İkinci fəsil
Quran möcüzələri

Dəmirdəki sirr

Dəmir Quranda diqqət çəkilən elementlərdən biridir. Quranın “Hədid”, yəni “Dəmir” adlı surəsində belə buyurulur:

... Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də nazil etdik... (Hədid surəsi, 25)

Dəmir dünyada geniş yayılmış üçüncü elementdir və yer qabığının 5%-ni təşkil edir. Dəmir Yerdə bu qədər çox olmasına baxmayaraq, Yerdən kənarda əmələ gəlmişdir. Müasir astronomik tədqiqatlar Yerdəki dəmirin kosmosdakı nəhəng ulduzlardan gəldiyini aşkar etmişdir. 42

“Hədid” surəsinin 25-ci ayəsində dəmir haqqındakı “ənzəlna”, yəni “nazil etmək, endirmək” sözü məcazi mənada insanların xidmətinə verilmə mənasında ola bilər. Lakin sözün yağış və günəş şüaları ilə bağlı “göydən endirmə” şəklindəki həqiqi mənasını nəzərə aldıqda ayənin yuxarıda izah etdiyimiz mühüm elmi həqiqətə işarə etdiyini görürük.

Ancaq təkcə Yerdəki deyil, bütün Günəş sistemindəki dəmir kosmosdan gəlmişdir. Çünki Günəşin temperaturu dəmirin əmələ gəlməsi üçün kifayət deyil. Günəşin səthində 6000ºC, nüvəsində isə 20 milyon ºC temperatur var. Dəmir ancaq Günəşdən çox böyük olan ulduzlarda, bir neçə yüz milyon dərəcəyə çatan temperaturlarda əmələ gəlir. Nova və ya Supernova adlandırılan bu ulduzlardakı dəmirin miqdarı müəyyən ölçünü keçdikdə, ulduz bunu daşıya bilmir və partlayır. Bu partlayışlar nəticəsində dəmir kosmosa yayılır. 43

Bir elmi mənbədə bu haqda belə məlumat verilir:

Daha yaşlı Supernova partlayışlarını göstərən dəlillər var: dənizin dibində toplanmış dəmir-60 təqribən 5 milyon il əvvəl Günəşdən 90 işıq ili uzaqda əmələ gələn Supernova partlayışının nəticəsidir. Supernova partlayışında əmələ gələn dəmir-60 1.5 milyon il ömrü olan radioaktiv izotopdur. Yerin daxili təbəqələrindəki dəmir-60 izotopu kosmosdakı elementlərin nukleosintez keçirərək əvvəlcə atmosferə, oradan da yerin daxili təbəqələrinə çökməsi nəticəsində əmələ gəlmişdir. 44

Göründüyü kimi, dəmir Yerdə əmələ gəlməmiş, Supernovalardan eynilə ayədə bildirildiyi kimi endirilmişdir. Bu fakt Quranın nazil edildiyi VII əsrdə elmi cəhətdən aşkar edilə bilməzdi. Lakin bu həqiqət hər şeyi sonsuz elmi ilə əhatə edən Allah`ın sözü olan Quranda bildirilmişdir.

periyodik cetvel

“Hədid” surəsi Quranın 57-ci surəsidir, “əl-hədid” sözünün ərəb dilindəki sıra nömrəsi isə 57-dir. Yalnız "hədid" sözünün sıra nömrəsi 26-dır. Yandakı periodik cədvəldə də göründüyü kimi, 26 dəmirin atom nömrəsidir. Üstün qüdrət sahibi olan Allah “Hədid” surəsində endirdiyi ayə həm dəmirin necə meydana gəldiyinə diqqət çəkir, həm də ayənin ehtiva etdiyi riyazi şifrlərlə elmi möcüzəni bizə göstərir.

Müasir astronomik məlumatlar bizə digər elementlərin də Yerdən kənarda əmələ gəldiyini göstərir. Ayədəki “dəmiri də nazil etdik” ifadəsindəki “də” ədatı bunu vurğulayır. Ancaq ayədə dəmirə xüsusilə diqqət çəkilməsi isə XX əsrin sonlarında əldə edilən məlumatları nəzərə aldıqda çox düşündürücüdür. Məşhur mikrobioloq Maykl Denton (Michael Denton) “Təbiətin taleyi” (Nature's Destiny) adlı kitabında dəmirin əhəmiyyətini belə vurğulayır:

Metallar arasında həyat üçün dəmirdən daha əhəmiyyətli metal yoxdur. Bir ulduzun nüvəsində dəmirin toplanması supernovanın partlamasına və beləliklə, həyat üçün lazımlı atomların bütün kainata yayılmasına səbəb olur. Dəmir atomlarının Yerin ilk mərhələlərində nüvədə əmələ gətirdiyi cazibə qüvvəsi ilə meydana gələn temperatur Yerin kimyəvi cəhətdən müxtəlifliyinə səbəb olmuş, atmosferin formalaşmasına və nəticədə, hidrosferin əmələ gəlməsinə səbəb olmuşdur. Yerin mərkəzindəki ərimiş dəmir nəhəng maqnit funksiyasını yerinə yetirərək yerin maqnit sahəsini əmələ gətirir. Maqnit sahəsi Yerin səthini yüksək enerjili məhvedici kosmik radiasiyaya qarşı müdafiə edən Van Allen radiasiya qurşaqlarını əmələ gətirir və həyati əhəmiyyətə malik ozon təbəqəsini kosmik şüaların zərərli təsirindən qoruyur.

Dəmir atomu olmadan kainatda karbon əsaslı həyat olmazdı, supernovalar meydana gəlməz, Yerin ilk mərhələlərində isinmə baş verməz, atmosfer və ya hidrosfer əmələ gəlməzdi. Qoruyucu maqnit sahəsi olmaz, Van Allen qurşaqları əmələ gəlməz, ozon təbəqəsi olmaz, (insanın qanında) hemoqlobini əmələ gətirən metal mövcud olmaz, oksigenin reaktiv təsirini dəf edən metal əmələ gəlməz və oksidləşməyə davamlı maddələr mübadiləsi meydana gəlməzdi.

Həyat, dəmir və qanın qırmızı rəngi ilə uzaqdakı bir ulduzun ölümü arasındakı bu sirli və yaxın əlaqə nəinki metalların, eyni zamanda, kainatın bioloji cəhətdən əhəmiyyətini vurğulayır. 45

Dəmir atomunun əhəmiyyəti bu açıqlamalardan məlum olur. Quranda xüsusilə dəmirə diqqət çəkilməsi də bu maddənin əhəmiyyətini vurğulayır. Peyğəmbərimizin (s.ə.v) dövründə dəmirdən müxtəlif alətlər hazırlanırdı, ancaq dəmirin insan həyatındakı əhəmiyyəti haqqında kifayət qədər məlumat yox idi. Yerin nüvəsində, insanın qanında dəmirin olduğu və canlılar üçün həyati əhəmiyyəti XX əsrə qədər məlum deyildi.

Quranda dəmirin əhəmiyyətinə diqqət çəkən başqa sirr də var. Dəmirdən bəhs edilən “Hədid” surəsinin 25-ci ayəsində 2 riyazi şifrə var: “əl-Hədid” Quranın 57-ci surəsidir. “Əl-hədid” sözünün ərəbcədə əbcəd dəyəri də “57”-dir.

Təkcə “hədid” sözünün dəyəri 57-dir. 26 isə dövri cədvəldə dəmir atomunun nömrəsidir.

Digər tərəfdən, 2004-cü ildə həyata keçirilən xərçəng xəstəliyinin müalicəsində dəmir oksidi zərrəciklərindən istifadə olunmuş və müsbət nəticələr əldə edilmişdir. Almaniyadakı məşhur Charite xəstəxanasında həkim Andreas Cordanın (Andreas Jordan) rəhbərlik etdiyi qrup xərçəng xəstəliyinin müalicəsi üçün yeni metodla – maqnetik likid hipertermiya (yüksək temperaturlu maqnetik maye) metodu ilə xərçəng hüceyrələrini məhv etməyi bacardı. Xəstəxanada ilk dəfə 26 yaşlı Nikolaus H. adlı tələbəyə tətbiq edilən bu metod nəticəsində bu xəstədə üç ay yeni xərçəng hüceyrələri əmələ gəlmədi. Bu metodla müalicə belə aparılır:

1 – Tərkibində dəmir oksidi zərrəcikləri olan maye xüsusi şprislə xərçəng şişinin içinə yeridilir. Bu zərrəciklər xərçəng hüceyrələrinə yayılır. Bu mayenin 1 sm3-də dəmir oksiddən ibarət eritrositlərdən 1000 dəfə kiçik milyonlarla zərrəcik mövcuddur və bu zərrəciklər qan damarlarında asanlıqla hərəkət edir. 46

2- Xəstə daha sonra güclü maqnit təsiri olan alətin altında uzandırılır.

3- Kənardan verilən maqnetik axın şişin içindəki dəmir zərrəciklərini hərəkətə salır. Bu zaman içində dəmir oksidi zərrəcikləri olan xərçəng şişindəki temperatur 45 0C-yə qədər qalxır.

4- Bu temperatura qarşı özünü qoruya bilməyən xərçəng hüceyrələri bir neçə dəqiqədə zəifləyir və ya məhv olur. Daha sonra hemoterapiya ilə şiş tamamilə itir. 47

Bu müalicədə təkcə xərçəng hüceyrələri tərkibində dəmir oksidi zərrəcikləri olduğu üçün maqnit dalğası sağlam hüceyrələrə təsir etmir. Bu metodun yayılması ölümcül xərçəng xəstəliyinin müalicəsində böyük irəliləyişdir. Xərçəng kimi geniş yayılmış xəstəliyin müalicəsində Qurandakı ifadə ilə “insanlara fayda verən dəmir”dən istifadə edilməsi diqqətçəkəndir (Hədid surəsi, 25). Belə ki, Quranda bu ayə ilə dəmirin insan üçün faydalarına işarə edilə bilər (ən doğrusunu Allah bilir).

Neftin əmələ gəlməsi

Ən uca Rəbbinin adına təriflər de! O Rəbbin ki, xəlq etdi və nizama saldı. O Rəbbin ki, əzəldən müəyyən etdi və yol göstərdi. O (Rəbbin) ki, otlağı cücərdib, sonra da onu qara çör-çöpə döndərdi.(Əla surəsi, 1-5)

petrolMəlum olduğu kimi, neft dənizlərdəki bitki və heyvanların çürümüş qalıqlarından əmələ gəlir. Bu qalıqlar dənizin dibində milyon illər ərzində çürüdükdən sonra ancaq yağlı maddələr qalır. Palçıq və böyük daş təbəqələri altında qalan yağlı maddələr neft və qaza çevrilir. Yer qabığındakı seysmik hərəkətlər bəzən dənizlərin quru hissəsinə çevrilməsinə və altında neft olan qayaların minlərlə metr dərinliyə batmasına səbəb olur. Əmələ gələn neft bəzən qaya təbəqələrindəki məsamələrdən sızaraq kilometrlərlə dərinlikdən səthə çıxır, burada buxarlanaraq (qaz halına çevrilərək) qatran yığıntısı əmələ gətirir.

“Əla” surəsinin ilk dörd ayəsində diqqət çəkən üç cəhət neftin əmələgəlmə mərhələlərinə çox uyğun gəlir. Otlaq, çəmənlik mənasını verən “əlmər’a” sözü ilə neftin əsasını təşkil edən üzvi maddələrə diqqət çəkilə bilər. Ayədə ikinci diqqətçəkən söz isə qara rəngə çalan yaşıl, yaşıl rəngə çalan qara, qaramtıl, hisli rəngləri tərif etmək üçün istifadə edilən“əhva” sözüdür. Bu söz ilə yerin altında toplanan bitki qalıqlarının zaman ərzində çürüyərək qaralması nəzərdə tutula bilər. Çünki bu sözlər üçüncü sözlə - “qusaən” sözü ilə dəstəklənir. Bəzi Qurani-kərim tərcümələrində çör-çöp kimi verilmiş “qusaən” sözü sel suyunun otları, çör-çöpü bir-birinə qataraq gətirdiyi və dərələrin ətrafında topladığı ot, çöp, yarpaq və köpük kimi qarışıq mənasını da ifadə edir. Bu söz “qusma” mənasına görə, bəzi mənbələrdə “selin gətirdiyi zir-zibil” kimi də tərcümə edilir və torpağın nefti üzə çıxarması kimi tərif edilir. Belə ki, neftin formalaşmasını, üzə çıxmasını, köpüklü görüntüsünü, rəngini nəzərə aldıqda ayələrdə işlədilmiş sözlərin nə qədər hikmətli olduğu daha yaxşı başa düşülür.

Göründüyü kimi, ayədəki bitkinin qara mayeyə çevrilməsi neftin əmələgəlmə prosesinə çox bənzərdir. Neftin formalaşması haqqında məlumat olmadığı dövrdə uzun illəri əhatə edən prosesin təsvir edilməsi, şübhəsiz, Quranın Allah`ın vəhyi olduğunun başqa bir dəlilidir.

Zamanın nisbiliyi

Zamanın nisbiliyi dövrümüzdə sübut edilmiş elmi faktdır. Bu həqiqət əsrin əvvəllərində Eynşteynin nisbilik nəzəriyyəsi ilə üzə çıxmışdır. O dövrə qədər insanlar zamanın nisbi olduğunu, şəraitə görə dəyişdiyini bilmirdilər. Lakin məşhur elm adamı Albert Eynşteyn nisbilik nəzəriyyəsi ilə bu faktı sübut etdi. Zamanın kütləyə və sürətə bağlı anlayış olduğunu irəli sürdü. Daha əvvəl heç kim bunu açıq şəkildə dilə gətirməmişdi.

Yeganə istisna ilə: Quranda zamanın nisbiliyini göstərən məlumatlar verilirdi. Bu mövzu ilə bağlı bəzi ayələr bunlardır:

... Rəbbinin dərgahında bir gün sizin saydığınızın min ili kimidir! (Həcc surəsi, 47)

O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın min ilinə bərabər olan bir gündə Ona doğru yüksələr. (Səcdə surəsi, 5)

Mələklər və ruh (Cəbrail) Onun dərgahına müddəti əlli min il olan bir gündə qalxarlar. (Məaric surəsi, 4)

610-cu ildə nazil edilməyə başlayan Quranda zamanın nisbiliyindən bu cür açıq şəkildə bəhs edilməsi onun İlahi kitab olduğunu sübut edir.

Altı gündə yaradılış

Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Allah`dır... (Əraf surəsi, 54)

Quran ilə müasir elm arasındakı uyğunluğa dair bir nümunə də kainatın yaşıdır. Kosmoloqlar kainatın yaşını 16-17 milyard il hesablayırlar. Quranda isə bütün kainatın 6 gündə yaradıldığı açıqlanır. İlk baxışda fərqli görünən bu zaman kəsikləri arasında, əslində, çox təəccüblü uyğunluq var. Kainatın yaşı ilə bağlı bizə məlum olan bu rəqəmlərin hər ikisi doğrudur. Yəni kainat Quranda bildirildiyi kimi, 6 gündə yaradılmışdır və bu müddət bizim zaman anlayışımızla 16-17 milyard ilə uyğun gəlir.

1915-ci ildə Eynşteyn zamanın nisbi olduğunu, məkandan, hərəkət edən şəxsin sürətindən və o andakı yerin cazibə qüvvəsindən asılı olaraq zamanın axma əmsalının dəyişdiyini irəli sürmüşdür. Zamanın axma əmsalındakı bu fərqləri nəzərə aldıqda Quranda 7 müxtəlif ayədə xəbər verilən kainatın yaradılış müddətinin elm adamlarının təxminləri ilə uyğun olduğu məlum olur. Quranda bildirilən 6 günlük müddəti 6 dövr kimi qəbul edə bilərik. Çünki zaman nisbi olduğuna görə, “gün” indiki dövrdə Yerdəki 24 saatlıq zaman kəsiyini ifadə edir. Ancaq kainatın başqa yerində başqa zamanda və başqa şərtlər daxilində “gün” daha uzun zaman kəsiyidir. Belə ki, bu ayələrdə işlədilən (Səcdə surəsi, 4; Yunus surəsi, 3; Hud surəsi, 7; Furqan surəsi, 59; Hədid surəsi, 4; Qaf surəsi, 38; Əraf surəsi, 54) 6 gün (sittəti əyyamin) ifadəsindəki “əyyamin” sözü “günlər” mənası ilə yanaşı, “çağ, dövr, an, müddət” mənalarını da verir.

Kainatın ilk dövrlərində zaman bugünkündən daha sürətlə keçmişdir. Səbəb budur: Big Bang anında kainat çox kiçik nöqtənin içinə sığdırılmışdı. Bu böyük partlayış anından etibarən kainatın genişlənməsi və həcminin böyüməsi kainatın hüdudlarını milyardlarla işıq ili genişləndirdi. Belə ki, Big Bang-dən bəri kosmosun genişlənməsinin kainat saatına böyük təsirləri oldu.

Big Bang anındakı enerji universal zamanın axma sürətini 1012 dəfə yavaşlatmışdır. Kainat yaradıldıqda universal zamanın axma əmsalı, dövrümüzdəki zaman anlayışı ilə, milyon dəfə milyon qat böyük idi, yəni zaman daha sürətlə keçirdi. Ona görə, biz Yerdə milyon dəfə milyon dəqiqə keçdikdə kainatda sadəcə bir dəqiqə keçmiş olur.

Zamanın nisbiliyi nəzərə alınaraq hesablandıqda 6 günlük zaman kəsiyi 6 milyon dəfə milyon (trilyon) gün edir. Çünki universal saat Yerdəki saatdan milyon dəfə milyon qat sürətlə axır. 6 trilyon gün təxminən 16427 milyarda uyğun gəlir. Bu rəqəm dövrümüzdə kainatın təxmin edilən yaşıdır.

6.000.000.000.000 gün / 365.25 = 16.427.104.723 il

Digər tərəfdən, yaradılışın 6 gününün hər biri bizim zaman anlayışımızla bir-birlərindən fərqli zamanlara uyğun gəlir. Bunun səbəbi zamanın axma əmsalının kainatın genişlənməsi ilə tərs mütənasib olaraq azalmasıdır. Big Bang-dən etibarən kainatın böyüklüyü 2 dəfə artdıqca zamanın axma əmsalı yarım dəfə azalmışdır. Kainat böyüdükcə kainatın böyümə sürəti də getdikcə artan şəkildə yavaşlamışdır. Bu genişlənmə sürəti “Fiziki kosmologiyanın əsasları” adlı dərsliklərdə izah edilən, dünyanın hər yerində məlum olan bir həqiqətdir. Yaradılışın hər gününü Yerdəki zamanla hesabladıqda qarşımıza aşağıdakı ədədlər çıxır:

• Zamanın başladığı andan etibarən yaradılışın 1-ci günü (1-ci dövr) 24 saat davam etmişdir. Ancaq bu müddət Yerdəki zamanla 8 milyard ilə bərabərdir.

• Yaradılışın 2-ci günü (2-ci dövr) 24 saat davam etmişdir. Bizim zamanla bu, əvvəlki günün yarısı qədərdir, yəni 4 milyard ildir.

• 3-cü gün (3-cü dövr) isə əvvəlki günün, yəni 2-ci günün yarısı qədər – 2 milyard il davam etmişdir.

• 4-cü gün (4-cü dövr) 1 milyard il,

• 5-ci gün (5-ci dövr) 500 milyon il,

• 6-cı gün (6-cı dövr) 250 milyon il davam etmişdir.

• Nəticə: yaradılışın 6 günü, yəni 6 dövrü Yerdəki zamana uyğun hesablanıb toplandıqda 15 milyard 750 milyon il edir. Bu rəqəm dövrümüzdəki təxminlərlə paralellik təşkil edir.

Bu nəticə XXI əsrdə elmin ortaya qoyduğu faktlardır. Elm 1400 il əvvəl Quranda xəbər verilmiş həqiqəti təsdiq edir. Quran və elm arasındakı bu uyğunluq Quranın hər şeyi bilən və yaradan Allah`ın vəhyi olduğunun dəlilidir.

Qədər

Allah istəməsə, siz istəyə bilməzsiniz. Həqiqətən, Allah biləndir, hikmət sahibidir! (İnsan surəsi, 30)

Kaliforniya Universitetindən neyrofizioloq prof. Bencamin Libet 1973-cü ildə apardığı təcrübələr nəticəsində bütün qərarlarımızın, seçimlərimizin əvvəlcədən müəyyən edildiyini, şüurun isə hər şey olub bitdikdən yarım saniyə sonra işə qarışdığını aşkar etmişdir. Bu həqiqətə əsasən, neyrofizioloqlar keçmişdə yaşadığımızı və şüurumuzun baş verənləri yarım saniyə sonra göstərən monitor olduğunu söyləyirlər. 48

Nəticə etibarilə, baş vermiş hadisələrdən yarım saniyə sonra həmin hadisələrə dair hissləri qavrayırıq. Bencamin Libet (Benjamin Libet) təcrübələrini beyin əməliyyatlarında narkoz verilmədən, yəni xəstənin şüuru tamamilə yerində ikən həyata keçirmişdir. Libet xəstələrin beyinlərinə zəif elektrik axını ilə siqnal göndərərək əllərində toxunma hissi əmələ gətirmiş, xəstələr isə bu “toxunmanı” təxminən yarım saniyə əvvəl hiss etdiklərini deyiblər. Bencamin Libet təcrübələr nəticəsində bu nəticəyə gəlmişdir: bütün hisslər beyinə ötürülür, şüuraltında dəyərləndirilib şərh olunur, “mən”in isə heç nədən xəbəri yoxdur. Zehnimizdə canlanan, yəni fərqinə vardığımız məlumatlar isə uzun ləngimədən sonra korteksə- şüurun yerləşdiyi hissəyə göndərilir. 49

Ortaya çıxan nəticəni belə xülasə etmək mümkündür: əzələ hərəkətlərini həyata keçirmə qərarı bu qərarı dərk etməzdən əvvəl verilir. Nevroloji bir proses ilə həmin prosesi təmsil edən düşüncəni, hissi və ya hərəkəti qavramağımız arasında ləngimə var. Başqa sözlə, biz ancaq qərar verildikdən sonra o qərarı qavrayırıq. Prof. Bencamin Libetin təcrübələrində bu ləngimə 350 millisaniyə ilə 500 millisaniyə arasında dəyişir, lakin nəticə bu rəqəmlərə bağlı deyil. Çünki Libetin fikrincə, bu ləngimə - çox və ya az olması, bir saat və ya bir mikrosaniyə olması fərq etməz – onu göstərir ki, bizim yaşadığımız hal-hazırkı maddi an, əslində, keçmişdir. Bu hər düşüncənin, hissin, qavrayışın və ya hərəkətin biz dərk etmədən əvvəl baş verdiyini göstərir ki, bu da gələcəyin tamamilə bizim iradəmizdən kənar olduğunu sübut edir. 50

Prof. Bencamin Libet bəzi təcrübələrində barmaqlarını nə vaxt hərəkət etdirmə seçimini adamların öhdəsinə qoymuşdur. Barmaqlarını hərəkət etdirmə anı beyinlərində izlənən adamların bu qərarı verməzdən əvvəl əlaqədar beyin hüceyrələrinin fəaliyyətə keçdiyi müşahidə edilmişdir. Başqa sözlə, “et” əmri gəlir, hərəkəti etmək üçün beyin hazırlanır, insan isə ancaq 0.5 saniyə sonra bunun fərqinə varır. Bir hərəkəti etmək üçün qərar verib sonra etmir, onun üçün əvvəlcədən müəyyən edilmiş hərəkətləri edir. Lakin beyin zaman tənzimləməsi edərək insanın, əslində, keçmişdə yaşadığı hissini aradan qaldırır. Ona görə də indi dedikdə, əslində, keçmişdə baş vermiş hadisəni yaşayırıq. Göründüyü kimi, bu təcrübələr “İnsan” surəsinin 30-cu ayəsində bildirildiyi kimi, hər şeyin Allah`ın istəyi ilə baş verdiyini təsdiq edir (ətraflı məlumat üçün bax: Harun Yahya, “Zamansızlık ve kader gerçeği”, Araştırma Yayıncılık)

Yaradılışdakı cütlər

Yerin yetişdirdiklərindən, onların özlərindən və bilmədiklərindən cütlər yaradan Allah pakdır, müqəddəsdir! (Yasin surəsi, 36)

Erkək-dişi “cüt” mənasının qarşılığı olsa da, ayədə bəhs edilən “bilmədiklərindən” ifadəsi daha dərin məna daşıyır. Belə ki, dövrümüzdə ayənin işarə etdiyi mənalardan biri artıq bizə məlumdur. Maddənin cütlər şəklində yaradıldığını aşkar edən ingilis elm adamı Pol Direk (Paul Dirac) 1933-cü ildə fizika sahəsində Nobel mükafatına layiq görülmüşdür. “Parite” adlandırılan bu kəşf maddənin antimaddə adlanan cütü olduğunu ortaya qoymuşdur. Antimaddə maddənin zidd xüsusiyyətlərini daşıyır. Bu həqiqət bir elmi mənbədə belə ifadə edilir:

... Hər zərrəciyin zidd yüklü antizərrəciyi var. Qeyri-sabitlik əlaqəsi bizə bu cütlərin hər yerdə və hər zaman eyni anda əmələ gəldiyini və məhv olduğunu göstərir. 51

Cüt yaradılmış şeylərə başqa nümunə də bitkilərdir. Botaniklər bitkilərdə cinsiyyət fərqi olduğunu 100 il əvvəl müəyyən ediblər. 52 Halbuki, bitkilərin cüt yaradıldığı Quranda 1400 il əvvəl aşağıdakı ayələrlə açıq şəkildə bildirilmişdir:

Allah gördüyünüz göyləri dirəksiz yaratmış, sizi yırğalamasın deyə, yerdə möhkəm durmuş dağlar bərqərar etmiş və ora cürbəcür heyvanlar səpələmişdir. Biz göydən yağış yağdırdıq və yerdə növbənöv gözəl (bitkilər) yetişdirdik. (Loğman surəsi, 10)

O (Allah) ki, yer üzünü sizin üçün döşəmiş, orada sizin üçün yollar salmış, göydən yağmur yağdırmışdır. Biz o yağmurla növbənöv bitkilərdən cütlər yetişdirmişik. (Taha surəsi, 53)

Eyni şəkildə, meyvələrin də dişicik və erkəkciyi var. Quranda bu məlumat “Rəd” surəsinin 3-cü ayəsində ifadə edilir:

Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır. (Rad surəsi, 3)

Ayədə “cüt-cüt” tərcümə edilmiş “zəvceyni” sözü ərəb dilində “tay, həyat yoldaşı” mənasını verən “zəvc” kökündən törəyib. Məlum olduğu kimi, yetişmiş bitkilərin son məhsulu meyvədir. Meyvədən əvvəlki mərhələ isə çiçəkdir. Çiçəklərin də erkəkcik və dişicik kimi orqanları var. Çiçəyə tozcuq daşınaraq döllənmə baş verdikdə, yəni erkəkcik və dişicik birləşdikdə meyvə əmələ gəlir. Zaman ərzində meyvə yetişir və toxum tökür. Meyvələrin müxtəlifcinsli xüsusiyyətləri olduğuna dair bu həqiqət Quranda işarə edilmiş başqa bir elmi faktdır.

Subatom zərrəciklər

Yunan filosofu Demokritin məşhur atom nəzəriyyəsindən sonra insanlar maddənin atom adlanan çox kiçik, parçalanmayan və məhv edilə bilməyən zərrəciklərdən təşkil olunduğuna inanırdılar. Ancaq elm və texnologiyadakı irəliləyişlər bu məlumatları təkzib etdi. Dövrümüzdə müasir elm maddənin ən kiçik vahidi hesab edilən atomun da zərrəciklərə bölündüyünü aşkar etmişdir. Hələ keçən əsrdə üzə çıxan bu həqiqət Quranda 1400 il əvvəl insanlara xəbər verilmişdir:

... Göylərdə və yerdə zərrə qədər olan bir şey də Ondan gizli qalmaz. Bundan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın. (Səba surəsi, 3)

Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın kitabda olmasın. (Yunis surəsi, 61)

Diqqət etsək, görərik ki, yuxarıdakı ayələrdə zərrədən və ondan daha kiçik hissələrdən bəhs edilir. Ərəb dilindəki “zərrə” sözü “ən kiçik zərrəcik, toz, atom” mənalarını verir.

atom

20 il əvvəl atomları təşkil edən ən kiçik hissəciklər protonlar və neytronlar hesab edilirdi. Ancaq yaxın tarixdə atomun bu zərrəciklərini təşkil edən daha kiçik zərrəciklərin olduğu kəşf edildi. Atomun içindəki “subatom zərrəciklər” və onların özünəməxsus hərəkətlərini tədqiq etmək üçün “kvant fizikası” adlı fizika sahəsi meydana gəldi. Kvant fizikasının apardığı tədqiqatlar bu həqiqəti üzə çıxardı: atomu təşkil edən proton və neytronlar da “kvark” adlandırılan subatom zərrəciklərdən ibarətdirlər. İnsan ağlının qavrayış hüdudlarını aşacaq qədər kiçik protonu təşkil edən kvarkların ölçüsü isə heyrətamizdir: 10-18 (0,000000000000000001) metr. 53

Bu mövzu ilə bağlı diqqətçəkən digər cəhət isə zərrə ilə bağlı bu ayələrdə xüsusilə ağırlığa diqqət çəkilməsidir. Ayədə işlədilmiş “misqalə zərrətin” (zərrə qədər, zərrə ağırlığında) ifadəsindəki “misqal” sözü “ağırlıq” deməkdir. Belə ki, atomun tərkib hissəsi olan proton, neytron və elektron kimi zərrəciklərin həm də atomun kütləsini təşkil edən birləşmələr olduğu kəşf edilmişdir. Bu baxımdan, zərrənin ölçülərinə və ya başqa xüsusiyyətinə deyil, ağırlığına diqqət çəkilməsi Quranın başqa bir elmi möcüzəsidir (ətraflı məlumat üçün bax: Harun Yahya, “Atom mucizesi”, Araştırma Yayıncılık)

Qara dəliklər

XX əsrdə kainatdakı göy cisimləri ilə bağlı bir çox yeni kəşflər edilmişdir. Dövrümüzdə hələ yeni aşkar edilmiş bu cisimlərdən biri də qara dəliklərdir. Qara dəliklər enerjisi tükənən ulduzun öz içinə çökməsi və nəhayət yerində sıx, sıfır həcmə malik cazibə sahəsinin əmələ gəlməsi ilə formalaşır. Qara dəliyin səthindəki cazibə qüvvəsi çox güclü olduğu və içindən işıq keçmədiyi üçün ən böyük teleskoplarla da görmək mümkün deyil. Ancaq içinə çökmüş ulduzu ətrafına olan təsiri ilə tanımaq olur. Allah “Vaqiə” surəsində ulduzların yerlərinə and içərək bu mövzuya belə diqqət çəkir:

Ulduzların mənzillərinə and olsun ki, kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz. (Vaqiə surəsi, 75-76)

“Qara dəlik” anlayışı ilk dəfə 1767-ci ildə ingilis elm adamı Con Miçel (John Michell) tərəfindən irəli sürülmüş və “qara dəlik” ifadəsi ilk dəfə amerikalı fizik Con Arçibald Uiler (John Archibald Wheeler) tərəfindən 1969-cu ildə işlədilmişdir. Əvvəllər bütün ulduzları gördüyümüzü düşünürdük, lakin sonrakı illərdə kosmosda işığını görə bilmədiyimiz ulduzların da olduğu məlum olmuşdur. Çünki enerjisi tükənən bu ulduzların işığı da sönür.

Qara dəlik bir kütlənin işığın sızmayacağı qədər kiçik sahədə toplanmasıdır. Güclü cazibə sahəsi fotonları və ən sürətli zərrəcikləri belə bu sahədə tutub saxlayır. Günəşdən 3 dəfə böyük kütləyə malik olan bir ulduzun yanması və partlaması nəticəsində əmələ gələn qara dəliyin diametri 20 km-dir. Qara dəlikləri birbaşa müşahidə etmək mümkün deyil, onları sadəcə digər göy cisimlərinə olan təsirlərinə görə müəyyən etmək mümkündür. Aşağıdakı ayədə də qiyamət gününün təsviri ilə yanaşı, qara dəliklərlə bağlı elmi fakta işarə edilə bilər:

Ulduzlar sönəcəyi zaman (Mürsəlat surəsi, 8)

Böyük kütləli ulduzlar kosmosda bükülməyə səbəb olurlar. Lakin qara dəliklər sadəcə kosmosda bükülməyə səbəb olmur, eyni zamanda, kosmosu dəlib keçirlər. Bu sönmüş ulduzların qara dəlik adlandırılmalarının səbəbi də budur. “Tariq” surəsinin 3-cü ayəsində isə “dələn ulduzlar”dan bəhs edilir:

And olsun göyə və Tariqə! Sən nə bilirsən ki, Tariq nədir?! (Qaranlıqları) dəlib keçən ulduzdur. (Tariq surəsi, 1-3)

Ayənin ərəbcəsində “dəlik” mənasını verən “saqb” kökündən “dəlik açan, dələn, dəlib keçən” mənalarını verən “əssaqibu” sözü işlədilmişdir. Qara dəlikləri tərif edən elmi mənbələrdə isə “dəlik açmaq” mənasını verən ingiliscə “puncture” sözündən istifadə edilir. Qara dəliklərin xüsusiyyətini ifadə etmək üçün Quranda işlədilmiş bu söz çox hikmətlidir. Ayədə ulduzlarla bağlı bu məlumata diqqət çəkilməsi Quranın Allah`ın sözü olduğunu sübut edir.

Döyünən ulduzlar: pulsarlar

And olsun göyə və Tariqə! Sən nə bilirsən ki, Tariq nədir?! (Qaranlıqları) dəlib keçən ulduzdur. (Tarık Suresi, 1-3)

Quranın 86-cı surəsi olan Tariq, “tarq” kökündən törəmişdir. Bərk döyünmək mənasını verir. Sözün “bərk döyünmə” ,kimi əsas mənasını nəzərə aldıqda bu surədə çox mühüm elmi həqiqətə diqqət çəkildiyini görürük. Bu mövzuya toxunmazdan əvvəl, ayədə bu ulduzları tərif edən digər sözlərə baxaq:

Yuxarıdakı ayədə işlədilən “əttariqi” sözü gecəni dələn, qaranlığı dələn ulduz, gecə doğan, dəlib keçən, döyünən, vuran, kəskin ulduz mənalarını verir. Habelə, ayədəki “vav” ifadəsi ilə göyə və Tariqə and içilərək bunların əhəmiyyətinə diqqət çəkilir.

Coselin Bell Bernel (Joselyn Bell Bernell) 1967-ci ildə İngiltərə Kembric Universitetində (Cambridge University) apardığı tədqiqatlar zamanı müntəzəm radiosiqnallar tutmuşdu. Ancaq o dövrə qədər ürək döyüntüsü kimi müntəzəm döyüntünün mənbəyi olan göy cismi məlum deyildi. Lakin 1967-ci ildə astronomlar öz oxu ətrafında dövr edən nüvədəki maddə artdıqca ulduzun maqnit sahəsinin də böyüdüyünü və beləliklə, ulduzun qütblərində Yerin maqnit sahəsindən 1 trilyon dəfə güclü qüvvə əmələ gəldiyini müəyyən etdilər. Bu qədər sürətlə fırlanan və güclü maqnetik sahəyə malik olan cismin hər fırlandıqda güclü radiodalğalara səbəb olan konus formasında şüa yaydığını bildilər. Bir müddət sonra sözügedən siqnalların mənbəyinin neytron ulduzlarının böyük sürətlə fırlanması olduğu aşkar edildi. Bu neytron ulduzlar “pulsar” adlanır. Supernova partlayışları nəticəsində ölərək “pulsar”a çevrilən bu ulduzlar kainatın ən ağır, ən parlaq və hərəkətli cisimləridir. Bəzi yaşlı pulsarlar öz çevrələrində saniyədə 600 dəfə dövrə vururlar. 54

Pulsar sözü ingiliscə “pulse” felindən törəmişdir. “American Heritage” lüğətində bu fel “müntəzəm və ritmik döyünmək” deməkdir. Webster lüğətində isə bu sözün “sürətlə döyünmək, ürək kimi döyünmək” mənaları verilmişdir. “American Heritage” lüğətində bu kökdən törəmiş “pulsate” felinin “ritmik şəkildə genişlənmək və büzülmək, döyünmək” mənaları verilmişdir.

Bu kəşfdən sonra Quranda “tariq”, yəni “döyünmə” sözü ilə ifadə edilən göy cisminin pulsar adlandırılan neytron ulduzları ilə bənzər olduğu məlum olmuşdur.

Nəhəng ulduzların nüvəsi çökərək neytron ulduzlarını əmələ gətirir, bu kiçik və böyük sıxlığa malik sürətlə fırlanan kürəvi maddə ulduzun kütləsinin və maqnit sahəsinin böyük hissəsini sıxışdırır. Sürətlə fırlanan neytron ulduzlarının əmələ gətirdiyi qüvvətli maqnit sahəsi güclü radiodalğalar yaydığı məlum olmuşdur.

“Tariq” surəsinin üçüncü ayəsində isə dələn, dəlib keçən, dəlik açan, aydınladan mənalarını verən “ənnəcmu əssaqibu” ifadəsi ilə Tariqin qaranlığı dəlib keçən parlaq ulduz olduğu bildirilmişdir. “Tariq” surəsinin ikinci ayəsində də “Sən nə bilirsən ki, Tariq nədir?!” sualındakı “ədrakə” sözü qavramağı, dərk etməyi ifadə edir. Günəşdən bir neçə dəfə böyük olan ulduzların sıxılması nəticəsində əmələ gələn pulsarlar çətin görünən göy cisimlərindəndir. Ayədəki sual ilə bu döyünən ulduzu görməyin çətin olduğu vurğulanır (ən doğrusunu Allah bilir).

Göründüyü kimi, Quranda Tariq adlandırılan ulduzlar XX əsrin sonlarında kəşf edilmiş pulsarlarla bənzərlik təşkil edir və bizə Quranın başqa bir elmi möcüzəsini göstərir.

Sirius ulduzu

Qurandakı bəzi anlayışları XXI əsrin elmi faktları ilə qarşılaşdırdıqda qarşımıza Quran möcüzələri çıxır. Bunlardan biri “Nəcm” surəsinin 49-cu ayəsində haqqında bəhs edilən Sirius ulduzudur:

Şiranın (Sirius ulduzunun) da Rəbbi Odur! (Nəcm surəsi, 49)

Ərəbcə “Şira” adlanan Sirius ulduzunun “ulduz” mənasını verən “Nəcm” surəsinin 49-cu ayəsində işlədilməsi çox diqqətçəkəndir. Çünki elm adamları gecələr göy üzündə ən parlaq ulduz olan Siriusun qeyri-müntəzəm hərəkətlərinə əsasən, onun cüt ulduz olduğunu kəşf etdilər. Buna görə də Sirius, Sirius A və Sirius B adlandırılan iki ulduzdan ibarət qoşa ulduzdur. Daha böyük olan Sirius A Yerə Sirius B-dən daha yaxındır və gözlə görünən ən parlaq ulduzdur. Sirius B ulduzunu isə teleskopsuz görmək mümkün deyil.

Sirius ulduzları bir-birlərinə doğru yay formasında çevrə çəkirlər və hər 49.9 ildə bir-birlərinə yaxın məsafədə trayektoriya cızırlar. Bu fakt Harvard, Ottava və Leysester Universitetlərinin astronomiya fakültələrinin yekdilliklə qəbul etdiyi elmi həqiqətdir. 55 Bəzi mənbələrdə belə bildirilir:

Ən parlaq ulduz olan Sirius, əslində, qoşa ulduzdur. Orbitində fırlanma müddəti 49.9 ildir. 56

Məlum olduğu kimi, Sirius-A və Sirius-B ulduzları bir-birlərinin ətrafında hər 49.9 ildə bir dəfə qoşa yay şəkilli çevrə çəkərək fırlanırlar. 57

Burada diqqətçəkən cəhət iki ulduzun bir-birləri ətrafında fırlanarkən yay şəkilli qoşa çevrə əmələ gətirməsidir.

Ancaq XX əsrin sonlarında məlum olan bu həqiqət möcüzəvi şəkildə 14 əsr əvvəl Quranda bildirilmişdir. “Nəcm” surəsini 49-cu və 9-cu ayələri birlikdə oxunduqda bu möcüzə qarşımıza çıxır:

Şiranın (Sirius ulduzunun) da Rəbbi Odur! (Nəcm surəsi, 49)

(Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu. (Nəcm surəsi, 9)

“Nəcm” surəsinin 9-cu ayəsindəki “onların arasındakı məsafə” ifadəsi bizə bu iki ulduzun orbitinin bir-birlərinə yaxınlaşdığını bildirir (ən doğrusunu Allah bilir). Quranın vəhy edildiyi dövrdə kəşf edilməsi qeyri-mümkün olan bu həqiqət Quranın uca Rəbbimizin sözü olduğunu göstərir.

İşıq və qaranlıqlar

Göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allah`a həmd olsun!.. (Ənam surəsi, 1)

Məlumdur ki, işıq mənbəyi olmadıqda insan ətrafındakıları görə bilmir. Ancaq bizim gördüyümüz işıq, işıq yayan enerjinin çox az hissəsidir. İnsanın görmədiyi, lakin işıq yayan başqa enerji növləri də var: infraqırmızı, ultrabənövşəyi, rentgen şüaları və radiodalğalar. İnsan işığın bu dalğa uzunluqlarını görmür.

Quranda “zülmət” sözünün hər dəfə “zülmətlər” şəklində işlədilməsi bu baxımdan diqqətçəkəndir. Ərəb dilində “zülumat” kimi ifadə edilən “zülmətlər” sözü Quranda 23 ayədə cəm halda işlədilmişdir. Tək halda isə heç işlədilməyib. Quranda zülmət sözünün bu cür istifadə edilməsi bizim gördüyümüz işıq intervalından başqa müxtəlif işıq növləri olduğuna diqqət çəkir.

Buradakı cəm halının səbəbini elm adamları yaxın keçmişdə kəşf ediblər. Dalğa uzunluqları elektromaqnit şüalanma olan enerjinin müxtəlif formalarıdır. Elektromaqnit şüalanmanın bütün formaları kosmosda enerji dalğaları şəklində hərəkət edirlər. Bu, gölün üzərinə atılan daşların əmələ gətirdiyi dalğalara bənzəyir. Göldəki dalğaların ölçüsü necə fərqli olursa, elektromaqnit şüalanmanın da müxtəlif dalğa uzunluqları var.

Kainatdakı ulduzların və digər işıq mənbələrinin hamısı eyni cür işıq yaymır. Bu müxtəlif şüalar dalğa uzunluğuna görə fərqlənirlər. Şüaların yaydığı müxtəlif dalğa uzunluqları isə çox fərqlidir. Ən kiçik dalğa uzunluğuna malik olan qamma şüaları ilə ən böyük dalğa uzunluğu olan radiodalğalar arasında 1025dəfə fərq var. Günəşin yaydığı şüaların, demək olar ki, hamısı bu 1025yelpiyin tək bir bölümünə sığdırılmışdır.

Bu rəqəmin böyüklüyünü daha yaxşı qavramaq üçün belə müqayisə edə bilərik: əgər 1025 dəfə saymaq istəsək, gecə-gündüz heç dayanmadan Yerin yaşından 100 milyon dəfə çox müddət boyu saymalı olardıq. Kainatdakı müxtəlif dalğa uzunluqları bu qədər çoxçeşidlidir. Günəşdən yayılan müxtəlif dalğa uzunluqları isə 70%-i 0.3-1.50 mikron arasındakı dar çərçivədədir. Bu intervalda 3 cür işıq var: görünən işıq, yaxın infraqırmızı şüalar və yaxın ultrabənövşəyi şüalar. “Görünən işıq” adlandırılan bu şüaların elektromaqnit yelpiyin 1025-də 1-indən də az intervalında olmasına baxmayaraq, günəş şüalarının cəmi 41%-ni təşkil edir.

Göründüyü kimi, gözlərimizlə gördüyümüz elektromaqnit dalğaları işıq spektrinin çox kiçik hissəsini əmələ gətirir. Digər hissələr isə insan üçün geniş qaranlıqları ifadə edir və bu hüduddan kənarda qalan dalğa uzunluqlarını insan görmür. 58

bahçe

Nəticə

Buraya qədər təhlil etdiyimiz bütün məlumatlar bizə açıq həqiqəti göstərir: Quran elə bir kitabdır ki, içində verilən xəbərlərin hamısı doğru çıxmış və çıxır. Elmi mövzularda, keçmişdən və gələcəkdən verilən xəbərlərdə və ya riyazi şifrlərdə o dövrdə heç bir insanın bilmədiyi həqiqətlər ayələrdə xəbər verilmişdir. Bu məlumatların o dövrün elmi səviyyəsi və texnologiya ilə əldə edilməsi mümkün deyil. Əlbəttə, bu, Quranın insan sözü olmadığının açıq-aydın dəlilidir.

Quran hər şeyi yoxdan yaradan və elmi ilə bütün varlıqları əhatə edən uca Allah`ın sözüdür. Allah bir ayədə Quran haqqında: “... Əgər o, Allah`dan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar” (Nisa surəsi, 82) - buyurur. Qurandakı hər məlumat bu İlahi kitabın naməlum gizli möcüzələrini üzə çıxarır. İnsan isə Allah`ın nazil etdiyi bu İlahi kitaba bərk sarılmalı və onu özünə yolgöstərici qəbul etməlidir. Allah Quranda bizə belə bildirir:

Bu Quran Allah`dan başqasına yalandan aid edilə bilməz. Lakin o, özündən əvvəlkiləri təsdiq edən kitabı ətraflı izah edər. Onun aləmlərin Rəbbi tərəfindən nazil edilməsinə heç bir şübhə yoxdur! Yoxsa: “Onu özündən uydurdu!” – deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allah`dan başqa, kimə gücünüz çatırsa, onu da çağırın!” (Yunus Suresi, 37-38)

Bu nazil etdiyimiz mübarək bir kitabdır. Ona tabe olun və Allah`dan qorxun ki, bəlkə, sizə rəhm edilsin! (Enam Suresi, 155)

Qeydlər

42. Dr. Mazhar, U. Kazi, 130 Evident Miracles in the Qur'an, Crescent Publishing House, New York, 1997, səh. 110-111; http://www.wamy.co.uk/announcements3.html; Prof. Zighloul Raghib El-Naggar'ın söhbətindən.

43. Dr. Mazhar, U. Kazi, 130 Evident Miracles in the Qur'an, Crescent Publishing House, New York, 1997, səh. 110-111; http://www.wamy.co.uk/announcements3.html

44. http://www.istanbul.edu.tr/fen/astronomy/populer/cevre/cevresi.htm; Yard. Doç. Dr. Yüksel Karataş, İstanbul Üniversitesi Fen Fakültesi Astronomi ve Uzay Bilimleri Bölümü, Popüler Bilim (Popular Science Magazine), No. 92, 2001, səh. 38-43, [American Scientist, 88-ci cild, səh. 1].

45. Michael J. Denton, Nature's Destiny, The Free Press, 1998, səh. 198.

46. http://www.inmgmbh.de/cgibin/frame/frameloader.pl?sprache=en&url

http://www.inmgmbh.de/htdocs/technologien/highlights/highlights_en.htm

47. "Nanotechnology successfully helps cancer therapies", IIC Fast Track, Nanotech News from Eastern Germany, Industrial Investment Council, oktyabr 2003;www.iic.de/uploads

/media/NANO_FT_Nov2003_01.pdf

48. Benjamin Libet, "Unconscious cerebral initiative and the role of conscious will in voluntary action", The Behavioral and Brain Sciences, 1985, səh. 529-566.

49. http://www.genetikbilimi.com/genbilim/bilincbeyninkuklasi.htm

50. http://faculty.virginia.edu/consciousness/new_page_8.htm#5.10.%20Free%20will%20as%20 the%20possibility%20of%20alternative%20action

51. http://www.2think.org/nothingness. shtml; Nothingness: The Science of Empty Space, Henning Genz, səh. 205.

52. http://www.therevival.co.uk/Revival_issue/vol5_iss2_quran_miracle.htm

53. http://i115srv.vuwien.ac.at/physik/ws95/w9560dir/w9561d10.htm

54. www.atnf.csiro.au/news/press/double_pulsar/

55. http://www.star.le.ac.uk/astrosoc/ whatsup/stars.html (Leicester edu dept of Physics & astronomy); http://www.site.uottawa.ca:4321/astronomy/index.html#Sirius (University of Ottowa); http://cfa-www.harvard.edu/~hrs/ay45/Fall2002/ChapterIVPart2.pdf (Harvard-Smithsonian Center for Astrophysics)

56. Exposes Astronomiques, La troisième loi de KEPLER, http://www.astrosurf.com/eratosthene/HTML/exposetheoastro.htm

57. http://www.dharma.com.tr/dkm/article.php?sid=87

58. S. Waqar Ahmed Husaini, Qur'an for Astronomy and Earth Exploration from Space, 3. baskı, Goodword Books, New Delhi, 1999, səh. 175-182.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Birinci fəsil: İmanı asan dərk etmək
  • Birinci fəsil: İmanı asan dərk etmək
  • Birinci fəsil: İmanı asan dərk etmək
  • Birinci fəsil: İmanı asan dərk etmək
  • İkinci fəsil: Quran möcüzələri
  • İkinci fəsil: Quran möcüzələri
  • İkinci fəsil: Quran möcüzələri
  • Üçüncü fəsil: İnsanın yaradılışı
  • Üçüncü fəsil: İnsanın yaradılışı