı, bir-birindən asılı olmayan maddənin bir-biri ilə qüsursuz uyğunluq içində yaradıldığını görürük.
Spermalar yumurtaya çatana qədər ananın bətnində çətin yol keçirlər. Özlərini nə qədər qorusalar da, 200-300 milyon spermadan yumurtalığa çatanların sayı 1000-dən artıq olmur.
Sperma yumurtaya uyğun dizayn olunarkən, eyni zamanda, yumurta da həyata toxum olmağa hazır vəziyyətə gətirilir… Qadının xəbəri yox ikən yumurtalıqlarda əmələ gələn yumurta əvvəlcə qarın boşluğuna buraxılır, dərhal sonra da ana bətnində uşaqlıq boruları ilə tutulur. Daha sonra yumurta hüceyrə uşaqlıq yolunun daxili səthindəki tüklərin hərəkəti ilə irəliləyir. Yumurta hüceyrənin ölçüsü bir duz dənəciyinin yarısına bərabərdir. (sağda)
Yumurta hüceyrə ilə sperma uşaqlıq yolunda görüşürlər. Burada yumurta xüsusi maye ifraz etməyə başlayır. Bu maye vasitəsilə spermalar yumurtanın yerini tapırlar. Bu cəhətə diqqət edək, yumurta xüsusi maye ifraz etməyə başlayır deyərkən insandan və ya şüurlu varlıqdan danışmırıq. Bu kiçik zülal yığınının öz-özünə belə bir şeyə qərar verməsi, habelə, spermanı cəlb edən kimyəvi birləşmə hazırlayıb ifraz etməsi təsadüflə açıqlana bilməz. Ortada açıq-aşkar yaradılış var.
Allah orqanizmin çoxalma sistemini xüsusilə yumurta ilə spermanı görüşdürəcək şəkildə yaratmışdır. Qadın çoxalma sistemini spermalara, spermaları da qadın orqanizminə uyğun yaratmışdır.
Yumurtanı əhatə edən spermalar.
Yumurtanı dölləyən sperma yumurtaya yaxınlaşdıqda yumurtanın ifraz etməyə qərar verdiyi (!) və sperma üçün xüsusi hazırlanmış maye spermanın qoruyucu zirehini əridir. Nəticədə, bu dəfə spermanın ucunda yerləşən və yumurta üçün xüsusi hazırlanmış əridici ferment kisəcikləri üzə çıxır. Sperma yumurtaya çatdıqda bu fermentlər yumurtanın pərdəsini deşərək spermanın içəri girməsini təmin edirlər. Yumurtanın ətrafını əhatə edən spermalar içəri girmək üçün yarışa başlayırlar. Ancaq yumurtanı, əsasən, bir sperma mayalandırır.
Allah`ın Quranda bu mərhələ ilə bağlı verdiyi məlumatlar çox diqqətçəkəndir. Allah Quranda insanı nütfədən yaratdığını belə bildirir:
Sonra onun nəslini nütfədən – bir qətrə zəif sudan əmələ gətirdi. (Səcdə surəsi, 8)
VƏ BİRLƏŞMƏ ANI ... Uzun və çətin bir yol keçən spermalardan biri yumurtanı mayalandırmaq üçün içəri daxil olur ...
Allah`ın ayədə bildirdiyi kimi, yumurtanı spermaları daşıyan maye deyil, içindəki bircə sperma, hətta onun da tərkibində olan xromosomlar mayalayır. Bircə spermanı içəriyə qəbul edən yumurtaya başqa bir spermanın daxil olması mümkün deyil. Bunun səbəbi yumurtanın ətrafındakı elektrik sahəsidir. Yumurtanın ətrafı mənfi yüklüdür və ilk sperma yumurtaya daxil olan kimi bu elektrik yükü potensial elektrikə - müsbətə çevrilir. Beləliklə, kənardakı spermalarla eyni elektrik yükünü daşıyan yumurta bu dəfə onları itələməyə başlayır.
Çünki yəni həm yumurtanın, həm də spermaların elektrik yükləri bir-birinə uyğundur.
Nəticədə, kişinin DNT-si ilə qadının DNT-si birləşir. Artıq ananın bətnində yad, yeni bir hüceyrə (ziqot), yeni bir insanın ilk toxumu var.
Yumurtanı mayalandıracaq sperma yumurtaya yaxınlaşdığında yumurta birdən-birə xüsusi bir maye ifraz edir və bu maye spermanın qoruyucu zirehini əridir. Beləliklə, spermanın uc hissəsində xüsusi hazırlanmış əridici ferment kisəcikləri ortaya çıxır. Sperma yumurtaya çatdıqda bu fermentlər yumurtanın pərdəsində dəlik açaraq spermanın içəri daxil olmasını təmin edir.
Tək bir hüceyrə ilə başlayan inkişaf hüceyrələrin fasiləsiz bölünməsi ilə davam edir.
Son şəkildə hüceyrə qrupunun ana bətnində asılmış halı.
Kişidən gələn sperma və qadındakı yumurta yuxarıda dediyimiz kimi birləşdikdə doğulacaq körpənin ilk hüceyrəsi əmələ gəlir. Biologiyada ziqot adlandırılan bu tək hüceyrə heç vaxt itirmədən bölünərək çoxalır və getdikcə ət parçasına çevrilir.
Ancaq ziqot boşluqda böyüyə bilməz. Ana bətninin daxili divarına çıxıntıları vasitəsilə yapışır, bu çıxıntılar vasitəsilə inkişafı üçün lazım olan maddələri ananın orqanizmindən alır.
Şübhəsiz, bu prosesi tibbi bilik olmadan müəyyən etmək olmaz. 14 əsr əvvəl insanlar bu məlumatları bilmirdilər. Lakin maraqlıdır ki, Allah Quranda ana bətnində böyüməyə başlayan ziqotdan bəhs edərkən onu “ələq” adlandırır:
Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! (Ələq surəsi, 1-3)
Məgər insan elə güman edir ki, o, başlı-başına buraxılacaq?! Məgər o tökülən bir qətrə nütfə deyildimi?! Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi. Ondan da bir cüt kişi və qadın yaratdı. (Qiyamət surəsi, 36-39)
Ayədəki “laxtalanmış qan” birləşməsi ərəb dilində “ələq” sözi ilə ifadə edilmişdir. “Ələq” “bir yerdən yapışan şey” deməkdir. Hətta bu söz bədənə yapışıb qanı soran zəlilərə də deyilir. Bu sözün ana bətninin divarına yapışıb oradan inkişafı üçün lazımlı maddələri soran ziqotu tərif etmək üçün istifadə olunan ən uyğun söz olduğu açıq görünür.
Üç qaranlıq nahiyə
Uşağın mayalanmadan etibarən başlayaraq inkişafı üç təbəqə içində baş verir.
Bu üç nahiyə:
1. Fallopi borusundakı təbəqə; bu təbəqə spermatozoidlə yumurtanın birləşdiyi və yumurtalığın uşaqlığa bağlı olduğu nahiyədir.
2. Dölün yapışaraq inkişafa başladığı uşaqlıq divarının içindəki nahiyə.
3. Dölün inkişafını xüsusi maye dolu kisə içərisində davam etdirdiyi nahiyə.
Qurani-kərimdə Allah mövzu ilə əlaqədar belə buyurur:
"...Allah sizi tək bir nəfərdən xəlq etdi. Sonra onun özündən həmtayını yaratdı. O, heyvanlardan səkkiz cift əmələ gətirdi. O, sizi analarınızın bətnində üç zülmət içində yaranışdan-yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allah`dır, hökm Onundur, Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə döndərilirsiniz? "
(Zumər surəsi, 6)
Allah`ın Quranda ziqot haqqında verdiyi məlumatlar bununla məhdudlaşmır. Döl yatağına yapışmış ziqot inkişaf etməyə başlayır. Ana bətni isə amniotik maye ilə doludur və bu maye ziqotu əhatə edir. Amniotik mayenin ən əsas xüsusiyyəti kənardan gələn zərbələrə qarşı körpənin təhlükəsizliyini təmin etməsidir. Quranda bu həqiqəti Allah belə bildirir:
Məgər sizi bir qətrə zəif sudan yaratmadıqmı?! Biz onu möhkəm bir yerdə saxladıq. (Mursəlat surəsi, 20-21)
İnsanın əmələ gəlməsi haqqında verilən məlumatlar Quranın bu prosesi ən incə təfərrüatına qədər bilən mənbədən gəldiyini göstərir. Bu, bizə Quranın Allah`ın sözləri olduğunu bir daha sübut edir.
Zaman ərzində əvvəlcə jelatinə bənzəyən rüşeymdə böyük dəyişiklik baş verir. Əvvəlki yumşaq rüşeymin içində orqanizmin dik dayanmasını təmin edən bərk sümüklər əmələ gəlir. Belə ki, əvvəlcə eyni formaya malik olan hüceyrələr dəyişərək bəzisi işığa həssas göz hüceyrələrini, bəzisi istini, soyuğu və ya ağrını hiss edən sinir hüceyrələrini və ya səs titrəyişlərini qavrayan hüceyrələri əmələ gətirir. Bu proseslərə hüceyrələr özləri qərar verir? Öz-özlərinə insanın gözünü və ya ürəyini əmələ gətirməyi qərar verib bu ağlasığmaz işi onlar edir? Yoxsa onlar bu işə uyğun yaradılıblar? Heç şübhəsiz, ağıl və vicdan ikinci variantı qəbul edəcəkdir.
Göz formalaşarkən...
Bütün bu proseslər nəticəsində körpə ana bətnində inkişafını tamamlayır və dünyaya gəlir. Doğulduqdan sonra ana bətnindəki vəziyyətindən 100 milyon dəfə böyük, 6 milyard dəfə ağırdır... Burada izah edilənlər başqa hər hansı canlının deyil, bizim həyata başlanğıc hekayəmizdir. İnsan üçün bu cür mürəkkəb, qeyri-adi hadisənin mənbəyini tapmaqdan daha önəmli nə ola bilər?
Bütün bu mürəkkəb proseslərin öz-özünə baş verdiyini düşünmək ağıldan kənardır. Heç kim özünü və ya başqa bir insanı, hətta başqa bir maddəni yaratma gücünə malik deyil. Bəhs edilən mükəmməl sistemlərin hamısını Allah yaradır. Həm də hər anını, hər saniyəsini və hər mərhələsini...
Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq kitabda (lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır. (Fatir surəsi, 11)
Nütfədən insana çevrilən bədənimiz milyonlarla həssas müvazinətdən ibarətdir. Biz fərqinə varmasaq da, orqanizmimizdə yaşamağımızı təmin edən çox mürəkkəb və həssas sistemlər var. Bütün bu sistemləri insanın özünün yaradıldığını anlaması üçün hər şeyin yeganə sahibi, yaradanımız və Rəbbimiz olan Allah yaradır.
İnsan Allah`ın yaratdığı bir varlıqdır. Yaradıldığına görə özbaşına və nəzarətsiz buraxılmayacaq.
Yoxsa onlar heç bir şeydən yarandılar?! Yaxud onlar yaradanlardır?! Yoxsa göyləri və yeri yaratdılar?! Xeyr, onlar ürəkdən inanmırlar! (Tur surəsi, 35-36)
İnsanın üzünün ilk günləri (solda) və sonrası ... "Sizə surət verən, surətlərinizi gözəlləşdirən" (Mömin surəsi, 64) |
Əmmə refleksi |
Spermadan körpəyə çevrilən yeni insanın qidalanması da öz-özlüyündə bir möcüzədir. Körpə üçün xüsusi hazırlanan və hazırlanması nə ananın, nə də başqasının iradəsi daxilində olmayan ana südü ən xeyirli qidadır.
Ana südü tərkibindəki maddələrə görə həm yeni doğulan körpə üçün mükəmməl qida mənbəyi, həm də körpənin və ananın xəstəliklərə qarşı müqavimətini artıran qidadır. Həkimlər süni hazırlanan körpə yeməklərinin ancaq süd kifayət etmədikdə istifadə edilməsini, uşağın xüsusilə ilk aylarda ana südü ilə qidalanmasını tövsiyə edirlər. Ana südü haqqında bir az məlumat alaq:
• Ana südünün ən maraqlı xüsusiyyəti körpənin inkişaf dövrlərinə uyğun tərkibinin dəyişməsidir. Südün kalori dəyəri və qida tərkibi körpənin erkən və ya vaxtında doğulmasından asılı olaraq dəyişir. Körpə erkən doğulubsa, ana südünün tərkibindəki yağ və zülalın miqdarı normal doğulmuş uşağa görə daha çoxdur. Çünki erkən doğulan körpənin yüksək kaloriyə ehtiyacı var.
• Körpənin ehtiyacı olan immun sisteminin tərkib hissələri, yəni antikorlar və immun hüceyrələri ana südünün içində körpəyə hazır verilir, sanki muzdlu əsgərlər kimi aid olmadıqları orqanizmi qoruyur və körpəni düşmənlərindən müdafiə edirlər.
• Antibakterialdır. Otaq temperaturunda altı saat saxlanılan süddə bakteriyalar çoxalaraq südü çürüdür, lakin bu müddət ərzində ana südündə bakteriya əmələ gəlmir.
• Körpəni damar bərkliyindən qoruyur.
• Tez həzm olunur.
Müasir laboratoriyalarda qida mütəxəssislərinin hazırladığı uşaq yeməklərinin heç biri ana südü qədər faydalı deyil. Bu uşaq yeməklərindən ən üstünü olan ana südünün laboratoriyada deyil, insanın orqanizmində, ananın xəbəri belə olmadan kimin tərəfindən hazırlandığı necə açıqlana bilər? Aydındır ki, ana südünü o südə ehtiyacı olan körpəni yaradan Allah yaratmışdır.
Allah Quranın bir çox ayəsində insanın yaradılışına diqqət çəkmiş və insanları bu yaradılış üzərində düşünməyə dəvət etmişdir:
Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir? O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya saldı. Sənə Özü istədiyi surətdə biçim verdi. (İnfitar surəsi, 6-8)
Allah insanı müəyyən nizamla yaratmışdır. İnsan təbiətdəki ən mükəmməl, ən mürəkkəb və qeyri-adi sistemlərə malik canlılardan biridir.
İnsan orqanizmi təxminən 60-70 kiloluq ət və sümük yığınıdır. Məlumdur ki, ət təbiətdəki ən davamsız məmulatlardan biridir. Açıq havada qaldıqda bir neçə saata xarab olur, bir-iki günə qurdlanır və dözülməz qoxu yayır. Bu çürük məmulat insan orqanizminin böyük hissəsini təşkil edir. Lakin onu qidalandıran qan dövranı və xarici aləmdəki bakteriyalardan qoruyan dəri sayəsində 70-80 il boyu xarab olmadan, çürümədən qalır.
Orqanizmimizin funksiyaları heyrətamizdir. Məsələn, beş duyğu orqanımız ayrı-ayrılıqda hər biri bir möcüzədir. İnsan xarici aləmi bu yolla tanıyır, bu duyğu orqanlarının birgə işi nəticəsində rahat yaşayır. Görmə, qoxulama, toxunma, eşitmə, dad bilmə duyğularını tədqiq etdikdə qarşımıza çıxan detallar, qüsursuz formalar bir Yaradanın varlığını sübut edən dəlillər kimi qarşımıza çıxır.
İnsan orqanizmindəki möcüzələr sadəcə beş duyğu orqanı ilə məhdudlaşmır. Həyatı bizim üçün asanlaşdıran bütün orqanların hər biri bir möcüzədir. Hamısı ehtiyacımızı qarşılayan funksiyalara malikdir. Əlsiz yaradılsaydıq, nə qədər çətin yaşayardıq? Ayaqlarımız olmasaydı, bədənimiz dəri ilə deyil, tikan, pulcuq və ya qabıqla örtülü olsaydı, nələr baş verərdi?
Bu sadalananlarla bərabər, insan orqanizmindəki tənəffüs, qidalanma, çoxalma, immun sistemi kimi mürəkkəb sistemlər və orqanizmimizin estetikliyi də ayrı-ayrı möcüzələrdir.
Göründüyü kimi, insan orqanizmində çoxlu sayda həssas tarazlıq var. Bir-birləri ilə əlaqədar işləyən sistemlərin orqanizmdəki digər sistemlərlə olan qüsursuz əlaqəsi sayəsində insan həyati funksiyalarını heç bir çatışmazlıq olmadan həyata keçirir.
Bütüm bunları heç bir xüsusi səy göstərmədən, çətinliklə qarşılaşmadan edir. Hətta bütün bunlar baş verərkən çox vaxt insanın bunlardan xəbəri olmur. Mədəsindəki həzm prosesinin nə vaxt başlayıb nə vaxt bitdiyini, ürək döyüntüsündən qanın lazımi yerlərə ən lazımlı maddələri daşımasından, görmə, eşitmə prosesinə qədər çox şeydən insanın xəbəri olmur.
İnsan orqanizmində qüsursuz sistem qurulmuşdur və mükəmməl işləyir. Bu göydən yerə qədər hər işi idarə edib yoluna qoyan Allah`ın yaratmasıdır. Allah kainatdakı hər şeyi, hər detalı, bütün canlıları lazımi xüsusiyyətlərlə birlikdə yaratmışdır. İnsan orqanizmi də hərtərəfli tədqiq olunduqda qarşımıza çıxan qüsursuzluq Allah`ın yaratma sənətindəki bənzərsizliyin və mükəmməlliyin dəlilidir.
Allah kainatdakı qüsursuzluğa “Mülk” surəsində belə diqqət çəkir:
... Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır! (Mülk surəsi, 3-4)
İnsan orqanizmindəki saysız-hesabsız həssas tarazlıqlardan bir neçəsi bunlardır:
Beş duyğu orqanı məhz insanın ehtiyacına uyğun nizamlanmışdır. Məsələn, qulaq ancaq müəyyən aralıqdakı səs titrəyişlərini eşidir. Daha geniş aralıqdakı səsləri eşitmək üstünlük hesab edilə bilər. Bu eşitmə sinirləri müəyyən məqsədə əsasən tənzimlənmişdir. Əgər çox həssas qulağımız olsaydı, ürəyimizin döyüntülərini, yerdəki mikroskopik həşəratların xışıltısını və bir çox başqa səsləri eşidərdik. Bu da bizə çox narahatlıq verərdi.
Eyni həssas ölçü toxunma hissinə də aiddir. İnsan dərisinin altında yerləşən toxunuşa həssas sinirlər ən mükəmməl şəkildə tənzimlənmiş və bədənimizə yayılmışdır. Ən çox sinir ucu barmaq uclarında, dodaqlarda və cinsiyyət orqanlarındadır. Daha əhəmiyyətsiz hissələrdə, məsələn, kürəkdə çox az sinir ucu var. Bu insana böyük üstünlük verir. Əksini düşünək: barmaq uclarının çox hissiyyatsız olduğunu, bütün sinir uclarının kürəkdə toplandığını təsəvvür edək. Şübhəsiz, bu, çox narahatlıq verərdi. Əlimizdən yaxşı istifadə edə bilməzdik, kürəyimizə toxunan ən kiçik maddəni belə, məsələn paltarlarımızın qırışlarını hiss edərdik.
Orqanizmimizin başqa hissələrinin də əmələ gəlməsi həssas müvazinətə nümunədir. Məsələn, saç və kirpiklər. Hər ikisi tükdür, lakin bərabər uzanmırlar. Kirpiklərin saçlar qədər uzanıb gözlərimizin üstünə düşdüyünü düşünün. Həm görməyimizə mane olar, həm də gözə girərək bizim üçün həyati əhəmiyyət daşıyan bu orqanımıza zərər verər. Kirpiklərin müəyyən uzunluğu var və bu uzunluq sabit qalır. Yandıqda və ya buna bənzər qəza baş verdikdə kirpiklərimiz qısalarsa, yenidən əvvəlki ideal ölçüyə çatana qədər uzanırlar.
Habelə, kirpiklərin forması da çox əhəmiyyətlidir. Bir az yuxarı qıvrıldıqlarına görə həm gözün görməsinə mane olmur, həm də çox estetik görünüş verirlər. Kirpiklər göz qapağının ucundan çıxarkən buradakı xüsusi vəzlərdən ifraz olunan yağ ilə örtülürlər. Ona görə də kirpiklər fırça kimi bərk və düz deyil. İnsan bədəninin hər yerində çox incə detallara malik yaradılış möcüzəsi var...
Bu ölçülü yaradılış yeni doğulan körpədə də, böyümə dövründəki insanlarda da özünü göstərir. Məsələn, yeni doğulan körpənin kəllə sümükləri çox yumşaq olur. Bu sümüklər bir-birinin üzərində yüngülcə hərəkət edirlər. Bu elastikliyə görə körpənin başı doğuş zamanı zədə almır. Əgər kəllə sümükləri doğuş zamanı bərk olsaydı, ananın bətnindən çıxarkən çatlayar, hətta qırılardı və beləliklə, körpənin beyninə ciddi zərər verərdi.
Eyni şəkildə, böyümə dövründə olan insanda bütün orqanlar bir-birinə uyğun şəkildə böyüyür. Məsələn, inkişaf edən kəllədə beyinlə birlikdə onu əhatə edən kəllə sümüyü də böyüyür. Beyinə nisbətən daha yavaş böyüyən kəllə sümüyü olsaydı, beyini sıxar və qısa müddətdə insanın ölümünə səbəb olardı.
Ürək və ağciyərlər döş qəfəsi, gözlə göz çuxuru kimi başqa orqanlar da eyni ahəng içində böyüyür.
Ona görə, yaradılışdakı sənəti və qüdrəti görmək üçün öz bədənimizdəki qeyri-adi sistemləri təhlil etməkdə fayda var. Üstün texnologiyaya malik və ən təkmil fabriklərdən daha qüsursuz quruluşa malik insan orqanizminin hər hissəsi Allah`ın bənzərsiz yaratmasını göstərir, Onun bütün bədənimizə sahib olduğunu sübut edir.
İnsan orqanizmindəki sistemləri və orqanları tədqiq etdikdə qüsursuz və ölçülü yaradılış dəlillərini daha yaxından görərik.
Həzm prosesinin başlanğıcında ifraz olunan tüpürcək qidanı isladaraq dişlərlə çeynənməsini və yemək borusundan keçməsini asanlaşdırır. Digər xüsusiyyəti kimyəvi tərkibinə görə nişastanı şəkərə çevirməsidir. Ağızda bu qədər mühüm maddə olan tüpürcəyin ifraz olunmadığını düşünün. Bu halda, nə yediklərinizi uda bilər, nə də ağız quruluğuna görə düzgün danışa bilərdik. Heç bir bərk qidanı yeyə bilməz, sadəcə maye və mayeyə yaxın maddələrlə qidalana bilərdik.
Həzm sistemi ağız, tüpürcək vəziləri, mədə, mədəaltı vəz, qaraciyər, nazik və yoğun bağırsaqların bir-biri ilə uyğunluq içində fəaliyyət göstərdiyi, hər işçinin öz vəzifəsini yerinə yetirdiyi bir sistemdir. Bu sistemdə olan orqanlardan birinin və ya bir neçəsinin vəzifəsini tam olaraq yerinə yetirməməsi bütün sistemi sıradan çıxarar. |
Mədədəki sistem də mükəmməldir. Qidaların mədədə həzm olunması bu orqanın içindəki hidroxlorid turşusu vasitəsilə həyata keçirilir. Ancaq bu turşu o qədər təsirlidir ki, təkcə qidaları deyil, mədə divarını belə əridə bilər. Lakin bunun üçün də tədbir görülmüşdür: həzm vaxtı ifraz olunan selik mədənin bütün divarlarını örtür və turşunun parçalayıcı təsirinə qarşı müdafiə qatı təşkil edir. Beləliklə, mədənin öz-özünü məhv etməsinin qarşısı alınır. Seliyin tərkibindəki kiçik bir çatışmazlıq onun qoruyucu xüsusiyyətini aradan qaldırar. Halbuki, istər mədənin həzm turşusunda, istərsə də o selikdə qüsursuz uyğunluq var.
Mədə boş olarkən zülalları, yəni ət kimi heyvan məhsullarını parçalayan selik mədədə olmur. Daha doğrusu, mədə boş ikən bu selik tamamilə fərqli, parçalayıcı xüsusiyyəti olmayan maddə kimi mədədə olur. Zülal tərkibli qida mədəyə düşdükdə ifraz olunan hidroxlorid turşusu bu təsirsiz seliyi güclü zülal parçalayıcısına çevirir. Beləcə, mədə boş qaldıqda bu güclü zülal parçalayıcı selik zülallardan ibarət mədəyə zərər vermir.
Burada bir cəhətə diqqət etməliyik: sözügedən sistemi təkamül nəzəriyyəsi heç cür açıqlaya bilmir. Çünki təkamül kiçik forma dəyişikliklərinin mərhələ-mərhələ baş verməsi ilə ibtidai canlılardan bugünkü mürəkkəb canlıların əmələ gəldiyini iddia edir. Halbuki, açıq-aydın görünür ki, mədədəki sistemin mərhələ-mərhələ əmələ gəlməsi qeyri-mümkündür. Bircə amilin olmaması canlının həyatına son qoyar. Təkamülün əsassızlığını daha yaxşı anlamaq üçün bir nümunə kifayət edər. Mədəsinin ifraz etdiyi turşu ilə öz mədəsini əridən canlı düşünün. Ağrı çəkərək əvvəlcə mədəsi parçalanar, daha sonra digər daxili orqanları bu turşu ilə məhv edilər. Canlı öz-özünü yeyərək ölər.
Mədədəki mayenin qida gəldikdə parçalayıcı xüsusiyyət qazanması bir sıra ardıcıl kimyəvi reaksiya nəticəsində baş verir. “Təkamül prosesi” zamanı mədəsində bu cür planlı kimyəvi çevrilmə olmayan bir canlı düşünün. Mədəsindəki maye parçalayıcıya çevrilməyən canlı yediklərini həzm edə bilməz, qarnında həzm olunmamış qida olduğu halda, orqanizmi qida tələb etdiyi üçün ölərdi.
Nazik bağırsaqda yerləşən və qida kütləsindən lazımi maddələri soran bir nasos (villüs). Bir kvadrat millimetrdə 200 milyon ədəd olan bu nasoslar həyatınızı davam etdirmək üçün hər saniyə fəaliyyətdədirlər. Şəkildə bu nasosların daxilində olan və fərqli qidaları fərqli yollarla bədənə ötürən xüsusi kanallar (damar, kapillyarlar və limfa damarları) göstərilmişdir. |
Bu mövzunu başqa cəhətdən təhlil edək. Mədə turşusunu mədə hüceyrələri ifraz edir. Bu hüceyrələr də, bədənin hər hansı yerindəki digər hüceyrələr də (məsələn, göz hüceyrələri) ana bətnində bölünərək əmələ gəlmiş eyni kökdən olan hüceyrələrdir. Habelə, hər ikisinin genetik məlumatı yenidir. Yəni hər iki hüceyrənin məlumat bankında həm gözün ehtiyacı olan zülalların, həm də mədədə istifadə edilən turşunun genetik məlumatı var. Lakin haradan gəldiyi bilinməyən əmrə tabe olan göz hüceyrəsi milyonlarla məlumatın içindən sadəcə gözə aid məlumatlardan, mədə hüceyrəsi də mədəyə aid məlumatlardan istifadə edir. Bəs gözə aid zülalları nə üçün hasil etdiyi məlum olmayan göz hüceyrələri bir gün mədə turşusu hasil etməyə başlasalar (çünki mədə turşusunun necə hasil ediləcəyinə dair məlumata malikdirlər), nəticədə, nə baş verərdi? İnsan gözünü əridər və həzm edərdi.
Öz daxilimizdəki mükəmməl sistemi təhlil etməyə davam edək:
Həzm prosesinin davamı da eyni şəkildə planlıdır. Qidaların həzm sistemi tərəfindən parçalanmış faydalı hissələri nazik bağırsaq çəpərləri ilə sorularaq qana qarışır. Nazik bağırsağın daxili səthi eninə xovları olan məxmər parçaya bənzəyir. Hər qırışın üzərində “villus” adlanan daha kiçik xovlar var. Bu xovlar sayəsində faydalı maddələri soran bağırsağın səthinin sahəsi artır. Xovların üzərindəki hüceyrələrin üst hissələrində də “mikroxov” adlanan mikroskopik çıxıntılar var. Bu çıxıntılar nasos kimi qida maddələrini sorur. Habelə, bu nasosların içi müxtəlif qidalara uyğun kapillyarlarla qan dövranı sisteminə bağlanmışdır. Beləliklə, nasosların sorduğu qida maddələri qan dövranı sistemi ilə orqanizmin hər yerinə çatdırılır.
Hər xovun təqribən 3000 mikroxovu var. Nazik bağırsağın daxili səthində 1 mm2 sahə 200 milyona qədər mikroxovla örtülüdür. 1 m2-ə yerləşən 200 milyon nasos hər an insanın həyatını davam etdirməsi üçün yorulmadan, xarab olmadan işləyir. Bu qədər çox nasos çox böyük və geniş səthin qırışdırılması ilə kiçik yerə sığışdırılmışdır. Bu sistem aldığımız qida maddələrindən orqanizmimizin maksimum dərəcədə faydalanmasını, nəticə etibarilə həyatımızın davam etməsini təmin edir.
Tənəffüs həssas sistemdir. Nəfəs alarkən ciyərlərimizə çəkdiyimiz havanın soyuq və kirli olması sağlamlığımıza mənfi təsir edər. Ona görə, hava əvvəlcədən təmizlənməli və isidilməlidir. Burnumuz bu işə uyğun yaradılmışdır. Burun divarlarındakı tüklər və içəridəki yapışqan maddə içəri daxil olan havadakı tozları udaraq havanı bir növ süzür. Bundan əlavə, hava burunun içindəki qırışlardan keçərək isinir. Burun sümükləri elə xüsusi quruluşdadır ki, içəri daxil olan hava burunun içində bir neçə dəfə dolandıqdan və isindikdən sonra ağciyərlərə gedə bilər. Kiçik sümüyün içində hava axınını bir neçə dəfə dolandıran forma ancaq xüsusi yaradılışın əsəri ola bilər. Çünki havanın hərəkətini istiqamətləndirmək üçün bir sıra hesablama və planlaşdırma işləri aparmaq lazımdır. Belə xüsusi formanın başqa sistemin ehtiyacını təmin etmək – ağciyərə gedən havanı isitmək və təmizləmək – üçün mövcud olması hər iki sistemi Allah`ın xüsusi yaratdığını sübut edir. Bütün sadaladığımız mərhələlərdən sonra hava nəmləndirilmiş və tozlardan təmizlənmiş şəkildə nəfəs borusuna daxil olur.
Bədəndə olan bütün sistemlər (həzm, qan dövranı, tənəffüs və ifrazat) bir-biriləri ilə uyğunluq və qarşılıqlı əməkdaşlıq içində fəaliyyət göstərirlər. Şəkildə bu sistemlərin bir-birinə olan münasibəti və əlaqələri göstərilmişdir. |
Skelet 206 ədəd ayrı-ayrı sümüklərin birləşməsindən meydana gəlmiş əsl mühəndislik möcüzəsidir. İnsan bədəni bir-birinə calanmış bu parçalar sayəsində fövqəladə hərəkət qabiliyyətinə sahibdir. İndiyə qədər düzəldilmiş heç bir robot insan bədəninin hərəkət qabiliyyətini təqlid edə bilməmişdir. |
Skelet öz-özlüyündə mühəndislik möcüzəsidir. Orqanizmin dayaq sistemidir. Eyni zamanda, beyin, ürək, ağciyər kimi həyati orqanları qoruyur, daxili orqanlara dəstək olur. İnsan orqanizminə heç bir süni cihaz tərəfindən təqlid olunmayan üstün hərəkət qabiliyyəti verir. Habelə, sümük toxuması cansız deyil. Bu toxuma orqanizmin kalsium, fosfat və digər mühüm minerallarının toplandığı yerdir. Orqanizmin ehtiyacına uyğun olaraq bu mineralları toplayır və ya daha əvvəl topladıqlarını orqanizmə verir. Bütün bunlarla yanaşı, qırmızı qan hüceyrələri də sümüklərdə əmələ gəlir.
Skelet həm bütövlükdə mükəmməl funksiya yerinə yetirir, həm də onu təşkil edən sümüklər üstün quruluşa malikdir. Bədənin hərəkəti və qorunması kimi mühüm funksiyanı yerinə yetirən sümüklər bu işi asanlıqla yerinə yetirəcək qabiliyyətə və möhkəmliyə malikdirlər. Bədənin üzləşdiyi bütün çətin vəziyyətlər də buna daxildir. Məsələn, omba sümüyü dik vəziyyətdə ikən bir ton ağırlığa tab gətirir. Belə ki, atılan hər addımda omba sümüyümüzə bədən ağırlığımızdan üç dəfə artıq yük düşür. Hətta tirlə yüksəklikdən tullanan atlet yerə enərkən çanaq sümüyünün hər sm2-i 1400 kq təzyiqə məruz qalır. Bəs bircə hüceyrənin bölünməsi nəticəsində əmələ gələn sümüyü bu qədər möhkəm edən nədir? Sualın cavabı sümüklərin bənzərsiz yaradılışında gizlənmişdir.
Konuyu daha iyi anlamak için günümüz teknolojisinden bir örnek vermek yerinde olacaktır. Büyük ve yüksek yapıların inşasında kafes sistemleri kullanılır. Bu inşaat tekniğinde yapının taşıyıcı elemanları, yekpare yapıda değil, birbiri içine geçmiş, kafes şeklinde çubuklardan oluşur. Ancak bilgisayarların yapabileceği karmaşık hesaplar sayesinde, büyük köprüler ve endüstriyel yapılar çok daha dayanıklı ve daha ucuza inşa edilmektedirler.
Sümüklərin daxili quruluşu da insanların binalarda və körpülərdə istifadə etdiyi qəfəs sisteminə bənzərdir. Lakin sümüyün içindəki sistem insanların istifadə etdiyi qəfəs inşaat sistemindən daha üstün və mürəkkəbdir. Bu sayədə sümüklər həm olduqca möhkəm, həm də yüngüldür. Əgər əksi olsaydı, yəni sümüklərin içi də çölü kimi bərk və dolu olsaydı, həm sümüyün ağırlığını insan daşıya bilməzdi, həm də sümük bərk və kövrək olduğu üçün bir zərbədə çatlayar və ya sınardı.
Sümüklərimizin bu mükəmməl yaradılışı bizim çox rahat yaşamağımızı, çox çətin hərəkətləri asanlıqla və ağrısız etməyimizi təmin edir. Sümüyün quruluşunun başqa bir xüsusiyyəti də orqanizmin lazımi yerlərində elastik olmasıdır. Məsələn, döş qəfəsi ürək və ağciyər kimi həyati orqanları qoruyur, eyni zamanda, ağciyərlərə havanın dolub-boşalması üçün genişlənir və sıxılır.
Sümüklərin elastikliyi zaman ərzində dəyişir. Məsələn, qadınlarda çanaq sümükləri hamiləliyin son aylarında yumşalır və bir-birlərindən bir az ayrılır. Bu, çox mühüm detaldır, çünki bu yumşalma sayəsində doğuş zamanı uşağın başı əzilmir.
Sümüklərdəki möcüzələr bunlarla məhdudlaşmır. Sümüklər elastikliyi, möhkəmliyi və yüngüllüyü ilə bərabər özlərini təmir etmə xüsusiyyətinə də malikdirlər. Bu da orqanizmdəki bir çox proses kimi milyonlarla hüceyrənin birlikdə işləməsi ilə baş verir.
İnsan bədəninə aid uzun sümüklərdəki möhtəşəm quruluş və sümük kəsiyinin mikroskopik şəkli. Qan hüceyrələri yaradan, bədənin mineral bankı olan sümüklər canlıdırlar. |
Skeletin hərəkət qabiliyyəti də başqa bir detaldır. Hər addım atdıqda onurğamızı təşkil edən fəqərələr bir-birinin üstündə hərəkət edirlər. Bu müntəzəm hərəkət və sürtünmə fəqərələrin aşınmasına səbəb ola bilər, lakin bu təhlükənin qarşısını almaq üçün hər fəqərənin arasında disk adlanan möhkəm qığırdaqlar yerləşdirilmişdir. Bu disklər amortizator funksiyasını yerinə yetirir. Habelə, hər addım atdıqda bədənin ağırlığından qaynaqlanan itələmə qüvvəsi də yerdən gəlir. Bu qüvvə onurğanın amortizatorları və qüvvə paylayıcı “S” şəkilli forması sayəsində bədənə zərər vermir. Əgər itələmə qüvvəsini azaldan elastiklik və xüsusi forma olmasa, əmələ gələn qüvvə birbaşa kəllə sümüyünə ötürülər və onurğanın yuxarı ucu kəllə sümüklərini parçalayaraq beynin içinə girərdi.
Sümüklərin bir-birlərinə bitişdiyi yerlərdə də yaradılış dəlillərini görmək mümkündür. Oynaqlar ömür boyu hərəkət etdikləri halda, yağlanmağa ehtiyac hiss etmirlər. Bioloqlar bunun səbəbini araşdırdılar: oynaqlardakı sürtünmə necə aradan qaldırılır?
Atılan hər addımda bədənin ağırlığı səbəbindən yerdən bədənə doğru cavab (reaksiya) qüvvəsi yaranır. Əgər onurğalar arasındakı amortizatorlar olmasaydı və onurğa düz quruluşa sahib olsaydı, bu qüvvə birbaşa kəlləyə yönləndirilərdi. Bunun nəticəsində, onurğanın yuxarı uc hissəsi beynin içərisinə girər, kəllə sümüklərini parçalayardı. |
Elm adamları məsələnin əsl yaradılış möcüzəsi olan sistemlə həll edildiyini gördülər: oynaqların sürtünmə səthləri nazik və məsaməli qığırdaq təbəqəsi ilə örtülmüşdür və bu təbəqələrin altında qatı və sürüşkən maye var. Sümük oynağın bir yerinə təzyiq göstərdikdə bu maye dəliklərdən çıxır və oynağın üzərini yağ kimi sürüşkən edir.
Bütün bunlar insan bədəninin çox mükəmməl, üstün yaradılış əsəri olduğunu göstərir. İnsan bu mükəmməl yaradılış nəticəsində bir-birindən fərqli hərəkətləri sürətlə və asanlıqla edir.
Hər şeyin bu qədər mükəmməl olmadığını, məsələn, ayağımızın bir uzun sümükdən ibarət olduğunu düşünün. Yerimək böyük problemə çevrilər, çox qaba və hərəkətsiz bədənimiz olardı. Bir yerdə oturmaq belə çətinləşər, bu cür hərəkətlər əsnasında maneələrə görə ayaq sümüyü tez qırılardı. Halbuki, insanın skeleti bədəninin hər hərəkətini asanlaşdırır.
Skeletin bütün xüsusiyyətlərini Allah yaratmışdır və hələ də yaradır. Allah yaratdığı insanı bu həqiqət üzərində düşünməyə dəvət edir:
... Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük... (Bəqərə surəsi, 259)
İnsan bu həqiqət üzərində düşünməli və onu yaratmış Allah`ın gücünü təqdir edib Ona şükür etməlidir. Bunu etməsə, böyük itkiyə məruz qalar. Sümükləri ilk dəfə yaradıb sonra da onların üstünü ətlə örtən Allah bunu istədiyi vaxt istədiyi kimi etməyə qadirdir. Allah bu həqiqəti Quranda belə bildirir:
Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq bir düşmən kəsilərək, Öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” – deyə, hələ Bizə bir məsəl də çəkdi. De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır!” (Yasin surəsi, 77-79)
Şəkildə göstərilən sistemlərdən tək bir dənəsinin belə öz-özünə təsadüfən meydana gəlməsi qeyri-mümkündür. Qaldı ki, bu sistemlərin ayrı-ayrı əmələ gəlməsi iddiası tamamilə mənasızdır. Bu sistemlərin bir-biri ilə mütləq uyğunluq içərisində eyni anda mövcud olmaları lazım gəlir. |
İnsan orqanizmində müəyyən məqsədlə, yəni bədənin yaşaması üçün bütün sistemlər birlikdə, əlaqədar şəkildə və uyğunluq içində işləyir. Hər gün etdiyimiz çox kiçik hərəkətlər, məsələn, nəfəs almaq, gülmək belə insan orqanizmindəki qüsursuz uyğunluğun nəticəsidir.
Bədənimizdə hər an işləyən, ağlasığmaz dərəcədə mürəkkəb, böyük uyğunluq var. Məqsəd isə həyata təkan verməkdir. Bu uyğunluq xüsusilə orqanizmin hərəkət-dayaq sistemində görünür. Çünki ən kiçik hərəkət üçün skelet, əzələlər və sinir sistemi mükəmməl uyğunluq içində işləməlidir.
Orqanizmdəki uyğunluğun ilkin şərti doğru məlumatın təmin olunmasıdır. Ancaq doğru məlumatların əldə edilməsi ilə yeni dəyərləndirmələr edilir. Bunun üçün çox təkmil xəbərçi şəbəkə mövcuddur.
Uzlaşdırılmış hərəkəti etmək hər şeydən əvvəl o hərəkətlə əlaqədar orqanların mövqeyi və bir-biri ilə əlaqəsi bilinməlidir. Bu məlumat beyinə gözlərdən, daxili qulaqdakı müvazinət mexanizmindən, əzələlərdən, oynaqlardan və dəridən gəlir. Hər saniyə milyonlarla məlumat şərh olunur, dəyərləndirilir və bunlara əsasən, yeni qərarlar verilir. İnsanın isə orqanizmində baş verən bu sürətli proseslərdən heç xəbəri olmur. O, ancaq hərəkət edir, gülür, danışır, qaçır, yemək yeyir, düşünür. Bu proseslərin həyata keçməsi üçün heç bir səy göstərmir. Məsələn, adi gülümsəmə üçün on yeddi əzələ eyni anda işləməlidir. Bu əzələlərdən birinin işləməməsi və ya səhv işləməsi üz ifadəsini tamamilə dəyişdirər. Yerimək üçün ayaqlarda, qıçlarda, budda, qasıqlarda və kürəkdə əlli dörd müxtəlif əzələ uyğunluq içində işləməlidir.
a) Ön bazu əzələsi. |
Əzələlərdəki qəbuledicilərdən (sensorlardan) onurğaya məlumatın çatması və bu məlumat istiqamətində onurğanın əzələyə yeni əmr verməsinin sxematik izahatı. Milyardlarla reseptorların verdiyi milyardlarla məlumatın qiymətləndirilməsi. Verilən bütün əmrlər hər saniyə reallaşır. Bu kompleks sistemin varlığından bir çoxlarının xəbəri yoxdur, ancaq hər insan bu xüsusi sistemə sahib olaraq doğulur. Rəhman və Rəhim olan Allah qullarını izləyib qoruyandır. |
Əzələlər və oynaqlarda orqanizmin həmin andakı vəziyyətinə aid məlumat verən milyardlarla kiçik, mikroskopik reseptor var. Bu reseptorlardan gələn mesajlar mərkəzi sinir sisteminə çatır və burada şərh olunaraq əzələlərə yeni əmrlər göndərilir.
Orqanizmdəki uyğunluğun mükəmməlliyini bu nümunədən daha yaxşı başa düşmək olar: təkcə bir əlinizi havaya qaldırmaq üçün çiyniniz bükülməli, “biseps” və “triseps” adlanan ön və arxa qol əzələləriniz ardıcıl dartılıb-yığılmalı, dirsəyiniz və biləyiniz arasında yerləşən əzələləriniz biləyinizi çevirməlidir. Hərəkətin hər mərhələsində bu əzələlərin içindəki milyardlarla reseptor hər an əzələlərin vəziyyətini mərkəzə xəbər verir. Mərkəzdən də əzələlərə bir an sonra nə etməli olduqları bildirilir. Təbii ki, insan bunların fərqində olmur, ancaq əlini qaldırmaq istəyir və qaldırır.
Məsələn, orqanizmin dik dayanması, ayaq əzələlərində, ayaqlarda, kürəkdə, qarında, sinədə, boyunda yerləşən milyardlarla reseptordan gələn məlumat dəyərləndirilir və bu əmrlərin hamısı hər saniyə əzələlərə ötürülür.
Danışmaq üçün də xüsusi səy göstərmirik. İstədiyimiz sözlərin ağzımızdan çıxması üçün səs tellərinin hansı açıqlıqda, nə qədər titrəməli olduğunu, ağzımızdakı, dilimizdəki, boğazımızdakı yüzlərlə əzələdən hansının, hansı ardıcıllıqla neçə dəfə titrəməsini, hansı nisbətdə gərilib-boşalmasını, ciyərlərimizə neçə kub santimetr hava alıb, bu havanı hansı sürət və fasilələrlə boşaltmalı olduğumuzu oturub hesablamırıq. İstəsək də, bunu edə bilmərik! Çünki ağzımızdan çıxan bircə sözün əmələ gəlməsi, insanın tənəffüs sistemindən sinir sisteminə, əzələlərdən sümüklərinə qədər bir çox orqanın uyğunluq içində fəaliyyətinin nəticəsidir.
Bu uyğunluqda bir çatışmazlıq olarsa, nələr baş verərdi? Gülümsəmək istəyərkən üzümüzdə başqa ifadə əmələ gələr və ya danışmaq istədikdə bunu bacarmazdıq, yeriyə bilməzdik. Halbuki, nə vaxt istəsək, gülürük, danışırıq, yeriyirik, heç bir çatışmazlıq olmur. Çünki burada izah edilən hər şey sonsuz qüdrət tələb edən yaradılış nəticəsində baş verir.
Bu səbəbdən, insan həmişə bütün həyatına və varlığına görə onu yaradan Allah`a borclu olduğunu bilməlidir. İnsanın öyünməli, qürrələnməli heç nəyi yoxdur. Gücü, sağlamlığı və ya gözəlliyi öz əsəri deyil, ona əbədiyyən də verilməyib. Mütləq yaşlanacaq, sağlamlığını və gözəlliyini itirəcək. Allah Quranda bu həqiqətə belə diqqət çəkir:
Sizə verilən hər hansı bir şey ancaq bu fani dünyanın malı və bərbəzəyidir. Allah yanında olan isə daha yaxşı və daha baqidir. Məgər ağıla gəlməzsiniz?! (Qəsəs surəsi, 60)
Əgər bunların daha üstününü əbədiyyən axirətdə əldə etmək istəyirsə, Allah`ın ona verdiyi nemətə şükür etməli və Onun istədiyi kimi yaşamalıdır.
Bu misallardan da göründüyü kimi, insan bədənindəki orqanların və sistemlərin hamısı möcüzəvi xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətləri təhlil etdikdə insan varlığının nə qədər incə hesablamalara əsaslandığını və yaradılışındakı möcüzələri görər və Allah`ın sonsuz elmini və insan üzərindəki qüsursuz sənətini daha yaxşı qavrayar.